ġəkil 4.1. Heyvandarlıq fermaları və kompleksləri ərazilərindən peyin
axınlarının qobuların dibinə dolmasının qarşısını almaq üsulu:
1 – ferma; 2 – qobu yamacı; 3 – birinci xəndək; 4 – torpaq qalağı; 5 – peyinin
bərk fazası; 6 – ikinci xəndəkdən çıxarılmış torpaq; 7 – ikinci xəndək; 8 – torpaq
bəndi; 9 – meşə zolağı.
Yamacların bu cür mənimsənilməsi heyvandarlıq kompleksləri və
fermalarından alınan peyinin çıxarılma, emal, zərərsizləşdimə, nəql olunma
və peyinin istifadə olunması sistemlərində həyata keçirilir.
4.5. 2. Peyin axınlarının təmizlənmə üsulları və utilizasiyası
Heyvanların burdaq dövrdə peyinin utilizasiyasının texnoloji sxemi
belədir:
● peyini bərk və maye fraksiyalara ayırmaqla (birincini ştabeldə,
ikincini isə - aerotenklərdə və digər qurğularda zərərsizləşdirmək və təmiz-
ləmək üçün yerləşdirirlər, hansı ki, onlardan nohurlara - durulaşmış axın-
ların toplayıcılarına və suvarılan əkinçilik tarlalarına daxil olurlar) çoxmər-
hələli təmizlənmə (hidro yuma tətbiq etməklə);
● axınların torf - kompost istehsalı üçün istifadə olunması, hansı ki,
tarlalara biotermiki zərərsizləşdirmə üçün daşınır (bu üsul kiçik fermalar
üçün tövsiyə olunur);
● toplayıcı - nohurların və peyin saxlanma yerlərinin köməyilə peyin
axınlarının təmizlənməsi (hidroyuma zamanı tullantılar qəbuledicilərə və
xəndəklərə yönəldilir, burada maye fraksiyalara ayrılır, zərərsizləşdirilir və
401
filtirləmə sahələrinə göndərilir; bərk faza kənd təsərrüfatı yerlərinə yönəl-
dilir);
● təbii su hövzələrində tullantıların öz-özünə təmizlənməsi və utili-
zasiyası, nə vaxt ki, durulaşdırılmış maye təmizləyici qurğulardan toplayıcı-
nohurlara və sonra isə su hövzələrinə axır, çöküntü isə gübrə hazırlanması
üçün istifadə olunur;
● maye peyinin anaerob emalı (metanogenez) və ya qıcqırdılması, to-
xumları isə hansı ki, patogen mikroorqanizmlərin hesabına mənv olur, peyin
xoşagəlməz qoxusunu, alaq otlarının toxumları isə cücərmə qabiliyyətini
itirir (eyni zamanda yanacaq alınır - metan).
Peyinin maye və bərk fazalara ayrılması vibrofiltrlərın, sentrafuqa və
ya vibrodivarların şnek preslərinin köməyilə həyata keçirilir. Bu zaman
peyinin nəmliyi 90..95 %-dən 62...65%-dək azalır. Peyinin bərk fazasını
xəndəklərdə biotermiki öz-özünə qızışma hesabına 60...70
0
C-də zərərsizləş-
dirirlər. Bərkidilmiş peyin və ya səpilən-peyin müxtəlif kənd təsərrüfatı
bitkilərinin, o cümlədən tərəvəzərin açıq və örtülü qruntda becərilməsində
istifadə olunur.
Maye peyinin aerasiya yolu ilə - peyin yerləşdirilmiş həcmə havanın
üfürülməsilə (isveç sistemi ―Likom‖), pasterizə etmə (70...80
0
C-dək qız-
dırmaq), kəskin buxarla sterilizə etmək (120...130
0
C-dək qızdırmaq) yolu ilə
də maye peyinin zərərsizləşdirilməsi həyata keçirilir. Termiki kontakt - qaz
zərərsizləşdirilməsində qaz axını maye peyinin içərisində yanır. Bu üsulla
nohurların lil çöküntülərini – durulaşdırılmış peyin axınlarının toplayıcı-
larını da zərərsizləşdirmək olar. Bundan əlavə peyin ammonyak, elektrik
cərayanı və s. zərərsizləşdirilir.
Suvarılan əkinçilik tarlaları çirkab suların, o cümlədən peyin axın-
larının qəbulu və zərərsizləşdirilməsi üçün nəzərdə tutulur. Meşə əkinlərinin
və kənd təsərrüfatı bitkilərinin suvarılması və gübrə kimi mütləq istifadəsi
həyata keçirilir.
Peyin axınlarının çoxmərhələli təmizlənməsi və utilizasiyasının ümu-
mi texnoloji sxemi şəkil 4.2-də verilir. Bu sxem peyinin zərərsizləşdirilməsi
üzrə qurğunun həm süni şəraitdə, həm də təbii toplayıcı-nohurlarda, bufer-
nohurlarda, çirkab suların keçdiyi yoldakı meşə əkinlərində, suvarılan
əkinçilik tarlalarında, bioloji nohurlarda istifadəsini nəzərdə tutur.
Meşə əkinlərində çirkab sular asılı və sorulmaya cəlb olunan, hansı ki,
döşənəklə birgə iştirakından allyuvüal suxurlar yaranır və torpaq əmələ
gəlmə prosesində iştirak edir; bioloji və bufer nohurlarda durulaşmış peyin
axınları su anbarları, çay və digər su obyektlərinin suları ilə qarışır və günəş
402
şüalarının, aerasiyanın, hiqro- və hidrofitlərin, mikroorqanizmlərin təsiri
nəticəsində öz-özünə təmizlənir.
ġəkil 4.2. Peyin axınlarının çoxmərhələli təmizlənməsinin texnoloji sxemi.
1 – heyvandarlıq kompleksi (süni şəraitdə peyinin zərərsizləşdirilməsi qurğusu
olan); 2 – təmizləyici qurğular sistemi; 3 – torf-kompost zavodu; 4 – durulaşmış
axınların toplayıcısı; 5 – qovşaq; 6 – suvarılan əkinçilik tarlaları; 7 – bufer
nohur; 8 – balıq nohuru; 9 – su anbarı.
Toplayıcı nohurlarda çirkab suların orqanoleptik xassələri dəyişir
(peyin və fekal qoxular zəif qoxularla, sarımtıl rəng – boz-sarı rənglə əvəz
olunur). Durulaşdırma və aerasiya zamanı çirkab sularda nitratların və kaliu-
mun, az miqdarda isə ammonyak və fosforun, miqdarı xeyli azalır. Bufer
nohurlarda suyun rəngi və qoxusu itir, bundan əlavə, onda fosfor və
kaliumun miqdarı kəckin azalır.
Maye peyin torf-kompost qarışığının və ya torf-peyin kompostunun
hazırlanma sında istifadə olunur. Bu zaman maye peyinin torfla qarışığı
3...4 ay ərzində xəndəklərdə saxlanılır, bu dövr ərzində biotermiki proseslər
nəticəsində patogen mikroorqanizmlər məhv olurlar. Bu üsul o rayonlarda
tətbiq olunur ki, orada torfun yerli ehtiyatları olsun. Rusiyanın cənubunda
maye peyini mineral tukalarla qrışdırıb, qurutduqdan sonra qranullaşdırılmış
gübrə istehsalında istifadə etmək olar.
403
Südçülük istiqamətli heyvandarlıq komplekslərində maye peyinin
təsərrüfatda istifadəsinin ən effekli istiqaməti – onun suvarma tarlalarında
utilizasiyasıdır.
Maye peyinin toplanmasının və istifadəsinin müxtəlif texnoloji
sxemləri hazırlanmışdır. Məsələn, aşağıdakılar:
-peyini yarıqlı döşəmədən fermadan 50 m aralıda yerləşən petin top-
layan xəndəyə axıdılır, buradan isə sorucu aparatın köməyilə o metanogenez
üçün qıcqırma kamerasına daxil olur və sonra öz-özünə axınla peyin top-
layıcısına ötürülür;
-su ilə qarışdıqdan sonra peyin orta axınlı yağış yağdırma aparatlı
daşınan yağış yağdırma qurğusuna ötürülür;
-peyin peyintoplayana düşür (birinci sxem üzrə), oradan isə mexaniki
susuzlaş dırma sexinə sorulur; maye fraksiyanı öz-özünə axınla altı aylıq
çıxıma hesablanmış saxlama yerinə yönəldirlər, sonra isə yağış yağdıran
qurğu ilə tarlaya paylayırlar; bərk fraksiyanı sexdən 100 m aralıda yerləşən
xəndəklərdə basdırırlar və üç ay saxladıqdan sonra nəqliyyat vasitələrinə
yükləyərək rotorlu atıcılarla torpağa verirlər;
-peyin peyintoplayana düşür (birinci sxem üzrə), peyin saxlama yerinə
vurulur və 3...4 ay ərzində durulaşdırmaq üçün saxlanılır, sonra maye his-
səni şiber hərəkətetdiri cisi ilə şirə toplayana tökürlər, oradan isə tarlaya
vurulur və yağış yağdıran qurğunun köməyilə torpağa verilir.
Peyinin toplanması və istifadəsində yuxarıda göstərilən istənilən
sxemlərdən birini seçdikdə, ehtiyat kimi maye peyini atan 4 və ya 8 tonluq
aviosisterna və ya digər gücləndirilmiş atıcı lazımdır.
Maye peyinin suvarma tarlalarına peyin şirəsi daşıyan maşınların
köməyilə daşınması ekoloji cəhətdən əsaslandırılmamışdır. Belə ki, o hava
şəraitindən, suvarılan sahənin ölçüsündən, onların fermadan uzaqlığından,
mexanizatorun kvalifikasiyasından və vicdanından və yem sahələrini güb-
rələmə suvarmalarının müddətindən, dozasından və keyfiyyətindən asılıdır.
Meteoroloji faktorlardan asılı olaraq maye peyinlə suvarılma çətinlik
yaradanda, hər bir sxem peyinin peyin saxlama yerlərində ən az 1...3 qış
ayında saxlanmasını nəzərdə tutmalıdır. Lakin üçaylıq saxlama dövründə
patogen mikroorqanizmlərin və helmintlərin hamısı məhv olmur, zərərsiz-
ləşdirməni isə (kontakt-qaz üsulu ilə) yalnız lil çöküntüsü həyata keçirir.
Peyin şirəsi daşıyanların sayı iri buynuzlu heyvanların fermalarının
texnoloji layihələnmə normalarına əsasən planlaşdırılır. Misal olaraq, 1000
baş inəyin südçülük kompleksi üçün maye peyinin çıxımı cədvəl 4.21-də ve-
404
rilir.
Verilmiş misaldan göründüyü kimi, 1000 baş inək üçün kompleksdə
hər gün 65 t (m
3
) peyin şirəsi (orta nəmlik 90...92%), ildə isə 24488 t (m
3
)
utilizasiya olunmalıdır.
Sonuncu göstərici (illik kütlə) yem bitkisinin azota olan tələbatına
əsasən maye peyinin illik miqdarını yerləşdirməsinə lazım olan sahəni təyin
etmək üçün istifadə olunur. Ancaq bu, lazım olan dəqiqliklə hesablanmanın
aparılmasına və suvarma sahələrində ekoloji vəziyyətin inkişafının proqnoz-
laşdırılmasına imkan vermir.
Ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii ehtiyatların rasional isti-
fadəsi üçün texnoloji liniyaların istismarının müxtəlif üsulları işlənib hazır-
lanmışdır. Belə ki, hidroyumada resirkulyasiya üsulu tətbiq olunur. Peyin
tövlədən daxili öz-özünə peyindaşıyana düşür, buradan axınla peyin şirəsi
qəbulediciyə aparılır, harada ki, maye rəngsizləşir (durulur), peyinin yuyul-
ması üçün təkrar əvvəlki yerə qaytarılır. Belə sistem periodik olaraq az
miqdarda suyun əlavə olunmasını tələb edir.
Cədvəl 4. 21
1000 baĢ inıyin südçülük kompleksi üçün texnoloji suyun sərfi və peyin
kütləsinin çıxımı
Göstərici
Ümumi çıxım
Qeydiyyat
Gün
Il
Bütün inək və buzovlardan peyin
çıxımı, t
O cümlədən məhsuldar inəklərdən
58,3
46,2
22196
17862
840 baş məhsuldar inək
hesablanır
Su sərfi, m
3
:
Sağma bloku sahəsindən peyinin
yuyulması
Mərkəzi dəhlizin çərçivələrinin
sanitar yuyulması
Sağma aparatlarının yuyulması
Yelinin yuyulması
Profilaktoriyadan peyinin yuyul-
ması (72 buzov)
2,0
1,0
0,8
2,0
0,43
730
365
292
730
175
Sahə 400 m
2
, norma 5
l/m
2
Sahə 200 m
2
Relizerlər, süd daşıyıcı
borular, sağma aparat-
ları, şlanqlar
Hər inəyə bir l gündə iki
dəfə
Yığmada yuma, sonra
isə mərkəzi peyin kanlı
Cəmi alınmış maye peyin, t (m
3
)
64,53
24488
Maye
peyinin
həcm
kütləsi 1 t/m
3
405
Peyinin toplanmasının boru-resirkulyasiya sisteminin sxemi aşağıdakı
kimi işləyir (şəkil 4.3). Özüaxan boru xətti 4 açıq halda olanda fekal
sorucusu 1 işə salınır. Peyin şirəsi şirətoplayandan 3 təzyiqli boru xətti
vasitəsilə özbaşına axan 4 boru xəttinə verilir. 5 paylayıcı quyulardan 4 boru
xəttinə atılan peyin peyin- şirəsi axını ilə birgə tutucu-quyuya düşür, 6 tor-
şəbəkəsindən keçir peyin- şirəsi toplayana düşür.
Lazım olanda peyin-şirəsi peyin-şirəsi toplayandan 2 sürgüsünün mü-
vafiq vəziyyətində sorucunun köməyilə 7 boru-xətilə boşaltmaya yönəldilir.
Peyin-şirəsinin resirkulyasiyasının dövriyyəsi onun zərərsizləşdirilməsini
tələb edir.
Peyin kütləsinin tədarük üsulu iki qrupa bölünür: homogenləşdirmə
üsulu və zərərsizləşdirilmə üsulu.
Peyin kütləsinin homogenləşdirilməsinə (eyni cinsli) onun əsaslı su-
rətdə qarışdırılması və peyin-şirəsi toplayıcısının bütün həcmində xırdalan-
ması (mexaniki, pnevmatik və hidravlik qarışdırıcılar) yolu ilə çatmaq olar.
Maye peyini metantenklərdə termofil metan qıcqırması vasitəsilə,
termiki emalı (kontakt-qaz) alovla zərərsizləşdirmə üçün qurğuda VİESX
konstruksiyasında, aerob emalı ―Alfa-Laval‖ firmasının maye peyini hava
ilə qarışdıran xırdalayıcı-aeratorlarını tətbiq etməklə zərəsizləşdirmək olar.
Qapalı boru xətlərinin istifadəsi hazırlanmış maye peyinin ferma ətra-
fındakı yem sahələrinin suvarılmasına daşınma texnologiyasını ekoloji-
ləşdirir.
ġəkil 4. 3. Peyinin toplanmasının boru-resirkulyasiya sisteminin sxemi:
I – pəyə; II – tutucu-quyu; III – peyin şirəsi toplayıcısı; IV – sorucu stansiya;
1 - fekal sorucusu; 2 – sürgü; 3 – təzyiqli boru xətti; 4 – öz-özünə axan boru
xətti; 5 – quyular; 6 – tutucu tor; 7 – boşaltma üçün boru xətti.
406
4.5.3. Heyvandarlıq tullantılarının emalı üçün biotexnologiyanın
istifadə olunması
Avropa biotexnologiya federasiyasının təyinatına görə, biotexnologiya
- mikroorqanizmlərin və toxumaların faydalı keyfiyyətlərinin sənayedə
tətbiqi üçün biokimya, mikrobiologiya və kimya texnologiyalarının birgə
istifadə olunmasıdır.
Ekoloji biotexnologiya müvafiq texnoloji proseslərin köməyilə ətraf
mühitin mühafizəsi (tullantıların emalı, mühitin komponentlərinin çirklən-
mədən mühafizəsi, təbii ehtiyatların rasional istifadəsi və s.) məsələlərini
həll edir.
Yuxarıda deyilənlərdən göründüyü kimi heyvanların intensiv çoxaldıl-
ması peyinin lokal toplanmasına səbəb olur. Onların miqdarı bəzən o qədər
çox olur ki, təbii biodeqredasiya potensialını dəfələrlə ötüb keçir.
Peyinin kompostlaşdırılması bioloji oksidləşmənin kompost-humus-
laşmış məhsulunu almaq üçün tətbiq olunur. Məhsulun tərkibində üzvi bir-
ləşmələr, parçalanma məhsulları, ölmüş mikroorqanizmlərin biokütləsi və s.
olur. Bu məhsulun torpağa verilməsi aqroekosistemin sabitliyinin pozul-
masına səbəb olmur. Kompostlaşdırma - bioloji oksidləşmənin ekzotermik
prosesidir. Burada üzvi substrat yüksək temperatur və nəmlikdə mikroorqa-
nizmlərin qarışıq populyasiyalarının aerob biodeqredasiyasına uğrayır və
torpağın aqrokimyəvi meliorasiyası üçün qiymətli və təhlükəsiz məhsula
çevrilir.
Kompostlaşma prosesində oksigenə olan tələbat ödənilir və karbon iki
oksid, su ayrılır, istilik artır və üzvi maddə sabit formaya keçir. Peyin
xəndəklərdə toplandırıldıqda fermentasiya prosesində ayrılan istiliyin bir
qismi saxlanılır ki, bu da kompostlaşma prosesini sürətləndirir.
Peyinin aerasiyasını yaxşılaşdırmaq, eləcə də nəmliyin azaldılması və
karbonun azota olan nisbətini yüksəltmək üçün əlavələr qarışdırılır (taxıl-
ların küləşi, yarpaqlar, zibil, qırıntılar və s.).
Kompostlaşma prosesində dörd mərhələ ayrılır: mezofil, termofil,
soyuma və yetişmə. Birinci üç mərhələ sürətlə keçir (günlər və ya həftələr
ərzində). Yetişmə mərhələsi isə bir neçə ay çəkir. Bu müddət ərzində ölmüş
bakteriyaların zülalları ilə liqnin qalıqları arasında humin turşularının yaran-
masına səbəb olan mürəkkəb reaksiyalar baş verir. Bu müddət ərzində xən-
dəklərdə temperaturu 55
0
C -yə yaxın saxlamaq lazımdır, buna görə də hər-
dən xəndəklərdə məcburi havalandırma olmalıdır. Tövsiyə olunan optimal
nəmlik 50...60% həddində, minimal sərbəst qaz məkanı 30%-ə yaxın, qaz
fazasında oksigenin qatılığı isə 10...18% olmalıdır. Xəndəklərin (topaların)
407
aşağıdakı ölçülərini saxlamaq lazımdır: uzunluq – istənilən qədər, hündürlük
– 1,5 m; eni – 2,5 m (təbii havalandırmada).
Xəndəklər (kompost sıraları) üçbucaq formalı olur. Onları beton-
laşdırılmış sahələrdə yerləşdirirlər. Peyin doldurucudan atıcıya yükləndirilir,
sonra isə maşının daimi yavaş hərəkəti ilə atılır. Sonra diametri 75 mm olan
şüvülün köməyilə xəndəyin dibinə qədər, bir-birindən 1 m aralı olan vertikal
deşiklər açırlar. Bir aydan sonra xəndəyi qarışdırırlar. Iki –üç aydan sonra
kompost tamamilə yetişir. 3-4 gündən sonra bu cərgəyə bir qədər yeni peyin
kütləsi əlavə olunur. Ritmi tutaraq işi o vaxtaqədər davam etdirirlər ki,
cərgənin hündürlüyü 2 m çatsın (bu zaman onun periodik qarışdırılmasına
ehtiyac yoxdur).
Çində peyinin kompostlaşdırılmasının xüsusi üsulu hazırlanıb. Onun
qatlarının arasına bitkinin xırdalanmış gövdələri növbə ilə yerləşdirilir. Hər
cərgədə 40% gövdə, 30% kənd təsərrüfat axınları və bərk tullantılar və 30%
peyin olur. 7...10 qatdan ibarət olan topanın hündürlüyü 1,5 m, eni 2...3 m,
uzunu 6...7 m olur. Aerasiya sistemi bir-birindən 1,5 ...2 m aralıda yerləşən
və quyunun dibindən 0,3 m məsafədə, diametri 100 mm olan bambuk ağa-
cının çubuqlarının köməyilə yaradılır. Horizontal çubuqları vertikal çubuq-
larla 1 m məsafədə yerləşdirdikdə onlar bir-biri ilə birləşir. Yerləşdirmənin
sonunda topanın üstü 0,3 m qalınlığında lillə örtülür. Bambuk çubuqları 24
saatdan sonra çıxarırlar, bu zaman havalanma üçün olan deşiklər saxlanılır.
2 həftədən sonra topanı çevirirlər, kompost isə 2...4 aydan sonra istifadə
olunur.
Peyinin yem əlavələrinə çevrilmə emalını bir neçə yolla aparırlar:
peyindən və ya quş zılından yem (qidalı) hissəni çıxarmaqla; peyinin yem
mayalarının istehsalı, milçək sürfələrinin və yosunların becərilməsi üçün
qidalı mühit kimi tətbiqi; yem zülalının alınması üçün qurdların becərilməsi.
İri buynuzlu mal-qaranın peyinin yem əlavəsi ―Seriko‖ –ya emalının,
peyindən xam proteinin, karbohidrat (energetik) maddəsinin və biogen ele-
mentlərin (NPK) çıxarılmasına əsaslanan fransız texnologiyası daha çox
məşhurdur.
Kənd təsərrüfat heyvanlarının ekskrementlərinin quru maddəsi rasio-
nun ümumi enerjisinin 20-25%-ni və xam proteinin 16%-ni təşkil edir.
Peyinin emalının texnoloji əməliyyatlarının nəticəsində alınır: məhsul
C
1
- silos (nəmlik 60%; quru maddənin tərkibi, %-lə: protein – 7,3, yağ – 2,
kleçatka – 28, AEM – 51,7, kül - 11); məhsul C
2
– protein konsentratı (nəm-
lik 10% ; quru maddənin tərkibi, %-lə: protein – 27, yağ – 6, kleçatka – 2,
AEM – 55, kül - 10); məhsul C
3
– üzvi gübrə və texnoloji su.
408
Birinci texnoloji əməliyyat iri ağır cisimlərin çıxarılması və qarış-
dırma üçün peyinin qəbulediciyə ötürülməsi, buradan o, dörd beton ka-
meraya vurulur (150 m
3
) – fermentyorlara. Peyin ardıcıllıqla hərəsində bir
gün qalmaq və qarışdırılmaqla , dörd kameranın hamısından keçirilir. Onun
nəmliyi 78 ± 2 % və p H – 5,6...6 olmalıdır. Dördüncü gün peyin axırıncı
(dördüncü) fermentyordan məhsul C
1
arılması üçün seperatora verilir.
İkinci əməliyyatda məhsul C
1
–in ayrılması və fermentasiyası baş ve-
rir. Əvvəlcə seperatorlarda bitki liflərini, dən qabıqlarını, həzm olunmamış
dəni və digər 0,8 mm-dən böyük olmayan birləşmələri ayırırlar. Ayrılmış və
sıxılmış (nəmlik 55...60%) bərk fraksiya məhsul C
1
–in alınması üçün
xammaldır, maye fraksiyanı isə ayıraraq, sonrakı emal və məhsul C
3
və C
2
almaq üçün kameraya ötürülür.
Məhsul C
1
bunkerə daxil edilir, sonra isə silos qülləsinə ötürülür, bu-
rada 10...12 gün müddətində fermüntləşmə baş verir (siloslaşma süd turşusu
bakteriyalarının inkişafı nəticəsində, zərərsizləşmə isə - silos kütləsinin yük-
sək temperaturu – 60...70
0
C hesabına baş verir).
Üçüncü texnoloji əməliyyatda ikinci əməliyyat nəticəsində alınmış
maye fraksiya kameradan dövri işləyən (avtomatlaşdırılmış rejimdə) sentra-
fuqaya verilir. Dövr 6...7 dəqiqə ərzində davam edir, əgər maye faza
sentrafuqaya fırlanmanın 1500 dəq
-1
tezliyində daxil olursa, sonra onu 200
dəq
-1
tezliyə qədər azaldırlar və seperasiya olunmuş bərk qalığın avtomatik
boşaldılması baş verir. Nəmliyi 60% olan bu qalıq – çöküntü (qum, gil, üzvi
qarışıqlar) məhsul C
3
– dür, hansı ki, gübrə kimi istifadə edilir.
Sentrafuqada alınmış maye fraksiya (məhsul C
3
ayrılandan sonra) ka-
merada toplanan vaxtda, məhsul C
2 –
nin
ayrılması, qurudulması və qranul-
laşdırılması dördüncü texnoloji əməliyyatda baş verir. Əvvəlcədən maye
aşağı təzyiq altında (=20 kPa) 80
0
C-dək qızdırılır. Alınmış konsentratda
28% quru maddə olur, sonra onu 70
0
C temperaturda toz halına düşənədək
qurudurlar. Bu toz (məhsul C
2
) – qiymətli zülali yemdir (yem dəyərinə və
lizinin miqdarına görə onu soya şrotu ilə bərabər tuturlar). Vertikal şneklə
onu qranulyatora, sonra isə hazır məhsul bunkerinə ötürürlər.
Sonuncu (beşinci) əməliyyatda dezodorlaşdırma və texniki suyun isti-
fadəsini həyata keçirirlər, hansı ki, məhsul C
2
-nin qurudulmasında və kon-
densasiyasında alınır. Bu zaman buxar soyuducuya daxil olur, alınmış su isə
qəbulediciyə ötürülür. Dezodorasiya həcmdən forsunkalarla suyun çilənmə-
sində qüllədə baş verir. Belə suyun adi su ilə qatılmasından (1:1) sonra, onu
bordaq heyvanların suvarılmasında və ya peyinin fermentasuyasında onu
409
nəmləndirmək üçün istifadə etmək olar.
Məhsul C
1
və C
2
yem məqsədilə, məhsul C
3
isə gübrə kimi istifadə
olunur.
4.5.4 Heyvandarlıq ferma və komplekslərinin sanitar mühafizə
zonaları və yaşıl əkinləri
Kənd yaşayış məntəqələrində heyvandarlıq ferma və kompleksləri
yaşayış tikintilərindən sanitar-mühafizə zonaları ilə ayrılır. Belə zonaları
binalar və heyvanların saxlanması üçün olan yerlərdən, eləcə də peyin
saxlanan ərazidən və ya yemlərin açıq anbarları yerləşən ərazinin sərhəddin-
dən başlayırlar (cədvəl 4.22).
C
Dostları ilə paylaş: |