ġəkil 5.6. Səyyar aqroekoloji laboratoriyanın struktur elementləri
1.Bir struktur elementi daxilində informasiya və funksional əlaqələr;
2. Ümumi struktur daxilində informasiya əlaqələr
490
ġəkil 5.7.
Aqroekoloji monitorinqin məlumatlar bazasının formalaşması
(torpaqların monitorinqi misalında
Məlumatlar bazasının layihələşməsinin tələbatlarına uyğun olaraq, ilk
növbədə konseptual, məntiqi və fiziki strukturu hazırlanır və belə bazaların
maketi yaradılır. İnformasiyanın təsnifatının ümumi prinsipləri və onun
tərtib etmə formalarının təyin olunmasıdır.
Poliqon monitorinq çərçivəsində aparılan təcrübələri obyektiv olaraq
iki qrupa bölürlər: qısa müddətli və uzunmüddətli. Bu qrup təcrübələrin spe-
sifik qiymədəndirilməsi və analizi, onların əsasında alınmış informasiyalar,
həll olunacaq funksional vəzifələr, məlumatlar bazasının "qısamüddətli
təcrübələr" və "uzunmüddətli təcrübələr" bölməsinə aid edilməsinin məq-
sədə uyğunluğunu göstərir.
Beləliklə, poliqon monitorinqinin məlumatlar bazası aşağıdakı pred-
met bölmələrini birləşdirir: təcrübələrin kataloqları; uzunmüddətii və qısa-
müddətli təcrübələrin təsviri; nəzarətin avtomadaşdırılmış sistemi ilə poli-
qonlarda müşabidə materialları. İstənilən məlumatlar bazasının təşkili uyğun
klassifikatorların olmasmı tələb edir. Baxılan məlumatlar bazasının tərki-
binə daxil olan lokal klassifikator əldə olan sahə məlumatlarına əsaslanır.
491
Sifarişçilərin tələblərinə olan məlumatlar bazasının layihələşməsi
zamanı xüsusi hazırlanan birbaşa aqreqat informasiyaların daxil olma
imkanları nəzərə alınır. Nəticədə uzunmüddətli təcrübələrin materiallarına
görə hazırlanan məlumatlar bazası növbəli əkinin pasportunu təşkil edir.
Poliqon monitorinqinin məlumatlar bazasının dinamik hissəsinə ba-
xarkən, aşağıdakıları qeyd etmək yerinə düşər. Təcrübələrdən informasi-
yanın təyin olunan həcmi, avtomatlaşdırılmış informasiya- ölçmə kompleksi
ilə işıqlandırılan ötürücü sistemlərin köməyi ilə aparılır, hansı ki, EHM-də
mərkəzi posta göndərilir. Burada həyata keçirilir: ötürücülərlə informasiya-
nın qəbulu, məlumatların filtrasiyası və qradasiya əyriləri ilə onların gös-
tərilməsi, məlumatların lokal bazasının formalaşması və onların vizuallığı;
arxivlərin formalaşması.
Bu səviyyədə məlumatların ilkin analizi, aqroekosistemlərin vəziyyəti
haqda operativ arayışların verilməsi məqsədə uyğundur. Sonra toplanmış
informasiyanı baş elmi təşkilata göndərirlər, harda ki, pliqon monitorinqin
ümumi məlumatlar bazasına daxil edilir. Aqroekoloji monitorinq sistemi
qısamüddətli təcrübələrindən alınan tədqiqiat nəticələrinin təqdim olunma
forması, eksperimentin aparıldığı vaxtda fiksə olunan bütün xarakteris-
tikaları əhatə edir. Bu zaman maksimal informativliyin tələblərini ilkin mə-
lumatlarının həcminin minimallaşmasının tələblərilə birləşdirmək lazımdır.
Hesabatın əldə olan formaları aşağıdakı xüsusiyyətləri ilə fərqlənirlər:
onlarda poliqon monitorinqin bütün səviyyələrində alınmış informasiyalara
tələbatlar nəzərə alınır: onlar tam həcmdə yaradılan, bütün ənənəvi qısa-
müddətli və uzunsürən eksperimentlərin materiallarının yaradılmış struk-
turunu daşımağa imkan verir.
5.7.
Kənd təsərrüfatinda təbiəti mühafizə tədbirləri
5.7.1.Təbiəti mühafizənin təşkili
Kənd təsərrüfatının ―ekologiyalaşdırılması‖ hələ XX-ci əsrin 70-80-ci
illərindən başlayıb. Əkinçilik sistemlərinin sərbəst ―Təbiəti mühafizə böl-
məsində gübrələrdən istifadə və pestisidlərin tətbiqinin xüsusiyyətləri, səna-
ye istehsalından pozulmuş torpaqların rekultivasiyası, çayların su mühafizə
zonalarının təşkili, mühitin tullantılarla çirklənməsinin qarşısının alınması
nəzərdə tutulub.
Kənd təsərrüfat istehsalı və ətraf mühitin mühafizəsi müasir aktual
problemdir. Onun qarşısını almaq üçün 1983-cü ildə Bryanskda ekolojiləş-
dirmə prosesinin inkişafı və onun elmi əsaslarının formalaşması üçün elmi-
praktiki konfrans keçirilmişdir. Kənd təsərrüfatının intensivləşməsi ilə
492
əlaqədar Qeyri-Qaratorpaq zonada təbiəti mühafizə problemlərinin (1983)
həmin konfransda söylənilən fikirləri bu gün də aktualdır.
Kənd təsərrüfatına ekoloji tələbatda deyilir:
1. Kənd təsərrüfatı ilə məşğul olan fiziki şəxs, təşkilat, birlik, torpağın,
suyun, meşənin təbii fəlakətdən, kənd təsərüfatının kimyalaşması, meliorasi-
yası və digər işlərdə insanın sağlamlığına zərər vuran ətraf mühitin vəziy-
yətinin pisləşməsinin qarşısını almaq üçün kompleks tədbirlərdən istifadə
etməlidir.
2. Heyvandarlıq ferma və kompleksləri, kənd təsərrüfatı məhsulları
emal edən təşkilatların sanitar- mühafizə zonaları olmalıdır.
1996-cı ilin aprelində Rusiya Federasiyası sərəncam imzaladı: Rusiya
Federasiyasının davamlı inkişafa keçməsi haqda. Konsepsiyaya görə davam-
lı inkişafa keçmə - cəmiyyətin ekoloji təhlükəsizliyini təmin etməklə, eko-
loji problemlərin ardıcıl və məqsədyönlü həlli ilə sıx bağlıdır.
Ətraf mühitin qorunması üzrə əməkdaşlıq 100 il əvvəl yaranıb. 1962-
ci ildə BMT-nin XVII Baş məclisində ―Ekoloji inkişaf və Təbiətin müha-
fizəsi‖ adlı xüsusi qətnamə qəbul olundu.
1963-cü ildə Ümumdünya yabanı təbiətin mühafizəsi fondu yaranıb.
1968-ci ildə Parisdə YUNESKO-nun Beynəlxalq Konfransı ―MAB‖
Beynəlxalq elmi-tədqiqat proqramının başlanmasının təməlini qoydu.
FAO- BMT-nin ərzaq və kənd təsərrüfatı üzrə təşkilatıdır.
ÜST- sağlamlığın ətraf mühitin vəziyyətindən asılılığı ideyasını
öyrənir.
1970-ci ilin sonunda YUNESKO – nun təşəbbüsü ilə təbiətin və təbii
ehtiyatların mühafizəsi Beynəlxalq ittifaqı yarandı.
1972-ci ildə Stokholmda BMT-nin ətraf mühit məsələsi üzrə kon-
fransda 5 iyun Beynəlxalq ətraf mühitin mühafizəsi günü elan olundu.
1973-cü ildə BMT-nin ətraf mühit üzrə proqramı ( YUNEP) təşkilatı
işə başladı.
5.7.2. Kommoner qanunları
Ətraf mühitlə harmoniya təşkil edən istehsal və tələbatlar ekologiya
qanunları əsaslanmalıdır. Bu qanunlar məşhur ekoloq B.Kommoner (1974)
tərəfindən formalaşdırılmışdır.
Birinci qanuna görə hamı hər şeylə əlaqəlidir. Bütün ekosistemlər
qarşılıqlı münasibətdə və qarşılıqlı tarazlıqdadır. Ekosistemin hər hansı bir
həlqəsində müəyyən dəyişkənlik dinamik özünənəzarət xüsusiyyətinə görə
bütövlükdə stabilləşir. Həddən artıq kənarlaşmada ekosistemin dağılması
baş verir. Yol verilən kənarlaşmalar sistemin mürəkkəbliyi və onun genetik
parametrləri ilə təyin olunur. (Həlqəvi dövriyyənin sürəti, müxtəlif sistemə
493
aid olan populyasiyaların metabalizni sürəti və s.) Ayrı-ayrı həlqələrin dağıl-
ması ekosistemin sadələşməsinə gətirir və onların daha çox ―yaralanmasına‖
səbəb olur. Suda O2 mübadiləsinin pozulması ekosistemin dağılması illus-
trasiyasına xidmət edir, evtroflaşmaya səbəb olur. Suya atılan çirkləndirici
maddələrin hesabına. Qida maddələri yosunların böyüməsinə stimul verir,
qalın yaşam fotosintezi demək olar ki, pisləşdirir.Ölən yosunların miqdarı
artır və suda olan bütün O 2 onların pozulmasına səbəb olur, bu da yosunları
parçalayan bakteriyaların ölümünə səbəb olur hansı ki, O2-siz yaşaya
bilmirlər.
İkinci qanuna görə hansı harada getməlidir. Təbiətdə bir orqanizmin
həyat fəaliyyəti məhsulları başqaları üçün ―xammal‖ kimi xidmət edir. Tex-
noloji tullantılar çox vaxt qeyd olunmurlar həddən artıq həcmə malik ol-
duqları üçün və ya təbii ekoloji sistemlərə yad olduqları üçün, onları çirk-
ləndirir. Çirkləndirici maddələrin sonrakı yolu ən qeyri adi ola bilər. Mə-sə-
lən bir çox kimyəvi təşkilatların tullantılarının tərkibində olan su baseyn-
lərinə düşür və bakteriyaların təsirindən suda asan həll olan CH3-P6-a çev-
rilir. P6 suda balığın bədəninə daxil olur. Balıqdan onunla qidalanan insana
keçir və onda toplanır, beləki, P6 metabalizmdə iştirak etmir. Ətraf mühitə
daxil olan istehsal və sənaye tullantıları izsiz etmir.
Üçüncü qanun: təbiət yaxşı bilir. Təbiət sistemlərinin istənilən böyük
dəyişkənliyi onun üçün zərərlidir ya da bu sistem müqayisə olunmaz dərəcə-
də uzunmüddətlidir təkamül keçdi. Nəinki sivilizasiyanın inkişaf dövrü və
ən incə mexanizm səviyyəsinə qədər kamilləşdi, hansı ki, hər bir detalı
əvəzolunmaz rol oynayır. İstənilən üzvi sivilizasiya üçün orqanizmlərin
hazırladığı fermentlər var təbiətdə hansı ki, onu parçalaya bilər. İnsanların
sintez etdiyi çoxlu maddələr var ki, onlar təbülərdən çox fərqlənir. Təbii
şəraitdə onlar parçalanır və təbiətdə toplanırlar. Canlı orqanizmə düşdükdə
bu maddələr ən gözlənilməz nəticələr verə bilər. Bu qanun təbiətlə qarşılıqlı
təsirdə son dərəcə ehtiyatlı oımağa çağırır.
Dördüncü qanun: hər şey üçün ödəmək lazımdır. (heç nə havayı veril-
mir). İnsanın təbiətdən götürdüyü hər şeyin gec-tez əvəzi çıxmalıdır.Belə ki,
qlobal ekosistem vahid bütövdür, onun çərçivəsi daxilində heç nə udula və
itirilə bilməz. Kommonerin yazdığı kimi bu venselə görə ödəmədən qaçmaq
olmaz o yalnız gecikə bilər.
Öyrənilən qanuna görə istənilən texnoloji proses ekosisteminin hər
hansı həlqəsinin pozulmasına səbəb olmamalıdır. Əgər pozulma baş versə
kənarlaşdırılmalıdır. Ekosistemdə pozulmaların ən çox sayı elə istehsala
gətirib çıxarır ki, hansı ki, yüksək qapalılıq dərəcəsinə malikdir. Oxşar
istehsalatlarda tullantıları miniumuma çatdırırlar. Material axını isə təbii
sistemlərdəki qapalı maddələr dövranına yaxınlaşdırılır.
494
5.7.3. Təbiəti mühafizə işlərinin əsas istiqamətləri
Bütün təbii komplekslər mühafizə olunur, təbiətin ayrı-ayrı element-
ləri deyil4 mühafizə üsulları qarşılıqlı əlaqəli olmalıdır. Təbiəti mühafizə
tədbirləri: elmi, texniki və texnoloji,təşkilatı. Hüquqi, təbliğatçı, maariflən-
dirici olmalıdır. Təbii mühitə kənd təsərrüfatı istehsalının mənfi təsiri im-
kanlarını obyektiv qiymətləndirmək üçün sahə ixtisaslaşmaların təsiri im-
kanlarından asılılığını disperensasiya etmək lazımdır.
Əkinçiliyin geniş inkişafı hər şeydən əvvəl təbii bitkiçiliyin məhvi,
maddələrin bioloji dövranının dəyişməsi və xeyli ərazidə su rejimi ilə
bağlıdır. Əkinçiliyin ətraf mühitə təsiri aşağıda göstərilir:
- böyük sahələrdə təbii bitkiliyi onun tarla və ya plantasiya bitkilərinin
az sayda olan növlərilə əvəz etmək;
- təbii biogeosenozların aqrosenozlara çevrilməsi,
- əlverişli torpaqların və azməhsuldar təbii ekosistemlərin meliorasi-
yasının köməyilə yüksək məhsuldar əkinçilik təsərrüfatlarına çevrilməsi
(lakin əks hadisələr də istisna deyil);
- heyvanların təbii yaşayış yerlərinin məhv edilməsi;
- torpaq örtüyündən rasional istifadə etməklə onun deqradasiyaya uğ-
raması, su və külək eroziyası, torpağın bataqlaşması, torpağın yorulması, şo-
ranlaşması və torpağın şorakətləşməsi, torpağın gübrə və pestisidlərin artıq
dozasından çirklənməsi;
- geniş ərazilərin radiasiya və su balansının dəyişməsi, hansı ki, iqlim
dəyişməsinə aparır;
- ərazinin hidroloji rejiminin dəyişməsi (səthi axınların güclənməsi,
qrunt sularının azalması və onların səviyyəsinin düşməsi, suvarma zamanı
qrunt sularının səviyyəsinin yüksəlməsi, çay mənsəblərində sedimentasiya-
ların güclənməsi, bu da mineral çöküntülərin yığılmasına gətirib çıxarır).
- səth və qrunt sularının gübrələrlə, pestisidlərlə suda həll olan duz-
larla, istehsal tullantıları ilə çirklənməsi;
- atmosferin çirklənməsi (aviasiyanın köməyilə pestisidlər və gübrələr
verildikdə torpaqdan gübrələrin N birləşmələrinin ayrılması)
- atılan torpaqların formalaşması, səhralaşma prosesinin inkişafı;
Təbii mühitə heyvandarlığın təsir istiqamətləri:
- geniş məkanlarda təbii bitkiliyin məhvi və otlaqların çoxyüklənmə-
dən səhralaşması;
- otlaqlarda təbii bitkiliyin deqradasiyası;
- bitkiliyin qırılması və torpaq örtüyünün quyu kənarlarında, örüş yol-
larında eroziyaya uğraması;
- kəsmə və emal müəssisələrinin yaxınlığında heyvandarlıq tullantıla-
rı ilə səth sularının çirklənməsi, təbii sutarlarda və çaylarda heyvanların su-
495
varılmasından səth sularının çirklənməsi.
Kənd təsərrüfat istehsalı sferasında təbii ehtiyatlar potensialından və
təbii ətraf mühitin mühafizəsinin rasional istifadəsinin və məqsədyönlü isti-
qamətləri məqsədli proqramlarda, kompleks sxemlərdə və ekoloji pasport-
larda təqdim oluna bilər. Materialın verilmə forması əsas deyil. Onların
tərkibi, verilən təklifin praktiki reallaşma imkanlarının əsaslandırılması.
Professor İ.P.Laptevin fikirincə, kənd təsərrüfatında təbiəti mühafizə
haqda lazımi işləri konseptual qanunlar nəticəsində aşağıdakı alqoritmlər
üzrə aparmaq arzu olunandır:
1.Təsərrüfatın təbii-iqtisadi xüsusiyyətləri.
1.1. İqtisadi xarakteristika və inkişafın perspektivləri.
1.2. Əhali (sayı, yerləşməsi).
1.3. Kənd təsərrüfat yerləri və digər torpaqlar (sahələr, onların nisbəti
və istifadəsi, torpağa antropogen təsiri, eroziya proseslərinin inkişafı).
1.4. Meşələr (xarakteristika, təbii istehsal, birbaşa və dolayı istifadə,
antropogen təsirlər).
1.5. Sututarlar (ümumi xarakteristika, birbaşa və dolayı istifadənin
xarakteri və həcmi, sututarlara və suya antropogen təsirlər).
1.6. Balıq ehtiyatları (ixtiofaunanın təkibi, növləri, balıq təsərrüfatı
xarakteristikası, üsulları və həcmi, istifadəsi, antropogen təsirlər).
1.7. Faydalı qazıntılar (xarakteristika, ehtiyatların ölçüsü və onların
istifadəsi, antropogen təsirlər).
1.8. Yerüstü heyvanlar (tərkibi, növlərin ovçuluq təsərrüfatı xarakte-
ristikası, onların istifadəsi, antropogen təsirlər).
1.9. Reallaşan tədbirlərin ümumi xarakteristikası, rasional istifadə
üzrə, mühafizə, istehsal və təbii kompleksin yaxşılaşdırılması.
2. Təbii kompleksin antropogen dəyişmələrinin proqnozu və təsər-
rüfatın inkişafına onların təsiri.
2.1. Təsərrüfatın ərazisinə təsir etməklə yaranan dəyişikliklər.
2.2. Qonşu ərazilərin təsirindən yaranan dəyişikliklər.
2.3. Antropogen dəyişkənliyin iqtisadi qiymətləndirilməsi, təsərrüfatın
inkişafının sürət və istiqamətinə onların təsiri.
2.4. Əhalinin yaşama şəraitinə və sağlamlığına antropogen dəyişkən-
liyin təsirinin qiymətləndirilməsi.
2.5. Rasional istifadənin baş istiqamətləri, mühafizəsi, təbiətin təbii
kompleksinin dözümlüyünü və inkişafını sürətləndirmək məqsədilə istehsalı
və yaxşılaşdırılması.
3.Təsərrüfatın ərazisində təbiəti mühafizənin kompleks tədbirlər
sistemi.
3.1. Atmosferi qorumaq üçün yol kənarlarında, yaşayış məntəqələrin-
496
də yaşıl əkinlərin yaradılması və mühafizəsi; təmizləyici qurğuların qura-
şdırılması; texnoloji proseslərin təkminləşməsi; yaşayış məntəqələri yaxın-
lığında yol şəbəkəsinin rasionallaşdırılması; avtonəqliyyatın hərəkətinin
idarə olunması.
3.2. Sututarları qoruyucu meşə tinglərinin basdırılması və mühafizəsi;
təmizləyici qurğuların qurulması; istehsalatda dövri su təchizatının tətbiqi
və texnologiyaların təkminləşməsi; gübrələrin və pestisidlərin yuyularaq su-
tutarlara axmasının qarşısının alınması; su nəqliyyatı hərəkətinin reqlamen-
tasiyası və onların sututarları çirkləndirməsinin qarşısının alınması; hey-
vanları suvarmaq və rekreasiya məqsədilə göllərin yaradılması.
3.3. Faydalı qazıntılar: geniş yayılmış faydalı qazıntıların çıxarılma
yerlərinin rekultivasiyası; faydalı qazıntı çıxaran müəssisələrin təbiəti mü-
hafizə tədbirlərinin həyata keçirilməsinə nəzarət.
3.4. Torpaqlar: tikinti, yollar və digər məqsədlər üçün torpaqdan qə-
naətlə istifadə üsulları, tikinti işlərinin gedişində torpaqların dağıdılmasının
və məhv olmasının qarşısını almaq; torpağın aqroximikatlar, tullantı suları
ilə çirklənməsinin qarşısını alma tədbirləri; torpaq eroziyasının qarşısını al-
mağın kompleks tədbirləri və onun nəticələrinin yox edilməsi, tarla-qoruyu-
cu hissə zolaqlarının salınması, torpağın melorasiyası, torpağın strukturunun
yaxşılaşdırılması tədbirləri və onun bərkiməsinin qarşısının alınması (hey-
vanları otarmaqla, nəqliyyat, istirahət edənlər tərəfindən).
3.5. Çəmən və otlaqlar: rasional yerlərin ayrılması, onların məhsul-
darlığının artırılma üsulları; otlaqların həddən çox otarılmasının qarşısını
almaq (ləklərlə otarmanın təşkil edilməsi), xüsusən də meşə və enişlərdə;
insan və heyvanlarda xəstəlik yaradanlara və aqroximikatlarla çirklənməyə
qarşı mübarizə.
3.6. Meşələr: optimal meşəliyin yaradılması və meşə - kolluqların
daha məqsədyönlü yerləşdirilməsi, düzgün meşə təsərrüfatının aparılması və
rasional meşə istiqamətinin təşkili, yanğına qarşı tədbirlər, meşələrin meşə
zərərvericilərindən qorunması və hədsiz rekreasiya yükündən azad olun-
ması, aqroximikatların ziyanından qorumaq; yabanı bitkilərdən rasional isti-
fadənin və mühafizənin tədbirlər sistemi; meşələrin salınması və tarlaqoru-
yucu, su mühafizə edən meşə zolaqlarının yaradılması.
3.7. Bataqlıqlar: bataqlıqdan rasional (birbaşa və dolayı) istifadənin
yolları; bataqlığı mühafizə tədbirləri-su akkumilyatorları və axını idarə
edənləri, ərazinin bataqlaşmasının aradan qaldırılma üsulları, bataqlığın qu-
rudulma üçün ayrılması (seçilməsi).
3.8. Həşaratlar: kənd təsərrüfat və yabanı bitkilərin əsas tozlandırıcıla-
rının yaşayış yerlərinin mühafizə tədbirləri, sarı meşə qarışqalarının mü-
hafizəsi.
497
3.9. Balıqlar: nepreta yerlərinin zərərli antropogen təsirlərdən müha-
fizə etmək; mühüm balıq təsərrüfatı sututarlarının çirklənməsinə qarşı mü-
barizə; körpə balıqların qorunması; fərdi balıq ovunun idarə olunması və
brokonyorluğa qarşı mübarizə, balıqların donmasının qarşısının alınması, tə-
bii sututarlara və göllərə balıqların gətirilməsi, qiymətli balıqların çoxal-
dılması.
3.10. Quşlar: həşəratyeyən quşların yuvasalma yerlərinin qorunması;
yaşayış məntəqələrində, meşə zolaqlarında və yaşıllıqlarda kolların basdırıl-
ması və s.
3.11. Vəhşi heyvanlar: sənaye əhəmiyyətli heyvanların yaşayış yerlə-
rinin qorunması, ovçuluq qanunlarının yerinə yetirilməsi; təsərrüfatların an-
datra və digər qiymətli heyvanlarla zənginləşdirilməsi; heyvanların çoxalma,
qış yemləmə dövrlərində qorunması; heyvanların kənd təsərrüfatı yerlərində
öldürülməsinin qarşısının alınması.
3.12. Təbii heykəllər: onların üzə çıxarılmasının təşkili və uçotu,
qorunmaya ötürülməsi.
3.13. Rasional istifadəyə, mühafizə və istehsala görə işlərin təşkili,
təbii ehtiyatların yaxşılaşdırılmasına görə tədbirləri həyata keçirmək, qarışıq
ərazilərdə təsərrüfatın təbiətə mənfi təsirinin qarşısını almaq üçün yuxarı
təşkilatlara təkliflərin verilməsi.
Təbiəti mühafizə tədbirləri sistemini hazırlamaq üçün aşağıda göstəri-
lənlər başlanğıc materiallardır: ölkənin uyğun qanunları; əmrlər, sərəncam-
lar, instruksiyalar, atmosferin, su və torpaq ehtiyatlarının qorunması haqda
müxtəlif normativ sənədlər.
Müxtəlif mürəkkəb ekoloji tapşırıqların həllinə imkan verən çox saylı
informasiyalar toplanmışdır. Bu da mövcud ekoloji situasiyanı və onun
inkişaf meylini düzgün qiymətləndirmək üçün əsasdır. Bu məlumatları aqrar
sektorun rəhbərləri və mütəxəsisləri istifadə etməlidirlər.
5.7.4. Kənd təsərrüfatında təbiəti mühafizə təcrübələri.
İstehsal maraqlarının təbiəti qavrama tələbləri ilə savadlı birləşməsi
təkcə davamlı iqtisadi inkişafı təmin edir, həm də təbii ətraf mühiti zəngin-
ləşdirir. Ona əyani misal olaraq Guvaş Respublikasının Yadrin rayonun
―Lenin qığılcımı‖ kolxozunu misal göstərmək olar, hansı ki, uzun illər kənd
təsərrüfatı istehsalının istedadlı təşkilatçılığı olub A.P.Aydak. Keçmişdə
geridə qalan kolxoz iqtisadiyyatca möhkəmlənmiş çoxsahəli təsərrüfata
seçildi. İqtisadi artımın əsas stabilliyinin faktorları burada müvəffəqiyyətli
istehsal və sosial tapşırıqların həlli torpağa gündəlik qayğı ilə bağlıdır, onun
məhsuldarlığının artırılması, təbiəti mühafizə tədbirləri ilə bağlıdır.
Təbiətdən istifadənin rasionallaşması üzrə aparılan ardıcıl çoxillik iş-
498
lər təsərrüfatın ərazisi ilə bağlı olan bütün təbii ehtiyatları əhatə edir: tor-
paqları, meşələri. Su mənbələrini, bitki və heyvanat aləmini. Təsərrüfatda
torpaq münbitliyini qoruyur və yüksəldirlər, yüksək ekoloji təmiz kənd tə-
sərrüfat məhsulları alırlar, heyvanat və bitki aləminin, bitki müxtəlif-liyinin,
bioloji ehtiyatlar rasional istifadə olunur. Kolxozda eroziya əleyhinə təd-
birlər həyata keçirilir ki, praktiki olaraq eroziyanın tam dayanmasına səbəb
olur.
Ərazinin kontur-meliorativ təşkili yaradılıb. Tədbiq olunan əkinçilik
sisteminə uyğun olaraq əkin sahələrinin strukturu dəyişdirilir, çoxillik otla-
rın səpin sahələri genişləndirilir, verilən üzvi gübrələrin həcmi artdı ki, bu
da torpaqda humusun miqdarını artırdı, kənd təsərrüfatı bitkilərinin məhsul-
darlığını yüksəldir. Təsərrüfata 10-ildən artıqdır ki, zərərvericilər və xəs-
təliklə mübarizədə kimyəvi vasitələrdən istifadə olunmur.
A.P.Aydakın rəhbərliyi altında kənd təsərrüfatı istehsalında elmi əsas-
landırılmış təbiəti mühafizə sistemi tədbiq olunur. RF Təbiəti mühafizə və
təbii ehtiyatlardan istifadə ―Lenin qığılcımı‖ kolxozunun təcrübəsini bə-
yəndi və ərazi təbiəti mühafizə orqanlarına öyrənmək və geniş yaymaq üçün
müvafiq sənədlər göndərildi. ―Lenin qığılcımı‖ kolxozu ətraf təbiətiin mü-
hafizəsi və təbiətdən istifadə rasional üzrə təsərrüfatın təcrübə-nümayiş
bazası statusu aldı. Təsərrüfatın ərazi təbiəti mühafizə orqanlarında kadr-
ların yenidən hazırlanmasını təşkil etdi. Tədqiqatçılar qeyd edir ki, kənd
təsərrüfatı istehsalı bacarıqlı əllərdə ekoloji şəraitə müsbət təsir edir. Totpaq
münbitliyinin artırılmasını təmin edir, torpaqları və təbii landşaftları yax-şı-
laşdırır, qoruyur və zənginləşdirir.
Dostları ilə paylaş: |