Ġzabella qasimova, musa bayramov



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə47/55
tarix01.04.2017
ölçüsü5,58 Mb.
#13051
1   ...   43   44   45   46   47   48   49   50   ...   55

ġək.5.2. Monitorinq sisteminin blok – sxemi (Y.A.İzrael, 1984). 

 

Əsaslı  müşahidə  və  tədqiqatlar  tələb  edən  faktorlar,  elementlər  və 



proseslrəin  təsnifatı  belədir:  çirkləndirici  və  faktorların  lokal  mənbələrinin 

geofiziki müşahidələri əsasında monitorinq; (vulkanlar, zəlzələlər, quraqlıq, 

sellər, torpaq, qrroziyalar və s.) ətraf təbii mühitin vəziyyəti və onda gedən 

geokimyəvi dəyişikliklıərin öyrənilməsi (ionlaşdırıcı və ionlaşdırmayan şua-

lar);  təbii  və  antropogen  mənşəli  kimyəvi  dəyişikliklər  əsasında  biotopun 

müxtəlif  faktorların  təsirinə  cavab  reaksiyası,  iri  sistemlərin  cavab  reak-

siyaları (hava, iqlim) və bütövlükdə biosferin xüsusi tədqiqatlar tələb edən 


446 

 

bölməsinin  monitorinqi  (insan  sağlamlığı  və  ona  əlverişli  mühitin  yaran-



ması). 

Görkəmli coğrafiya elmləri  tədqiqatçısı  İ.F.Gerasimov monitorinqi 3  

mərhələyə  ayırmağı  təklif  edib:  bioekoloji  (sanitar-gigiyenik),  geoekoloji 

(geosistem, təbii- təsərrüfat) və biosfer. 



A bölməsində çirklənmənin lokal mənbələri və onların qarşılıqlı təsir 

faktorları göstərilib. Onlara təbii hadisələr (vulkan püskürməsi, neft və qazın 

öz-özünə çıxması və.s) və antropogen faktorlar (sənaye və kənd təsərrüfatı 

müəssisələrinin  tullantıları  kənd  təsərrüfatının  kimyalaşmasının  pozulması, 

nəqliyyat tullantıları və.s.) aiddir. 

B  bölməsində  (B

1

  yarımbölməsində)  mühitin  vəziyyətinin  parametr-



lərinin dəyişməsinin ardıcıl ölçülməsi nəticəsində alınan geofiziki məlumat-

ların müşahidəsi verilir.  Eləcə də təbii fəlakətlərin müşahidəsi (vulkanizm, 

zəlzələ,  quraqlıq,  daşqınlar,  sellər,  torpağın  eroziyası  və.s).  Belə    müşahi-

dələr coğrafi xidmətin kompetensiyasına daxildir. TƏM-in vəziyyəti haqqda 

ən mühüm informasiyanı qurunun və suyun paylanması haqda məlumatları 

daxil  etməklə,  fiziki-coğrafi  nəlumatlar  daşıyır.  Yer  kürəsinin  səthinin  rel-

yefini,  təbii  ehtiyyatlarını,  əhalinin  yerləşməsinin,  urbanizasiyasını.  Elə  bu 

bölmədə  TƏM-in  vəziyyətinin  müşahidəsi  daxildir.  Hansı  ki  geokimyəvi 

məlumatlarla  (maddələr  dövranının  təbii  kompleksdə  müşahidəsi  biosferdə 

yod qarışıqların tərkibi o cümlədən radioaktiv maddələrin) mühitin müxtəlif 

spesifik xarakteristikası, səs-küylə çirklənməsi və istiliklər çirklənməni nə-

zərə almaqla müxtəlif şüalanmalarla (zonlaşdırıcı və ionlaşdırmayan) 

B bölməsinə həm də atmosfer çöküntülərinin təbii və antropogen mən-

şəli kimyəvi tərkibinin, səth və yeraltı suların, okean və dənizlərin suyunun, 

torpağın, bitki və heyvanat aləminin çirklənməsinin əsas yayılma yollarının 

müşahidə  olunması  daxildir.  Bu  müşahidələr  monitorinq  sistemində  I 

dərəcəsidir. 

C  bölməsi  müxtəlif  təsir  faktorlarına  və  TƏM-in  vəziyyətinin  dəyiş-

məsinə  biotun  reaksiyasının  müşahidələrini  birləşdirir  (əhatə  edir);  bu  mü-

şahidələr biotda geri dönən və dönməyən dəyişmələri öyrənir. Funksional və 

struktur  biotik  əlamətlərin  müşahidəsi  mümkündür.  Funksional  müşahidə-

lərə aiddir, məsələn, zaman vahidində  biosferin artımı müxtəlif maddələrin 

bitkilər  və  heyvanlar  tərəfindən  udulması.  Struktur  müşahidələrə  bitki  və 

heyvan növlərinin sayı,  ümumi  biokütlə daxildir. Bu müşahidələr ayrı-ayrı 

orqanizmlərin, populyasiyaların, cəmiyyət və ekosistemlərin müxtəlif səviy-

yələrində təşkil olunmalıdır. 

D bölməsinə iri sistemlərin (hava, iqlim) və bütövlükdə biosferin mü-

hitə  reaksiyasının  müşahidə  olunması  daxildir,  əvvəldə  sadalanan  bölmə-



447 

 

lərdə  iqlim  sistemlərinin  vəziyyətini,  xüsusi  ümumiləşdirmə  və  qiymətlən-



dirmə tələb edən bütün müşahidə sistemlərini cəmləşdirir. 

E  bölməsi  xüsusi  tədqiqatları  birləşdirir.  Müşahidələr  fiziki,  kimyəvi 

və bioloji göstəricilərə  görə  aparılır. Müşahidə sistemləri, distansion müşa-

hidələri  əhatə  etməklə  nöqtəvi  ölçmələrə  (stansiyalarda)  və  ya  sahəvi  çəki-

lişlərə əsasən inteqral göstəricilərin alınmasına əsaslana bilər. Bu yanaşma-

ların birgə istifadəsi yol verilən və məqsədəuyğundur. Monitorinqin təşkilin-

də aviasiya və  sputnik  vasitə  və metodlarından istifadə  mühüm antropogen 

təsirlərdən yaranan ƏTM-nin vəziyyətinin dəyişmələrinə biotun reaksiyasını 

aydınlaşdırmaq çox mühümdür. Cədvəl 5.1. də ciddi müşahidə və tədqiqat 

tələb edən əsas faktorlar elementlər və proseslər göstərilir. 

Cədvəl 5.1 

Təbii mühitin vəziyyətinin təsnifatı 

Müşahidə 

bölməsi 

Müşahidə bölməsinin adı 

Təsnifat 

Təsirin mənbələri və 



faktorları 

A.1. çirklənmənin lokal mənbələri 

A.2. təsir faktorları (çirk.maddələr.şualanma) 

ƏTM-in vəziyyəti 



B.1. Fiziki və fiziki coğrafi məlumatlarla 

xarakterizə olunan mühitin vəziyyəti. 

B.2. Geokimyəvi, çirklındirici maddənin 

tərkibi və xarakteri göstərən məlumatlarla 

xarakterizə olunan mühitin vəziyyəti 

Biosferin biotik tərkibinin 



vəziyyti 

C.1. Biotik rekasiyası-cavab və nəticə tək 

orqanizmdə, populyasiyada cəmiyətlərdə və 

ekosistemlərdə 

İrsi sistemlırin və 



bütövlükdə biosferin 

reaksiyası 

D.1. İri sistemlərin reaksiyası (hava və iqlim) 

D.2. Bütövlükdə biosferin reaksiyası 

Əhalinin sağlamlığının 



vəziyyəti 

 

ƏTM-in  vəziyyətinin  təbii  dəyişməsini  bir  çox  ölkələrdə  geofizika 



xidməti (hidrometroloji seysmik, ionosfer, qravimetrik, maqnitometrik və b) 

geniş  həcmdə qeydə alır və öyrənir. Biosferin vəziyyətini  müşahidə - təbii 

fluktasiya  fonunda  ona  antropogen  təsir  nəticəsində  baş  verən  dəyişikləıri 

ayırmaqdır. 

Mahiyyətçə  monitorinq-əvvəldən  verilmiş  proqrama  uyğun  olaraq 

müəyyən məqsədlə ƏTM-nin  1 və  ya bir neçə  komponentin  məkan və  za-

manca  təkrar  müşahidələr  sistemidir.  Dəqiq  desək  belə  sistemləri  ƏTMnin  

antropogen  dəyişilmələrinin  monitorinqi  adlandırmaq  lazımdır.  bu  zaman 

ƏTM antropogen effektin yeni keyfiyyət dəyişilmələrində, əvvəldən məlum 

olan geofiziki xidmətlərin məlumatlarından da istifadə olunur. 

Monitorinq  sistemi  kritik hadisələrin üzə çıxmasına kömək edir, təsi-

rin kritik faktorlarını ayırmağa imkan verir. 



448 

 

BMT-nin  1992-ci  ildə  keçirilmiş  konfransında  (Rio-de  Janeyro)  da-



vamlı inkişaf konsepsiyasının əsası qoyuldu. Konsepsiyanın əhəmiyyəti mü-

şahidə  və  idarəetmənin  materiallarından  nəticə  çıxarılmaqla  istifadə  etmək 

və monitoprinq sisteminin özünün strukturunu kamilləşdirməkdən  ibarətdir. 

Nəzərə almaq lazımdır ki, hələ də TƏM - in antropogen dəyişməsinin 

çoxməqsədli  monitorinqinin  tamamlanmış  bütöv  sxemi  yaranmayıb. 

Monitorinqin formalaşmış yarımsistemləri (blokları) onun üzvi hissəsi- tam 

səhvsiz ayrı - ayrı konkret vəzifələri müəyyən miqyasda həll etməyə imkan 

verir. 


1974-cü ildə Keniyada (Nayrobi şəhərində) monitorinq üzrə keçirilmiş 

I  dövlətlərarası  müşavirədə  çirklənmənin  monitorinqı  üçün  prioritetlik 

metodunun  tətbiqi  də  maraqlıdır.  Əvvəlcə  çirkləndiricinin  xassələrinə 

əsaslanaraq  prioritetliyi  təyin  etmək  üçün  bir  neçə  kriteriyalar  seçilmişdir. 

Aşağıdakılar nəzərdə tutulur: 

1.İnsanın sağlamlığına və rifahına, iqlimə və ya ekosistemə faktiki və 

potensial mümkün olan təsirlər.   

2.ƏTM - in deqradasiyaya meyli və insan orqanizmində toplanması.    

3.Fiziki  və  bioloji  sistemlərdə  kimyəvi  transformasiya  imkanları, 

bu¬nun nəticəsində ikincili maddə daha zəhərli ola bilər. 

4.Mobillik, hərəkətlilik. 

5.ƏTM-də və insanda faktiki və ya mümkün qatılıq tendensiyası.   

6.Təsirin tezliyi və ya qiyməti. 

7.Müxtəlif mühitlərdə verilən səviyyədə ölçmə imkanları. 

8.ƏTM-də vəziyyəti qiymətləndirmək üçün əhəmiyyəti. 

9.Qlobal  və  subreqional  proqramlarda  bərabər  ölçmə  üçün  ümumi 

paylanma nöqteyi nəzərdən əlverişli olması. 

Qəbul  olunmuş  kriteriyaların  hər  birində  çirklənməni  (0-3  bal)  balla 

qiymətləndirdilər. Balları  toplayaraq prioritet  pozisiyaları təyin  olunur (∑

qiyməti  nə  qədər  böyükdürsə,  prioritet  o  qədər  yüksəkdir).  Bu  cür  alınan 

prioritetlər  mühiti  və  ölçmənin  proqram  tipini  (impakt,  regional,  qlobal) 

göstərməklə  8  sinfə  bölündü  (1-8-ə  qədər  sıra  nömrəsi  kiçik  olan  yüksək 

sinifdir  və  prioritetliyi  daha  çoxdur).  Bu  zaman  çirkləndirici  maddənin 

bir¬başa ölcülməsi mümükün olmayan hal üçün dolayı monitorinq üsulu da 

təyin olundu.  Belə hallarda aşağıdakı xarakteristikalar nəzərə  alınır: suyun 

keyfiyyət indiqatoru – koli-bakteriyalar, OBT5, OKT, göy  - yaşıl yosunlar, 

onların  ilkin  məhsuldarlığı;  torpağın  keyfiyyət  indiqatorları  –  duzluluq, 

turşuluq  və  qələvilik  (pH),  nitratların  və  bioloji  azotun  miqdarı,  torpağın 

üzvi  maddələrinin  (humusun)  miqdarı;  heyvanların  və  insan  sağlamlığının 

indiqatorları,  bitkilərin  xəstəliklərə,  genetik  nəticələrə,  dərmanlara  qarşı 

həssaslıq indiqatorları; çirklənmənin bitki indiqatorları – bioinduksiya. 


449 

 

İzraelin (1984) fikrincə öyrənilən mühitin təbiətdən asılı olaraq moni- 



torinqini abiotik (geofiziki) və biotik (bioloji) sektora ayırmaq kifayətdir.  

Geofiziki monitorinq abiotik tərkibin mikro- və makromiqyasda reaksiyası 

nın təyininə yönəldilib (istiqamətlənib). Buna həm də atmosferin,  hidroloji 

 və torpaq - geokimyəvi mühitin çirklənməsi haqda məlumatlar daxildir. 

Bioloji monitorinqin əsas vəzifəsi -  biosferin biotik tərkibinin və-ziy-

yətini  təyin  etməkdir.  Onun  antropogen  təsirlərə  cavab  reaksiyası  və  bu 

funksiyanın normal təbii vəziyyətdən molekulyar hüceyrə, orqanizm, popul-

yasiya və cəmiyyətlər (biosenozlar) səviyyəsində fərqini (kənarlanmanı) tə-

yin etməkdir. 

Monitorinqin  bu  sektorunda  insan  sağlamlığının  vəziyyətini,  ən 

mühüm populyasiyaların - populyasiya indiqatorların, bütövlükdə biotun və-

ziyyətini müşahidə etmək məqsədəuyğundur. Genetik monitorinq xüsusi yer 

tutur (Davamlı insan inkişafı). 

Buna görə də ekoloji monitorinqdən söhbət gedərkən, daha universal 

sistem başa düşülməlidir. Hansı  ki,  geofiziki və bioloji blokların  keyfiyyət 

elementlərini  daha  yüksək  səviyyədə  birləşdirir,  onların  qarşılıqlı  əlaqə  və 

təsirlərini daha yaxşı başa düşməyə imkan verir. 

Bioekoloji  monitorinqdə  əsas  biosferin  antropogen  təsirlərə  cavab 

reaksiyasıdır.  Bu  zaman  əsas  məqsədlərdən  biri  insan  maraqlarının  qorun-

masıdır.  Bu  mərhələdə  insan  populyasiyasının  vəziyyətində  müşahidə  çox 

mühümdür.  Həmçinin  müxtəlif  populyasiyalarda  mümkün  olan  irsiyyət 

dəyişkənlərinin  müşahidəsi  də  vacibdir.  İnsan  genofondunun  monitorinqi 

onun mühüm sahəsidir. 

İ.R.Qerasimov monitorinqi üç mərhələyə ayırmağı təklif edir: bioeko-

loji (sanitar- gigiyenik); geoekoloji (geosistem, təbii - təsərrüfat); biosfer.  

1. Bioekoloji monitorinq lokal xarakterlidir. Bioloji əhyəmiyyət kəsb 

edən (indiqator) һər hansı bir  parametrin sistematik izlənilməsinə  əsaslanır. 

Müşahidədlər nəzarət məntəqələri şəbəkələrində apalılır. 

2.  Geoekoloji  monitorinq  geofiziki  və  biokimyəvi  metodlara  əsasla-

nır: yol, qatılıq, özünü tənzimləmə, ekosistemin bioloji məhsuldarlığı. 

3.  Biosfer  monitorinqi  qlobal  miqyasda  aparılır,  biosferin  parametr-

lərinin  periodik  və  antropogen  dəyişilmələri  qiymətləndirilir  və  proqnoz-

laşdırılır. 

Müşahidələr üçün һəm monitorinqin ümumi şəbəkəsinə daxil olan nə-

zarət  məntəqələri,  həm  də  xüsusi  sınaq  sahəsi  istifadə  olunur  (geoloji  mo-

nitorinqdə).  Monitorinqin  bu  mərhələsi  reqional  istiqamətlidir.  Geoekoloji 

monitoirnqin  xüsusi  poliqonlarda  aparılması  məqsədəuyğun  hesab  olunur: 

hər  bir  təbii  zonada  və  ya  iri  təbii  -  təsərrüfat  reqionlarında  və  müşahidə 

obyektlərinə  və  tərkibinə  görə  fərqlənən  xüsusi  paliqonlarda.  О  cümlədən 



450 

 

trofık əlaqələr (bioekoloji dövran) bioloji məhsuldarlıq (YVQ-nın göstərici-



ləri,  təbii  sistemlərin  funksiyalaşmasını  və  onlardan  istifadənin  effektliyi). 

Ətraf  mühitin  qorunması  və  yaxşılaşdırılması  nöqteyi  nəzərindən,  təbii  şə-

raitin  və  ehtiyyatların  istifadə  proseslərinin  idarə  olunma  metodlarının  ef-

fektliyi  təsirliyi  öyrənilməlidir.  Akademik  İ.P.Gerasimovun  təklif  etdiyi 

monitorinqin  konseptual  görünüşü  һəm  elmi,  һəm  də  praktiki  cəhətdən 

"cəmiyyət - təbiət" sistemində baş verən prosesləerin başa düşülməsində və 

həyatın təmin olunmasının bu sahəsində konstruktiv qərarların verilməsində            

əhmiyyətlidir.  

Monitorinqdən  danışarkən  onun  faktorların  təsir  mənbələrinə  görə 

sistem  və  уаrımsistemlərinin  təsnifatı  haqda  susmaq  olmaz.  Təsirin  miq-

yasına görə təsnifat da məqsədə uyğun olardı: məkanca, zamanca, müxtəlif 

bioloji  səviyyələrə  görə.  Bu  cür  yanaşmada  müşahidəni  2  qrupa  bölmək 

olar:  a)  nöqtəyə,  kiçik  sahəyə,  rayona,  əraziyə  görə  müşahidə;  b)  qlobal    

miqyasda müşahidə - müəyyən sistemə  (sxemə) görə ümumiləşdirilməlidir. 

Monitorinqin mümkün olan sistem (yarım sistem)  təsnifatı, şübhəsiz maraq 

doğurur,  ekoloji  təhlükəsizliyin  prinsiplərini  ardıcıl  və  məqsədyönlü  for-

malaşdırmağa və həyata keçirməyə imkan verir (İzrael, 1984). Yalnız təbiəti 

mühafızənin  müasir  təşkili  və  idarə  olunması  monitorinqin  məqsəd  və  və-

zifələrinin həyata keçirilməsinə imkan verir. 



Cədvəl 5.2 

Monitorinqin mümkün olan sistemlərinin təsnifatı (Ġzrael, 1984) 

Təsnifatın 

prinsipi 

Monitorinqin mövcud olan və ya işlənib hazırlanan sistemləri 

(yarımsistemləri) 

Universal 

sistemlər 

Qlobal  monitorinq  (baza,  reqional,  impakt  səviyyələrdə)  fon  və 

palleomonitorinqi  daxil  etməklə.  Milli  monitorinq  (məsələn,  keçmiş 

SSRİ-də). 

Ətraf mühitin çirklənmə səviyyəsinə müşahidə və nəzarətin ümumdövlər 

xidməti).  Millətlərarası  ―beynəlxalq  monitorinq  (məsələn,  çirkləndirici 

maddələrin sərhədlərarası daşınmasının monitorinqi). 

Biosferin əsas 

tərkib 

hissələrinin 



reaksiyası 

Geofiziki  monitorinq.  Bioloji  monitorinq,  genetik  monitorinqi  daxil 

etməklə ekoloji monitorinq (yuxarıda deyilənləri birləşdirən) 

Müxtəlif 

mühitlər 

Antropogen  dəyişmələrin  monitorinqi  (çirklənməni  və  ona  qarşı 

reaksiyanı  daxil  etməklə)  atmosferdə,  hidrosferdə,  torpaqda,  kriosferdə, 

biotada 


Faktorlar və 

təsirin 


mənbələri 

Çirklənmə  mənbələrinin  monitorinqi.  İnqridient  monitorinqi  (məsələn,  ayrı 

çirkləndirici maddələr, radioaktiv şualanmalar səs-küy və s.). 

Problemin 

kəskinliyi və 

qloballığı 

Okeanların, ozonosferin monitorinqi 


451 

 

Müşahidə 



detalları 

Fiziki,  kimyəvi  və  bioloji  göstrəicilərə  görə  monitorinq.  Süni  peyklərlə 

monitorinq (distansion monitorinq) 

Sistemli 

yanaşma 

Tibbi  -  bioloji  monitorinq  (sağlamlığın  vəziyyəti)  ekoloji  monitorinq 

iqlim  monitorinqi.  Variant:  bioekoloji  (o  cümlədən  aqroekoloji), 

geoekoloji, biosfer monitorinqi. 



5.5.1.

 

Ekoloji monitorinq 

Ekoloji  monitorinq  -  biosferin  monitorinqinin  kompleks  yarım  siste-

midir.  O,  ƏTM-nin  antropogen  dəyişilmələrinin  təkrar  müşahidə,  qiymət-

ləndirmə  və  proqnozlaşdırma  sistemlərini  birləşdirir.  Bu  da  insanların  və 

digər  canlıların  yaşayış  yerlərinin  ekoloji  şəraitinə  və  eləcə  də  ekosistemin 

funksional  vəziyyətinə  müqayisə  olunacaq  qədər  davamlı  nəzarət  etməyə 

imkan verir. Bundan başqa əgər ekoloji şəraitin məqsədli göstəriciləri pozu-

lursa, uyğun korrektirovka (düzəltmə xarakterli)  təsirləri üçün zəmin  yara-

nır. 

ƏTM-də baş verən proseslərin kompleksliyi və qarşılıqlı asılılığı (eko-

loji təhlükəsiz iqtisadi inkişaf yolunda insanların qarşısında duran problem-

lərin fövqəladəliyi ekoloji monitorinq yarımsistemlərində əsas nəzarət – mü-

şahidə funksiyalarının kamillışdirilməısinin vacibliyini diktə edir 

 Ekoloji monitorinq Vahid Dövlət sisteminin (EMVDS)  yaradılmasın-

da əhəmiyyət kəsb edir və aşağıdakı yarımsistemləri birləşdirir:  

1.

 

ƏTM-ə  antropogen  təsirin  mənbələrinin  monitorinqi  və  ekosis-

temdə ekoloji tarazlığın qiymətləndirilməsi

2.

 

ƏTM-in  abiotik  tərkibinin  çirklıənməsinin  monitorinqi  və  onun 

informasiya modelinin vəziyyətinin qiymətləndirilməsi; 

3.

 

ƏTM-in biotik komponentlərinin monitorinqi (kənd təsərrüfatı fəa-

liyyəti və torpaqlardan istifadə nəticəsində baş verən kritik problemləri qiy-

mətləndirməklə)  eləcə  də  yerüstü  ekosistemləırin  ƏTM-in  təsirlərinə  reak-

siyanın qiymətləndirilməsi; 

4.

 

Ekoloji  hadisələrə  səbəb  olan  faktorları  və  vəziyyətlıri  obyektiv 

qiymətləndirməklə  sosial  gigiyenik  monitorinq  (əhalinin  sağlamlığının  və-

ziyyəti, ƏTM-in çirkləndirən obyektlərin fəaliyyəti və s.);  



5.

 

Ekoloji  monitorinqin  yuxarıda  sadalanan  funksiyalarrının  inkişafı 

üçün lazım olan, ekoloji informasiyanın təmin olunması; 

6.

 

Ekoloji  təhsil  və  tərbiyə,  təbliğat  və  reklamları  əhatə  edən  sosial-

psixoloji informasiya tədbirlərinin həyata keçirilməsi. 

Ekoloji problemlərin kompleksliyi onların çox planlı olması iqtisadiy-

yat  və  müdafiə  yönümlü  obyektlərlə  sıx  əlaqəsi,  əhalinin  sağlamlığının  və 

rifahının təmin olunması, mühüm təbiəti mühafizə problemlırinin həllinə va-

hid sistemli yanaşmanı tələb edir. Dövlət miqyasında lazım olan qərarların 

qəbul  olunmasında  müxtəlif  çətinliklər  yaranır.  Bu  ekoloji  monitorinqin 

vahid  dövlət  sistemində  çoxsaylı  içarıçıların  olması  ilə  bağlıdır.  Bununla 


452 

 

əlaqədar  ekoloji  monitorinqi  milli  sistemin  yaranması  lokal  və  reqional 



səviyyədə  monitorinqin  yarımsistemləırinin  formalaşması  ilə  sıx  bağlıdır. 

Bundan başqa EMVDS-ı qlobal və fon monitorinqlərinin yarımsistemləri ilə 

əhatə olunur. 

Vahid ekoloji monitorinqin (VEM) məqsədi - sistemlərin hazırlanması 

və istifadə olunması, müşahidə metodları və vasitələri, tövsiyyələrin qiymət-

ləndirilməsi  və  işlənməsi,  təbii  texnogen  sferaya  idarəedici  təsiri  və  texno-

loji xarakteristikası, insanın tibbi - bioloji, sanitar - gigiyenik şəraitinin ya-

radılmasıdır. 

Atmosfer  havasının  çirklənmə  səviyyəsinin  müşahidələri  RF-  də  284 

şəhərədə  664 stasionar məntəqədə aparılır. 5 -dən 25 -ə qədər inqridientin 

qatılığı  ölçülür.  İldə  4  mln  nümunənin  hidrometrik  qatılığı  ölçülür.  Səth 

sularının  çirklənməsinə  görə  Rusiyada  1996-cı  ilə  qədər  1928  məntəqə, 

2617 axında, 1363 su obyektində yerləşən 2958 vertikal və 3407 üfüqi mü-

şahidə məntəqələrində 50 mindən çox nümunədə analizlər aparılmışdır. 

Dəniz  mühitinin  çirklənməsinin  kimyəvi  və  hidrobioloji  göstəricilə-

rinə  görə  monitorinq  Rusiyanın  bütün  dənizlərində  yerləşən  500-dən  artıq 

stansiyanın məlumatlarına əsaslanır. 

EMVDS-də  çirkləınmənin  milli  monitorinqi  yarımsisteminin  mərkəzi 

və  10  reqional  laboratoriyası  var  eləsə  də  ekspedisiya  müayinələri  üçün 

vasitələr mövcuddur. 

Zərərli maddələrin sərhədlərarası daşınmasının müşahidəsi üçün Rusi-

yanın qərb sərhəddində stansiyalar şəbəkəsi var. 3 stansiyada atmosfer aero-

zollarının, eləsə də atmosfer yağıntılarının (qar, yağış, dolu) nümunələri gö-

türülür. TƏM - in çirklənməsinin kompleks monitorinq sisteminin 40-a ya-

xın yoxlama məntəqəsi vardır. 

Qar  örtüyünün  çirklənməsinə  nəzarət  üçün  645  meteostansiya  möv-

cuddur.  17  mln.km  sahəni  əhatə  edir.  Nümunələrdə  sulfat,  nitrat,  ammo-

nium, pH, benz(a)piren və ağır metallar təyin olunur. 

Rusiya ərazisində biosfer qoruqlarında  yerləşən kompleks fon ekoloji 

monitorinqin  6  stansiyası  fəaliyyət  göstərir.  Atmosferin  ən  vacib  kompo-

nentlərinin ozon, karbon 2 oksid, aerozolların optik sıxlığı, yağıntıların kim-

yəvi tərkibi, atmosferin elektrik xassələrnin ekoloji monitorinq sistemi yara-

dılmışdır.  Bu  inqridentlərin  müşahidəsi  mütləq  tədqiqat  proqramları  əsa-

sında aparılır.  

ƏTM - in radioaktiv çirklənmənin müşahidələr şəbəkəsi 456 hidrome-

tostansiya və məntəqəni  əhatə  edir. 1394 məntəqədə qamma  - şüalanmanın 

ekspozisiya gücü qeydə alınır; radioaktiv atmosfer çöküntülərini 487, aero-

zolları 51 məntəqə müşahidə edir, 300 məntəqədə radiasiya çöküntüləri fik-



453 

 

sasiya olunur (onların 50 - si qatlığı təyin edir); atmosfer çöküntülərində 30 



məntəqədə

 

tritium, 82 məntəqədə stronsium- 90 (



90

Sr) miqdarı təyin olunur. 

Bundan başqa Çernobl AES qəzasından ziyan dəymiş ərazinin  inten-

siv  müayinəsi  aparılır,  o  cümlədən  yaşayış  məntəqələrində  5  Kи/km

2

-  dən 


çox çirklənmə müşahidə olunan həyətlərdə müayinə aparılır. 

Rusiyada  ərazinin  ƏTM  -  in  qəza  çirklənməsi  ilə  bağlı  ekoloji  toksi-

koloji halların tədqiqi üçün operativ sistemlər yaradılıb. 

Artıq  qeyd  olunduğu  kimi  ekoloji  monitorinqin  yarımsistemlərində 

biosferi  təşkil  edən  müxtəlif  səviyyələrdə  -  impakt  (lokal)  reqional  və  fon 

(qlobal) müşahidələr aparılır. 

Respublikamızda  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  nəzdində 

olan  Ətraf  mühitin  çirklənməsinin  Milli  Monitorinq  mərkəzində  havanın, 

suyun və torpağın radioaktiv və digər çirklənmələrinin təyin olunması üçün 

ən müasir cihazlardan istifadə olunur. 

Ekoloji  monitorinqin  lokal  səviyyəsinin  fərqləndirici  xüsusiyyəti 

emissiya mənbələrinin nəzarət sistemlərinin sıx əlaqəsi və onların TƏM - ə 

obyektin texnoloji proseslərlə təsir etməsidir. Bu ekoloji monitorinqə - tex-

nogen təsirlərin kompleks halda baş verməsi və istehsalın texnoloji proses-

lərilə  idarə  olunması  sistemi  kimi  baxmağa imkan verir. Hazırda təbii eko-

sistemləri deyil, məhz texnosfera obyektlərini qiymətləndirirlər. Burada mo-

nitorinq müşahidələr, analizlər və vəziyyətin proqnozlaşması və bütün təbii 

mühitin dəyişməsilə tamamlanır (qoruq meşələrin torpaqları zonalarının fon 

monitorinqi).  Ekoloji  monitorinq  sisteminin  bütün  əsas  funksiyaları  tam 

şəkildə  reqional  səviyyəli  monitorinqdə  realizə  olunur.  Bu  səviyyə  üçün 

VEM - in quruluş strukturunu informasiyaların alınması və üzə çıxarılması, 

eləcə də hadisələrin qiymətləndirilməsi və qərarların qəbul olunması sferası 

kimi təsəvvür etmək olar. 

Vahid ekoloji monitorinqin vəzifələrinə aşağıdakıları daxil etmək olar: 

1.

 

TƏM - in ekoloji-sosial, tibbi-bioloji vəziyyətinə operativ nəzarət; 



2.

 

Reqionun  ekoloji  əlverişsizliyi  faktorlarının  üzə  çıxarılması  (o 



cümlədən TƏM-ə əhalinin sağlamlığına neqativ təsirlərin mənbələri); 

3.

 



TƏM - in faktiki vəziyyətinin xarakteri; 

4.

 



Adekvat ekoloji şəraitdə, ierarxik səviyyədə qərarların qəbul olun-

ması üçün informasiyaların hazırlanması və ümumiləşdirilməsi; 

5.

 

TƏM-in və əhalinin sağlamlıq vəziyyəti haqda obyektiv informasi-



yanın  toplanması,  sistemləşməsi  və  saxlanması  (bu  faktorların  qiymətlən-

dirilmıəsində mümkün olan subyektivliyi nəzərə almaqla); 

6.

 

TƏM  -  in  vəziyyətinin  yaxşılaşdırılmasına  yönəldilmiş  idarəedici 



qərarların işlənib hazırlanması. 

454 

 

Vahid ekoloji monitorinqin istənilən yarımsistemlərinin mühüm struk-



tur həlqələri (bloklar) bunlardır: ölçmə kompleksi özündə hüquqi-bioloji sa-

nitar-gigiyenik, sosial texniki-iqtisadi yönümlü məlumatların baza və bank-

larını  birləşdirən  informasiya  kompleksləri;  sənaye  obyektlərinin  qiy-

mətləndirmə və optimallaşdırma sistemləri; tarlaların ekoloji və meteoroloji 

faktorlarının proqnozlaşması sistemləri, eləcə də qərarların qəbul olunması  

sistemləri. 

Vahid  ekoloji  monitorinq  layihəsinin  hzırlanması  müxtəlif  sahəli  in-

formasiyalar tələb edir. O cümlədən TƏM -ə çirkləndirici maddələrin daxil 

olma mənbələrini bilmək lazımdır: 

-  çirkləndirici  maddəılərin  daşınma  prosesləri  (atmosferdə,  su  mü-

hitində daşınması və miqrasiyası); 

-

 



ÇM - in landşaft geokimyəvi yer dəyişməsi proseslərini; 

-

 



emissiyanın antropogen mənbələrinin vəziyyəti haqda məlumatları. 

Məlumatların  alınması  ÇM-in  fon  qatılığı  və  emissiya  mənbələri  ya-

xınlığında onların qatılığı haqda xarakteristika verən 3 qrup meteoroloji  pri-

borlarla təmin olunur. 



Atmosfera:  meteoroloji  məlumatları,  hava  sferasının    qaz  və  aerozol 

fazasının kimyəvi və radionuklid tərkibi; bərk və maye çöküntülər (qar, ya-

ğış),  onlarlın  kimyəvi  və  radionuklid  tərkibi;  atmosferin  istilik  və  nəmlik 

çirklənməsi. 



Hidrosfera:  hidroloji  göstəricilər  (səthi  axma  sürəti  və  suyun  səviy-

yəsi, sərfiyyatı) nəzarət olunan su hövzələrində və axınlarda (çaylar, göllər, 

su  anbarları)  hidrobioloji  göstəricilər  (fitoplanktonlar,  zooplanktonlar, 

zoobentoslar, perifitonlar); səth sularının (çaylar, göllər, su anbarları və s.), 

qrunt sularının, ərinti sularının hidrokimyəvi və radionuklid tərkibi; səth və 

qrunt sularının istilik çirklənməsi. 



Torpaq  örtüyü:  torpağın  münbit  qatının  kimyəvi  və  radionuklid  tər-

kibi,  fitotoksikliyi,  mikrob  biokütləsi,  ÇM  -  in  müxtəlif  formalarının  miq-

rasiyası. 

Biota:  trofik  zəncirin  əsas  həlqələrinin  məhsuldarlığının  qiymətlən-

dirilməsi,  növ  tərkibi,  xəstəlikləri;  kənd  təsərrüfatı  yerlərinin,  bitki  örtüyü-

nün, torpaq zoosenozlarının, yerüstü cəmiyyətlərin, həşaratların, vəhşi və ev 

heyvanların, quşların, su bitkilərinin, planktonlarının, balıqların kimyəvi və 

radionuklid çirklənməsi. 

Urbanizasiya  mühiti:  şəhərlərin  və  yaşayış  məntəqələrinin  hava  şə-

raitinin kimyəvi  radiasiya fonu;  ərzaq məhsullarının,  içməli suyun kimyəvi 

və radionuklid tərkibi və s. 


455 

 

Əhalixarakterik təbii-demoqrafik parametrləri (say və sıxlıq, doğum 

və ölüm, yaş tərkibi, xəstəlikləri, anadangəlmə eybəcərliklər və anomoliya-

ların səviyyəısi); sosial-iqtisadi faktorlar.   

Ölçmə komplekslərində informasiyaları ötürücülərlə toplayan, onu is-

tehlakçıya modem telefon və radioqəbuledicilər və ya elektron poçtlarla ötü-

rən müasir nəzarətedicilərin istifadəsi, sistemlərinin operativliyini xeyli yük-

səkdir. 


VEM-in ölçmə kompleksinin  təchizatının  tam  avtomatlaşdırılması, 

 mürəkkəb çoxməqsədli, eyni zamanda kompakt avtonom sistemlərlə TƏM 

-in  keyfiyyətinin  izlənilməsi  mümkündür.  Onların  inkişafının  ləngiməsi 

əsasən texniki və texnoloji səbəblərdən deyil, finans çətinliklərilə bağlıdır. 

VEM-in  müasir  avtomatik  sistemlərinin  əsas  struktur  blokları  aşağı-

dakılardır

● ƏTM-in parametrlərin ötürücüləri (havanın temperaturası, günəş ra-

diasiyası, suyun tərkibi, su mühitində metalların ion forması, atmosferdə və 

suda  çirklındirici  maddələrin  qatılığı,  herbisidlər,  insektisidlər  fenollar, 

benz(a)pirenlər və s.); 

● bioloji parametlərin ötürücüləri (oduncağın böyüməsi, bitki örtüyü, 

torpağın humusu və s.). 

TƏM-in  parametlərin  izlənməsinin  sadə  avtomatlaşdırlmış  sistemi 

―Raduqa‖,  Vıborq  şəhərində  ekoloji  problemlərin  həlli  üzrə  Assosiyasiya 

tərəfindən  hazırlanmışdır.  ―Raduqa‖  sisteminin  izlənməsi  su  hövzələrinin 

keyfiyyətcə  monitorinqini  təmin edir. Onu sənaye çirkab sularının kimyəvi 

tərkibinə  nəzarətdə  istifadə  edirlər.  Bu  zaman  qənaət  ilkin  xammalın  qiy-

mətinin 20% - ni təşkil edir. 

―Raduqa‖ TƏM-in verilən təşkilatına və insana vurulan ziyanı hesab-

lamaqla istehsalın texniki-iqtisadi göstsəricilərini yaxşılaşdırır. 

―Raduqa‖ sistemini istifadə etməklə, avtomatik rejimdə 256 - ya qədər 

parametrləri qeydə almaq olar. 

İzlənmənin  baxılan  sistemi  ötürücünün  dövriyyəsindən  asılı  olaraq  1 

saatdan  1  sutkayadək  işləyir.  Bir  qayda  olaraq  təşkilatlar  tərəfindən  gizlə-

dilən  planlaşdırılmamış  tullantı  və  qalıqları  fiksə  etdiyinə  görə  ―Raduqa‖ 

özünə məxsus ―gözətçi‖ kimi xidmət edir. 

Ötürücü  kimi  müxtəlif  tipli  ionoselektiv  elektrodlar  istifadə  olunur, 

hidrogen,  xlor  ionlarının,  brom  nitratların,  ammonium  azotunun,  sul-

fa(fi)tlərin, fosfatların və bəzi ağır metalların qatılığını qeyd edirlər. 

VEM-in  reqional  yarımsistemi  böyük  massivdə  müxtəlif  ilkin  infor-

masiylarla işləməyi nəzərdə tutur. Buna görə də aktual vəzifələrdən biri va-

hid elmi informasiya məkanının yaradılmasıdır. Bu geoinformasiya texnolo-

giyaları əsasında formalaşdırıla bilər. 


456 

 

Bu  cəhətdən  geoinformasiya  sistemlərinin  yaradılması  mühüm  əhə-



miyyət  kəsb  edir.  GİS  informasiyanın  toplanması,  emalı,  saxlanması,  sis-

temləşdirilməsi,  elmi  analizi  və  təqdim  olunması  üçün  universal  vasitədir. 

Yalnız GİS-in tətbiqi nəticəsində TƏM -in kompleks problemlərinə tam ya-

naşma mümkün olmuşdur. 

VEM-in  geoiformasiya  sistemini  nəzəri,  eksperimental  və  ekspert 

informasiyaları  sintezləşdirən  konseptual  model,  eləcə  də  müxtəlif  tipli 

informasiyaları inteqrallaşdıran model  kimi yaratmaq məqsədəuyğundur. 

Bu zaman nəzərə almaq lazımdır: 

●  kadastr  və  katoqrafiya  informasiyalarının  və  distansion  zondlama 

materiallarının məlumat bazalarının yaradılmasını; 

● əlaqə kanallarını istifadə etməklə təbii rejimdə funksiyalaşma; 

● şəxsi kompüterlərdə proqramların reallaşma imkanları; 

● GİS-nin reqional və federal səviyyədə sistemlərə qoşulması zamanı 

vilayət səviyyəsində informasiya və proqram uyğunluğu; 

 ● ərazidə yayılmış məlumatlar bazasınının saxlanmasını. 

GİS-ni  idarəetmənin  müxtəlif  ierarxik  səviyyəsində  (yerli,  vilayət, 

reqional) yaratmaq lazımdır. Səviyyə sistemlərinin hər biri əsas məlumatlar 

bazası,  intellektual  interfeys,  modelləşmənin  kompleks  proqramı  və  idarə-

etmə  qərarlarını  qəbuletmə  proqramlarına  malikdir.  Fərq  –  məlumatlar  ba-

zasında yerləşən informasiyaların mərkəzləşməsi səviyyəsində, eləcə də həll 

olunan vəzifənin xarakterindədir.  

VEM sistemi yalnız TƏM -in vəziyyətinə və əhalinin sağlamlığına nə-

zarət  etmir,  eyni  zamanda  bu  və  ya  digər  hadisəyə  aktiv  təsiretmə  imkan-

larını da nəzərdə tutur.  

VEM-in ierarxik səviyyəsini (qərarların qəbul olunması sferasını), elə-

cə də ekoloji ekspertizanın və ətraf mühitə təsir etmənin qiymətləndirilməsi 

(ƏMTQ)  yarımsistemlərini  istifadə  etməklə,  sənaye  obyektləri  və  reqion-

larının, eləcə də mürəkkəb ekosistemlərin riyazi  modelləşdirilməsinin nəti-

cələri  əsasında,  emissiya  mənbələrini  idarə  etmək  olar.  Riyazi  modelləşmə 

dedikdə,  məsələn,  sənaye  obyektlərinin,  texnoloji  proseslərin  TƏM  -ə  eh-

timal olunan təsirinin və onun nəticələrinin modelləşdirilməsi başa düşülür.  

Model ayrı-ayrı ekosistemlərin bu və ya digər faktorların dəyişməsinə 

qarşı  həssaslığını  tədqiq  etməyə  imkan  verir.  Güman  olunur  ki,  bu model-

lərdə  müxtəlif  əmsalların  rəqəmsal  qiymətini  laboratoriya  eksperimentləri 

yolu ilə təyin etmək olar. 

Mürəkkəb  bioekoloji  sistemlərə  müxtəlif  faktorların  təsirini  öyrənər-

kən, riyazi və ekoloji cəhətdən əsaslandırılmış çox faktorlu eksperimentlərin 

aparılması məqsədə uyğundur. 



457 

 

Bu cür eksperiment bioloji sistemlərə təsir edən, faktorların birləşmə-



sinin  müxtəlif  çoxluğunu  eyni  zamanda  və  sərbəst  analiz  etməyə  imkan 

verir. Burada bioloji sistemlərin dəyişməsinin mövcud tendensiyası əsasında 

proqnozlaşdırılmış gözlənilən hadisələrin tədqiqi birinci dərəcəli əhəmiyyət 

kəsb  edir.  Ayrı-ayrı  eksperimentlər  və  əldə  olan  riyazi  əsaslarla  gələcəkdə 

TƏM-in  vəziyyəıtinin  real  hadisələrini  modelləşdirmək  olar,  gözlənilən 

dəyişmələrə səbəb olan müxtəlif faktorları (məsələn, azot, fosfor və s.). Bio-

gen  elementlərin  daxil  olması  nəticəsində  sututarların  evtroflaşmasını  üzə 

çıxarmaq  olar.  Bu  isə  çirklənmənin  ayrı-ayrı  mənbələrini  düzgün  təyin 

etməyə imkan verir. 

Təbii  ətraf  mühitin  monitorinqinin  qlobal  sistemi  çərçivəsində  vahid 

ekoloji  monitorinqə  xüsusi  diqqət  yetirilir.  Bu  zaman  VEM-in  vəzifələri 

aşağıda göstərilənlərin qiymətləndirilməsidir: 

1.

 

torpaqdan  istifadə  və  kənd  təsərrüfatı  fəaliyyəti  nəticəsində  baş 



verə bilən problemlər və kritik situasiyalar;  

2.

 



yerüstü  ekosistemlərin  TƏM-in  antropogen  dəyişmələrinə  reak-

siyası; 


3.

 

yaşayış  mühiti  və  ekosistemlərin  vəziyyəti,  funksional  tamlığının 



qiymətləndirilmıəsi. 

VEM-ə həmçinin torpağın vəziyyətinin (torpaq ekoloji monitorinq), su 

sistemlərinin (o cümlədən dənizlərin) və ehtiyyatlarının, biotun monitorinqi. 

Müxtəlif dərəcədə antropogen təsirə məruz qalmış təbii komplekslərin 

müşahidə  olunması  çox  mühümdür  (qoruq  ərazilərindən  ekosistemlərə  qə-

dər).  Belə  ki,  su  ekosistemlərinə  ən  çox  yayılmış  antropogen  təsir  (göl,  su 

anbarları) evtroflaşma prosesidir. Buna  görə  də ekoloji  monitorinq  sistemi-

nin  göstəricilərinin  evtroflaşmanın  inkişafını  xarakterizə  edən  kriteriyaları  

vacibdir. 

Ekoloji  monitorinq  əsasında  antropogen  təsir  görünən  təyininə  misal 

olaraq,  turş  yağışların  nəticəsində  suyun,  torpağın  turşlaşmasını  göstərmək 

olar: [SO

2

(SO


3

)+H


2

O]. pH-ın aşağı qiymətlərində su hövzələrində diatom və 

göy-yaşıl  yosunlar  itirlər,  zooplanktonların  (dafniyalar)  məhz  sonrakı  miq-

darının artması pH-ı kəskin dəyişdirir. Nəticədə balıq ehtiyyatlarının yaran-

ması xeyli pisləşir, bəzi hallarda turş sularda tamamilə yox olurlar. Çay və 

göl  ekosistemlərinin  çirkab  suları  ilə  çirklənmədən  (pH˂  5,0  olanda  mol-

yuskların,  estuarilərdə  başayaqlıların  sayı  azalır)  ekoloji  monitorinqin 

təşkilinə  ekosistemin  mümkün  olan  reaksiyasını  nəzərə  almaq  lazımdır 

(göy-yaşıl yosunların biokütləsinin artması və onların toksinləşmənin əmələ 

gəlməsi  müxtəlif  orqanizmlırin  sayının  azalmasına  və  ya  yox  olmasına, 

planktonların  parçalanma  məhsullarının  yaranmasdan    senozun  heterotrof 

hissəsinin artması və s.) 



458 

 

Çirklənmənin  yerüstü  ekosistemlərə  təsiri  ekoloji  monitorinqin  müx-



təlif  yarımsistemlərində  spesifik  göstəricilər  kimi  istifadə  oluna  bilən  dəyi-

şikliklərlə  müşahidə  olunur.  Məsələn  növ  müxtəlifliklərinin  azalması  və 

növlərə görə fərdlərin paylanmasının dəyişməsi. Torpağın yüksək turşuluğu 

ionların  hərəkəliyinin  yüksəlməsinə  (Al,  Mn,  Fe  və  b)  və  onların  yenidən 

yerdəyişməsinə səbəb olur, pH-ın azalması torpaq mikrofaunasını dəyişdirir 

və hətta ali bitkilərə ziyan vurur. Belə halda azotfiksasiya edən bakteriyalrın 

məhsuldarlığı aşağı düşür və üzvi birləşmələrin parçalanma sürəti azalır. 

Turş yağışlar şibyələri zədələməklə ekosistemin azot dövriyyəsinin 

(şibyələr azotu  udmaqla onu bitkilərə daşıyırlar), kükürdün  yığılması onun 

biokimyəvi dövriyyəsinin pozulmasına səbəb olur. 

Qeyd olunub ki, torpaq biogeosenozlrın komponenti kimi bir çox hal-

da landşaftın turşulaşmaya qarşı dözümlüyünü təyin edir.  Buna turş  yağış-

lara  görə  akkumlayasiya  prosesində  torpağın  potensial  imkanlarına  uyğun 

bitkilər lazımdır. 

Torpaq  ekoloji  monitorinq  üçün  etalon  sahədəki  torpağın  xassələri 

haqda informasiyanın olmasıdır. Müxtəlif biogeosenozlar və ya torpaq-bitki 

zonası bir sıra səbəblərdən kifayət qədər məhduddur. 

Onların ən əsasları: bitki cəmiyyətlırində təbii suksesiyalar, təbiətdən 

istifadə ərazisində dəyişmələr torpağın yeni analitik tədqiqat metoduna keç-

məsi  və  nəhayət  torpağın  vəziyyətinin  uzun  müddətli  kompleks  tədqiqinin 

məhdudluğudur.  ―Torpağın  kimyası‖  proqramının  yaradılması  təsadüfi  de-

yil.  Monitorinq  stansiyası  şəbəkəsinin  yaradılması  və  onun  torpaq  ekosis-

temlərinin vəziyyətinin göstəricilərinin uzunmüddətli müşahidələr, torpağın 

dəyişməsinin  uzunmüddətli  proqnozlaşdırılması  üçün  lazım  olan  etibarlı 

informasiyanın alınmasına imkan verir. 

Kiçik  turşu  çirklənməsində  dözümlüyünə  görə  müxtəlif  olan    tor-

paqlarda  və  bütünlükdə  ekosistemlərdə  protonların  dəyişməsi  və  onların 

geokimyəvi miqrasiyası son zamanlar müvəffəqiyyətlə həyata keçir. 

Torpağa, kritik turşu yüklənməsinin hesablanması üçün ion mübadilə 

proseslərin bərabər vəziyyətinə əsaslanan, kifayət qədər sadə metod istifadə 

etmək olar:  

CL(AC) =BC

w

 – BC


v

 – ANC


1

 – AC


n

 

burada:  CL(AC)  -  turşuluğun  kritik  yüklənməsi;  BC



w

  -  mineralların 

parçalanması zamanı əsas kationların (Ca, Mg, K, N) azad olma sürəti; BC

v

  - əsas 



kationların bitki kökləri vasitəsilə udulması; ANC

1

 - səthi və torpaqdaxili axınlarda 



turşu neytrallaşma qabiliyyətinin itirilməsi; AC

n

  -  torpaqda  azotun  transformasiya 



zamanı hidrogen  ionunun məhsullarlaşması. 

459 

 

Baxmayaraq ki, bu metod torpaq proseslərinin cəmini nəzərdə tutmur, 



lakin  İsveç  ekoloqları  meşə  torpaqlarının  kritik  yüklənməsinin  hesablan-

masında müvəfəqiyyətlə istifadə edirlər. 

Cədvəldə  turş  yağışların  təsiri  altında  torpaq  örtüyünün  mümkün  də-

yişkənliklərinun geniş ekoloji spektri təsvir olunur. (cədvəl 5.3) 

Turş  yağişlarin  təsirindən  torpaq  örtüyünün  bəzi  xassələrindən 

dəyişməsi,  bioqeosenozun  bitki  komponentlərinin  həyat  tərzində  və 

quruluşunda  biruzə  çixa  bilər.  Turş  qaliqlar  bitkilərə  dolayi  təsirdən  başqa 

bir  başa  təsirə  də  malikdir.  Məsələn.  ağacın  iri  gövdəsi  bir  başa  turşu 

qalıqları  ilə  kontaktda  olduqda  bitki  yarpaqlarının  epidermis  və  kutikulası  

zədələnir, qida elementləri qələviləşir, reproduksiya prosesləri pozulur və s. 

Turş  yağışların  təsirindən  fitosenozun  vəziyyətinin  necə  dəyişməsinə 

daha ətraflı baxaq. 

 Torpaqda  qələvi-turşu  tarazlığının  dəyişməsi  köklərin  membranı 

potensialına  təsir  edir,  yəni  hüceyrə  membranının  aktiv  lipid,  protein  və 

digər komponentlərinin dissosiasiyasına təzyiq göstərir, həm də kök səthinin 

mənfi  yükünü  azaldır.  Bunun  nəticəsində  məhsuldan  kationların  udulması 

həddən  çox  çətinləşir.  Bu  proseslərin  pozulması  torpaq  məhlulunun  tərki-

bində dəyişmələri kəskinləşdirir. Mühüm biogen elementləırin bitki tərəfin-

dən mənimsənilməsi  azalır,  çünki  onlar rizosferdən daha  dərin torpaq qat-

larınadək  qələviləşirlər.  Bununla  yanaşı  fitotoksiki  xassəli  digər  element-

lərin  toplanması  artır.  Onlara  daxildir:  Mn,  Zn,  Cd,  Co,  Ni,  başqa  sözlə  o 

elementlər  ki,  turş  torpaqlarda  mineral  ionlar  formasında  aktiv  miqarasiya 

edirlər. Demək olar ki, onların hamısı dəmirin biokimyəvi antogonistləridir. 

Xlorun yaranması ilə şərtlənən dəmir çatışmazlığı onlıarın çoxalmasına gə-

tirib  çıxarır.  Bundan  başqa  bitkinin  qidalanma  rejiminin  pozulmasıl  nəti-

cəsində  onların  ziyanverici  həşəratlara,  patogen  göbələklərə,  bakteriya  və 

viruslara, şaxta və quraqlığa davamlığı azalır. 

Aydınlaşdırılıb ki, torpaqda çirklıəndiricilərin davranışı onların mine-

roloji və üzvi tərkibindən asılıdır. İon mübadiləsi, xemosorbsiya, çökmə və 

akkumulyasiya  nəticəsində  gil  mineralları  və  sərbəst  polutor  oksidlər  kim-

yəvi maddələri tutub saxlaya bilirlər. 

Üzvi  maddələrin  müxtəlif  xassəli  reaksiyalarda  iştirakı  zamanı  çirk-

ləndirici  maddələrlə  qarşılıqlı  təsiri,  torpaq  ekoloji  monitorinqdə  torpağın 

humus vəziyyətinin  bir sıra  göstəricilərinin  təyin  olunmasını diqtə  edir. Bu 

humusun ümumi tərkibi, onun tərkibinin qrupları, suda həll olan üzvi mad-

dələr:  məsələn,  Zn  suda  həll  olan  fulvatları  torpağın  profili  boyunca  yerini 

dəyişə bilir,  lakin onun hummatları torpaq hissəcikləri üzərində örtük əmələ 

gətirir,  hərəkətsizdirlər.  Kompleks  birləşmələrin  yaranması  landşaftda  me-

talların yayılma sərhədlərini genişləndirə bilər, onların yüksək miqdarında  


460 

 

 



                                                                                                                    Cədvəl 5.3 


Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin