ZƏHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə32/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   28   29   30   31   32   33   34   35   ...   48

(260  b)  üç küruh qədər vardır. Dağları kiçık-kiçık təpələr halındakı dağlar-

dır. Kəndləri bu dağların ətəklərində yerləşir. Kənd olmayan yerlərdə tovuz 

                                                           

1

 Sədi Şirazidən. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



278 

quşu və meymun çoxdur. 

Ev toyuğuna bənzəyən bir cür toyuq da çoxdur, eynən toyuq kimidir, 

lakin çoxu düz rəngdədir. 

Qazi  xanın  harada  olduğu  dəqiq  olaraq  bilinmədiyi  üçün  harada  olsa 

oraya gedib hər hansı bir şəkildə ələ keçirilməsi işini Birim-Div Məlinhəslə 

birlikdə Turdukeyə tapşırdım. 

Dunun ətrafındakı bu kiçık dağlarda çox qorunaqlı qalalar var. Şimal-

şərq yönündə Qutilə adlı bir qala var ki, ətrafı yetmiş-səksən kari dərinliyin-

də  qayalıqlarla  çevrilmişdir.  Böyük  qapısının  yerləşdiyi  tərəf  yeddi-səkkiz 

kari qədərdir. Asma körpü qoyulan yerinin genişliyi on-on iki kan qədərdir. 

İki  uzun  kötüyü  körpü  etmişlər,  atları  və  heyvanları  oradan  keçirirlər.  Bu 

dağlarda Qazi xanın gücləndirdiyi kurqanlardan biri də bu imiş. Onun orada 

adamları  varmış.  Axınçılar  gedib  savaşırlar.  Tam  almaq  üzrə  ikən  axşam 

olur, kurqanın içindəkilər də belə möhkəm bir kurqanı buraxıb qaçırlar. 

Dun  civarındakı  digər  bir  möhkəm  kurqan  isə  Gingutə  kurqanıdır. 

Onun da ətrafı uçurumdur, lakin digər kurqan qədər möhkəm deyildir. Aləm 

xan, daha öncə də söyləndiyi kimi, bu Gingutə kurqanına girmişdi. (26l a) 



 

BABURUN SULTAN ĠBRAHĠMĠN 

ÜSTÜNƏ HƏRƏKƏTƏ KEÇMƏSĠ 

 

Qazi xanı tutmaq üçün ilqar ayırdıqdan sonra himmət üzəngisinə basıb 

təvəkkül cilovunu ələ alaraq o zamanlar paytaxtı Dehli olan Hindistan məm-

ləkətlərini idarə edən Sultan Bəhlul Ludi  Əfqan  oğlu Sultan  İsikəndər oğlu 

Sultan İbrahimin üzərinə hərəkət etdik. Mövcud əsgərinin min lek olduğunu 

söylərlər və özü ilə bəylərində minə yaxın fil olduğunu təxmin edirdilər. 

Bir mənzildən sonra Baqi Şiğavula Dibalpuru ehsan edib köməkçi ola-

raq Bəlxə göndərdim. Bəlxin işləri üçün çoxlu ağ axça və Kabildəki əqraba 

və uşaqlara Milvət fəthində ələ keçən əşyadan hədiyyələr də göndərdim. 

Dundan aşağıya doğru bir-iki mənzildən sonra Şah İmad Şirazi mənə 

Arayiş xan ilə Molla Məhəmməd Məzhəbin məktublarını gətirdi. Bir qədər 

sədaqət göstərib bu səfərə qeyrət və diqqət etmişlər. Biz də bir piyada vasi-

təsilə inayət fərmanları göndərdikdən sonra irəli hərəkət etdik. 

Milvətdən gedən axınçılar Hürur, Kehlur və o civardakı dağ kurqanla-

rının  hamısıni  zəbt  edib  əhalisini  yağmalayaraq  gəlib  bizə  qoşuldular  Çox 

möhkəm  olduğu  üçün  uzun  zamandan  bəri  buralara  heç  kimsə  girə  bilmə-

mişdi. Aləm xan da çox pis bir vəziyətdə piyada və çılpaq gəldi. Bəy və iç-

kilərdən bəzilərini atlarla onu qarşılamağa göndərdim. Bu civarda ikən (261 



b) gəlib bizə qoşuldu. 

Axınçılar bu civarın dağ və dərələrinə də gedib bir-iki gün sonra gəl-

dilər. Önəmli bir şey ələ keçmədi. Şah Mir Hüseyn, Can bəy [Can Məhəm-


BABURNAMƏ 

 

279 



mədi]  və  digər  bəzi  igidlər  də  izin  alıb  axına  getdilər.  Dunda  olduğumuz 

günlərdə iki dəfə  İsmayıl Cilvani ilə Bibənin məktubları gəldi. Buradan da 

onların arzu etdikləri fərmanlar göndərildi. 

Dundan qalxıb Ruperə gəldik. Burada ikən çox yağmur yağdı və hava 

ümumən soyuq oldu.  Ac və  çılpaq hindistanlılar çox  qırıldı. Ruperdən qal-

xıb Sihrind qarşısında yerləşən Kerələ enmişdik ki, «Sultan İbrahimin elçi-

siyəm» deyən bir hindistanlı gəldi, amma yanında məktub və  yazısı yoxdu. 

Bizdən  elçiliyə  bir  adam  istəmiş.  Onu  bir  sevadlı  mühafizlə  birlikdə  geri 

göndərdik. Bu zavallılar gedincə  İbrahim hər ikisini həbsə atdırmış. İbrahi-

mi məğlub etdiyimiz gün [=20 aprel 1526] sevadlı qurtularaq gəldi. 

Bir dəfə də dincəldikdən sonra Bənur və Sənur çayının sahilinə endik. 

Hindistanın böyük çayların dışındakı axarsulardan biri də budur. Buna Gə-

gər çayı deyirlər. Çitər də bu çayın kənarındadır. 

Çayın yuxarı tərəfini seyr etmək üçün getdik. Bu çay Çitərin üç-dörd kü-

ruh yuxarısında bulaqdan başlayır. Seyr etmək üçün getdiyimiz bu çayın yuxarı 

tərəfindəki geniş bir dərədən dörd-beş (262 a) dəyirman işlədə biləcək qədər su 

çıxır. Bir az daha yuxarıda isə çox gözəl, havası xoş və uyğun olan yerlər var. 

Bu çayın geniş dərədən çıxdığı yerə bir çarbağ salınmasını əmr etdim. 

Bu su düzlüyə enib bir-iki küruh məsafə getdikdən sonra çaya tökülür. 

Gəgər çayı qaynaqdan sızır. Yağmur mövsümündə bu çayın suyu çoxalaraq 

üç-dörd küruh aşağıda Gəgər çayı ilə birləşdikdən sonra Samana və Sünna-

ma gedir. 

Biz  o  yurdda  ikən  Dehlinin  bu  tərəfində  duran  Sultan  İbrahimin  ora-

dan  irəliyə  doğru  yürüdüyü  xəbərini  aldıq.  Hisari-Firuzənin  şikdarı  Həmid 

xan Xassə-Heyl də Hisari-Firuzənin və o civarın əsgəriylə birlikdə hisardan 

on-on beş küruh daha bu tərəfə doğru gəlibmiş. Kəttə bəy informasiya yığ-

maq üçün İbrahimin ordugahına tərəf  yola düşdü, Mömin Atəkə isə Hisari-

Firuzə əsgəri haqqında bilgi toplamaq üçün göndərildi. 

Bazar  günü,  cəmadiyüləvvəl  ayının  on  üçündə  [=25  fevral]  Embalə-

dən qalxıb  bir göl kənarına  enmişdik.  Mömin  Atəkə  ilə  Kəttə  bəy  gəldilər. 

Həmid xanın üstünə yürüməsi üçün Xoca Kəlan, Sultan Məhəmməd Dulday 

və Vəli Xəzinə[çi]nin əmri altındakı bütün sağ qol adamını, Hindistanda qa-

lan bəylərdən Xosrov, Hindu bəy [Koçin], Əbdüləziz [Miraxur] və Məhəm-

məd Əli  Cəng-Cəngi, mərkəzdən də  içki və igidlərdən Şah Mansur  Barlas, 

Kəttə bəy, Mühib Əli Qurçu və digər adamlarla birlikdə Hümayunu (262 b) 

görəvləndirdik. 

Bibən də biz bu yurdda ikən gəlib bizə qoşuldu. Əfqanlar çox qaba və 

axmaq olurlar. Dilavər xan həm nökər,  həm də mövqeyi baxımından ondan 

daha yüksək olduğu, Aləm xanın oğulları isə padşahzadə olduqları halda hü-

zurumuzda oturmazdılar. Amma bu adam  oturmaq istədi.  Onun bu məqbul 

olmayan arzusuna kim qulaq asar. 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



280 

Bazar ertəsi günü, ayın on dördü sabahı [=26 fevral] Hümayun Həmid 

xanın  üstünə  hərəkət  etdi.  Hümayun  sürətlə  hərəkət  edir  və  özündən  əvvəl 

yüz-yüz əlli yaxşı igidi önçü olaraq göndərir. Bunlar yaxınlaşıb savaşa tutu-

şaraq  bir-iki  əl  atışdıqdan  sonra  arxadan  Hümayunun  qaraltısı  görününcə 

düşmən dərhal qaçır. Yüz-iki yüz adamını ələ keçirərək yarısının başını kə-

sib, yarısını da yeddi-səkkiz fillə birlikdə gətirdi. 

Bəy-Mirək Moğol Hümayunun bu zəfərinin xəbərini cümə günü, ayın 

on səkkizində biz bu yurdda ikən gətirdi. Ona dərhal bir xas paltar və axır-

dakı xas atlardan biri ehsan edilərək, mükafat da vəd olundu. 

Bazar ertəsi günü, ayın iyirmi birində [=5 mart] biz hələ o yurdda ikən 

Hümayun  yüzə  qədər  əsir  və  yeddi-səkkiz  fillə  gəlib  bizə  qoşuldu.  Ustad 

Əliquluya və tüfəngəndazlara (263 a) əmr edildi, əsirləri ibrət üçün tüfənglə 

qırdılar. 

Bu,  Hümayunun  ilk  səfəri  və  ilk  dəfə  gördüyü  bir  işdi,  gələcək  üçün 

xeyirli bir əlamət  idi.  Qaçanları  təqib  edənlər onları  qovalayaraq Hisari-Fi-

ruzəyə  qədər  gedib  onu  da  dərhal  alaraq  yağmalayıb  gəldilər.  Hümayuna 

çevrəsindəki  bağlı  yerlərlə  birlikdə  bir  kürurluq  vilayət  olan  Hisari-Firuzə 

və bir kürur ağ axça mükafat verildi. 

O  yurddan qalxıb  Şahabada  gəldik. Dil  yaxalamaq üçün Sultan  İbra-

himin ordugahına adam göndərib bir neçə gün burada qaldıq. Rəhmət  Piya-

də zəfərnamələrlə birlikdə Kabilə göndərildi. 

Biz  bu  yurdda  ikən  bazar  ertəsi  günü,  cəmadiyüləvvəl  ayının  iyirmi 

səkkizində [=12 mart] günəş həməl bürcünə döndü. 

İbrahimin  ordusunun  bir-iki  küruh  yürüyüb  hər  mənzildə  iki-üç  gün 

duraraq gəldiyi haqqında arxa-arxaya xəbərlər alınmağa başlandı. Biz də hə-

rəkət edib Şahabaddan sonra arada iki dəfə dincələrək Cun çayının sahilində 

Sərsavənin qarşısına gəlib endik.  

Xoca Kəlanın nökəri Heydərqulu dil yaxalamaq üçün göndərildi. Mən 

də  Cun  çayını  keçid  üzərindən  keçərək  gedib  Sərsavəni  seyr  etdim.  O  gün 

məcun  yemişdik.  Sərsavənin  bir  çeşməsi  vardır  və  bu  çeşmədən  xeyli  su 

axır. Pis yer deyildir. Turdu bəy Xaksar tərif etmişdi (263 b) Mən də «Sənin 

olsun» dedim və bu münasibətlə Sərsavə Turdu bəyə verildi. 

Bir  gəmidə  talvar  düzəltdirmişdim  və  bəzən  gəmi  ilə  gəzintiyə  çıxır-

dım. Bəzi səfərlərə də gəmiylə gəlirdim. 

O yurddan çay sahilini izləyərək aşağıya doğru iki-üç mənzil getmiş-

dim.  Dil  yaxalamaq  üçün  gedənlərdən  Heydərqulu  xəbər  gətirdi  ki,  Davud 

xan  ilə  [onun  böyük  qardaşı]  Hətəm  xan  beş-altı  min  adamla  birlikdə  Mi-

yan-Duab tərəfinə keçmişdir və bunlar İbrahimin ordugahından üç-dörd kü-

ruh irəlidə çəmbər qurub oturmuşlar. 

Bunların üstünə yürümək üçün bazar günü, cəmadiyülaxır ayının sək-

kizində [=l aprel] Çin Teymur Sultan, Mehdi Xoca, Məhəmməd Sultan Mir-



BABURNAMƏ 

 

281 



zə  ilə  Adil  Sultanı,  Sultan  Cüneyd,  Şah  Mir  Hüseyn  və  Qutlu-Qədəmdən 

ibarət bütün sol qol adamlarını, mərkəzdən isə Yunus Əli, Abdullah [Kitab-

dar], Əhmədi və Kəttə bəyi ilqara ayırdıq. Günorta üstü buradan suyu keçib 

ikindiylə axşam arasında digər yaxadan hərəkətə keçdilər. Bibən də bu ilqar 

bəhanəsi ilə suyu keçib qaçdı. 

Bunlar fərz vaxtında düşmənin üstünə yetişirlər; onlar da bir az özləri-

ni döyüş nizamına girirmişlər kimi göstərir, lakin bizim adamların yetişməsi 

ilə  dərhal  qaçırlar.  Onları  İbrahimin  ordugahının  qarşısına  qədər  vura-vura 

təqib edirlər. Davud xanın böyük qardaşı və sərdarlarından biri olan Hətəm 

xanı ələ keçirib yetmiş-səksən əsir və altı-yeddi fillə birlikdə gətirdilər. İbrət 

üçün (264 a) əsirlərin çoxu qılıncdan keçirildi.  

 

SAVAġA HAZIRLIQ 

 

Oradan  qalxıb  sağ və  sol  qollarla mərkəz səfləri  təftiş  etdim. Əsgəri-



miz təxmin etdiyimiz qədər çıxmadı. Burada bütün əsgərə öz vəziyyətlərinə 

görə arabalar gətirmələri əmr edildi. Yedi  yüz araba oldu. Ustad Əliquluya 

rum üsuluna görə, arabaların arasındakı zəncirlər yerinə öküz dərisindən qa-

yışlar büküb arabaları bir-birinə bağlamasını əmr etdim. Hər iki araba ara-

sında altı-yeddi qalxan olacaq, tüfəngəndazlar da bu arabaların və qalxanla-

rın arxasında durub tüfəng atacaqdıları. Bu hazırlığı tamamlamaq üçün bu-

rada beş-altı gün qaldıq. 

Hazırlıqlar tamamlandıqdan sonra bütün bəyləri və söz anlayan yaxşı 

igidləri  də  dəvət  edərək  ümumi  bir  məşvərət  şurası  keçirib  buna  qərar  ve-

rildi:  Panipat  bir  şəhərdir,  məhəllə  və  evləri  çoxdur,  hər  tərəfi  məhəllə  və 

evdir. Ətrafını araba və qalxanlarla çevirib tüfəngəndazları və piyadaları da 

arabalarla qalxanların arxasına qoymaq lazımdır. 

Bu qərarla qalxıb arada bir dəfə yolda gecələdikdə sonra cümə axşamı 

günü, cəmadiyülaxır ayının sonuncu günü [=12 aprel] Panipata gəldik. 

Sağ tərəfimizdə şəhər və məhəllələr, önümüzdə yaradılan qalxanlar, sol 

tərəfdə (264 b) və bəzi yerlərdə xəndəklər və ağac maneələr vardı. Hər ox atımı 

məsafədə yüz-yüz əlliyə qədər atlının dışarı çıxa biləcəyi yerlər buraxıldı. 

Əsgərin bir bölümü xeyli tərəddüd və qorxu içində idi, lakin tərəddüd 

və  qorxu  yersizdi,  çünki  Allahın  əzəldə  təqdir etdiyindən başqa  bir şey  ola 

bilməzdi. Lakin onları da ayıblamaq olmaz, onlar da haqlıydı, çünki vətən-

dən iki-üç ay yol qət edilərək gəlmişdilər və işləri də qəribə bir qövmlə idi. 

Nə biz onların dilini bilirdik nə də onlar bizim dilimizi bilirdi. 

Pərişan cameyü came pərişan, 

Giriftar qövmeyü qövmi əcaib.  



Pərişan bir topluluq ilə yenə pərişan bir kütlə, 

Giriftar bir qövmlə əcaib bir qövm. 

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



282 

İbrahimin əsgərinin sayını bir lek təxmin edir, özünün və əmirlərinin 

minə yaxın fili olduğunu söyləyirdilər. İki atasından [atası və babası] qalan 

xəzinə də nəqd olaraq əlindəydi. Hindistanda bir adət var: belə bir iş olanda 

ağ  axça  verib  müəyyən  bir  müddətə  əsgər  tutur,  bunlara  da  «bidhindi» 

deyirlər.  Sultan  İbrahim  istəsə  bir  lek,  hətta  iki  lek  belə  adam  tuta  bilərdi. 

Tanrı təala rast gətirdi, nə əsgərini məmnun edə bildi, nə də xəzinəsini pay-

laşdıra bildi. İgidini necə məmnun edə bilirdi ki, özü çox xəsis idi, üstəlik, 

sərvət yığmağa çox həris idi. təcrübəsiz bir gənc idi, gəlişi, (265  a) duruşu, 

yürüşü və savaşı diqqətsiz və məqsədsizdi. 

Panipatda əsgərin  ətrafı  və  civarı arabalar, ağac  maneələr və  xəndək-

lərlə düzənlənib gücləndiriləndə Dərviş Məhəmməd Sarban «Bu qədər ehti-

yat tədbirləri alındı, onun üstümüzə gəlməsi mümkün deyil» deyə ərz etdi. 

Mən də belə dedim: «Sən bunları özbək xanları və sultanlarıyla müqa-

yisə edirsən? Bizim Səmərqənddən çıxıb Hisara gəldiyimiz il özbəklərin bü-

tün  xan  və  sultanları  yığılaraq  hamısı  birlikdə  üstümüzə  gəlmək  niyyətilə 

Dərbənddən  keçmişdilər.  Biz  də  bütün  sipahilərin  və  moğolların  ailələrini 

və mallarını məhəllələrə doldurub məhəllələri sipərlərlə gücləndirmişdik. O 

xanlar və sultanlar  yürüşün və savaşın hesab və  üsulunu bildikləri üçün bi-

zim ölümü və həyatı Hisarda görərək Hisarı gücləndirdiyimizi anlayınca Hi-

sar  üzərinə  yürümənin  yolunu  tapa  bilməyib  Çağanyan  civarındakı  Nəvən-

dakdan geri dönmüşdülər. Amma sən bunları onlara bənzətmə, bunlar iş he-

sabını və yürüş üsulunu  haradan biləcəklər». Allah rast  gətirdi və tam mə-

nim dediyim kimi oldu. 

Yeddi-səkkiz  gündür  Panipatda  idik.  Adamlarımız  kiçık  dəstələr  ha-

lında düşmən ordugahına qədər gedib izdihama qarşı ox atır və baş kəsib gə-

tirirdilər. Onlar isə heç bir hərəkətdə buluna bilmirdilər. 

Axırda bizə sadiq olan (265 b) bəzi Hindistan bəylərinin fikrinə görə 

hərəkət  edib  Mehdi  Xoca,  Məhəmməd  Sultan  Mirzə,  Adil  Sultan,  Xosrov, 

Şah  Mir  Hüseyn,  Sultan  Cüneyd  Barlas,  Əbdüləziz  Miraxur,  Məhəmməd 

Əli Cəng-Cəng, Qutlu-Qədəm, Vəli Xəzinə[çi], Mühib Əli Xəlifə, Məhəm-

məd  Bəxşi,  Can  bəy  [Can  Məhəmməd]  və  Qara  Quzu  komandanlığındakı 

dörd-beş  min  adamı  gecə  basqınına  göndərdik.  Bunlar  gecə  bir-birləri  ilə 

əlaqə qura bilməyərək dağınıq bir halda gedirlər. Bir iş görə bilmədilər. Dan 

ağarıb  aydınlıq  oluncaya  qədər  də  düşmən  ordugahının  yaxınında  qaldılar. 

Düşmən birlikləri naqaralar çalıb filləri ilə birlikdə döyüş nizamına  girmiş 

bir halda qarşı çıxdı.  Bizimkilər bir iş  edə bilməsələr də, bu qədər çox  in-

sanla  çarpışaraq  itkiyə  uğramadan  sağ  və  salim  çıxıb  gəldilər.  Məhəmməd 

Əli Cəng-Cəngin ayağına bir ox isabət etdi, gərçi təhlükəli deyildi, lakin sa-

vaş günü o, işə yaramadı. 

Bu  xəbəri  alınca,  Hümayunu  əsgəriylə  onların  qarşısına  bir  və  ya  bir 

yarım küruh qədər göndərib özüm də qalan əsgərlə birlikdə döyüş nizamına 



BABURNAMƏ 

 

283 



girmiş bir halda irəlilədim. Gecə basqınına gedənlər də gəlib Hümayuna qo-

şuldular. Düşmən artıq irəliləməyincə biz də yerimizə döndük. O gecə ordu-

gahda yersiz bir qarışıqlıq çıxdı. Bir geriyə yaxın bir müddət boyunca savaş 

nərələri və gurultu davam etdi. Belə gurultuya alışıq olmayan əsgərlər xeyli 

tərəddüd və qorxu keçirdilər. Bir müddət sonra (266 a) gürültü yatdı.  

 

PANĠPAT SAVAġI 

 

Cümə  günü,  rəcəb  ayının  səkkizində  [=20  aprel]  fərz  vaxtı  önçülə-

rimizdən düşmənin səf halında irəliləməkdə olduğu xəbəri gəldi. Biz də zi-

reh geyib silahlanaraq atlara mindik. 

Sağ qol alayında Hümayun, Xoca Kəlan, Sultan Məhəmməd Dulday, 

Hindu  bəy,  Vəli  Xəzinə[çi],  Pirqulu  Sistani,  sol  qol  alayında  Məhəmməd 

Sultan  Mirzə,  Mehdi  Xoca,  Adil  Sultan,  Şah  Mir  Hüseyn,  Sultan  Cüneyd 

Barlas, Qutlu-Qədəm, Can, Məhəmməd Bəxşi və Şah Hüseyn Yaregi Moğol 

Qançı, mərkəzin sağ qolunda Çin Teymur Sultan, Süleyman Mirzə, Məhəm-

mədi Göyəldaş, Şah Mansur Barlas, Yunus Əli, Dərviş Məhəmməd Sarban 

və  Abdullah  Kitabdar,  mərkəzin  sol  qolunda  Xəlifə,  Xoca  Mir  Miran,  Əh-

mədi Pərvançı, Turdu bəy, Qoç bəy, Mühib Əli Xəlifə və Mirzə bəy Tarxan, 

önçü qolunda Xosrov Göyəldaş və Məhəmməd Əli Cəng-Cəng vardı. Əbdü-

ləziz Miraxuru ehtiyatda saxlamışdıq. Sağ qol alayının bir ucunda Vəli Qızıl 

və  moğollarıyla  birlikdə  Məlik  Qasım  Baba-Qaşqa,  sol  qol  alayının  bir 

ucunda  da  Qara  Quzu,  Əbülməhəmməd  Nizəbaz,  Şeyx  Camalın  oğlu  Şeyx 

Əli Barin, Mehdi və Tanrıqulu Pışqı Moğolu mühasirə  bölüyü üçün ayırdıq. 

Bu  mühasirə  bölüyündəki  iki  qitə  düşmən  yaxınlaşınca,  sağ  və  sol  qoldan 

irəliləyərək düşməni arxadan mühasirə edəcəkdi. (266 b) 

Düşmənin  qaraltısı  görünəndə  daha  çox  sağ  qol  alayı  tərəfinə  doğru 

ağırlıq verdikləri anlaşıldı və bu üzdən də ehtiyatda saxlanan Əbdüləziz sağ 

qol alayına köməkçi göndərildi. Sultan İbrahimin qaraltısı uzaqdan göründü-

yü andan etibarən heç bir yerdə durmadan sürətlə gəlirdi. Bir az irəliləyincə 

bizim qaraltımız da onlara göründü. Bizim savaş düzənini və səflərimizi gö-

rdükdə  sıxılmış  bir  vəziyyətdə  «Duraqmı,  durmayaqmı,  gedəkmi,  getmə-

yəkmi?» dermiş kimi, nə dura bildilər, nə də əvvəlki kimi heç durmadan üs-

tümüzə yürüyə bildilər. 

Mühasirə bölüyünə sağ və sol qoldan düşmənin arxasına keçib ox ata-

raq savaşa girməsi, sağ və sol qol alaylarının da yürüyərək düşmənə hücum 

etməsi  əmr edildi.  Mühasirə  alayı düşmənin  arxasına keçib  ox atmağa  baş-

ladı. Sol qol alayından Mehdi Xoca daha əvvəl hücum etdi. Mehdi Xocanın 

qarşısına  yanlarında  bir  fili  olan  bir  dəstə  irəlilədi,  bunlar  da  o  dəstəni  ox 

yağmuru altında qoyaraq geri qaytardılar. 

Sol  qol  alayına  mərkəzdən  Əhmədi  Pərvançı,  Turdu  bəy,  Qoç  bəy  və 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



284 

Mühib  Əli  Xəlifə  köməkçi  olaraq  göndərildi.  Sağ  qol  alayı  da  savaşa  girdi. 

Məhəmmədi Göyəldaş, Şah Mansur Barlas, Yunus Əli və Abdullaha mərkə-

zin önündən qarşıya yürüyüb hərəkətə keçmələri əmr edildi. Ustad Əliqulu da 

mərkəzin  önündən  bir  neçə  dəfə    firəngi  topuyla  yaxşı  mərmi  atdı.  Mustafa 

Topçu  [Rumi]  də  mərkəzin  sol  qolundan  araba  üzərindəki  (267  a)  zərbzən 

toplarıyla yaxşı mərmi atdı. Sağ və sol qol alayları, mərkəz və  mühasirə ala-

yındakılar düşmənin ətrafını çevirib ox yağmuruna tutaraq şiddətlə savaşdılar. 

Düşmən  bizim  sağ  və  sol  qol  alaylarımız  tərəfinə  bir-iki  dəfə    qısa-

qısa  hücumlar  etdi.  Bizim  adamlarımız  da  ox  atıb  ox  yağmuruyla  onları 

təkrar mərkəzlərinə qaytardılar. Düşmənin sağ və sol qol alayları hamısı bir 

yerdə  toplanaraq  elə  bir  şəkildə  tıxandılar  ki,  nə  irəli  gələ  bildilər,  nə  də 

qaçmaq üçün yol tapa bildilər. Savaş başladığında günəş bir nizə boyu qədər 

yüksəlmişdi, günortaya qədər şiddətli savaş davam etdi. Günorta vaxtı düş-

mənlər qəhr olub məğlub edilərkən dostlar da sevindilər. 

Tanrı təala öz fəzl və kərəmiylə bu qədər zor bir işi asanlaşdırdı. İzdi-

hamlı  bir  ordunu  yarım  gündə  yerlə  bir  etdi.  Beş-altı  min  adam  İbrahimin 

tam  yaxınında  bir  yerdə  vurulmuşdu.  Bu  savaşda  bütün  cəbhədə  ölənlərin 

sayını  on  beş-on  altı  min  qədər  təxmin  edirdik.  Sonradan  Aqraya  gələndə 

Hindistan xalqının söylədiyinə görə bu savaş meydanında qırx-əlli min ada-

mın ölmüş olduğu anlaşıldı. 

Düşməni məğlub etdikdən sonra vura-vura təqib etdik. Qarşı tərəfdən 

ələ keçirilən əmirləri və bəyləri gətirməyə başladılar. Filçilər filləri sürülər 

halında gətirib hədiyyə etdilər. Düşməni (267 b) təqib edərkən İbrahimi şə-

hərdən çıxmış zənn edərək xassə alayından Qəsəmtay Mirzə, Baba Çöhrə və 

Böçkə komandanlığındakı adamlara İbrahim Aqraya varmadan sürətlə yürü-

yüb onu ələ keçirmələri üçün təqibçi olaraq vəzifə verdik.  

İbrahimin  ordugahının  içərindən  keçərək  otaqları  və  çadırlarını  seyr 

edib Qarasuyun kənarına endik. İkindəyə yaxın Xəlifənin kiçık qaynı Tahir 

Təbəri Sultan İbrahimin cəsədini bu qədər ölünün içindən tanıyıb başını kə-

sib gətirdi. 

O gün dərhal Hümayun Mirzə, Xoca Kəlan, Məhəmmədi, Şah Mansur 

Barlas, Yunus Əli, Abdullah [Kitabdar] və Vəli Xəzinə[çi]yə yüksüz olaraq 

sürətlə  yürüyüb  Aqrayı  ələ  keçirmək  və  xəzinələri  zəbt  etmək  tapşırıldı. 

Mehdi Xoca, Məhəmməd Sultan Mirzə, Adil Sultan, Sultan Cüneyd Barlas 

və Qutlu-Qədəmi də yüksüz olaraq sürətlə hərəkət edib Dehli kurqanına gi-

rərək xəzinələri mühafizə etmələri üçün ayırdıq.  

 

BABURUN DEHLĠYƏ GĠRMƏSĠ 

 

Ertəsi gün qalxıb bir küruh məsafə gəldikdən sonra atlar üçün Cun sa-



hilinə endik. Arada iki dəfə dincəlib çərşənbə axşamı günü Şeyx Nizam Öv-

BABURNAMƏ 

 

285 



liyanın məzarını ziyarət edərək Dehlinin qarşısına Cun sahilinə endik. 

Çərşənbə  günü  Dehli  kurqanını  seyr  edib  gecəni  orada  keçirdikdən 

sonra ertəsi cümə axşamı günü Xoca Qutbəddinin məzarını ziyarət edib Sul-

tan Qiyasəddin Balban və Sultan Əlaəddin Xilçinin qəbrlərini, imarətlərini, 



(268 a) minarəni, hövzi-şəmsi və hövzi-xası, Sultan Bəhlul ilə Sultan İskən-

dərin qəbr və bağlarını seyr etdikdən sonra ordugaha gələrək gəmiyə minib 

mey  içdik.  Dehlinin  şikdarlığını  Vəli  Qızıla  ehsan  edib  Dostu  [eşik-ağa] 

Dehli  vilayətinə  divan  təyin  etdik.  Mövcud  xəzinələri  möhürləyib  bunların 

məsuliyyətinə verdik. 

Cümə axşamı günü oradan qalxıb Tuğluqabad qarşısında Cun sahilinə 

endik.  Cümə  gününü  orada  keçirdik.  Mövlana  Mahmud  Fərabi  ilə  Şeyx 

Zeyn gedib Dehlidə cümə namazını qılıb mənim adıma xütbə oxutdular; fə-

qir və miskinlərə bir qədər ağ axça paylayaraq orduya gəldilər. 

Şənbə oradan qalxıb Aqraya doğru mənzil-mənzil hərəkət etdik. Mən 

gedib Tuğluqabadı seyr etdikdən sonra təkrar ordugaha gəldim. 

Cümə günü, rəcəb ayının iyirmi ikisində [=4 may] Aqranın məhəllələ-

ri içində olan Süleyman Şeyxzadə  Fərmülinin imarətinə  endik. Bu  yer kur-

qandan xeyli uzaqda olduğu üçün ertəsi gün qalxıb Cəlal xan Cighətin ima-

rətinə gəldik. Hümayun bir az öncə gəlmişdi. Kurqandakılar bəhanə irəli sü-

rərək  hiyləyə  əl  atmışlar.  Bunlar  da  əhalinin  başsızlığını  düşünüb  «Birdən 

xəzinələrə əl uzadarlar» deyə biz gəlincəyə qədər dışarı çıxılacaq yolları qo-

ruma altına almışdılar. 

Bikermacit Hindu Güvalyar racəsi idi və babaları yüz ildən artıq Gü-

valyar  vilayətində  (268  b)  səltənət  sürmüşdülər.  İskəndər  Güvalyarı  almaq 

üçün bir neçə il Aqrada oturdu. Sonra İbrahim zamanında da Əzəm Hüma-

yun  Servani  bir  neçə  dəfə  buranı  şiddətli  bir  şəkildə  mühasirəyə  almış  və 

axırda [=1518] barış yoluyla ələ keçirib yerinə Şəmsabadı vermişdi. 

Bikermacit də biz Sultan İbrahimi yendiyimiz zaman cəhənnəmə vasil 

olmuşdu. Ev  əhli və uşaqları  Aqradaydı.  Hümayun Aqraya  gələndə  Biker-

macitin ev əhlinin qaçma niyyəti varmış. Hümayun getmələrinə izin vermə-

miş. Bir çox cəvahiri və qiymətli daşı Hümayuna könüllü hədiyyə etmişlər. 

Bunlar arasında Sultan Əlaəddinin [Xilçi] gətirmiş olduğu məşhur bir almas 

vardı. Elə məşhurdu ki, bir mütəxəssis bunun qiyməti haqqında «Bütün dün-

yanın iki yarım günlük məsrəfi» demişdir. Deyəsən, səkkiz misqaldır. Mən 

gələndə Hümayun onu mənə peşkəş etdi, mən də Hümayuna bağışladım. 

Kurqandakı  sipahilər  arasında  məşhur  adamlardan  Məlikdad  Kərani, 

Məlik  Süruk və  Firuz xan Mivati də  vardı. Bunlardan bəzi  hiyləgərlik  gör-

dük və cəzaları nə isə verdik. Məlikdad Kəranini göndərərək bəzi istəklərdə 

bulundular. Bir qərara bağlanıncaya qədər gedə-gələ dörd-beş gün vaxt keç-

di.  Axırda  onlara  istədikləri  kimi  inayət  və  şəfqət  göstərib  bütün  mallarını 

özlərinə  verdik.  İbrahimin  atasını  da  xidmətçiləri  ilə  birlikdə  çıxarıb 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



286 

Aqradan bir küruh məsafədə və suyun aşağısında yeddi leklik bir yurd (269 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin