Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil


İkinci təsəvvür: Uşaq böyütmək üçün evdə qalmaq peşə intiharı deməkdir



Yüklə 120,05 Kb.
səhifə89/90
tarix02.01.2022
ölçüsü120,05 Kb.
#1961
1   ...   82   83   84   85   86   87   88   89   90
İkinci təsəvvür: Uşaq böyütmək üçün evdə qalmaq peşə intiharı deməkdir.

İkinövbəli işdə müvəqqəti olaraq istirahətə çıxmaq o demək deyil ki, qadın bütünlüklə işindən əl çəkməli, öz arzu və xəyallarını unutmalıdır. Bu gün internet iş dünyasını dəyişdirmişdir. Bəzi idarə işlərini evin içindən də görmək mümkündür. Qadınların çoxu günün müəyyən bir qismini işlə məşğul olur, yaxud işgüzar qruplar daxilində fəaliyyət göstərirlər. Bu şərait analara idarədə gündəlik işləmədən bir peşənin asanlaşdırılmış variantından və müəyyən miqdarda gəlirindən bəhrələnmək imkanı yaradır və işçi qüvvəsində dəyişikliyi bir qədər asanlaşdırır.

Mühafizəkar yazıçı və Heritic fondunun ümumi əlaqələr bölməsinin sədr müavini Rika Haqayn Beverly Lahaye müəssisəsinə müsahibəsində belə demişdir: “Uzun müddət hamı elə bilirdi ki, qadınlar işləməkdən və ya evdə oturub analıq etməkdən birini seçməyə məcburdurlar. Lakin yeni texnologiyalar qadınlara hər bir işi görmək imkanı yaradır. Müvəffəqiyyət qazanmış bir xanım olan Haqlinin gözəl bir peşəsi var. O, müvəqqəti olaraq işini buraxdı və 1990-cı illərin ortalarında evdən görülməsi mümkün olan ticari məşvərət işinə başladı və bununla işini üç kiçik uşağını böyütməklə uyğunlaşdırdı. O, bu gün oxşar müəssisələr arasında ən məşhurlarından biri olan ölkənin fikir istehsalı mərkəzlərindən birində işləməkdən əlavə, həm də yüksək tirajlı məqalələr də yazır. O, çox vaxt radio və televiziya proqramlarında müxtəlif insanlardan müsahibə alır və bu yaxınlarda özünün “Evə hücum” adlı ilk kitabını çap etdirdi. O, deyir: “Mən cavan qadınlara tövsiyə edirəm ki, ürəkləri istəyən peşəni seçməyi düşünsünlər. Lakin elə bir peşə seçsinlər ki, onlara ana olmaq imkanı versin və uşaqlarının prioritet seçilməsinə maneə törətməsin”.


Yüklə 120,05 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin