geniş miqyasda davam etdirilməkdədir.
saxlayacaqdır.
mədəni həyatında öz təsdiqini tapmaqdadır.
raqlandıran suallar cavablandırılıb.
3
H
H
ər bir xalq özünəxas
dəyərlərlə tanınır və
digər xalqlardan seçilir. Bir
millət o zaman tarixin səhifə-
sindən silinir ki, onun kimliyini
xarakterizə edən dəyərləri
məhv edilir. Təsadüfi deyil-
məyib ki, bir milləti məhv et-
mək istəyirsənsə, onun dilini
əlindən al. Bu baxımdan Ana
dili ən böyük milli sərvətdir.
Doğma dilimizdə səslənərək
ruhumuza hopmuş laylalar,
nağıllar, el deyimləri, zərb-
məsəllərin təsiri altında bö-
yüyür, milli musiqi sədası eşi-
dəndə qulaq kəsilirik.
Naxçıvanda əsrlərdən bəri sü-
zülüb gələn milli dəyərlərin qo-
runması, yaşadılması və təbliğ
olunmasına ciddi önəm verilir.
“Milli dəyərlər ili”nin elan olun-
duğu 2012-ci ildən əvvəl milli də-
yərlərimizə hörmət və ehtiram əla-
məti olaraq Naxçıvan Muxtar Res-
publikası Ali Məclisinin Sədri
“Naxçıvan Muxtar Respublikasın-
da Xalq yaradıcılığı günlərinin
keçirilməsi haqqında” Sərəncam
imzalamışdır. Sərəncamda qeyd
olunduğu kimi, hər bir xalqın ta-
rixində xalq yaradıcılığı onun mil-
li-mənəvi dəyərlərinin və dünya-
görüşünün, təşəbbüskarlıq və no-
vatorluğunun təzahür formaların-
dan biridir. Tarixi-mədəni və bədii
irsimizin daşıyıcısı olan Azərbay-
can xalq yaradıcılığı əsrlər boyu
formalaşaraq və inkişaf edərək
günümüzədək gəlib çatmışdır.
Azərbaycanın qədim Naxçıvan
torpağında yayılmış el sənəti nü-
munələri böyük və zəngin bir tarixi
mərhələni, mədəni inkişaf dövrünü
əhatə edir.
Muxtar respublikamızın dilbər
guşəsi olan Şahbuz tarixən saz-
söz sənətini yaşadan bölgə kimi
tanınmışdır. Şahbuz neçə-neçə aşıq-
lar yetişdirmiş, sənətkarlar ocağı
olmuşdur. Sinkretik, yəni özündə
çalğı, oxuma, şeirdemə, dastan ifa-
çılığı, aktyorluq və rəqs (plastika)
sənətlərini birləşdirən saz-söz sənəti
muğam sənəti ilə yanaşı, Azərbay-
can milli mədəniyyətinin ən qədim
nümunələrindəndir. Qədim türkdilli
xalqlarda baxşı, yanşaq, varsaq və
nəhayət, ozan kimi tanınan sənətkar -
lar bugünkü aşığın əcdadları sayı-
lırlar. Ozan sənəti yüzilliklər və
minilliklər boyu böyük təkamül
yolu keçərək aşıq sənətinə çevrildiyi
kimi, qopuz da ona oxşar təkamül
yolu keçərək saz aləti şəklini
almışdır.
Şah İsmayıl Xətai könüloxşayan
qoşmalarının birində sazı belə tə-
rənnüm edir:
Bu gün ələ almaz oldum mən sazım,
Ərşə dirək-dirək çıxar avazım.
Dörd iş vardır, hər qarındaşa lazım:
Bir elm, bir kəlam, bir nəfəs, bir saz.
Rayon Mədəniyyət Evinin mü-
diri Ramiz Cəlilov qeyd etdi ki,
Şahbuz rayonu dağlıq bölgə oldu-
ğundan əhalinin əsas məşğuliyyəti
heyvandarlıqdır. Yaylaq, qışlaq hə-
yatı keçirən şahbuzlularda yaşam
tərzi saza, sözə meyli artırmışdır.
– Mən özüm Aşağı Qışlaqda-
nam. Yaxşı yadımdadır, ustad aşıq-
lar kəndlərə gələrdilər. Bizim kəndə
gələn aşıqlardan Hüseyn Saraclı,
aşıq Kamandar, Ağ Aşıq xatirim-
dədir. Kənd sakinlərindən birinin
evində dastan gecələri təşkil olu-
nardı. Kiçikdən-böyüyə hamı hə-
min evə toplaşar, aşıqları maraqla
dinləyərdik. Belə gecələr dan yeri
ağarana qədər davam edərdi. Ca-
vanlar arasında da saz sənətinə
maraq artardı. Biçənəkli aşıq İslam,
aşıq Hidayət, aşıq Vəli, Aşağı Qış-
laqdan mahir saz ustası Müslüm
Rüstəmov, Sərraf Qasım, aşıq Zahir,
Yuxarı Qışlaqdan aşıq Vəli, aşıq
Abdulla, aşıq Tural, Güney Qış-
laqdan aşıq Aydın Cəfərov, Gömür
kəndindən aşıq Zülal, Şirin Şirin-
zadə, Küküdən aşıq Fərrux Nəbiyev
və onlarla belə aşıqlar nəsli yetiş-
mişdir. Aşıq sənəti Azərbaycanda
3 qol üzrə yayılmışdır: Şirvan,
Göyçə, Qazax-Tovuz. Şahbuzda
bu sənət Göyçə qolu üzrə inkişaf
etmişdir. Bu da səbəb olub ki, böl-
gədə həm də balaban ustaları ye-
tişsin. İdris Hacıyev, Cəbi Əhməd -
ov, Nəriman Məmmədov, Tarverdi
Hüseynovun adları balaban ifaçıları
arasında xüsusilə vurğulanmalıdır.
– Adət-ənənələrimizin bir his-
səsinin təzahür etdiyi toy məra-
simlərində necə, dastan gecələri
keçirilərdimi?
– Toy mərasimləri 3 gün, 3 gecə
davam edərdi. Gündüzlər yallı ge-
dilər, toy adamları rəqs edərdilər.
Gecələr isə məhəbbət dastanları
oxunardı və bu, səhərəcən davam
edərdi. Bütün bunlar toy mərasim-
lərinin vacib ünsürləri sayılırdı.
– Başqa hansı sənət sahələrinin
adını Şahbuzla bağlamaq olar?
– Burada nalbəndçilik, xalçaçılıq,
boyaqçılıq üzrə sənətkarlar olmuş-
lar. Kolanı kəndində boyaqçı Səhnə
var idi, ipləri o boyayardı. Xalça-
çılıqsa daha çox bölgənin Aşağı
Qışlaq, Kükü, Keçili, Kolanı, Ba-
damlı və Biçənək kəndlərində geniş
yayılmışdır. Göz nuru, əl əməyi
tələb edən bu sənətlə bəzən qadınlar
gecədən səhərəcən məşğul olardılar.
Nəticədə, qalın, təbii iplərlə to-
xunmuş nəfis xalça hasilə gələrdi.
Şahbuzda xalq teatrı isə ötən il-
dən fəaliyyətə başlamışdır. Teatr
qısa müddət ərzində iki tamaşa ilə
teatrsevərlərin görüşünə gəlib. Xalq
teatrında milli teatr sənətimizi ya-
şadacaq aktyorlar nəslinin yetişə-
cəyinə inanırıq.
Xalq yaradıcılığının mühüm
sahələri olan saz sənəti və xalçaçılıq
Şahbuzda indi də yaşadılır
Hər bir sənətin yaşadılması və
təbliğində məktəb mühüm rol oy-
nayır. Rayonda iki Uşaq Musiqi
Məktəbi vardır. Şahbuz Rayon Uşaq
Musiqi Məktəbi 1969-cu ildən fəa-
liyyət göstərir. 2010-cu ildə yeni
və müasir binaya köçürülən məktəb
9 ixtisasla fəaliyyətini davam etdirir.
Ömrünün 35 ilini bu mədəniyyət
ocağına həsr edən məktəbin tədris
işləri üzrə direktor müavini Rauf
Bağırov qeyd edir ki, musiqi təh-
silinə son illər maraq artmışdır.
Təbii ki, bu da dövlətimizin musiqi
təhsilinə göstərdiyi diqqət və qay-
ğıdan irəli gəlir. Məktəbdə çalışan
müəllimlərin əksəriyyəti bu mək-
təbin yetirməsidir. Ötən tədris ilində
məktəbi 50 məzun bitirmişdir. On-
lardan 5 nəfər Naxçıvan Musiqi
Kollecinə, 1 nəfər isə Naxçıvan
Dövlət Universitetinin İncəsənət
fakültəsinə qəbul olunmuşdur.
– Rauf müəllim, bizi əsas eti-
barilə maraqlandıran saz ixtisa-
sının tədrisi vəziyyətidir. Bu barədə
nə deyə bilərsiniz?
– Son illərdə saza maraq daha
da artmışdır. Bu, biz mədəniyyət
işçilərini çox sevindirir. Ümumiy-
yətlə, məktəbdə milli alətlərimizdən
kamança, balaban, tar, nağara alət-
lərinin sirləri öyrədilir. Ötən əsrin
90-cı illərində unudulmaq təhlükəsi
ilə üz-üzə qalan saz və balabana
indi uşaqlarda olan həvəs ildən-ilə
qəbuldakı say artımında da özünü
göstərir. Belə ki, saz ixtisasında
hazırda 43 nəfər, balaban ixtisasında
20 nəfər şagirdimiz təhsil alır. Bura
tək Şahbuz şəhərinin özündən deyil,
rayonun kənd lərindən də gələnlər
var. Bu isə bizə ümid verir deyək
ki, saz- söz sənətinin ünvanı sayılan
Şahbuzun bu sahədəki şöhrəti özünə
qayıdır. Təbii ki, burada müəllim-
lərin də əməyi əvəzsizdir. Saz müəl-
limlərindən Zeynəb Yusifova gənc
kadrdır və bu məktəbin yetirməsidir.
Balaban ixtisasını Naxçıvan Muxtar
Respublikasının əməkdar artisti Əli
İsmayılov, Tarverdi Hüseynov, Amil
Əsgərov tədris edirlər. Onu da xü-
susilə vurğulayım ki, musiqi alət-
lərinin təmiri və hazırlanması məq-
sədilə tar müəllimi Natiq Quliyev
üçün məktəbdə lazımi şərait yara-
dılmışdır. Bir sözlə, məqsədimiz
bizim üçün yaradılan yüksək şərait -
dən səmərəli istifadə edərək uşaq-
larda milli musiqi alətlərinə və mu-
siqi təhsilinə marağı artırmaq, milli
dəyərləri yaşatmaqdır.
Kolanı Kənd Uşaq Musiqi
Məktəbində saz ifaçıları
yetişdirilir
2008-ci ildə kənddə aparılan
genişmiqyaslı quruculuq tədbir-
lərindən bu mədəniyyət müəssi-
səsinə də pay düşmüş, məktəb
yeni binaya köçürülmüşdür. Ya-
radılmış müasir şəraitdə fəaliyyə-
tini davam etdirən musiqi məktə-
bində musiqi sədaları dəhlizi bü-
rümüşdü. Məktəbin direktoru Akif
Məmmədovla birgə əksər siniflərə
daxil olub şagirdlərin ifasını din-
lədik. Şagirdlərin ifaları bizdə xoş
təəssürat yaratdı. Buraya musiqi
təhsili almaq üçün Aşağı və Yuxarı
Qışlaq, Ağbulaq və Gömür kənd -
lərindən də gəlirlər. Öyrəndik ki,
1989-cu ildən fəaliyyət göstərən
məktəbin Biçənək filialı da var.
Kolanı Kənd Uşaq Musiqi Mək-
təbində hazırda 226 şagirdin təhsili
ilə 49 müəllim məşğul olur. Ötən
il məktəbi bitirən 30 məzundan
3-ü ixtisasları üzrə musiqi təhsil-
lərini davam etdirir. Milli musiqi
alətlərinin tədrisinə gəlincə isə,
onu demək olar ki, musiqi məktə-
bində saz və balabana olan maraq
daha çoxdur. Belə ki, saz ixtisası
üzrə 35, balaban ixtisası üzrə 11
şagird təhsil alır.
“Bu kənddə musiqiyə marağın
olması təəccüblü deyil. Buralarda
yaşayan, kəndin təmiz havasını
udan, dumduru bulaq sularından
içən, səfalı mənzərələrini seyr edən
adamda daim ruh yüksəkliyi olar,
yazıb-yaratmaq, oxumaq eşqi olar”.
Bu sözləri kəndə gəlişimizdən xəbər
tutub bizimlə həmsöhbət olmağa
gələn sinəsi dolu 86 yaşlı Cəbi
Əhmədov deyir. O, tulum ustası
kimi tanınır. Hər kəs bu kənddə
ona hörmətlə yanaşır. Yaşının bu
çağında hələ də kənd meydanında
gənclərə milli musiqi alətlərimizdən
tulumun, qara zurnanın, balabanın
sehrindən şövqlə danışmaqdan
usanmır. Cəbi Əhmədov milliliyi-
mizi yaşadan və təbliğ edən canlı
örnəkdir.
Şahbuzda toxunan xalçalar
xüsusi keyfiyyəti ilə seçilib
...Yolumuz Aşağı Qışlağadır
Naxçıvan qədim el sənəti nü-
munələrinin yaşadılması baxımın-
dan diqqətçəkən regionlardandır.
Nəsildən-nəslə ötürülərək, qoru-
naraq, sevilərək günümüzə qədər
gəlib çatan xalçaçılıq sənətinin
unudulmaması faktı burada el sə-
nətinə göstərilən dövlət qayğısının,
naxçıvanlı qadınların xalq sənətinin
nümunələrini uzun illərdən bəri
nəsillərdən-nəsillərə ötürmək ənə-
nəsinin təzahürüdür. Ələlxüsus da
muxtar respublikamızda xalçaçı-
lığın yaşadılması istiqamətində
həyata keçirilən tədbirlər bu qədim
el sənətinin yaşayacağına və heç
bir zaman unudulmayacağına zə-
manət verir. Milli dəyərimiz olan
bu el sənətini yaşatmaq, gənc nəslə
ötürmək, həmçinin milli naxış və
çeşnilərimizi yeni toxunan xalça-
larda əks etdirmək üçün muxtar
respublikamızda emalatxana, sex
və dərnəklər fəaliyyət göstərir.
Aşağı Qışlağa üz tutmağımızın
səbəbi də burada 2009-cu ildən
yaradılan xalçaçılıq dərnəyi ilə
tanış olmaq və xalçaçı qadınlarla
görüşmək idi.
Yuxarıda da qeyd etdiyimiz
kimi, Şahbuzun bir sıra kəndlə-
rində xalçaçılıq sənəti ilə məşğul
olunub və bu gün də həmin sahə-
nin peşəkarları vardır. Aşağı Qış-
laqda yaşayan yaşlı və orta nəsil
qadınların, demək olar ki, əksə-
riyyəti xalçaçılığın sirlərinə bə-
ləddir. Kənd mədəniyyət evində
qurulan hana və sərgilənən toxucu -
luq nümunələri diqqətimizi çəkir.
Mədəniyyət evinin müdiri Mətanət
Məhərrəmova bizi maraqlandıran
sualları cavablandıraraq qeyd edir
ki, Aşağı Qışlaq kəndi tarixən
xalçaçılığın ünvanı kimi tanın-
mışdır. Bir zamanlar bu kənddə
xalçaçılıqla geniş məşğul olun-
muşdur. Əvvəllər gəlinlərə verilən
cehizin əsasını milli naxış ele-
mentləri ilə seçilən qalın, yun
xalçalar təşkil etmişdir. Bir çox
ailələrdə belə xalçaların nümu-
nələri və xalçaçılıq alətləri qal-
maqdadır. Bu ənənəni qorumaq
və yaşatmaq istiqamətində biz də
mədəniyyət işçiləri olaraq üzəri-
mizə düşən vəzifəni yerinə yetir-
məyə çalışır, məktəbli qızları dər-
nəyə cəlb edirik. Sevinirik ki,
gənclərə bu qədim el sənətinin
öyrədilməsində az da olsa, bizim
də əməyimiz olur. 60 yaşlı Sədaqət
Məmmədova da söhbətə qoşulur.
Bildirir ki, gözünü açandan bəri
evdə nənəsinin, sonra anasının bu
işlə məşğul olduğunu görüb, uşaq-
lıqdan bu zərif sənəti öyrənməyə
başlayıb. “Xalça Azərbaycan xal-
qının milli-mədəni sərvətlərin-
dəndir və bu sərvəti qoruyub, in-
kişaf elətdirib gələcək nəsillərə
çatdırmaq bizim borcumuzdur”,
– deyir.
Vüsalə Bayramovanın isə
toxucu luq sahəsində yaxşı qabi-
liyyəti var. Onun əl işləri sərgilərdə
nümayiş etdirilir. O, bu sahədəki
bacarığını həvəslə gənclərə aşılayır.
Milli dəyərlərimiz muxtar respublikamızın
hər bir bölgəsində qorunur və yaşadılır
A
A
zərbaycan xalqının çox
qədim, zəngin və özünə-
məxsus milli dəyərləri vardır. Ulu
babalarımız bunları lazımınca
qorumuş, yaşatmış və bizlərə çat-
dırmışlar. Amma zaman-zaman
bizim torpaqlarımıza, milli sər-
vətlərimizə və milli dəyərlərimizə
sahib çıxmaq istəyənlər və özü-
nünküləşdirməyə çalışanlar da
olmuşdur.
XX əsrin 70-ci illərindən başla-
yaraq respublikamıza rəhbərlik edən,
xalqımızın xilaskarı, müasir Azər-
baycanın yaradıcısı və memarı, Və-
tənimizi dünyaya tanıdan, müstə-
qilliyimizi əbədiləşdirən ümummilli
lider Heydər Əliyevin milli dəyər-
lərimizin qorunub saxlanılmasında
və inkişaf etdirilməsində misilsiz
xidmətləri olmuşdur.
Fərəhləndirici haldır ki, Naxçıvan
Muxtar Respublikasında da milli
dəyərlərimizin qorunub saxlanıl-
masında və inkişaf etdirilməsində
xeyli işlər görülmüşdür. Xalq ya-
radıcılığı günlərinin, folklor və mu-
ğam müsabiqələrinin keçirilməsi,
el sənəti nümunələrinin toplanması
və qorunub saxlanılması, milli bay-
ramlarımızın daha təntənəli və rən-
garəng qeyd olunması, tarixi abi-
dələrimizin və muzeylərimizin tə-
miri, yenidən qurulması dedikləri-
mizə bariz nümunədir.
Heç də təsadüfi deyil ki, dör-
düncü çağırış Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin dör-
düncü sessiyasında 2012-ci il muxtar
respublikamızda “Milli dəyərlər ili”
elan edilmişdir. Ali Məclisin Sədri
demişdir: “Yaranmış ənənə üzrə
Naxçıvan Muxtar Respublikasında
hər yeni il başlayarkən həyata ke-
çiriləcək tədbirlərin xarakterinə
uyğun olaraq, konkret məqsədlər
də müəyyənləşdirilir. 2012-ci ildə
milli-mənəvi dəyərlər sahəsində
tədbirlərə diqqət artırılacaq, milli
dəyərlərin bərpası, qorunması və
gələcək nəsillərə çatdırılması ilə
bağlı əvvəlki illərdə başlanmış təd-
birlər 2012-ci ildə daha geniş miq-
yasda davam etdiriləcəkdir. Hər
birimiz bu sahədə fəaliyyətimizin
nəticəli olmasına çalışmalı, milli
dəyərlər ilində muxtar respubli-
kamızın inkişafına öz töhfəmizi
verməliyik”.
Bu bir həqiqətdir ki, dili olmayan
xalq ölümə məhkumdur. Qədim za-
manlarda 5 mindən artıq canlı dil
mövcud olub, amma zaman ötdükcə
bu dillərin sayı xeyli azalıb. Biz
azərbaycanlılar fəxr edirik ki, milli
mədəniyyətimiz, təhsilimiz, xalq
musiqimiz və xalq mahnılarımız,
ən başlıcası, milli dilimiz vardır.
Xalqımızın daha parlaq gələcəyi
uşaqların və gənclərin düzgün tə-
lim-tərbiyəsindən və mükəmməl
formalaşmasından asılıdır. Vətənə,
torpağa, el-obaya, dövlət bayrağına,
insanlara, milli adət-ənənələrə mə-
həbbət ailədən və məktəbdən baş-
layır. Uşaqlarımız nə qədər geniş
dünyagörüşlü olsalar, milli dəyər-
lərimizə düzgün yanaşar, onların
qədrini bilər və qoruyub saxlayarlar.
Bu baxımdan müəllimlərin də üzə-
rinə böyük məsuliyyət düşür. Dərs
prosesində və əlavə məşğələlərdə
mütəmadi olaraq milli dəyərlərimiz,
gözəl adət-ənənələrimiz yada sa-
lınmalı, bunların əhəmiyyətindən
söhbətlər aparılmalıdır.
Bu ilin muxtar respublikada “Mil-
li dəyərlər ili” elan edilməsini biz
ziyalılar və ağsaqqallar da alqışlayır,
bunu ürəkdən dəstəkləyirik.
Bu mühüm tədbirin təbliğində
və həyata keçirilməsində ziyalıları-
mızın da rolu böyük olmalıdır. Öndə
ziyalılar olmaqla, hər bir azərbaycanlı
çalışmalıdır ki, milli dilimizi, mahnı
və rəqslərimizi, musiqimizi, musiqi
alətlərimizi, milli yeməklərimizi,
geyimlərimizi, mərasimlərimizi ol-
duğu kimi qoruyub saxlasın. Min
illər boyu süzgəclərdən keçmiş və
öz varlığını təsdiq etmiş milli də-
yərlərimizə ona yaraşmayan don
geydirmək olmaz. Yalnız xalqımızın
mentalitetinə uyğun müəyyən əla-
vələr etməklə onu zənginləşdirmək
və inkişaf etdirmək olar. Buna görə
hər bir azərbaycanlının şərəfli bor-
cudur ki, milli dəyərlərimizə hör-
mətlə yanaşsın, onu göz bəbəyi kimi
qorusun, yaşatsın və gələcək nəsillərə
ərməğan etsin.
Dostları ilə paylaş: