4
Alimin 60 illik yubileyi
qeyd оlunub
Dünən AMEA Naxçıvan Bölməsində böl-
mənin Təbii Ehtiyatlar İnstitutunun direktoru,
kimya elmləri doktoru Əliəddin Abbasovun
anadan olmasının 60 illik yubileyinə həsr olun-
muş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan bölmənin sədri, aka-
demik İsmayıl Hacıyev alimin muxtar respublikada
kimya elminin tətbiqi məsələlərindəki fəaliyyətindən
danışıb. Naxçıvanda kimya elminin inkişafındakı
fəaliyyətinə görə yubilyara AMEA Naxçıvan Böl-
məsi Rəyasət Heyətinin Fəxri Fərmanı təqdim
edilib.
Sonra Təbii Ehtiyatlar İnstitutunun böyük elmi
işçisi, kimya üzrə fəlsəfə doktoru Günel Məmməd -
ovanın “Kimya elmləri doktoru Əliəddin Abbasovun
ömür yolu, elmi və təşkilati fəaliyyəti” mövzusunda
məruzəsi dinlənilib.
Qeyd olunub ki, alimin sorbsiya proseslərinin
nəzəri və praktik aspektlərinin işlənib hazırlan-
masına, bu proseslərdə tarazlıq, kinetik və termo-
dinamik qanunauyğunluqların öyrənilməsi və riyazi
modellərin yaradılmasına istiqamətlənmiş elmi
fəaliyyəti fundamental elmi nailiyyətlərlə nəticələnib.
Bu nəticələr müəllifin 110-dan artıq elmi əsərində
öz əksini tapıb. Elmi axtarışlarını bu gün də uğurla
davam etdirən istedadlı alim 2011-ci ildə Azərbaycan
Respublikası Prezidenti yanında Elmin İnkişaf
Fondunun maliyyə dəstəyi ilə “Gümüşlü polimetallik
yatağı filizinin kompleks emalının elmi və praktik
əsaslarının işlənib hazırlanması” mövzusunda qrant
layihəsinin qalibi olub.
Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölmə-
sinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun
elmi işlər üzrə direktor müavini, AMEA-nın
müxbir üzvü Hacı Qadir Qədirzadə, Təbii Ehtiyatlar
İnstitutunun elmi işlər üzrə direktor müavini,
kimya elmləri doktoru Bayram Rzayev, İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filo-
logiya elmləri doktoru Adil Bağırov, Bioresurslar
İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü
Tariyel Talıbоv və həmin institutun şöbə müdiri,
biologiya üzrə fəlsəfə doktoru, dosent Varis Quliyev
görkəmli alimin nailiyyətlərindən, elmi kadrların
yetişdirilməsindəki əməyindən danışıb, yubilyarı
təbrik ediblər.
Əliəddin Abbasov muxtar respublikada elm
adamlarına göstərilən diqqət və qayğıya görə min-
nətdarlığını bildirib.
Sonda tədbir iştirakçıları yubilyarın əsərlərinin
nümayiş etdirildiyi sərgiyə baxıblar.
AMEA Naxçıvan Bölməsinin İnformasiya
şöbəsi
Tibb işçilərinin Hepatit B, C
infeksiyalarına görə kütləvi müayinəsi
və vaksinasiyasına start verilmişdir
Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin illik iş planına uyğun olaraq,
hamilələrin və səhiyyə müəssisələrində çalışan
tibb işçilərinin Hepatit B və C infeksiyalarına
görə profilaktikası məqsədilə kütləvi müayi-
nəsinə və risk qrupundan olan tibb işçilərinin
vaksinasiyasına start verilmişdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazir-
liyinin QİÇS-lə Mübarizə və Profilaktika Mərkəzi
tərəfindən oktyabr ayı ərzində Naxçıvan Muxtar
Respublika Xəstəxanasından 110, Diaqnostika-
Müalicə Mərkəzindən 40, Doğum Mərkəzindən
47, Göz Xəstəlikləri Xəstəxanasından 6, Stomatoloji
Mərkəzdən 1 nəfərin və 146 nəfər hamilə qadının
qan nümunəsi müayinə olunmuşdur.
Risk qrupundan olan tibb işçilərinin Hepatit
B infeksiyasına qarşı aktiv immunizasiyasının
aparılması məqsədilə Naxçıvan Muxtar Respub-
likası Səhiyyə Nazirliyi tərəfindən 1000 doza
Hepatit B vaksini Naxçıvan Muxtar Respublikası
Gigiyena və Epidemiologiya Mərkəzinə gətiril-
mişdir. Noyabr ayının 6-dan Hepatit B infeksi-
yasına qarşı müayinədən keçmiş risk qrupuna
aid olan (cərrahlar, ginekoloqlar, stomatoloqlar,
həmin həkimlərlə qan bankında, hemodializdə
çalışan tibb bacıları və sair) tibb işçiləri Hepatit
B infeksiyasına görə aktiv immunizasiyaya cəlb
olunacaqlar.
Tibb işçilərinin və hamilələrin profilaktik müa-
yinəsi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti
Qeydiyyat №: 575
Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır
ØßÐÃqapısı
Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.
Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21
Faks: 544-52-52
Nömrəyə məsul: Dilrubə Novruzova
Qəzet redaksiyanın kompyuter mərkəzində yığılıb, səhifələnib və
“Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur
.
Tiraj: 3646. Sifariş № 1126
Baş redaktor:
TURAL SƏFƏROV
Muxtar respublikada təbiəti mü-
hafizəyə dair aparılan fundamental
tədbirlər nəticəsində ərazidəki fauna
və floraya daxil olan nadir növlərin
təbiətdəki vəziyyəti yaxşılaşmış,
say dinamikası və tərkibi nəzərə-
çarpacaq dərəcədə artmışdır.
Qeyd edək ki, təhlükəyə ən çox
yaxın olanlar məməlilər və sürü-
nənlər sinfi nümayəndələridir. Doğ-
rudan da, iri və nəzərə tez çarpan,
həmçinin əhali arasında sevilməyən
canlılar antropogen təsirlərə daha
çox məruz qalırlar. Bu növlərin əksəriyyəti
füsunkar təbiətimizin əvəzsiz təbii sərvəti,
qiymətli inciləri olub, beynəlxalq statuslu
növlərdirlər. Həssas canlılar olduqlarından
onları izləmək, xüsusən fotoşəkillərini çək-
mək çox çətindir. Bunun üçün biz Ümum-
dünya Təbiəti Mühafizə Fondundan və
onun Azərbaycan nümayəndə liyindən fo-
totələlər alaraq, onları bir il müddətində
nadir növlərimizin yayıldığı başlıca zona-
larda yerləşdirdik. Azərbaycanda bəbir,
çöl pişiyi, vaşaq, oxlu kirpi, Xəzər uları
və sair kimi nadir növlərin açıq təbiətdə
şəklini çəkmək mümkün olmamışdı. Ona
görə də başlıca məqsədimiz bu növlərin,
xüsusən bəbir və çöl pişiyinin ərazimizdə
varlığını isbat etmək üçün onların foto-
şəklini çəkmək idi.
Məlumat üçün bildirək ki, Azərbaycan
Respublikasının “Qırmızı Kitab”ına və
Beynəlxalq Təbiəti Mühafizə İttifaqının
“Qırmızı siyahı”sına daxil edilmiş bəbirlərin
Naxçıvan Muxtar Respublikasında məs-
kunlaşdığı yerlərdə xüsusi mühafizə olunan
təbiət əraziləri yaradılmışdır. Azərbaycanda
Ümumdünya Təbiəti Mühafizə Fondu ilə
əməkdaşlıq çərçivəsində ölkə faunasının
ən nadir növlərindən biri olan bəbirin mü-
hafizəsi istiqamətində Azərbaycanın cənub
bölgəsində də iş aparılmış və həmin ərazidə
bəbirin mövcudluğunu isbat edən faktlar
toplanılmışdır.
Qafqaz ekoregionunda bəbirlərin mü-
hafizəsinə dair Milli Fəaliyyət Planının
tərtib olunmasında Beynəlxalq Təbiəti
Mühafizə İttifaqının bütün dünyada pi-
şikkimilərin nadir nümayəndələrinin mü-
hafizəsi ilə məşğul olan ekspertləri Tbilisi
şəhərində toplanaraq monitorinq keçir-
mişlər. Həmin tədbirdə ekspert kimi biz
də iştirak etmişik. Bu əməkdaşlıq çərçi-
vəsində 2009-cu ildə Azərbaycanda bə-
birlərin mühafizəsinə dair Milli Fəaliyyət
Planı təsdiqlənmişdir. Fəaliyyət Planı iki
əsas istiqamətdə işlərin aparılmasını nə-
zərdə tuturdu: bəbirlər yaşayan xüsusi
mühafizə olunan təbiət ərazilərinin mü-
hafizəsinin gücləndirilməsi və ölkə üzrə
növün populyasiyalarının monitorinqi.
Qeyd edək ki, bir-birindən izolə olunmuş
populyasiyalar arasında gen mübadiləsini
təmin etmək məqsədilə
gələcəkdə iri landşaft
vahidləri (ekoloji dəh-
lizlər) səviyyəsində iş-
lərin aparılması da nə-
zərdə tutulmuşdur. Bu
işlər muxtar respubli-
kada Zəngəzur Milli
Parkının (Kilit və Ko-
tam kəndləri əraziləri)
və Ordubad Dövlət Tə-
biət Yasaqlığı (Dərə-
şam ərazisi) ərazilərin-
dən keçidlər nəzərə alınmaqla həyata
keçirilmişdir.
Nəhayət, aparılan uzunmüddətli müşa-
hidələr nəticəsində 6 sentyabr 2012-ci il
tarixdə Zəngəzur Milli Parkının Ordubad
rayonunun Kilit kəndi ərazisində əmək-
daşlarımızla birlikdə (İ.Məmmədov, P.Fə-
tullayev, A.İsmayılov) quraşdırdığımız fo-
totələlər vasitəsilə bəbirin yetkin fərdinin
ilk fotoşəklini çəkə bildik. Fotoşəkli çəkilən
bəbirin gənc, dişi fərd olması xüsusilə se-
vindirici haldır. Çünki bu cür fərdlər onlara
uyğun mühitdə yaşayaraq davamlı popul-
yasiyanın yaranmasına başlanğıc verir. Bu
fakt son illərdə xüsusi mühafizə olunan
təbiət ərazilərində heyvanat aləminin mü-
hafizəsi tədbirlərinin gücləndirilməsinə,
ekoloji maarifləndirmə işinin aparılmasına
real nümunə hesab oluna bilər. Bəbirə aid
topladığımız ixnotakson əlamətlərin möv-
cudluğunun ən çox rast gəlindiyi zonalar
Ordubad rayonunun Xorxat (2378), Xaş-
lıdağ (2689), Soyuqdağ (3147), Sərkidağ
(2697), Qapıcıq (3904) və Dərəşam dağları
əraziləridir.
Bəbir (Panthera pardus) – Bu növün
keçmiş SSRİ ərazisində 2 yarımnövü vardır
ki, onlardan da yalnız Ön Asiya bəbiri
respublikamızda yaşayır. Muxtar respub-
likada azsaylı olmasına baxmayaraq, keç-
mişdə, demək olar ki, Noxuddağdan (Şərur
rayonu) başlayaraq Soyuqdağa (Ordubad
rayonu) qədər ərazilərdə yayılmışdır. Tə-
biətdəki vəziyyəti böhran həddinə çatan
və nəslinin kəsilmək ehtimalı olan növdür.
Bu növ bir neçə illərdir ki, çox nadir hal-
larda çoban və yegerlərə rast gəlirdi, lakin
ixnotakson materiallar bəbirin ərazimizdə
mövcud olduğunu və daimi yaşadığını
göstərirdi.
Bu bəbir növü vaxtı ilə Azərbaycanın
qalın meşələrində, qayalıqlarında geniş
yayılmış yırtıcılardan hesab olunurdu.
Lakin hal-hazırda sayı çox azalmışdır. Də-
rələyəz və Zəngəzur silsiləsinin meşəli-
kollu, sıldırım qayalı ərazilərində, əsasən,
bezoar keçiləri və muflon qoyunlarının
yayıldığı zonalarda yaşayır.
Ümumdünya Təbiəti Mühafizə Fondu-
nun ekspertləri E.K.Əskərov və V.S.Lu-
karevski ilə birlikdə təşkil etdiyimiz eks-
pedisiya zamanı toplanan ixnotakson əla-
mətlər Naxçıvan Muxtar Respublikası əra-
zisində bəbirin 3 və ya 4 ailəsinin yaşadığını
güman etməyə əsas vermişdir. Zəngəzur
Milli Parkı ərazisinə daxil olan Kotam
vadisində, Gəmiqaya, Qapıcıq və Əyriçayın
mənsəbinə yaxın “Keçi ağılı” adlı dağlıq
sahələrdə bu bəbirin daimi yaşadığı də-
qiqləşdirilmişdir. Növün əsas limitləşdirici
faktorları tədqiq edilməmişdir, ancaq na-
rahatedici faktorların və qida bazasının
azlığının başlıca rol oynadığı şübhəsizdir.
Apardığımız müşahidələrə və çobanların,
yegerlərin, hərbçilərimizin məlumatına
əsasən, bəbirlə ildə 1-2 dəfədən artıq rast-
laşma halları olmur. Bəbirlərin qidasını
dağ keçiləri və muflonlardan başqa, həmin
ərazidə yaşayan oxlu kirpi, kəkliklər, Xəzər
uları və digər canlılar da təşkil edir.
Qafqazda cütləşmənin yanvarda baş
verdiyi güman edilir, balalar isə aprel-
may aylarında doğulur. Bir nəsildə, adətən,
2-3 bala olur. Yegerlərin məlumatına görə,
Kotam vadisində yanında 2 balası olan
bəbir sübh tezdən su içmək üçün Kotam-
çaya enmişdir. Bəbir keçmiş SSRİ-nin
(1984), Azərbaycanın (1989), o cümlədən
Azərbaycan Respublikasının ayrılmaz
tərkib hissəsi olan Naxçıvan Muxtar Res-
publikasının (2006) “Qırmızı Kitab”larına
salınmış və yarımnövü göstərilmədən ov-
lanılması qadağan olunmuşdur. Zəruri qo-
runma tədbiri kimi qeyd edilən zonalarda
mühafizə işi daha da gücləndirilməli, əra-
zimizin incisi kimi bu növ qorunmalıdır.
Çöl pişiyi (Felis libyca forster) – Pişik
cinsinə daxil olan növlər içərisində çöl
pişiyi ev pişiyindən böyük, meşə pişiyindən
isə bir qədər kiçik olub, nəzərəçarpacaq
dərəcədə uzun quyruqludur. Respublika-
mızın ərazisində çöl pişiyinə nadir hallarda
Muğan və Salyan düzündə, Hacınohur
çöllərində və Naxçıvan Muxtar Respubli-
kasının Araz çayı vadisində təsadüf edilir.
Başlıca olaraq, ərazinin düzənlik və orta
dağlıq zonasının çöl, meşə-çöl və qamışlıq
sahələrində yaşayır. Növün yaşadığı yer-
lərdə rastgəlmə intensivliyinin xeyli aşağı
düşdüyü müşahidə olunmuşdur. Əsas li-
mitləşdirici faktorları antropogen amillər
və qida çatışmazlığı hesab edilir.
Çox nadir hallarda görünən, demək olar
ki, gizli həyat tərzi keçirən pişik növüdür.
Bədəninin uzunluğu 53-70, quyruğunun
uzunluğu isə 23-25 santimetrdir. Çəkisi
5,3 kiloqrama qədərdir. Quyruğu uzun və
nazikdir. Boyun nahiyəsində 4 uzunsov
tutqun zolaq, bel və qarın tərəflərində isə
seyrək dairəvi qara ləkələr vardır. Bütün
sutka ərzində, xüsusilə axşam və sübhçağı
fəal olur. Əsas etibarilə, gəmiricilərlə (si-
çanlarla), bəzi hallarda isə dovşan və quş-
larla qidalanırlar. Əsasən, porsuq və tülkü
yuvalarından istifadə edir, bəzən də kol-
luqların arasında yuva qururlar. Çöl pişi-
yinin cütləşməsi yanvar-fevral aylarında
olur. 2 ay sonra doğulan balalar avqust
ayının ortalarından sərbəst yaşamağa baş-
layırlar. Tükdəyişmə prosesi ildə iki dəfə
– mart-may və sentyabr-oktyabr aylarında
olur. Sayı az olduğundan ovlanması qəti
qadağan edilmişdir. Bəzi heyvanat park-
larında saxlanılmasına baxmayaraq, ço-
xaldılması haqda məlumat yoxdur. Qo-
runması üçün Azərbaycanın, o cümlədən
Naxçıvan Muxtar Respublikasının “Qırmızı
Kitab”larına salınaraq ovlanılması qadağan
edilmişdir. Ordubad və Arazboyu Dövlət
Təbiət yasaqlıqlarında ciddi mühafizə olu-
nur. Böyük maraq doğurmasının bir səbəbi
də çöl pişiyinin ev pişiyinin birbaşa əcdadı
hesab edilməsidir. İnsan fəaliyyəti və ya
digər abiotik amillərin təsirindən arealı
qısalan, biologiyası zəif öyrənilən bu növün
Azərbaycanda ilk dəfə olaraq Dərəşam
ərazisində fototələ vasitəsi ilə bir neçə
fərdinin fotoşəklini çəkə bilmişik.
Tariyel TALIBOV
AMEA Naxçıvan Bölməsi Bioresurslar
İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü
Füsunkar Naxçıvan təbiətinin nadir inciləri
Q
Q
afqaz ekoregionunda müstəsna mövqeyi və özünəməxsus torpaq-iqlim
xüsusiyyətləri olan Naxçıvan Muxtar Respublikası malik olduğu
zəngin biomüxtəlifliyə görə də seçilir. Son dövrlər aparılan tədqiqatlar
nəticəsində burada nadir bitki və heyvan növlərinin olduğu müəyyən edilmişdir.
Son illərin tədqiqatları Azərbaycan faunasında onurğalı heyvanların 638 növ
təşkil etdiyini göstərir. Naxçıvan Muxtar Respublikasında aparılan tədqiqat
işlərinin nəticələri isə ərazidə 386 növ (60,7 faiz) onurğalı heyvanın yaşadığını
müəyyənləşdirməyə imkan vermişdir. Bu növlərdən 71-i Naxçıvan Muxtar
Respublikasının “Qırmızı Kitab”ına salınmış, yeni aşkar edilmiş uzunburun
balıq növünün də “Qırmızı Kitab”da əks olunması məqsədəuyğun hesab edil-
mişdir. Bu müqayisə floraya da aid edilə bilər. Belə ki, ali sporlu, çılpaqtoxumlu
və örtülütoxumlu bitkilər Azərbaycan üzrə 5000-ə yaxın hesab edildiyi halda,
Naxçıvan Muxtar Respublikasında bu, 2838-dən (56,8 faiz) çoxdur. Regionun
malik olduğu bu zənginlik, şübhəsiz, onun tarixi keçmişi ilə də əlaqədardır.
Çöl pişiyi
Bəbir