1. Avtomatik idarəetmə (tənzimləmə) sahəsində əsas anlayışlar.
İnsanlar öz gündəlik fəaliyyətlərində müxtəlif idarəetmə məsələləri ilə üzləşirlər. Məsələlərin müxtəlif olmasına baxmayaraq "idarəetmə" anlayışı onların hamısı üçün ümumidir. İstənilən qoyulmuş məqsədə nail olmaq üçün göstərilən fəaliyyətlər məcmusuna "idarəetmə" deyilir. Daxilində idarəolunan proses gedən obyektə "idarəolunma obyekti" deyilir. Belə obyektlərdə idarəolunma prosesi həyata keçirmək üçün "idarəetmə sistemləri" yaradılır. İnsanın iştirak dərəcəsindən asılı olaraq idarəetmə sistemləri "əl ilə idarəetmə", "avtomatlaşdırılmış idarəetmə", "avtomatik idarəetmə" ola bilər.
Bəzi hallarda idarəetmə məsələsi bir və yaxud bir sıra parametrlərin müəyyən qiymətlərdə stabil saxlanması ilə həyata keçirilə bilir. Belə hallarda "avtomatik idarəetmə", "avtomatik tənzimləmə" adlanır, yəni sonuncusu idarəetmənin xüsusi halıdır. Bu zaman obyektə "tənzimləmə obyekti" deyilir. Yəni daxilində bir və yaxud bir sıra parametrlərin stabil saxlanılması ilə idarəolunan proses gedən obyektə tənzimləmə obyekti deyilir. Avtomatik stabil saxlanılması üzrə istifadə olunan texniki quruluşlara "avtomatik tənzimləyici" deyilir. Bir sıra idarəolunma obyektlərində, məsələn: texnoloji proseslərdə, qurğularda, maşınlarda, mühərriklərdə və s. gedən proseslər bir və yaxud bir sıra göstəricilərlə xarakterizə olunur. Məsələn: elektrik generatorunun sıxaclarındakı gərginlik, sobadakı temperatur, tutumdakı maye səviyyəsi, maşındakı valın fırlanma sürəti, uçan aparatın koordinatları, qaz borusu kəmərindəki təzyiq və s. bu cür göstəricilərə aiddirlər. Konkret halda həmin göstəricilərin ya müəyyən qanunauyğunluqla dəyişdirilməsi və yaxud da əksinə onların xarici şəraitin və iş rejiminin dəyişməsi zamanı həmişə sabit saxlanılması lazım gəlir. Bu cür göstərici avtomatik idarəetmə prosesinin parametri (koordinatları) kəmiyyətləri adlandırılır. Daha doğrusu bu parametr idarəolunan parametrdir. İnsanın iştirakı olmadan idarəolunma obyektində idarəolunma üzrə bütün mümkün ola biləcək əməliyyatları yerinə yetirən quruluşa "avtomatik idarəedici quruluş" deyilir. Avtomatik idarəetmə sistemi dedikdə isə avtomatik idarəolunma obyekti ilə avtomatik idarəedici quruluşun birliyi başa düşülür.
- idarəetmə kəmiyyətinin giriş kəmiyyəti (giriş siqnalı)
- çıxış kəmiyyəti (siqnalı) idarəolunan parametr
- idarəolunma obyekti
- avtomatik idarəedici quruluş
- idarəedici təsir
- meyletmə
Əgər "-" olarsa "sərt əks əlaqə" adlanır.
Dostları ilə paylaş: |