1. Az-Granatanın mahiyyəti Az-Granatanın Fəaliyyəti



Yüklə 0,67 Mb.
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#39600
Şahbaba Maliyyə Az-Granata

1. Az-Granatanın mahiyyəti 2. Az-Granatının təkrar istehsal prosesi

Rəsulov Şahbaba

1. Az-Granata Haqqında 2. Az-Granatanın Funksiyası 3. Az-Granatanın İstehsal prosesi 4. Az-Granatanın digər şirkətlərlə əlaqəsi

1. PLAN

"Az-Granata"  — Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biri. Azərbaycan Respublikasının Ağsu rayonunda yerləşir. "Az-Granata" meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir.

“Az-Granata” MMC-nin 2008-ci ildə Ağsu rayonunda 12.5 hektarlıq ərazidə inşasına başlanılmış şirə və şərab emalı zavodunun açılışı 29 oktyabr 2011-ci ildə olmuşdur.  Açılış mərasimində Prezident İlham Əliyev də iştirak etmişdir. Zavoda 50 milyon manat investisiya qoyulmuş; quraşdırılmış avadanlıq Avropanın aparıcı şirkətlərindən gətirilmişdir.

"Az-Granata"nın zavodu 5,5 hektar sahədə salınmışdır. Zavodunörtülü əsassahəsi20500m²təşkiledir. Zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunmuşdur.

2.PLAN

Az-Granatanın istehsalına bunlar aiddir:


Şərabçılıq

Meyvəçilik

Alkoqollu içkilər

Nar bağları orqanikdir və Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən sertifikatlaşdırılmışdır. Meyvə bağları, meyvə istehsalı və əkinçilik üsulları yerli və xarici mütəxəssislər tərəfindən müntəzəm olaraq yoxlanılır. Bağlarda damlama üsulu ilə suvarma sistemi tətbiq edilir.[ Üzüm bağlarının salındığı torpaqlar qəhvəyi və tünd qəhvəyi, nar bağlarının salındığı torpaqlar isə boz qəhvəyi və açıq qəhvəyi torpaq tiplərinə aiddir.

"Az-Granata"nın 450 hektar üzüm (Sultanina, Prima, Kardinal, Alfons Lavalle, Mədrəsə, Saperavi, Rkasiteli, Kaberne Sovinyon və s.) və 400 hektar nar (Gülövşə, Çəhrayı gülövşə, Qırmızı qabıq, Nazik qabıq, Bala Mürsəl, Əfqan və s.) bağları var.

2012-ci ildə müəssisənin nəzdində alkoqollu içkilər sektoru yaradılmışdır. Burada Şotlandiya texnologiyasına uyğun viski istehsal edilir.2014-cü ildə Fransanın müxtəlif şirkətlərindən palıd çəlləklər gətirilərək markalı şərablar istehsal edildi. İlk dəfə olaraq "Qora suyu" şərabı, yeni texnologiya əsasında "Icewine" şərabı, kolleksiya şərabı olan 30 illik "Mil" şərabı istehsal olundu. Yeni texnologiya əsasında meyvə araqları – tut, zoğal, ərik, gavalı, heyva araqları istehsal edilməyə başlanmışdır.

2013-cü ildə zavodun əməkdaşı Vüqar Mikayılov L.S. Qolitsın adına qızıl medala və "İlin ən yaxşı şəraçısı" adına layiq görülmüşdür. O, "Zolotoy qrifon" beynəlxalq şərab müsabiqəsində dequstasiya komissiyasına üzv seçilmişdir. Vüqar Mikayılov elə həmin il texnika elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.

2014-cü ildə Gəncə Şərab festivalında "Rübai", "Kəhrəba" və "Nar" şərabları qızıl medalla təltif edilmişdir.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin