1.Matris və onlar üzərində əməllər.
--Matris dedikdə, ədədlərdən düzəldilmiş düzbucaqlı şəklində cədvəl başa düşülür. m dənə sətri, n dənə sütunü olan matrisi adətən belə yazırlar: a11,a21....ann
m və n ədədlərinə matrisin ölçüləridir. Matrisləri latın əlifbasının böyük
hərfləri ilə, məsələn A,B,C,X,Y,... və s. kimi işarə edirlər. m = n olduqda, yəni sətirlərin sayı sütunların sayına bərabər olduqda matrisə n tərtibli kvadrat matris deyilir. m n olduqda matris düzbucaqlı matris adlanır. Ölçüləri eyni olub, uyğun elementləri üst-üstə düşən iki matrisə bərabər matrislər deyilir.
Matrislər üzərində əməllərə keçək. Əvvəlcə qeyd edək ki, bütün elementləri sıfra bərabər olan matrisə sıfır matris deyilir və O kimi işarə olunur.
Dostları ilə paylaş: |