1. Sosial psixologiya haqqında məlumat



Yüklə 65,53 Kb.
səhifə1/2
tarix20.05.2023
ölçüsü65,53 Kb.
#118222
  1   2
Peşə psixologiyası-2


Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin əyani şöbənin KS-020. ÇM-020. İT-019 . ƏE-120№-li qrup tələbələri üçün Peşə Psixologiyası fənnindən imtahan sualları.

1.Sosial psixologiya haqqında məlumat


İnsan psixikası və davranışını onun təbii və sosial mövcudluğu haqqında biliklər olmadan başa düşmək mümkün deyildir. Ona görə də psixologivanm öyrənilməsi insan biologiyası, onun ali sinir sisteminin quruluşu və fəaliyyəti haqqında biliklərə yiyələnməyi tələb edir. İnsan psixikasının dərindənöyrənilməsinə, onun başa düşülməsinə sosiologiyanı əsasları haqqında biliklər də imkan yaradır. Bunu sosial psixologiyanı sürətlə inkişafı bir daha təsdiq edir. Müasir dövrdə sosial psixologiya insan münasibətlərinin bütün sahələrinə nüfuz etməklə insanın sosialbələdləşmə davranışını psixi xassələrə necə yiyələnməsini aydınlaşdırmağa imkan verir.Müasir dövrdə psixologiyanın diqqəti daha çox cəlb edən sahələrindən biri sosial psixologiyadır. Sosial psixologiya birgə fəaliyyət və ünsiyyət prosesində müəyyən sosial qrupda şəxsiyyətlərarası münasibətlər sistemini, həmin münasibətlər sisteminin bütünlüklə qrupun, eləcə də ayrı-ayrı fərdin psixologiyasındakı inikasını öyrənən elm sahəsidir. Bu cür biliklər tərbiyənin psixoloji cəhətdən düzgün təşkili üçün zəruridir.
2. Motivlərin növləri
Müxtəlif cisim və hadisələr tələbatın obyektinə çevrilərək insanı fəaliyyətə təhrik edə bilir. Tələbatların ödənilməsi ilə əlaqədar olaraq insanı hər hansı bir məqsədə yönəlmiş işə, fəaliyyətə təhrik edən amillərə, səbəblərə motiv deyilir. İnsan fəaliyyətinin motivləri özlərinin çoxcəhətliliyi ilə xarakterizə olunur. Motivlər hər şeydən əvvəl bir-birlərindən tələbatların növlərinə görə fərqlənirlər. Bununla yanaşı olaraq motivlər tələbatların kəsb etdiyi formalara, onların genişliyinə və ya məhdudluğuna, reallaşdıqları fəaliyyətin konkret məzmununa və s. Görə fərqlənirlər.motivlərin aşağıdakı növlərini qeyd etmək olar: 1) situativ və geniş motivlər; 2) fəaliyyətin nəticəsinə və onun özünə doğru yönələn motivlər; 3) eqoistik və ictimai əhəmiyyətli motivlər. Motivləri təzahür xüsusiyyətlərinə görə psixoloji ədəbiyyatda geniş istifadə olunan iki qrupa ayırmaq mümkündür: 1) geniş sosial motivlər və 2) idrak motivləri. Psixoloji ədəbiyyatda motivləri dərk edilən və dərk edilməyən olmaqla daha iki qrupda birləşdirirlər. Dərk edilən motivlər nəyin bizi bu və ya digər işə, fəaliyyətə təhrik etməsini anlamagımız, dərk etməyimizlə fərqlənir. Dərk edilməyən motivlərə gəldikdə elə təhriklər nəzərdə tutulur ki, həmin təhriklərin mahiyyətini biz tam aydınlığı ilə dərk edə bilmirik.
3. N.Leontyevin motiv haqqında fikirləri
A.N.Leontyevə görə motiv obraz, anlayış, fikir, ideal şəklində də çıxış edə bilir. Qeyd edilənlərlə yanaşı olaraq özünün xarakteri və fəalivvəl prosesində oynadığı rola görə motivlərin aşağıdakı növlərini qeyd etmək olar: 1) situativ və geniş motivlər; 2) fəaliyyətin nəticəsinə və onun özünə doğru yönələn motivlər; 3) eqoistik və ictimai əhəmiyyətli Motivlər. Motivləri təzahür Xüsusiyyətlərinə görə psixoloji ədəbiyyatda geniş istifadə olunan iki qrupa ayırmaq mümkündür: 1) geniş sosial motivlər və 2) idrak motivləri. Psixoloji ədəbiyyatda motivləri dərk edilən və dərk edilməyən olmaqla daha iki qrupda birləşdirirlər. Dərk edilən motivlər nəyin bizi bu və ya digər işə, fəaliyyətə təhrik etməsini anlamagımız, dərk etməyimizlə fərqlənir. Dərk edilməyən motivlərə gəldikdə elətəbriklər nəzərdə tutulur ki, həmin təhriklərin mahiyyətini biz tam aydınlığı ilə dərk edə bilmirik. Bu cür motivlərə həvəsi, ustanovkam aid etmək mümkündür. Motivlər özlərinin növləri ilə yanaşı davamlılıqlar, emosional çalarları və ya modallıqları, qüvvələri və ifadə xüsusiyyətlərinə görə də bir-birindən fərqlənirlər. Motivlər haqqında yuxarıda qeyd etdiklərimizdən aydım olduğu kimi,Motiv insanı hər hansı bir fəaliyyətəTəhrik edən, yönəldən səbəblərdir.
4. Müəllim peşəsinin etikası
Müəllimlərin etik davranış Qaydaları müəllimlərin etik davranış prinsiplərini və onlara uyğun tələbləri, təhsil prosesi iştirakçılarının qarşılıqlı münasibətlərinin xüsusiyyətlərini müəyyən edir və onları tənzimləyir.Müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli və tələblərə ciddi şəkildə əməl etməlidir:Qanunun aliliyi,Peşəkarlıq və fərdi məsuliyyət,Vicdanlılıq, Mədəni davranışMüəllimlərin etik davranış qaydaları”nda vacib məqamlardan biri də etik davranış qaydalarına riayət olunmasının təmin edilməsidir. Burada söhbət ondan gedir ki, müəllimin etik davranış qaydalarına riayət etməsi müntəzəm olaraq rəhbərlik tərəfindən təhlil olunmalıdır. Və müəllimin etik davranış qaydalarına riayət etməsi istiqamətində tədbirlər görülməlidir. Hər şeydən əvvəl, təhsil müəssisəsinin rəhbəri yeni işə qəbul olunmuş müəllimləri Qaydalarla tanış etməli, hər bir müəllimə müvafiq tövsiyələr verməlidir. Bunların hamısı bir tərəfdən müəllimlərin məsuliyyətini artırırsa, digər tərəfədən təhsil müəssisəsinin rəhbərlərinin fəaliyyətini, görəcəkləri işlərin əhəmiyyətini anladır. Eyni zamanda görüləcək tədbirlər planında təhsil müəssisəsinin rəhbərlərinin daha da məsuliyyətli olmalarını vacib sayır.
5. Qabiliyyətin növləri
Qabiliyyətlər—şəxsiyyətin fərdi psixoloji xüsusiyyətləri olub müəyyən fəaliyyətin müvəffəqiyyətlə icrasına imkan yaradır və həmin fəaliyyət üçün zəruri sayılan bilik,bacarıq və vərdişlərə yiyələnmə dinamikasındakı fərqləri meydana çıxarır. Ümumi qabiliyyətlər dedikdə müxtəlif fəaliyyət növlərini müvəffəqiyyətlə icrasını təmin edən ümumi psixi keyfiyyətlərin məcmusu başa düşülür. Ümumi qabiliyyətin olması insanın bilik, bacarıq və vərdişlərə yiyələnməsi temp və asanlığında özünü biruzə verir. Bəzi insanların qabiliyyətinin qurluşunda ümumi psixi keyfiyyətlər qabarıq şəkildə təzahür edir. Bu da onlarda hərtərəfli qabiliyyətin yəni müxtəlif fəaliyyət sahəsində ümumiyyətlə fəaliyyət qabiliyyətinin olmasını sübut edir. Psixologiyada bəzən qabiliyyətə əqli zehni qabiliyyət də deyilir. Ümumiyyətlə qabiliyyəti ölçmək üçün intelekt testlərdən istifadə olunur. Xüsusi qabiliyyətlər konkret fəaliyyət sahəsində biruzə verən qabiliyyətlərdir. Məs: riyazi, pedaqoji, bədii, texniki və s. Qabiliyyətlər. Ümumi qabiliyyətlər bir sıra fəaliyyət sahəsində iştirak edən onlara müvəffəqiyyətlə yiyələnməni və icrasını təmin edən qabiliyyətlərdir. Onlarda ali psixi funksiyalar prosesi də formalaşır (hafizə, təfəkkür, təxəyyül). Xüsusi qabiliyyət kimi lüğət ehtiyatları, rəngləri fərqləndirmə, həssaslığın təsviri fəaliyyətin və məkan qavrayışı və təsəvvürləri, didaktik qabiliyyətləri, təşkilatçılıq qabiliyyətləri və s. Pedaqoji qabiliyyətlərin xüsusi qabiliyyət kimi təzahürünə imkan yaradır. Ümumiyyətlə qabiliyyətin həer hansı biri 2 komponentdən ibarətdir. Bunlar həm ümumi, həm də xüsusi qabiliyyətdən ibarətdir.Ümumi qabiliyyət bir neçəxüsusi qabiliyyətin əmələ gəlməsinə yaxud formasına şərait yaradır və bunların hər ikisi bir-birilə qarşılıqlı əlaqədədir.
6.Azərbaycanlı psixoloq alimlər haqqında
Azərbaycanda psixologiya elminin inkişafında, psixoloq kadrlarının hazırlanmasında B.B.Komarovskinin də (1899-1965) böyük xidmətləri olmuşdur. 1921-ci ildə Bakıya gələn Ko¬ma-rovski 1921-1924-cü illərdə Azərbaycan Dövlət Univer¬si¬tetinin aspiranturasında oxuyur. 1927-ci ildə pedaqogika ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edir. Elə həmin il o, pro¬fes¬sor elmi adı alır. Komarovski ilk elmi məqaləsini 1914-cü il¬də, 15 yaşında yazmışdır. Çoxşaxəli yaradıcılığa malik olan Ko¬ma-rovski «Psixologiya cədvəlləri» (1923), «Uşaqlığın sosio¬lo-giyası» (1921), «Təkrarlama metoduna dair» (1940) və s. Onlarla fundamental əsərlərin müəllifidir.Azərbaycanda psixologiya elminin digər tanınmış bir nümayəndəsi F.Ə.İbrahimbəyovdur (1901-1988). O, respub¬lika-mızda ilk psixologiya laboratoriyasının yaradıcısıdır. Onun Azərbaycan Dövlət Universitetində 1926-1927-ci illərdə təşkil etdiyi psixologiya laboratoriyasında çoxsaylı, müx¬təlif istiqa-mət¬li tədqiqatlar aparılmışdır.F.İbrahimbəyov 1927-1949-cu illərdə V.İ.Lenin adına APİ-də, sonrakı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İn-stitutunda psixologiya kafedrasının müdiri olmuşdur.
7. Tələbatlarla ehtiyacların fərqi haqqında.
Şəxsiyyət öz fəallığını ətraf aləmlə qarşılıqlı təsir prosesində, fəaliyyətdə təzahür etdirir. Şəxsiyyətin fəallığının mənbəyini onun tələbatları təşkil edir. Məhz tələbatlar insanı müəyyən surətdə və istiqamətdə iş görməyə təhrik edir. Insanın fəallığı və bu fəallığın mənbəyi, yəni insan tələbatları heyvan tələbatından tamamilə fərqlənir. Insan tələbatları onun tərbiyəsi, insan mədəniyyəti aləminə qovuşmaq prosesində formalaşır. Insanda tələbatların təmin olunması prosesi fəaliyyət formalarına, müəyyən ictimai inkişafa fəal, məqsədyönlü yiyələnmə prosesi kimi meydana çıxır. Tələbatlar insanın ehtiyacları ilə yanaşı, həm də onun öz ehtiyaclarına münasibətini əks etdirir. Tələbatlar insanın konkret həyat şəraitindən asılılığını ifadə edən, onun bu şəraitdə aktivliyini şərtləndirən özünəməxsus psixi alətdir. Tələbatların növlərini mənşəyinə və predmetinə görə fərqləndirirlər. Mənşəyinə görə tələbatlar təbii və mədəni ola bilər. Insanın aktivləşdirici fəaliyyəti, onun özünün və nəslinin həyatının mühafizəsi və qorunması üçün zəruri olan şəraitdən asıllığı təbii tələbatlarda ifadə olunur. Insanın aktiv fəaliyyətinin insan mədəniyyəti məhsullarından asılığı mədəni tələbatlarda ifadə olunur. Predmetinin xarakterinə görə tələbatlar maddi və mənəvi ola bilər. Maddi tələbatlarda insanın maddi mədəniyyət əşyalarından asılılığı, mənəvi tələbatlar da isə ictimai şüur məhsullarından asılılığı meydana çıxır. Mənəvi tələbatlar mənəvi mədəniyyətin mənimsənilməsində ifadə olunur.
8. Qrupların növləri.
Qrupları müxtəlif əsaslara görə təsnif edirlər. Hər şeydən əvvəl qrup üzvlərinin miqdarına, tanışlıq və yaxınlıq səviyyəsinə görə qrupları böyük və kiçik olmaqla iki yerə bölürlər.Böyük qrup 30-40- dan artıq insan birliyidir. Böyük qrupun üzvləri bir-birini tanımaya, bir-biri ilə görüşməyə bilirlər. Bu cür qruplara çoxsaylı tələbə və müəllim kollektivi olan Universitetləri, böyük şirkətləri, dövlətləri, millətləri və s. Aid etmək olar. Ən böyük insan birliyi bəşəriyyətdir.Kiçik qrupa gəldikdə bu 2-dən 30-40 qədər insan birliyidir. Kiçik sosial qruplarda insanların bir-birilə təması daha yaxın və daimi xarakter daşıyır. Kiçik sosial qrupun üzvləri ümumi bir işlə məşğul olur və bir-birilə birbaşa qarşılıqlı əlaqədə olurlar. İnsan öz həyatının çox hissəsini bu qrupun daxilində keçirir. Ona görə də bir-birlərini yaxşı tanıyırlar.Kiçik qrupların üzvlərinin sayı 7 nəfərdən artıq olmadıqda belə qrupları ilkin kiçik qrup adlandırırlar. Məsələn, yeni yaranmış ailəni ilkin qrup adlandırırlar. İnsan adətən bir ilkin qrupun iştirakçısı olur. Hər hansı mikro sosial qrup onun iştirakçıları üçün ilkin qrupa çevrilə bilər. Bütün ilkin qruplar eyni zamanda kiçik qrup olub uzun müddət, bəzən insanın ömrü boyu davam edən qruplar olaraq qalır. İlkin qrupun iştirakçıları daimi təmas nəticəsində bir-birini yaxşı tanıyır, bir-birinə bələd olurlar.
9. Tibbi etika haqqında.
Tibbi psixologiya həkimin fəaliyyətinin və xəstənin davranışının psixoloji aspektlərini öyrənir. O, psixi hadisələrin fizioloji beyin strukturları ilə münasibətini öyrənərkən neyropsixologiyaya, dərman maddələrinin insanın psixi fəaliyyətinə təsirini öyrənən psixoformakologiyaya, xəstənin müalicəsi üçün psixi təsir vasitələrini öyrənən və istifadə edən psixoterapiyaya, adamların psixi sağlamlığının təmin olunması üçün tədbirlər sistemini işləyən psixoprofilaktikaya və psixogigiyenaya bölünür. Tibb psixologiyası həkimin fəaliyyətinin və xəstənin davranışının, onun gigiyena, profilaktika, diaqnostika, müalicə, ekspertiza və reablitasiyasının psixoloji aspektlərini öyrənir. Tibb psixologiyası özünə klinik psixologiya, patopsixologiya, neyropsixologiya, somatopsixologiya, ümumi tibb , psixiatriya, psixoprofilaktika və psixogigiyena, psixokorreksiya və s. Bölmələrini daxil edir. Patopsixologiya, eləcə də psixoterapiya, psixikasında və davranışında qüsurlar olan adamlarla işin aparılmasına xidmət edir. Psixologiyanın bu sahələrinin başlıca vəzifəsi mövcud psixi pozğunluğun səbəblərini və onu aradan qaldırmaq yollarını öyrənir.
10. Fəaliyyət psosesində şüurun inkişafı
Şüurun bir sıra xarakterik xüsusiyətləri vardır. Onun birinci xarakteristikası elə adında – şüurda verilir. İnsan şüuru özünə bizi əhatə edən aləm haqqında biliklər məzmununu daxil edir. Şuurun sturukturuna ən muhum idrak prosesləri daxil olur. İnsan onların koməyi ilə öz biliklərini daim zənginləşdirir. Şuurun ikinci xarakteristikası subyekt və obyektin yəni, insanın məninə və qeyri-məninə aid olanlarin fərqlənməsindən ibarətdir. Mənin qeyri-məndən ayrılması insanın mənlik şuurunun formalaşması prosesində həyata keçir. Şüurun üçüncü xarakteristikası insanın məqsədli fəaliyyətinin təmin olunmasından ibarətdir. Şüurun dördüncü xarakteristikasi isə onun tərkibinə müəyyən münasibətlərin daxil olmasından ibarətdir. İnsan süuruna hisslər aləmi zəruri surətdə daxildir. Onda insanın daxil oldugu murəkkəb obyektiv ictimai munasibətlər öz əksini tapmişdır. Psixikanın aşagı səviyyəsini şüursuzluq təşkil edir. O, psixikanın elə formasından ibarətdir ki, bu zaman icra olunmuş işlər barədə hesabat verilmlr .İşin vaxtına və yerinə tam bələdləşmə itirilir, davranışın nitq vasitəsiylə tənzimi pozulur. Şüurun üç əsas funksiyası – koqnitiv, tənzimetmə və kommunikativ funksiyalarıvardır. Konqnitiv funksiya- yalnız şüur səviyyəsində biliklərin fəal, məqsədyönlü mənimsənilməsi kimi özünü göstərir. Tənzimetmə funksiyasının süur səviyyəsində əsas xarakteristikası onun ixtiyari xarakter daşıması ilə bağlıdır. Komunikativ funksiya bir tərəfdən insanlar arasında bilik mübarizəsi, onların bir-birinin təcrübəsini mənimsəməsi, digər tərəfdən bir-birinin davranısını qarşılıqlı surətdə tənzm etməsi prosesi kimi həyata keeçirilir. Bu o deməkdir ki, bir adamın şüurunun formalaşmasında onlarla adam iştirak edir. Şuurla dil vəhdət təşkil edir.İnsan xarici aləmdən aldığı təəssuratı ancaq dillə ifadə etdikdən sonar dərk edir və onu yaxşı yadda saxlayır.
11.Peşə etikasının növləri.
Hər bir peşə fəaliyyətinin özünə uyğun spesifik xüsusiy-yətləri var.Peşə ilə əlaqəli mənəvi normalar, etik ideallara söykənən qanunlar, modellər və şəxsiyyətin daxili özünütənzimləməsidir. Peşə etikasının bir çox növləri vardır. Tibbi etika,Biotibbi etika,İqtisadi etika ,Menecerin etikası,Pedaqoji etika,Xidmət sahəsində çalışan işçilərin etikası və s.Tibbi etika – Həkimin yüksək mənəvi və etik davranış üs-lubuna sahib olması Hippokratın adı ilə bağlıdır. Ənənəvi tibbi etika həkim və xəstə arasında şəxsi əlaqələri və fərdi key-fiyyətlər ilə əlaqəli suallara cavab verir, həkimin xəstəyə verə biləcəyi sualı araşdırır. Tibbi etika məşhur bir bir formulanı ifadə edir. Ziyan vermə. Tibb işçisi xəstələrin müalicəsində dü- şünülmüş riskə gedərək yeni müalicə tətbiq etmə məsuliy-yətini öz üzərinə götürməyi bacarmalıdır. Menecerin etikası – İdarəetmə sahəsində fəaliyyət gös-tərən şəxsin davranış və əməllərini araşdıran elmdir.İnzibati idarəetmə etikası – işçilərdən siyasi şüur vətən-pərvərlik, işgüzarlıq, düzgünlük, intizam tələb edir. Mühəndis texniki işçilərin etikası – işçilərdən təbiətə hu-manist münasibət eyni zamanda ekologiyanın qorunması, təbii resurslardan qənaətlə istifadə olunması, yeni mühəndis texno-loji düşüncəyə malik olmağı tələb edir. Pedaqoji etika – uşaqlara münasibətdə humanist prinsip-lərə və şagirdlərin şəxsiyyətinə hörmət və ona qarşı tələbkarlı-ğa üstünlük verir.
12. Fəaliyyət prosesində motivlərin növləri
Fəaliyyətin motivləri. İnsanı əhatə edən cisim və hadisələr heç də daima deyil, onun həyatının müxtəlif vaxtlarında tələbatlarının obyekti olur və onu müvafiq fəaliyyətə təhrik edir. Bununla yanaşı olaraq insanın bu və ya digər tələbatını ödəyən obyekt yalnız eyni bir cisim və hadisədən ibarət olmur. Müxtəlif cisim və hadisələr tələbatın obyektinə çevrilərək insanı fəaliyyətə təhrik edə bilir. Tələbatların ödənilməsi ilə əlaqədar olaraq insanı hər hansı bir məqsədə yönəlmiş işə, fəaliyyətə təhrik edən amillərə, səbəblərə motiv deyilir. İnsan fəaliyyətinin motivləri özlərinin çoxcəhətliliyi ilə xarakterizə olunur. Motivlər hər şeydən əvvəl bir-birlərindən tələbatların növlərinə görə fərqlənirlər. Bununla yanaşı olaraq motivlər tələbatların kəsb etdiyi formalara, onların genişliyinə və ya məhdudluğuna, reallaşdıqları fəaliyyətin konkret məzmununa və s. Görə fərqlənirlər.fəaliyyət prosesində oynadığı rola görə motivlərin aşağıdakı növlərini qeyd etmək olar: 1) situativ və geniş motivlər; 2) fəaliyyətin nəticəsinə və onun özünə doğru yönələn motivlər; 3) eqoistik və ictimai əhəmiyyətli motivlər.
1 3. Həkimlik peşəsinin etikası
Məşhur həkim Botqin öz klinikasında belə bir hadisə ilə rastlaşmışdır: Xəstə bütün duyğulardan məhrumdur. Onun ancaq bir gözü azacıq görmə qabiliyyətini saxlamışdır. Bir də əlinin üstə kiçik bir sahədə dəri duyğusu hələlik qalır. Həkim göstərir ki, əgər xəstə həmin görən gözünü yumursa, əlindəki hissiyyatın qaldığı sahəyə heç kim toxunmursa, bu zaman xəstə huşa gedir, xarici aləmlə heç bir əlaqəsi qalmır. Bəzən, həkimin ehtiyatsızlıqla xəstəyə dediyi sözün nəticəsində xəstə təxəyyülündə özünü ağır xəstəliyə tutulmuş insanın obrazı kimi canlandırır ki, bu da bu xəstəliklə bağlı simptomların həqiqətən həmin xəstədə təzahür etməsinə səbəb ola bilir.
1 4. Fəliyyət və ünsiyyət
İki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir. Ünsiyyət fəaliyyətində obyekt başqa adamlardır: onların şüuru, motivlər sistemi, emosional aləmi, onların yönəlişliyi və sərvətidir. K.Marks başqa adamı ―ən böyük sərvət‖ adladırırdıSosial psixologiya birgə fəaliyyət və ünsiyyət prosesində müəyyən sosial qrupda şəxsiyyətlərarası münasibətlər sistemini, həmin münasibətlər sisteminin bütünlüklə qrupun, eləcə də ayrı-ayrı fərdin psixologiyasındakı inikasını öyrənən elm sahəsidir. Fəaliyyət və ünsiyyət prosesində,insanın onu əhatə edən gerçək aləmə və insanlara münasibətdə təzahür edir.İnsan xarakteri onun dünyagörüşü və əqidəsi ilə sıx bağlıdır.Adətən xarakter formalaşdıqdan sonra bu və ya digər davranış tərzini həyata keçirməyə təhrik edir.Beləliklə--konkret şəxsiyyət üçün tipik olan fəaliyyət və ünsiyyət prosesində formalaşan və təzahür edən,tipik şəraitdə üzə çıxan və şəxsiyyətin bu şəraitə olan münasibəti ilə müəyyən edilənözünəməxsus fərdi psixoloji xüsusiyyətlərin məcmusuna xarakter deyilir.. Ünsiyyət fəaliyyət ilə ayrılmaz vəhdətdədir. Psoxoloji ədəbiyyatda fəaliyyət S-O, ünsiyyət isə S-S kimi təsvir olunur.Ünsiyyət fəaliyyət ilə ayrılmaz vəhdət təşkil etdiyi üçün S-O və S-S düsturları S--------S düsturu ilə əvəz olunur.Ünsiyyətin növlərini başqa əsaslara görə də- ünsiyyət fəaliyyəti obyektinin bir adam (və ya iki-üç) və ya şox adamdan (məktəbin sinfi, auditoriya) ibarət olmasından asılı olaraq-müəyyən etmək mümkündür.
1 5. Fəaliyyətin motivi ,məqsədi ,vasitələri.—Fəaliyyətin tədqiqi zamanı birinci növbədə onu, fəaliyyətin motivləri, məqsədləri, bu prosesdə: sensor (hissi), perseptiv (qavrayış), mnemik (hafizə), iradi-emosional və başqa proseslərin rolu, funksiyaları, dinamikası maraqlandırır. Fəaliyyət psikanın inkişafını şərtləndirir. Insanın fəallığı iki formada özünü göstərir: xarici (fiziki) və daxili (psixi) fəallıq. Bu baxımdan fəaliyyət daxili insanın daxili və xarici fəallığının vəhdəti kimi özünü göstərir.Motiv-məqsəd fəaliyyətin özünəməxsus vektorunu əmələ gətirir. Bu isə öz növbəsində onun istiqamətini, eləcə də subyektin fəaliyyət prosesində göstərdiyi səyin dərəcəsini müəyyən edir. Motiv insanı fəaliyyətə təhrik edən amillərə aiddir. Motivin əmələ gəlməsi ilə fəaliyyət özünəməxsus emosional boya kəsb edir. İnsan fəaliyyət prosesində meydana çıxan çətinliklərə də özünəməxsus münasibət bəsləməyə başlayır. Motivsiz fəaliyyət yoxdur. Lakin fəaliyyətin konkret xarakteristikası motivlə deyil, məqsədlə müəyyən olunur. Məqsəd həm perseptik, həm də müəyyən məntiqi konstruksiya sistemi kimi meydana çıxa bilər. Insan fəaliyyət prosesində bütün əməliyyatları bu surətlər və konstruksiyalar vasitəsilə yerinə yetirir.

16. Peşə etikası haqqında.


Peşə etikası insanların peşə fəaliyyəti iləəlaqədar aralarındakı münasibətlərin mənəvi xarakterini təmin edən davranış kodeksidir.Peşə latınca «professio» sözündən olub, mövcudluq mənbəyi sayılan vəəmək fəaliyyətinin müəyyən hazırlığa ehtiyacı olan ixtisas, rəsmi məşğuliyyət mənasını verir.Peşə etikası ictimai şüur formaları, o cümlədən əxlaqın özü kimi quldarlıq cəmiyyətində ictimai əmək bölgüsünün, peşələrin, spesifik peşə əxlaqının meydana gəlməsi iləəlaqədar yaranıb. Peşələr hamısı eyni zamanda yaranmadığı üçün peşə qrupları da müxtəlif vaxtlarda formalaşıb. Yeni-yeni peşələrin əmələ gəlməsi insanlar arasında da xüsusi münasibətlər yaradırdı.Əməyin obyektindən, istifadə etdiyi alətdən, metod və üsullarından asılı olaraq insan bənzəri olmayan situasiyalarla rastlaşır ki, bu da müvafiq metod, ritm, hərəkət, psixoloji reaksiya tələb edir. Hər bir peşənin məhz özünəməxsus ziddiyyətləri və bu ziddiyyətlərin dəf edilmə üsulları var ki, burada insanın subyektiv münasibətləri, mənəvi aləmi özünü göstərir. Peşə münasibətləri iləəlaqədar çoxsaylı situasiyalar içərisində nisbətən tez-tez təsadüf olunanlar həmin peşələrə aid əxlaq normalarının spesifikasını formalaşdırır. İnsanlar öz davrvnışlarını müvafiq situasiyalarda bu normalara uyğun qurmalı olurlar. Bütün bunlar peşə etikası və peşə əxlaqı problemlərinin mühüm əhəmiyyətə malik olmasını göstərir.

17.Motiv və maraqlar haqqında.


18.Z.Freyd haqqında


Avstriya psixoloqu və psixiatoru Ziqmund Freydin (1856 – 1939) yaratdığı psixoanaltik nəzəriyyə freydizm adı ilə məşhurdur. Z.Freyd şəxsiyyətin fəallığının mənbəyini onda heyvan əcdadlarından irsən alınmış instiktiv təhriklərdə görürdü. Bununla da Freyd psixi hadisələrə yeni anlayış – şüursuzluq anlayışı gətirmişdir. Onun fikrincə şəxsiyyətin strukturunda üç komponent mövcuddur: O (id), mən (eqo), yüksək – mən (super-eqo). Z.Freyd birinci komponenti (id) şüursuzluq, ikincini (eqo) şüur, üçüncünü isə (super- eqo) yüksək şüurluluq kimi götürür. Z.Freydə görə id (o) məhz elə sahədir ki, orada yalnız sıxışdırılmış şüursuz instinktlər hökmranlaq edir və onlar həzz prinsipinə tabe olurlar. Buna görə də prinsipcə onlar dərk edilə bilməzlər. Mən (eqo) bir tərəfdən şüursuz instinktlərin ardınca gedir, digər tərəfdən gerçəkliyin norma və tələblərinə tabe olur. Yüksək – mən (super-eqo) cəmiyyətin əxlaqi tələbatlarının bir növ məcmuudur. Başqa sözlə, o, insanın hələ uşaqlıq dövründən mənimsədiyi, avtomatlaşmış sosial norma, inam, qaydalardan ibarətdir.
19. Psixologiyanın pedaqogika elmi ilə əlaqəsi
19.Pedaqogika başqa elmlərlə sıx bağlıdır. O, öz qarşısında duran vəzifələrin həlli üçün həmin elmlərin materiallarından istifadə edir.Pedaqogikanın, demək olar ki, bütün elm sahələri ilə əlaqəsi vardır. Təhsil müəssisələrində tədris olunan fənlər çox müxtəlif elmlərlə bağlıdır: fizika, riyaziyyat, kimya, dil, ədəbiyyat və s. Fənlərin tədrisi məsələləri pedaqogikanın bir qolu olan metodikanın tədqiqat mövzusunu təşkil edir. Pedaqogika digər elmlərlə birbaşa və ya dolayı yollarla bağlıdır. Bəzi elmlərdən o, ümumi istiqamət alır, digər elmlərin nəticələrinə istinad edir.Pedaqogika fəlsəfə ilə sıx bağlıdır: fəlsəfə pedaqogikanın nəzəri-metodoloji əsasını təşkil edir. Pedaqogikanın təlim nəzəriyyəsi fəlsəfənin idrak nəzəriyyəsinə istinad edir. Tərbiyə məsələlərinin həllində isə pedaqogika fəlsəfənin müxtəlif sahələrinə - etika, estetika, sosiologiya elmlərinə əsaslanır.Pedaqogika psixologiya ilə daha çox bağlıdır. Psixologiya müxtəlif yaş dövrlərində insanın psixi inkişafının qanunauyğunluqlarını müəyyən edir, təlim və tərbiyənin təsiri ilə psixikanın dəyişməsi mexanizmini öyrənir. Bu isə təlim­-tərbiyə prosesinin səmərəli təşkili problemlərinin həlli baxımından böyük əhəmiyyətə malikdir.
20. Ünsiyyətin bioloji və sosial növləri
İnsanlar birgə yaşayış və birgə fəaliyyət zamanı daima bir-biri ilə informasiya mübadiləsi aparır, bir-birinəQarşılıqlı təsir göstərir və ya bir-birini qavrayır və anlayırlar. Başqa sözlə ünsiyyətə girirlər. İnsanın hər cür fəaliyyətində ünsiyyət zəruri şərt kimi özünü göstərir. Ünsiyyət olmadan insanların birgə fəaliyyəti həyata keçirməsi mümkün deyildir. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Məqsəddən asılı olaraq psixoloqlar ünsiyyətin bioloji və sosial növlərini qeyd edirlər. Bioloji ünsiyyət orqanizmi mühafizə etmək, qorumaq, saxlamaq və inkişaf etdirməklə bağlı ünsiyyətdir. Sosial ünsiyyətə gəldikdə o, şəxsiyyətlərarası təması, münasibətləri yaratmaq və inkişaf etdirmək, fərdin şəxsi yüksəlişini genişləndirmək və möhkəmləndirmək məqsədi güdür.
21.Pedaqoji psixologiya haqqında
Psixologiyanın konkret fəaliyyətlə baglı olan və yüksək praktik əhəmiyyət daĢıyan mühüm xüsusi sahələrindən biri pedoqoji psixologiyadır. Pedaqoji psixologiya təlim, tərbiyə və pedaqoji fəaliyyətin psixoloji problemlərini araĢdırır. Pedaqoji psixologiyanın həll etməli olduğu ən mühüm problemlər uĢaqların həyatının hər bir senzitiv dövrünü aĢkara çıxarmaq və həmin dövrdə onların inkiĢafı üçün lazım olan bütün imkanları müəyyənləĢdirməkdən, təlim və inkiĢafın qarĢılıqlı əlaqəsini aĢkara çıxarmaqdan, təlim və tərbiyənin ümumi və yaĢla bağlı olan cəhətlərini, əlaqəsini aĢkara çıxarmaqdan, təlim və tərbiyənin səmərəliliyini təmin edən psixoloji qanunauyğunluqları araĢdırmaqdan və s. İbarətdir.
22.Deferensial psixologiya haqqında
Psixologiyanın xüsusi sahələrindən birini də differensial psixologiya təĢkil edir. Diferensial psixologiya – psixologiya elminin insanların fərdi – psixoloji və davranıĢ fərqlərini öyrənən, Ģərh və izah edən sahəsidir. «Diferensial psixologiya» termini ilk dəfə 1900-cü ildə V.ġtern tərəfindən irəli sürülmüĢdür. Diferensial psixologiyanın əsas metodu testlər olmuşdur. İlk dövrlər bu testlər fərdi testlər olmuş, sonra qrup testləri meydana gəlmiĢ daha sonra isə proyektiv testlər yaranmış və onlardan istifadə olunmuşdur.
23.Mümarisələr və vərdişiər haqqında.
Fəaliyyətin mənimsənilməsi bacarıq və vərdişlərlə nəticələnir. Bunun üçün biz fəaliyyət zamanı icra etdiyimiz iş və hərəkətləri (o cümlədən təlim materiallarını) təkrar etməli oluruq. Lakin hər cür təkrar fəaliyyətin mənimsənilməsinin səmərəliliyini təmin edə bilməz. Bunun üçün həmin təkrarlar mümarisə səviyyəsinə yüksəlməlidir. Mümarisə şüurlu, məqsədəyönəlmiş təkrar olub yerinə yetiriləcək işin, fəaliyyətin təkmilləşdirilməsinə, müvafiq bacarıq və vərdişlərin yaranmasına, başqa sözlə iş və fəaliyyətin mənimsənilməsinə gətirib çıxarır. Fəaliyyətin mənimsənilməsi, vərdişlərin yaranmasının səmərəliliyi üçün mümarisələrə bir sıra tələblər verilir.Bunun üçün təlim fəaliyyətinin mənimsənilməsi ilə bağlı mümarisələrə diqqət yetirək. Məktəb təcrübəsi və aparılmış tədqiqatlar göstərir ki, təlim mümarisələri düzgün təşkil edildikdə şagirdlərin yol verdikləri və yol verə biləcəkləri səhvlərin qarşısını almağa və düzgün bacarıq və vərdişlərə yiyələnmələrinə səbəb olur.Mümarisənin məqsədi aydın olduqda və şagirdlər həmin mümarisələri nə üçün və necə icra edəcəklərini anladıqda, daha dogrusu, icra ediləcək işlə əlaqədar onların qarşısında konkret fikri məqsəd qoyulduqda daha çox fəal olur, icra edəcəkləri işin mahiyyətini anlayır, müvafiq bacarıq və vərdişlərə yiyələnmək işi asanlaşır. Mümarisənin nəticəsi onun müxtəlifliyindən də asılıdır.
24.Rəsmi qruplar
Rəsmi qruplar rəsmi sənədlər əsasında yaradılmış qruplardır. Bu cür qruplarda münasibətlər inzibati-hüquqi yolla müəyyən olunur və tənzim edilir. Rəsmi qruplarda qrup üzvlərinin mövqeyi və davranışı ciddi qaydalarla reqlamentləşdirilir. Bu cür qruplar daima mütəşəkkil qrup olub, onun üzvlərinin hüquq və vəzifələri müvafiq təlimat və sənədlərdə öz əksini tapır. Özünün şəxsi töhfəsi və özünün xidməti və ictimai funksiyalarını yerinə yetirməsindəki məsuliyyət dərəcəsindən asılı olaraq rəsmi qrupun bütün üzvləri burada müvafiq yer, mövqe tuturlar. Bu cür rəsmi qruplara orta məktəbdəki sinifləri, ali məktəb tələbə qruplarını, kafedraları, hərbi qrupları və s. Misal göstərmək olar.
25.Müasir psixologiyada ünsiyyətin tərəfləri1
Müasir psixologiyada ünsiyyətin üç tərəfini — kommunikativ, interaktiv və perseptiv tərəflərini fərqləndirirlər. Ünsiyyətin kommunikativ tərəfi dedikdə, onun ilk növbədə informasiya mübadiləsi olması nəzərdə tutulur. Kommunikasiyanın iki tipini — verbal və qeyri-verbal kommunikasiyanı fərqləndirirlər. Ünsiyyətin interaktiv tərəfi onun qarşılıqlı təsir prosesi olmasını göstərir. Bu, o deməkdir ki, ünsiyyətdə olarkən insanlar yalnız bir-birinə məlumat ötürmür, həmçinin müxtəlif səviyyələrdə bir-birilərinə psixoloji təsir göstərmiş olurlar. Ünsiyyətin perseptiv tərəfi isə insanların ünsiyyət prosesində bir-birini qavraması və anlamasını nəzərdə tutur. Belə qavrayış prosesi isə sosial persepsiya adlanmaqla özünəməxsus sosial-psixoloji xüsusiyyətlərə malikdir.
26.Statik qruplar haqqında94
Sosial psixologiyada kiçik qrupların mövcudluq dərəcəsinə görə iki növünü: real və şərti qrupları qeyd edirlər. Şərti qruplar, adından məlum olduğu kimi müəyyən şərtlər, adamların müəyyən xüsusiyyətlərə (cins, yaş, həmkarlıq və s.) əsasən müəyyən qrupa daxil edilməsi nəticəsində yaranır. Məsələn, Universitetin tələbələrini oğlan və qız olmalarına, idman və musiqi ilə maraqlanmalarına, yaşlarına görə qruplaşdırmagı buna misal göstərmək olar. Şərti qrup bəzən statik qrup da adlandırılır. Şərti qrup iştirakçılarıEyni zaman və məkan daxilində yaşamaya və bir-biri ilə rabitədə, təmasda olmaya da bilirlər.

  1. Dərk edilən və dərk edilməyən motivlər11

Motivləri təzahür xüsusiyyətlərinə görə psixoloji ədəbiyyatda geniş istifadə olunan iki qrupa ayırmaq mümkündür: 1) geniş sosial motivlər və 2) idrak motivləri. Psixoloji ədəbiyyatda motivləri dərk edilən və dərk edilməyən olmaqla daha iki qrupda birləşdirirlər. Dərk edilən motivlər nəyin bizi bu və ya digər işə, fəaliyyətə təhrik etməsini anlamagımız, dərk etməyimizlə fərqlənir. Dərk edilməyən motivlərə gəldikdə elə təhriklər nəzərdə tutulur ki, həmin təhriklərin mahiyyətini biz tam aydınlığı ilə dərk edə bilmirik. Bu cür motivlərə həvəsi, ustanovkanı aid etmək mümkündür.

  1. Etika və etiket baxımdan davranış qaydaları.



  1. Qrupda rəhbərlik haqqında

Hər hansı qrupda kim isə hökm verir, müəyyən tələblərin yerinə yetirilməsinə nəzarət edir, onun tələb və tapşırıqları isə başqaları tərəfindən danışıqsız yerinə yetirilir. Başqa sözlə hər bir qrupda ona rəhbərlik edən «rəhbər işçi», «lider» və onun tapşırıqlarına əməl edən adamlar: «tabe işçilər» mövcud olur. Qrupun fəaliyyətinin səmərəliliyində ona düzgün rəhbərliyin rolu olduqca böyükdür. Buradan isə qrup rəhbəri və liderinin həmin sahədəki peşəkarlığı, başqa sözlə qrupa düzgün rəübərlik etmək məsələsi ortaya çıxır. Sosial psixologiyada «rəhbərlik» və «liderlik» anlayışlarının oxşar və fərqli cəhətləri qeyd olunur. Həm «rəhbər», həm də «lider» qrupa başçılıq edən adam kimi nəzərdə tutulur. Adətən, rəhbər nisbətən yüksək səviyyəli, səlahiyyətli təşkilatlar tərəfindən qrupun idarə olunmasının təşkilini təmin edəcək rəsmi adam kimi nəzərdə tutulur. Lider isə qrupun şəxsi nüfuzu sayəsində bir çox və ya bütün üzvlərinin davranışına qeyri-rəsimi ölçülərlə təsir göstərməyi bacaran üzvlərindən biri kimi qeyd olunur.


  1. Yaş psixologiyası haqqında

Yaş psixologiyası insanda anadan olandan ömrünün axırına qədər psixi inkişafın dinamikasını, qanunauyğunluqlarını, şəxsiyyətin psixi prosesləri və xassələrinin ontogenezdə inkişaf xüsusiyyətlərini öyrənir. Yaş psixologiyasının uşaq psixologiyası, yeniyetmələrin psixologiyası, gənclərin psixologiyası, yet- gin yaşın psixologiyası, qocalıq yaşının psixologiyası, uzun- ömürlülük psixologiyası (herontopsixologiya) kimi bölmələri vardır.Bunlara aşağıdakılar daxildir: uşaq psixologiyası, yeniyetmələrin psixologiyası, gəncliyin psixologiyası, yaşlı adamların psixologiyası, uzun ömürlülük psixologiyası (herontopsixologiya).

  1. Psixologiyanın sahələri

Psixologiya çoxsahəli bir elmdir. Müasir dövrdə psixologiya elminin nisbətən müstəqil şəkildə inkişaf edən müxtəlif sahələri vardır. Belə ki, hər 4-5 ildən bir psixologiya elminin yeni bir sahəsinin yaranmasının şahidi oluruq. Hər şeydən əvvəl psixoloji fənnləri fundamental va tatbiqi, ümumi və xüsusi olmaqla təsnif etmək mümkündür.Psixologiya elminin fundamental va ya baza sahələri psixologiyanı və insanları davranışını kimliyindən və hansı fəaliyyət sahəsində çalışmasından asılı olmayaraq hamının başa düşəcəyi şəkildə şərh etmaya yönəldilmiş sahələrdir. Psixologiyanın bu sahələri psixologiya va insan davranışı ilə: maraqlanan adamların hamısı üçün eyni zəruri məlumatları çatdırır. Psixologiyanın tətbiqi sahələrinə gəldikdə buraya onun bilavasitə təcrübəyə tətbiq olunan sahələrini aid edirlər.Psixologiyanın ümumi sahələri istisnasız olaraq bütün elmi istiqamətlər üçün eyni dərəcədə əhəmiyyətli inkişaf problemlərini qarşısına qoyur və həll edir. Psixologiyanın xüsusi sahələrinə gəldikda o, öz qarşısına hər hansı bir və ya bir neçə qrup hadisələri öyrənmək məqsədini qoruyur.

  1. Sosial psixologiyada ünsiyyətn tərəfləri

İnsan psixikasının dərindən öyrənilməsinə, onun başa düşülməsinə sosiologiyanın əsasları haqqında biliklər də imkan yaradır. Bunu sosial psixologiyanın sürətlə inkişafı bir daha təsdiq edir. Müasir dövrdə sosial psixologiya insan münasibətlərinin bütün sahələrinə nüfuz etməklə insanın sosialbələdləşmə davranışının psixi xassələrə necə yiyələnməsini aydınlaşdırmağa imkan verir. Müasir dövrdə psixologiyanın diqqəti daha çox cəlb edən sahələrindən biri sosial psixologiyadır. Sosial psixologiya birgə fəaliyyət və ünsiyyət prosesində müəyyən sosial qrupda şəxsiyyətlərarası münasibətlər sistemini, həmin münasibətlər sisteminin bütünlüklə qrupun, eləcə də ayrı-ayrı fərdin psixologiyasındakı inikasını öyrənən elm sahəsidir. Bu cür biliklər tərbiyənin psixoloji cəhətdən düzgün təşkili üçün zəruridir.

  1. İdeallar haqqında

İdeallar da şəxsiyyətin dərk olunan davranış motivləri hesab olunur. İdeal insanın nail olmağa can atdığı ən yaxın məqsəddir. Başqa sözlə, ideallar insanın həyat və fəaliyyətində nail olmağa can atdığı ən yüksək məqsəd hesab olunur. İdeallar müsbət hissi boyalarla zəngin olur və şəxsiyyətin istiqamət və fəaliyyətinə aydınlıq, müəyyənlik verir. İdeallar fəal və passiv ola bilir. Əgər ideallar fəal və həyatidirsə, insanı mübarizədə qorxmaz edir, onun iradəsinə möhkəmlik, xarakterinə qüvvət bəxş edir. Sadəcə olaraq bu və ya digər ideala malik olmaq, bu və ya digər bir şəxsiyyəti özünə ideal qəbul etmək və bununla kifayətlənmək çox azdır. Bu, adamın ümumi inkişafına heç bir müsbət təsir göstərə bilməz. Əsl və həlledici cəhət seçilən idealın fəal olması, mütərəqqi və müsbət ideal uğrunda, ona çatmaq uğrunda yorulmadan mübarizə etmək əzminə malik olmaqdır.

  1. Genetik psixologiya haqqında

Psixologiyanın çoxsaylı sahələrini təsnif etmək üçün müxtəlif prinsiplərdən istifadə olunur. Hər şeydən əvvəl psixoloji fənnləri fundamental və tətbiqi, ümumi və xüsusi olmaqla təsnif etmək mümkündür. Psixologiyanın xüsusi sahələrinə genetik psixologiyanı da aid etmək olar. Genetik psixologiya psixika və davranışın irsən keçən mexanizmini, onların genotipdən asılılığını öyrənir. Yaş psixologiyası, differensial və genetik psixologiya birlikdə uşağın psixi inkişafının qanunlarını başa düşmək üçün elmi əsas təşkil edir.

  1. Maddi və mənəvi təlabatlar



  1. Əmək haqqında

Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti.Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır.Əmək insanı həm ucaldır, həm də inkişaf etdirir. İşlə məşğul olan insan heç kimə möhtac olmur. Belə insana ətrafdakı insanlar həmişə hörmət və pərəstiş edirlər.

  1. Məzmunundan asılı olaraq ünsiyyətin növləri

Ünsiyyətin məzmunu dedikdə fərdi təmas zamanı bir insandan digərinə ötürülən inıormasiya nəzərdə tutulur. Məhz öz məzmunundan asılı olaraq insanların ünsiyyəti müx­təlif xarakter daşıya və fərqlənə bilir.Ünsiyyətin məzmununu, hər şeydən əvvəl, insanın daxili motivasiya və emosianal vəziyyəti haqqında məlumat təşkil edə bilər. Bu zaman insanlar bir-birinə mövcud tələbatları, emosional vəziyyətləri (razılıq, narazılıq, sevinc, kədər, qəm, əzab və s.) haqqında məlumatları çatdırır ki, bu cür informasiyalar bir adamdan başqalarına ötürülməklə şəxsiyyətlərarası tənzim rolunu oynaya bilər.Ünsiyyətin məzmunu ətraf mühit, orada baş verən hadisələr haq­qında məlumatlardan da ibarət ola bilər

  1. Ünsiyyətin funksiyaları haqqında

Ünsiyyətin funksiyaları. Ünsiyyət bir sıra mühüm funksiyaları həyata keçirir. Psixoloji ədəbiyyatda ünsiyyətin funksiyalarını müxtəlif əsaslar üzrə təsnif edirlər. L.A.Karpenko ünsiyyətin məqsədindən asılı olaraq 8 funksiyasını qeyd etmişdir:1.Təmas funksiyası. Bu funksiyanın məqsədi ünsiyyətdə olan tərəflərin informasiya mübadiləsi üçün qarşılıqlı əlaqəni gözləməklə bağlı təmas yaratmaqdan ibarətdir.2. İnformasiya funksiyası. Bu funksiyanın məqsədi məlumat mübadiləsindən, daha doğrusu, sorğuya qarşı fikir mübadiləsindən ibarətdir. 3. Təhrikedici funksiya. Bu funksiyanın məqsədi ünsiyyət tərəf müqabilini bu və ya digər işi yerinə yetirməklə bağlı fəallığa yönəltməkdən ibarətdir. 4. Əlaqələndirmə funksiyası. Bu funksiyanın məqsədi birgə fəaliyyətin təşkili zamanı yerinə yetiriləcək işlərin qarşılıqlı əlaqəsinin yaradılmasından ibarətdir. 5. Anlama funksiyası. Bu funksiyanın məqsədi təkcə məlumatın mənasının adekvat qavranılması və anlaşılması deyil, tərəf müqabillərin bir-birini (məqsədlərini, yönəlişliklərini, həyəcanlarını, vəziyyətlərini və s.) anlamalarından ibarətdir. 6. Amotiv funksiya. Bu funksiyanın məqsədi tərəf müqabilində emosional təəssürat yaratmaq, eyni zamanda bunun köməyi ilə özünün həyəcan və vəziyyətini dəyişdirməkdən ibarətdir («emosiyaların mübadiləsi»). 7. Münasibətlərin yaradılması funksiyası. Bu funksiyanın məqsədi rol, işgüzar, şəxsiyyətlərarası əlaqələr sistemində özünün yerini dərk etməkdən ibarətdir. 8. Təsir göstərmək funksiyası. Bu funksiyanın məqsədi tərəf müqabilinin vəziyyətini, davranışını, eləcə də onun niyyətini, fikrini, təsəvvürünü, tələbatlarını, fəallığını və s. dəyişdirməkdən ibarətdir.

  1. Şəxsyyət haqqinda nəzəriyyələr

Şəxsiyyət haqqında bir sıra nəzəriyyələr vardır.Bu nəzəriyyələri fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, bunların heç də hamısı bir başa şəxsiyyətin psixo¬loji mahiyyətini müəyyənləşdirməyə yönəldilməyib.Freydə görə 3 instansiya əsas yer tutur: 1) id (o), 2) eqo (mən), 3) super eqo (super mən). Freyd belə hesab edirdi ki, şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsi, hər şeydən əvvəl, libido, cinsi enerjidir. Freydin fikrincə, həyata keçirilməyən arzular nevroz yaradır.Freydin fikrincə, şəxsiyyətin formalaşmasında həmin tələbatların ödənilməsi şəxsiyyətin normal inkişafını təmin edir. Həmçinin o qeyd edirdi ki, qorxunu qorxu ilə müalicə etmək olar.Şəxsiyyət haqqında digər nəzəriyyə Pavlovun nəzəriyyəsidir. Bu nəzəriyyədə biogen, psixogen və sosiogen elementlərin sintezinin yaradılmasına cəhd edilir.

  1. Verbal ünsiyyət vasitəsi

  2. Fəaliyyətin mərhələləri haqqında

  3. Şərti qruplar

Sosial psixologiyada kiçik qrupların mövcudluq dərəcəsinə görə iki növünü: real və şərti qrupları qeyd edirlər. Şərti qruplar, adından məlum olduğu kimi müəyyən şərtlər, adamların müəyyən xüsusiyyətlərə (cins, yaş, həmkarlıq və s.) əsasən müəyyən qrupa daxil edilməsi nəticəsində yaranır. Məsələn, Universitetin tələbələrini oğlan və qız olmalarına, idman və musiqi ilə maraqlanmalarına, yaşlarına görə qruplaşdırmagı buna misal göstərmək olar. Şərti qrup bəzən statik qrup da adlandırılır. Şərti qrup işiştirakçıları.Eyni və məkan daxilində yaşamaya və bir-biri ilə rabitədə, təmasda olmaya da bilirlər. Bununla yanaşı olaraq şərti qrupların yaradılmasından müvafiq eksperimentlərin nəticələrini təhlil edərkən də istifadə olunur.

  1. Vətəndaş cəmiyyətində etika qaydaları

  2. Psixologiyada ünsiyyət anlayışı.

Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və onların arasında qarşılıqlı anlama baş verməz.Ümumipsixoloji baxımdan nəzərdən keçirdikdə, əvvəla, ünsiyyət iki və daha çox şəxs arasında baş verir; ikincisi, həmin proses az-çox dərk edilmiş olur; üçüncüsü, ünsiyyət insanlar arasında informasiya mübadiləsi olmaqla bərabər qarşılıqlı təsir prosesi, real gerçəkliyi əks etdirmək vasitəsidir; dördüncüsü, ünsiyyət dinamik prosesdir, onun müxtəlif forma və vasitələri vardır.Ümumi psixologiya baxımından ünsiyyət probleminin maraqlı cəhətlərindən biri də ondan ibarətdir ki, insanın özünü dərk etməsi, öz məninə nəzər salması, özünü başqaları ilə müqayisə edərək qiymətləndirməsi belə ünsiyyət prosesinin məhlulu kimi qəbul edilə bilir. İnsan yalnız başqaları ilə ünsiyyət prosesində onları dərk edir.

  1. Qrup və kollektivddə psixoloji iqlim

Psixoloji iqlim sosial qrupun əsas əhvalını müəyyənləşdirən şəxsiyyətlərarası münasibətlər sistemindən ibarətdir. Başqa sözlə sosial-psixoloji iqlim qrupda, kollektivdə mövcud olan psixoloji vəziyyətdir. Qrupun qarşısına qoyulmuş vəzifəninSəmərəli şəkildə həyata keçirilməsi üçün normal sosialpsixoloji iqlimin yaradılmasının əhəmiyyəti olduqca böyükdür. Ümumiyyətlə qrup və kollektivlərdə psixoloji iqlim müsbət (pozitiv) və mənfi (neqativ) xarakter daşıya bilir. Bunların hər biri isə özünəməxsus qarşılıqlı münasibətlərdə təzahür edir. Qrupda müsbət psixoloji iqlimin yaradılması üçün fəaliyyət növündən asılı olan davranış etalonu yaradılmasının və onun qrup daxilində etalona çevrilməsinin əhəmiyyəti olduqca böyükdür.

  1. Oyunun tipləri haqqında

Oyunun məqsədi «fəaliyyətin» köməyi ilə əldə ediləcək praktik nəticələr deyil, yerinə yetiriləcək «fəaliyyətin» özü olur. Oyunun müxtəlif tipləri mövcuddur. Bunlara aşağıdakıları aid etmək olar: əşyavi və süjetli, hərəki və didaktik, fərdi və qrup halında, rollu və qaydalı oyunlar və s. Əşyavi oyunlar insanın oyun fəaliyyətinə hər hansı bir əşyanı daxil etməsi ilə bağlıdır.Süjetli oyunlar müəyyən ssenari üzrə aparılır və bu zaman həmin ssenarinin əsas detalları əks etdirilir. Bağça yaşının sonunda uşaqlarda sosial təcrübənin genişlənməsi süjetli oyunların məzmununun genişlənməsinə səbəb olur. Hərəki oyunlar bilavasitə hərəkətlərlə icra olunur.Bu cür oyunlar hərəki vərdişlərin inkişafına kömək edir. Didaktik oyunlara gəldikdə bu cür oyunlar öyrətmə xarakteri daşıyır. Məsələn, «nə yerini dəyişmişdir?», «səsindən tanı» tipli oyunların köməyi ilə uşaqlarda müşahidəçilik, dəqiq qavrama imkanları inkişaf etdirilir.

  1. Psixologiyanın xüsusi sahəsi haqqında

Psixologiyanın xüsusi sahələrinə gəldikdə o, öz qarşısına hər hansı bir və ya bir neçə qrup hadisələri öyrənmək məqsədini qoyur. Müasir psixoloji fənnləri təsnif etmək üçün mövcud ədəbiyyatda aşağıdakı üç prinsipdən də istifadə olunur: 1. Konkret fəaliyyət sahələrinə görə; 2. İnkişafın psixoloji aspektlərinə görə; 3. İnsanın cəmiyyətə münasibətinə görə. Psixologiyanın konkret fəaliyyətlə baglı olan və yüksək praktik əhəmiyyət daşıyan mühüm xüsusi sahələrindən biri pedoqoji psixologiyadır. Pedaqoji psixologiya təlim, tərbiyə və pedaqoji fəaliyyətin psixoloji problemlərini araşdırır. Psixologiyanın xüsusi sahələrindən birini də differensial psixologiya təşkil edir. Diferensial psixologiya – psixologiya elminin insanların fərdi – psixoloji və davranış fərqlərini öyrənən, şərh və izah edən sahəsidir. Psixologiyanın xüsusi sahələrinə genetik psixologiyanı da aid etmək olar. Genetik psixologiya psixika və davranışın irsən keçən mexanizmini, onların genotipdən asılılığını öyrənir.

  1. Yazılı nitq haqqında

Nitqin xarici növü ilə bağlı olaraq daha iki növü mövcuddur: şifahi nitq və yazılı nitq. Yazılı nitq. Şifahi nitq kimi yazılı nitq də xarici nitqin bir növü kimi verbal ünsiyyətə aiddir. Yazılı nitq vasitəsilə ünsiyyət yazılı mətnlərin köməyi ilə həyata keçirilir, görmə vasitəsilə qavranılır. Mütəxəssislər yazılı nitqi şifahi monoloji nitqə nisbətən daha müfəssəl nitq hesab edirlər. Adətən, yazılı nitqdə həmsöhbətlə əks əlaqə mövcud olmur. Ona görə də biz hər şeyi əvvəlcədən yazdığımız mətndə ona izah etməliyik. Yazılı nitqi şifahi nitqdən fərqləndirən cəhətlərdən biri ondan ibarətdir ki, yazılı nitqin köməyi ilə biz öz fikrimizi, istək və arzularımızı müəyyən məsafədən istədiyimiz adamlara çatdıra bilirik. Yazılı nitq informasiyaları müəyyən məsafədən ötürməyə imkan verməklə yanaşı mühafizə edib saxlamağa, gələcək nəslə çatdırmağa da imkan verir. Yazılı nitq şifahi nitqdən təkcə qrafikadan istifadə olunmasına görə deyil, eyni zamanda onun özünəməxsus qrammatik, orfoqrafik, stilistik xüsusiyyətlərinə görə də fərqlənir.

  1. Psixolinqvistika haqqında

Psixolinqvistika nitq davranışını psixoloq və linqvistlərin kompleks şəkildə öyrənmələrini nəzərdə tutan elm sahəsidir. Linqvistika və nitqin psixologiyası ilə müqayisədə psixolinqvistika özünün müstəqil tədqiqat predmetinə malikdir. Psixolinqvistikanı daha çox psixologiya «özününkü» hesab edir. Psixolinqvistika olduqca gənc elmdir. O, təxminən XX əsr 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində meydana gəlmişdir.Elm sahəsinin genişlənməsi sayəsində psixolinqvistikanın müxtəlif sahələri meydana gəlmişdir. Bunlardan ümumi psixolinqvistika, xüsusi psixolinqvistika, sosial psixolinqvistika, yaş psixolinqvistikasını (ontolinqvistika) göstərmək olar.

  1. Qabiliyyət və bacarıq

  2. Tibb psixologiyası haqqında.

Müasir psixologiyanın özünə xüsusi yer tutmuş sahələrindən biri kimi tibb psixologiyasını qeyd etmək olar. Tibb psixologiyası həkimin fəaliyyətinin və xəstənin davranışının, onun gigiyena, profilaktika, diaqnostika, müalicə, ekspertiza və reablitasiyasının psixoloji aspektlərini öyrənir.Tibb psixologiyası özünə klinik psixologiya, patopsixologiya, neyropsixologiya, somatopsixologiya, ümumi tibb psixologiyası, psixiatriya, psixoprofilaktika və psixogigiyena, psixokorreksiya və s. bölmələrini daxil edir.

  1. Psixologiya elminin inkişaf mərhələləri

Müasir dövrdə psixologiya elminin nisbətən müstəqil şəkildə inkişaf edən müxtəlif sahələri vardır. Məhz buna görə də «psixologiya elmi» deyil «psixologiya elmləri» termininin işlədilməsi daha çox yerinə düşərdi. Belə ki, hər 4-5 ildən bir psixologiya elminin yeni bir sahəsinin yaranmasının şahidi oluruq. Psixologiya elminin fundamental və ya baza sahələri psixologiyanı və insanların davranışını kimliyindən və hansı fəaliyyət sahəsində çalışmasından asılı olmayaraq hamının başa düşəcəyi şəkildə şərh etməyə yönəldilmiş sahələrdir.Psixologiya elminin ən fundamental sahəsini ümumi psixologiya təşkil edir. Psixologiya elminin insanların fərdi – psixoloji və davranış fərqlərini öyrənən, şərh və izah edən sahəsidir. «Diferensial psixologiya» termini ilk dəfə 1900-cü ildə V.Ştern tərəfindən irəli sürülmüşdür.Psixologiya elminin idman psixologiyası, əmək psixologiyası, incəsənət psixologiyası, kosmik psixologiya, menecment psixologiyası, eksperimental psixologiya, etnik psixologiya və s. Sahələrinin də özünəməxsus predmeti və vəzifələri vardır.

  1. Monoloji nitq haqqında

Monoloji nitq dialojidən fərqli olaraq bir adamın öz fikir və mülahizələrini müntəzəm və ardıcıl surətdə şərh etməsi, başqalarının onu dinləməsidir. Monoloji nitq son dərəcədə fəal və sərbəst nitqdir. Adətən, monoloji nitqdən istifadə edən adam hər hansı bir məzmunu seçməli və həmin məzmuna uyğun olaraq ifadə etdiyi fikri sərbəst akt qaydasında qurmağı bacarmalıdır. Monoloji nitq tamamilə mütəşəkkil nitq növü hesab olunur.Bu baxımdan müəllimin mühazirəsini monoloji nitqə misal göstərmək olar. Bədii ədəbiyyatda da çoxlu monoloqa rast gəlirik, məsələn, İsgəndərin monoloqu, Hamletin monoloqu və s. Monoloqlara diqqət yetirdikdə onun fasiləsiz, əlaqəli, ardıcıl və məntiqli olduğunu görürük. Monoloji nitqin rəvan getməsi üçün ondan istifadə edən adamın çatdıracağı məzmunu dərindən və aydın dərk etməsi, zəngin söz ehtiyatına malik olması, nitqin təsirlilik, emosionallıq xüsusiyyətlərinə, danışdığı dilin qayda-qanun larına mükəmməl yiyələnməsi zəruridir. İstər dioloji, istərsə də monoloji nitq aktiv və passiv ola bilir.

  1. K.Yunq ekstroversiya və introversiya anlayışı.

Yunq ekstroversiya və introversiya anlayışlarını şəxsiyyətin tipologiyasının əsası kimi psixologiyaya daxil etmiş, ekstrovertiv və introvertiv tipləri xarakterizə etmişdir. Ekstrovertiv şəxsiyyət özünün bütün maraqlarını xarici aləmə yönəltdiyi halda, introvertiv şəxsiyyətdə bu maraqlar, bütün həyat energiyası özünə, özünün daxili aləminə yönəldilmiş olur.

  1. Qrupların yaranması

Qrupları müxtəlif əsaslara görə təsnif edirlər. Hər şeydən əvvəl qrup üzvlərinin miqdarına, tanışlıq və yaxınlıq səviyyəsinə görə qrupları böyük və kiçik olmaqla iki yerə bölürlər.Böyük qrup 30-40- dan artıq insan birliyidir. Böyük qrupun üzvləri bir-birini tanımaya, bir-biri ilə görüşməyə bilirlər. Bu cür qruplara çoxsaylı tələbə və müəllim kollektivi olan Universitetləri, böyük şirkətləri, dövlətləri, millətləri və s. Aid etmək olar. Ən böyük insan birliyi bəşəriyyətdir.Kiçik qrupa gəldikdə bu 2-dən 30-40 qədər insan birliyidir. Kiçik sosial qruplarda insanların bir-birilə təması daha yaxın və daimi xarakter daşıyır. Kiçik sosial qrupun üzvləri ümumi bir işlə məşğul olur və bir-birilə birbaşa qarşılıqlı əlaqədə olurlar. İnsan öz həyatının çox hissəsini bu qrupun daxilində keçirir. Ona görə də bir-birlərini yaxşı tanıyırlar.Kiçik qrupların üzvlərinin sayı 7 nəfərdən artıq olmadıqda belə qrupları ilkin kiçik qrup adlandırırlar.

  1. Xüsusi qabiliyyətlər

Adətən, hər şeydən əvvəl insan üçün spesifik olan qabiliyyətlərin ümumi və xüsusi olmaqla iki növünü qeyd edirlər. Xüsusi qabiliyyətlər,bu cür qabiliyyətlər insanın hər hansı bir spesifik fəaliyyət növünü müvəffəqiyyətlə yerinə yetirməsi üçün zəruri olan qabiliyyətlərdir. Bu cür qabiliyyətlərə musiqi, riyazi, linqvistik, texniki, ədəbi, idman və s. Qabiliyyətləri aid etmək olar. Adətən, xüsusi qabiliyyətlər insanda müvafiq təbii imkanların olması zəruridir. Adətən, ədəbi yaradıcılıq fəaliyyəti üçün poetik görmə, söz ehtiyatı və ifadəli nitq, söz assosiasiyalarının zənginliyi, obrazlı təfəkkür, surət hafizəsi, yaradıcı təxəyyül və s. Xüsusi qabiliyyətlər kimi qeyd etmək olar.

  1. Müasir psixoloji fənnlərin prinsipləri

  2. Dioloji nitq haqqında

Dialoji nitq iki və daha artıq adamın sual-cavab şəklində həyata keçirdiyi nitqdir. Dialoji nitqin özünəməxsus xüsusiyyətləri vardır. Psixoloji ədəbiyyatda həmin xüsusiyyətlərə aşağıdakıları aid edirlər. Hər şeydən əvvəl dialoji nitq bilavasitə reaksiya tələb edən nitqdir. Belə ki, dialoji nitq zamanı həmsöhbət deyilənlərə öz münasibətini bildirir: ya sual verir, ya təsdiq edir, ya inkar edir. Dialoji nitqin bu cəhəti danışanan öz fikrini ifadə etmək istiqamətinə təsir göstərir, onu müəyyən səmtə yönəldir. Dialoji nitqin digər xüsusiyyətləri dialoqun danışan adamların emosional-ekspressiv rabitəsi şəraitində baş verməsidir. Bu zaman dialoji nitqin iştirakçıları bir-birlərini bilavasitə qavrayır və emosional vəziyyətlərini qiymətləndirir lər. Nəhayət dialoji nitqin bir xüsusiyyəti də onun müəyyən şəraitlə və ya obyektlə bağlı olmasıdır. Bu mənada o situativ səciyyə daşıyır, söhbətin obyekti dəyişən kimi dialoqun istiqaməti və xarakteri də dəyişir.

  1. Alimin etikası haqqında

  2. Fəaliyyətin ümumi xarakteriktikası

İnsan fəal varlıqdır. O, ətraf aləmə, təbiətə fəal təsir göstərir, onu dəyişdirməklə özü də dəyişir. İnsanla təbiət arasındakı bu cür fəal qarşılıqlı təsir prosesi fəaliyyət adlandırılır. Fəaliyyət insanın dərk olunmuş məqsədləri ilə tənzim olunan daxili (psixi) və xarici (fiziki) fəallığıdır. Tərifdən görünüdüyü kimi, fəaliyyət zamanı insanın həm psixi, həm də fiziki fəallığı baş verə bilir. Fəaliyyət prosesində subyektin bilik çərçivəsi genişlənir, psixikası inkişaf edir və beləliklə də şüurluluq səviyyəsi güclənir.Fəaliyyət insanın onu əhatə edən əşyavi aləmlə, onun özünə və başqalarına fəal münasibətini əks etdirən, onun tələbatlarını ödəməyə yönəldilmiş prosesdir. Fəaliyyət prosesində insan istər-istəməz müvafiq cari məsələləri həll etməli olur. Fəaliyyətin sadə bir cari məsələni həll etməyə yönəlmiş nisbətən bitmiş elementi iş və ya əməl adlanır. Fəaliyyət zamanı icra olunan işlər daima özünəməxsus idarəolunma və nəzarət tələb edir. Fəaliyyət prosesində hərəkətlərin özünün icrası onun nəticəsinin işin son məqsədi ilə müqayisəsi əsasında fasiləsiz nəzarət altında saxlanılır və lazım gəldikdə təshih olunur.

  1. Psixi xassələr haqqında

Psixi hadisələrin üçüncü qrupuna şəxsiyyətin psixi xassələrini aid edirlər. Şəxsiyyətin psixi xassələri özlərinin yüksək davamlılığı və sabitliyi ilə fərqlənirlər. Psixi xassələrə şəxsiyyətin istiqamətini, temperament, xarakter və qabiliyyətləri aid edirlər.

  1. Ümumi qabiliyyətlər

Adətən, hər şeydən əvvəl insan üçün spesifik olan qabiliyyətlərin ümumi və xüsusi olmaqla iki növünü qeyd edirlər. Ümumi qabiliyyətlərə insanın müxtəlif fəaliyyət növlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün zəruri olan qabiliyyətləri aid edirlər. Nitq qabiliyyəti, əqli qabiliyyətlər, hafizə, müşahidəçilik və s. Qabiliyyətləri ümumi qabiliyyətlərə aid etmək olar. Məsələn, müşa­hidəçilik qabiliyyətini şagird, müəllim, yazıçı, rəssam, kəşfiyatçı, alim və başqa fəaliyyət növlərini həyata keçirən insanlar üçün ümumi qabiliyyət hesab etmək olar.

  1. Şifahi nitq haqqında

Nitqin xarici növü ilə bağlı olaraq daha iki növü mövcuddur: şifahi nitq və yazılı nitq. Nitqin hansı formasından istifadə etməyimizdən asılı olmayaraq o həmişə həmin əsas növlərdən birinə aid olur. Şifahi nitq tələffüz edilən, eşidilərək qavranılan, başa düşülən nitq növüdür.Bu nitqin köməyi ilə danışanlar arasında bilavasitə əlaqə yaranır. Şifahi nitq zamanı ünsiyyətdə olan adamlar bir-birini görür, eşidirlər. Danışan adamın mimikası və bədəninin ifadəli hərəkətləri, səsinin ahəngi nitqin məzmununun, buna bəslədiyi münasibətinin anlaşılmasına yardım göstərir.

  1. Qeyri rəsmi qruplar

Sosial psixologiyada kiçik qrupların məqsəd və xarakterinə görə daha iki növünü qeyd edirlər: rəsmi (formal) və qeyri – rəsmi (qeyri formal).Qeyri-rəsmi qruplar adından göründüyü kimi, rəsmi sənədlər əsasında yaradılmayan insan birliyidir. Bu cür qrupun üzvlərinin dəqiq qeyd edilmiş məqsədi olmur. Bu cür Qruplar ünsiyyət prosesində təbii yolla yaranır. Burada qrup üzvlərinin bir-birinə qarşı emosional-psixoloji münasibətləri qrupun yaranması üçün əsas rol oynayır. Qeyri – rəsmi qrup da özünün müvafiq strukturu və qarşılıqlı münasibət normalarına malik olur. Lakin bu münasibətlər ilk növbədə yazılmamış qaydalar və insanların şəxsi keyfiyyətlərindən doğan münasibətlərdən ibarət olur. Bu cür qruplara öz maraqlarına görə birləşən həyət kompaniyalarını, yaxın iş və təhsil dostlarını aid etmək olar.

  1. Əmək və bacarıq

İnsan fəaliyyəti sistemində əmək xüsusi yer tutur. Əmək fəaliyyəti son nəticədə özünün məhsuldarlığı ilə fərqlənir. Məhz buna görə də əməyi müəyyən ictimai- faydalı, maddi və ya ideal məhsullar istehsalına yönəldilmiş fəaliyyət kimi qəbul edirlər. Əmək fəaliyyəti təkcə insanın maddi və mənəvi tələbatlarını ödəməyə xidmət etmir, o, eyni zamanda insanın bir şəxsiyyət kimi formalaşmasında aparıcı rol oynayır. Fəaliyyətin mənimsənilməsi zamanı vərdişlərlə yanaşı bacarıqlar da formalaşır. Bacarıqlar qarşıya qoyulmuş məqsədə müvafiq olaraq iş priyomlarının seçilməsi və həyata keçirilməsi üçün mövcud bilik və vərdişlərdən istifadə olunmasıdır. Bacarıq yarandıqda insan qarşıda duran məsələnin həllində lazım olan yolları və əməliyyatları düzgün seçə bilir və onlara nəzarət etmək üçün zəruri məlumatlardan istifadə qaydalarına yiyələnmiş olur.

  1. Şəxsiyyətlərarası münasibətlər haqqında

  2. Psixi halların keçirilməsi

Psixi hallara gəldikdə onlar bütövlükdə insanın psixi vəziyyətini xarakterizə edirlər. Onlar da psixi proseslər kimi özlərinin dinamikliyinə, istiqamətinə, nisbi davamlılığına, intensivliyinə görə fərqlənirlər. Bununla yanaşı olaraq psixi hallar psixi proseslərin gedişinə və nəticələrinə təsir göstərə, fəaliyyəti gücləndirə və ya ləngidə bilər. Psixi hallara dirçəliş, məyusluq, qorxu, ümidsizlik, ruhdan düşmə, gümrahlıq və s. Aid etmək olar.

  1. Nitqin növləri.

Nitqin növlərini təsnif etmək üçün psixoloji ədəbiyyatda müxtəlif əlamətlərdən istifadə olunur. Eksteriorizasiya və interiorizasiya əlamətinə görə nitqin iki əsas növü mövcuddur: xarici və daxili nitq. Xarici nitq başqaları ilə ünsiyyətə, informasiya mübadiləsinə yönəlmiş olub, eşidilən, görülən və tələffüz edilən nitqdir. Daxili nitqə gəldikdə, o hər şeydən əvvəl təfəkkür prosesinin təmin olunması ilə bağlıdır. O, psixoloji nöqteyi nəzərdən olduqca mürəkkəb hadisə olub nitqlə təfəkkürün qarşılıqlı əlaqəsini təmin edir. Nitqin xarici növü ilə bağlı olaraq daha iki növü mövcuddur: şifahi nitq və yazılı nitq. Nitqin hansı formasından istifadə etməyimizdən asılı olmayaraq o həmişə həmin əsas növlərdən birinə aid olur. Şifahi nitq tələffüz edilən, eşidilərək qavranılan, başa düşülən nitq növdür.Bun köməyi ilə danışanlar arasında bilavasitə əlaqə yaranır. Şifahi nitq zamanı ünsiyyətdə olan adamlar bir-birini görür, eşidirlər. Danışan adamın mimikası və bədəninin ifadəli hərəkətləri, səsinin ahəngi nitqin məzmununun, buna bəslədiyi münasibətinin anlaşılmasına yardım göstərir.

  1. Passiv və fəal maraqlar

Davamlı maraqları insanın formalaşmağa başlayan qabiliyyətlərinin göstəricilərindən biri kimi qeyd edirlər. Maraqları passiv və fəal olmaqla da təsnif edirlər. Heç bir iş görmədən, nəiləsə sadəcə olaraq maraqlanmaq insanın həmin obyektə passiv maraq bəslədiyini göstərir. Passiv maraqlar mənfi hal olmaqla şəxsiyyətin ümumi inkişafına heç bir dəyərli təsir göstərmir. Fəal maraqlara gəldikdə, əksinə, bu cür maraqlar bizi fəaliyyətə təhrik edir, bu zaman bizə qüvvə verir, işi ruh yüksəkliyilə, axıra qədər davam etdirməyimizə, əldə etdiyimiz nəticələrin yüksək keyfiyyətdə olmasına müsbət təsir göstərir.

  1. Vətəndaş cəmiyyətində etiket qaydaları

  2. Pedaqoji etika haqqında

  3. Şəxsiyyətin mənlik şüuru

Şəxsiyyətin strukturunda mühüm yer tutan digər komponenti insanın həyatda qazandığı davranış forması, başqa sözlə onun xarakteridir. Nəhayət, bu komponentlərin hamısının üzərində şəxsiyyətin mənliyi, yəni özünü dərk edib anlaması, öz davranışını nizama salıb idarə etməsi «hökmranlıq» edir. Mənlik şüuru da bir qayda olaraq əxlaqi şüura söykənir və onunla qarşılıqlı əlaqədə daha səmərəli inkişaf edir.

  1. Vasitəli və vasitəsiz maraqlar

Maraqlar idrakın daimi təhrikedici mexanizmi kimi meydana çıxır. Maraqları məzmununa, məqsədinə, genişliyinə və davamlılığına görə təsnif etmək olar. Məqsədinə görə maraqlar vasitəsiz və vasitəli ola bilir. İnsan üçün əhəmiyyətli olan obyektin emosional cazibədarlığı vasitəsiz marağın meydana gəlməsinə səbəb olur. Bu zaman həmin obyektin özü bilavasitə bizi özünə cəlb edir. Onunla maraqlanmağa başlayırıq. Vasitəli maraqlara gəldikdə bunlar qarşıya qoyulmuş məqsədə çatmaq üçün zəruri olan vasitələrlə əlaqədar meydana gəlir. Vasitəli maraqların insanın əmək və tədris fəaliyyətinin təşkilində əhəmiyyəti olduqca böyükdür. Maraqları özlərinin genişliyinə görə də təsnif edirlər. Həyat təcrübələri göstərir ki, bəzi adamlarda maraqlar yalnız bir sahə üzrə mərkəzləşdiyi halda, bəziləri isə bir çox obyektlərlə maraqlanırlar, başqa sözlə onlarda maraqların əhatə dairəsi geniş olur. Əgər bu maraqların genişliyi onların dərinliyi ilə uzlaşarsa daha səmərəli xarakter daşımış olar. Maraqların dərinlik səviyyəsi şəxsiyyətin mühüm keyfiyyəti kimi qiymətləndirilir.

  1. Qruplarda şəxsiyyətlərarası münasibətlər

Qruplarda şəxsiyyətlərarası münasibətlərin necə olduğunu burada sosialpsixoloji iqlimin necə olmasından görmək mümkündür. Psixoloji iqlim sosial qrupun əsas əhvalını müəyyənləşdirən şəxsiyyətlərarası münasibətlər sistemindən ibarətdir.Ümumiyyətlə qrup və kollektivlərdə psixoloji iqlim müsbət (pozitiv) və mənfi (neqativ) xarakter daşıya bilir. Bunların hər biri isə özünəməxsus qarşılıqlı münasibətlərdə təzahür edir. Qrupda müsbət psixoloji iqlimin yaradılması üçün fəaliyyət növündən asılı olan davranış etalonu yaradılmasının və onun qrup daxilində etalona çevrilməsinin əhəmiyyəti olduqca böyükdür.Sosial psixoloqlar (A.V.Petrovski) qrupların inkişaf səviyyəsindən asılı olaraq dörd növünü: diffuz, assosiasiya, korporasiya, kollektiv qruplar və onlarda qarşılıqlı mynasibətlərin xarakterini vermiş və bunu aşağıdakı şəkildə səciyyələndirmişlər: 1. Diffuz qrupda şəxsiyyətlərarası münasibətlər mövcuddur. Lakin onlar qrup fəaliyyətinin məzmunu vasitəsilə ifadə olunmur. 2. Assosiasiyada şəxsiyyətlərarası münasibətlər qrup fəaliyyətinin hər kəs üçün şəxsiyyət baxımından əhəmiyyətli olan məzmunu vasitəsi ilə ifadə olunur. 3. Korporasiyada şəxsiyyətlərarası münasibətlər qrup fəaliyyətinin şəxsiyyət baxımından əhəmiyyətli, lakin ustanovkalarına görə cəmiyyətə zidd məzmunu vasitəsilə ifadə olunur. 4. Kollektivdə şəxsiyyətlərarası münasibətlər qrup fəaliyyətinin şəxsiyyət baxımından əhəmiyyətli və ictimai cəhətdən qiymətli məzmunu vasitəsilə ifadə olunur.

  1. Əməyin təşkili

  2. Qabiliyyət və istedad

Qabiliyyət və istedad. Burada yeri gəlmişkən qabiliyyət və istedad anlayışlarının fərqləndirilməsinə də diqqət yetirmək lazım gəlir. Psixoloji ədəbiyyatı nəzərdən keçirdikdə müasir psixologiyanın aktual problemləri içərisində istedad problemi xüsusi yer tutur. Psixoloqlar bunu hər şeydən əvvəl onunla bağlı hesab edirlər ki, qabiliyyətlərin fəaliyyət prosesində qarşılıqlı əlaqəsinin təhlili təkcə elmi nəzəri məsələ olaraq qalmır. Onun mühüm praktik əhəmiyyəti də vardır. Təcrübə göstərir ki, insanın hər hansı bir fəaliyyəti müvəffəqiyyətlə icra etməsi üçün tək bir qabiliyyət deyil, bir neçə qabiliyyət iştirak edir. Bu baxımdan qabiliyyətlərin bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətli icrası üçün şərt olan özünəməxsus birliyi istedad adlanır. Təcrübə göstərir ki, bir qabiliyyətin inkişaf etdirilmiş başqa bir qabiliyyətlə əvəz edilməsi xassəsi hər bir adam qarşısında peşə seçmək və təkmilləşmək sahəsində son dərəcə geniş imkanlar açır . Qabiliyyətlərin ölçülməsi vasitəsi kimi əqli istedad testlərindən istifadə olunmağa başlanmışdır. Bu testlərin köməyi ilə bir sıra ölkələrdə əhali arasında qabiliyyətlərin müəyyənləşdirilməsi və məktəblərdə şagirdlərin qruplaşdırılması, orduda zabit vəzifələrinin, sənayedə rəhbər vəzifələrinin tutulması və s. həyata keçirildi. Fərdi xüsusiyyətlərindən asılı olmayaraq bütün uşaqlar inkişafın hər bir mərhələsini, onlardan heç birini buraxmadan, qabağa qaçmadan keçirlər.

  1. Fəaliyyət prosesində oyun, təlim, əmək

Oyun ən çox əyləncə xarakteri daşıyır, istirahət məqsədi güdür. Oyunun məqsədi «fəaliyyətin» köməyi ilə əldə ediləcək praktik nəticələr deyil, yerinə yetiriləcək «fəaliyyətin» özü olur. Oyunun müxtəlif tipləri mövcuddur. Bunlara aşağıdakıları aid etmək olar: əşyavi və süjetli, hərəki və didaktik, fərdi və qrup halında, rollu və qaydalı oyunlar və s. Əşyavi oyunlar insanın oyun fəaliyyətinə hər hansı bir əşyanı daxil etməsi ilə bağlıdır. Əşyalarla əlaqədar olaraq aparılan oyunlar insanların həmin şeylərə münasibətləri ilə bağlı funksiyaları kimi çıxış etməyə başlayır.Təlim fəaliyyəti - məktəblilərin və tələbələrin nəzəri bilikləri və onlarla bağlı bacarıq və vərdişləri mənimsəmələrinə yönəldilmiş fəaliyyət növlərindən biri, aparıcı fəaliyyətləridir. Yaşlı adamlarda təlim özünütəhsil xarakteri daşıya bilər. Təlim insanın fəaliyyət və davranışını bəşəriyyətin ictimai təcrübəsini mənimsəməsinə yönəldən fəal bir prosesdir. Təlim fəaliyyəti təkcə məktəblilərdə və tələbələrdə bilik, bacarıq və vərdişlərin formalaşmasını təmin etməklə kifayətlənmir. Bu prosesdə onlarda psixi inkişafa, şəxsiyyətin formalaşmasına da əsaslı təsir göstərir. Əmək fəaliyyəti son nəticədə özünün məhsuldarlığı ilə fərqlənir. Məhz buna görə də əməyi müəyyən ictimai- faydalı, maddi və ya ideal məhsullar istehsalına yönəldilmiş fəaliyyət kimi qəbul edirlər. Əmək fəaliyyəti təkcə insanın maddi və mənəvi tələbatlarını ödəməyə xidmət etmir, o, eyni zamanda insanın bir şəxsiyyət kimi formalaşmasında aparıcı rol oynayır.

  1. Şəxsiyyətin tipləri

E.Fromm adamları bir şəxsiyyət kimi dörd yerə ayırır: mazoxist, sadist, konformist və tənha (tərk dünya). Mazaxist tipə malik olan adam, Frommun fikrincə, cəmiyyətdə daim uğursuzluqlarla qarşılaşan adamdır. Bu uğursuzluqda o yalnız özünü günahkar sayır. Sadist tip öz uğursuzluqlarının günahını özündə deyil, başqa adamlarda, cəmiyyətdə görür. O, adamları və dünyanı düşmən kimi qavrayır və onları məhv etməyə cəhd göstərir. Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa can atır. Konformist tip ümumi kütləyə qarışır, başqaları necədirsə onlar kimi olmağa, onlardan fərqlənməməyə cəhd edir. O, həmişə mövcud şəraitə uyğunlaşır. Tənha tip (otşelnik) həmişə mübarizədən, cəmiyyətdən uzaqlaşır, situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır.

  1. Qrupda liderlik haqqında

Qrupun fəaliyyətinin səmərəliliyində ona düzgün rəhbərliyin rolu olduqca böyükdür. Buradan isə qrup rəhbəri və liderinin həmin sahədəki peşəkarlığı, başqa sözlə qrupa düzgün rəhbərlik etmək məsələsi ortaya çıxır.Lider qrupdaxili, şəxsiyyətlərarası münasibətlər əsasında spontan şəkildə əmələ gələn prosesdir. O, təşkilatın əsasən psixoloji səviyyəsini əks etdirir. Lider qrupun fəaliyyəti üçün heç bir şəxsi məsuliyyət daşımır.Liderin təsir sahəsi əsasən qrupdaxili münasibətlərlə məhdudlaşır.Lider qrup tərəfindən qərarın qəbul edilməsinə təsir göstərir və həmin qərarın çıxarılmasında bilavasitə iştirak edir.

  1. Əmək kollektivində işgüzar münasibətlər etikası

  2. Xarici və daxili nitq

Eksteriorizasiya və interiorizasiya əlamətinə görə nitqin iki əsas növü mövcuddur: xarici və daxili nitq. Xarici nitq başqaları ilə ünsiyyətə, informasiya mübadiləsinə yönəlmiş olub, eşidilən, görülən və tələffüz edilən nitqdir. Daxili nitqə gəldikdə, o hər şeydən əvvəl təfəkkür prosesinin təmin olunması ilə bağlıdır. O, psixoloji nöqteyi nəzərdən olduqca mürəkkəb hadisə olub nitqlə təfəkkürün qarşılıqlı əlaqəsini təmin edir. Nitqin xarici növü ilə bağlı olaraq daha iki növü mövcuddur: şifahi nitq və yazılı nitq. Nitqin hansı formasından istifadə etməyimizdən asılı olmayaraq o həmişə həmin əsas növlərdən birinə aid olur. Şifahi nitq tələffüz edilən, eşidilərək qavranılan, başa düşülən nitq növüdürİnteriorizasiya əlamətinə görə nitqin xarici nitqdən fərqli olan bir növünü – daxili nitqi qeyd edirlər. Bu real kommunikasiyadan kənarda baş verən nitqdir. Daxili nitq insanın öz-özünə fikirləşməsi, öz-özü ilə danışması prosesidir. Daxili nitq tələffüz edilməyən, səssiz nitqdir. O çox qısa, bəzən də ayrı-ayrı ifadələrdən ibarət olur. Həmin ifadə bir növ fikrin nüvəsini təşkil edir. Ona görə də daxili nitq üçün fraqmentliyin, qırıqlığın xarakterik hal olduğunu qeyd edirlər. Daxili nitq eyni zamanda sürətli nitqdir.

  1. Davranış ünsürləri haqqında

  2. Fəaliyyət prosesində bacariqlar

83.Fəaliyyətin mənimsənilməsi zamanı vərdişlərlə yanaşı bacarıqlar da formalaşır. Bacarıqlar qarşıya qoyulmuş məqsədə müvafiq olaraq iş priyomlarının seçilməsi və həyata keçirilməsi üçün mövcud bilik və vərdişlərdən istifadə olunmasıdır. Bacarıq yarandıqda insan qarşıda duran məsələnin həllində lazım olan yolları və əməliyyatları düzgün seçə bilir və onlara nəzarət etmək üçün zəruri məlumatlardan istifadə qaydalarına yiyələnmiş olur. Bacarıqların formalaşması biliklərə daxil olan məlumatların işlənməsi ilə bağlı olan əməliyyatların, bu məlumatın aşkara çıxarılması, həmin məlumatın hərəkətlərlə müqayisəsi və ona aid edilməsi əməliyyatlarının bütün sisteminə yiyələnməkdir. İnsanın bacarığa yiyələnməsi müxtəlif yollarla həyata keçirilə bilər. Psixoloqlar bunlardan ikisini xüsusi olaraq qeyd edirlər. Birinci yolda öyrənən, fəaliyyyəti mənimsəyən adam zəruri biliklərə malik olur. Onun qarşısında həmin bilikləri lazım olan yerdə səmərəli tətbiq etmək vəzifəsi qoyulur. İnsan fəaliyyətinin müvafiq istiqamətlərini, məlumatları işləmək yollarını və priyomlarını səhv və sınaq yolu ilə aşkara çıxarmaqla bu vəzifənin həllinə çalışır.

  1. Psixi hadisələr



  1. Böyük qruplar haqqında

Qrup bir-birinə qarşılıqlı təsir göstərən, bir-birinə uzun müddət təsir göstərməklə özlərini «biz» kimi qavrayan iki və daha artıq insan birliyidir»Qrupları müxtəlif əsaslara görə təsnif edirlər. Hər şeydən əvvəl qrup üzvlərinin miqdarına, tanışlıq və yaxınlıq səviyyəsinə görə qrupları böyük və kiçik olmaqla iki yerə bölürlər. Böyük qrup 30-40- dan artıq insan birliyidir. Böyük qrupun üzvləri bir-birini tanımaya, bir-biri ilə görüşməyə bilirlər. Bu cür qruplara çoxsaylı tələbə və müəllim kollektivi olan Universitetləri, böyük şirkətləri, dövlətləri, millətləri və s. aid etmək olar. Ən böyük insan birliyi bəşəriyyətdir.

  1. Adət və vərdiş haqqında

Şüurlu təkrarlar nəticəsində insanda fəaliyyətin icra və tənzim olunmasının bu cür qismən avtomatlaşmış ünsürləri vərdiş adlanır. Vərdişlər yaranarkən qismən avtomatlaşmadan asılı olaraq, işin strukturunda bir sıra dəyişikliklər özünü göstərir. Bunlara aşağıdakıları aid etmək olar: 1.Vərdiş yaranarkən birinci növbədə hərəkətlərin icra üsulları dəyişir. Vərdiş yaranarkən artıq, lazımsız hərəkətlər aradan çıxır. İş üzərində sensor nəzarət üsulları dəyişir, görmə nəzarəti hərəki nəzarətlə əvəz olunur və s.Adətlərə gəldikdə, o da vərdişlər kimi işin, hərəkətlərin icrasının avtomatlaşmasıdır. Lakin vərdişlərdən fərqli olaraq adət yarandıqda həmin iş və ya hərəkətin icrası insanın tələbatına çevrilir. İnsan daima özünün həmin tələbatını ödəməyə can atır. Həyati faktlardan aydın olur ki, insanın yiyələndiyi düzgün vərdiş əgər xeyirli deyildirsə o qədər ziyanı da olmur. Lakin insanda formalaşan adət həm xeyirli, həm də ziyanlı ola bilər. Məsələn, böyük gələndə ayağa qalxmaq, başqasının sözünü kəsməmək xeyirli (faydalı), müsbət adət olduğu halda, böyüyə qarşı, laqeydlik, gobudluq, dərsdə yerindən söz atmaq və s. ziyanlı, mənfi adətdir.

  1. Aristotelin psixologiyanın yaranmasında rolu

  2. Əməyin növləri

Əmək cəmiyyətin inkişafında əsas şərtdir. İnsanlar lap qədimdən öz tələbatlarını ödəmək üçün müxtəlif əmək növləri ilə məşğul olmuşlar. Onlar qida əldə edərkən, ev tikərkən, əkin-biçin işləri ilə məşğul olarkən müxtəlif üsul və vasitələrə əl atmış, müxtəlif əmək alətlərindən məqsədəuyğun şəkildə istifadə etmişlər.Əmək və onun növlərinə aşağıdakılar da daxil edilir:Sənaye əməyi Istehsal əməyi Fərdi və kollektiv əmək, əl əməyi, elmi əmək kənd təsərrüfatı əməyi və başqaları.Əməyin müxtəlif növləri üzrə çalışan mütəxəssislərin peşəkarlığı iqtisadi proseslərin tənzimlənməsində böyük rol oynayır.

  1. Etiket qaydalari haqqında

Etiket — insanın cəmiyyət arasında davranış norma və qaydalarıdır. Etiket banisi İngiltərə və Fransadır. Sonra isə əxlaq qaydaları İtaliyada yarandı. Etiketin bir neçə növləri vardır: Dövlət etiketi,Diplomatik etiket Hərbi etiket, Dini etiket,Ümumvətəndaş etiketi Ümumvətəndaş etiketi də öz növbəsində: İşgüzar və qeyri- işgüzar,Mərasim Masaarxası ,Söhbət (Ünsiyyət) etiketlərinə bölünür.Etiketin ümumi qaydalarına aşağıdakıları daxil edirlər:İlk öncə xoş niyyətli olmaq lazımdır.Sualları qulaqardına vurmayın, kar-kor oyunu oynamayın, müraciətləri cavabsız qoymayın.Yanlışlarınızı etiraf etməyi bacarın, səhvlərinizi qəbul edin! Üzr istəməkdən heç zaman çəkinməyin və s.Oturub-durma etiket qaydalarına görə insan çox yüngül yeriyib tələsməməlidir: bu, yüngüllük və yelbəlinliyə dəlalət edər, çox ağır yeriyib ləngiməməlidir — bu, kəsalət və tənbəlliyə dəlalət edir.Hər birimiz cəmiyyətdə özümüzü aparmaq mədəniyyətinə riayət etməliyik. Onlardan biri də süfrə mədəniyyətidir.Əvvəl oturuşumuza fikir verməliyik. Stulun arxasına az söykənərək düz oturmaq, stulu stola çox yaxın çəkməmək lazımdır.Yemək prosesində bütün hallarda dirsəkləri stola qoymaq məsləhət deyil. Çünki geniş açılmış qollarımız sizinlə yanaşı, əyləşənlərə mane ola bilər. Digər məsələlərdən biri də, yeməyə nə vaxt başlamaqdır. Məclisdəkilərə yemək paylanandan sonra, əvvəlcə ev sahibəsi yeməyə başlayır, bununla göstərir ki, digər qonaqlar da yeməyə başlaya bilərlər

  1. Referent qruplar

Psixoloji ədəbiyyatda kiçik qrupların bir növü kimi referent qrupları da qeyd edirlər (latınca referens sözündən götürülmüşdür). Özünün normaları, fikirləri, qiymətləri fərdin davranış motivlərinə çevrilən sosial birlik referent qrup adlanır. Bu termin ilk dəfə olaraq 1942- ci ildə Q.Xaymen tərəfindən irəli sürülmüş vəSonralar R. Merton, Q. Nunkom, M.Şerif və b. tərəfindən istifadə olunmuşdur.

  1. Qeyri verbal ünsiyyət vasitəsi.

Ünsiyyət vasitələrindən asılı olaraq ünsiyyətin verbal və qeyri verbal növləri xüsusilə diqqəti cəlb edir.Qeyri – verbal ünsiyyət vasitəsi kimi geniş yayılmış vasitələrə üzün və bədənin ifadəli hərəkətlərini xüsusilə qeyd etmək lazım gəlir. Üzün ifadəli hərəkətlərindən (mimikadan), jestlərdən istifadə etməklə insanlar bir – birinə razılıq və narazılıqlarını, sevinc və kədərlərini və s. məlumatları çatdıra bilirlər. Lakin heç də jest və mimikalar həmişə vahid şəkildə, eyni cür başa düşülmür və şərh olunmur. Müxtəlif mədəniyyət və sosial inkişaf pilləsinə malik olan insanlar bunları müxtəlif şəkildə dərk edirlər.İnsanların müxtəlif birliyində, o cümlədən dərs zamanı qeyri – verbal ünsiyyət vasitəsi kimi müxtəlif intonasiyadan, bir anlığa danışığı dayandırmaqdan, öskürməkdən və s. dən istifadə edilir.

  1. Verbal ünsiyyət vasitəsi

  2. Fəaliyyət prosesində vərdişlərin əmələ gəlməsi

Şüurlu təkrarlar nəticəsində insanda fəaliyyətin icra və tənzim olunmasının bu cürqismən avtomatlaşmışünsürləri vərdiş adlanır. Fəaliyyətin mənimsənilməsi, vərdişlərin yaranması zamanı yerinə yetirilən iş və hərəkətlər şüurlu iş və hərəkətlər olaraq qalır, yalnız onların icra tərzləri avtomatlaşmış olur.Aparılmış tədqiqatlar göstərmişdir ki, vərdişin yaran­ması nəticəsində hərəkətlərin getdikcə avtomatlaşması həmin hərəkətlərin daxil olduğu işin şüurlu tənzim olunmasının daha çox genişlənməsinə səbəb ola bilir.Vərdişlər yaranarkən qismən avtomatlaşmadan asılı olaraq, işin struktu­runda bir sıra dəyişikliklər özünü göstərir. Bunlara aşağıdakıları aid etmək olar: 1. Vərdiş yaranarkən artıq, lazımsız hərəkətlər aradan çıxır. Məsələn, xarici dili yenicə öyrənməyə başlayan adam danışarkən tez-tez dayanır, fikirləşir, artıq sözlər işlədir, ana dilinin strukturundan uzaqlaşa bilmir. Lakin vərdiş yarandıq­dan sonra bu kimi artıq hərəkətlərə yol verilmir.

  1. İnteraksiya qarşılıqlı təsir prosesi kimi

  2. Şəxsiyyətin davranış motivləri

  3. Psixologiyanın yaranması

  4. Real qruplar

Sosial psixologiyada kiçik qrupların mövcudluq dərəcəsinə görə iki növünü: real və şərti qrupları qeyd edirlər. Real qruplar bunlara müəyyən zaman və məkan daxilində real münasibətlərlə birləşmiş insan birliyini aid edirlər. Məsələn, ailə, bir sinfin şagirdləri, məktəbin pedaqoji kollektivi və s. Real qrupların üzvləri daima bir-birləri ilə təmasda olurlar.

  1. Eqosentrik nitq haqqında

Nitqin funksiyaları, xüsusiyyətləri ilə yanaşı özünəməxsus formaları və növləri də vardır. Nitqin növlərini təsnif etmək üçün psixoloji ədəbiyyatda müxtəlif əlamətlərdən istifadə olunur. Eksteriorizasiya və interiorizasiya əlamətinə görə nitqin iki əsas növü mövcuddur: xarici və daxili nitq. Eqosentrik nitq insanın özünə yönəlmiş nitqdir. Onun köməyi ilə insan (ən çox uşaqlar) özünün praktik fəaliyyətini tənzim edir və ona nəzarət edir. Eqosentrik nitq xarici (kommunikativ) nitqdən nəşət edir və onun qismən interiorizasiya olunmuş məhsulu kimi özünü göstərir. Eqosentrik nitq bir növ xarici nitqdən daxili nitqə keçid mərhələsi kimi özünü göstərir.

  1. Qabiliyyətlərin formalaşması

Qabiliyyətlərin formalaşmasında ən önəmli rolu təlim oynayır.İnsan bəşəriyyətin əldə etdiyi təcrübəni, bilik sərvətlərini mənimsəmədən müvafiq qabiliyyətlərə yiyələnməsi mümkün deyildir. Bununüçünsə təlim xüsusi yer tutur. İnsanlar təlim prosesində tarixən əldə edilmiş nailiyyətlərə yiyələnməklə, öz qabiliyyətlərini formalaşdırırlar. A.V. Petrovski və M.Q.Yaraşevskinin qeyd etdikləri kimi «qabiliy­yətlərin təzahürü insanların tarixən ictimai tələbatlara cavab vermək məqsədilə əldə etdikləri müvafiq bilik, bacarıq və vərdişlərin formalaşmasının konkret iş pryomlarından (metodikadan) bilavasitə asılıdır».Adətən, tətbiq olunan metodika uğur qazanmağa imkan vermədikdə qabiliyyətin anadangəlmə olmasına xüsusi diqqət yetirirlər. Bununla belə, şübhəsiz təbii imkanların səviyyəsindən asılı olaraq uşaqların müəyyən fəaliyyət növünü mənimsəmələri fərqli xarakter daşıyacaqdır. Bir cəhəti də nəzərə almaq lazımdır ki, hətta yüksək təbii imkana malik olan insanlarda da müvafiq qabiliyyətlərin formalaşması üçün onların təlim fəaliyyətinə cəlb olunmaları, bu zaman lazımi təlim metodlarından istifadə olunması zəruridir.

  1. Qrupların təsnifatı

  2. Persepsiya insanların bir-birini anlaması və başa düşməsi

  3. Fəaliyyətin vasitələri

İnsan fəaliyyətini nəzərdən keçirdikdə onun özünəməxsus quruluşu diqqəti cəlb edir. İnsanın hər cür fəaliyyəti eyni quruluşda, eyni sistem və ardıcıllıqda həyata keçir. Başqa sözlə, bütün fəaliyyət növlərində eyni ümumi struktur komponentlər özünü göstərir. İnsanın istər maddi, istərsə də mənəvi fəaliyyətinin quruluşunu təhlil etdikdə onun təxmini məzmununu təşkil edən aşagıdakı əsas elementləri, komponentləri aşkara çıxarmaq mümkün olur: fəaliyyətin motivləri, fəaliyyətin məqsədi və fəaliyyətin vasitələri. Fəaliyyətin vasitələri həmin fəaliyyətin həyata keçirildiyi yollardır. Başqa sözlə insan həmin fəaliyyət zamanı qarşısına qoydugu məqsədə hansı yollarla nail olur. Şəbhəsiz həmin yol və vasitələrin düzgün seçilməsi fəaliyyətin səmərəli şəkildə həyata keçirilməsi üçün mühüm şərtdir.

  1. Azərbaycanda psixoloji fikrin inkişafı

Psixologiya elminin inkişafını tarixi planda nəzərdən keçirsək, şərti surətdə onun iki mərhələsini fərqləndirmək olar: 1-ci mərhələ lap qədim zamanlardan başlayaraq XIX əsrin 70-80-ci illərinə qədər davam edir. 2-ci mərhələ isə (XIXəsrin 70-80-ci illərindən müasir dövrə qədər) psixologiyanın müstəqil elm kimi inkişaf mərhələsidir. Azərbaycanda hələ qədim zamanlardan fəlsəfə ilə yanaşı pedaqogika, psixologiya və başqa elmlər haqqında müəyyən fikirlər irəli sürülür. Təlim-tərbiyə məsələləri ilə bilavasitə bağlı olan psixoloji fikirlər bədii ədəbiyyatda və didaktik şerlərdə irəli sürülürdü. Azərbaycan şifahi xalq ədəbiyyatı bu baxımdan diqqəti cəlb edir. Keçəl,küpəgirən qarı, kosa obrazları uzun müddət həm də xalqın sosial etalon və stereotiplərini ifadə etmişdir. XI əsrdən başlayaraq Azərbaycanda psixoloji ideyalar fənsəfi traktatvə bədii ədəbiyyat nümunələrində daha geniş surətdə öz əksini tapıb.Azərbaycanda psixoloji ideyaların inkişafında bəhmənyar, Xaqani Şirvani, Nizami Gəncəvi, Nəsrəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Abasquluağa Bakıxanov, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi görkəmli ictimai-elmi fikir nümayəndələrinin, mütəfəkkir şair və yazıçıların böyük xidməti olmuşdur. XX əsrin 20-ci və 30-cu illərində psixologiyanın bir sıra sahələri, o cümlədən yaş və pedaqoji psixologiya inkişaf etməyə başladı. Ümumiyyətlə, 1920-ci ildən başlayaraq Azərbaycanda psixologiya sahəsində elmi tədqiqat işləri aparılmış, namizədlik və doktorluq disertasiyaları, elmi-kütləvi əsərlər, dərslik və dərs vəsaitləri yazılmış, elmi fikirlər inkişaf edərək müasir səviyyəyə çatmışdır.

  1. Fəaliyyətin motivləri haqqında

Fəaliyyətin motivləri. İnsanı əhatə edən cisim və hadisələr heç də daima deyil, onun həyatının müxtəlif vaxtlarında tələbatlarının obyekti olur və onu müvafiq fəaliyyətə təhrik edir. Bununla yanaşı olaraq insanın bu və ya digər tələbatını ödəyən obyekt yalnız eyni bir cisim və hadisədən ibarət olmur. Müxtəlif cisim və hadisələr tələbatın obyektinə çevrilərək insanı fəaliyyətə təhrik edə bilir. Tələbatların ödənilməsi ilə əlaqədar olaraq insanı hər hansı bir məqsədə yönəlmiş işə, fəaliyyətə təhrik edən amillərə, səbəblərə motiv deyilir. İnsan fəaliyyətinin motivləri özlərinin çoxcəhətliliyi ilə xarakterizə olunur. Motivlər hər şeydən əvvəl bir-birlərindən tələbatların növlərinə görə fərqlənirlər. Bununla yanaşı olaraq motivlər tələbatların kəsb etdiyi formalara, onların genişliyinə və ya məhdudluğuna, reallaşdıqları fəaliyyətin konkret məzmununa və s. Görə fərqlənirlər.

  1. Kommunikasiya informasiya mübadiləsi kimi



  1. İnsan, fərd və şəxsiyyət anlayışı

Müasir dövrdə psixologiya insan haqqında ən mühüm elmlərdən biri kimi diqqəti cəlb edir. Təsadüfü deyildir ki, hazırda insan həyatı və fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixologiya elmi oraya nüfuz etməsin. İnsanın tərbiyəsi, təhsili təlimi onun psixikasının, təfəkkürünün, fəaliyyətinin məqsədəyönəlmiş şəkildə inkişaf etdirilməsi deməkdir.Şəxsiyyət insanın psixoloji siması olub, şüura, mənliyə malik olan, öz hərəkətlərinə cavabdeh, ictimai münasibətlərin fəal iştirakçısı olan adamdır. Şəxsiyyət müəyyən ictimai-tarixi dövrdə yaşayıb fəaliyyət göstərən, gerçəkliyi dərk edib müəyyən istiqamətdə dəyişdirən, ünsiyyətə girməyi bacaran konkret canlı insandır.hər bir insan eyni zamanda fərd, hər bir fərd isə eyni zamanda insandır. Ona görə də yeni doğulmuş uşaq da, ağlını itirmiş səfeh də, yaşlı vəhşi insan da, mədəni ölkələrin yüksək intellektə malik olan insanları da fərd hesab olunur. Deməli, bir konkret adamı fərd adlandırmaqla onun potensial insan olduğunu təsdiq edirik. Lakin bütün fərdləri şəxsiyyət adlandırmaq olmaz.. Bir fərd kimi doğulmuş insan tədricən ictimai münasibətlər qovuşuğunda, sosiallaşma nəticəsində şəxsiyyətə çevrilir. Nəticədə o təkcə başqalarından fərqlənmir, eyni zamanda tarixi prosesin iştirakçısına çevrilir. Hər bir şəxsiyyət cəmiyyətdə yaşayan konkret canlı insan olmaqla, gerçəkliyi dərk edib dəyişdirmək, fəallıq göstərmək, başqaları ilə ünsiyyətə girmək imkanına malik olur.

  1. Sosial qruplar haqqında

Sosial qruplar cəmiyyətin qəbul etdiyi, özünün məqsəd və vəzifələri onun xeyrinə olan qruplardır. Bu cür qruplara ailəni, orta və ali məktəb qruplarını, təşkilat və idarələrdə toplanmış insan qruplarını, hərbi və idman qruplarını və s. Aid etmək olar.Sosial qruplarda isə aydın dərk olunmuş ümumi məqsədlər mövcud olur. Qrup üzvlərinin hamısı həmin məqsədin həyata keçirilməsinə çalışırlar. Burada qarşılıqlı anlama, əvvəlcədən düşünülmüş struktura uyğunluq, müvafiq funksiyalar həyata keçirilir.sosial qrupların aşağıdakı funksiyaları qeyd olunur:  sosializasiya funksiyası;  instrumental funksiya;  ekspressiv funksiya;  müdafiəedici funksiya; Qrupun sosializasiya funksiyası-burada qrup üzvlərinin sosiallaşması, sosial təcrübəni mənimsəməsi, bir şəxsiyyət kimi formalaşmasını nəzərdə tutur.Sosial qrupların instrumental funksiyasına gəldikdə bu, qrupda insanların birgə fəaliyyətinin bu və ya digər şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu, xüsusilə kollektiv Şəkildə həyata keçirilən fəaliyyət növlərində özünü daha aydın şəkildə göstərir.Sosial qrupların ekspressiv funksiyasına gəldikdə buna psixoloqlar qrupda insanın rəğbətləndirmə, hörmət və etimada tələbatının təmin olunmasında ifadə olunmasını aid edirlər. Başqa sözlə sosial qruplar insanların qeyd olunan tələbatlarını ödəmək vəzifəsini də yerinə yetirirlər. Sosial qrup öz üzvlərinin hərtərəfli müdafiəsi üçün əsaslı şərait yaradan bir birlik kimi fəaliyyət göstərir.

  1. Psixologiyanın başqa elmlərlə əlaqəsi

108.Psixologiyanın başqa elmlərlə əlaqəsinə qısa nəzər yetirək. İnsan psixikası və davranışını onun təbii və sosial mövcudluğu haqqında biliklər olmadan başa düşmək mümkün deyildir. Ona görə də psixologiyanın öyrənilməsi insan biologiyası, onun ali sinir sisteminin quruluşu və fəaliyyəti haqqında biliklərə yiyələnməyi tələb edir. Psixologiya fəlsəfə elmi ilə ciddi qohumluq əlaqəsinə malikdir. Bu təsadüfü deyildir. Məlum olduğu kimi psixologiya müstəqil bir elm kimi fəaliyyət göstərənə kimi fəlsəfənin daxilində formalaşmağa başlamışdır. Psixologiya və pedaqogika elmlərinin mühüm qarşılıqlı əlaqəsini göstərən amillərdən biri də onların tədqiqat üsullarındakı eyniyyətdir. Bir çox elmi psixoloji axtarışlar pedaqoji problemlərin həlli üçün vasitə rolunu oynaya bilir. Bir elmi fənn kimi pedaqogikada pedaqoji faktların izahı, şərhi, sistemləşdirilməsi üçün psixoloji biliklərdən istifadə olunur. Müasir dövrdə psixologiya və dilçilik arasında da sıx əlaqə özünə geniş yer tutmağa başlamışdır.

  1. Fəaliyyətin mənimsənilməsi

İnsan həyatı boyu müxtəlif fəaliyyət növlərini, iş və hərəkətləri icra etməli olur. Lakin bu iş və hərəkətlərin icrası həmişə eyni şəkildə asanlıqla getmir. İnsan artıq icra tərzlərinə yiyələndiyi iş və hərəkətləri çətinlik çəkmədən, sərbəst, səhvsiz olaraq yerinə yetirir, onun icrasına artıq vaxt sərf etmir. Bu onu göstərir ki, insan həmin fəaliyyəti mənimsəmişdir. Məsələn, şagird latın və ya kiril qrafiki ilə sərbəst şəkildə yazmağı və oxumağı bacarırsa onun həmin fəaliyyəti mənimsədiyini söyləyirik.

  1. Ünsiyyət qarşılıqlı təsir prosesi kimi

Ünsiyyət qarşılıqlı təsir kimi. İnsanların qarşılıqlı təsiri və qarşılıqlı münasibətlərinin tənzim olunması. Sosial normalar və sosial nəzarət. Ünsiyyət prosesində rol və rol gözləmələri. Dostlar arasında ünsiyyətin xarakteri. Ünsiyyətdə maneələr və onların qarşısını almaq yolları. Məna maneələri və onları doğuran səbəblər. Ünsiyyət insanların bir-birini qavraması və anlaması kimi. Qarşılıqlı anlama prosesində sosial persepsiyanın rolu. İnsanların bir-birini qavramalarının mexanizimləri: eyniləşdirmə, refleksiya, stereotipləşdirmə. İnsanların bir-birini qavramasında, oreol effektinin (himayə effekti) yeri.

  1. Şəxsiyyət və fəallıq

Şəxsiyyət öz fəallığını ətraf aləmlə qarşılıqlı təsir prosesində, fəaliyyətdə təzahür etdirir. Şəxsiyyətin fəallığının mənbəyini onun tələbatları təşkil edir. Məhz tələbatlar insanı müəyyən surətdə və istiqamətdə iş görməyə təhrik edir. Insanın fəallığı və bu fəallığın mənbəyi, yəni insan tələbatları heyvan tələbatından tamamilə fərqlənir. Insan tələbatları onun tərbiyəsi, insan mədəniyyəti aləminə qovuşmaq prosesində formalaşır. Insanda tələbatların təmin olunması prosesi fəaliyyət formalarına, müəyyən ictimai inkişafa fəal, məqsədyönlü yiyələnmə prosesi kimi meydana çıxır. Tələbatlar insanın ehtiyacları ilə yanaşı, həm də onun öz ehtiyaclarına münasibətini əks etdirir.

  1. Kiçik qruplar haqqında

Qrupları müxtəlif əsaslara görə təsnif edirlər. Hər şeydən əvvəl qrup üzvlərinin miqdarına, tanışlıq və yaxınlıq səviyyəsinə görə qrupları böyük və kiçik olmaqla iki yerə bölürlər.Kiçik qrup 2-dən 30-40 qədər insan birliyidir. Kiçik sosial qruplarda insanların bir-birilə təması daha yaxın və daimi xarakter daşıyır. Kiçik sosial qrupun üzvləri ümumi bir işlə məşğul olur və bir-birilə birbaşa qarşılıqlı əlaqədə olurlar. İnsan öz həyatının çox hissəsini bu qrupun daxilində keçirir. Ona görə də bir-birlərini yaxşı tanıyırlar.Kiçik qrupların üzvlərinin sayı 7 nəfərdən artıq olmadıqda belə qrupları ilkin kiçik qrup adlandırırlar. Məsələn, yeni yaranmış ailəni ilkin qrup adlandırırlar. İnsan adətən bir ilkin qrupun iştirakçısı olur. Hər hansı mikro sosial qrup onun iştirakçıları üçün ilkin qrupa çevrilə bilər. Bütün ilkin qruplar eyni zamanda kiçik qrup olub uzun müddət, bəzən insanın ömrü boyu davam edən qruplar olaraq qalır.

  1. Peşələr haqqında ümumi məlumat

  2. Psixologiyanin tədqiqat metodları

114.Psixoloji tədqiqatın üç əsas növü vardır:1.Müvafiq tədqiqat 2.Müşahidə psixi hadisələrin gedişinə qarışmadan onları sadəcə olaraq izləmək yolu ilə empirik məlumatların əldə edilməsindən ibarət əsas tədqiqat metodudur.3.Eksperimental tədqiqiat Müşahidənin çətinliklərindən biri də bu və ya digər psixi hadisənin, davranış tərzinin təzahürünü uzun müddət gözləmək Lazım gəlməsi ilə baglıdır Ona görə də psixologiyada ən çox əsas tədqiqat metodu kimi eksperimentdən istifadə olunur.

  1. Fəaliyyətin növləri


Yüklə 65,53 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin