1. Yemək borusunun tam atreziyasının diaqnozunu dəqiqləşdirmək üçün doğum evində hansı müayinələr aparılmalıdır?


Uşaqlarda bazu sümüyünün kondilusüstü hissəsinin qapalı sınığında qapalı repozisiyaya nə vaxt aparılmalıdır?



Yüklə 1,3 Mb.
səhifə6/11
tarix10.12.2016
ölçüsü1,3 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

345. Uşaqlarda bazu sümüyünün kondilusüstü hissəsinin qapalı sınığında qapalı repozisiyaya nə vaxt aparılmalıdır?

A) Rotosion yerdəyişmədə

B) Eninə yerdəyişmədə

C) Uzununa və eninə yerdəyişmədə

D) Bucaq altında yerdəyişmədə

E) Uzununa yerdəyişmədə



346. Bazu sümüyünün yuxarı 1/3-nin sınığının müalicəsi zamanı skelet dartması qoyularkən millərin keçirilməsinin optimal səviyyəsinə hansı aiddir?

A) Bazu sümüyünün distal metafizi

B) Skelet dartması istifadə olunmur

C) Bazu sümüyünün distal hissəsi

D) Mil sümüyünün distal metafizi

E) Dirsək oynağının dirsək çıxıntısı



347. Cərrahi əməliyyata göstərişlər əsasən nə zaman meydana cıxır?

A) Interpozisiya olduqda

B) Bazu sümüyünün metadiafizar zədələnmələrində

C) Bazu sümüyünün diafizar zədələnmələrində

D) Bazu sümüyünün metafizar zədələnmələrində

E) Bazu sümüyünün oynaqdaxili zədələnmələrində



348. Uşaqlarda diafizar sınıqlarda korreksiya zamanı uşağın yaşından asılı olmayaraq hansı yerdəyişmə mütləq aradan götürülməlidir?

A) Rotasion

B) Boylama

C) Bucaqvari

D) Eninə

E) Hamısı



349. 12-14 yaşında uşaqda bazu sümüyünün daxılı kondilusunun qəlpəli sınığı zamanı qəlpənin fiksasiyası necə aparılmalıdır?

A) Mil vasitəsilə yan kompessiyası

B) Iki millə

C) Sümük tikişi

D) Şurupla fiksasiya

E) Bir millə



350. Saidin hər iki sümüyünün arxa çıxığı nəyin nəticəsində əmələ gəlir?

A) Qolun açılmış vəziyyətində dirsək üzərinə yıxılma

B) Qolun bükülmüş vəziyyətində yıxılma

C) Açılmış və bükülmüş vəziyyətində ovuc üzərinə yıxılma

D) Dirsək oynağının qeyri-tam açılmış vəziyyəti zamanı ovuc üzərində bərk yıxılma

E) Qolun bükülmüş vəziyyətində dirsək üzərinə yıxılma



351. Mantedc sınıq çıxığı nə deməkdir?

A) Dirsək sümüyünün yuxarı və aşağı sərhəddində mil sümüyü başının çıxığı

B) Said sümüklərinin dirsəkdən çıxığı və onların birinin aşağı 1/3 sınığı

C) Biləyin çıxığı və said sümüklərinin orta 1/3-nin sınığı

D) Dirsək sümüyünün çıxığı və mil sümüyünün sınığı

E) Bir tərəfdə said sümüklərinin çıxığı, digər tərəfdə onların sınığı



352. Uşaqlarda sınıqlar zamanı dairəvi gips sarğısı qoyularsa onun ən təhlükəli fəsadı hansıdır?

A) Ətrafın qan dövranının pozulması

B) Yataq yarası

C) Travmatik nevrit

D) Yalançı oynaq

E) Kontraktura



353. Dirsək çıxıntısının yerdəyişməsiz sınığında gips langeti ilə fiksasiya olunmuş saidin optimal vəziyyəti hansıdır?

A) 100-110o bucaq altında bükmək

B) Saidin bükülməsı və daxili rotasiyası

C) Saidin maksimal bükülməsı

D) Saidin dirsək oynağında açılmış vəziyyəti

E) 135o bucaq altında bükmək



354. Mantedc sınıq-çıxığını əllə qapalı repozisiyası zamanı gips langeti ilə immobilizasiyaya qədər nə olunmalıdır?

A) Mil sümüyünün baş hissəsinin düzəldilməsi və dirsək sümüyü sınığının repozisiyası

B) Dirsək sümüyünün repozisiyası+ mil başının düzəldilməsi

C) Mil sümüyün başının tam düzəldilməsi

D) Dirsək sümüyünün repozisiyası

E) Öz oxu boyunca tam traksiya



355. Said sümükləri sınığının cərrahi əməliyyatına mütləq göstərişlərə nələr aiddir?

A) Saidin hər iki sümüyünün orta 1/3-nin tam yerdəyişmə ilə sınığı

B) Saidin hər iki sümüyünün müxtəlif yerlərdə sınığı

C) Mil sümüyünün orta 1/3-nin tam yerdəyişmə ilə sınığı

D) Said sümüklərinin həmin ətrafda qan təchizatının pozulmasına səbəb olan sınıqları

E) Dirsək sümüyünün 1/3-nin tam yerdəyişmə ilə sınığı



356. Mil sümüyünün sınığı zamanı yuxarı ətrafın böyümə və inkişafında deformasiya aşağıdakılardan hansı olduqda baş verir?

A) Epimetafizar sınıq yerdəyişmə ilə olduqda

B) Proksimal epifizi sınığında

C) Epifizar yerdəyişmə ilə

D) Epifizin yerdəyişmə olmadan inkişaf zonasının sıxılmasında

E) Mil sümüyünün distal epifizini epifiziolizində eninə yerdəyişmə



357. Bud sümüyü başının arxa çıxığı zamanı nə baş verir?

A) Bud-çanaq və diz oynağında yüngül bükülür, içəriyə rotasiya olunur

B) Bud-çanaq oynağında maksimal bükmə və diz oynağında açma

C) Düzəldilir, bayırı rotasiya və aparılır

D) Bud-çanaq və diz oynağında bükülür və uzaqlaşır

E) Bükülür və bayıra rotasiya olunur



358. Körpücük sınığının cərrahi müalicəsinə göstəriş hansıdır?

A) Tam yerdəyişmə ilə köndələn sınığı zamanı

B) Əməliyyat göstəriş deyil

C) Böyük yerdəyişmə ilə qəlpəli sınığı zamanı

D) Bütün növ sınıqları zamanı

E) Böyük bucaq altında yerdəyişmə ilə sınığı zamanı



359. Bazu sümüyünü iç kondilusunun qopmuş sınığı zamanı əsasən nə zədələnir?

A) Dirsək siniri

B) Mil siniri

C) Orta sinir

D) Əzələ-dəri siniri

E) Sinir zədələnmir



360. Erkən yaşlı uşaqlarda epifizeoliz müalicə olunmazsa sonradan o hansı ağır fəsada səbəb olar?

A) Ətrafın qısalması

B) Kontraktura

C) Ankiloz

D) Varus deformasiyası

E) Valgus deformasiyası



361. Uşaqlarda qamış sümüyünün oynaqdaxili yerdəyişmə ilə zədələnməsi zamanı optimal müalicə taktikasına nə daxildir?

A) Açıq repozisiya+ osteocintez

B) Skelet dartması

C) Açıq repozisiyası

D) Aparatla müalicə

E) Təftiş+ gipslə immobilizasiya



362. Qamış sümüyünün sınığı zamanı cərrahi müalicəyə mütləq göstərişlər hansıdır?

A) Qapalı oynaqdaxili yerdəyişmiş sınıqlar

B) Bütün növ yerdəyişmiş sınıqların

C) Hər iki baldır sümüklərinin bucaq altında yerdəyişmiş metafizar sınıqların

D) Bütün növ yerdəyişmiş sınıqlarda interpozisiya olduqda

E) Hər iki baldır sümüklərinin qapalı diafizar sınıqların



363. Metadiafizar sınıqlarda gips langetində ikincili yerdəyişməni aşkar etmək üçün nəzarət rentgen şəkil nə vaxt aparılmalıdır?

A) 6-7-ci sutkada

B) Kontrol rentgen müayinə vacib deyil

C) 10-14-cü sutkada

D) 3-5-ci sutkada

E) 2-ci sutkada



364. Uşaqlarda sınıqlar zamanı cərrahi müalicəyə əks göstəriş hansıdır?

A) Sınıq nahiyəsinin infeksiyalaşmış yarası

B) Sümük fraqmentlərinin rotasiya ilə oynaqdaxili sınıqlar

C) Çoxsaylı nəticəsiz repozisiyalar

D) Yumşaq toxumaların interpozisiyası

E) Düzgün bitişməyən sınıqlar



365. “Yapışmış pəncə” simptomuna nə xarakterikdir?

A) Qalçanın ön-aşağı tininin qopması

B) Ön-üst qalçanın tininin qopması

C) Oma-qalça birləşməsinin qopması

D) Qasıq sümüyünün horizontal şaxəsinin sınığı

E) Qalça sümüyünün qanadının sınması



366. “Qurbağa” məcburi vəziyyəti nə üçün xarakterikdir?

A) Çanaq həlqəsinin sınığı zamanı

B) Hər iki oturaq və qasıq sümüklərinin sınığı zamanı

C) Ön-üst qalça tininin qopması zamanı

D) Oturaq qabağının apofizini qopmuş sınığı zamanı

E) Oma-qalça birləşməsinin qopması zamanı



367. Qasıq birləşməsinin travmatik qopması zamanı stasionarda xəstəni hansı vəziyyətdə qoymaq məsləhətdir?

A) “Hamakfiksator” ilə çanağı sıxmaq və qaldırmaq, balkan kəməri ilə bərkitmək

B) Xüsusi vəziyyət tələb olunmur

C) Aşağı ətrafdan birinə skelet dartması qoymaq

D) Horizontal vəziyyətdə hər iki aşağı ətrafa skelet dartması qoymaq

E) Horizontal şəkildə “qurbağa” vəziyyəti vermək



368. Çanaq həlqəsinin bütövlüyü sınığı zamanı nə pozulmur?

A) Qasıq və oturaq sümüklərinin dioqanal vəziyyəti

B) Arxa yarım həlqə hissə

C) Malgeniya

D) Ön yarımhəlqə

E) Oma-qalça birləşməsi



369. Çanaq həlqəsinin tamlığı nə vaxt pozulur?

A) Qasıq sümüyünün sınığı zamanı

B) Oturaq və qasıq sümüklərinin birtərəfli sınığında, simfizin aralanmasında

C) Oturaq sümüyünün sınığı zamanı

D) Oturaq sümüyünün qabarının qopması zamanı

E) Qalça sümüyünün kənarı sınığında



370. Çanaq sümüklərinin sınığı zamanı optimal şok əleyhinə müalıcəyə nələr daxildir?

A) “Qurbağa” vəziyyəti verərək fiksasiya, Şkolnikov-Selivanov üsulu ilə çanaqdaxili novokain blokadası, infuzion terapiya, hemotransfuziya

B) Immobilizasiyasız müalıcəvi narkoz

C) Ayaqların düzəldilərək şina ilə fiksasiya edilməsi, sınıq nahiyəsinə novokain vurulması

D) Venadaxili narkotik vurulması, passiv transfuzion müalicə

E) Venadaxili narkotik vurulması, maye köçürülməsi



371. Çanaq sümüklərinin qamış sümüyünün proksimal metafizinin müştərək sınığında skelet dartması nə vaxt göstərişdir?

A) Kənarı yerdəyişmiş sınığı zamanı

B) Ön və arxa yarımhəlqənin birtərəfli sınığında, çanağın yerdəyişməsi halında

C) Arxa yarımhəlqənin yerdəyişmiş sınığı zamanı

D) Göstəriş deyil

E) Ön yarımhəlqənin yerdəyişmiş sınığı zamanı



372. Çanağın müştərək zədələnmələrində xəstənin ağırlıq vəziyyəti necə müəyyən edilir?

A) Hipovolemiya, afferent patoloji impulsasiya

B) Periferik kapilyarların spazmı

C) Metabolik asidoz

D) Baş-beyin ödemi

E) Tənəffüsün pozulması



373. Uşaqlarda yol-nəqliyyat hadisəsi zamanı əmələ gələn politravma zamanı üstünlüyü nə təşkil edir?

A) Kəllə-beyin travması, daxili orqanların zədələnməsi və aşağı ətrafların zədələnməsi

B) Yuxarı və aşağı ətrafın zədələnməsi

C) Kəllə-beyin travması

D) Çanaq və yuxarı ətrafın zədələnməsi

E) Onurğa və çanağın zədələnməsi



374. Hündürlükdən yıxılma zamanı üstünlüyü nə təşkil edir?

A) Kəllə-beyin travması, daxili orqanların zədələnməsi

B) Kəllə-beyin travması, ətrafların zədələnməsi

C) Ətrafların zədələnməsi

D) Kəllə-beyin travması, ətrafların zədələnməsi, çanaq və daxili orqanların zədələnməsi

E) Çanağın və ətrafların zədələnməsi



375. Çanaq sümüklərinin çoxsaylı sınıqlarında, budun sınığı, dalağın əzilməsi, bədənin əziyi və sıyrıntılarında ən mühüm zədələnməyə hansılar aiddir?

A) Çanaq sümüyünün sınığı

B) Bədənin çoxsaylı sıyrıntıları

C) Bud sümüyünün sınığı

D) Bədənin çoxsaylı əziyi

E) Dalağın əzilməsi



376. Xəstənin ümumi vəziyyətinin ağırlığının qiymətləndirilməsinə hansılar aiddir?

A) Mərkəzi hemodinamikanın dəyişməsi+kəskin tənəffüs çatışmazlığı

B) Mərkəzi venoz təzyiqin səviyyəsi

C) Kəskin tənəffüs çatışmazlığı

D) Ürək aritmiyası

E) AT səviyyəsi



377. Qeyd olunan kliniki əlamətlərlə müşahidə olunan politravma zamanı:

burun-dodaq ücbücağında nəzərə çarpan sianoz, tezləşmiş səthi tənəffüs, döş qəfəsinin sağ yarısı üzərində timpanik perkutor səs, ürək sərhədlərinin sola yerdəyişməsi. Bunlara səbəb olan patologiyaya hansı aiddir?

A) Qapalı gərginlik pnevmotoraksı, ağ ciyər cırılması

B) Qaraciyər və diafraqmanın cırılması

C) Ürəyin əzilməsi

D) Diafraqmanın cırılması

E) Açıq pnevmotoraks



378. Qeyd olunan kliniki əlamətlərlə müşahidə olunan müştərək kəllə-beyin travmaları zamanı M-exo 4 mm yer dəyişir, həmin tərəfdə hemiparez və midriaz müşahidə olunur. Bu gəstərilənlərdən hansına uyğundur?

A) Baş-beyin əzilməsi

B) Baş-beyin silkələnməsi

C) Kəllədaxili travma

D) Subaraxnoidal qanaxma

E) Baş-beyin kötüyünün əzilməsi



379. Politravma ilə körpə uşaqlarda skeletin ilkin müayinə üsullardan ən vacibinə hansıları aiddir?

A) Travmanın mınımal və yerli əlamətlərinin üzə çıxarılması üçün ardıcıl və sistemli müayinələr

B) Teploqrafiya, USM

C) Rentgentomoqrafiya

D) Kompyütertomoqrafiya

E) Rentgenoloji



380. On iki yaşlı uşaqda ilkin baxış zamanı budun sınığı aşkar edilib və çanaq sümüklərinin sınığına, dalağın zədələnməsinə şübhə yaranıb. Optimal müalicə-diaqnostik tədbirlər sırasına (xəstəxanaya qədər promedol vurulub) hansılar daxildir?

A) Transport immobilizasiyası+rentgenoloji müayinə, mərkəzi venanın kateterizasiya+plazma əvəzedicisinin köçürülməsi+ qan qrupu və rezus-faktorun təyini, laparotomiya

B) Transport immobilizasiyası+mərkəzi venanın kateterizasiya+ qan əvəzedicilərin köçürülməsi +laparotomiya

C) Rentgenoloji müayinə+periferik venaların kateterizasiyası+laparotomiya

D) Budun transport immobilizasiyası+laparotomiya

E) Bud sınığına görə ağrısızlaşdırma, Skolnikov-Silivanov üsulu ilə çanaqdaxili blokada, zədələnmiş ətrafın transport immobilizasiyası, rentgenoloji müayinə



381. Onurğanin və çanaq sümüklərinin sınığı ilə xəstənin evakuasiyası zamanı optimal vəziyyət necə verilməlidir?

A) Xərək üzərində, arxası üstə onurğanin “oxunun təhlükəsizliyini” gözləməklə, baş-gövdə-çanaq-ətraflar eyni səviyyədə

B) Əhəmiyyət kəsb etmir

C) Xərəkdə “qurbağa”vəziyyəti verməklə

D) Xərəkdə qarın üzərində

E) Xərəkdə yanı üstə



382. Dərinin geniş posttravmatik soyulmasının optimal müalıcə taktikasına hansı daxildir?

A) Dərı dilimi kəsilib götürülərək effektiv Krasovitov üsulu ilə plastikası

B) Konservativ tədbirlər:Soyuq, məlhəmlə sarğı və s.

C) Yerli toxumalarla dəri plastikası

D) Ciblərin drenə olunaraq mayenin passiv aspirasiyası

E) Yara nahiyəsinə tikişlərin qoyulması



383. Uşaqlarda politravma zamanı xəstəxanaya qədər optimal müalicə tədbirlərinə hansılar aiddir?

A) Oksigenlə təminat, qanaxmanın müvəqqəti dayandırılması, zədə nahiyəsinin yerli ağrısızlaşdırılması, transport immobilizasiyası

B) Plazmaəvəzedicilərin köçürülməsi,süni tənəffüs, transport immobilizasiyası+ağrıkəsicilərin yeridilməsi

C) Qeyd olunanların hamısı

D) Plazmaəvəzedicilərin köçürülməsi,süni tənəffüsün verilməsi, transport immobilizasiyası+narkotiklərin yeridilməsi

E) Plazmaəvəzediciləri, süni tənəffüs, transport immobilizasiyası



384. Qəbul şöbəsinə qatarın altında qalmış 10 yaşında uşaq gətirilib. Onda baldirin aşağı 1/3-də qopması var. Xəstəxanaya qədər uşağa bud nahiyəsinə qandayandırıcı sıxıcı qoyulub, narkotik vurulub. Stasionarda optimal müalicə-diaqnostika tədbirlərinə hansılar daxildir?

A) Uşağın soyundurulmadan baxılması, rentgen müayinə aparılması və təcili əməliyyat otağına verilməsi

B) Qəbul şöbəsində baldirin yuxarı 1/3-nə sirkulyar novakain blokadası olunur.

C) Qəbul şöbəsində uşağın soyundurularaq təcili əməliyyat otağına verilməsi və təcili əməliyyatın başlanması

D) B bəndinə göstərilənlər olunur və cərrahi əməliyyat həyati-vacib funksiyaların tam bərpa olunmasına qədər 5-6 saat təxirə salınır.

E) Qəbul şöbəsində uşağa soyundurularaq reanimasiya (palataya) şöbəsinə verilir, sonra periferik venaların kateterizasiyası olunur.



385. Kəllə-beyin travması ilə birgə ətrafların sınıqları zamanı kompression-distraksion osteosintezin icra olunmasına mütləq göstərişə hansılar aiddir?

A) Ətrafların yerdəyişmə ilə böyük seqmentli açıq metadiafizar sınığı

B) Saidin hər iki sümüyünün qapalı sınığı

C) Ətrafların yerdəyişməsiz böyük seqmentli qapalı metadiafizar sınığı

D) Böyük oynaqlarda oynaqdaxili sınıq

E) Baldırın hər iki sümüyünün qapalı köndələn sınığı



386. Uşaqlarda sınıqların müalicəsində hansı üsulun tətbiqi daha məqsədə uyğundur ?

A) Birmamentli repozisiya və gips longeti qoymaq

B) İntramedulyar osteosintez

C) Skelet dartması

D) Lövhə qoyulması

E) Açıq repozisiya



387. Göstərilən sınıqlardan hansı uşaqlar üçün daha xarakterikdir?

A) Yaşıl budaq tipli sınıq

B) Qəlpəli

C) Bucaqaltı yerdəyişmə

D) Köndələn

E) Çəp



388. "Ördək yerişi" qeyd olunan patologiyalardan hansı üçün xarakterikdir?

A) Anadangəlmə ikitərəfli bud-çanaq oynağı çıxığı

B) Anadangəlmə birtərəfli bud-çanaq oynağı çıxığı

C) Marfan xəstəliyi

D) Daun xəstəliyi

E) Uşaq serebral iflici



389. Qeyd olunan patologiyalardan hansına ətrafların uzun olması xarakterdir?

A) Marfan xəstəliyi

B) Uşaq serebral iflici

C) "D" vitamini hipovitaminozu

D) Xondrodisplaziyalar

E) Daun xəstəliyi



390. Sümük sisteminin inkişaf qüsurları zamanı sadə və qeyri-invaziv müayinə üsulu hansıdır?

A) Rentgenoqrafiya

B) Ultrasəs müayinə

C) Kompyuter tomoqrafiya

D) Sinsitoqrafiya

E) Maqnit rezonans tomoqrafiya



391. Barmaqların sayının az olması necə adlandırılır?

A) Ektrodaktiliya

B) Polidaktiliya

C) Sindaktiliya

D) Araxnodaktiliya

E) Braxidaktiliya



392. Xəstənin müayinəsi zamanı III-IV əl barmaqlarının bir-birinə birləşməsi qeyd olunur. Diaqnoz nədir?

A) Sindaktiliya

B) Ektradaktiliya

C) Araxnodaktiliya

D) Polidaktiliya

E) Braxidaktiliya



393. Anadangəlmə əzələ mənşəli əyriboyunluğun səbəbi hansıdır?

A) Miogen deformasiya

B) Nevrogen deformasiya

C) Desmogen deformasiya

D) Konstitusion deformasiya

E) Dermo-desmogen deformasiya



394. Anadangəlmə əzələ mənşəli əyriboyunluğun etiopatogenezi hansıdır?

A) Döş-körpücük məməyə bənzər əzələnin inkişaf qüsuru

B) Ürəyin işemiyası

C) Iltihab nəzəriyyəsi

D) Dölün qeyri düzgün yerləşməsi

E) Doğuş zamanı travma



395. Anadangəlmə əzələ mənşəli əyriboyunluğun əlamətləri nə vaxt üzə çıxır?

A) 3 ayliq dövründə

B) Bu dövrdə kliniki simptomlar müşahidə edilmir

C) Doğuşdan 10-14 gün sonra

D) 1 ayliq dövründə

E) Doğuşdan 3-5 gün sonra



396. Anadangəlmə əzələ əyriboyunluğu zamanı başın qeyri-düzgün vəziyyəti necə qeyd edilir?

A) Baş zədələnmiş tərəfə əyilir və əks tərəfə fırlanır.

B) Baş zədələnmiş tərəfə fırlanır.

C) Baş zədələnmiş əzələ tərəfə əyilir

D) Baş sağlam tərəfə fırlanır.

E) Baş sağlam tərəfə əyilir



397. Əyriboyunluğun konservativ müalicəsini nə vaxt başlamaq lazımdır?

A) 2 həftəlikdən

B) Anadan olandan

C) 0,5-1 yaşından

D) 2-5 aylıqdan

E) 1 yaşdan sonra



398. Əyriboyunluq zamanı konservativ müalicə effekt vermədikdə cərrahi əməliyyat neçə yaşında olunur?

A) 3-4 yaşında

B) 2 yaşa qədər

C) 1 yaşa qədər

D) 5 aylığa qədər

E) 3 yaşa qədər



399. Əyriboyunluğun cərrahi müalicəsinə mütləq göstəriş hansıdır?

A) Boynun və üzün artan asimmetriyası

B) Qamətin pozğunluğu

C) Gələn və gedən strobizm

D) Qamətin və görmənin pozulması

E) Görmə itiliyinin pozulması



400. Qıfvari köks qəfəsi nə ilə xarakterizə olunur?

A) Döş sümüyünün ona birləşən qabırğaların qığırdaqları ilə birlikdə içəriyə doğru batması

B) Döş qəfəsinin ön-arxa ölçüsünün artması

C) Döş qəfəsinin ön-arxa ölçüsünün azalması

D) Ön döş dıvarının batması

E) Arxa döş dıvarının önə çıxması



401. Polidaktiliya zamanı cərrahi müalicə nə vaxt məsləhət görülür?

A) Bir yaşında

B) 5 yaşından sonra

C) Uşağın birincı aylığında

D) 3 yaşa qədərki dövrdə

E) 3-5 yaş arası



402. 5-6 yaşlı uşağın “mil sümüyünün” başının çıxığı zamanı cərrahi müalicəyə nə göstərişdir?

A) Mil sümüyünün əyriliyi 40o-dən çox olması

B) Birbaşa göstərişdir

C) Ağrının olması

D) Hərəkət məhdudiyyəti və ağrıların olması (böyümə dövründən sonra)

E) Rotasion hərəkətlərinin məhdudluğu olduqda



403. Barmaqların sayının az olması ilə müşahidə olunan inkişaf qüsurlarını secin:

A) Ektrodaktiliya

B) Sindaktiliya

C) Polidaktiliya

D) Anadangəlmə amputasiya

E) Barmaqların anadangəlmə qısalığı



404. Anadangəlmə əyripəncəlik zamanı pəncənin patoloji yerləşməsi nələrdən ibarətdir?

A) Yaxınlaşmadan, supinasiya və pəncənin bükülməsindən

B) Yaxınlaşmadan, pronasiya və bayır bükülməsindən

C) Pəncənin ekvinus vəziyyətindən

D) Uzaqlaşmadan, supinasiya və pəncənin bükülməsindən

E) Yaxınlaşmadan, pronasiya və pəncənin orta vəziyyətdə fiksasiyasından



Kataloq: load -> imt9
imt9 -> Müalicə-profilaktika fakültəsinin V kurs tələbələri üçün imtahan testləri Uşaqlarda tənəffüs sisteminin xəstəlikləri
imt9 -> Lor mpf V kurs. Az sektor. Hansı əlamətlər adenotomiya əməliyyatına göstərişdir
imt9 -> Urologiyadan testlər sidik axarının intramural hissəsinin daşı olduqda ağrılar irradiasiyası edir
imt9 -> MÜALİCƏ-profilaktika və pediatriya faküLTƏLƏRİ TƏLƏBƏLƏRİ ÜÇÜn məHKƏMƏ TƏbabəTİ FƏNNİ ÜZRƏ testləR
imt9 -> 1. Disfunksional uşaqlıq qanaxması rast gəlinir: a yuvenil dövrdə b südəmər dövrdə
imt9 -> 1. Sinus bradikardiyas ı üçün xarakterik ekq?
imt9 -> 1. Penisillinl ə rd ə n hans ı venadaxilin
imt9 -> 1. Hans ı ə lam ə tl ə r adenotomiya
imt9 -> 1. h ə zm qastritin diaqnostikas ını n ə sas ını

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə