3 Əmək vərdişləri və texnoloji biliklər



Yüklə 347,49 Kb.
tarix23.02.2017
ölçüsü347,49 Kb.
#9412





3-3. Əmək vərdişləri və

texnoloji biliklər
Təcrübə və müşahidələr, nəhayət,

elə ölçüyə çatır ki, istehsal prosesi

elmin tətbiq sahəsinə çevrilir.

K.Marks
Bəşər tarixinin ilk mərhələsi, daha doğrusu tarixdən əvvəlki dövr, müxtəlif coğrafi bölgələrdə nə qədər müxtəlif və rəngarəng olsa da, bütün xalqlar üçün əsasən eyni səciyyə daşımışdır. Daha doğrusu, müasir dövrün uzaqlığından ba­xanda təfərrüatlar nəzərə çarpmır.

İnsanın bir insan kimi, cəmiyyətin üzvü kimi, forma­laşması prosesi təbii mühitin spesifikasından qismən asılı olsa da, daha çox ümumi cəhətlərə malik olmuşdur.

Bu ümumilik ən çox texniki tərəqqidə özünü göstə­rir. Texnika dedikdə XXI əsrdə yaşayan adamların ağlına ilk növbədə elektronika, traktor, kompyüter, raket, mürəkkəb avtomat qurğular düşür. Lakin müasir həddə gəlib çatana qədər texnika uzun tarixi inkişaf yolu keç­mişdir. Biz daha artıq xışın, kotanın, dəryazın, hətta belin, toxanın, rəndənin, çəkicin texniki tərəqqidə mühüm bir mərhələ olduğunu unu­duruq. Halbuki onlar bu gün də istifadə olunmaqla davam edir. Digər tərəfdən də, keçmişimiz üçün ənənəvi olan tex­nika bizim həyat tərzimizə daxil olmuş, bədii ədəbiyyatda və incəsənətdə də öz əksini tapmışdır. Bu texnika növləri bizim üçün doğmadır, çünki bizim milli mədəniyyətimizin tərkib hissəsidir. Çünki onları biz başqa xalqlardan hazır şəkildə almışıq. Onları bizim ulu babalarımız özləri ixtira edib, tək­milləşdirib və istifadə ediblər.

Müasir texnika isə, çox təəssüf ki, əsasən xarici ölkə­lərdə, baş­qa xalqların yaradıcılığının məhsulu kimi meydana gəlir və bizim həyatımıza hazır şəkildə daxil olur. Bu da bir ölkənin başqa ölkədən iqtisadi və texnaloji asılılığına gətirib çıxarır.

Bəli, proseslər öz təbii axını ilə getdikcə təbii-tarixi proses özü­nə ən optimal yol seçir və müxtəlif regionlarda özü-özünü təkrar edir.

Lakin elə ki, nisbətən sürətli inkişaf yolu keçən xalq­lar müəy­yən mütəşəkkillik qazandıqdan sonra həmin tarixi inkişaf yolunun hələ aşağı pilləsində olan xalqlarla təmasda olur, onda təbii-tarixi pro­ses kənar təsirə məruz qalır.



Texnikada daha artıq milli mədəniyyətin tərkib his­səsi olur. İn­san ilə texnika arasın­da­kı daxili vəhdət pozulur, ahəng və bu ahən­gin bərpa olunması üçün xüsusi məqsəd yoxdur.

Lakin bütün bunlar ta­rixin sonrakı mərhələlərində baş verir. Tarixin ilk mərhələ­sində isə texniki tərəqqi insanın inki­şafının tərkib hissəsi kimi həyata keçir. Texnikanın tarixi maddi istehsal başlandığı vaxt­dan başlanır. Onu yaradan əsas səbəb insanın təbii ehtiyaclarıdır. İnsan yaşamaq üçün yeməlidir, geyməlidir. Təbiətin dəyiş­kən və bəzən də sərt iq­limindən qorunmaq, daldalanmaq üçün özünə münasib yer tapmalıdır. Lakin insan heyvan­lar­dan fərqli olaraq bütün ehtiyac­ları­nın təbiətdə hazır şəkildə olan şeylər hesabına ödəyə bilməz.

Heyvanlar alətsiz fəaliyyət göstərir. Onlar yalnız öz tə­bii or­qan­larının – əqlin, ağızın və s. köməkliyi ilə özlərini təbiətdə hazır olan qidalarla təmin edir. İnsan isə alətlərdən is­tifadə etməklə öz təbii or­qanlarının imkanlarını artırır. İn­sanın ilkin istifadə etdiyi alətlər tə­biətdə hazır şəkildə möv­cud olan şeylərdir. Ucu iti daş parçaları, düz, hamar və möhkəm ağac budaqları və s. insanın əlinin imkanlarını ar­tırmaq üçün, onu daha bərk və daha uzun etmək üçün isti­fadə olunurdu. Sonralar tədricən bu vasitələr digər təbii va­sitələrin kö­məyilə istifadə üçün daha yararlı vəziyyətə sa­lındı.

İstehsal vasitələrinin – alətlərin hazırlanması və tək­milləşdiril­məsi prosesi bəşəriyyətin bütün sonrakı tərəqqisi­nin əsasında durur. Əvvəlcə, təbiətdə hazır şəkildə olan şey­lərdən istifadə edə bilmək üçün əl özü təkmilləşir. İnsan alətdən istifadə etmək vərdişləri qazanır. Son­ra alətlərin özünü təkmilləşdirmək üçün insan digər alətlərin kömə­yin­dən istifadə edir və yeni əməliyyatlar aparmalı olur. Bu əmə­liyyat­la­rın dəfələrlə təkrar olunması nəticəsində yeni əməli vərdişlər for­malaşır.

İnsanın ilk tarixi inkişaf dövründə əldə etdiyi əməli vər­dişlərin çoxu onun özündə in­stink­tiv şəkildə mövcud idi. Bəzi vərdişlər isə hey­vanlar, quşlar və hətta həşərat üçün in­stinktiv həyati fəaliyyətin əsa­sını təşkil edirdi. Belə ki, hörümçək tor hörməyi, arı pətək düzəlt­məyi, qarışqa yeri qazaraq yuva tikməyi və s. kortəbii surətdə baca­rırdı. Lakin bütün bu əməliyyatldar zamanı onlar ancaq təbiətdə hazır olan şeylərdən, özləri istifadə edirlər. Siçan ağacı hansı isə bir alətlə yox, öz dişləri ilə kəsirdi. Arı çiçəklərdən şirəni öz orqanizminin ver­diyi imkan sayəsində çəkirdi. İnsanın təbii orqanları, əli, ayağı, ağzı isə hər ansı xüsusi bir fəaliyyətə uyğunlaşmışdı. O öz təbii orqanları­nın qabiliyyətini artır­maqdan ötrü müxtəlif məqsədlər üçün müxtəlif əş­yalardan istifadə etməli olurdu. Alətlər isə çox müxtəlif idi. Bu isə in­sanın daha hərtərəfli, universal fəaliyyət göstərməsinə mey­dan açır­dı.

İnsanın istifadə etdiyi bütün təbii vasitələr içərisində onun son­rakı həyatında ən çox rol oynamış olan vasitə od­dur. Təbii şəkildə möv­­cud olan odun bəzi xüsusiyyətləri, qızdırmaq, yandırmaq, işıq salmaq heyvanat aləminə də bəlli idi. Lakin bu xüsusiyyətlər dərk olunmadığından ancaq qorxu hissi doğururdu.

İnsan qorxu səddini keçərək odu ram etdikdən sonra yəni onu arzu olunan bir şey kimi qəbul edib istədiyi vaxtda od əldə etməyin qaydasını öyrəndikdən sonra bütün heyva­nat aləmi ilə müqayisədə böyük üstünlük qazanmış oldu. Nağıllarda, hekayələrdə, multiplika­siya filmlərində insanın dostu və başlıca silahı kimi təsvir olunan «qır­mızı çiçək» məhz odun metaforik işarəsidir. Oddan vəhşi heyvanlara qarşı mübarizə vasitəsi kimi, qızınmaq üçünmü, qidaların hazırlan­ması, bişirilməsi üçünmü istifadə etmək və bununla bağlı olan əməli vər­dişlərin qazanılması texniki tərəqqinin bir istiqamətidir. Lakin əsas məsələ oddan istifadə etməzdən əvvəl onu əldə etməyin qaydasını bil­məkdir. Sürtmə yolu ilə od əldə edilməsi o dövrdə insanın ən böyük texniki nailiyyəti idi.

Od sonralar əmək alətlərinin düzəldilməsində, metalla­rın istə­nilən formaya salınmasında mühüm vasitə oldu, daha mükəmməl alət­lər yaradılmasına xidmət etdi.

İnsanın tarixən ilk praktik fəaliyyət prosesində əldə et­diyi əməli biliklər tədricən toplanaraq gerçəklik haqqında geniş, hərtə­rəfli, sis­tem­li biliklər toplusunun əldə edilməsi üçün əsas oldu. İn­san ətra­fın­dakı şeylərin xassə­lə­rini öyrən­dikcə, daha böyük əmə­li nailiyyətlər əldə etdiyini gör­dükcə gerçəkliyi məqsədli surətdə öyrən­məyə başladı. İlk nəzəri bi­liklər yarandı. Əməli və nəzəri bi­liklərin bölgüsü getdikcə dərin­ləşdi. Ger­çək­liyi dəyişdirmək de­yil, sadəcə olaraq öy­rənmək istə­yən adamların sayı getdikcə artdı. İlk elmi bilik­lər və alimlər yarandı. Əldə edilmiş bilik­lər gec və ya tez əməli fəaliyyət sahəsində istifadə olun­mağa başladı. Elmlə texnikanın tarixi ittifaqı belə başlandı.

İnsanın öz maddi tələbatını ödəmək üçün göstərdiyi fəaliyyət getdikcə daha çox vasitəli xarakter daşımağa baş­ladı. İnsanlar yalnız bu gün üçün olan ehtiyaclarını düşünməklə kifayətlənmədi. Gerçəklik haq­qında daha çox bilik əldə etdikcə, səbəbiyyət əlaqələrini dərk etdikcə bir qism hadisələrin necə cərəyan edəcəyini irəlicədən görmək, onları proqnozlaşdırmaq imkanı açıldı.

Yuxarıda qeyd edildiyi kimi, yaşayış üçün zəruri olan məhsul­ların təbiətdən hazır şəkildə tapılması heç də həmişə asan olmur. Ya­xud bu məhsulların təbiətdə necə ye­tişdiyini, onların xassələrini öy­rən­dikcə insan məhz özünə lazım olan məhsulların yetişməsi üçün la­zı­mi şərait yarat­mağa çalışır. İnsan ilkin özünü təminat vasitəsi olan ovçuluq heç də həmişə uğur gətirmir. Ov alətləri nə qədər qədər tək­milləşsə də burada təsadüf həlledici rol oynayırdı. Heyvanla­rın istə­nilən vaxt faydalana bilmək üçün onlarla müntəzəm əlaqə yaradılmalı idi. Bəzi heyvanların tədricən əhliləşdiril­məsi insanların həm öz qida tələbatını ödəməsi, həm də on­lardan iş qüvvəsi kimi istifadə olunması imkanı yaradırdı. Digər tərəfdən lazımlı bitkilərə qulluq edilməsi, təbii yolla bitən bitkilərin təsadüfi surətdə məhv olmasının qarşısını almaq cəhdləri və nəhayət, onların məqsədyönlü surətdə əkilib çoxaldılması sivilizasiyanın çox mühüm şərtlərindən biri olan əkinçiliyin yaran­masına səbəb oldu. Vəhşi heyvan­ların əhliləşdirilməsi – maldarlığın yaranması və qida, geyim və s. məqsədlər üçün istifadə olunan faydalı bitkilərin əkilib – becərilməsi – əkinçiliyin yaranması bəşəriyyətin tə­rəq­­qi­sində sürtmə yolu ilə od əldə edilməsinin kəşfindən sonra ən bö­yük nailiyyət idi. Bununla böyük ictimai miqyasda əmək bölgüsünün əsası qoyulmuş oldu.

Maldarlıq və əkinçiliyin inkişafı iki mühüm şərtlə bağlı idi. Bi­rincisi, heyvanları əhliləşdirmək, onları qoruyub saxlamaq və onların yal­nız ətindən deyil, müntəzəm surətdə verdikləri əlavə məhsullardan (süd, yun və s.) istifadə etmək üçün, faydalı bitkiləri əkib-becərmək üçün əvvəlcə onların üzərində müşahidələr aparmaq, onların necə çoxal­­dığını, böyüdüklərini, nə kimi xassələrə malik olduqlarını öy­rən­mək lazım idi. Daha sonra bitki və heyvanat aləmində öz məqsəd­lərinə uyğun dəyişikliklər yaratmaq üçün insan hə­min bilikləri tətbiq et­məli, yeni əməli vərdişlər qazanmalı idi. Həm əkinçilik, həm də mal­darlıq sahəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün yeni tipli əmək alətləri lazım idi. Beləliklə həmin dövrdə yeni əməli vərdişlərin və əmək alətlə­rinin yaranması – texnikanın inkişafı və əsasən yeni əmək sahələrinin: əkinçilik və maldarlığın tələblərinə uyğun su­rətdə baş verirdi.



İnsanın təbitət haqqında bilikləri artdıqca və bilava­sitə isteh­lakdan, yəni təbiətdən bilavasitə yarınmaqdan vasi­təli istehlaka keç­dikcə alətlərin növü də artır, zənginləşirdi. Alətlərin nədən, hansı ma­te­rialdan düzəldilməsinin də çox böyük rolu var idi. Təbiətdə hazır şəkildə tapılan daş, sü­mük, ağac və s. mürəkkəb texniki qurğuların ya­radılması üçün kifayət deyildi.

Yeni daş dövründə, neolit­də (b.e.ə. 5000-3000 illər) adamlar artıq hamarlanmış, pardaqlanmış daş alətlərdən istifadə edirdi. Əmək alətlərinin yaradılması xü­susi əməli vərdişlər və biliklər tələb etdiyin­dən bu işi daha hamı yox, onu daha yaxşı bacaran və ancaq alət dü­zəltməklə məşğul olan adamlar – sənətkarlar görməyə başladı. Əgər ey­ni adamlar həm əkin­çilik, həm də maldarlıqla məşğul olurdu­larsa, alət düzəl­dilməsi ilə tamam başqa adamlar məşğul ol­mağa başladı. Torpaqdan, kənddən ayrılmış olan və get­dikcə daha çox ixtisaslaşan sənətkarların meydana gəlməsi şəhər­lərin yaran­masına və inkişafına böyük təkan verdi. İlk tam əmək böl­güsü də bu vaxtdan başlandı.

Sənətkarlığın müstəqil əməli fəaliyyət sahəsinə çevril­məsi, şə­hərlərin yaranması, digər tərəfdən də alətlərin dü­zəldilməsində metal­lardan istifadə olunmasına başlanması texnikanın inkişafında yeni bir mərhələ açdı. Sivilizasiyanın təməli qoyuldu.

Metallardan istifadə edilməsi, əlbəttə, birdən-birə me­tal alət­lərin düzəldilməsindən başlanmayıb. Metallar əv­vəlcə qədim insanları öz parıltısı ilə cəlb edib, onlardan əy­ləncə və zinyət şeyi kimi istifadə olu­nub. Məsələ burasında­dır ki, heç də bütün metallar təbiətdə saf halda rast gəlmir. Ən çox qızıl və mis ayrılıqda, külçə halında rast olu­nur. Həm də onları tapmaq asan məsələ deyildi. Təsadüfi deyil ki, «me­tal» sözünün özü də yunan dilində «axtarmaq» mə­nasını verir. İn­sanlar təbiətdə hazır şəkildə əldə etdikləri şeyləri tədricən öyrənir, on­lardan hansı məqsədlə istifadə etmək mümkün olduğunu müəyyənləş­dirməyə çalışırdılar. Teofrastın dediyi kimi, əldə olunan şeylər ya əy­ləncə, ya fayda üçün, ya da həm əyləncə, həm də fayda üçün istifadə olunurdu. Əldə olunmuş metallara da insanlar tədricən xeyir, fayda baxımından yanaşmağa başladı. Daş alətlər daha bərk olduğundan in­sanlar mis əldə etdikdən sonra da uzun müddət daş alətlərdən isti­fadə edirdilər. Hər şey misin əridilib başqa metallarla qarışığından dü­zələn bürünc əldə edilənə qədər beləcə davam edirdi. Amma bürünc alətlər öz keyfiyyətinə görə daş alətlərdən xeyli üstün olduğuna görə b.e.ə. III-II minilliklərdə daha çox bürünc alətlər yayılmağa başladı. Bununla da daş dövrü bürünc dövrü ilə əvəz olundu.

Metalların əridilməsi və onlardan tökmə yolu ilə müəyyən for­malı alətlər düzəldilməsi texniki vasitələrin müxtəlif yeni növlərinin yaradılmasına imkan açdı. Digər tərəfdən də metaldan düzəldilən kə­sici alətləri daha yaxşı itiləmək olurdu. Metal alətlərin düzəldilməsi və təmir edil­məsi ayrıca bir peşə sahəsinin yaranmasına səbəb oldu ki, bu sənət bizə dəmirçilik kimi məlumdur.

Həmin dövrdə təkərlərin düzəldilməsi və heyvanların gücündən is­tifadə edilməsi yük daşınmasını xeyli asanlaş­dırdı və insanların fəa­liy­yət dairəsini genişləndirdi.

Yeni əməli vərdişlər qazandıqca insan təbiətdə baş ve­rən və özü­nün yaratdığı hadisələr haqqında bilikləri qay­daya salmağa və qeydə almağa ehtiyac hiss edirdi. Müxtəlif simvolların, rəqəmlərin, heroqliflərin və daha sonra yazının üzə çıxması, ölçü əməliyyat­ların­dan istifadə edilməsi, ilk he­sab üsullarının kəşfi əməli biliklərlə yanaşı elmi biliklərin də tədricən formalaşdığına dəlalət edirdi. Elmi bilik­lərin sonrakı inkişafı müasir sivilizasiyanın artıq daha çox qərar­laşdığı dövrə – e.ə. I minilliyə təsadüf edir.

Şüurun nisbi müstəqillik əldə etməsində, biliklərin və nitqin yaranmasında neytral müşahidənin rolu böyük ol­muşdur. Seyr özünə maddi fəaliyyətdən fərqli olan ikinci çıxış yolu tapır. Bu yol məntiqi təfəkkürdən və onun nəticəsi olan biliklərdən keçərək, dil və nitq vasitəsilə maddi dünyaya gətirib çıxarır. Biliklər sözlə ifadə olunduq­dan son­ra ayrıca bir fərdə mənsub olaraq qalmır – ictimailəşir. Bu mər­hələdə biliklərin ictimai sintezi və tətbiqi yeni sə­viyyəli və yeni ma­hiyyətli praktika doğurur. Mənəvi və maddini özündə üzvi surətdə bir­ləşdirən və bir fərd miqya­sında həyata keçən praktika indi getdikcə daha böyük icti­mai miqyas alan mürəkkəb proseslə – praktikadan baş­lanan və çoxpilləli idrak yolu keçərək yenə də praktika ilə ta­mam­lanan yeni keyfiyyətli praktika mərhələsinə keçid prosesi isə müasir dövrdə elmi-texniki tərəqqi ilə bağlıdır. Əvvəllər bu keçid bir fərd miqyasında baş ve­rirdi. Hər kəs öz zehni bi­lik­lərini əməli fəaliyyətə tət­biq et­mək üzərində özü düşünürdü. La­kin müasir dövrdə bütöv sosial sistem olan elmdən maddi isteh­sala keçi­din təmin olunması ic­ti­mai miq­yas­lı xüsusi fəaliyyət tə­ləb edir.


İnsan həyatı çoxcəhətli və zəngindir. Ehtiyaclar müx­təlif ol­duğundan insanın qarşısına qoyduğu məqsədlər də, əldə etdiyi biliklər də, yiyələndiyi vərdişlər də müxtəlif olur. Ona görə də, əməli fəaliyyət heç də təkcə maddi isteh­salla məhdudlaşmır; o həm zehni fəaliyyəti (elm, incəsənət və s.), həm də fiziki fəaliyyətin şüurlu surətdə həyata keçirilən digər (istehsaldan fərqli) aspektlərini (məişət, nəqliyyat, id­man, hərbi sahə və s.) əhatə edir. Hər bir məqsədəuyğun fəaliy­yətin müm­künlüyü üçün müəyyən obyektiv vasitələr lazım­dır ki, bunların məcmuyu da texnikanın məhz həmin fəaliy­yətə uyğun olan növlərini təşkil edir.

Müasir tədqiqatların çoxunda «texnika» və «maşın» anlayışları eynihüquqlu anlayışlar kimi, bəzən isə hətta sinonim kimi işlədilir. Halbuki, «texnika» anlayışına maşınla yanaşı sadə alət də, bu alət və maşınlardan istifadə vərdişləri də daxiddir. Bu anlayışa hələ Aristo­telin əsərlərində də müraciət edilmişdir və heç də istehsal texnikası mə­nasında – əmək vasitələri, yaxud maşın məna – deyil, müvafiq sahə­də­ki qabiliyyət, mənimsənilmiş vərdişləri mənasında. Bu heç də birtərəfli yanaşma nəticəsi olmayıb, texnika tarixində olduq­ca mühüm bir ob­yektiv prosesin ifadəsidir. Təsadüfi deyil ki, texnika qədim yunan dilində sənətkarlıq, qabi­liyyət, bacarıq mənasını verir.

Bəşər tarixi, əmək tarixi ilə birgə başlanır. Əmək ümumiyyətlə fəaliyyətdən fərqli olaraq məhz ilk əməli vər­diş­lərin və praktik bilik­lərin formalaşması ilə müşayiət olu­nur. Zira əmək məqsədəuyğun fəa­liyyətdirsə və məqsədə­uy­ğun­luq hər bir konkret şəraitdə dəyişdirici tə­sir­lərin istənilən istiqamətlərə deyil, yalnız müəyyən üstün istiqamətə yönəl­dilməsidirsə, bu həm də o deməkdir ki, həmin istiqamətdəki iş vaxtaşırı olaraq təkrar edilməlidir. Müəyyən işi uğurla təkrar etmək üçün isə bu işə aid zəruri bilikləri yadda saxlamaq tələb olunur. De­məli, əməyin formalaşması prosesi praktik biliyin formalaşması ilə paralel surətdə həyata keçir.

Beləliklə, məqsədəuyğun fəaliyyət öz-özünə mümkün deyil. Onun icrası müəyyən zəruri vasitələr hesabına müm­kün olur. İnsan ilə əmək predmetinin əlaqəsi – əmək adlan­dırdığımız proses ilk növbədə müəyyən əməli vərdişlərə yiyələnmiş əlin fəaliyyəti sayəsində həyata keçir. Əlin im­kan­larını artırmaq üçün düzəldilmiş süni vasitələr ol­madıqda, xüsusən ilk tarixi dövrlərdə təbii vasitələrdən isti­fadə vər­diş­ləri mühüm rol oynamışdır. Əlin özünün idarə olunması, onun pred­met üzərində ustalıqla əməliyyat apar­ması əməli fəaliyyətin uğurla nə­ti­cələnməsi üçün zəruri şərt idi. Deməli, ustalıq, qabiliyyət, əmək vər­dişləri o dövrün əsas texniki vasitəsi idi. Nəsillərin əvəzlənməsi şə­ra­itin­də əməyin forma­laşması prosesinin bütövlüyünü, kəsilməzliyini tə­min edən məhz bu vərdişlərin nəsildən-nəslə ötürülməsi olmuşdur. Vərdişlər ayrı-ayrı fərdlərin məxsusi fəaliy­yət­lə­rin­də müxtəlif məzmun daşımamış, müəyyən sabitliyə və ümumiliyə malik olmuş, bütövlükdə ictimai fəaliyyətin xa­rakteristikası kimi çıxış etmişdir.

Sonrakı tarixi inkişaf mərhələsində əməyin texniki va­sitələrinə vərdişlərlə birlikdə süni alətlər də daxil olmuşdur. Bu alətlər onlardan istifadə etmək qaydaları – yeni key­fiy­yət­li əməli bilik texnologiya ilə birlikdə meydana gəlmişdir. Yeni texnologiya əməkçi adam qarşısında müvafiq əməli vərdişlərə yiyələnmək tələbini qoymuşdur. Yeni alətlər, yeni texnologiya və yeni vərdişlər nəsildən-nəslə ötürülərək tək­milləş­miş və ictimai tərəqqinin həmin dövr üçün başlıca sə­ciyyəsinə çev­rilmişdir.

Fərz edək ki, alətlər qalmış, lakin onlardan istifadə etmək qay­daları yeni nəslə çatmamışdır. Onda bu alətlərin özlüyündə bir xeyri ola bilərmi? Yox. Bu halda eyni bir tarixi inkişaf mərhələsi təzədən ke­çilməli olardı. Yeni nəsil bu alətləri ondan istifadə qaydaları ilə bir­likdə təzədən kəşf etmək məcburiyyəti qarşısında qalardı. Əgər biz in­sanın məqsədəuyğun fəaliyyətinə xid­mət edən və bir fərd miq­ya­sından kənara çıxaraq ic­ti­mai­ləşən, ob­yektivləşən (ondan isti­fadə edən­lərin şəx­siyyətindən asılı olma­yan) vasitələri müəy­yən bir ter­minlə istifadə etmək istəyiriksə, onda bu terminə əmək alətləri ilə birlikdə mütləq bu alət­lərdən isti­fadə vərdişlərini də daxil etməliyik. İstifadə qay­dası mə­lum olmadıqda alət, alətsiz isə istifadə qaydası heç nəyə yaramır. La­kin alətdən istifadə qaydası hələ tex­nikaya yox, əməli biliyə aiddir və texnologiya anlayışında əhatə olunur. Lakin bu bilik başın sərən­ca­mın­dan çıxıb, əlin sə­rən­camına kec­dikdə, qabiliyyətə çevrildikdə vər­diş anlayı­şında əhatə olu­nur və texniki vasitə kimi çıxış edir. Vərdiş və alət üzvi surətdə bağlıdır və vahid sistemə daxildirsə onları ayırıb müx­təlif terminlərlə ifadə etməklə ictimai fəaliyyət haqqında tamam­lanmış təsəvvür əldə oluna bilməz.

Texnikanın inkişafında sonrakı ən mühüm mərhələ işçi ma­şınların kəşfi (sənaye inqilabı) ilə bağlıdır. İşçi ma­şınların əsas funk­siyası bundan ibarətdir ki, əmək predmeti üzərində əvvəllər bilavasitə insanın gördüyü işi indi maşın görür. K. Marks yazır: «Hər bir mü­kəmməl maşın qurğusu bir-birindən çox fərqli olan üç hissədən: mü­hər­rik maşından, ötürücü mexanizmdən və nəhayət alət-maşı­nın­dan, yaxud iş maşınından ibarətdir... Əgər iş maşınına yaxın­dan nəzər salsaq görərik ki, həmin maşın çox zaman xeyli dəyişilmiş şəkildə olsa da, ümumiyyətlə və bütünlükdə sənətkar və manufaktura fəhləsi tərəfindən işlədilən eyni aparat və alətlərdən ibarətdir; lakin bunlar daha əl alətləri deyildir, me­xanizmin alətləridir, yaxud mexaniki alət­lərdir».1 Belə­lik­lə, maşınlar nəinki təkcə canlı əməyi, həmçinin fəh­lənin özü­nü və onun peşə alətini əvəz edir.

Əslində maşın insanın görə bildiyi işlərin yalnız o hissəsini əvəz edə bilir ki, onlar vərdiş hesabına görülmüş olsun. Deməli, bilavasitə fəaliyyət üçün və ya sadə alətlər vasitəsilə işləmək üçün əsrlərdən bəri qazanılmış olan əvvəlki vərdişlər maşınla əvəz edilir və nəticədə on­ların əksəriyyəti gərəksizləşir və sıradan çıxır. Lakin əgər bu vərdişləri maşın əvəz edirsə, bu heç də texnikanın təkcə maşınlarla məhdud­laş­ması demək deyildir, zira indi də yeni vərdişlər – maşın­ları idarə et­mək vərdişləri formalaşmağa başlayır.

Beləliklə, texnikanın inkişafının müxtəlif mərhələ­lərin­də əvvəl­cə sadə alətlər, sonra isə maşınlar bu vaxta qədər vərdişlərin bir qis­mini əvəz etmiş və yeni vərdiş formalarının yaranmasına səbəb ol­muşdur.

Əgər bu iki tərəf: vərdişlər və əmək vasitələri arasında qarşılıqlı keçidlər mövcuddursa, deməli onları əks etdirməli olan anlayışın (tex­nika) stabilliyi yalnız onların hər ikisinin əhatə edilməsi sayəsində ödə­nilə bilər. Hələ indəyədək fəlsəfi fikirdə «vərdiş» anlayışının ma­hiyyəti düzgün aydınlaşdırıl­mamışdır. Vərdiş – şüur hadisəsindən da­ha çox obyektiv ha­di­sədir, daha doğrusu, obyektivləşmiş, özgələşmiş şüurdur. Ne­cə ki, alət-texnika, maşın-texnika əslində elmi-praktik bi­lik­lərin, konstruktor təxəyyülünün insandan kənardakı şey­lərdə özgə­ləşməsidir, eləcə də vərdiş-texnika praktik biliklə­rin insanın öz əlində özgələşməsidir.

Müvafiq əməli vərdişə malik olan əl alətlə birləşdikdə «canlı əmək» yaranır. İnsanın «mən»i isə prinsipcə bu sis­tem­dən kənarda ola bi­lər. Əslində corab toxuyan qadın tamam başqa mövzuda fikirləşib danışa bildiyi kimi, dəzgah işlədən peşəkar usta da mənən həmin dəzgaha bağlı olmur. Burada bağlayıcı vasitə yalnız əldir ki, o da mad­di ol­duğundan onun funksiyası prinsipcə maşına da keçirilə bilər.



Doğrudan da, texnikanın hər bir sonrakı inkişaf mər­hələsində əlin əvvəlki, funksiyasını əvəz edən, insanın əmə­li vərdişlərinə «yiyə­lənmiş» olan maşınlar peyda olur. Kom­pleks maşının strukturuna in­sanın bu va ya digər funk­siyasını əvəz edən müxtəlif komponentlər daxil edildikcə o daha çox avtomatlaşmış olur. İnsan özü isə canlı avtomat olmaq xüsusiyyətindən getdikcə azad olur və daha çox məhz şüurlu varlıq kimi fəaliyyət gös­tərir, yaradıcı əməklə məşğul olur. La­kin bunula belə, müəyyən peşə sahələrində nə qədər ki, insan əməyini hələ avtomatla əvəz et­mək mümkün olmamışdır, əməli biliklərin vər­diş halına keç­məsinə, insan əlinin avtomat­laş­ma­sına böyük ehtiyac vardır. Mə­sələn, cərrah üçün tibbi biliklərə yiyələnmək hələ kifayət deyil. Bu işdə qazanılmış biliklərin vərdiş halına keçməsi daha mühüm şərtdir. El arasında yaxşı cərrah haqqında, yaxşı usta haqqında söy­lənən «əlləri qı­zıl­dır» ifadəsi də təsadüfi deyil. Burada be­yi­nin «qızıl» ol­ması köməyə gəlmir, məhz əllər «qızıl» olma­lıdır. Yəni əl qeyri-şüuri surətdə qazanılmış vərdiş əsasında hərəkət etməlidir.

Digər tərəfdən də, hər bir konkret situasiya özünə­məx­sus cə­hət­lərlə fərqləndiyindən yalnız standart vərdiş əsa­sında işləyən əllər heç də həmişə uğur gətirə bilməz. Si­tuasiyanı düzgün qiymətlən­dir­mək və hər bir məqamda məhz tələb olunan vərdişləri avtomatik su­rətdə işə salmaq üçün müs­təqil düşüncə, vəziyyəti qısa müddətdə təhlil edə­rək qərar çıxarmaq qabiliyyəti də tələb olunur. Deməli, insanın əv­vəlcədən, tədricən yiyələnmiş olduğu müxtəlif səpgili əməli vərdişlər toplusu vahid mərkəzdən şüurlü su­rətdə tənzim olunur.

Beləliklə, primitiv əmək həmişə yalnız eyni bir vərdişin işə düş­məsinə əsaslanırsa və burada aşkar şüur komponenti yoxdursa, nis­bətən mürəkkəb əmək formaları belə vərdişlər çoxluğunun aşkar şüur sayəsində, elə bil ki, müəyyən pro­qram əsasında fəaliyyətə cəlb olun­masını nəzərdə tutur. Belə mürəkkəb əmək daha sadəcə avtomatla əvəz edilə bilmir, «süni intellektlə» təmin edilmiş avtomatlara – robot­lara eh­tiyac yaranır.

Fəaliyyət sahələrinin müxtəlifliyinə uyğun olaraq ro­botlar da yalnız istehsala xidmət etmir. Nəqliyyat, təbabət, məişət robotları get­dikcə daha çox yayılır. Tex-nikaya yalnız geniş planda yanaşdıqda ay­dın olur ki, elmi-texniki tə­rəqqinin rolunu təkcə istehsalın inkişafına olan təsirlə izah etmək cəhdi nə qədər də qusurludur. İnsanın ən qə­dim ixtiralarından olan od ilk dəfə istehsal sahəsində deyil, məişətdə istifadə olunmuşdur. Onun ictimai tərəqqidə oy­nadığı rol isə heç də əmək alətlərinin rolundan geri qalmır. Qədim dövrün ən böyük ixtira­larından olan sadə əmək alətləri heyvan qüvvəsindən istifadə edilməsi və sürtmə yolu ilə od alınması, heç şübhəsiz, insanın praktik bilikləri ilə bağlı idi.

Elmlə əlaqə texnikanın sonrakı inkişaf mərhələsində mümkün ol­muşdur.

Əgər təbiətşünaslıq fənləri «təbii təbiəti» öyrənirsə, texniki elm­lər «süni təbiəti», nə vaxtsa insan yaradıcılığının məhsulu olan, lakin sonralar müstəqil mövcudluq dövründə yenidən tədqiqat predmetinə çevrilən texniki qurğuları, onların iş prinsipini və s. tədqiq edir. Nə vaxt­sa unikal fərdi fəaliyyət sayəsində ixtira olunan obyekt indi nor­mal dü­şüncənin, şablon təfəkkürün obyektinə çevrilir, məntiqi sxem­lərə salınır. Əldə edilən biliklər fənn kimi formalaşaraq tədris olunur.

Əslində texniki qurğular tam obyektiv, insanla əlaqəsini kəs­miş, ondan asılı olmadan işləyən sistem olsa idi, onları da təbiət­şünaslığın predmetinə daxil etmək olardı (bu halda «ikinci təbiət» təd­ricən «birinci təbiətin» strukturuna daxil olur, onunla qaynayıb-qarı­şır, il­kin ziddiyyətlər aradan qalxır). Lakin texnika təbii obyektlərə nəzərən bir sıra spe­sifik cəhətlərə malikdir və onun strukturunda in­san kom­ponenti, mənəvi yaradıcılığın özgələşmiş, maddiləşmiş for­maları və s. iştirak edir.

Biz yuxarıda koqnitiv biliklərin maddi fəaliyyətin strukturuna daxil olmasının spesifik cəhətlərini araşdıraraq göstərmişdik ki, əgər əməli biliklər bilavasitə maddi fəaliy­yətlə bağlıdırsa, koqnitiv biliklər müstəqilliyə malikdir və mad­di fəaliyyətlə müəyyən aralıq vasitə sayə­sində əla­qələnir. Bu vasitə zəncirinin mərkəzi ünsürü texnikadır. Tex­nika öz funksiyasına görə insanın təbiəti dəyişdirməsinə xidmət etsə də, öz iş prinsiplərinə görə insanın təbiəti dərk etməsinə əsaslanır. Bununla da texnika koqnitiv biliklərin də əməli nə­ticə verməsinə sə­bəb olur.

Texnikanın bizim tərəfdar olduğumuz konsepsiyasına görə bu anlayışda yalnız müəyyən əməliyyatların ic­ra­sına xidmət edən maddi predmetlər (əmək alətləri və s.) deyil, həm də onlar­dan istifadə vər­dişləri əha­tə olunur. Bu vərdişlər məhz müvafiq əməli bilik­lə­rin «av­­tomatlaşmış», qey­ri-şü­uri hala keçmiş for­ma­sıdır.

Texnika insanın təbiətlə qarşılıqlı təsiri prosesində insanla tə­bi­ət arasında dayanır və istər-istəməz sual ortaya çıxır: texnika qarşılıqlı təsirdə olan bu iki tərəfə nəzərən nə isə üçüncü bir tərəfdirmi? Əgər belə deyilsə, onda texnika bu iki tərəfdən hansına aiddir? Heç birinə və hər ikisinə?! Yu­xarıda qeyd etdiyimiz kimi, texnika maddi kompo­nent­ləri ilə «ikinci təbiətə» daxil olsa da, ondan istifadə qay­da­sının, tex­no­logyanın vərdişə çevrilmiş, «maşınlaşmış», «tex­ni­ka­laş­mış» tərə­fini də əhatə edir. Lakin bu istifadə qaydaları koq­nitiv yox, əməli bi­lik­lərdir, bu biliklərin «texnikalaşmış» va­riantı isə bizim yuxarıda təd­qiq etdiyimiz formaya, fəaliy­yətdən ayrılmayan, müstəqilliyə malik olmayan əməli bi­lik­lərə uyğundur. Bu isə əməli biliklərin ən ilkin, ən pri­mitiv formasıdır. Lakin tarixən ən ilkin olan bu forma hər cür peşə­­kar fəaliyyətin son həddi, final momentidir.

Burada biz əməli biliklərin bu cür mühüm həyati əhə­miyyəti üzə­rində geniş dayanmadan, «süni təbiətdə» insani ünsürün iştirakı, onun spesifikası məsələsinə nəzər salaq. Texniki sistem məhz insanın bilavasitə iştirakı ilə işə düşür. Primitiv texniki sistemlərdə insanın payına çox iş düşür, baş­qa sözlə fiziki əmək hələ çoxluq təşkil edir. Tex­nika tək­milləşdikcə insan üçün olan «pay» azalır, işin çoxu ma­şınla, «süni təbiət» prosesləri vasitəsilə görülür. Təsadüfi deyil ki, işçi maşınların kəşfi sənayedə inqilabın özəyi hesab edilir. Məhz işçi ma­şınlar insanı fiziki əməkdən azad edir. Nəyin hesabına? Maddiləşmiş, tə­biətə tətbiq olunmuş zehni əməyin hesabına. Burada biz koqnitiv biliklərin texnikada iştirakı məsələsi ilə qarşılaşırıq. Əməli biliklərə (baxılan halda – tex­nologiyaya) uyğun olan fiziki fəaliyyət qismən ma­­­şın­lar tə­rəfindən əvəz olunduğu, qismən də insanın özü tərəfindən icra olunduğu halda, koqnitiv biliklər «süni təbiətin», tex­niki sistemin iş prinsipində öz əksini tapır; məlum qanu­nauyğunluq üzrə işləyən maddi sistem düzəldilir və deməli, ideal formada, bilik halında texniki sistemə daxil olmur.

Koqnitiv biliklər elmi biliklərin əsasını təşkil etdi­yin­dən elmi biliklər də texnikada öz əksini yalnız maddiləşmiş şəkildə tapır; yaxud dərk edilmiş təbiətin prinsipləri əsasında onun müvafiq hissələrinin, ayrı-ayrı təbii hadisələrin süni ana­loqlarını – modellərini yaratmaq və işə salmaqla insan təbiət hadisələrini müəyyən üstün (insanın məna­feyinə uy­ğun gələn) istiqamətə yönəltməyə çalışır.

Burada biz habelə elmin, elmi biliyin nə kimi bir yolla əməli fəa­liyyət sahəsi ilə əlaqələndiyinin şahidi oluruq. Elmi biliklərin heç də əməli biliklər zəminində deyil, koqnitiv bi­liklərin zəminində formalaş­dığını göstərməklə, biz elmin bü­tövlükdə praktika sahəsinə daxil ol­ma­dığını, ona nəzərən nisbi müstəqilliyə malik olduğunu izah etmiş­dik. Digər tə­rəfdən də elmin məhz praktik tələbatla əlaqədar inkişaf et­diyi inkarolunmaz həqiqətdir. İlk baxışda bir-birinə zidd gö­rünən bu iki hal elmin daxili mürəkkəbliyindən ikili funk­siyasında irəli gəlir.

Elmin ikili təbiəti – bir tərəfdən, sosial-mədəni, digər tə­rəfdən də praktik bir hadisə kimi çıxış etməsi əksər hal­lar­da unudulsa da, son vaxtlarda bir sıra tədqiqatlarda bu mə­sə­ləyə diqqət yetirilmişdir. Əla­mətdar haldır ki, iqtisadçı aka­demik A.İ.Ançişkin də elmin sosial-mədəni hadisə olma­sı­nı nəzərə alır və yalnız bununla yanaşı elmin prak­tik, iq­ti­sa­di funksiyasını tədqiq edir. A.İ.Ançişkin yazır: «Elmin məz­munu və onun inkişaf məntiqi ilk növbədə idrakın ob­yekti ilə müəyyən olunur, texnika isə özündə iki başlanğıcı – elmi və praktik başlanğıcları ehtiva edir. Bu, həm də onu göstərir ki, elmin praktik ehtiyaclara meyli eyni zamanda onun texnika ilə birləşməsi dərə­cəsindən baş verir; yalnız texnika ilə vəhdətdə elm təkcə sosial-mədəni hadisə olmaq hü­dudundan kənara çıxır, praktiklik kəsb edir, bila­vasitə məh­suldar qüvvəyə çevrilir».1 Burada elmin ikili təbiəti çox ay­dın nəzərə alınmışdır. Bircə bunu qeyd etmək lazımdır ki, elmin prak­tik funksiyasını texnika ilə məhdud­laşdırmaq düz deyil.

Elm ictimai həyatın bütün sahələrinə nüfuz etməklə praktik is­tifadə miqyası baxımından texnikanın sərhədlərini çoxdan keçmiş­dir. Texnikanın əhatə dairəsini dəqiq təsəvvür edə bilmək üçün insan-təbiət münasibətində insanın vasitəçi sistemlə münasibətinin müxtəlif spe­sifik formalarını nəzər­dən keçirmək lazımdır. Bu münasibətin kə­nar hallarından biri (sərhəd şərti) maddi fəaliyyətin subyekti olan in­sanın əslində vasitəçi texniki sistemə bir ünsür kimi daxil olması­dır. Bu zaman insan-təbiət münasibətində birinci tərəf heç də bilavasitə maddi fəaliyyətin subyekti olan insan yox (zira o bir ünsür kimi aralıq mərhələyə – texnikaya daxil olur), hə­min texniki sistemi ixtira edən, quraşdıran və adam-robot­larla birlikdə bütöv bir mexanizm kimi işə salan insandır. Beləliklə, baxılan kənar halda, icraçı insan yaradıcı in­sanla təbiət arasında vasitəçi sistemə daxil olur. Elmin müasir in­kişaf mərhələsində bu nisbət özünü daha aydın şəkildə bi­ruzə verir və in­san-insan münasibətinin daha bir çaları da ortaya çıxmış olur. Elm və texnikanın müasir mərhələdəki inkişafı yeni mənəvi, əxlaqi problemlər qoymuş olur.

Müasir dövrdə elmi və texnoloji bilik kimi məlum olan iki əsas bilik növünə müvafiq olaraq hələ insanın əmələ gəldiyi ilk dövr­lərdən bəri iki müxtəlif bilik növü: koqnitiv (xehni) və əməli biliklər möv­cud ol­muş­dur. Birincilərin əsa­sında canlı seyr, ikincilərin əsa­sın­da maddi fəa­liy­yət – prak­tika dayanmışdır.

Zehni biliklər insan-təbiət qarşılıqlı münasibə­tində ikincinin bi­rinciyə təsirini əks etdirir və təbiəti, dünyanı dərk etmək, "ni­yə?", "han­sı səbəbdən?" suallarına cavab vermək cəhdtndən irə­­li gəlir. Bu proses tarixən seyrlə başlansa da, dünyaya fəal, də­yiş­dirici müna­sibətin nəticələrini də idrak süzgəcindən ke­çir­mək­lə da­ha intensiv xarakter alır. Təbiətin il­kin təsirləri ilə yanaşı in­sa­nın fə­al müda­xiləsinə olan əks-təsirlər də informasiya mənbəyinə çevrilir.

İnsanın məqsədəuy­ğun dəyişdiri­cilik fəaliyyəti isə bilavasitə bu fəaliyyətə xidmət edən, «necə», «hansı yol­la» suallarına cavab verən bi­­liklərə tələbat yaradır. Mücər­rəd təfəkkürün və nitqin formalaşması sayəsində sinkretik əməli vərdişlərdə maddi və ideal komponentlərin ayrılması baş verir və əməli biliklər müstəqillik kəsb edir. (Bu gün bir qayda olaraq, biliklər əməli vərdişlərə çevrildiyi halda, tarixən əksinə olmuşdur).

Seyr özü insanla yaşıd olsa da, insanın təbiətə passiv, seyrci münasibətindən törəyən, təməlində inikas prosesi da­yanan koq­ni­tiv bi­liklər nisbətən sonra yaranmışdır. Belə ki, ilk dövrlərdə mən­ti­qi təfəkkür hələ formalaşmadığından, seyr hec də biliklərə yox, yalnız tə­səvvürlərə gətirib çıxar­mış­dır. L.Levi-Bryulun yazdığı k­imi, məntiqə­qədərki (pra­lo­qi­çes­koe) və mistik təfəkkür dövründə an­layış və biliklər əvə­zinə yalnız "kollektiv təsəvvürlər" olmuşdur.1

Maddi fəaliyyət nəticəsində hasil olan, sonralar həm də onun əsasında dayanan əməli biliklər isə, lap əvvəldən realistik xarakter da­şımış, hər cür mistikadan uzaq olmuş­dur. Maddi istehsal prosesi sa­yəsində insanın özünü tə­biətdən getdikcə daha çox ayırdığı və hətta özünü ona qarşı qoyduqu bir şəraitdə, mənəvinin maddidən ayrılaraq nisbi müstəqil bir tərəf kimi onunla əkslik təşkil etdiyi bir vaxtda iki müxtəlif bilik növü bir-birindən getdikcə daha aydın, fərq­lənsə də, onların arasında müəyyən qarşılıqlı əlaqə və vəhdət yaranmışdır. Ona görə də, bu bilik növlərini fərq­lən­dirmək və tari­xi baxımdan müqayisə etmək çətindir.

Bununla belə, tarixən məhz əməli bilklərin ilkin ol­ması, koq­ni­tiv biliklərin isə mifoloji təsəvvürlərlə, "mənti­qə­qədərki təfək­kür­lə" əməli biliklərin birləşməsindən, yəni nis­bətən sonra yaranması fik­ri xeyli dərin əsasa malikdir. Sadəlövh realizm mövqeyinə görə, əməli biliklər elmi in­ki­şafın yeganə mənbəyidir. Əsasən mifoloji və mistik xarakter daşıyan başqa mənşəli biliklər isə bilavasitə maddi istehsal prosesin­dən hasil olan əməli biliklər tərəfindən sıxışdırılıb çıxarılmışdır.

Lakin tədqiqat göstərir ki, elmi biliklər hec də yalnız induk­tiv metodla əldə edilməmişdir. İnsanların maddi fəaliy­yəti ilə bi­la­va­sitə bağlı olan və çox vaxt ondan ayrılmayan, ayrıla bilməyən, müs­təqil­ləşməyən, ideal mövcudluq statusu kəsb etməyən əməli bi­lik­lər nəinki elmi biliklərin yeganə mənbəyi deyil, hətta çox vaxt onun­la əks qütb təşkil edir. Elmi biliklərin əsasında ilkin koqnitiv bi­lik­lər dayandığı halda, əməli biliklər nisbi müstəqilliyini indiyə qə­dər saxla­maqla müasir texnoloji biliklərin əsasında dayanır. Ona gö­rə, müasir dövrdə elm ilə texnologiya arasındakı münasibətin mən­şəyi də koqnitiv və əməli biliklərin dialektikasında ax­ta­rılmalıdır.

Digər tərəfdən də, bu biliklərin inkişaf yolu insan-tə­biət mü­na­sibətlərinin inkişaf yolu ilə üst-üstə düşür. Mad­di fəaliyyətin, in­sa­nın təbiətlə münasibə­tinin xarakteri dəyiş­dikcə, onun şüur tərzi və malik olduğü biliklərin xarakteri də dəyişmiş olur. C. Bernal ov­çuluqdan əkinçiliyə keçidi bu ba­xım­dan təhlil edərək belə qə­naə­tə gəlir ki, əmək məhz əkinçiliyə keçid sayəsində mümkün olur. Do­ğurdan da, ovçu­luq mərhələsində məqsədlə fəaliyyət hələ vəh­dət halında idi, onlar hələ ayrılmamışdı. Məqsəd, fəaliyyət və onun nə­ticəsi arasında vasitələn­dirici mərhələlər, xüsusi keçid prosesi hə­lə yox idi. Lakin burada C. Bernal belə bir cəhəti qeyd et­məyi unu­dur ki, ovçuluğun əkinçiliyə nə­zərən belə spesifik cə­həti, struktur fər­qi ovçuluğun yalnız ilk mər­hələlrinə aid­dir. İnsanın sonrakı in­ki­şafı sayəsində ov məqsədilə qa­baq­cadan xüsusi alətlər hazırlanır ki, bu da məqsəd, fəaliyyət və nə­ticənin artıq bir-birindən ayrıl­dı­ğını, məqsədlə əməli nəticənin vasitə­ləndiyini göstərir və bu şüurlu, məq­sədə­uy­ğun fəaliyyət mənasında əmək ovçuluq sahəsinə də aid­dir. Əsas məsələ «mədəniyyətin yaratdığı istehsal alət­lə­rinə» əsas­la­nan əkinçiliyə keçidin bir keyfiyyət sıçrayışı kimi qiy­mət­lən­di­ril­mə­sidir.

Bu iki mərhələ arasındakı fərq yalnız əmək səhələrinin fərq­ləndirilməsindən ibərət olmayıb daha prinsipial xarakter daşı­yır və fiziki və zehni əmək böl­gü­sü­nün əsasında dayanır. Lakin əkinçilik gözlənilən məhsulun alınması ücün bir sıra aralıq fəa­liyyət formalarının icrasını tələb edirdi. Bu baxım­dan, ovçuluğun əkin­çiliklə deyil, maldarlıqla mü­qayisəsi da­ha əyanidir. Heyvanı hazır şəkildə ovlayıb yemək (xüsu­sən bişirmədən yemək; çünki od­dan isti­fadə aralıq mərhə­lələr zəncirində daha bir halqadır və va­si­tələndirici fəaliyyətə aiddir) ücün onu bəsləyib-yetişdirmək və bu məqsədlə onun həyatını öyrənmək, bilmək vacib deyil. Lakin əgər insanlar sonradan gərək olacaqları ücün heyvanları əhliləşdirir və bəsləyib böyüdürlərsə, bu artıq vasitələndirici prosesdir və ilkin koq­nitiv və əməli biliklərə əsas­lanmadan, kortəbii olaraq həyata ke­­çirilə bilməz. Bu coxpilləli fəa­liyyətin mü­vəffəqiyyətlə icra edil­məsi ücün maddi fəaliyyətdən ay­rıl­mamış əməli biliklərlə yanaşı, məq­sədəuyğun surətdə idarə edilməli olan hadisələr haqqında ob­yektiv məlumat – koq­nitiv biliklər zəruri şərt­dir. Bu bi­lik­lər, yu­xa­rıda artıq gös­tərdiyimiz kimi, seyrlə başlayır. C.Ber­nal yazırdı: «...Bu vaxt artıq heyvan və bitki həyatının bütün tarixi müşahidə pred­metinə cevrilmişdir. Yalnız heyvanı necə tutmağı, yaxud bit­kini necə yığmağı deyil, həm də onların necə çoxaldığını və böyüdüyünü də bilmək zəruri idi».1



Məqsədlə fəaliy­yətin nəticəsi arasında dayanan əlaqə­ləndirici vasitə, süni alətlər və bu alətlərdən istifadə vər­dişləri ilk texniki nü­munələr idi və onların tarixi sivilizasiyanın tarixi ilə üst-üstə düşür. V.M.Mejuyev yazır: «Mədəniyyət, hər şeydən əvvəl, tarixən yaranmış təbiətə insani münasi­bətdir».2 Bu fikri dəqiqləşdirərək demək olar ki, mə­dəniyyət insanın özünü təbiətdən ayrırmasından və ya təbiətə vasitəli müna­sibətindən başlanır. Bilavasitə əldə, əlin hə­rə­kət­lərində mad­di­lə­şən şüur zaman keçdikcə, fəaliyyət coxpilləli qu­ru­luş kəsb etdikcə, va­sitələndirici mərhələlərdə maddiləşməyə baş­la­mışdır. Bu vasitə isə məhz texnikadır. Deməli, texnika ta­ri­xən elm­dən əvvəldir və si­vi­lizasiyanın təməli məhz texnika ilə qo­yul­muş­dur.

Maraqlıdır ki, mə­də­niy­yətin, sivilizasiya­nın mən­şəyini əmək alət­ləri, texnika ilə bağlamaq yal­nız müasir nəzəri təhlilin gəldiyi qənaət deyil. Qədim adamlar özləri də texnikanın on­ların həya­tın­da oynadığı mühüm dəyişdirici rolu görmüş, özlərini vəhşilərdən yal­nız texnikaya malik olmaqla üstün tutmuşlar. Məsələn, b.e.ə. III minilliyə aid olan "Enki və kainat"1 adlı şumer poemasında «allah Enki əsas eti­barilə toxanı, kərpic ücün formanı – qəlibi ixtira edən, evləri, pə­yəni, arxacı tikən və cütcü kimi, bir sözlə şumer dünyasını ibtidai icma dün­yasından fərqləndirən "texniki" nailiy­yət­lərin yaradıcısı kimi göstəril­mişdir».2 Lakin şübhəsiz ki, qə­dim adamların özləri haqdakı fikirləri yalnız tarixi məlumat mənbəyi kimi əhəmiyyətlidir, nəzəri təhlil ba­xımından isə mötəbər mənbə sayıla bilməz. Kecmişin məlu­matları müasir məntiqin im­kanları mövqeyindən təhlil edilməlidir.

Tarixi keçmiş müasir intellektual səviyyədən təhlil olunarkən gö­rünür ki, doğrudan da, texnika insanla təbiət arasında qarşılıqlı mü­nasibəti (məhz qarşılıqlı münasibəti, çünki texnika həm də təbiətin insana təsirinə, başqa sözlə insanın təbiətdən informasiya al­masına xidmət edir; məsə­lən, gözlük, mikroskop, teleskop, loka­tor, rentgen qur­ğusu və s.) vasitələndirməklə yanaşı, nitqlə birlikdə həm də bilik­lərin maddiləşməsi və ötürülməsinə xidmət etmişdir. Biliklər çox vaxt sözlə ifadə edilməkdən daha çox əməli şəkildə nü­ma­yiş etdirilirdi. An­layışlar hələ kifayət qədər təkmilləş­mə­di­yin­dən, əməli biliklər isə fəa­liyyətdən tam ayrılmadığından ilk dövr­lər­də biliyin başqalarına əyani nümunə ilə ötürül­məsi sözlə ötürül­mə­sindən asan idi. Söz daha çox dərəcədə koqnitiv biliklərin ifa­də­si ücün zəruri idi. Ona görə texni­kanın inkişafı ilə müqayisədə məhz elmin inkişafında sözün, dilin rolu böyük olmuşdur.

Texnika primitiv şəkildə də olsa, ilk insan qrup­laş­ma­ları za­ma­nından, birinin düzəltdiyi əmək vasitələrindən, di­gərlərinin də is­ti­fa­də etdiyi vaxtdan mey­da­na gəlmişdir. Belə va­sitələrin dü­zəl­dil­məsi də mü­əy­yən zəruri ictimai tələbin ödənilməsi – minimal sər­vət bollu­ğunun ya­ranması halında mümkün olmuşdur. S.Lilli ya­zır: «Yalnız öz əkin işlərinin öhdəsindən müvəffəqiyyətlə gələn bəzi adamlar və ailələr əmək alətləri düzəltmək üçün sərbəst vaxt əldə edir və ya məhsulun artıq hissəsini verib sənətkarlardan müa­sir əmək alətləri alırdılar»3. İnsanlarda şüurluluq və ictimailəşmənin zəif inkişaf etdiyi dövrlərdə – sabahkı həyata inam hissinin azlığı şəraitində əsas məq­­səd gündəlik yem tədarükü gör­məkdən, öz başına çarə qıl­maq­dan ibarət olub. Ona görə də, yalnız öz maddi ehtiyacını kifa­yət qədər ödəmiş olan adam­lar başqa işlə məşğul olmaq üçün sər­bəst vaxt əldə edə bilərdi... Belə bir dövrdə elm və texnikanı so­sial sis­tem kimi qəbul etmək mümkün­dür­mü? Əsla yox. Əvvəla, ona gö­rə ki, həmin dövrdə spesifik əmək böl­güsü yox idi; yəni tex­ni­ki va­sitələrin hazırlanması ilə məşğul olan adamlar hələ əkin­çi­lik­dən tamamilə ayrıla bilməzdilər, zira bu halda onların şəxsi həyatı şüb­hə altına düşə bilərdi. İkincisi, müxtəlif ərazi­lər­də­ki insan qrup­la­rı arasında əlaqələrin zəif olması nəticəsində bir yerdə istifadə olunan texniki vasitələr başqa yerlərə ötü­rülə bilmirdi və s. Bü­töv­lük­də cəmiyyət miqyasına uyğun gə­lən, daxili tamlığa ma­lik olan vahid texnika sistemi hələ formalaşmamışdı. Texnikanın is­tehsal prosesinin ayrılmaz tər­kib hissəsi və özünəməxsus daxili tam­lığa malik olan bir tərəf kimi formalaşması yalnız kapitalizmin inki­şafı sayə­sində mümkün olmuşdur və eyni zamanda bu inkişafın özünə böyük təkan vermişdir.



Elmin bir sosial sistem kimi formalaşması da məhz bu dövrə tə­sadüf edir. Nə za­man ki, informasiyanın ötürülməsi va­sitələrinin inki­şaf səviyyəsi elmi na­iliyyətlərin bütün cə­miy­yət miqyasında ya­yıl­ma­­­sına imkan vermiş­dir, nə zaman ki, elmi ya­ra­dı­cı­lıqla isteh­sa­lın qoy­­duğu tələblər arasın­da müntə­zəm qarşılıqlı əlaqə ya­ran­mış­dır, o vaxt­­dan baş­la­ya­raq elm də qlobal miqyas kəsb etmiş, bir so­sial sis­tem ki­mi forma­laş­mışdır.
Biliklərin nəsildən nəslə ötürülməsi prosesi müx­təlif dövr­lərdə və müxtəlif xalqlarda fərqli üsullarla həyata keçi­rilmişdir. Bununla belə, bir sıra ümumi cəhətlər və prinsiplər vardır ki, onlar həmişə və hər yerdə özünü doğruldur. Əv­və­la, fikir, bilik başqasına çatdırıl­maq üçün hansı isə formada maddiləş­mə­lidir. İkincisi, bilik müvafiq maddi ifadə vasitəsi ilə başqasına çat­dı­rıldıqdan sonra o yenidən ideya, fikir, bilik formasına keçməlidir.

Kiminsə öz bildiklərini başqalarına çatdırması ilk dövrlərdə əsa­sən şifahi nitq, şərti işarələr vasitəsi ilə və ya təcrübənin bilavasitə bö­lüş­dürülməsi ilə mümkün olmuşdur. Sonralar bu vasitələr getdikcə ço­xalmış, yazının müxtəlif formaları, kitablar, sxem və qrafiklər, ra­dio və televiziya, audio və video kasetlər, kompyuter, internet və s. də bi­liyin saxlanması və ötürül­məsi vasitələri kimi çıxış etmişdir. La­kin əhə­miyyətli olan biliyin hansı təbii və texniki va­sitələrlə ötürülməsi yox, onun necə əldə edilməsi, həqiqətə nə dərə­cədə uyğun olması və nə də­rəcədə dəqiq ifadə edil­məsidir. Ötürülmə mərhələsi fikrin ifadə olun­­masından sonra gəlir. Bundan sonra isə ötürülmüş infor­ma­si­ya­nın nə dərəcədə adekvat mənimsənilməsi və yenidən insanın fikir dün­ya­sına daxil olaraq öz yerini tutması, aktiv bilik for­masına keçməsi prob­lemi gəlir.

İnsanın bilavasitə təbiətlə, ətraf mühitlə qarşılıqlı əlaqədən, təc­rü­bə sahəsində əldə etdiyi biliklə başqasın­dan hazır şəkildə aldığı bilik nə ilə fərqlənir? Uşaq hələ dil öy­rənməmişdən əvvəl hansı isə biliklər əl­də edirmi? Nəyə görə sistemli təlim ancaq altı yaşdan sonra baş­la­nır? Yaxud müxtəlif dövrlərdə, müxtəlif ölkələrdə bu yaş həddi necə ol­­muş­dur? Hansı təhsil sistemində biliklərin şəxsi təcrübə əsasında öy­rə­nilməsinə üstünlük verilir? Bəs biliklərin əsasən hazır şəkildə mə­nim­sənilmə­sinin üstün­lükləri nədər iba­rətdir?

Əlbəttə, informasiyanın op­timal həddən artıq olması bizi na­rahat etməzdi, əgər son­ra­dan bunları həmin uşaq­lar­dan tə­ləb et­mə­səydilər. (Sa­­­­­­­­dəcə in­­­­forma­siya üçün olsa idi… Rusiya dərs­­­­lik­lə­rin­də də belə de­­­­­­­yil­mi?) Lakin burada iki əm­ma var. Əvvəla, biz nəyə görə so­vet təh­­­si­li­­­nin üs­­­­tün cəhətlərini yad­dan çıxarıb onun çatış­maz­lıq­la­rından (informasiya bol­luğu, ha­fizəyə əsas­lan­­­ma) iki əlli yapış­ma­lıyıq? İkin­cisi, nəzərə alsaq ki, TQDK bu proq­ramlardan istifadə (əs­­­­­lin­də sui-is­­tifadə) edərək bütün bu təfərrüatları bil­mə­yi uşaq­lar­dan tələb edəcək, onda, deməli, bu proq­­­­ramlar və dərsliklər sa­də­cə informaiya ver­mək üçün yox, həm də onu məc­bu­­ri su­rətdə əz­bər­­­­lətmək üçün nəzərdə tu­tul­­muş­dur. Məhz əzbər­lətmək üçün, çün­­­ki bu məlumatlar təfəkkür qa­­­­­­­biliyyətinin inkişaf et­di­ril­­mə­sinə əsla xidmət et­mir. Ək­si­­nə, beyni həd­din­dən artıq gərəksiz bi­­­­­­liklə yüklə­mək sərbəst düşüncəyə ən böyük zərbədir. Sər­­­bəst düşüncə isə passiv hafizədən fərq­­­­­li olaraq elmi vəcd­lə, yaradıcılıq ehti­rası ilə mü­şa­yiət olu­­­nur. Leonardo da Vinçi demiş­kən, «elm­­­­lə ehtirassız məşğul ol­maq hafizəni zibilləyir». Çün­ki soyuq hafizə gücünə baş­qa­sından ha­­­­­­zır şəkildə alınmış biliklər əs­lində cansız bilik­lərdir və on­ları «həzm etmək» mümkün deyil. Tə­­­­­­­­sa­düfi deyildir ki, B.Franklin də təhsildən danışar­kən «bütün yeyilənlərin» yox, an­caq həzm olu­­nan his­sənin faydalı olduğunu» yada salırdı. Bu mə­qam­da rəhmətlik Xu­du Məm­mədovun da bir fikri yadıma düşür: «Alim üçün yadda sax­­­lamaqdan daha çox, lazım­sız informasiyanı yad­­dan çı­xarmağı bacarmaq va­cib­dir.» Biz isə, alim bir yana dur­sun, hələ ye­ni yetişən, tə­fək­kü­­­rü yeni formalaşan uşaq­ların hafizəsini həddən artıq yük­lə­məklə onları sər­­­bəst düşüncə im­ka­nından məh­rum edirik.

Avropa ölkələrinin təhsil müəssisələrində tədris pro­sesi, dərs­lərin məz­mu­­nu və qiy­­mət­lən­­­­­­­­­­­­dirmə meyarları ilə ta­nış olduqda məlum olur ki, orada bizim­kinə nis­bə­tən xeyli az in­for­ma­­­­­­siya verildiyi halda, daha çox dərəcədə düşün­mək, mü­ha­ki­mə yürütmək və öz fikirlərini müs­­­­­­­­təqil surətdə şərh etmək qabi­liy­yəti for­ma­laş­dı­rı­lır. Səbəbi isə bu­dur ki, onlar «cansız bili­yin» inkişafa xidmət et­mə­diyini çoxdan bi­lir­lər.



Canlı bilik, fəaliyyətdə olan bilik iki istiqamətdə fayda verir; ya yeni bi­lik­lə­rin yaranması üçün baza rolunu oynayır, ya da müvafiq əməli fəaliyyət sa­hə­lə­rin­də tət­biq olunur. Cansız bi­lik isə başqalarının təfəkkürünün məhsulu olmaq­la, an­­caq nitq qəlibinə salındıqdan son­ra – ha­­­­­­­­­zır şəkildə qəbul edildiyindən, bir tə­fək­kür aktı yox, bir hafizə ak­tı kimi möv­cud olur və an­caq informasiya kimi də­yərə malik olur.

Bi­liyin yaradıcı səciyyə daşıması üçün onun elə bil ki, ye­­nidən kəşf olunması – özü­nün­­ləş­dirilməsi lazımdır. Bilik hafizə faktından fi­kir fak­tı­na, can­­­­lı düşüncə pro­se­sinin bir ün­sü­rünə çev­rildikdə, o özü də canlanır və son­ra­kı nəzəri və əməli fəaliyyət üçün təməl olur.

Qərb fəlsəfəsi bu fərqin pedaqoji prosesdə də nəzərə alınması üçün meto­do­loji əsas ro­lu­nu oynamışdır. Başqala­rının fikirlərinin ha­zır şəkildə mənimsənilməsi, insanların başqaları tə­rə­­­­­­findən müəyyən edilmiş qaydalar əsasında ya­şamağa vərdiş etməsi, kənardan göstəriş göz­lə­mə­­­si sərbəst düşüncədən qorxmağın, fikir tənbəlliyinin nəticə­sidir. Kant «Maariflənmə nə­dir, – su­­alına cavab» əsərində yazır: «Ma­arif­lənmə – insanın qeyri-yetkinlik halından çıxması­dır ki, o, bu vəziy­yətdə öz təqsiri üzündən qalmış olur… Öz təqsi­ri üzündən qeyri-yet­kinliyin sə­bəbi dü­­­­şüncənin çatışmazlığı yox, kənardan kimin isə hima­yəsi ol­ma­dan öz düşüncəsin­dən is­tifadə et­­mək üçün qətiyyətin və qey­rətin çatışmazlığı­dır. Sapere aude! – Öz ağlından istifadə et­məyə qey­­­­­rə­tin ol­sun! – Maariflənmənin devizi belədir.»1 Bəli, Qərbi Qərb edən, ona sivilizasiyanın önündə getmək im­ka­nı yaradan dü­şüncənin əta­lət­­dən və passivlikdən xilas olması hər kəsə öz ağlı ilə çalışmaq im­ka­nı­nın ya­ra­dıl­masıdır. İn­sa­nın öz dü­şün­cəsinin məhsulu olan biliklə baş­qasından hazır şə­kil­də alınan bi­li­yin fərq­lən­diril­mə­­sidir. Kant demiş­kən: «Əgər əvə­zimə düşünən kitabım varsa… on­­da mənim dü­şün­məyimə nə ehtiyac var; qoy bu ən cansıxıcı işlə mənim əvəzimə baş­qaları məşğul ol­sun­lar»2.

Şərqdə isə fikir tənbəlliyi daha dərin kök salmışdır. Burada biliyə diferensial müna­si­bət heç vaxt hakim düşün­cə tər­­zinə çevril­məmişdir. Bilik həmişə vəsf olunmuş, şə­ninə təriflər de­yil­­­­­miş, şeirlər qo­­şulmuşdur. L­akin hansı bi­­­­lik, nə qə­dər bilik, – fərqinə varıl­ma­mış­dır. Bu­ra­da biz biliklərin sahələr üzrə fərq­­lən­di­ril­mə­si­ni nəzərdə tut­muruq. Bu­­­­­ra­da biz biliyin çoxpilləli və mü­­­­rəkkəb id­rak pro­­­­­sesində­ki mə­qa­mını nəzərdə tuturuq.



Bu prosesdə işti­rak edən canlı bilik bir şeydir, ondan kə­nar­­da, passiv hafizədə saxlanan, ar­­­tıq yerbəyer edilmiş və Şərq ənənəsinə uyğun olaraq bər-bə­zəkli don gey­­dirilmiş, naxışlanmış bi­lik baş­­qa bir şeydir. İdrak prosesindən kə­narda müstəqil dəyər kimi təqdim olunan bi­lik bü­tün bər-bə­­­­zə­­yinə baxmayaraq, cansız və ölüdür. O, donundan çıxıb münbit idrak mühi­ti­nə düş­­­­mə­sə cücərməz. Təh­silin məq­­sədi məhz bu münbit mühiti yaratmaqdır. Məq­­səd bi­likləri şagirdə ha­zır şəkildə ver­mək yox, onun şəxsi düşüncəsinin məhsu­luna çevirmək və sonrakı müs­təqil dü­şün­­­cələr üçün əsas ya­ratmaqdır.



1 K.Marks. Kapital. 1-ci cild, Bakı, «Azərnəşr», 1969,səh. 375.

1 Анчишкин А.И. Наука – Техника – Экономика. М., 1986, стр. 165.

1 Л.Леви-Брюль. Первобытное мышление. – Сверхъес­тест­вен­ное в первобытном мышлении. М., 1994, стр. 27.

1 Дж. Бернал. Наука в истории общества.М.,1956,стр.61-62.

2 В.М.Межуев. Культура в истории. М., 1977, стр. 107.

1Bax: С.Н. Крамер. История начинается в Шумере. М., 1965, стр. 116 -dan sonra.

2 И.П. Вейнберг. Человек в культуре древнего Ближнего Востока. М., 1986, стр. 23-24.

3 С.Лилли. Люди, машины и история. М., 1970, стр. 21.

1 И.Кант. Сочинения, том 8. М., 1994, стр. 29.

2 Yenə ora­da.


Yüklə 347,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin