AZƏRBAYCAN TURİZM VƏ MENECMENT
UNİVERSİTETİ
İMTAHAN TAPŞIRIĞI
Fakültə : Sosial Menecment
İxtisas : Sosial iş
Qrup : Sİ 1801
Fənn : Ailə və cəmiyyət
Mövzu : Cəmiyyətin mənəvi həyatında ailənin əhəmiyyəti
Tələbə : Mirzəzadə Məhəmməd
Müəllim: Abdulla Yalçın
BAKI 2020
Cəmiyyətin mənəvi həyatında ailənin əhəmiyyəti
Ailə kiçik sosial qrup kimi müəyyən xüsusiyyətlərə, keyfiyyətlərə malikdir və bu xüsusiyyətlər, keyfiyyətlər insanlar üçün cəledici ola bilər. Bu mənada ailə həyatı fərdin subay həyatı ilə müqayisədə daha böyük dəyərlərə malikdir. Bu səbəbdən ailə şəxslərarası birlik kimi xarici şəraitin təsirilə deyil, daxili caziblik qüvvəsinə görə mövcud olur. Ailə daxili münasibətlərin vəziyyəti ailə vəhdətinə xarici təsirləri, maneələri aradan qaldırmağa imkan yaradır. Ayrıca götürülmüş ailə öz həyatını başqa ailə obrazlarından fərqli şəkildə təşkil edə bilər. Ama nə qədər unikal olmağa çalışsa da, ayrıca götürülmüş ailə həyatını başqa ailə obrazlarından fərqli şəkildə təşkil edə bilər. Amma nə qədər unikal olmağa çalışsa da, ayrıca götürülmüş ailə həyatı onu digərləri ilə oxşar edən ümümi cəhətlərə malikdir. Bu baxımdan ailənin tədqiqi ilə məşğul olan alimlər çoxsaylı məqdədlərin və funksiyaların əsasında bilavasitə və bilavasitə sosial-simvolik qarşılıqlı əlaqədə olan şəxsiyyətlərin ilkin qrupu kimi nəzərdən keçirilir. Bu məqamda, şəxsiyyətlərarası qarşılıqlı əlaqədən hansı şəkildə yeni keyfiyyətlərin meydana çıxmasına, ailə qrupu fenomeninin necə mümkünlüyünə, bu cür qrup davranışının hansı əlamətlərə malik olduğuna diqqət cəlb olunur.
Müxtəlif tarixi dövrlərdə ailə dəyər kimi müxtəlif cür qəbul olunmuşdur. Antik dövrdə ailə iqtisadi və təsərrüfat strukturu kimi nəzərdən keçirilirdi. Onun mahiyyətində nəsilartırma və irsin ötürülməsi dayanırdı. Həm də dövlətin bir elementi kimi də əhəmiyyəti idi, amma mənəvi dəyər əhəmiyyətinə malik deyildi. Antik ailə patriarxal cəmiyyətin kişik qrupu kimi çıxış edirdi. Orta əsrlərdə ailəyə münasibət və onun dəyər əhəmiyyətliliyi dəyişdi. Ailənin mənəvi dəyəri ön plana çıxdı.
XIX əsrin sonlarında sosial həyatın inkişafı çərçivəsində ailə dəyərləri və ailə ciddi transformasiyalara məruz qaldı. Sənayeləşmə, urbanizasiya prosesləri ailənin struktur dəyişikliklərinə gətirib çıxardı,onun nuklearlaşmasına, fuksional yenidən təşkilinə səbəb oldu. Qadınların istehsalata cəlb olunması ailə-nikah ideologiyasına yenidən baxılmasını tələb etdi. Ailə-nikah qollarının yenidən təşkili ortaya çıxdı.
Dostları ilə paylaş: |