4. Sığortanınn inkişaf perspektivləri



Yüklə 17,08 Kb.
tarix06.04.2023
ölçüsü17,08 Kb.
#93896

4. Sığortanınn inkişaf perspektivləri
Sığorta ölkənin maliyyə sistemini təşkil edən zəncirin halqalarından biridir. Cəmiyyətin əsas inkişaf kateqoriyalarından biri də sığorta anlayışının təkamülü prosesi sayılır. 
Sığorta, tarixi kateqoriyadır və ümumi istehsalın ilk zamanlarında yaranaraq, istehsalçıları hər hansı risklərdən: ümumi istehsal, təbiət hadisələri, həyat itkisi kimi qoruyan mexanizmə çevrilmişdir. Təsadüfi yaranmasına baxmayaraq, bir müddət sonra əhatə dairəsini genişləndirərək istehsal prosesinin iştirakçıları arasında obyektiv lazımlı bir vasitəyə çevrildi.
Sığorta anlayışının yaranma tarixini araşdıran alimlər - əntiq mədəniyyət dövründən etibarən meydana çıxan natural məhsuldarlıq və ilk ticari əlaqələr ilə birgə sığortanın ən sadə formalarının yaranaraq inkişaf etdiyini düşünürlər. Hal-hazırda sığortanın yaranış və tarixi mərhələlərinə bir çox tarix və iqtisadiyyat kitablarında rast gəlinir.
Ümumilikdə sığorta tarixinin yarandığı dövrlərdə, natural sığorta faktoru üstünlük təşkil edirdi. Belə ki, məhz bu forma iqlim faktorları, potensial düşmənlərin hücümundan ən yaxşı mühafizə üsulu idi. Kollektiv şəkildə mühafizə üsulunun effektivliyini görən insanlar, ümumi istehsal ehtiyatlarının toplaması ilə məşğul olub birliklər formalaşdırırdılar.
Orta əsrlərə nəzər salsaq, sığorta anlayışından əsasən qarşılıqlı yardım məqsədi ilə istifadə edildiyini görə bilərik. Müəyyən birliyə aid olan insanların üzləşdikləri ziyanın qarşılanması əsas prinsip götürülərək əlavə mənfəət və gəlirin əldə edilməsi kimi məqsədlər güdülmürdü. Bu dövrdə sığortanın əsas göstəriciləri aşağıdakılardır:

  • Sığorta sənayesi orta siniflər, sənətkarlıq və ticarət, tacirlər və sənətkarlara xidmət edirdi.

  • Sığorta hələ ticarət, sənətkarlıqdan, dindən ayrılmamışdır, xüsusi sığorta təşkilatları yox idi; 

  • Eyni bir kollektiv (tacir və ya ustalardan ibarət), bir sığorta təşkilatı kimi çıxış edə bilərdi.

Bir çox Avropa ölkəsində bazar münasibətlərinin inkişafı, kredit və əlaqə mübadiləsinin formalaşması və təkamülü, kapital yığımı, genişlənmiş infrastrukturla yeni ticarət bazarlarının formalaşdırılması iqtisadi liberalizm dövründə sığortanın təbiəti və gələcək inkişafını müəyyənləşdirmişdir.
Ticarət sığortasının inkişaf mərhələləri:
Tədricən, sığorta tarixində, xalis özünü təmin etmə funksiyası arxa plana keçərək, daxil olan gəlirlər əsasında fəaliyyət faktoru ön plana keçmişdir (kommersiya mənfəəti). Ümumilikdə kommersiya sığortasının inkişafı üç mərhələdən ibarətdir:
Mərhələ 1 - XIV əsrin ortasından başlamış və XVII əsrə qədər davam etmişdir:
Bu mərhələdə əsas sığorta növü kimi dəniz (nəqliyyat) sığortası geniş yayılmışdır. Sığorta əməliyyatları tək sığortaçı tərəfindən həyata keçirilirdi. Səhmdar cəmiyyət və sığorta təşkilatları hələlik yaradılmamışdı.
Mərhələ 2 - XVII əsrdə yaranmış və XIX əsrin ortalarına qədər davam etmişdir:
Sığorta inkişafının bu dövrünün xarakterik xüsusiyyətləri: səhmdar sığorta təşkilatlarının inkişafı, yanğın təhlükəsizliyi ilə məşğul olan ilk dövlət şirkətlərinin yaradılması. XVII əsrin sonlarından etibarən demək olar ki, bütün sığorta növləri; o cümlədən yanğın, kənd təsərrüfatı, qəzalardan mühafizə ilə bağlı, vətəndaş məsuliyyət sığorta formaları inkişaf etmişdir.
Mərhələ 3 - XIX əsrin ortalarından başlayıb və 20-ci əsrin əvvəlinə qədər davam etmişdir:
Bu dövrdə monopolistik sığorta birlikləri, kartel və konsernlər * fəaliyyət göstərmişdir. Sığorta fərqli, bir çox növ və formalara bölünmüşdür.
Yüklə 17,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin