8. Mirzə Cəlil Məmmədquluzadə. “Molla Nəsrəddin” jurnalı. Ədəbiyyat



Yüklə 23,26 Kb.
səhifə1/3
tarix30.12.2021
ölçüsü23,26 Kb.
#49194
növüMühazirə
  1   2   3
muhazire 18

Mühazirə 18


18.1 Nitqin funksional üslubları:Publisistik üslub, rəsmi-işgüzar üslub, məişət üslubu.

18.2 Mirzə Cəlil Məmmədquluzadə. “Molla Nəsrəddin” jurnalı.

Ədəbiyyat.


1.E.Məmmədov,A. Həsənova, “Nitq Mədəniyyəti”,Bakı, 2014.

2. A. Həsənova, G.Abdullayeva, T.Hüseynova, “Tələbələr üçün ədəbi toplu”,Bakı,2019.

18.1 Üslubiyyat. Üslubiyyat dilçiliyin bir sahəsidir. Dilin üslublarını və üslubi imkanlarını öyrənən dilçilik sahəsinə üslubiyyat deyilir. Azərbaycan ədəbi dilinin üslubiyyatı çox zəngindir. Üslubiyyatın əsas predmeti üslubdur. Üslub ümumi və xüsusi olur. Ümumi dedikdə funksional üslublar başa düşülür, xüsusi dedikdə fərdi üslublar öyrənilir. Funksional üslublar ədəbi dili təşkil edir və milli ictimai təfəkkürü özündə əks etdirir. Funksional üslubda ədəbi dilin normalarının hər birinə riyaət olunur. Hər bir üslubda xüsusi norma tətbiq oluna bilir: elmi üslubda terminlərin çox işlənməsi. Nitq üslubu danışanın (eləcə də yazanın) dil vasitələrindən, onun fonetik,leksik və qrammatik imkanlarından məqsəd və məqama uyğun istifadə edə bilmətərzidir, sistemidir.

Nitqin məqsəd və şəraitlə əlaqədar olaraq müxtəlif çalarlıqda formalaşmış qol və budaqları ümumiləşmiş halda dilin üslubları adlanır.

Fərdi üslub bir fərdin şəxsi üslubudur; Sabir üslubu. Fərdi üslub ədəbi dili təşkil etmir, bədii üslubda işlənə bilir.

Azərbaycan dilinin funksional üslubları:

1.Bədii üslub

2.Elmi üslub

3.Publisistik üslub

4.Məişət üslubu

5.Rəsmi-işgüzar üslub

Azərbaycan dilinin funksional üslubları arasında ən çox inkişaf etmiş üslub bədii üslubdur və o ən aparıcı üslubdur. Rəsmi-işgüzar üslub daha ləng inkişaf edir. Ən çox işlənən məişət üslubudur.

Publisistik üslub

Publisistik üslub (mətbuat, qəzet dili) milli ictimai təfəkkürü ifadə edən nitq formasıdır. Mətbuatda gerçəkləşir. Azərbaycan dilində publisistik üslub “Əkinçi” qəzeti ilə başlayıb. Publisistik üsluba elmi-kütləvi üslub da deyilir. Şifahi(radio vəs. çıxışlar) və yazılı(kitab,jurnal, qəzet dili) növü vardır.

Publisistik üslubun3 yarım növü vardır:

1.bədii- publisistik üslub(oçerk, feilyeton)

2. elmi-publisistik üslub(siyasi, elmi vəs. məqalə,kitab, dərslik)

3. rəsmi-publisistik üslub( prezident bəyanatı vəs.)

Məişət üslubu

Məişət üslubu insanların bir-biri ilə ünsiyyət saxladıqları adi danışıq dilidir. Ən geniş yayılmış, kütləvi üslubdur. Mimika, jest, yarımçıq cümlələr və sözlər, nitq etiketləri, dialoji nitq burada daha çoxdur. Məişət üslubu dialektüstü nitqdir. Ədəbi dilin şifahi şəklidir.Nitq normaları daha çox pozulur.

Rəsmi-işgüzar üslub

Rəsmi-işgüzar sənədlərin dili rəsmi-işgüzar üslubdur. Rəsmi-işgüzar üslubda fikir yığcam verilir, obrazlı ifadələr olmur, şifahi şəkli yoxdur,köhnə leksika, sintaksisi qorumuş ola bilər. Rəsmi sənədlərin dili və işgüzar sənədlərin dili olmaq üzrə iki yerə ayrılır.

Rəsmi sənədlərə AR Konstitusiyası, qanunlar, qərarlar, nazirlərin əmrləri, fərmanlar, sərəncam,daxildir. Onları mütəxəssislər hazırlayır, tarixi, hüquqi dəyərə malikdir.

Işgüzar sənədlərin dili dövlət əhəmiyyəti daşımır,müəyyən bir məsələ ilə bağlı olur. Işgüzar sənədlərin xüsusi forması vardır və hər bir kəs onları tərtib etməyi bacarmalıdır. Bunlara daxildir:ərizə, arayış, tərcümeyi-hal, elan,akt, protokol, bildiriş, izahat, reklam vəs.

Rəsmi və işgüzar sənədlərə bir yerdə əməli yazılar deyilir.


Yüklə 23,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə