Nitq mədəniyyəti ümumi mənəvi mədəniyyətin tərkib hissələrindən biridir. Xalqımızın müstəqillik və suverenlik əldə etdiyi indiki dövrdə hərtərəfli inkişaf etmiş şəxslərin tərbiyə olunması tələbi dil mədəniyyətini də vacib məsələ kimi qarşıya qoyur. Azərbaycan dili hazırda sözün əsl mənasında dövlətimizin rəsmi dilidir, geniş və şəriksiz ictimai ünsiyyət vasitəsidir. Hər cür dəftərxana işləri, rəsmi sənədlər, mətbuat, radio və televiziya verilişləri və s. bu dildə aparılır. Xüsusən, radio və televiziya verilişlərində ayrı-ayrı ixtisas sahələrinə, müxtəlif dil duyumuna mənsub olan adamlar öz arzu və istəklərini, təklif və tövsiyələrini, xalqın ədəbiyyatı, tarixi, mədəniyyəti, dövlətimizin daxili və xarici siyasəti və s. ilə bağlı söhbətlərini öz ana dilində - Azərbaycan dilində şərh edir, söyləyirlər. Antik yunan natiqlik sənətinin yaranması və inkişafında Aristotelin xüsusi rolu olmuşdur. Aristotel1 335-ci ildə “Ritorika” adlı əsərini yazıb natiqlik sənət-inin elmi əsaslarını vermiş, sənəti insan fəaliyyətinin xüsusi növü kimi qiymətləndirmiş, natiq nitqinin quruluşunu, üslubunu, orfoepiyasını, ifadəlilik vasitələrini və s. geniş şəkildə izah etmişdir. “Ritorika” əsəri üç hissədən ibarətdir:
a) Nitqin tərtibi prinsipi;
b) Natiq üçün lazım olan şəxsi keyfiyyət və qabiliyyət;
c) Nitqin texnikası, vasitələri və priyomları.
Aristotel nitqin üsluba, məqsədə və şəraitə uyğun qurulmasına daha çox fikir verir və göstərirdi ki, üslubun əsas mahiyyəti onun aydınlığı ilə bağlıdır. Üslub nitqin predmetinə uyğun olmalıdır. Aristotel natiqin məharətinin beş cəhətini xüsusi qeyd edirdi.
1. Materialın icadı və onun hazırlanması.
2. Planın tərtibi. Materialın plan üzrə müvafiq formaya salınması.
3. Həmin materialın öyrənilməsi və yadda saxlanılması.
4. Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi.
5. Nitqin söylənilməsi, orfoepiya (ədəbi tələffüz), intonasiya, emosiya və s. məsələlərin nəzərə alınması və onlara əməl olunması (30, 123). Aristotel yaxşı nitq üçün materialın düzgün seçilməsi, planın tutulması, onun mükəmməl öyrənilməsi, söyləmə zamanı uyğun üslubun müəyyənləş-dirilməsi, orfoepik və intonasiya qaydalarına əməl edilməsi, emosiyaların özünəməxsus forma ilə verilməsini mühüm şərt sayırdı. Qədim Roma natiqlik məktəbinin nümayəndələrindən biri də Mark Fabiy Kvintilian (42-118) olmuşdur. O, natiqlik nəzəriyyəçisi kimi tanınmışdır. Acdığı ritorika məktəbi ona şöhrət gətirmişdi. Kvintilian “Natiqlik təhsili” adlı 12 kitabdan ibarət əsər yazmışdı. Həmin kitablarda natiqlik sənətinin elementləri və ritorikanın mahiyyəti, nitq üzərində işin mərhələləri (mövzunun seçilməsi, yerləşdirilməsi, yadda saxlanılması, nəqli, aydın tələffüzü), natiqlik sənətinə, natiqlərin fəaliyyətinə verilən tələblər və s. məsələlər şərh olunmuşdur.
Kvintilian natiqlik sənətinə yiyələnməyi təhsilin zirvəsi hesab edirdi. O, bunu obrazlı şəkildə belə ifadə edirdi: “Şair doğulurlar, natiq isə olurlar. Natiqlik sənətinə isə təlimin köməyi ilə yiyələnmək mümkündür” (55, 97).
Qədim Romada natiqlik sənətinə böyük maraq göstərilirdi. Adamlar məşhur söz ustalarının nitqini öyrənir, hətta çox halda əzbərləyirdilər. Danışanlar öz fikirlərini əsaslandırmaq üçün lazım gəldikdə natiqin nitqindən müəyyən parçaları nümunə kimi verir, ona istinad edirdilər. Roma natiqlik sənətinin inkişafı üzün sürmür. Respublikanın süqutundan sonra natiqlik sənəti tənəzzülə doğru gedir. Diktatura, imperiya natiqliyin qarşısını alır, bu sənət din xadimlərinin əlində moizə söyləmək, dini qanunları, ehkamları təbliğ etmək vasitəsinə çevrilir.
Natiqlik sənətinin tarixi ilə bağlı eyni vəziyyət Rusiyada, eləcə də Azərbaycanda XVII, XVIII və XIX əsrlərə qədər davam etmişdir.
Rusiyada natiqlik sənətinin inkişafı böyük alim, eyni zamanda mahir söz ustası M.V.Lomonosovun adı, fəaliyyəti ilə bağlıdır. O, 1748-ci ildə «Краткое руководство краткоречи» adlı kitab çap etdirmişdir. Bu əsər “Ritorika”nın əsasında yazılmışdır. Həmin əsərdə müdriklik və hazırcavablıq natiqlik sənəti üçün başlıca məziyyət kimi qiymətləndirilir. Bu keyfiyyətlərin yaradılmasında natiqin təbii istedadı, təcrübəsi, dünyagörüşü, elmi-nəzəri hazırlığı, mütaliəsi vacib şərt kimi irəli sürülür. M.V.Lomonosova görə, natiq dinləyicinin hissiy-yatına təsir etməlidir. Bunun üçün o, natiqliyin təsirgöstərmə vasitələrindən istifadə etməyi bacarmalıdır. Natiqlik sənətinə qədim mədəniyyət tarixi olan Şərqdə də maraq yaranmış, ritorika elminə insan fəaliyyətinin xüsusi növü kimi yüksək qiymət verilmişdir.
Dostları ilə paylaş: |