A zərbaycan Dövlət Pedaqoji Universiteti Sərbəst iş Fakültə:İbtidai təhsil İxtisas:İbtidai sinif müəllimliyi Qrup: 2008



Yüklə 28,17 Kb.
tarix02.01.2022
ölçüsü28,17 Kb.
#35601
Təhsil fəlsəfəsi-Sərbəst iş


A
zərbaycan Dövlət Pedaqoji Universiteti


Sərbəst iş

Fakültə:İbtidai təhsil

İxtisas:İbtidai sinif müəllimliyi

Qrup:2008

Fənn:Təhsil fəlsəfəsi

Müəllim:Əlibala Zalov

Tələbə:Gülçin Fərəcova

Mövzu:’’Təhsil fəlsəfəsi” fənninin məqsədi və vəzifələri

Təhsil fəlsəfəsinin ilk sosial-institusional forması ötən əsrin 40-cı illərində ABŞ-da yaradılmışdır.Lakin həmin dövrə kimi təhsilin fəlsəfi cəhətdən öyrənilməsi filosofların diqqət mərkəzində olmamışıdır.Fəqət bəzi filosoflar bu mövzuya diqqət yetiriblər.Məsələn,Platon,Y.Komenski,Lokk .

XX əsrin ortalarından başlayaraq,təhsil fəlsəfəsində tərbiyə ilə tədrisin qarşılıqlı əlaqəsi probleminə daha çox diqqət yetirilir.Və bunu nəticəsi olaraq,pedaqoqların fəlsəfəyə marağı artmağa başlayır.Bununla da təhsil fəlsəfəsi ümumi fəlsəfədən ayrılmağa başlayır və yekunda müstəqil bir sahəyə çevrilir.

Fəlsəfə anlayışı etibarilə insana hikməti sevməyi öyrədir.Təhsil isə insana öytəndikləri arasında əlaqə yaratmağı,bunları həyatında tətbiq etmək bacarığı qazandırır.Təhsil fəlsəfəsi dedikdə isə təhsilin xüsusiyyəti,əhəmiyyəti,məqsədi,vəzifələri,təhsilin idarə edilməsinin qanunauyğunluqlarını,şagirdin iştirakı baxımından təlimin təşkili,müəllimin məqsədi(bilikləri çatdırmaq,müstəqil öyrənənlər yetişdirmək,mənəvi və siyasi dəyərlər aşılamaq),təhsil konsepsiyalarının xüsusiyyəti nəzərdə tutulur.”Təhsil fəlsəfəsi”termini 20-ci əsrin 1-ci rübündə meydana gəlmişdir.Təhail fəlsəfəsinin müstəqil bir sahə kimi formalaşması isə 20-ci əsrin 2-ci yarısına təsadüf olunur.Təhsil fəlsəfəsi təhsil biliklərini fəlsəfə ilə əlaqələndirir,araşdırır,onun ideyalarını təhlil edir.Fəlsəfə gerçəyi axtarıb tapmağa çalışır.Lakin təhsil fəlsəfəsi isə təkamül yolundakı insanı,yaratdığı bütün dəyərlərlə birlikdə əhatəyə alır və onu daha da yüksəltməyə çalışır.Fəlsəfənin və təhsilin bir-birindən ayrılmaz bir bütün olduğunun ən böyük əlaməti dövrün tələblərinə uyğun,dəyişən şərtlərə cavab verən insan yetişdirməkdir.Məzmunu nə olursa olsun,təhsilin hədəfi geniş düşüncəsi ilə insandır.Əsl mövzusu insan olan təhsil fəlsəfəsi insanın çatmaq istədiyi bütün hədəfləri gerçəkləşdirməyin yollarını arayan bir sistemdir.Ümumiyyətlə təhsil fəlsəfəsini öyrənməyin əsas məqsədi təhsillə bağlı olan problemləri anlamaq,dərk etməkdir.Məsələn,cəmiyyətin təhsillə bağlı ehtiyaclarını müəyyənləşdirib,onların hüquqi sənədlərdə necə təsbit olunduğunu,təlim prosesi ilə əlaqələndirməkdir.

Ümumiyyətlə hər bir fənnin qarşısında vəzifələri olur.Təhsil fəlsəfəsi fənninin də müəyyən vəzifələri vardır.Belə ki bu vəzifələr,cəmiyyətdə insanların təlimi,tərbiyəsi və təhsili ilə bağlı problemlərini,ziddiyətlərini araşdırmaqla,müəyyənləşdirməklə cəmiyyətin inkişafını sürətləndirməyə imkan verir.Təhsil fəlsəfəsinin ən vacib vəzifəsi ondan ibarətdir ki,cəmiyyətin hazırkı vəziyyətinin qiymətləndirilməsində və gələcək inkişafının proqnozlaşdırılması prosesində üstünlüklərin aydınlaşdırılmasıdır.Təhsil fəlsəfəsi fənninin qarşısında duran konkret vəzifələr də vardır ki,bunlara aşağıdakılar aiddir:

1.Yeni gənc nəslin,təlimi,tərbiyəsi,dünyagörüşü,təhsili,savadlılıq dərəcəsi,məsələləri üzərində işləmək,onları aydınlaşdırmaq,ümumbəşəri və milli ənənələr əsasında inkişaf etdirmək.

2.Pedaqoji prosesə aid bütün qanunauyğunluqları araşdırmaq,öyrənmək,bu barədə yetərincə məlumata sahib olmaq.

3.Tədris müəssisələrinin idarə olunması,onların daxilində baş verən proseslər,tədris müəssisələrinə rəhbərlik,məktəbdaxili nəzarətin təşklili məsələlərini hazırlamaq.

Bütün bunlar cəmiyyətin təkcə təhsillə bağlı olan problemlərinin həllinə yönəlməmişdir.Həmdə bunlar cəmiyyətin təlimi və tərbiyəsi,təhsili prosesi üçün hazırlanmışdır.Məsələn,cəmiyyətin təhsilini nümunə götürək.Belə ki,təhsil insanın məqsədinə,istəyinə çatması üçün ən mühüm amillərdən biridir,hətta ən başlıcasıdır.Düzdür,biz deyə bilmərik ki,insanın təhsili olsa onun təlimə və tərbiyəyə ehtiyacı olmaz.Bunlar bir-birindən ayrılmazdır.Təhsili,yəlimi və tərbiyəni bir-birindən ayırmaq olmaz.Hər birinin insan həyatında müəyyən rolu və əhəmiyyəti mövcuddur.Biz təhsilimizi,tərbiyəmizi cəmiyyətin bizdən gözlədiyi şəkildə qurmalıyıq.Cəmiyyətin bizim qarşımıza qoyduğu prinsiplər əsasında qurmalıyıq.Və hər kəs təlimi,tərbiyəsi,təhsili prosesini milli mentalitetimizi,milli dəyərlərimizi unutmadan,onlara əməl edərək qurmalıdır.
Yüklə 28,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin