Dərsin səciyyəvi xüsusiyyətləri. Dərsin tipləri və quruluşu. Dərsə verilən müasir tələblər



Yüklə 196 Kb.
səhifə1/12
tarix22.10.2022
ölçüsü196 Kb.
#65898
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   12
6 Muhazire


VI Mövzu: Təlimin metodları. Təlimin təşkili formaları və yeni təlim texnologiyaları.


Əhatə olunacaq məsələlər.

  1. Təlim materialının məzmunu

  2. Təlimin priyomları

  3. Təlimin metodları haqqında anlayış

  4. Təlimin əsas vasitələri

  5. Təlimin təşkili formaları haqqında anlayış.

  6. Dərsin səciyyəvi xüsusiyyətləri. Dərsin tipləri və quruluşu.

  7. Dərsə verilən müasir tələblər.

  8. Təlimin digər təşkili formaları (Praktikum və fakultativ, mühazirə və seminar məşğələləri, imtahan, test. Maraqlar üzrə dərslər, tədris ekskursiyaları, şagirdlərlə əlavə təlim işləri, ev tapşırıqları)

  9. Yeni təlim texnologiyaları



Ədəbiyyat


1. Kazımov N.M. Məktəb pedaqogikası. Dərslik. Bakı, 2009, səh. 90-105, səh. 193-210
2. Abbasov A.N. Pedaqogika. Bakı, 2010, səhş 167-215
3. Ağayev Ə.Ə. və b. Pedaqogika, Bakı, 2006, səh, 53-60
4. Qasəmova L.N., Mahmudova R.M. Pedaqogika. Mühazirə kursu. Bakı, 2003, səh. 292-328


1. Təlim sisteminin əsas komponentlərindən biri təlim ma­te­ria­lı­nın məzmunudur. “Təlim materialının məzmunu” dedikdə şagirdə “Nə­­yi öyrətmək, nəyi aşılamaq lazımdır?”- sualına verilən düzgün ca­­vab başa düşülür. Onu təlim prosesinin məzmunu ilə qarışıq sal­maq olmaz. Müəllimin rəhbərliyi altında həyata keçirilən təlim pro­se­­sinin məzmununa müəllimin fəaliyyəti, şagirdlərin fəaliyyəti və tə­­lim materialının məzmunu daxildir. Təlim materialının məzmunu özündə başlıca olaraq dörd ele­men­­ti-biliklər sistemini, bacarıq və vərdişlər sistemini, yaradıcı fəa­liy­­yət təcrübəsini, münasibətlər sistemini əhatə edir. Bu dörd ele­ment qarşılıqlı münasibətə girərək bəşər təcrübəsinin zəruri hissə­si­ni özündə saxlayan təlim materialının məzmununu əmələ gətirir. Hər bir tarixi dövrdə təhsilin məqsədi mövcud ictimai mü­na­sibətlərin xarakteri, konkret səviyyəsi və inkişaf perspektivləri əsa­sında müəyyən edilir. Təhsilin məzmunu onun qarşısında du­ran məq­sədə çatmaqdan ötrü vasitə yerində çıxış edir. Elmin sistemi, təh­si­lin məqsədi və şagirdlərin imkanları qarşılıqlı əlaqədə təhsilin məz­mununu müəyyən edir. Təlim təhsilin həyata keçirilməsi pro­se­si­dir (təhsilin həyata keçirilməsi texnologiyası kimi baxmaq olar), təlim materialının məzmunu ilə təhsilin məzmunu anlayışları ey­nigüclüdür. Təlim materialı seçilib sistemləşdirilərkən aşağıdakılar nəzərə alı­nır:
1. Elmin tarixi inkişafında anlayış, qanun, prinsiplər hansı ar­dı­cıllıqla əldə edilmişdirsə, tədris fənnində də həmin ardııllıq əsasən göz­lənilir;
2. Tədris fənninin məzmunu elmin nailiyyətləri baxımından mü­əyyən edilir;
3. Tədris fənninin məzmunu şagirdlərin əqli inkişafı baxı­mın­dan formalaşdırılır.
Bir daha vurğulayaq ki, proqramların tərtibi prinsipləri ilə bağlı mütəxəssislər ara­sında yek­dil fikir yoxdur. Onları belə qruplaşdırmaq olar: 1) proq­ramlar pil­lə­lilik (konsentrik) prinsipi üzrə tətbiq olunmalıdır, şagirdlər aşağı si­nif­lərdə müəyyən məsələ haqqında ilkin məlumat almalı, yuxarı si­niflərdə isə həmin məsə­lə­ləri nisbətən dərindən öyrənməlidirlər; 2) proq­ramlar xətti prinsip üzrə tərtib olunmalı, bir məsələ şagirdə bir də­fə təqdim edilməlidir; ey­ni məsələni müxtəlif siniflərdə, müxtəlif sə­viyyədə öyrətməyə eh­ti­yac yoxdur; 3) proqramlar eklektiv (şa­gird­lərin qabiliyyəti və ma­rağı zəminində) prinsip üzrə tərtib olun­malı, bəzi fənlər qabiliyyət və marağa uyğun şəkildə, həm də dərin­dən öyrədilməli, digər fənlər könüllülük əsasında təqdim olunma­lı­dır; 4) proqramlar spiralvari strukturda olmalıdır; bunun xarakterik xü­su­siyyəti odur ki, şagirdlər başlanğıc problemi diqqətdən kənarda qoy­mur, onunla bağlı olan biliklərin dairəsini yavaş-yavaş (tədricən) genişlən­di­rir və dərin­ləş­dirir, burada konsentrik və xətti struktura xas olan fa­si­lələr yoxdur, biliklərin bir dəfə öyrənilməsi də baş vermir, on­ların daha geniş öyrənilməsi davam edir; 5) proqramlar qarışıq struk­turda tərtib olun­malıdır, bu struktur xətti, konsentrik və spi­ral­vari strukturların kombinasiyasıdır, hansı ki, bu kombinasiya təhsilin məz­mununu təşkil edən zaman manevr etməyə, onun ayrı-ayrı his­sə­lərinin müx­təlif yollarla ifadə olunmasına kömək edir. Təlim materialının sistemləşdirilməsi zamanı biliyin çox­lu­ğu­na istinad etmək o qədər də doğru yol sayıla bilməz. Məsələ biliyin çox­luğunda deyil. Əgər bu biliklər şəxsi ağılın süzgəcindən keçərək qiy­mətləndirilməyibsə və işlənməyibsə, həmin biliklərin həcminin bö­yüklüyündən asılı olmayaraq, adam yaradıcı şəxsiyyət ola bil­mə­z.

Yüklə 196 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin