Dərsin səciyyəvi xüsusiyyətləri. Dərsin tipləri və quruluşu. Dərsə verilən müasir tələblər



Yüklə 196 Kb.
səhifə4/12
tarix22.10.2022
ölçüsü196 Kb.
#65898
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   12
6 Muhazire

Mühazirə. Şərhlə yanaşı yuxarı siniflərdə mühazirədən də istifadə edilir. Şərh dərsin az bir hissəsini, mühazirə isə çox his­sə­sini, bəzən də dərsi tamam əhatə edir. Mühazirə zamanı müəl­lim faktlar nümayiş et­dirir, onların təsvirini verir, mühakimə yürüdür, ehtimallar irəli sü­rür, onların həqiqi olub-olmadığını isbat edir, tu­tuş­durur, müxtəlif nöq­teyi-nəzərlərə şagirdlərin diqqətini cəlb edir, suallar vasitəsi ilə on­larda marağı gücləndirir. Mühazirənin planını dərsdə elan etmək, onu şagirdlərə yaz­dır­maq müəllimin mühakiməsini, onun məntiqini izləməyə imkan verir. Mü­­hazirənin mühüm yerlərini şagirdlərin qeydə alması onları diq­qətli olmağa alışdırır. Mühazirədə məntiqi yaddasaxlama tərzləri, is­bat­lar, faktların qruplaşdırılması, sistemə salınması, ümumiləş­di­ril­mə­si, müqayisələr üstünlük təşkil edir. Buna görə də mühazirə za­ma­nı şagirdlərin anlama dərəcəsini yoxlamaq məqsədi ilə suallarla on­lara müraciət edilməsinə haqq qazandırmaq lazımdır.
Seminar. Çox qədim tarixə malik olan bu metod, əslində ali məktəb tə­lə­bələri ilə aparılan təlim işi metodlarından biri hesab olunur. Son za­manlarda orta məktəbdə təhsilin məzmunu xeyli mü­rək­kəbləş­di­yin­dən, bir çox dərslərdə, xüsusən IX-XI siniflərdə ilk mənbələr üzə­rində işləməyi tələb edən tarix, ədəbiyyat dərslərində istifadə edi­lən axtarış metodları qrupuna seminar metodunun daxil edilməsi məq­sədəmüvafiqdir. Bunu, xüsusən, tədqiqat üsuluinun nəticəsində əl­də edilən yeni məlumat haqqında sinifdə hesabat ve­rər­kən tətbiq et­mək lazımdır. Belə ki, nəticəni dəqiqləşdirən, prob­lemi həll edən şa­gird bu barədə yazılı və ya şifahi məlumat verir. Məlumat mü­za­ki­rə edilir, müəllim tərəfindən yekunlaşdırılır. Seminar metodu, digər tərəfdən, müstəqil olaraq da tətbiq edi­lə bilər. Məzmunu məlum olmayan mövzu və ya mövzular şa­gird­lə­rə verilir, müəyyən vaxt göstərilir, lazım gələrsə, müəllim məslə­hət­lər verir, mövzu işləndikdən sonra növbəti dərslərdə müzakirə olu­nub yekunlaşdırılır. Bu metodun əhəmiyyətini də elmi həqiqətləri şa­girdlərə müstəqil olaraq aydınlaşdırmaq vərdişinin aşılanmasında, on­ların idrak fəaliyyətini inkişaf etdirməkdə axtarmaq lazımdır.

Yüklə 196 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin