Dərsin səciyyəvi xüsusiyyətləri. Dərsin tipləri və quruluşu. Dərsə verilən müasir tələblər



Yüklə 196 Kb.
səhifə9/12
tarix22.10.2022
ölçüsü196 Kb.
#65898
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   12
6 Muhazire

Fakültativlər və seçmə kurslar tədris planı üzrə mək­təb­li­lərin, on­la­rın valideynlərinin arzu və maraqlarını nəzərə almaqla işlənib ha­zır­lanır. Fakültativlərin və seçmə kurslar siyahısı tərtib edilərkən tək­cə şagirdlərin arzularına deyil, həm ictimai tələbatlara və məktəbin imkanlarına əsaslanılır. Şagirdlərin praktik fəaliyyətə hazırlan­ma­sı zamanı konkret şərait və vəzifələr nəzərə alınır. Fakultativ və seç­mə məşğələlər ümumtəhsil fənləri ilə sıx əlaqədə keçirilməlidir.
Məsləhətlər şagirdlərə tədris materialına yiyələnmək işində qar­şıya çıxan çətinlikləri aradan qaldırmağa kömək edir. Məsləhət­lər prosesində müəllim şagirdlərin fəaliyyətini elə istiqamətləndirir ki, onlar bu və ya digər məsələni düzgün başa düşsün, mürəkkəb tap­şırıqların və öyrənilən hadisələrin mahiyyətini açmağı öyrən­sin­lər. Məsləhətlər şagirdlərin biliklərindəki mövcud çatışmazlıqları üzə çıxarmağa, onların diqqətini dərindən öyrənilməsi vacib olan mə­sələlərə yönəltməyə imkan verir. Düzgün təşkil edilmiş məsləhət şa­girdlərdə özünənəzarət, öz biliklərinə tənqidi münasibət tərbiyə edir, yaxşı oxumağa, təhsil səviyyəsini düzgün müəyyən etməyə kö­mək edir.
Şagirdlərin mütəşəkkilliyi
1) şagirdlərin təlimə münasibəti, onların zehni inkişafının özünü­təş­kili və səviyyəsi;
2) təlimlənmə səviyyəsinə görə şagirdlərin mümkün qrupları, onla­rın fərdi, qrup, frontal formada dərs şəraitində müxtəlif vəziyyətlərinin uçotu.
Şagirdlərin yaş xüsusiyyətlərinin uçotu:
1) şagirdlərin fərdi və yaş xüsusiyyətlərinə uyğun olaraq dərsin plan­laşdırılması;
2) güclü və zəif şagirdlərin uçotu nəzərə alınmaqla dərsin aparıl­ması;
3) güclü və zəif şagirdlərə differensial yanaşma.
III. Dərsə verilən gigiyenik tələblər
1) temperatur rejimi;
2) havanın fiziki-kimyəvi xüsusiyyəti, xassələri (otağın havasının dəyişdirilməsi);
3) işıqlandırılması;
4) yorulmanın qabaqcadan qarşısının alın­ması;
5) fəaliyyət növlərinin birinin digərini əvəz etməsi (qulaqasmanın hesab, qrafik, praktik işlərlə əvəz olunması);
6) bədən tərbiyəsi dəqiqələrinin keyfiyyətli və vaxtlı-vaxtında keçi­ril­məsi;
7) şagirdlərin düzgün işçi duruşunun gözlənilməsi və qorunması;
8) sinif mebelinin şagirdin boyuna uyğun olması.

Yüklə 196 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin