7. I. Müasir dərsə verilən didaktik tələblər
təhsil vəzifələrinin aydın və onların aparıcı tərkib elementlərinin formalaşdırılması, inkişafedici və tərbiyəedici vəzifələrlə bağlılığı;
tədris proqramının tələblərinə və məqsədlərinə uyğun olaraq dərsin optimal məzmununun müəyyən olunması, onlara hazırlıq dərəcəsi və şagirdlərin hazırlığı uçotu;
şagirdlər tərəfindən elmi biliklərin, bacarıq və vərdişlərin, həm də onun ayrı-ayrı mərhələlərinin formalaşdırılması üzrə proqnozlaşdırılma dərəcəsinin mənimsənilməsi;
daha rasional metod, priyom və təlim vasitələrinin seçilməsi, dərsin hər bir mərhələsinin optimal təsiri, stimullaşdırılması və nəzarət, idraki fəallığı təmin edən seçim, kollektiv və fərdi işlərin dərsdə müxtəlif formalarının bir-birilə uzlaşdırılması və onun şagirdlərin təlim almalarına maksimal dərəcədə köməyi;
dərsdə bütün didaktik prinsiplərin reallaşdırılması;
şagirdlərin müvəffəqiyyətli təlim almaları üçün şəraitin yaradılması.
II. Dərsə verilən psixoloji tələblər
Dərsin psixoloji məqsədi:
1) şagirdlərin tədris predmetinin konkret öyrənilməsi və yaxud konkret dərslə bağlı inkişafın layihələndirilməsi;
2) əvvəlki dərslərdə əldə olunmuş nəticələrin və mövzuların öyrənilməsi üzrə psixoloji tapşırıqların dərsin məqsədli qurulmasında uçotunun nəzərə alınması;
3) şagirdlərin inkişafını təmin edən metodik priyomların, psixoloji-pedaqoji təsirlərin ayrı-ayrı vasitələrinin nəzərə alınması.
Dərsin üsulu
1. Dərsin inkişafedici təlimin prinsiplərinə uyğun olaraq strukturunun və məzmununun müəyyənləşdirilməsi:
şagirdlərin təfəkkür və yaddaşlarının yüklənmə dərəcəsi;
şagirdlərin yaradıcı fəaliyyətinin və təkrarlama həcmlərinin müəyyənləşdirilməsi;
biliklərin müstəqil axtarışı prosesində hazır şəkildə mənimsənilməsinin planlaşdırılması (müəllimdən eşitdiklərindən, yaxud dərsliklərdən, vəsaitlərdən və s.);
müəllim və şagirdlər tərəfindən problemli-evristik təlimin yerinə yetirilməsi (problemi kim qoyur, formalaşdırır və onu kim həll edir);
məktəblilərin fəaliyyətinin qiymətləndirilməsinin müəllim tərəfindən təhlili, nəzarət uçotu, qarşılıqlı tənqidi şəkildə dəyərləndirilmə, uşaqların özününəzarəti və özünütəhlili;
uşaqlarda fəaliyyətə ruhlandırma münasibətləri (aparılmış işlərlə, quruluşlarla bağlı izahlar, stimullaşdırıcı maraq, hər hansı çətinliklərin dəf edilməsi ilə bağlı gücün tətdiq olunması, gücdən istifadə etmə və müsbət hisslər) və məcburetmədən (aldığı qiyməti barədə şagirdin diqqətinə çatdırma, ciddi iradlar, öyüdlər, nəsihətlər və s.) istifadə etmək ola bilər;
2. Müəllimin özünütəşkilinin xüsusiyyətləri:
dərs üçün ən başlıcası müəllimin psixoloji məqsədi dərk etməsi və onun həyata keçirilməsi ilə bağlı daxili hazırlığı;
dərsin əvvəlində və onun gedişində işçi əhvali-ruhiyyə (müəllimin özünü ələ alması, onun əhvali-ruhiyyəsi, mövzu və dərsin psixoloji məqsədi ilə, ciddiliyi ilə qarşıya qoyulmuş məqsədə çatmaqla bağlı inadkarlığı, onun bütün dərsdə iştirak edənlərə optimist yanaşma bacarığı, pedaqoji biliyi və s.);
pedaqoji takt (ortaya çıxma halları);
dərsdə psixoloji mühit (dərsdə şən, təmiz, işgüzar ünsiyyətin, mühitin yaralması və saxlanılması).
Şagirdlərin idraki fəaliyyətinin təşkili
1. Şagirdlərin təfəkkürünün və təxəyyülünün məhsuldar işləməsi, şəraitin təmin olunması üçün tədbirlərin müəyyənləşdirilməsi;
şagirdlər tərəfindən öyrənilən obyekt və hadisələrin qavrayışı, onların dərindən dərk edilməsi yollarının planlaşdırılması;
qurulmalara inandırma və təlqinetmə formasında istifadə;
şagirdlərin diqqətinin sabitliyi və diqqətliliyin planlaşıdırılması ilə bağlı şərait;
şagirdlərin yaddaşlarının əvvəl mənimsənilmiş bilik, bacarıq və onların yenilərini əldə etməyi ilə bağlı (söhbət, fərdi sorğu, təkrarlama üzrə tapşırıqlar və s.) işin aktuallaşdırılmasında müxtəlif formalardan istifadə.
2. Şagirdlərin təfəkkürünün və təxəyyüllünün yeni biliklərin və bacarıqların formalaşdırılması prosesində fəaliyyətinin təşkili:
şagirdlərdə bilik və bacarıqların formalaşması səviyyəsinin müəyyənləşdirilməsi (konkret-hissi təsəvvür, anlayış səviyyəsi, ümumiləşdirici obrazlar, kəşflərdə, nəticələrin formalaşdırılmasında və s.);
şagirdlərdə təxəyyülün, təfəkkür fəaliyyətinin təşkili, yeni obrazlarda dərketmənin təşkili, dərketmə səviyyəsi, anlayışlar və təsəvvürlərin formalaşdırılmasının psixoloji qanunauyğunluqlarına söykənmə;
şagirdlərin təfəkkürünün müstəqilliyini və fəallığını təmin edən işin priyom və formalarının planlaşdırılması (suallar sistemi, problemli situasiyaların yaradılması, müxtəlif səviyyəli problemli-evristik tapşırıqların yerinə yetirilməsi, axtarış və şagirdlərin dərsdə tədqiqat xarakterli işlərinin təşkili, müstəqil işin gedişində intellektual çətinliklərin dəf edilməsinin yaradılması, tapşırıqların şagirdlərin idrakının müstəqil inkişafı məqsədinə uyğun olaraq mürəkkəbləşdirilməsi);
dərketmə səviyyəsinin yüksəldilməsinə rəhbərlik (təsviridən, müqayisəlidən, izahlıdan ümumiləşdiriciyə, qiymətləndiriciyə, problemliyə) və beləliklə də mühakimə və müzakirə bacarığını formalaşdırma;
şagirdlərin müxtəlif növlü yaradıcı işlərindən istifadə etmə (işin məqsədinin izahı, onun yerinə yetirilmə şərtləri, materialın seçilməsi və sistemləşdirilməsi üzrə təlim və eləcə də işin tərtibi və nəticələrinin işlənib hazırlanması üzrə iş).
3. İşin nəticələrinin möhkəmləndirilməsi:
vərdişlərin tapşırıqlar yolu ilə formalaşdırılması;
əvvəlcədən mənimsənilmiş bacarıq və vərdişlərə öyrətmənin yeni iş şəraitinə keçirilməsi, mexaniki keçirilmənin qabaqcadan yol verilməzliyinin nəzərə çatdırılması.
8. Təlim prosesinin təşkilinin digər formaları (köməkçi formaları) sırasına dərnəklər, praktikumlar, seminarlar, konfranslar, məsləhətlər, fakültativ məşğələlər, tədris ekskursiyaları, şagirdlərin müstəqil işləri (evdə) və s. aiddir. Bu formalar şərti olaraq köməkçi formalar adlanır, ola bilər ki, onlardan bəziləri məsələn, seminarlar, evdə müstəqil işlər, fakültativ məşğələlər, ekskursiyalar müəyyən vaxt təlimin təşkilinin əsas forması statusunda çıxış etsin.
Qeyd etmək lazımdır ki, şagirdlərin evdə müstəqil işi məktəbdənkənar əsas və stabil məşğələ növlərindəndir. Bu iş növü təlim prosesinin tərkib hissəsidir. Onun başlıca məqsədi şagirdlərin dərslərdə aldıqları bilik və bacarıqları genişləndirmək, dərinləşdirmək, unutmanın qarşısını almaq və həm də onların fərdi meyllərini, istedad və qabiliyyətlərini inkişaf etdirməkdir.
Dostları ilə paylaş: |