Dərsin səciyyəvi xüsusiyyətləri. Dərsin tipləri və quruluşu. Dərsə verilən müasir tələblər



Yüklə 196 Kb.
səhifə12/12
tarix22.10.2022
ölçüsü196 Kb.
#65898
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   12
6 Muhazire

Kiçik qruplarda iş.
Kiçik qruplarda iş təlim əməkdaşlığı kimi mühüm bir prinsipə əsas­lanır. Kiçik qruplarda iş üsulu üzrə keçirilən dərs ənənəvi qaydada apa­rılan dərsdən nə ilə fərqlənir? Bu cür dərsdə şagirdlər fəal iştirak edir, birlikdə çalışırlar; qru­­pun üzvü kimi onlarda bir-birinin müddəa və rəylərini müzakirə et­məyə motiv yaranır. Qruplarda iş tolerantlığa (dözümlülüyə) və nə­­za­kətliliyə alışdırır. Qruplarda işin şagirdlər üçün faydası aşağıdakılardır:

  • istedadlı şagirdlər bütün sinfin diqqətini cəlb etmədən öz qa­bi­liyyətlərini göstərə bilərlər (yeniyetmələr çox vaxt öz qa­biliy­yət­lə­ri­ni nümayiş etdirməyə çəkinirlər, yaşıdlarının onları “müəllimin gül­məşəkəri” adlandıracaqlarından ehtiyatlanırlar);

  • passiv şagirdlər öz bacarıqlarını açıqlamağa məcbur olurlar (qrup­da iş onlarda məsuliyyət hissi doğurur);

  • şagirdlər az vaxt ərzində müəyyən ideyalar söyləməyi, bu və ya başqa mücərrəd ideyaya öz şəxsi təcrübəsi baxımından yanaş­ma­ğı öyrənirlər.

Qruplara necə bölməli?

  • Hər birində 4-6 nəfərdən çox olmamaqla 4-6 qrup yaradıla bi­lər. Qrupların çoxluğu işin nəticələrinin təqdimatı üçün zəruri olan vax­tı uzadır, qrupda şagirdlərin sayının çoxluğu isə onlardan hər bi­ri­nin qrupun işində fəal idrakını məhdudlaşdırır.

  • Qrupun tərkibi çox vaxt müəllim tərəfindən müəyyən­ləş­di­ri­lir. Şagirdlərin bölgüsünü əvvəlcədən planlaşdırmaq lazımdır.

  • Qrupun tərkibi hər cəhətdən müxtəlif ola bilər. Dostları ayır­maq yaxşı olar. “Yaxşı” və “pis” qrupların yaranmasına yol vermək ol­maz.

  • Qrupun tərkibi tez-tez dəyişir. Şagirdlərin daim eyni tər­kib­də işləməsi arzuolunmazdır.

  • Qruplara bölgü üsulları maraqlı və cəlbedici olmalıdır.

Kiçik qruplarda iş üsulu üzrə dərsi necə planlaşdırmalı?
Dərsə hazırlaşarkən aşağıdakı sual-məsələlər üzərində fikir­ləş­mək lazımdır:

  • Məqsədlər nədən ibarətdir? Şagirdlər hansı biliklərə, bacarıq və dəyərlərə yiyələnməlidirlər?

  • Uşaqların bunu öyrənməsi nə üçün vacibdir?

Planlaşdırma:

  • Paylama materialının hazırlanması.

  • Sinif otağının əvvəlcədən lazımi vəziyyətə gətirilməsi.

  • Dəqiq tapşırığın (təlimatın) verilməsi.

  • Diqqətin, işləmək üçün ayrılmış vaxtın cəlb edilməsi.

  • Qrupun gördüyü işə dair hasabat formasının (təqdimatın) şərt­ləşdirilməsi.

Bir qayda olaraq, görülmüş iş qrupun iştirakçılarından biri tə­rə­­findən təqdim edilir (ya şagirdlərdən birinin istəyi, ya da qrupun se­çimi üzrə).
İşin davam etdiyi müddətdə müəllim hər bir qrupun necə ça­lış­masını müşahidə edir: bütün qruplara bərabər diqqət yetirir; əgər qrup özü xahiş edərsə, müzakirə prosesinə müdaxilə edir. İş başa çat­dıqdan sonra müəllim qrupların hər birinin əldə olunmuş nəti­cə­lə­ri təqdim etməsini xahiş edir. Təqdimetmələr bitdikdən sonra mü­əl­lim görülmüş işlərə yekun vurur. Yeni təlim texnologiyaları ilə keçirilən dərslərin üstün cəhət­lə­rindən biri şagirdləri sosial cəhətdən inkişaf etdirməkdir. Belə dərs­lərdə təşkil edilən kooperativlər (qruplar) şagirdlərin sosial for­ma­laşmasında mühüm rol oynayırlar. Qrupu təşkil edən şagirdlər ara­­sında yaranan münasibət, ünsiyyət, qrupdaxili davranış qaydaları ilə tənzimlənir. Belə qaydalar şagirdlərin əxlaqi-mənəvi cəhətdən for­malaşmalarında gərəkli rol oynayır. Qrup davranış qaydaları aşa­ğı­dakı kimidir:

  • Qrupu təşkil edən üzvlərin vəzifələrini düzgün müəy­yən­ləş­dir­mək;

  • Qrup liderini seçmək;

  • Qrupun hər bir üzvünün fikirlərinə hörmətlə yanaşmaq və din­ləmək;

  • Hər kəsin öz şəxsi fikrini söyləməsi üçün imkan yaratmaq;

  • Problemin həlli üçün birgə yollar axtarmaq;

  • Qrup işində fəallıq göstərmək;

  • Artıq hərəkətlərə yol vermədən müəllimin verdiyi mövzu ət­ra­fında müzakirələrdə iştirak etmək;

  • Söylənilən fərdi fikrin elmiliyinə diqqət yetirmək;

  • Digər şagirdlərlə ünsiyyətdə yüksək mədəniyyət göstərmək.







Yüklə 196 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin