Mövzu: Məhsulların satışının həvəsləndirilməsi və reklamı



Yüklə 13,97 Kb.
səhifə1/5
tarix24.12.2023
ölçüsü13,97 Kb.
#191465
  1   2   3   4   5
MSL8

Mövzu: Məhsulların satışının həvəsləndirilməsi və reklamı


Mövzunun planı:
    • Marketinq kommunikasiya sistemi;
    • Reklamın mahiyyəti və formaları;
    • Reklamın planlaşdırılması;
    • Satışın həvəsaləndirilməsinin forma və metodları;
    • İctimaiyyətlə əlaqənin təşkili.

1- ci sual. Marketinq kommunikasiya sistemi

Marketinqin kommunikasiya sistemi satışın həcminin və mənfəətin artırılması məqsədilə məqsəd auditoriyasına təsir göstərilməsi və ya müəssisənin özü və məhsaulu( xidməti ) haqqında informasiyanın verilməsi vcasitələrinin məcmusudur.

Marketinqin kommunukasiya sisteminin əsas tərkib elementləri


Marketinqin kommunikasiya soisteminin əsas tərkib elementlərinə aşağıdakı kommunikasiya vasitələri aid edilir:
Reklam;
Şəxsi satış;
Satışın həvəsləndirilməsi;
İctimaiyyətlə əlaqənin təşkili;
Birbaşa marketinq;
Sərgilər və yarmarkalar.

Marketinqin kommunikasiya sisteminin əsas tərkib elementlərinin mahiyyəti və məzmunu

Reklam konkret məhsulun ( xidmətin, ideyanın, müəssisənin və s. ) təbliğatı məqsədilə kütləvi informasiya vasitələrində pullu, biristiqamətli, qeyri – şəxsi və dolayı müraciət edilməsi və ya məlumat verilməsidir.

Şəxsi satış məhsulun və xidmətin satılması məqsədilə satıcının və ya onun nümayəndəsinin mövcud və potensial alıcı ilə şəxsi və birbaşa kontaktıdır.

Satışın həvəsləndirilməsi qısamüddətli dövrdə bazarın cavab reaksiyasını sürətləndirmək məqsədilə həyata keçirilən tədbirlər sistemidir.


İctimaiyyətlə əlaqə müəssisəyə və onun məhsullarına xeyirxah münasibət formalaşdırmaq məqsədilə kütləvi informasiya vasitələrində onlar haqqında haqqı ödənilmədən məlumatların yayılmasıdır.
Birbaşa marketinq məhsulların satışı ilə yanaşı həm də kommunikasiya funksiyasını yerinə yetirir.
Sərgilər və yarmarkalar məhsulların nümayiş etdirilməsi və satışının həyata keçirilməsi məqsədilə satıcıların və alıcıların iştirak etdiyi kommersiya tədbiridir.
Marketinqin kommunikasiya sisteminin əsas tərkib elementləri(davamı)

Yüklə 13,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin