Ailənin pedaqoji-psixoloji əsasları və funksiyaları Ailə



Yüklə 150,87 Kb.
səhifə1/43
tarix28.12.2021
ölçüsü150,87 Kb.
#48235
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   43
ailə tərbiyəsi


Ailənin pedaqoji-psixoloji əsasları və funksiyaları

Ailə özünəməxsus spesifik xüsusiyyətləri ilə xarakterizə olu­nan, psixoloji çalarlara malik və bir sıra funksiyaları icra edən kiçik sosial qurumdur. Qədim tarixə və kökə bağlı olan ailə məsələləri, şüb­həsiz, müasir dövrdə istər ayrılıqda götürülmüş şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümum­bə­şəri dəyərlərin, mədəni irsin, əxlaqi norma və qaydaların ötürücüsü rolunu oynayır. Ailə Azərbaycan xalqının psixologiyasının aparıcı qüvvəsidir. Zamanın təfəkkür süzgəcindən bu günə kimi gələn və aktual səslənən ailə və onun formalaşması məsələləri Azərbaycan xalqının deyimlərində həmişə ülvi və müqəddəs ölçülərlə dəyərlən­diril­mişdir. Xalqımız ailəni müqəddəs ocaq saymışdır. Şəxsiyyətin təşəkkülündə ailənin rolunu başlıca qeyd etmək lazımdır. İki nəslin, soyun qovşağında yeni ailə əmələ gəlir. “Ailə bir-birinə məişət bir­liyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan insanların nigah və qan qohumluğuna əsaslanan birliyidir”. Bu birlikdə ailədaxili mü­na­sibətlərin hansı səviyyədə inkişafı ailənin hazırkı və gələcək durumunu səciyyələndirən əsas faktordur.

Sorğu kitabçasında ailə belə səciyyələndirilir: “Ailə–ümumi qəbul edilmiş anlayışda qan qohumluğu və ya nigah əlaqələri ilə bağlanan insanlardır”.

“Ailə” dedikdə dəqiq müəyyən edilmiş maraqları və məq­səd­ləri olan mini ictimai qrupu nəzərdə tutulur. Ailənin əsas məqsədi qa­lib gəlmək, özünü qorumaq, ailə üzvlərinin əsas tələbatını ödəyə bilmək və nəslin davamını təmin etməkdir.

Ailənin psixoloji mövqeyi, uşaqların tərbiyəsi ərin və arvadın münasibətləri ilə şərtlənir. Azərbaycan ailəsinə həsr edilmiş tədqi­qat­­larda qeyd edilir ki, ailə-qadın və kişinin qarşılıqlı meyli və istəyi ilə qurulan könüllü ittifaqdır. Onların arasında formalaşan mü­nasibətləri, insanın insana təbii münasibəti kimi qiymət­lən­dir­mək olar. Bu münasibətlər bir-birilə məişət birliyi və qarşılıqlı mə­nə­viyyatla bağlı olan adamların nigah və qan qohumluğuna əsas­lanır. Burada ailəni səciyyələndirən iki mühüm xüsusiyyət diqqəti cəlb edir: Məişət birliyi; Özünəməxsus xüsusiyyətlər.




Yüklə 150,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə