Almaniyanın daxili və beynəlxalq vəziyyəti



Yüklə 29,03 Kb.
səhifə1/2
tarix09.10.2022
ölçüsü29,03 Kb.
#64773
  1   2
Almaniyanın daxili və beynəlxalq vəziyyəti


Almaniyanın daxili və beynəlxalq vəziyyəti

Birinci dünya müharibəsi Almaniya imperiyasının məğlubiyyəti ilə başa çatdı. Müharibə Almaniyaya 161 milyard markaya başa gəlmişdi, canlı qüvvə itkisi: 2 milyon nəfər ölmüş, 4,5 milyon nəfər yaralanmış, 1 milyon nəfər əsir və itkin düşmüşdü. Dövlət borcu 150 milyard marka idi.1918-ci ildə istehsal edilən sənaye məhsulu müharibədən əvvəlkinin 57%-nə bərabər idi. Əkin sahələrinin həcmi iki dəfə azalmışdı. Əhalinin yaşayış və əmək şəraiti pisləşmişdi. Vergilər artırılmış, əmək haqqı azalmışdı. Sosial-iqtisadi ziddiyyətlər kəskinləşmiş, sosial-etiraz hərakatı güclənmişdi. Almaniya müstəmləkələrini və böyük dövlət statusunu itirmişdi. Noyabr inqilabı nəticəsində Almaniya imperiyası respublika ilə əvəz edilmiş, hakimiyyət yunkerlərdən burjuaziyaya keçmişdi.
1918-ci ilin noyabrın 10-da Berlində Xalq Müvəkkilləri Şurası adlı müvəqqəti hökümət yaradıldı.Hökümətin tərkibinə həm Sosial Demokrat Partiyasından həm də Müstəqil Sosial Demokrat Partiyasından üç nümayəndə daxil idi. K.Libknext XMŞ-na daxil olmaqdan imtina etdi. Xalq Müvəkkilləri Şurasına F.Ebert və H.Haaze rəhbərlik edirdi. 1918-ci ilin noyabrın 11-də Almaniya Antanta ilə Kompyen barışığını imzaladı. Kompyen barışığı Almaniyada əhalinin bir qismi üçün gözlənilməz oldu. 1918-ci ilin yayınadək Almaniya baş qərargahı məğlubiyyət haqqında düşünmürdü, Antanta ilə müharibənin 1919-cu ildə başa çatacağını hesablamışdı. 1918-ci ilin payızında cərəyan edən hadisələr, yəni, həm alman qoşunlarının qərb cəbhəsində məğlubiyyəti, həm də müttəfiqlərinin müharibədən çıxması Almaniyanı müharibəni dayandırmağa məcbur etdi.
Almaniya höküməti Antanta ilə barışıq imzaladı ki, “sülh” şüarından ölkədə inqilabın qarşısını almaq üçün istifadə etsin. Eyni zamanda Almaniya ordunun tamamilə darmadağın edilməsini istəmirdi. Ölkədə Almaniya ordusunun məğlubedilməzliyi haqqında təbliğat aparılırdı. Baş qərargah ağır şərtləri olan barışığı siyasətçilərin fəaliyyətinin nəticəsi kimi təqdim edir, müttəfiqlərin xəyanətindən, inqilabın müharibə edən orduya “arxadan zərbə vurması”ndan danışırdı. Barışıq imzalanan vaxt Almaniya ərazisində hərbi əməliyyatlar aparılmırdı və onun ordusu hələ təslim olmamışdı. Almaniya təcrübəli zabitlərə və inkişaf etmiş hərbi sənayeyə malik idi. Ona görə Kompyen barışığı danışıqsız təslim aktı deyil, danışıqlar və Antantanın qismən güzəştləri nəticəsində bağlanmış saziş idi.
Almaniya qalib dövlətlər arasındakı ziddiyyətlərdən istifadə etməyə çalışırdı. “Bolşevik təhlükəsi”nə istinad edən Almaniya tələb edirdi ki, onun ordusu tərksilah edilməsin. “Rus kartı” Almaniyaya həm Kompyen barışığının imzalanması, həm də sülh

Yüklə 29,03 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin