AZƏrba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə1/37
tarix26.02.2017
ölçüsü5,21 Mb.
#9665
  1   2   3   4   5   6   7   8   9   ...   37

 

 



AZƏRBA YCA N MĠLLĠ ELM LƏR AKADEM ĠYASI 

A.BAKIXANOV ADINA TARĠX  ĠNSTĠTUTU 

 

 

 



 

 

 



 

AZƏRBAYCAN 



TARĠXĠ 

 

aprel 1920- iyun 1941 

 

 

 



 

 

 



 

 

 



 

YEDDĠ CĠLDDƏ 

VI  CĠLD 

 

BAKI, ELM , 2008 



 

 


 

 



Bu k itab "Azərbaycan tarixi. Yeddi cilddə. VI cild  " (Bak ı, Elm, 2000) 

 nəşri əsasında tək rar nəşrə hazırlanmışdır. 

 

 

 



 

Məsul redaktor:                       Cəmil Quliyev 



akademik 

 

 



 

 

 



 

ISBN 978-9952-448-44-03 

 

947. 5402-dc22 

Tarix – A zərbaycan 

 

Azərbaycan tarixi. Yeddi cilddə. VI cild (aprel 1920 - iyun 1941). 



Bakı. "Elm". 2008. 568 səh. + 48 səh. illüstrasiya. 

 

Bu  cilddə  Vətən  tarixinin  mürə kkəb  və  ziddiyyətli  dövrlərindən  biri 



olan  20-30-cu  illə rin  uğurlu  və  məĢəqqətli  tarixi  hadisələri  nəzə rdən  keçirilir. 

Sovet  hakimiyyətinin  qurulması,  "milli"  dövlət  quruculuğu,  sənayeləĢdirmə  və 

kollekt ivləĢdirmə ,  mədəni  həyat,  idarəet mənin  zora kılıq,  görün mə miĢ  cəza  

tədbirləri  ilə  müĢayiət  olunan  inzibati-amirlik  sistemi,  eləcə  də  yeni  cəmiyyət 

qurmağın bütün ağırlıq larını çiy inlərində daĢıyan milyonlarla  zəh mətkeĢin gərgin 

əmək  fəaliyyəti  indiyədək  öyrənilmə miĢ  arxiv  sənədləri  və  dövri  mətbuat 

materialları əsasında tam və hərtərəfli Ģərh olunur. 

© "Elm" nəĢriyyatı, 2008 



 

GĠRĠġ  



 

"Azərbaycan tarixi  (1920-ci  il aprel -  1941-ci  il  iyun)" -  VI cild  Vətən 

tarixin in  ən  mürəkkəb  və  ziddiyyətli  dövrlərindən  birini  əhatə  edir. 

Azərbaycanda həmin  illərdə dövlət idarəçiliy inin yeni sistemi yaran mıĢ, ölkən in 

iqtisadiyyatında,  cəmiyyətin  ictimai-siyasi  həyatında,  mədəni-mənəvi  aləmində 

köklü dəyiĢikliklər baĢ vermiĢdi. Xalqımızın keçdiy i bu tarixi yolun obyektiv və 

ciddi e lmi tədqiqinin mühüm prinsipia l əhə miyyəti vardır. 

Möhtərəm  Prezident  H.  Ə.  Əliyevin  qeyd  etdiyi  kimi,  "Azərbaycan 

xalq ı  yetmiĢ  il  ko mmunist  rejimi  Ģəraitində,  sosialist  dövlətinin  tərkib ində 

yaĢamıĢdır. Həmin dövr Azərbaycan xalqın ın həyatında böyük bir tarixi dövrdür, 

onun doğru-düzgün qiyməti verilmə lidir... Əsas cəhət budur ki, yet miĢ il ərzində 

Azərbaycan  xalqı  böyük  tarixi  yol  keçmiĢ,  respublikanın  iqtisadiyyatı  yüksək 

sürətlə  inkiĢaf  etmiĢ,  xalq ımızın  mədəni,  təhsil  səviyyəsi  yüksəlmiĢ, 

Azərbaycanın  elmi,  mədəniyyəti,  həyatının  bütün  sahələri  in kiĢaf  etmiĢ, 

respublikada böyük iqtisadi, sosial və mədəni-intellektual potensial yaranmıĢdır". 

Tarix e lmi keç miĢi  fakt və hadisələr  məc musu əsasında, konkret za man  

və  məkan  çərçivəsində,  yalnız  obyektiv  tədqiq  etməklə  əsil  həqiqəti  üzə  çıxara 

bilər. 


Nisbətən  son  vaxtlaradək  "sarsılmaz"  hesab  edilən,  lakin  yenidən 

hərtərəfli  dərin  təhlil  edilməsinə  və  qiymətləndirilməsinə  ehtiyac  olan  əsas 

problemlərə 

peĢəkar 


tarixçilərin 

prinsipia l 

elmi 

münasibətlərinin  



müəyyənləĢdirilməsi  məsələsi  ind i  daha  kəskinləĢmiĢdir.  XX  əsrin  20-30-cu  

illəri  ərzindəki  məsələlərin  böyük  bir  qis mi,  o  cümlədən  Azərbaycanda  sovet 

hakimiyyəti  qurulmasını  Ģərtləndirən  amillər;  respublikada  yaran mıĢ  ictimai-

siyasi vəziyyət; hakim dairələrdə qarĢıdurmalar; "sovet  cəmiyyəti" qurulmasında 

Azərbaycan  neftinin  rolu;  "acınacaqlı"  kollektivləĢdirmə  prosesi;  Azərbaycanda 

kənd  təsərrüfatı  siyasəti;  "milli  dövləl  quruculuğunun"  mahiyyəti  -

"müstəqilliyin" gerçək və dekorativ tərəfı; " xəyali hüquqlar"; "beĢillik təsərrüfat 

planlarının"  yerinə  yetirilməsində,  "sovet"  neft  rayonların ın  yaradılması  və 

inkiĢafinda  Azərbaycan  fəhlə  sinfinin  rolu;  mədəni  quruculuğun  xüsusiyyətləri, 

"bolĢevik  ideologiyasının"  hakimliyi;  dinə  münasibətin  özünəməxsusluğu; 

respublikada  totalitar  re jimə  keçid;  bürokratiyanın  güclənməsi,  idarə etmədə 

inzibati-a mirlik 

sisteminin  bərqərar  olması;  Azərbaycanda  qanunçuluğun 

pozulması,  repressiyalar  və  sair  məĢəqqətlərin  analitik  təhlili  və  dü zgün, 

obyektiv qiymətləndirilməsi həmin problemlər sırasına daxild ir. 

Kitabda  20-30-cu  illərdə  sosializmin  "Stalin  eksperimenti"nin,  bütün 

keçmiĢ  sovet  ölkəsində  olduğu  kimi,  Azərbaycanda  necə  həyata  keçirild iyini 

aĢkarlamaq  üçün  bütün  bacarıqlarını  sərf  etməyə  çalıĢan  müəllif  heyəti 



 

stereotiplərdən,  "üstüörtülü  təqdimatdan"  uzaqlaĢmıĢ  və  hə min  müddət 



çərçivəsində  Azərbaycanda  mövcud  olan  cəmiyyətin  tarixi  in kiĢafını  obyektiv 

Ģərh etməyə səy göstərmiĢdir. Müəlliflər tarixi prosesi araĢdırarkən,  ilk növbədə 

tarixilik  prinsipini  əsas  tutaraq,  obyektiv  və  subyektiv  amillərin  qarĢılıq lı 

əlaqələrini hərtərəfli təhlil etmək mövqeyindən çıxıĢ etmiĢlər. 

Müəllif  heyəti  hesab  edir  ki,  bu  cild  əhatə  etdiyi  dövrün  analitik, 

hərtərəfli,  tam  elmi  tarixin i  yaratmaq  üçün  görülməli  böyük,  ço x  diqqət  və 

zəh mət  tələb  edən  məsul  bir  iĢin  ancaq  baĢlanğıcıdır.  Bu  istiqamətdə  yeni 

axtarıĢlar  və  dərin  analitik  tədqiqatlar  Azərbaycan  tarixçilərin in  müqəddəs 

vətəndaĢlıq, alim borcudur. 

Əsərin  mü xtəlif  fəsillərinin  möv zuları  tədqiq  edilib  iĢıqlandırılarkən  

vaxtilə  Moskva,  Sankt-Peterburq,  Tb ilisi  və  respublikamızın  arxiv lərindən 

götürülmüĢ  sənəd və  materiallara  üstünlük  verilmiĢdir.  Bu  sənəd  və  materiallar 

əsərin  mənbəĢünaslıq  bazasın ı  təĢkil  edir.  Bir  ço x  aktual  p roblemlər 

araĢdırılarkən  dövri  mətbuatdan,  alimlərin,  tarixi  Ģəxsiyyətlərin  bərpa  olun muĢ 

nəĢrlərindən, kitab və xatirələrindən istifadə edilmiĢdir. 

VI  c ild  20-30-cu  illə r  A zərbaycan  tarixin in  əs as  problemlərinin  

ko mpleks  halında  elmi  araĢdırılmasına  doğru  ilk  addımd ır.  Bu  iĢ  müəyyən 

mənada,  hələ  50-60-cı  illərdə  müəllif  ko llektiv i  tərəfındən  baĢlanıb,  üçcild lik 

"Azərbaycan  tarixi"  ilə  baĢa  çatan  çox  dəyərli  iĢin  davamıd ır.  Ho min  nəĢrin  

respublikanın  aparıc ı  tarixç iləri  O.S.Su mbatzadə,  Ġ.A.Hü seynov,  Z.Ġ.Ġbrahimov, 

Ə.N.Quliyev,  Y.A.To karjevskinin  redaktəsi  ilə  1963-cü  ildə  iki  hissədə 

buraxılmıĢ üçüncü cildi, o radakı ayrı-ayrı səhv və mübahisəli  məsələlərə, bəzən  

də  müasir  tarixi  proseslərlə  səsləĢməyən  konseptual  yayınmalara  baxmayaraq, 

ilk  ü mu miləĢdirici  kitab  kimi,  bu  gün  də  öz  əhəmiyyətini  tam  itirməmiĢdir. 

Kitabın  müəllif ko llektiv i bu entuziastların - ilk yol açanların nəhəng əqli gücləri 

ilə, həqiqətən də mürə kkəb, çətin b ir Ģəraitdə, ilk dəfə, zəmanəsinin tarix elminin  

uğurlarına  əsaslanıb  Azərbaycan  tarixini  ibtidai  icma  quruluĢundan  baĢlayaraq 

XX  əsrin  60-cı  illərinədək  iĢıqlandıran  ko mpleks  elmi  əsər  yaradanların  

xatirəsin i dərin ehtiramla yad edir. 

Bu  cilddə  verilən  illüstrasiya  materialla rı  Azerbaycan  Respublikası 

fotofono-kino  sənədləri  və  Mərkə zi  Dövlət  Arxiv inin  fondlarından,  mü xtə lif 

mu zeylər,  nazirlik  və  idarələrdən,  həmçinin  mü xtəlif  dövri  nəĢrlə rdən 

götürülmüĢdür. 

Müəllif  ko llektiv i  və  redaksiya  heyəti  cildin  hazırlan ması  və  nəĢri 

za man ı  göstərdiklə ri  kö məyə  görə  təĢkilat  və  müəssisələrə,  e lmi  iĢçi  və 

mütəxəssislərə təĢəkkürünü bildirir. Onlar  VI cild yazılarkən hazırlan ması 1977-

ci ildə planlaĢdırılan ço xcild liy in nəzərdə tutulan müəlliflərindən tarix e.d., prof. 

Z.B.ġıxlinskin in,  tarix  e.d.,  prof.  E.Ġ.Məmmədovun,  filologiya  e.d.,  prof. 



 

Q.X.Qasımzadənin,  sənətĢünaslıq  doktoru,  prof.  N.D.Həbibovun,  sənətĢünaslıq 



namizədi, prof.  E.Ə.Abasovanın, sənətĢünaslıq namizədi Ə.Ə.Əliyevanın təqdim 

etdikləri bəzi materiallardan da istifadə o lunduğunu minnətdarlıqla qeyd edirlər. 

VI cildin mətn lərini aĢağıdakı müəlliflə r yazmıĢlar: 

GiriĢ,  I,  II  və  IV  fəsillər,  nəticə  -  tarix  elmləri  doktoru,  professor, 

akademik 

C.B.Qu liyev;  III  fəsil  -  tarix  elmləri  doktoru,  professor 

Y.A.Tokarjevski  ,  tarix  elmləri  doktoru  A.Ə.Məmmədov,  tarix  ehnləri 

namizədləri A.Ġ.Xəlilov, T.Ə.Novruzov, Ə.C.Rəhimov ,  V və  VIII fəsillər  - tarix 

elmləri doktoru, professor T. H. Musayeva; VI fəsil  - tarix elmləri doktoru A. Ə. 

Məmmədov,  tarix  elmləri  namizədləri  Z.M.Ġsayev,  A.C.Muradova;  VII  fəsil  - 

A.Ə.Məmmədov, Z.M.Ġsayev; IX fəsil - C.B.Qu liyev, A.Ə.Məmmədov; X fəsil -

Y.A.Tokarjevski,  A.Ə.Məmmədov,  T.Musayeva,  A.C.Muradova,  tarix  elmləri 

doktoru  R.E.Zeynalov;  xronoloji  cədvəl  -  Ə.C.Rəh imov  ;  Xülasə  (rus  dilində)  - 

T.H.Musayeva; Biblioqrafıya - C.B.Quliyev, A.Ə.Mə mmədov, Ə.C.Rəhimov. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

I FƏSĠL 

 

AZƏRBAYCAN SOVET SOSĠALĠST  

RESPUBLĠKASININ YARANMAS I 

 

§ 1. SOVET QURUCULUĞUNUN BAġLANMASI 

 

Sovet  hakimiyyəti  Azərbaycan  Sovet  Sosialist  Respublikasını  ancaq  

elan  etmiĢdi,  qarĢıda  hələ  çətin  vəzifə  -  onu  həqiqətə  çevirmə k  tələb  olunurdu. 

Labüd  sual  doğur:  bütün  Azərbaycan  bu  vəzifəni  yerinə  yetirmək  üçün  hazır 

idimi?  Ümu mən  sosialist  dəyiĢikliklər  üçün  Azərbaycan  iqtisadiyyatda, 

siyasətdə, sosial-maddi sahədə, mədəniyyət və ideologiyada lazımi  ilkin Ģərtlərə 

və  əsas  amillərə  malik  id imi?  Bakı  ilə  Azərbaycan  ərazisinin  qalan  hissəsinin 

inkiĢaf  səviyyəsi  arasında  keçmiĢdən  irs  qalmıĢ  fərq in  yeni  respublika 

quruculuğu  prosesində  necə  aradan  qaldırılması  problemi  də  obyektiv  surətdə 

aydınlaĢdırılmalıd ır! 

Qərəzsiz  elmi  araĢdırma  göstərir  ki,  Azərbaycanın  timsalında  sovet 

respublikası quruculuğu, əslində, onun maddi, elmi-texn iki və  insan potensialını 

hakim  Mərkəzin  məqsəd  və  mənafeyinə  tabe  etməklə    aparılırdı.    Mərkəzin   

sosializm    quruculuğu    siyasətində  Azərbaycanın  yeri  əsasən  onun  öz 

"beynəlmiləlçilik  borcunu"  yerinə  yetirməsi  dəlili  ilə  əsaslandırılırdı.  Həmin  

siyasətin  ümdə  istiqa məti  bunlar  idi:  Bakı  ölkənin  baĢlıca  neft  xəzinəs i  və 

Azərbaycan  Sovet  Ġttifaqının  Ġkinci  pambıq  bazasıdır.  "Ümu mi  sosialist 

vətəninin"  mənafeləri  ilə  pərdələnən,  əslində  isə,  "sosializm"  bayrağı  altında 

əsarətə  almaq  siyasətinin  incə  formada  davamı  olan  siyasət  belə  idi.  Prinsip 

etibarilə, A zərbaycanda sosializm quruculuğu bu cür intiĢar edird i. BaĢlıcası  isə 

bunu  obyektiv  surətdə  izah  etməyə  və  iĢıqlandırmağa  çalıĢmaq  lazımd ır.  Çünki 

inkar  etmək  olmaz  ki,  Azərbaycan  öz  tarixinin  sovet  dövründə  də  mühüm 

iqtisadi, sosial-mədəni dəyiĢikliklərə  nail o lmuĢdur. Azərbaycan xa lqı ə mə ksevər 

xalqdır,  qarĢısına  çıxan  böyük  çətinlikləri  və  səhvləri  aradan  qaldıraraq, 

ədalətsizliyə tab gətirərək yeni həyat quruculuğu naminə fədakarlıqla çalıĢmıĢdır. 

 

* * * 

 

Sovet  hakimiyyətinin  qurulması.  1920-ci  il  aprelin  28-də  Müvəqqəti 

Ġnqilab  Ko mitəsi  yeni  höku mətin  -  Azərbaycan  SSR  Xalq  Ko missarları 

Sovetinin  aĢağıdakı  tərkibin i  təsdiq  etdi:  N.Nərimanov  -  XKS-n in  sədri  və  xalq 

xarici  iĢlər ko missarı; Ç.Ġldırım -  xalq hərbi-dəniz iĢləri  ko missarı; H.H.Su ltanov 

-  xalq  da xili  iĢlər  ko missarı;  Ə.H.Qarayev  -  xalq  ə mə k  və  ədliyyə  ko missarı; 



 

Q.M.Musabəyov  -  xalq  əkinçilik,  t icarət,  sənaye  və  ərzaq  ko missarı; 



M.D.Hüseynov  -  xalq  maliyyə  ko missarı;  D.X.Bünyadzadə  -  xalq  maarif  və 

dövlət  nəzarəti  ko missarı;  C.Vəzirov  -  xalq  poçt,  teleqraf  və  yollar  ko missarı; 

A.Ə.Əlimov - xalq səhiyyə və himayə ko missarı. 

Bu,  A zərbaycanın  sovet  hökumətinin  ilk  kabineti  id i.  Sonralar  onun 

tərkib i  dəfələrlə  dəyiĢmiĢdir.  1920-ci  ilin  avqustunda  isə  Kiçik  Xalq  

Ko missarları  Soveti  yaradıld ı.  Onun  əsas  vəzifəsi  Azərbaycan  Ġnqilab  

Ko mitəsinin  səlah iyyətinə  aid  olan   məsələləri  ətraflı  mü zakirə  etmək  və 

hazırla maq  idi.  Xalq  ko missarların ın  hamısı,  Xa lq  Təsərrüfatı  ġurasının  və 

Fövqəladə  Komissiyasının,  Hərb i  Ġnqilabi  Səhra  Tribunalın ın  nümayəndələri 

Kiçik Xalq Ko missarları Sovetinin ü zvü idilər. 

Aprelin  29-dan  etibarən  Ə.H.Qarayev  baĢda  olmaqla  Bakı  Ġnqilab  

Ko mitəsi  də  iĢləy irdi.  Bakıda  Ģəhər  Soveti  ilə  yanaĢı,  Bakı  Qəza  Ġnqilab  

Ko mitəsi  də  fəaliyyət  göstərirdi

2

.  ġəhərin  bütün  rayonlarında  yerli  hakimiyyət 



orqanları  yaradılmıĢdı.  TəĢkil  edilmiĢ  Mərkəzi  Ko miss iya  bütün  fəhlələrə 

müraciət  edərək,  onları  mədənlərin,  zavodların,  anbarların,  onlarda  olan  

qiymətli  əĢyaların,  avadanlığının  mühafizəsinə  ciddi  nəzarət  etməyə,  xalq  

mü lkiyyəti kimi qoru mağa çağırmıĢdı. 

1920-c i  il  apre lin  28-də  Gəncədə  də  hakimiyyət  Ġnqilab  Ko mitəsinin  

əlinə  keçd i.  Gəncə  Ġnqilab  Ko mitəsinə  Ġ.M.Əliyev  (sədr),  F.T.Əliyev, 

Ġ.A.Əminbəyli  (müav inlər)  və  baĢqaları  daxil  id ilər.  Bakıya  Gəncə  Ģəhərinin 

fəhlə-kəndli  nü mayəndə  heyəti  göndərild i

3

.  Elə  həmin  gün  Quba  qəzasında da 



inqilab  ko mitələri  yaradıldı,  Lən kəran  Ģəhərində  və  qəzasında  hərbi  inqilab 

ko mitəsi təĢkil edildi. Aprelin axırında ġamaxıda, CavanĢir qəzasında, ġamxorda, 

Gədəbəy  rayonunda  inqilab  komitələri  fəaliyyət  göstərirdi.  Həmin  vaxt 

Azərbaycan Ġnqilab Komitəsi sovet iĢini təĢkil etmək üçün bütün qəzalara məsul 

iĢçilər, təlimatçılar göndərmiĢdi

4



Ġlk  vaxtlar  respublikada  ali  qanunvericilik  və  icra  hakimiyyətini 

Azərbaycan  Ġnqilab  Komitəsi  həyata  keçirirdi.  Yerlərdə  sovet  hakimiyyəti  qəza, 

məntəqə və kənd inqilab ko mitələrinin əlində idi. 

Ġnqilab  ko mitələrinin  təĢkili  prinsipləri  və  vəzifələri  qəzalarda  sinfi 

təbəqələĢmənin  dərəcəsi  və  milli  tərkib,  kəndlilərin  siyasi  Ģüuru  və 

mütəĢəkkilliyin in səviyyəsi nəzərə alın maqla  müəyyən olunurdu. Çox vaxt inqilab 

komitələrinin  üzvləri  sırasına  digər  partiyaların  və  cərəyanların  nümayəndələri  də 

düĢürdü.  Qəza  inqilab  komitələrin in  rəhbərliyini  daxili  iĢlər  ko missarlığı  təyin  

edirdi.  Ġnqilab  komitələrinin  yaradılmasına  kömək  göstərmək  üçün  rəhbər  partiya 

və  sovet  iĢçiləri,  inqilabi  hərəkatın  fəal  iĢtirakçıları,  respublikanın  mü xtəlif 

millətlərinin nü mayəndələri qəzalara göndərilmiĢdi. Onların bir ço xu yerli inqilab 

komitələrinə baĢçılıq edirdi. 



 

Ġri  dəmiryol  stansiyalarında  da  inqilab  komitələri  təĢkil  olunmuĢdu. 



Azərbaycan  Müvəqqəti  Ġnqilab  Komitəsi  aprelin  29-da  respublika  adından  xüsusi 

müraciətlə  çıxıĢ  edərək  RSFSR  ilə  qarĢılıqlı  etimada  və  tanımağa  əsaslanan, sıx 

ittifaq bağlamağı təklif etdi. 

1920-c i  il  may ın  5-də  V.Ġ.Len in  RSFSR  Xalq  Ko missarları  Soveti 

adından Azərbaycanın  Sovet  hökumətinə teleqram  göndərdi.  Teleqramda  deyilirdi: 

"Xalq Komissarları Soveti müstəqil Azərbaycan Respublikası (kursiv - məsul red.) 

zəhmətkeĢ  kütlələrinin  azadlığa  çıxmasını  alqıĢlayır  və  möhkəm  əmin  olduğunu 

bildirir  ki,  müstəqil  Azərbaycan  Respublikası  öz  sovet  höku mətinin  rəhbərliyi 

altında,  RSFSR  ilə  birgə  öz  azadlıq  və  istiqlaliyyətini  ġərqin  məzlu m  xalqlarının 

qəddar düĢməni olan imperializmdən qoruyub saxlayacaqdır. 

YaĢasın müstəqil Azərbaycan Sovet Respublikası! 

YaĢasın Azərbaycan fəhlə və kəndliləri! 

YaĢasın Azərbaycan və Rusiya fəhlələrinin və kəndlilərinin ittifaqı"

5



Azərbaycanda  Leninin  teleqramı  A zərbaycan  SSR-in  RSFSR  tərəfindən 

tanınmasını  bildirən  tarixi  sənəd  kimi  qarĢılandı  və  bu  münasibətlə  1920-ci  il 

mayın  9-u  istirahət  günü  elan  edildi.  Bakı  bayraqlarla  bəzədilmiĢdi,  Azərbaycan 

SSR  Xalq  Komissarları  Soveti  binasının  eyvanında  isə  teleqramın  mətninin 

Azərbaycan və rus dillərində yazıldığı böyük qırmızı plakat asılmıĢdı.  V.Ġ.Lenin və 

N.Nərimanovun  portretlərinin  dərc  edildiyi  bir  saydan  ibarət  xüsusi  "Qırmızı 

Azərbaycan"  qəzeti  çap  olunmuĢdu.  "Müstəqil  Azərbaycan  Respublikası" 

bəyannaməsini  rəğbətlə  qarĢılayan  ictima iyyət  və  xalq  kütlələri,  əlbəttə, 

məsələnin  əslindən  xəbərsiz  idi.  Stalin hələ 1920-ci  il 28 apreldən bir gün qabaq 

məktubunda  aĢağıdakı  məsləhəti  vermiĢdi:  "Bakın ın  zəbt  edilməsi  faktını 

Azərbaycanın  müstəqilliyi  haqqında  notaya  uyğunlaĢdırmaq,  mənə  elə  gəlir  ki, 

gələcək  (fərz  edilən)  müstəqillik  heç  bir  ciddi  praktik  əhəmiyyət  kəsb  etməyən 

deklarasiya  ola  bilər".  Tarixin  sonrakı  gediĢi  suveren  dövlət  kimi  Azərbaycanın 

müstəqilliyinin  tanınmasının  deklarativ  xarakter  daĢıdığını  təsdiq  etdi. 

Q.K.Orconikidze  və  S.M.Kirovun  1920-ci  il  mayın  2-də  Bakıdan  V.Ġ.Leninə 

göndərdikləri  məlu m  birgə  teleqramın  1969-cu  ildə  Ģifrəsi  açılmıĢ sonuncu  hissəsi 

bunu  aĢkar  təsdiqləyir:  "Sizin  Azərbaycana  təbrikin iz  və  onu  ümumi  Ģəkildə 

tanımağınız  zəruridir.  Sovet  Rusiyası  ilə  hərbi-təsərrüfat,  iqtisadi  cəhətdən 

birləĢ məni  həyata  keçirəcəyik.  Təcrübə  bütün  Qafqaz üçün bizə bundan sonra da 

Xalq  Komissarları  Sovetinin  səlahiyyətlərinin  verilməsini  tələb  edir.  Bunları  bizə 

radio  ilə  verin,  yaxud  kimisə  göndərin,  ancaq  tezliklə.  Nərimanova  belə 

səlahiyyətlər verməyin"

6



Sovet  Azərbaycanının  elan  edilməsi  rəsmi  Sovet  Rusiyası  tərəfindən  ilk 



növbədə onun əmin-aman lığı,  iqtisadi mənbələrindən biri kimi razılıqla qarĢılandı. 

Təsadüfi  deyil  ki,  V.Ġ.Lenin  Azərbaycanda  Sovet hakimiyyəti  qurulmasının  ertəsi 



10 

 

günü bəyan etmiĢdi: "Dünən Bakıdan aldığımız xəbər göstərir ki, Sovet Rusiyas ının 



vəziyyəti yaxĢılaĢmaqdadır... Ġndi bizim elə bir iqtisadi bazamız vardır ki, bu bizim 

bütün sənayemizi canlandıra bilər"

7



Q. K. Orconikidze, S. M. Kirov artıq mayın 2-də V.Ġ.Leninə bildirdilər ki, 



HəĢtərxana bir milyon yarım pud neft məhsulları göndərilmiĢdir

8



1920-c i  il  may ın  birinci  yarısında  Sovet  hakimiyyəti  Na xçıvan  

qəzasından  baĢqa,  demək  olar,  bütün  Azərbaycanda  qurulmuĢdu.  Əhalinin  

zəh mətkeĢ  təbəqələri  və  liberal  hissəsi  bu  hakimiyyəti  əsasən  qəbul  edir  və 

dəstəkləyirdi.  Azərbaycan  kəndliləri  Azərbaycanda  sovet  hakimiyyətinin  

qurulması gününü hər il bayram kimi qeyd etməyi qərara aldılar

9

. Bakı Ģəhəri və 



onun  rayonlarının  zəh mətkeĢ    müsəlman  ziyalıları    ittifaqının    fövqəladə  

yığıncağı  1920-ci  il  aprelin  29-da  A zərbaycan  SSR  Ġnqilab  Ko mitəsinə 

münasibət  haqqında  məsələni  mü zakirə  edərək,  qayda-qanunun saxlan masında, 

fəhlələr  və  kəndlilər  arasında  təĢviqat  iĢinin  təĢkilində  fəal  iĢtirak  etmək 

məqsədilə  Ġnqilab  Ko mitəsi  ilə  tam  ünsiyyət  yaratmaq  məsələləri  barədə  onunla 

danıĢıqlar  aparmaq  üçün  on  iki  nəfərdən  ibarət  nümayəndə  heyəti  seçdi

10

.  Elə 


həmin  gün  sol  müsavatçıların  (zəh mətkeĢ  ziyalıların,  fəhlələrin  və  kəndlilərin) 

yığıncağında Ġnqilab Komitəsi ilə birgə iĢ və yeni həyat quruculuğunda iĢtirak etmək 

haqqında məsələ müzakirə olundu. Yığıncaq cari  vəziyyət haqqında məsələ barədə 

ko mmunistlərin taktikası ilə razı olduğunu bildirdi və ölkənin idarə edilməsinin yeni 

qaydasını  bütün  gücü  ilə  dəstəkləməy i,  Azərbaycan  Sovet  Respublikasının 

müstəqillik prinsiplərini qorumağ ı qərara ald ı

11



1920-c i  ilin  aprelində  yaradılmıĢ  Azərbaycan sosial-demokrat  partiyası 



da sovet hakimiyyətinə xeyirxah  münasibət bəslədiyini bildirdi. "Ġttihad" partiyası 

da sovet hakimiyyətini, ko mmunistləri dəstəklədiyin i bəyan etdi. 

Digər  partiyaların  və  siyasi  cərəyanların  nümayəndələri  sovet 

hökumətinin  tərkibinə  daxil  oldular,  dövlət  və  təsərrüfat  orqanlarında  rəhbər 

vəzifələr tutdular. 

Sovet hakimiyyətinin  ilk  günlərində  cəza  orqanları  -  XI  qızıl  ordunun 

xüsusi  Ģöbəsi,  fövqəladə  komissiya  Müsavat  partiyasının,  digər  siyasi 

cərəyanların  və  qrupların  üzvlərinə  qarĢı  dərhal  təqiblərə  baĢladılar.  Sovet 

hakimiyyəti  hələ  1920-ci  il  aprelin  sonunda  sovet  hakimiyyəti  qurulana  qədər 

Azərbaycanda  mövcud  olan  partiyalarla  saziĢ  bağlamıĢdı.  Bu  saziĢə  əsasən  ilk 

vaxtlar  Müsavat  partiyası  açıq  fəaliyyətini  davam  etdirirdi.  Müsavatçıların  sol 

qanadı partiyadan ayrılaraq öz Mərkəzi Komitəsini seçdi. 1923-cü il avqustun  14-

də  mətbuatda  "Müsavatçıların  bəyannaməsi"  dərc  olundu.  Bəyannamədə 

göstərilird i  ki,  müsavatçılar  bu  məsul  dövrdə  Azərbaycanda  sovet  hakimiyyəti 

ilə  mübarizə  cəbhəsi  açarsa,  onların  hamısını  qətiyyətlə  pisləyərlər. 


11 

 

Bəyannamənin sonunda deyilirdi ki, "müsavatçıların qeyri-leqal Ģəkildə mövcud 



olan təĢkilatı bura xılmıĢ sayılır". 

Lakin hakimiyyətin kommunistlərə təhvili  zamanı hökumət və  parlament 

üzvlərinin  həyatının  və  əmlakının  qorunmasının  təminatı  haqqında  verilmiĢ 

öhdəliklər, habelə partiyalara münasibətə dair saziĢlər po zuldu. 

N.Nərimanov  1921-ci  il  mayın  8-də  Birinci  Azərbaycan  sovetlər 

qurultayında  Bakıda sovet hakimiyyətinin  ilk  faciəli  günlərini  xarakterizə  edərək 

demiĢdi: "BolĢeviklər hakimiyyəti ələ alırlar. Mən daha demirəm ki, ələ keçirirlər, 

alırlar  və  sonra  öz  proqramlarını  inkiĢaf  etdirməyə  baĢlayırlar.  Bax,  burada  bəzi 

sui-istifadə halları baĢ verir. Bu yerdə Rusiya Ģablonu ilə yenidənqurma baĢ layır"

12



Bakıda  təqiblər,  Azərbaycan  Demokratik  Respublikası  liderlərinin, 

görkəmli  nümayəndələrinin,  digər  partiyaların,  siyasi  qrupların  və  cərəyanların 

rəhbərlərinin,  Azərbaycan ordusunun,  müdafıə  nazirliy inin  xadimlərin in  həbsləri 

intiĢar edir.  Onların bir ço xu  Nargin adasında güllələndi, Rusiyanm  müxtəlif həbs 

düĢərgələrinə sürgün edildi. Bütün bunlar Azərbaycan Ġnqilab Komitəsinin icazəsi 

olmadan,  millətçi  rus Ģovinistlərinin  və  erməni  daĢnaklarının  baĢçılıq etdikləri XI 

qızıl  ordunun  xüsusi  Ģöbəsi  tərəfindən  özbaĢınalıqla  edilirdi.  DaĢnak  terrorçuları 

1920-1921-ci  illərdə  F.Xoyskini və  H.Ağayevi  Tiflisdə;  Behbudağa  CavanĢiri  isə 

Malta adasında vəhĢicəsinə qətlə yetirdilər.  General  Süleyman Sulkeviç, hökumət 

üzvləri X.Rəfibəyov, Ġ.Ziyadxanov, tanınmıĢ pedaqoq və alim F.Köçərli, professor 

Zimin və baĢqaları həlak oldular. 

Bir  fərziyyəyə  görə,  Usubbəyov  Azərbaycanın  Gürcüstanla  sərhədini 

keçərkən  qarətçi  quldurlar  tərəfindən  öldürülmüĢdü.  XoĢ  təsadüf  həbs  olunmuĢ 

M.Ə.Rəsulzadəni ölü mdən  xilas etdi. Ġ.V.Stalin Bakıda olarkən M.Ə.Rəsulzadənin 

həbs  edildiyini  bildikdə,  özünün  keçmiĢ  inqilabçı  tanıĢı  kimi  onun  buraxılması 

barədə göstəriĢ verdi və Moskvaya iĢə dəvət etdi. Sonra o, Türkiyəyə gedə bild i. 

Sonralar  Tü rkiyədə  onun  təĢəbbüsü  ilə  Azərbaycan  Milli  Mühacirət  Mərkəzi 

yaradıldı.  ADR-in  və  Azərbaycan  ziyalıların ın  bir  ço x    görkəmli  xad imi  

(Ə.M .TopçubaĢov, Ə.Ağayev, A.ġeyxülislamov, C.Hacıbəyli, M.B.Məmmədzadə, 

Mustafa Vəkilov, Mirzə Əsədullayev, Əbdüləli bəy Əmircanov və b.) mühacirətdə 

olduqlarına  görə,  vətəndə  qalmıĢ  həmfikirlərin in  faciəli  aqibəti  onların  baĢına 

gəlmədi. 

Azərbaycan  xalqının  qatı  düĢməni  V.A.Pankratov baĢda olmaqla  XI  qızıl 

ordunun  xüsusi  Ģöbəsi,  digər  cəza orqanları  Azərbaycandakı  partiyaların,  müxtəlif 

siyasi  təĢkilatların  rəhbərlərinin,  üzvlərinin  təqib  və  həbs  olunmasını  getdikcə 

gücləndirirdilər.  Onlar  Azərbaycan  ziyalılarının  nü mayəndələrini  təcrid  ed ir  və 

qırırdılar,  yüzlərlə  adam  Solovetsk  adalarına,  Suzdala,  Novqoroda  və  digər  ucqar 

yerlərdəki həbs düĢərgələrinə göndərildi. 



12 

 

N.Nərimanov qanunsuz repressiyaya məruz qalmıĢ vətəndaĢları hər vəchlə 



azad etməyə  çalıĢırdı.  1920-ci  il  mayın  27-də onun  imzası  ilə  "Kifayət  qədər  əsas 

olmadan  tutulub  saxlananların  hamısını"  həbsdən  buraxmaq  üçün  xüsusi 

komissiya  yaradılması  haqqında  dekret dərc  olunmuĢdu.  1920-ci  il  iyulun  12-də 

isə  N.Nərimanov  həbs  yerlərində  olan  fəhlə,  kəndli  və  əsgərlərin  geniĢ Ģəkildə 

amn istiyası  haqqında  dekret  verdi.  Dekret  sovet  hakimiyyətinə  qarĢı  sui-

qəsdlərdə iĢtirak etməyə görə mühakimə olunanlara Ģamil  edilmirdi. Avqustun 12-

də  N.Nərimanovun  imzaladığı  əmr  idarə  müdiriyyətinin  icazəsi  olmadan 

qulluqçuların  xid məti  hərəkətlərinə  görə  FK  orqanları  tərəfindən  həbs olunmasını 

qadağan  edirdi

13

.  Oktyabr  inqilabının  3-cü  ildönümü  münasibətilə  Azərbaycan 



Ġnqilab  Ko mitəsi  1920-ci  il  noyabrın  6-da  "özlərin in  Ģüursuzluğu  və  siyasi 

yetkinliyinin  çatıĢmazlığı  ucbatından  istər  ümumi,  istərsə  də  siyasi  xarakterli 

cinayətlər  törətmiĢ  bütün  Ģəxslər"  barəsində  anınistiya  tətbiq  olunması  haqqında 

dekret vermiĢdi

14



Birinci  Ümumazərbaycan  sovetlər  qurultayının  qərarına  əsasən 



N.Nərimanov  1921-ci  il  mayın  26-da  "Azərbaycanın  sovetləĢməsi  dövründə 

(1920-ci  il aprelin 28-dən indiyədək) Azərbaycanın hüdudlarından kənara sürgün 

edilmiĢ istər mülki, istərsə də hərbi idarələrdə çalıĢan bütün Ģəxslərin  RSFSR-in 

bütün  həbs  düĢərgələrindən,  həbsxanalarından  və  həbs  yerlərindən"  azad 

olunması və qaytarılması haqqında məktubla V.Ġ.Leninə müraciət etmiĢdi

15



Sovet  hakimiyyəti  hər  cür  milli  imtiyazların  ləğv  olunduğunu, 

Azərbaycanda yaĢayan bütün millətlərin hüquq bərabərliyini elan etdi. Azərbaycan 

Ġnqilab  Komitəsi  bəyan  etdi  ki,  "o,  milliyyətindən  asılı  olmayaraq,  bütün 

vətəndaĢların tam toxunulmazlığına və azadlığına... təminat verir"

16



Azərbaycan Ġnqilab Komitəsi RSFSR  ilə dostluq ittifaqı bağlamağı, digər 



qonĢu  respublikalarla  mehriban  münasibətlər  yaratmağı  özünün  baĢlıca 

vəzifələrindən biri kimi qarĢıya qoymuĢdu. 

1920-c i  ilin  ilk  aylarında  Zaqafqaziyada  mürəkkəb  bir  siyasi  vəziyyət 

yaranmıĢdı.  Əslində  üç  "müstəqil  respublika"  dörd  xarici  dövlətin  -  Türkiyə, 

Rusiya, Ġngiltərə və ABġ-ın geosiyasətinin düyün nöqtəsinə çevrilmiĢdi. "Böyük 

Ermənistan"  yaratmaq  xülyası  ilə  Azərbaycan,  Gürcüstan  və  Türkiyədən  torpaq 

qoparmaq  iddiasında  olan  daĢnak  Ermənistanı  faktiki  olaraq  bu  üç  ölkə  ilə 

müharibə  vəziyyətində  idi.  Rusiya  isə  Azərbaycanda  Sovet  hakimiyyəti  elan 

olunandan  sonra,  Gürcüstan  və  Ermənistanı  Türkiyəyə  qarĢı  müharibəyə  təhrik 

etmək  (daĢnak  Ermənistanının  "müstəqilliyini"  tanımaq,  onun  ərazisinə  qoĢun 

yeritməmək)  siyasəti  yeridirdi.  Türkiyə  Rusiyanın  və  Qərb  ölkələrin in 

niyyətlərinə  qarĢı  çıxd ı,  Sevr  müqaviləsini  rədd  edərək,  daĢnak  Ermən istanına 

qarĢı  hərbi  əməliyyatı  geniĢləndirdi  və  onu  Aleksandropol  saziĢi  bağlamağa 

məcbur etdi. Türkiyə-Ermənistan sərhədləri tənzimləndi. 



13 

 

Antanta  ölkələri  "bolĢevizmin"  Azərbaycanda  möhkəmlən məsindən, 



bütün  Cənubi  Qafqaz  regionuna  sahib  olmasından  narahat  olaraq,  Gürcüstan  və 

Ermənistan  burjua  hökumətlə rinə  hər  bir  vəclə  kömək  göstərirdilər.  ABġ  hətta 

Ermənistan  üzərində  mandat  almaq  niyyətində  idi.  Sovet  Azərbaycanına  qarĢı 

diplomatik yolla təzy iq göstərir və ona qarĢı olan qüvvələrə yardım edirdilər. 

Lakin  qızıl  ordunun  köməyi  ilə  Ermənistanda  və  Gürcüstanda  sovet 

hakimiyyətinin  bərqərarlaĢması  nəticəsində  Qafqazda  ictimai-siyasi  vəziyyət 

dəyiĢildi.  Azərbaycanın,  Ermənistanın,  Gürcüstanın,  ġimali  Qafqazın  milli 

hökumətlərinin  mühacirətdə  olan  liderləri  toplanaraq  Parisdə  "demokratik 

respublikaların"  bərpası  uğrunda  "Sovetlər"ə  qarĢı  mübarizə  aparacaqları  haqqında 

bəyannamə imzaladılar. 

1920-ci  il  28  aprel  -  1921-c i  il  21  fevral  ayına  qədərki  dövrdə 

Azərbaycan SSR ilə  Gürcüstan Respublikası arasında diplomatik  danıĢıqlar, əsasən 

"Tiflisdə  və  Batumda  Azərbaycan  nümayəndəliyi  və  konsulluqları"  ətrafında 

gedirdi.  Həmin  dövrdə "menĢevik  Gürcüstanı  ilə"  "Sovet Azərbaycanı" arasında 

münasibətlərdə  baĢ  verən  münaqiĢə  və  sair  mübahisələr  RSFSR-in  diplo matik 

nümayəndələrin in vasitəçiliy i və iĢtirakı  ilə tənzimlənird i.  Çünki əslində RSFSR 

ilə  Gü rcüstan  Respublikası  arasında  1920-ci  il  may  ayında  bağlanan  sülh 

müqaviləsinə əsasən, Sovet Rusiyası Gürcüstanın müstəqilliy ini tanımıĢdı. 1920-

ci  il  iyunun  12-də  Azə rbaycan  SSR  ilə  Gürcüstan  Demokratik  Respublikası 

arasında  Ağstafada  sülh  və  dostluq  müqaviləsi  bağlansa  da,  bu   iki  respublika 

arasındakı  mübahisəli  məsələlər,  ələlxüsus  ərazi,  sərhəd  problemi  həll 

olunma mıĢdı.  Bunun  bir  səbəbi  isə  "Sovet  Azərbaycanı"nın  "müstəqil  xarici 

siyasəti"ni  RSFSR  XĠK-in  Rusiyanın  mənafey i  naminə  daim  məhdudlaĢdırması 

idi. 


Gü rcüstanda  sovet  hakimiyyətinin   qurulması  ilə  A zərbaycan  və 

Gü rcüstanın qədim tarixi olan münasibətlərində yeni səhifələr açıldı.  

Azərbaycan  SSR  və  Ġran  höku mətləri  öz  aralarında  dip lo matik 

münasibətlər qurmaq  razılığına gəldilər. Əliheydər ġirvani A zərbaycanın Ġranda 

səlahiyyətli  nümayəndəsi  təsdiq  edildi.  Bu  dövrdə  Ġran  ərazisindən  mü xtə lif 

dəstələr  tez-tez  sərhədi  keçib,  Lənkəranda  və  Muğanda  əhalini  talan  edir,  ağ ır 

cinayətlər  törədird ilər.  A zərbaycan  Xarici  ĠĢlər  Ko missarlığın ın  1920-ci  il 

avqustun 6-da Ġran hökumətinə verdiyi notada Ġrandan Azərbaycana edilən daimi 

hücumların qarĢısının alın ması tələb edilird i. M.D.Hüseynov surətini G.Çiçerinə 

göndərdiyi  həmin  notada  Azərbaycana  qarĢı  təxribatçılıqda  yalnız  Ġranı  deyil, 

Antantanı,  xüsusilə  Ġngiltərəni  də  təqsirləndirir,  onların  dəstəklədiklə ri  "Ġranın  

ərazisində  yerləĢən  əksinqilabçı  bəy  və  xanların  fəaliyyətini  qadağan  etməyi 

Tehrandan  tələb  edirdi".  Sovet  Azərbaycanına  qarĢı  mü xa lifətçi,  tə xribatçı 

qüvvələrin  mərkəzi  bir  müddət  Ərdəbildə  yerləĢird i.  Hətta  Moskvadan  birbaĢa 



14 

 

Tehrana  dəfələrlə  nota  verilməsinə  baxmayaraq,  A zərbaycana  qarĢı  hücumlar 



geniĢlənir və yeni-yeni sərhəd rayonlarını əhatə edirdi. 

1920-1922-c i  illər  arasında  Zaqafqaziyada  yaranmıĢ  yeni  ictima i-siyasi 

məkanda,  Avropa  və  ġərq  ölkələrin in  geosiyasəti  konteks tində,  Azərbaycanın 

birinci növbədə qonĢu Türkiyə və Ġran dövlətləri  ilə  münasibəti, buna RSFSR-in  

yeni  Zaqafqaziya  ilə  qarĢılıq lı  əlaqə ləri  prizmasından  baxıĢ  maraqlıd ır.  Etiraf 

etmə k  ola r  ki,  bu  konkret  tarixi  çə rçivədə,  mü rəkkəb  spektrdə,  Qərb  ö lkə ləri 

dominant  (əsas  və  ya  həlledici  a mil)  rolu  oynamırd ı.  Bu  siyas i  rəngarənglikdə  

Türkiyə  və  RSFSR-in  Azərbaycan  Respublikasına  münasibətləri  müstəsnalıq 

təĢkil ed irdi. Tü rkiyə  ilə, ələlxüsus kamalçıların hakimiyyətə gəldikləri dövrdən 

Sovet Rusiyası arasında dostluq münasibətləri yaran mıĢdı. Türkiyə eyni zamanda 

qardaĢ  Azərbaycan  xalq ının  tam  müstəqil,  azad  yaĢamasını  istəyirdi.  Lakin  

Türkiyə  rəsmiləri  Rusiya  tərəfmi  qıcıq landırmamaq,  RSFSR-lə  ixtilaf  törədəcək 

məqamlara  yol  verməmək  siyasətini  həyata  keçirird i.  Hadisələrin  gediĢatı  isə 

göstərirdi  ki, Moskva heç vaxt Azərbaycanın müstəqil, tam azad bir dövlət kimi 

bərqərar  olmasına  yol  verməz,  çünki  bu  Rusiyanın  iqtisadi-siyasi  marağına 

uyğun deyildi. 

Bununla belə Türkiyə və Azərbaycan respublikaları  arasında dostluq və 

əməkdaĢlıq  münasibətləri  1921-ci  il  13 oktyabrda Zaqafqaziya respublikaları və 

RSFSR-in  iĢtirakı  ilə  bağlan mıĢ  Kars  müqaviləsindən  sonra  daha  da  intiĢar 

etməyə  baĢladı.  Türkiyənin  Bakıdakı  səfiri  Mah mud  ġövkət  bəy  1921-ci  ilin  

aprelində  Azərbaycan  XĠK-dən  inqilabi  Türkiyəyə  iqtisadiyyat,  neft  sahəsində 

yardım  göstərilməsini  xah iĢ  etdi.  Tezliklə  A zərbaycandan  Türkiyəyə  neft 

məhsulları göndərildi. 

1921-c i  ilin  iyunundan Azərbaycan SSR-in Anka rada səlahiyyətli səfıri 

təyin  edilmiĢ  Ġ.  Əb ilov  oktyabrın  22-də  Mustafa  Kamal  PaĢaya  etimadnaməsini 

təqdim  etdi,  səfirliyin  binası  üstündə Azərbaycan  SSR-in  bayrağı  qaldırıldı.  Bu  

münasibətlə verilən ziyafətdə M. K. Atatürk də iĢtirak etmiĢdi.  

Dekretlər. Azərbaycan zəh mətkeĢləri yeni cəmiyyət quruculuğuna çətin 

Ģəraitdə  baĢladılar.  Sovet  dövlət  maĢını,  yerli  hakimiyyət  orqanları  yaratmaq 

vəzifələri  ilə  yanaĢı,  vətəndaĢ  müharibəsinin  vurduğu  yaraları  sağaltmaq  üçün 

qarĢıda  ciddi  və  gərgin  iĢ  dururdu.  Ölkədə  ilk  növbədə  həqiqi  milli  sülh 

yaratmaq  lazım  idi.  Erməni  təcavüzü,  min lərlə  adamın  həlak  olması,  bütöv 

kəndlərin,  təsərrüfatların  dağıdılması,  evlərin  viran  qoyulması  ilə  nəticələnən 

daĢnak qırğ ını A zərbaycanda ağır millətlərarası düĢmənçilik müh iti yaratmıĢdı.  

Azərbaycanın  əhalisi  ço xmillətli  idi.  "1917-ci  il  üçün  Qafqaz 

təqvimi"nin  məlu matları  əsasında "Azərbaycan  Respublikasının  1920-ci  il  üçün 

ünvan  təqvimi"nin  dərc  etdiyi  cədvələ  görə,  res publika  əhalisinin  68,2  faizini 

azərbaycanlılar  və  digər  müsəlman  xalqları,  21,7  faizini  ermənilər,  7,5  faizini 


15 

 

ruslar  və  ukraynalılar,  0,54  faizini  gürcülər,  0,97  faizin i  yəhudilər,  7,09  faizini 



baĢqa  xalqlar  təĢkil  ed irdi

17

.  Bakı  Ģəhərində  müsəlmanlar  43,8  faiz,  ruslar  26 



faiz, ermən ilər 19 faiz, gürcü lər 2,2 faiz, digərləri 4 faiz id i.  

Azərbaycanın  kənd  əhalisinin  tərkib indəki  mü xtəlif  millətlər  müəyyən 

qəzalarda  əsasən  yığcam  halda  yaĢayırdılar.  Ermənilər  əsasən  ġuĢa,  Gəncə, 

CavanĢir, Qaryagin, ġamaxı,  Göyçay; gürcülər Zaqatala; kürdlər CavanĢir; ruslar 

Gəncə,  Cavad,  Lənkəran  və  ġamaxı;  talıĢlar  Lən kəran;  tatlar  isə  Bakı  və  Quba 

qəzaların ın  bəzi  ərazilərində  cəmləĢmiĢdilər,  Ģəhər  əhalisinin  milli  tərkib i  isə 

qarıĢıq id i. 

Beləliklə,  Azərbaycanda  milli  sülh  yaratmaq,  ço xmillətli  Bakı  fəhlə 

sinfinin  ço xsaylı  ə mə kç i  kəndlilərlə  əlaqə lərini  və  yeni  hakimiyyəti 

möhkəmləndirmək  "sosializm"  quruculuğu  uğrunda  mübarizən in  əsas 

vəzifələrindən biri kimi qarĢıda dururdu. 

Azərbaycanın  gələcəyi  üçün  aqrar  məsələni  həll  etməy in  əhəmiyyəti 

böyük idi, belə ki, 1921-ci  il siyahıyaalmasına görə, əhalinin əksəriyyətini -  77,6 

faizini kənd əhalisi təĢkil ed ird i. A zərbaycan Ġnqilab Ko mitəsi  1920-c i  il  may ın 

5-də  torpağın  əməkç i  "kəndlilərə"  verilməsi  haqqında  dekret  verdi.  Dekretdə 

deyilirdi:  "Xanların,  bəylərin,  habelə  mülkədarların  bütün  torpaqları,  habelə 

bütün  monastır,  kilsə,  vəqf  və  məscid  torpaqları  bütün  iĢ  heyvanları  və 

avadanlığı  ilə  birlikdə  ödəncsiz  (açıq  və  ya  gizli  ödəncsiz)  o laraq,  torpaqdan 

bərabər istifadə əsasında zəhmətkeĢ xalqa verilir"

18



Azərbaycan  SSR-in  xalq  torpaq  komissarı  mayın  20-də  əməkçi 

kəndlilərə  aĢağıdakı  çağırıĢla  müraciət  etmiĢdi:  "Yo ldaĢlar  və  qardaĢlar, 

Azərbaycan kəndliləri  - azərbaycanlılar, gürcülər və qantər içində özlərinə halal 

çörək  qazananların  hamısı!  Öz  əməy inizin  tam  ağası,  sevdiyiniz  və  səcdə 

etdiyiniz,  sizə  xoĢbəxt lik  və  bədbə xtlik,  gülüĢ  və  kədər,  göz  yaĢı  gətirən 

torpağınızın tam sahibi o lduğunuz vaxt gəlib çatmıĢdır"

19



Dövlət  əhəmiyyəti  olan  təsərrüfatların  to xunulmazlığ ını,  torpağın  və 



inventarın  planlı  Ģəkildə  bölüĢdürülməsini  təmin  etmək  məqsədi  ilə  torpaq 

haqqında dekreti həyata keçirmək üçün yerlərdə qəza və kənd torpaq ko mitələri 

təĢkil o lunurdu. 

Torpaq  haqqında  dekretin  həyata  keçirilməsi  Azə rbaycan  kəndində, 

əslində sinfi təbəqələĢməni dərinləĢdirmək və siyasi vəziyyəti kəskinləĢdirməklə 

kəndli kütlələrin in fəallığın ı artırırd ı. 

Ġnqilab  Ko mitəsinin  1920-ci  il 12  may tarixli de kreti ilə bütün meĢələr, 

sular və yeraltı sərvətlər  respublika dövlətin in  mülkiyyəti elan o lundu. Bunların  

və  təbiətin  canlı  qüvvələri  ü zərində  sərəncam  hüququ  mərkəzi  sovet 

hakimiyyətinin  nəzarəti  altında  yerli  sovetlərə  verilirdi.  Kəndlilər  pay 



16 

 

torpaqlarından  istifadəyə  görə  xəzinəyə  ödəncdən  və  mülkədar  torpağından 



istifadəyə görə isə natural vergidən azad edildilər. 

1920-c i  il  mayın  27-də  dərc  edilmiĢ  dekret  əsasında  neft  sənayesi 

milliləĢdirild i.  Ġyunun 1-də Xəzər ticarət donanması,  iyunun 12-də  isə zavodlar, 

fabriklər  və  digər  sənaye  müəssisələri  dövlət  mülkiyyəti  elan  edild i.  Bunun 

ardınca  balıq  sənayesi,  banklar  da  milliləĢdirildi.  Azərbaycan  xalq  bankı 

yaradıldı. 

Xalq  təsərrüfatını  və  nəqliyyatı  planlı  Ģəkildə  tənzimləmək  məqsədilə  

Azərbaycan  Ġnqilab  Ko mitəsinin  1920-ci  il  16  may  tarixli  dekretinə  əsasən 

istehsal,  xammal  materiallarının  alın ması,  emalı  və  saxlan ması,  habelə 

müəssisələrin maliyyə fəaliyyəti ü zərində fəhlə nəzarəti tətbiq edild i. 

Respublika  xalq  təsərrüfatının  əsas  sahəsi  olan  neft  sənayesinin 

milliləĢdirilmiĢ  müəssisələrinin  idarə  olun ması  və  milliləĢdirmən in  qaydasının 

müəyyən edilməsi Azərbaycan Neft Ko mitəsi tərəfindən həyata keçirilirdi. 

1920-c i  il  iyunun  3-də  N.Nərimanov  ticarət  azadlığı  haqqında  xüsusi 

qərar  imzalad ı.  Qərarda deyilirdi: "Daxili ticarətin təĢkili  iĢində höku mət yalnız 

aĢkar  möhtəkirliklə,  qiy mətlərin  həddən  artıq  qaldırılması  və  malların 

gizlədilməsi  ilə  mübarizə  aparır.  Azərbaycan  Sovet  Respublikasının  hüdudları 

daxilində xüsusi ticarət məhdudlaĢdırılmır"

20



Azərbaycan  SSR  daxilində  bütün  istehsal  və  bölgünün  idarə  olunması 



və  təĢkilinə  rəhbərlik  edən  ali  təsərrüfat  orqanı  -  A zərbaycan  Xalq  Təsərrüfatı 

ġurası  (AXTġ)  id i.  Azərbaycan  Ġnqilab  Ko mitəsinin  1920 -ci  il  mayın  29-da 

AXTġ  haqqında  dərc  olunmuĢ  əsasnaməsində  deyilirdi:  "Xa lq  Təsərrüfatı 

ġurasının  həyata  keçirdiy i  ü mu miqtisadi  siyasət  Azərbaycan  MĠK  (Azərbaycan 

Ġnqilab  Ko mitəsi),  Xalq  Ko missarları  Soveti  və  Xalq  Təsərrüfatı  ġurasının  

qurultayı  tərəfindən  müəyyən  olunur.  Onlar  iqtisadi  siyasətin  baĢlıca 

istiqamətlərini müəyyənləĢdirirlər"

21



Sovet  hakimiyyəti  silkləri  və  dini  imtiyazları,  qadınların  hüquq 

bərabərsizliyini,  milli  məhdudiyyətləri ləğv etdi və söz, mətbuat və vicdan azadlığı 

elan  etdi,  məktəbləri  məsciddən  və  kilsədən  ayırdı,  ana  dilində  təhsilin  tətbiq 

olunduğunu bəyan etdi. Sosial təminat və pensiyalar haqqında dekretlər verildi. 

Silklərin  və  mülki  rütbələrin  ləğvi  haqqında  1920-ci  il  32  may  tarixli 

dekretdə deyilir  ki,  indən  belə "Azərbaycanın  bütün  əhalisi  üçün ümumi  bir  ad  - 

Azərbaycan Respublikasının vətəndaĢı adı müəyyən olunur"

22



Sovet  hakimiyyəti  general-qubernatorluqları,  Bakı  Ģəhər  rəis liyini, 

quberniya  idarələrini,  Ģəhər  və  qəza  polis  idarələrini,  habelə  keçmiĢ  məhkəmə 

qaydalarını və təsisatlarını  ləğv etdi. Xalq  məhkəmələri yaradıldı.  Fəhlə və əsgər 

deputatları  sovetləri  yaradılana  qədər  bunların  sayı  yerli  inqilab  ko mitələ ri 

tərəfindən  müəyyən olunurdu. Xalq məhkəməsi haqqında dekretdə (1920-ci il  12 


17 

 

may)  elan  olunurdu  ki;  Azərbaycan  SSR-də  "məhkə mədə  iĢlərə  bütün  yerli 



dillərdə  baxılmasına  yol  verilir"

23

.  Azərbaycan  Ġnqilab  Komitəsinin  Xalq  Daxili 



ĠĢlər  Ko missarlığ ı  haqqında  1920-ci  il  9  iyun  tarixli  dekretində  göstərilirdi  ki, 

Azərbaycan  SSR-in  Konstitusiyası  iĢlənib  hazırlanana  qədər  o,  respublikanın  ali 

inzibati orqanıdır və Azərbaycan Ġnqilab Komitəsi onun vasitəsilə ölkənin inzibati 

idarəçiliy ini  həyata  keçirir.  Xa lq  Da xili  ĠĢlər  Ko missarlığı  aĢağıdakı  vəzifə ləri 

həyata keçirirdi: yerlərdə hakimiyyətin təĢkili; ölkənin  bütün idarəetmə aparatının 

mərkəzləĢdirilməsi;  bürün  yerli  idarəetmə  orqanlarına  inzibati  nəzarət  edilməsi. 

Respublikanın həm qəzalarında, həm də Ģəhərlərində bütün yerli icraiyyə komitələri 

və  inqilab  komitələri  inzibati  idarəçilik  baxımından  Xalq  Daxili  ĠĢlər 

Ko missarlığına tabe idilər

24



Ġstehsal  üzərində  fəhlə  nəzarətinin  yerli  orqanları,  fəhlə-kəndli  milisi, 

Azərbaycan SSR-in Fəh lə-Kəndli Müdafiə ġurası təĢkil edildi. 

Azərbaycan  milli  qoĢun  hissələrinin,  ana  dilində  ko mandirlik  etməklə 

yaradılması  böyük  hadisə  idi.  Respublikanın  sərhədlərini  gürcü  və  erməni 

qoĢunlarının  hücumlarından  qorumaq  və  Qarabağ-Zəngəzur  məsələsinə  son 

qoymaq  üçün  1920-ci  il  aprelin  29-da  Ġnqilabi  Ko mitə  qərara  almıĢdı: 

"Azərbaycan  ordusunun  hissələri  operativ  baxımdan  XI  sovet  ordusunun 

ko mandanına tabe edilir. 

XI  ordunun  hərbi  inqilab  Ģurasına  və  Hərbi-Dəniz  Ko missarlığına 

Azərbaycan  ordusunu  yenidən  təĢkil  etmək,  "Azərbaycan"  adını  saxlayaraq  onu 

fəhlə-kəndli Qızıl ordusu təməlində say tərkibinə uyğun gələn hissələrə çevirmək 

tapĢırılsın. 

Hərbi-Dəniz  Ko missarlığı  Respublikanın  müdafıəsi  üçün  təcili  olaraq  

zəhmətkeĢlərin səfərbərliyə alın ması planını iĢləyib hazırlasın, Azərbaycan SSR-in  

Fəhlə-Kəndli  Qızıl  Ordusunu  dərhal  ko mplektləĢdirmək  məqsədilə  1920-ci  il 

iyunun  6-da  Azərbaycan  Ġnqilab  Komitəsi  keç miĢ  zabitlərin,  hərbi  mə mur ların  

Xalq Hərbi-Dəniz Ko missarlığının sərəncamına keçirilməsi haqqında dekret qəbul 

etdi


26

1920-c i  il  mayın  7-də  Azərbaycan  SSR  Qızıl  Ordusunun  və  Qızıl 



Donanmasının  yaradıldığı  elan  olunmuĢdu.  Azərbaycan  Ġnqilab  Komitəsinin  bu 

barədəki  qərarında  deyilirdi  ki,  "Azərbaycan  SSR-in  yaradılmaqda  olan  Fəhlə-

Kəndli  Qızıl  Ordusu  və  Qızıl  Donanması  bu  il  mayın  2-dən  etibarən  təminat, 

məvacib  və  ailələrin  təchizatı  mənasında  Sovet  Rusiyasının  Fəhlə-Kəndli  qızıl 

ordusunun vəziyyətinə keç irilir".  

Əksinqilab  sabotaj  və  möhtəkirliyə  qarĢı  mübarizə  üzrə  Fövqəladə 

Komissiya  (FK)  təĢkil  edildi  və  Ali  Ġnqilabı  Tribunal  yaradıldı.  Dövlot 

təĢkilatlarının və ictimai təĢkilatların fəaliyyətinə nəzarət etmək üçün iyunun 9-da 

Fəhlə-Kəndli MüfəttiĢliyi (F.K.M) təsis edildi. 


18 

 

"Sənayeni,  əkinçiliyi,  nəqliyyatı  və  xalq  təsərrüfatının  digər  sahələrini 



tezliklə və planlı Ģəkildə iĢçi qüvvəsi ilə təmin etmək üçün" 1920-ci il avqustun 8-

də  Azərbaycan  Xalq  Hərbi-Dəniz  Komissarlığı üzrə "Ümumi  əmək  mükəlləfıyyəti 

haqqında"  əmr  verildi.  Həmin  əmrə  əsasən,  əhali  daimi  iĢindən  as ılı  olmayaraq, 

əslində  məcburi  surətdə  birdəfəlik  və  ya  vaxtaĢırı  olaraq  bir  sıra  peĢələr  üzrə 

mü xtəlif  növ  əmək  mükəlləfiyyətlərini  yerinə  yetirməyə  cəlb  edilirdi.  Eyni 

zamanda  "dövlət  müəssisələri,  idarələri  və  təsərrüfatlarında  Qızıl  Ordu  və 

Donanma hissələrinin iĢçi qüvvəsindən də istifadə etmə k tapĢırılırd ı"

27



Azərbaycanın qəzaları və kəndlərində birinci növbədə partiya təĢkilatları 

möhkəmləndirilirdi,  hazırlıqlı  partiya  və  sovet  qüvvələri  qəzalarda  iĢləməyə 

göndərilmiĢdi.  D.X.Bünyadzadə,  H.H.Sultanov,  S.M.Əfəndiyev,  Ə.H.Qarayev, 

Q.M.Musabəyov  və  digər  dövlət  xadimləri  qəzaların  səlahiyyətli  ko missarları 

təyin  edilmiĢdilər.  Sovet  hakimiyyətinin  ilk  aylarında  kəndlərin  bir  çoxunda yeni 

partiya  özəkləri  yaradılmıĢ,  təĢviqat  məktəbi,  savad  məktəbi  açılmıĢdı.  Qəzalarda  

partiya-təĢkilat  və  təĢviqat-təbliğat  iĢi  gücləndirilirdi,  təĢviqatçılar  hazırlayan 

həftəlik kurslarla yanaĢı, klublar və partiya məktəbləri yarad ılırdı. 

Beləliklə,  A zərbaycanda  Ģəhər  və  kəndlərdə  sosial-iqtisadi  və  mədəni 

həyatın  bütün  sahələrində  ideologiyalaĢdırma  baĢladı.  RK(b)P  Qafqaz  Diyar 

Ko mitəsinin ü zvləri, Moskvadan Bakıya ezam olunan görkəmli partiya xadimləri 

bu iĢdə fəal iĢtirak edirdilər. Azərbaycanda partiya və sovet quruculuğunun baĢlıca 

istiqamətini  onlar  müəyyənləĢdirirdilər.  Buna  görə  də  bütün  hakimiyyət  əslində 

onların  əlində  idi.  Azərbaycanın  ilk  sovet  hökumətinin  baĢ çısı  N.Nərimanov 

Moskvadan  Bakıya  yalnız  1920-ci  il  mayın  16-da  gəlmiĢdi.  Hələ  onun 

Azərbaycana  gəliĢindən  əvvəl  S.M.Kirov  və  Q.K.Orconikidze  V.Ġ.Leninə 

göndərdikləri  teleqramda  N.Nərimanova  siyasi  etimad  göstərməməyi  xahiĢ 

etmiĢdilər. 



Ġlk  iqtisadi  siyasət.  Sovet  hakimiyyəti  Azərbaycanda  özünün  iqtisadi 

siyasətini  spesifik,  mürəkkəb  və  çətin  Ģəraitdə  həyata  keçirməyə  baĢladı.  Ġri 

sənaye mərkəzi olan Bakını çıxmaqla, Azərbaycan iqtisadi baxımdan əsasən geridə 

qalmıĢ,  kəndli  ölkəsi  idi.  Burada yarımpatriarxal -yarımfeodal məiĢətin qalıqları ilə 

çulğaĢmıĢ  kapitalist  və  yarımfeodal  münasibətləri  mövcud  idi.  Azərbaycanın 

iqtisadiyyatı çoxukladlı xarakter daĢıyırdı. Onda mü xtəlif ictimai-iqtisadi ukladların 

ünsürləri  var  idi.  Regionda  baĢ  verən  müharibələr  zamanı  Azərbaycanın 

iqtisadiyyatı dağılmıĢ və əldən düĢmüĢdü. 

Azərbaycan əhalisinin təqribən ¾ dən çoxunu kəndlilər təĢkil edirdi. Ölkə 

əhalisinin  90  faizi  savadsız  idi.  Xüsusən  kənddə  mədəni həyat səviyyəsi  aĢağı  idi. 

Azərbaycanın  milli,  etnik  qrupları  özlərinin  tarixi  keçmiĢinə,  dilinə  və  dini 

etiqadına, məiĢətinə və adətlərinə,  mədəni və siyasi  inkiĢaf dərəcəsinə görə bir -

birindən xey li fərqlənirdilər. 


19 

 

Belə  Ģəraitdə  sovet  hakimiyyəti  özünün  iqtisadi  siyasətini  həyata 



keçirməyə baĢladı. Bu, zaman etibarilə Sovet Rusiyasında  vətəndaĢ müharibəsi və 

dağıntı  Ģəraitində  məcburiyyət  qarĢısında  tətbiq  edilən  "hərbi  ko mmunizm"  

siyasəti  ilə  eyni  vaxta  təsadüf  edirdi. Həmin siyasətin əsas hissəsi ərzaq sapalağı 

idi.  Sovet  Azərbaycanı  ilə  Sovet  Rusiyası  arasında  siyasi  və  iqtisadi  sahədə 

əməkdaĢlıq  münasibətləri  əksər  hallarda  qeyri-bərabər  idi  və  Azərbaycan 

Respublikasının  müstəqilliyi  pozulurdu.  Azərbaycan  SSR-in,  ümumiyyətlə  digər 

müttəfıq  respublikaların  da  suverenliyi  faktiki  olaraq  kommunist  partiyasının 

"ümumi  vahid  beynəlmiləlçilik"  siyasəti  ilə,  sosializm  cəmiyyəti  quruculuğunun 

ümu mi  qanunauyğunluqları  deyilən  prinsiplərlə  əvəz  olunmuĢdu.  Halbuki 

gerçəklik, real həyat sovet milli respublikaların ın, o cümlədən də Azərbaycan SSR-

in konkret özünəməxsus Ģəraitinin daim nəzərə alınmasını tələb edirdi. Lakin ma l-

qara  və  digər  kənd  təsərrüfatı  məhsullarının  tədarükü  ilə  əlaqədar  qəzalarda 

mü xtəlif ərzaq agentlikləri, tədarük  ko missiyaları və vəzifəli Ģəxslər tərəfindən sui-

istifadə  hallarına  və  qanunsuz  hərəkətlərə  yol  verilir,  ü mu miyyətlə 

özgəninkiləĢdirilməli  olmayan  ev  əĢyalarının,  pal-paltarın  və  sairənin  zorla 

alınması  halları  təkrar  edilirdi.  Belə  ö zbaĢınalığın  respublikada  fəhlə-kəndli 

hakimiyyətinin  əsaslarını  sarsıtdığını  nəzərə  alaraq,  N.Nərimanov  Moskvadan 

gələn  kimi  xüsusi  əmr  verərək  bütün qəza  inqilab  komitələrinə,  məntəqə  və  kənd 

yoxsul  ko mitələrinə,  ərzaq  orqanlarına  tapĢırdı  ki,  sovet  ölkəsində  bu  cür 

yolverilməz halların qarĢısını birdəfəlik almaq üçün qəti tədbirlər görsünlər

28



Əyalət  fövqəladə  komissarları  qəzalarda  torpaq  məsələsinə  qanunsuz 



olaraq  müdaxilə  edir,  Azərbaycan  Ġnqilab  Komitəsinin  torpaq  haqqında  dekretinə 

əsasən həyata keçirilən siyasəti pozurdular. Azərbaycan Ġnqilab Komitəsi 1920-ci il 

iyulun  28-də  hökumət  baĢçısı  N.Nərimanovun  xüsusi  əmri  ilə  bu  cür  hərəkətləri 

pisləmiĢdi

29



Ġqtisadi fəaliyyət sahəsində Sovet Rusiyasının təcrübəsini mənimsəməyin və 



nəzərə  almağın  zəruri  o lduğunu  bildirən  AK(b)P-nin  II  qurultayı  (1920-ci  il, 

oktyabr) öz  qətnaməsində  göstərirdi:  "RKP-nin  (Rusiya  Kommunist  Partiyasının  - 



məsul  red.)  rəhbər  qərarları  yalnız  o  dərəcədə  dəyiĢdirilə  bilər  ki,  bunlar 

Azərbaycanda,  məsələn,  aqrar  münasibətlər  və ya sovet  quruculuğunun  ayrı-ayrı 

sahələrində yaranmıĢ Ģəraitdən fərqli Ģəraitdə qəbul edilmiĢdir, yaxud bunları daha 

çox konkretləĢdirilməyə və dəqiqləĢdirilməyə ehtiyac var"

30



"Hərbi  ko mmunizm"  siyasəti  sisteminə  aid  tədbirlərdən  Azərbaycanda 



bəziləri,  özü  də  daha  məhdud  formada  və qısa  müddət  ərzində  həyata  keçirilirdi. 

Əgər  "hərbi  kommunizm"  zamanı  Sovet  Rusiyasında  xüsusi  ticarətə  yol 

verilmirdisə,  sovet  hakimiyyətinin  ilk  aylarında  Azərbaycanda azad ticarət  mövcud 

idi  və yalnız  1920-ci  il  avqustun  26-da  Azərbaycan  Ġnqilab  Komitəsi  taxıl  ticarəti 

inhisarı  haqqında  dekret  qəbul  etmiĢ,  bir  sıra  qəzalarda  taxılın  və  baĢqa  kənd 


20 

 

təsərrüfatı  məhsullarının  dövlət  tədarükü  tətbiq  olunmuĢdu.  Həmin  dekret 



Mərkəzin təzyiqi altında RK(b)P MK Qafqaz Bürosunun himayəsi ilə AK(b)P MK 

vasitəsilə  qəbul edilmiĢdi.  1920-ci  il  avqustun  6-da onların  birgə  iclasında  RSFSR 

xalq  ərzaq  ko missarının  müavini  M.Ġ.Fru mkinin  Azərbaycanda  iqtisadi  siyasət 

haqqında məruzəsi müzakirə olundu. Ġlk vaxtlar bütün mallar, ərzaq və zəruri tələbat 

Ģeyləri  ilə  azad  ticarətin  elan  olunmasının  möhtəkirliyin  yayılmasına,  sovet 

orqanları,  habelə  maliyyə sisteminin  pozulmasına  xeyli  dərəcədə Ģərait  yaratdığını 

qeyd edərək AK(b)P MK qərara almıĢdı: "RSFSR-in iqtisadi siyasəti Azərbaycanda 

dönmədən,  lakin  kifayət  qədər  ehtiyatla  həyata  keçirilməlidir  və  tədbirlər  sovet 

aparatının  nizama  salınmasına  uyğun  olaraq  görülsün"

31

.  Qərarda  daha  sonra 



deyilirdi  ki,  kəndlilərə  münasibətdə  tədbirlərin  hamısı  onların  bütün  dövlət 

tapĢırıqlarını  yerinə  yetirməsi  ilə  yanaĢı  görülməlid ir;  qolço maq  ünsürlər  bunları 

yerinə  yetirməkdən  boyun  qaçırdıqda  dövlət  tərəfindən  məcburiyyət  tədbirləri 

tətbiq edilsin; yer quruluĢunun yeni əsaslarını və möhkəm ərzaq siyasəti və iqtisadi 

siyasəti həyata keçirmək  zəminində yoxsulları  maddi  cəhətdən maraqlandırmaq la, 

onları "proletariat diktaturasının" kənddə sosial bazası kimi öz tərəfimizə çəkməyə 

çalıĢmaq lazımdır. 

Bütün  taxıl  məhsulları,  habelə  ən  mühüm  xammal  növlərinin  tədarükü 

üzərində inhisar elan edilird i. "... Mal-qaranın tədarükü yalnız sapalaq qaydasınca, 

inhisarsız  aparılmalıdır.  Ġnhisara  alman  ərzaq  və  xammala  ümu mrusiya 

qiymətlərinə uyğun möhkəm qiy mətlər qoyulmalıd ır... "

32



Tədarükü  yalnız  Xalq  Ərzaq  Komissarlığı  aparırdı.  Bütün  əsas  sənaye 

məhsulları  (parça,  çay,  Ģəkər,  kibrit,  dəmir,  ĢüĢə,  kənd  təsərrüfatı  maĢınları, 

avadanlığı, ağ neft və s.) dövlət hakimiyyəti orqanları tərəfindən bölüĢdürülür, qalan 

məhsullar  isə  sərbəst  dövriyyədə  idi.  Yalnız  kiçik  kustar  müəssisələri  dövlətin 

ixtiyarına verilmirdi. 

1920-c i  il  sentyabrın  axırında  Azərbaycanda  ərzaq  sapalağı  və  ümumi 

əmək mü kəlləfiyyəti tətbiq edildi. 

1920-ci  ilin  oktyabrından  etibarən  fövqəladə  səlahiyyətlərə  malik  olan  

sovet təsərrüfat orqanlarının nümayəndələrindən ibarət "Azərbaycan SSR-in ərzaq 

müĢavirəsi"  bütün  ərzaq  iĢini  birləĢdirmək,  mərkəzləĢdirmək  və  ona  rəhbərlik 

etmək  sahəsində  fəaliyyətə  baĢladı.  Ancaq onun  köməyi  ilə  tədarük  olunan  ərzaq 

Bakının  və  qəza  Ģəhərlərinin  ehtiyaclarını  ödəmirdi.  Ərzaq  müĢavirəsinin 

məlu matına görə, Azərbaycanda taxıl çatıĢmazlığı 9 milyon pud miqdarında idi

33



Azərbaycan  SSR  əhalisi  həmin  vaxt  öz  ərazisində  yerləĢən  "Qızıl  ordu" 

hissələrinin  və  fəhlələrin  ehtiyaclarını  "hərbi  kommunizm"  siyasəti  tədbirləri  ilə 

ödəmək iqtidarında deyildi. 

Azərbaycanda  yerləĢən  "Qızıl  ordu"  hissələrindən  bəzilərinin  

komandirləri  Azərbaycan  hökumətinin yerli  orqanları  ilə  əsla  hesablaĢmır,  özlərinə 


21 

 

özbaĢına və sərbəst, əslində müstəmləkəçilər kimi aparırdılar. hədsiz rekvizisiyalar, 



müsadirələr,  mənzillərin  sıxlaĢdırılması,  mü rtəce  əhval-ruhiyyəli  hərbçilərin  

təhqiramiz  hərəkətləri,  Ģəriətin,  milli  adət  və  ənənələrin  təhqir  olunması  əhalini 

ümidsiz  vəziyyətə  salmıĢdı.  Ordunu  ərzaq,  paltar  və  ayaqqabı  ilə  təchiz  etmək 

xalqın  çiynində  ağır  yük  olmuĢdu.  Tağıyev  fabriki  parça  ilə  yalnız  ordunu təchiz 

edirdi, istehsal olunan ayaqqabının 75 faizi orduya verilirdi. ĠĢ o yerə gəlib çatmıĢdı 

ki,  təcili  surətdə  "bütün  mağazalardan  və  istər  açıq,  istərsə  də  gizli  surətdə 

ayaqqabı  alveri  edən  Ģəxslərdən  ordu  üçün  yararlı  olan  ayaqqabının  hamısını 

müsadirə etmək" tapĢırılmıĢdı. 

Gürcüstanda sovet hakimiyyəti  elan  olunduqdan sonra  XI  Qızıl  ordunun 

oraya köçürülmüĢ hissələrini bir aydan sonra Azərbaycana  qaytarmaq planlaĢdırılırdı. 

N.Nərimanov,  D.Bünyadzadə  və  A.Serebrovski  bundan  xəbər  tutaraq,  Moskvaya 

həyəcanlı teleqram göndərdilər: "Azərbaycan kəndliləri və fəhlələri on ay ərzində 

11-ci  ordunun yerləĢdirilməsinin  bütün  ağırlığını  çəkmiĢlər.  Kəndlilər  və  fəhlə lər 

pis  qidalanır,  p is  geyinirlər  və  onların   vəziyyəti  ümidsizdir,  belə  ki,  kiçik 

Azərbaycan 11-ci orduya çox böyük miqdarda ərzaq və paltar vermiĢdir". 

u

On  birinci  ordunun  ac  və  qarət  edilmiĢ  Azərbaycana  qaytarılmasının  



tamamilə qeyri-mü mkünlüyü" barədə məlu matı ədalətli sayan V.Ġ.Lenin 1921-ci 

il  ma rtın  29-da  RK(b)P  MK  Siyasi  bürosunun  tapĢırığı  ilə   (V.Ġ.Lenin, 

M.Ġ.Kalinin, M.B.Kamenev,  V.M.Molotov lehinə səs vermiĢ, L.D.Trotski bitərəf 

qalmıĢdı)  Q.K.Orconikidzeyə  teleqram  göndərmiĢdi;  "Bu  ordunu  Gürcüstanda 

saxlamaq  və  xaricdən  taxıl  gətirilməsini  necə  olursa-olsun sürətləndirmək  üçün 

ən ciddi tədbirlər görün"

34



Ona  görə  də  Azərbaycana  ərzaq  gətirilməsini  gücləndirməy in  və 



əslində  Sovet  Rusiyasını  yanacaqla  təmin  etmək  üçün  iĢləyən  Bakı  fəh lələrin in 

paltar,  Ģəkər  və  digər  ilkin  tələbat  malları  ü zrə  RSFSR-in  ümu mi  tapĢırığına 

daxil et məyin  zəruriliyi barədə  məsələ qarĢıya ç ıxd ı. A zərb aycan kəndlilə ri ta m 

müflislik  həddində  olduqlarına  görə  RSFSR  tərəfındən  kö mək  xüsusilə  zəruri 

idi.  Gənc  respublikanın  vəziyyətini  yüngülləĢdirmək  məqsədilə  ona  yardım 

göstərmək üçün bir sıra tədbirlər görüldü. Ġlk növbədə Azərbaycan  kəndlilərinə 

ehtiyatla  yanaĢmaq  nəzərdə  tutulurdu və Azərbaycanda  ərzaq siyasəti  bir  qədər 

yumĢaldıldı.  Qolço maq lardan  alınan  artıq  mal-qara,  taxıl  və  digər  kənd 

təsərrüfatı  məhsulları sovet təsərrüfat orqanlarının ixtiyarına verilmir, ən yo xsul 

kəndlilər arasında bölüĢdürülürdü. Höku mət ciddi surətdə xəbərdarlıq etmiĢdi ki, 

Azərbaycan  əhalisi  arasında  adi  hal  sayılan,  muzd lu  əməkdən  istifadə  etmədən 

öz  iĢ  qüvvəsi  hesabına  saxladıq ları  geniĢ  təsərrüfata  malik  olan  böyük  ailələri 

qolçomaqlar sırasına aid etməsinlər.  Qəbilə  məiĢətini saxlamıĢ icmalardan artıq 

ma l-qaran ı  və  digər  məhsulları  a lmaq  da  qadağan  olunmuĢdu.  Qəza larında  bir 

çoxunda  taxıl  ehtiyatının  tükən məsi  nəzərə  alınaraq,  Lənkəran  və  Quba 


22 

 

qəzalarından  baĢqa,  Azərbaycanın  bütün  ərazisində  hər  cür  taxıl  tədarükü 



dayandırılmıĢdı.  Kəndi  parça,  ağ  neft  və  duzla  təchiz  etmək  üçün  tədbirlər 

görülür,  bunlar  kəndlilərə  yerinə  yetirilmiĢ  sapalaq  üçün  mükafat  o laraq 

verilirdi. 

Azərbaycanın  özünəməxsus  Ģəraiti  nəzərə  alın maq la  burada  iqtisadi 

siyasətin,  o  cümlədən  ərzaq  siyasətinin  həyata  keçirilməsi  rəs mi  idarələr  və 

ictimaiyyət  tərəfındən  geniĢ  müzakirə  olunurdu.  Sovet  Rusiyasından  fərqli 

olaraq,  Sovet  Azərbaycanında  proletariatla  yo xsul  kəndlilərin  ittifaq ını 

möhkəmləndirmək  və  inkiĢaf  etdirmək  üçün  torpaq  məsələsinin  düzgün 

qoyulması  və  tənzimlən məsi  b irinci  dərəcə li  əhəmiyyət  kəsb  edirdi.  Ərzaq  

məsələsinin həlli də əsasən bundan asılı id i. 

Azərbaycan  kəndlisinə  və  onun sosializm  quruculuğuna  cəlb  olunması 

ilə  bağlı  bütün  məsələlərə  düzgün  yanaĢılmasının,  ço xmillətli  Bakı  pro letariatı 

ilə  onun  ittifaqın ın  yeni  zəmində  möhkəmləndirilməsinin  o  vaxt  böyük  siyasi 

əhəmiyyəti  var  id i.  RK(b)P  MK  Siyasi  Bürosunun  V.Ġ.Lenin  tərəf indən 

hazırlan mıĢ  və  1920-ci  il  noyabrın  27-də  Siyasi  Büronun  qəbul  etdiyi  qərara 

Sovet  Azərbaycanında  ərzaq  siyasətini  yumĢaltmağın  zəruriliyi  barədə  bəndin 

daxil olun ması təsadüfi deyild i.  Qəra rda deyilird i: "Azərbaycanda ərzaq siyasəti 

yumĢaldılsın,  yəni:  A zərbaycanda,  Muğandan  kənarda  kəndlilərdən  taxıl  heç 

alın masın. Muğanda isə son dərəcə ehtiyatla alınsın"

35



Bu qərarla əlaqədar olaraq 1920-ci  ilin dekabrında Azərbaycanda ərzaq  

tədarükünü dayandırmaq qərara alındı

36



Azərbaycan  Ġnqilab  Komitəsi  kəndlilərə  yardım  göstərilməsi  üzrə 



ko missiya  yaratdı.  D.X.Bünyadzadənin,  H.H.Su ltanovun  və  baĢqa  məsul 

iĢçilərin  daxil  o lduqları  ko missiyanın  əsas  vəzifəsi  qəzalara  maddi,  təsərrüfat 

yardımın ı  təĢkil  etmək  id i

37

.  1920-c i  ilin  dekabrında  Azərbaycan  Ġnqilab 



Ko mitəsinin  qərarı  ilə  yoxsul  kəndlilərə  yardım  göstərmək  üçün  də  xüsusi 

ko missiya  yaradıld ı.  Bu  məqsədlə  ko missiyanın  sərəncamına  10  milyon  manat 

ayrılmıĢdı

38



Respublikanın  bütün  partiya,  sovet  və  təsərrüfat  təĢkilatlarına 

tapĢırılmıĢdı  ki,  kəndlilərin,  qəza  orqanlarının  iĢlə  əlaqədar  Bakıya  gələn  

nümayəndələrinə xüsusi qayğı göstərsinlər.  

N.Nərimanovun  təklifınə  əsasən  kəndliləri  H.Z.Tağıyev  fabrikinin  

buraxd ığı  parça  ilə  təchiz  etmək  qərara  alın mıĢ,  Xalq  Ərzaq  Ko missarlığına  isə 

kəndə ərzaq göndərmək tapĢırılmıĢdı

39



1921-c i  ilin  yanvarında  M.D.Hüseynov  baĢda  olmaq la  Azə rbaycan 



SSR-in  Ali  Ġqtisadi  ġurasının  (AĠġ)  yaradılması  haqqında  qərar  qəbul  edild i

40



AĠġ  respublikada  mövcud  olan  bütün  təsərrüfat  orqanlarının  fəaliyyətini 

birləĢdirir  və  Azərbaycanm  təsərrüfat  quruculuğuna  rəhbərlik  edird i

41

.  La kin  o, 



23 

 

RSFSR-in  müvafıq  ko mis sarlıq larından  asılı  idi.  Respublikanın  bütün  iqtisadi 



ko missarlıqları 

ö zlərinin 

təsərrüfat 

planlarını 

RSFSR-in 

müvafıq  

ko missarlıqlarının  təsərrüfat  planları  ilə  ciddi  surətdə  əlaqələndirməklə  iĢləyib  

hazırlay ır və bu planları razılaĢdırmaq  üçün Azərbaycan AĠġ-ə və  RSFSR  Xalq  

Ko missarları Sovetinə təqdim edird ilər

42



Beləliklə,  sovet  hakimiyyəti  Azərbaycanda  özünün  iqtisadi  siyasətini 

həyata  keçirərkən,  onun  konkret  sosial-siyasi  Ģəraitini  və  ehtiyaclarını  nəzərə 

alsa  da,  bu  zaman  ilk  növbədə  Mərkəzin  ümu mi  maraqların ı  əsas  götürür, 

Azərbaycan  iqtisadiyyatının  vaxtı  çatmıĢ  bütün  məsələlərini  Sovet  Rusiyasının 

siyasətindən asılı olaraq həll edirdi. 

 


Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin