Azərbaycan döVLƏt pedaqoji universitetiNİn cəLİlabad fiLİali



Yüklə 52,28 Kb.
tarix02.01.2022
ölçüsü52,28 Kb.
#42846
Savalan..


AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN

CƏLİLABAD FİLİALI




FAKULTƏ : PEDAQOJİ

İXTİSAS: AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYAT MÜƏLLİMLİYİ

QRUP VƏ KURS: AƏ-19/1

TƏLƏBƏ: Mürsəlov Savalan

MÜƏLLİM: KƏRİMOV ELŞƏN

FƏNN: İFADƏLİ OXUDAN PRAKTİKUM

SƏRBƏST İŞİN MÖVZUSU: Bədii Əsərin ifadəli oxuya hazırlanması

CƏLİLABAD-2021

Məktəbdə ifaçılıq təhlili digər təhlil işləri ilə əlaqədə aparılır. Bədii mətnlərin ifadəli oxuya hazırlaşdırılması işində məktəb təlili ilə ifaçılıq təhlili bir-biriləri ilə qarşılıqlı əlaqədəolurlar. Bu əlaqələr aşağıdakı şəkildə özünü büruzə verir.

1. İfaçılıq təhlili məktəb təhlili ilə bərabər şəkildə aparıla bilər. İfaçılıq təhlili əsər üzərində müstəqil iş növlərindən olub ifadəli oxuya hazırlıq məqsədi ilə həyata keçirilir. Bu əsərin məzmunu və ideyasının, digər təlim-tərbiyə vəzifələrinin yerinə yetirilməsinə imkan verən səmərəli yollardan biridir. Hər hansı bir mətnin məktəb təhlili zamanı ifaçılıq təhlilini də işə qoşmaq olur. Bu zaman hər iki iş üsulu eyni vaxtda, yanbayan həyata keçirilir və bir-biri ilə sıx əlaqadə olur. Tutaq ki, təhlildə müəllif arxasınca yolu seçilir. Bu zaman əsərin süjetini izləməklə onun təhlili həyata keçirilməyə başlanır. Həmin iş posesində ifaçılıq təhlilini də həytata keçirmək olar. Bunun üçün suallar sisteminə əsərdəki məntiqi ardcıllığı müəyyn edən, obrazların, hərəkət və davranışlarını aşkara çıxaran, onların əhvali-ruhiyyəsini aydınlaşdıran və s. sualları da əlavə etmək kifayət edər.Beləliklə də, əsərin təhlilinin ifaçılıq təhlili ilə bu cür əlaqələndirilməsi həm əsərin dərindən öyrənilməsinə, həm də ifadəli oxu işinə xidmət edir.

II. İfaçılıq təhlili ümumi ədəbi təhlildən sonra da işə qoşula bilər. Onda əsərin təhlilindən alınan biliklər, gəlinən qənaətlər, nəticələr əldə səfərbər olunmalıdır. Amma o təhlil məktəb təhlili öz təbiətini itirməməlidir. Ümumiləşdirici xarakterli, eyni zamanda ifaçılıq təhlili yönümündə suallara müraciət olunmalıdır:

- Əsəri neçə hissəyə bölmək olar?

- Dinləyicilərə hansı hissi aşılayarsınız və nəyə görə?

- İfa zamanı hansı sözlərə xüsusi fikir vermək lazımdır və

nəyə görə?

Mətn oxunanda təsəvvürünzdə hansı canlanırdı?

-Əsərdə təsvir olunanları emosional dərk etmək üçün müəllif təsvirində olanları təsəvvürdə canlandırma,

-Sətiraltı mənanı müəyyən etmək,

-Məntiqi mərkəzləri aydınlaşdırmaq, fasilələrin yerini müəyyənləşdirmək,

-Mətni, parçanı müxtəlif çalarda, sətiraltı məna ilə söylətmək üzrə məşqlər apartdırmaq.

Məsələn,


-Gəlirdim kənddən,

Səs gəldi bərkdən.

Ağzı sümükdən,

Saqqalı ətdən.

Bu mətn üçün müsahibə aparılır, faslələr və məntiqi vurğulu sözlər müəyyən edilir, sözlərin deyiliş tərzləri, intonasiya cəhətləri aydınlaşdırılr. Əsərin ifaçılıq təhlilinin əhəmiyyəti barədə geniş danışmağına dəyər. Məlum məsələdir ki, bizim danışığmız o zaman təsirli və ifadəli olur ki, biz nə barədə danışdığımızı, onu niyə və kimə söyləyəcəyimizi aydın təsəvvür edirik. Məişətdə bu işin yerinə yetirilməsində bizim kifayət qədər təcrübəmiz vardır. Biz bilirik ki, maraqlı danışmasaq, sözümüzü ürəkdən söyləməsək, fikrimizi müsahibimizə çatdırmaqda çətinlik çəkməli olacağıq. Məşhur bir məsəli xatırlatmaq istəyirik; dünyanı lərzəyə salmaq üçün təkcə tufan və zəlzələ deyil, məzmununu ürəkdən gələn bir sözü söyləmək də kifayətdir. Əgər fikir və niyyətimiz özümüzə aydın deyilsə, sözü ürəkdən söyləməyəciksə, onda dinləyicimizə nəyi isə aşılaya bilməyəcəyik. Məktəbdə əsərlərin, mətnin oxusunda da təxminən eyni vəziyyət vardır.Bədii qiraət ustaları da ifa edəcəkləri mətni əvvəlcədən diqqətlə öyrənirlər. Rus estradasının görkəmli sənətkarlarından olan A. Zakuşnyakın bu sahədəki fikirləri bir qədər maraqlı görünür. O qeyd edir ki, mən bədii mətnləri ifaya hazırlayanda təkcə ifa edəcəyim mətnin öyrənməklə kifayətlənmirdim. İlk növbədə həmin sənətkar barədə ətraflı məlumata yiyələnirdim. Onun haqqında yazılanları oxuyur,müasirlərinin xatirələrinə nəzər salır, əsərlərinin təhlili ilə bağlı yazıları öyrənirdim. Çalışırdım ki, müəllif və əsərlə bağlı nə varsa, onların hamısına yaxından bələd olum. Yalnız bundan sonra mən özümü əsəri oxumağa hazır hesab edirdim.Sənətkarın dediklərində müəyyən bir həqiqət vardır. Hər bir sənətçi kimi o da ifasına inam yaratmaq üçün çalışıb ki, nəzərindən heç nəyi, ən xırda təfərrüatı belə yayındırmasın.Ehtiyat edib ki, məzmunun canlandırılmasında, müəllif niyyətinin çatdırlmasında nəyi isə təhrif edə bilər. Məlumdur ki,bədii söz ustasının əsas vəzifələrindən biri məhz həmin niyyəti canlandırmaq, ona ikinci bir nəfəs verməkdir. Təbii ki buyenidən «dirlitmə) olmasa idi, biz bu cür yerlərə, ifadəli qiraət gecələrinə, poeziya bayramlarına, teatr və kino tamaşalarına getməzdik. Hətta həmin əsərlərin məzmununu özümüz əzbərdən bilmiş olsaq da, bu cür yerlərə getməyi hər şeydən üstün tuturuq. Bunun sirri isə bayaq qeyd etdiyimiz kimi, məhz həmin yenidən dirilmə prosesinin özünə marağımızdır. Başqa sözlə, aktyorların, söz sənəti ifaçılarının ifalarına göstərdiyimiz maraq, onların ifalarından aldığımız, yaxud da alacağımız estetik zövq, mənəvi ehtiyac bizi bu işə təhrik edəcəkdir. Biz həmin ehtiyacımızı ödəmək üçün bu cur imkanları əlimizdən qaçırmaq istəməyəcəyik.Sənətkarların ifadəli qiraətə bu cur yanaşmasını təsadüfi saymaq olmaz. Hər bir ifaçı qiraətçi əsərdən alınan ilk təəssüratın qüvvətli olmasına can atır. Onlar yaxşı bilirlər ki,

İlk təəssüratı heç nə ilə əvəz etmək olmur. Bu təəssürat nə qədər canlı və güclü olarsa, onların ifaları da o qədər qüvvətli təsir bağışlayar və özlərinə daha çox tamaşaçı kütləsi toplaya bilər. Məktəbdə də ifadəli oxunun həyata keçirilməsində bu kimi məsələlərə diqqət yetirlməlidir. Əsərlə ilkin tanışlığın səviyyəsindən, dərəcəsindən asılı olaraq onun taleyi həll oluna bilir. Onun başının üstünü «olum, ya ölüm) dilemmasi kəsdirir: görəsən, əsər uşaqları özünə cəlbl edəcək, ya yox? Bu sualın cavabı məhz müəllimin ifadəli oxusundan – bütov bir kompleksdən asılı olacaqdır. K.S. Stanislavski əsərlə ilkin tanışlıq mərhələsinə mühüm əhəmiyyət verirdi. Göstərirdi ki, ilkin tanışlıq gələcək yaradıcılıq üçün «toxumlardır». Əgər ilkin oxudan sonra alınan təəssürat düzgün olmuşdursa, bu gələcək uğurlar üçün böyük bir açardır. Belə bir vacib məqamın itrilməsi geri qaytarılması mümkün olmayan itkilərə aparıb çıxaracaqdır. Çünki ikinci, yaxud da sonrakı oxular gözlənilməzlik məqamından məhrum olduğundan intuitiv təsirini itirəcək. İtirilmiş təəssuratın bərpa olunması olduqca çətindir, nəinki birinci dəfə düzgün təssüratın yaradılması.33Deməli, ədəbi əsərlərin ifaçılıq təhlili ifadəli oxuya hazırlıq və onun həyata keçirilməsi mərhələlərini əhatə etməklə mühüm bir vəzifəni yerinə yetirmiş olur. İfaçılıq təhlilinin son məqsədi şagirdlərə ədəbi parçaları, mətnləri ifadəli oxumaq bacarığı aşılamaqdır. Ona görə də müəllim ifaçılıq təhlilinin hər bir elementinə, mərhələsinə ciddi fikir verməli, bədii əsərlərin, mətnlərin şagirdlərdə oyadacağı ilkin təəssüratların təbii, canlı olmasına nail olmalıdır. İfaçılıq təhlilinin məzmununa nələr daxildir sualına dair müəyyən təəssürat yaratdıqdan sonra onun komponentlərini aşağıdakı kimi göstərə bilərik:

- Mətnin məzmununun öyrənilməsi,

- Ədəbiyyatşünaslıq təhlili,

- Xüsusi təhlil,

- Mətnin səslənən sözlə ifadə olunması(Mətnin oxunması).

A) Mətnin məzmununun öyrənilməsi

Mətnini ifadəli oxusu işində məzmunun bilinməsi xüsusi əhəmiyyət kəsb edir. Məzmununu bilmədiyimiz məsələni dinləyicimizə, auditoriyaya necə aşılaya bilərik? Eyni qayda şagirdlərin ifadəli oxu vərdişlərinə yiyəldirilməsi işinə də aiddir. Şagird də ifadəli oxuyacağı mətnin məzmununu yaxşı bilməlidir. O, mətndə nədən danışıldığını və niyə danışıldığını aydın təsəvvür etməzsə, onda oxusunun heç bir ünvanı olmayacaqdır. Müəlimin vəzifəsi bu işdə şagirddən tamamilə fərqli şəkildə və mükəmməl formada həyata keçirilməlidir. O,məzmunun öyrənilməsinə hazırlaşarkən aşağıdakı məsələlərə diqqət yetirməlidir:

- məzmunu öyrəniləcək mətnin müəllifi, onun həyat və yaradıcılığı, sənətkarlığı, ədəbiyyat tariximizdəki rolu və mövqeyi ilə bağlı müəyyən biliklərə yiyələnmək.oxunacaq əsərin mövzusu, yazıldığı tarixi dövr, əhatə etdiy mühit barədə ətraflı biliyə malik olmaq. əgər sözü gedən sənətkarın lent yazıları varsa, onu dinləmək, şəkli və ya portretini diqqətlə müşahidə etmək. əsərin diqqətlə öyrənmək, ideyasını aydınlaşdırmaq

- əsərin quruluşunu müşahidə etmək.

-şagirdləri əsərin məzmununu qavramağa hazırlamaq.

Əsərin məzmununun öyrənilməsi şagirdin ifadəli oxuya hazırlaşdırılması işinin mühüm mərhələsidir. Proqram fərqli məsələlərdir. Təbii ki, ibtidai siniflərdə mətnlərə hamısına bu cür yanaşmaq bir qədər artıq görünərdi. Amma ədəbiyyatşünaslıq təhlililinin bir sıra mühüm elementlərini müəllim mütləq nəzərə almalıdır. Bunlara aşağıdakıları daxil etmək olar:

- əsərin mövzusu və ideyası,

- obrazlar aləmi,

- süjet və kompozisiya xüsusiyyətləri,

- dil və üslub xüsusiyyətləri,

- bədii intonasiyası, emosional mühiti və s.İfadəli oxuya hazırlıq prosesində bu cəhətlərin hər birinin izaha ehtiyacı vardır. Məktəb təhlili ilə ədəbiyyatşünaslıq təhlili arasındakı qarşılıqlı əlaqə təlim prosesində yaddan çıxmamalı,bədii mətnlərin oxuya hazırlaşdırılması işində səmərəli rol oynamalıdır. Bu işdə müsahibə, kitab üzərində iş üsulllarından yaralanmaqla yuxarıda göstərilən məsələlərin şagird tərəfindən araşdırılmasına imkan yaradılmalıdır.

C) Xüsusi təhlilBədii mətnələrin ifadəli oxuya hazırlaşdırılması işinin üçüncü mərhələsi kimi xüsusi təhlil üzərində dayanmaq lazımdır. Xüsusi təhlil ifadəli oxuya hazırlıq işində mühüm mərhələdir. Dərs prosesində bədii parçaların, mətnlərin ifadəli oxuya hazırlanması işində belə bir təhlilin aparılması təlim-tərbiyə işinin vacib elementlərindən biri kimi çıxış edir və mətnin məzmununun daha dərindən mənimsənilməsinə şərait yaradır. Şagirdlər mətndə əks olunan sətiraltı mənanı tutur, onu başa düşdüklərini xüsusi təhlil vasitəsilə sübuta yetirilər.Deməli, həmin təhlili müəllim ifadəli oxuya hazırlıq prosesində həyata keçirir. Xüsusi təhlildə nəzərə alınacaq məsələlərə aşağıdakılar daxildir:



İfa olunacaq mətnin əsas ideyasına uyğun olaraq əsas ifaçlıq vəzifəsinin müəyyən edilməsi, materialının məzmunun öyrənilməsi prosesi mətn yzrə işdən başlayır. Müəllim tədris olunan materialın oxusuna başlamazdan əvvəl giriş sözü söyləir, sonra əsərin ifadəli oxusunu özü həyata keçirir, daha sonra isə oxudan alınan ilk təəssüratı aşkara çıxaran müsahibəni aparır. Əsərin məzmunun şagird tərəfindən söylənilməsi ilə onun ifadəli oxuya hazırlıq işinin birinci mərhələsi bitmiş hesab olunur.B) Ədəbiyyatşünaslıq təhlilionunİfadəli oxuya hazırlıq işinin ikinci mərhələsi kimi müəllim bədii mətnlərin təhlilini həyata keçirməlidir. Metodik ədəbiyyatda buna ədəbiyyatşünaslıq təhlili deyilir. Məlumdur ki, ədəbiyyatşünaslıq təhlili dedikdə əsərin yazılma tarixindən başlamış, mövzu, janr xüsusiyyətləri, ədəbiyyat tariximizdə tutduğu mövqe, sənətkarın yaradıcılığında həmin əsərin mövqeyi, bədii irsimizdə onun təsir dairəsi, ənənə və novatorluq və s. Kimi məsələlər nəzərdə tutulur. Orta məktəbdə ədəbiyyatşünaslıq təhlilinin nailiyyətlərindən müəyyən çərçivə daxilində istifadə edilir. Bu cür təhlilin nailiyyətləri yuxarı sinif materiallarının məzmunununda kifayət qədər əks olunur. Amma orta məktəb təhlilini ədəbiyyatşünaslıq təhlilində fərqləndirən bir sıra mühüm keyfiyyətlər vardır. Hər şeydən əvvəl bu təhlillə kimlərin məşğul olmasına fikir vermək lazımdır. Onda onlar arasındakı fərq daha aydın görünə bilər. İfaçılıq təhlili ilə ədəbiyyatşünaslıq təhlili, ifaçılıq təhlil ilə və məktəb təhlili anlayışları arasında müəyyən yaxınlıqlar vardır.Bədii mətnlərin ifadəli oxuya hazırlaşdırılması işində nəzərdə tutulan ədəbiyyatşunaslıq təhlili termininə diqqəti cəlb etmək istəyirik. Burada ədəbiyyatşünaslıq təhlili terminini şərti mənada qəbul etməliyik. Çünki ədəbi tənqidlə məşğul olan şəxsin ədəbi əsərə yanaşması ilə şagirdin yanaşması tamamilə əsərin hissələrə bölünməsi, hər bir hissənin ifaçılıq vəzifəsinin müəyyən olunması,- hər bir parçanın ifa tərzinin, səs tonu, tempi və tembrinin müəyyənləşdirilməsi,- intonasiya tərzinin müəyyənləşdirilməsi,- mənMətnin səslənən söz vasitəsi ilə ifadə olunması qarşıya qoyulan vəzifələrin həlli, son məqsədə çatılması deməkdir

Ədəbiyyat siyahısı: Fəxrəddin Yusifov Bakı 2015,Bilal Həsənov
Yüklə 52,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin