Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı Fakultə: Pedaqoji



Yüklə 40,01 Kb.
səhifə1/7
tarix02.01.2022
ölçüsü40,01 Kb.
#36740
növüDərs
  1   2   3   4   5   6   7
Fuad Babayev


Azərbaycan Dövlət Pedaqoji Universitetinin

Şəki filialı

Fakultə: Pedaqoji

İxtisas: Tarix və Coğrafiya Müəllimliyi

Qrup: T-16

Semestr: payız 9

Fənn: s/f Ümumtəhsil Kurikulumunun əsasları

Mövzu: Fəal dərs və onun mərhələləri

Müəllim: Eminova Mirvari

Tələbə: Babayev Fuad

Tarix:12.01.2021

Təhsil müəssələrində tədris prosesində yeni təlim texnologiyalarının tətbiqi, dünya təhsil sisteminə inteqrasiya məsələlərinə ciddi yanaşılır. Təhsilin keyfiyyəti tək şərt deyil, həm də prosesdir.

Keyfiyyətli təhsil prosesinin əsas tərkib hissələrindən biri dərsin təşkilidir:  onun mərhələləri, təlimin  forma, üsul və metodlarıdır; onun qurulması optimal düzgün həllinin tapılmasıdır.

“Fəal (interaktiv) dərs” şagirdlərin fəal idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur.

Çox vaxt bu anlayışın sinonimi kimi “interaktiv təlim metodları” anlayışından istifadə olunur. Belə ki, “interaktivlik” termini “dialoqu, qarşılıqlı təsiri” bildirir. Bu təlim metodunu ifadə etmək üçün həmçinin “problem -dialoji”, “problemli”, “evristik təlim” anlayışlarındanda istifadə olunur.

Fəal(interaktiv) təlim tədrisin və idrak fəaliyyətinin təşkili və idarə olunması metodlarının məcmusudur. Bu təlim üçün aşagıdakı cəhətlər səciyyəvidir:



  • Müəllim tərəfindən şüurlu surətdə (iradi olaraq) idraki "problem situasiasının yaradılması;

  • problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin stimullaşdırılması;

  • şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi üçün şəraitin yaradılması.

Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim şagirdlərin yaddaşının təkcə yeni elmi biliklərlə (informasiya ilə) zənginləşdirilməsinə deyil, həm də təfəkkürün müntəzəm inkişaf etdirilməsi əsasında daha çox biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi, ən mühüm bacarıq və vərdişlərinin, şəxsi keyfiyyət və qabiliyyətlərin qazanılmasına yönəlib.

Bu zaman şagirdlər müəllimin rəhbərliyi altında, xüsusi seçilmiş, asan başa düşülən və yadda qalan, ən vacib təlim materialının öyrənilməsi prosesində fakt və hadisələrin səbəb nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı öyrənirlər.

Şagirdin mövqeyi “kəşf edən”, “tədqiqatçı” mövqeyidir, o, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən, bunları müstəqil tədqiqat prosesində həll edir.Şagirdlər təlim prosesinin tamhüquqlu iştirakçısı olaraq, bu prosesdə tədqiqatçı kimi çıxış edirlər və bilikləri fəal axtarış və kəşflər prosesində mənimsəyirlər.

Müəllimin mövqeyi fasilitator ("bələdçi", "aparıcı") mövqeyidir, problemli vəziyyətləri planlı və istiqamətlənmiş surətdə təşkil edir, şagirdlər qarşısında tədqiqat məsələlərinin meydana çıxmasına şərait yaradır və onların həllinə metodiki kömək göstərir.

Fəal (interaktiv) təlim metoduna aşağıdakı spesifik xüsusiyyətlər malikdir:


  • Təlimin subyektsubyekt xarakter daşıması,

  • Şagirdlərin fəal öyrənmə mövqeyi, təfəkkürün müstəqilliyi və sərbəstliyi,

  • İştirakçıların bütün dərs zamanı fəallığı,

  • Dərsin əvvəlində problemli situasiyanın yaradılması və dərs prosesinin problemin həllinə yönəldilməsi,

  • Düşündürücü və istiqamətləndirici suallar vasitəsi ilə şagirdlərin yeni biliklərin müstəqil kəşf edilməsinə yönəldilməsi,

  • Təlimin tədqiqat üsulu vasitəsi ilə keçirilməsi,

  • Dərsin dialoq şəklində aparılması, əks əlaqənin yaradılması,

  • Əməkdaşlıq və qrupda qarşılıqlı fəaliyyət,

  • Həyati məqsədlərə nail olmaq üçün biliklərin yaradıcı tətbiqi.

Fəal (interaktiv) dərs ənənəvidən onunla fərqlənir ki, uşaqlar özləri biliyi əldə edir, onlar fəaldır, təlim prosesinə cəlb olunurlar, müəllim bələdçi rolunu oynayır, amma sinfə hakim olmur, sinifdəki iqlim uşaqların sərbəstləşməsinə səbəb olur, uşaqlar öz fikirlərini söyləməyə qorxmurlar. Baxmayaraq ki, o ənənəvi dərsdən fərqlənir, fəal (interaktiv) dərsin dəqiq strukturu var və qarşıya qoyulan məsələləri həll etməyə imkan verir, uşaqlar biliklərə yiyələnir, tədris proqramı zərər çəkmir.

Fəal(interaktiv) təlimin əsas üstünlüyü real idrak motivasiyasının (biliklərə yiyələnmək həvəsinin) yaranmasıdır. Bu da idrak fəaliyyətinin gedişində şagirdlərin təfəkküründə gerçək ziddiyyətlərin həlli imkanlarına əsaslanır. Real ziddiyyətlərdən yaranan emosiyalar əqli ehtiyatların səfərbərliyini təmin edir, idrak fəaliyyətini şövqləndirir, diqqəti uzun müddət cəmləməyə imkan yaradır. Bilgilər “hazır” şəkildə deyil, onların müstəqil surətdə kəşfi prosesində mənimsənilir, yəni mənimsəmə prosesi passiv deyil, fəal xarakter daşıyır. İdrak fəallığının həm yaradılması, həm də saxlanılması üçün xüsusi psixoloji mexanizmlər mövcuddur.

Bu mexanizmlər aşağıdakılardır:


Yüklə 40,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin