Azərbaycan Hava Yolları qsc milli Aviasiya Akademiyası Qrup: 1329an fakültə



Yüklə 299,68 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix05.06.2022
ölçüsü299,68 Kb.
#60701
  1   2
Zakir Yolçuyev TRASEKA – Tarixi İpək Yolunun Bərpası

    Bu səhifədəki naviqasiya:
  • Fənn


Azərbaycan Hava Yolları QSC 
Milli Aviasiya Akademiyası 
 
 
 
Qrup: 1329aN 
Fakültə: İqtisadiyyat və Hüquq 
Fənn: Avtomobil müəssisələrinin istehsal menecmenti 
İxtisas: Menecment 
Mövzu: TRASEKA – Tarixi İpək Yolunun Bərpası 
Müəllim: Əsədov Aqil 
Tələbə: Yolçuyev Zakir 
BAKI-2022
 


TRASEKA – Tarixi İpək Yolunun Bərpası 
Tarixi Böyük İpək Yolu Avropadan Asiyaya ən qısa marşrut olaraq, cənubi Qafqaz 
ölkələrinin ərazisindən keçmişdir. TRASEKA (TRACECA – TRANSPORT 
CORRİDOR EUROPE CAUCASUS ASİA) Müstəqil Dövlətlər Birliyinə (MDB) 
göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa 
İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə 
keçirilən konfransda 8 ölkənin (Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxstan, 
Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) iştirakı ilə qəbul edilmişdir. 
Konfransın yekunlarına əsasən, TRASEKA regionlararsı proqramın fəaliyyətinin 
əsaslarını qoymuş Brüssel Bəyannaməsi qəbul edilmişdir. 
Bu layihə Avropa İttifaqının TRASEKA üzv-dövlətlərinə dair qlobal strategiyasına 
uyğun olaraq, aşağıdakı məqsədlərə; 
– Avropada, Qara dənizi regionunda, Qafqazda, Xəzər hövzəsi və Mərkəzi Asiya 
ölkələrində iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsinə, 
– Avtomobil, dəmir yolu və dəniz nəqliyyatı sahələrinin dünya bazarına çıxışını 
təmin edilməsinə, 
– Dəhliz boyu yollarda nəqliyyat vasitələrinin hərəkətinin və yüklərin 
saxlanmasının təhlükəsizliyinin təmin edilməsinə, ətraf mühitin mühafizəsinə, 
– Üzv dövlətlərin nəqliyyat siyasətlərinin və bu sahədə normativ-hüquqi bazanın 
uyğunlaşdırılmasına, 
– Nəqliyyat sahəsində faliyyət göstərən subyektlərə bərabər rəqabət mühitinin 
yaradılmasına xidmət edir. 
Avropa-Qafqaz-Asiya “TRASEKA” beynəlxalq nəqliyyat dəhlizi Şərqlə Qərb 
arasında digər iki marşruta, Transokean daşımaları və Transsibir magistralına 


alternativ olan bir layihədir. “TRASEKA” dəhlizi vasitəsilə yalnız Mərkəzi 
Asiyadan deyil, Çindən də yüklərin daşınacağını, sonradan buraya Cənub-Şərqi 
Asiyanın digər ölkələrinin də (xüsusilə konteynerlərin) qoşulacağı gözlənilir. Bu 
dəhlizin strateji bəndi olan Transxəzər beynəlxalq nəqliyyat marşrutu ildə 15 
milyon tondan artıq yük daşımaları potensialina malikdir. O, Çin, Qazaxstan, 
Türkmənistan, İran, Fars körfəzi ölkələri, Cənubi Qafqaz, Türkiyə və Avropa 
ölkələrinin yük göndərənləri ilə qəbul edənlərini əlaqələndirmək iqtidarındadır. 
Dəhlizin digər alternativ dəhlizlərə nisbətən cəlbediciliyinin artırılmasında, 
Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikalarının birgə layihəsi 
olan və hal-hazırda inşası davam etdirilən Bakı-Tiflis-Qars dəmir yolu xəttinin 
istifadəyə verilməsi də mühüm rol oynayacaqdır. Mərkəzi Asiya ölkələrinin də bu 
marşruta marağı böyükdür. Belə ki, Bakı-Tiflis-Qars dəmir yolu və 2013-cü ildə 
istifadəyə verilmiş Bosfor boğazının altından keçən “Marmaray” sürətli dəmir yolu 
tuneli vasitəsilə Avroya birbaşa çıxış imkanı yaradacaqdır. Bu da Mərkəzi Asiya 
ölkələrinin məhsullarının Avropaya və əks istiqamətdə böyük həcmdə sənaye 
məhsullarının, istehlak mallarının daşınması baxımından son dərəcə cəlbedici 
olacaqdır. 

Yüklə 299,68 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin