AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu


YUXUGÖRMƏNİN TƏRƏKƏMƏ-ELAT



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix26.12.2016
ölçüsü2,35 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   21

YUXUGÖRMƏNİN TƏRƏKƏMƏ-ELAT 
MÜDRİKLƏRİNİN İNAMINA GÖRƏ 
YORUM VƏ YOZUMLARI 
 
Yuxuda dağ görmək  işin çətin olacağı, kədər üz  verə-
cəyi kimi yozulur. 
Yuxuda  uşaq  görmək  sevinmək,  xeyir-xəbər  eşitmək, 
varlanmaq, xoşbəxtliyə qovuşmaq kimi yozulur. 
Yuxuda  kitab  görmək  istək-arzuya  çatmaq,  elmdə 
yeni-yeni nailiyyətlər qazanmaq əlaməti kimi yozulur. 
Yuxuda  pəncərədən  baxmaq-boylanmaq  kədərlənmək, 
gözü yol çəkmək, ürəyi darıxmaq kimi yozulur. 
Yuxuda  qartal  görmək  məğrur  olmaq,  qələbə  qazan-
maq, sevinmək kimi yozulur. 
Yuxuda təzəgəlinin balıq görməsi, onun uşağa qalması 
kimi yozulur. 
Yuxuda  samovar  görmək  ailədə  xoşbəxtlik,  əmin-
amanlıq kimi yozulur. 
Yuxuda  heyva  dərib  yemək  ailədə  bədbəxt  hadisə 
olacağı kimi yozulur. 
Yuxuda dağ görmək işin çətin olacağı, kədər üz ve-rə-
cəyi kimi yozulur. 
Yuxuda  uşaq  görmək  sevinmək,  xeyir-xəbər  eşitmək, 
varlanmaq, xoşbəxtliyə qovuşmaq kimi yozulur. 
Yuxuda  kitab  görmək  istək-arzuya  çatmaq,  elmdə 
yeni-yeni nailiyyətlər qazanmaq əlaməti kimi yozulur. 
Yuxuda  pəncərədən  baxmaq-boylanmaq  kədərlənmək, 
gözü yol çəkmək, ürəyi darıxmaq kimi yozulur. 
Yuxuda  qartal  görmək  məğrur  olmaq,  qələbə  qazan-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
59 
maq, sevinmək kimi yozulur. 
Yuxuda təzəgəlinin balıq görməsi, onun uşağa qalması 
kimi yozulur. 
Yuxuda  samovar  görmək  ailədə  xoşbəxtlik,  əmin-
amanlıq kimi yozulur. 
Yuxuda heyva dərib  yemək ailədə bədbəxt hadisə ola-
cağı kimi yozulur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
60 
YUXU HAQQINDA ATA DEYİMLƏRİ 
 
Tərəkəmələr demiş: şərikli yuxu gec yorub-yozular. 
Tərəkəmələr demiş: yuxu var aş gətirər, yuxu var baş. 
Tərəkəmələr  demiş:  yuxu  var  aş  qaynadar,  yuxu  var 
baş. 
Tərəkəmələr  demiş:  yuxu  var gül  iyi gələr,  yuxu var 
kin. 
Tərəkəmələr  demiş:  yuxu  var  ağa-bəy  yuxusu,  yuxu 
var ala-səy. 
Tərəkəmələr demiş: yuxu var elə söyləməli, yuxu var 
selə. 
Tərəkəmələr  demiş:  yorub-yozulan  yuxunun bir eybi 
var, yozulmayanın min bir. 
Tərəkəmələr  demiş:  yuxu  var  sahibini  el-obada  öy-
dürər, yuxu var söydürər (döydürər). 
Tərəkəmələr  demiş:  yetimin  yatmağına  baxma,  gör-
düyü yuxuya bax. 
Tərəkəmələr  demiş:  yuxu  var  quda  üçün,  yuxu  var 
qada üçün. 
Tərəkəmələr  demiş:  yuxu var  yozasan asta,  yuxu var 
yozasan usta. 
Tərəkəmələr demiş: yuxusu bekar olan, nökər olar. 
Tərəkəmələr  demiş: aşıq  yuxusunda toy görər, molla 
vay. 
Tərəkəmələr  demiş:  yuxu  var  sahibinə  şər  gətirər, 
yuxu var zəhər. 
Tərəkəmələr demiş: nə yatıb ki, nə də yuxu görsün.  
Tərəkəmələr  demiş:  yuxusu  kədər  olanın,  iş-gücü 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
61 
hədər olar. 
Tərəkəmələr  demiş:  yuxunu  tərsinə  yozan,  hirsinə 
yozar.  
Tərəkəmələr demiş: yuxu var səbrlə yozular, yuxu var 
tədbirlə. 
Tərəkəmələr  demiş:  yuxu  var  sahibinə  alqış  gətirər, 
yuxu var qarğış. 
Tərəkəmələr  demiş:  yuxu  var  yozmalı,  yuxu  var  əl 
üzməli. 
Tərəkəmələr  demiş:  yuxu  var  söyləsən  üz  qızardar, 
yuxu var göz. 
Tərəkəmələr  demiş:  igid  yuxusuz  olanda,  el-obası 
qorxusuz olar. 
Tərəkəmələr  demiş:  yuxu  var  bal  tək  şirin,  yuxu  var 
qan-irin (nifrin). 
Tərəkəmələr  demiş:  ürəyi  sərin  olanın,  yuxusu  şirin 
olar. 
Tərəkəmələr demiş: yaman yuxu başa bəladır. 
Tərəkəmələr  demiş:  yaxşı  yuxu qan duruldar,  yaman 
yuxu qan qaraldar. 
Tərəkəmələr  demiş:  şirin  yuxu  küsülüləri  barışdırar, 
pis yuxu ara qarışdırar. 
Tərəkəmələr  demiş:  yuxu  var  sahibini  mərd  edər, 
yuxu var namərd. 
Tərəkəmələr  demiş:  yuxunun  qədir-qiyməti  yozulan-
dan sonra bilinər. 
Tərəkəmələr  demiş:  yuxu  var  sahibinin  başını  ucal-
dar, yuxu var gicəldər. 
Tərəkəmələr  demiş:  yuxu  var  yorarlar  el  qurarlar, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
62 
yuxu var yorarlar el qırarlar. 
Tərəkəmələr  demiş:  yuxu  var  sahibinə  ağa  dedirdər, 
yuxu var dığa. 
Tərəkəmələr  demiş:  yuxuya  baxma,  yozumundakı 
qorxuya bax. 
Tərəkəmələr demiş: ağıldankəm  yuxuda hamını asıb-
kəsər, gündüz tir-tir əsər. 
Tərəkəmələr  demiş:  yuxu  var  sahibinə  rəhmət 
dedirdər, yuxu var lənət. 
Tərəkəmələr  demiş:  yuxusu  pis  olanın,  gün-güzəranı 
da pis olar. 
Tərəkəmələr demiş: yuxu var əla, yuxu var başa bəla.  
Tərəkəmələr demiş: yuxuda ağanı da söyərlər, dığanı 
da. 
Tərəkəmələr demiş: yuxusu çin olan adamda kin  
olmaz.  
Tərəkəmələr  demiş:  namərd  yuxulu  olanda,  qorxulu 
olar.  
Tərəkəmələr  demiş:  adam  qürurlu  olanda,  yuxusu 
uğurlu olar. 
Tərəkəmələr  demiş:  yuxu  var  sahibini  ər  edər,  yuxu 
var şər. 
Tərəkəmələr demiş: yuxu var sahibini yaxıb-yandırar, 
yuxu var göylərə qaldırar. 
Tərəkəmələr  demiş:  yuxu  var qan qaraldar,  yuxu var 
qan duruldar. 
Tərəkəmələr demiş: qəribin yuxusu, Vətən qoxusu.  
Tərəkəmələr demiş: qız yuxusu, ac qaz yuxusu.  
Tərəkəmələr demiş: qızı gözü yuxuluya yox, başı pa-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
63 
paqlıya verərlər. 
Tərəkəmələr demiş: adam kişi yuxusuna inam gətirər, 
keşiş yuxusuna yox. 
Tərəkəmələr demiş: qoca yuxusu, xoca yuxusu. 
Tərəkəmələr  demiş:  yuxunu söylədim biləsən, söylə-
mədim ki güləsən. 
Tərəkəmələr  demiş:  yuxu  var oğru  yuxusu,  yuxu var 
doğru yuxusu. 
Tərəkəmələr demiş: dul arvad yuxuda ikinci ərini gö-
rər. 
Tərəkəmələr demiş:  yuxulu aslandan, ayıq pişik yax-
şıdır. 
Tərəkəmələr  demiş:  molla  yatanda,  yuxusunda  halva 
görər. 
Tərəkəmələr  demiş:  yuxu  yuxu  gətirər,  qorxu  da 
qorxu.  
Tərəkəmələr demiş: yuxu əcəlin qardaşıdır. 
Tərəkəmələr  demiş:  yuxuda  tost  deyən,  əyyaşa  dost 
deyər. 
Tərəkəmələr  demiş:  yuxusu  quduz  olanın,  ölümü 
ucuz olar. 
Tərəkəmələr demiş: yuxu yatmaz, sübhə çatmaz. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
64 
YUXU YOZUMLARI 
 
Alqışlanmaq – özün haqqında xoş sözlər eşidəcəksən. 
Alov – bəxtin gətirəcək; tüstülü alov – fəlakətin yaxın-
laşdığı kimi yozulur. 
Arı – işindən xeyir görəcəksən. 
Arıqlamaq – qarşıda ağır günlərin var. 
Arı şanı – ağır bir ziyana düşəcəksən. 
At yarışı – işdə heç bir risqə getmə. 
Axan ulduz – xoşbəxtlik gözlənilmədən gələcək. 
Aypara – ağır borca düşəcəksən. 
Bacı-qardaş – ailə üzvlərindən biri öləcək. 
Balıq – gizli arzuların həyata keçəcək. 
Balta – özünü dava-dalaşdan gözlə. 
Bataqlıq  –  heç  kimə  inanma,  özünə  etibarlı  bir  dost 
tapmalısan. 
Bayraq – niyyətin baş tutacaq. 
Boşanma – eşqə düşəcəksən. 
Bulud – ailəniz şən və gözəl günlər keçirəcək. 
Bütöv ay – həyat səni sınağa çəkəcək. 
Canavar – səni lağa qoyacaqlar, təmkinini itirmə. 
Çiçəkləyən  ağac – sevinəcəksən:  meyvəli ağac – mə-
zəli  bir  macəra  olacaq:  ağaca  çıxmaq  –  böyüyüb  yüksək 
mövqe tutacaqsan; ağacdan yıxılmaq – sevdiyin bir adam sə-
ni peşman edəcək; ağacı kəsmək – hər adama ürək qızdırma-
maq kimi yozulur. 
Dəfn – arzuna çatacaqsan, ömrün uzun, günün ağ olacaq. 
Dəsmal  –  işlərin  yaxşı  gedəcək;  çirkli  dəsmal  –  sənə 
pis bir xəbər çatdıracaqlar. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
65 
Düz yol – bu əy yaxşı yoldur; əyri yol – əyri yollara əl 
atma, yoxsa məqsədinə çata bilməzsən. 
Əsgərlərin döyüşü – fikirlərin çaş-başdır. 
Ət almaq – çox pis yaşayırsan, yaşayışın ağır olacaq. 
Fanar – nə qədər imkan var, gününü keçir. 
Göy gurultusu – uzaq yerdən şad xəbər alacaqsan. 
Göz yaşı – xoş günlər görəcəksən. 
Gül  dəstəsi  –  bütün  dolaşıq  işlərinin  düzəlməsinə  az 
qalıb. 
Gülüş eşitmək – gözlənilməz hadisə eşidəcəksən. 
İlan  –  sənə  kələk  gəlmək  istəyirlər,  işlərini  sahmana 
sal.  İlan  səni  çalırsa  –  gözlənilməz  uğurların  olacaq.  İlan 
öldürmək – dava-dalaşdan uzaq olmaq kimi yozulur. 
İt – sədaqətli dostların var, onlar səni darda qoymazlar
səni  it  qapırsa  –  yalançı  ittihamlardan  özünü  gözlə;  it 
hürməsi – səndən nəyi isə oğurlamaq istəyirlər; itin ulaması 
– bədbinliyə qapılacaqsan; quduz it – paxırın açılacaq; ölü it 
– qatı bir düşmənin var, qorxma o sənə bata bilməz. 
Kirpi – gözlənilmədən bir yerdən kömək alacaqsan. 
Kitab oxumaq – yadda saxla ki, səndən hərəkət, mən-
dən bərəkət deyirlər; qəzet oxumaq – tərəfkeşlikdən uzaq ol. 
Konsertə  qulaq  asmaq  –  sənə  dəxli  olmayan  işlərə 
qarışmasan, rahat yaşayarsan. 
Qaratoyuq – eşq macəraların başlayacaq. 
Qaya – qorxulu yoldasan, ehtiyatlı ol. 
Qaynana – qorxduğun hadisə xəbərsiz-xətərsiz 
sovuşacaq. 
Qızıl  zəncir  –  yaxşı  ağ  günlərin  başlayır,  ancaq  elə 
bilmə ki, həmişə belə olacaq. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
66 
Qoz  –  camaata  qaynayıb  qarış  ki,  sənə  süpürgə  qoş-
masınlar. 
Qurbağa – kimsə sənə yaxşılıq edəcək. Mübarizə, dö-
yüş – sənə haqsız irad tutacaqlar, ürəyinə salma. 
Müharibə – qəfil bir hadisə səni saflaşdıracaq; müha-
ribədə  vuruşmaq  –  ağzıgöyçəklərə  qulaq  asma,  gələcəyə 
inamın olsun. 
Ot  biçmək  –  etibarsızsan,  başqalarını  təbdən  çıxarır-
san;  kiminsə  ot  çalmağını  görmək  –  işi  görən  sən  olmusan, 
faydasını özgələr götürəcək. 
Pişik – yalançı dostların sənə badalaq vurmaq istəyirlər. 
Pul kisəsi tapmaq – məqsədinə çatacaqsan. 
Rəqs etmək – var gücünlə işə qoşul, udarsan. 
Saray – xırdaçılığa gedirsən. 
Səni  öpürlərsə  –  çoxdan  arzuladığın  bir  arzuya  çata-
caqsan;  
Sən öpürsənsə – sevgilindən müvəqqəti ayrılacaqsan. 
Sərxoş olmaq – hələlik kiçik uğurlara qane ol. 
Siçan – seni təhqir edirlər, imkan vermə; tələdə siçan – 
təzə xəbər eşidib sevinəcəksən. 
Süpürgə – pis adamlardan uzaq ol. 
Şənlik keçirmək – ağır əzabların olacaq. 
Telefon – gəlirin bir o qədər də çox deyil, bədxərc olma. 
Telefonla  danışmaq  –  yüngüllük  edib  risqə  getmə, 
uduzarsan. 
Tiryək  çəkmək –  yarımçıq qalmış bir işin  yoluna dü-
şəcəksən. 
Un – hər kiçik məsələdən ötrü narahat olma.  
Vağzal – qəfil qonağın gələcək; uğurdan gələnin var.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
67 
Yağış – az qala unutduğun bir adamdan xəbər  
tutacaqsan. 
Yumurta – balalarının sayı artacaq;  yumurta  yemək – 
dedi-qoduya  düşəcəksən;  yumurta  sındırmaq  –  polisə 
dindirilməyə çağırılacaqsan. 
Yuyunmaq – əziz bir adamından ayrılacaqsan. 
Yük  daşımaq  –  işin  düşündüyündən  də  yaxşı  olacaq; 
yük  maşınında getmək – öz  sözünə xələf çıxma, hörmətdən 
düşərsən.
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
68 
 
 
 
 
 
 
 
 
 
 
 
XALQ DEYİMLƏRİ 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
69 
XALQ DEYİMLƏRİ 
 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
bəlğəm,  göyöskürək,  vərəm  xəstəliklərinə  tutulan,  öskürər-
kən  ağzından  qanlı  bəlğəm  gələn  xəstələrə  15-20  gün  hər 
axşam  yatmamışdan  və  hər  səhər  yeməkdən  əvvəl,  yarpız, 
bənövşə  və  nar  çiçəyini  dəmləyib,  eşşək,  yaxud  dəvə  südü 
ilə qarışdırıb bir fincan içmək məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
bel, qol, qıç, əl, ayaq, böyrək, qaraciyər ağrılarından əziyyət 
çəkən  xəstələrə  gicitkən,  yovşan,  unnuca  (sirkan),  hoyotu, 
zeytun, söyüd yarpağı, yarpız, şüyüd və əməköməcini qayna-
dıb suyunda 10-5 gün, hər axşam  yatmamışdan əvvəl vanna 
qəbul etmək məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
əgər  bir  qadının  südündən  bir  damla  inək,  keçi,  qoyun  sü-
dünə qarışdırıb başqa uşağa verilsə, o uşaq əslində, südündən 
verilən  qadının  uşaqları  ilə  süd  qardaş-bacısı  sayılır.  Belə 
uşaqların bir-birilə evlənməsi günah hesab edilir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: tez-
tez köpən, qarın nahiyəsində qaz yığılan xəstələrə 10-15 gün 
axşam-səhər  (yuxudan  əvvəl  və  yuxudan  durarkən)  bir 
fincan bal şərbəti qəbul etmək məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
kim xaş, xəmir xörəklərinə çox meyillidirsə, həmin adamlar 
tez  kökəlir,  bədəni  süstləşir,  yuxucul  olur,  iş  qabiliyyətini 
itirir.  Ona  görə  də  belə  xörəklərə  meyl  etməkdən  çəkinmək 
məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
70 
vərəmə, göyöskürəyə tutulanlara, ağzından qanlı bəlğəm gə-
lən xəstələrə 20-25 gün sürüyə qatılmış erkək toğlunun baş-
ayağından  hazırlanmış  duzsuz  xaş  yemək  (hər  gün  axşam-
səhər) məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
yaddaşı zəif, huşsuz, əsəbi adamlara həftəaşırı hər gün səhər, 
günorta,  axşam  yeməkdən  əvvəl  beçənin  başı,  ayağı  və  qa-
nadlarının  suyundan  –  həlimindən  (bulyonundan)  bir  piyalə 
içmək məsləhətdir. Bu, gözün görmə qabiliyyətini də artırır. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
ürək  döyüntüsündən,  ağrısından  əziyyət  çəkənlərə  ördəyin 
qaraciyərini suda həll bişirib, həlimi ilə bərabər səhər, günor-
ta, axşam yeməkdən əvvəl bir fincan içmək məsləhətdir. 
Elat-tərəkəmə  türkəçarə  təbiblərinin  inamına  görə: 
iflic, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə qumru, 
kəklik, beçə, fərə, alabaxta, sərçə, qırqovul, qaratoyuq, göyər-
çin  ətinin  şorbasını həll bişirib,  hər  gün (20-25 gün)  yemək-
dən  əvvəl,  gündə  üç  dəfə  bir  piyalə  həlimini  içmək 
məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
boğazı ağrıyan, soyuqdəymə nəticəsində səs telləri gərginlə-
şən, yaddaşı, zehni, görmə qabiliyyəti zəifləyən xəstələrə 10-
15  gün  (səhər,  günorta,  axşam)  yeməkdən  əvvəl  üç  ədəd 
sərçə və ya kəklik, qaratoyuq, bildirçin, qırqovul yumurtasını 
ilıq bişirib içmək məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
quru öskürəyə, göyöskürəyə, qanlı bəlğəmə, ağciyər, vərəm, 
mədə-bağırsaq xorası xəstəliklərinə tutulanlara qara qoyunun 
südü sağılan kimi 15-20 gün (səhər, günorta, axşam) yemək-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
71 
dən  əvvəl  bir  fincan  içmək  məsləhətdir.  Bu  qəbil  müalicə 
xəstəliyin tez sağalmasına yaxşı kömək edir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
qızılca, təngnəfəs (astma), göyöskürək, öd kisəsi ağrıları, si-
dik  yolunda  daşlaşma,  kirəcləşmə,  mədə-bağırsaq  xoraları 
xəstəliklərinin ən yaxşı müalicəsi üçün 15-20 gün yeməkdən 
əvvəl  (səhər,  günorta,  axşam)  bir  fincan  eşşək  südü  içmək 
məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
əl-ayağında yara-xora əmələ gələn, dəri səpgi və gicişmələri 
xəstəliyindən  əziyyət  çəkənlərə  Bakı  Zığ  qəsəbəsində  yer-
ləşən Duzlu göldə çimmək və ya onun suyundan götürüb ev 
şəraitində axşam-səhər vanna qəbul etmək məsləhətdir. 
Elat-tərəkəmə  türkəçarə  təbiblərinin  inamına  görə: 
məx-mərək  səpən  xəstələr  süpürgə  sünbülünün  darısını  ye-
məkdən əvvəl gündə üç dəfə çeynəyib tüpürmək məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
astma  (təngnəfəs)  xəstəliyinə  tutulanlara  gündə  üç  dəfə  ye-
məkdən əvvəl yemişan çiyidini dəmləyib içmək məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
ishala,  qarın  ağrısına  tutulan  xəstələrə  çoxlu  xurma  (xirnik) 
və ya onun şirəsini içmək məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
mədə qıcqırmasından əziyyət çəkən xəstələr yeməkdən əvvəl 
gündüç dəfə 150 q, bir il əvvəl yığılmış fındıq ləpəsi yemək 
məsləhətdir. 
Elat-tərəkəmə  türkəçarə  təbiblərinin  inamına  görə: 
iştahası  olmayan  xəstələrə  hər  gün  yeməkdən  əvvəl  üç  dəfə 
quzuqulağı şirəsindən üç çay qaşığı qəbul etmək məsləhətdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
72 
Elat-tərəkəmə  türkəçarə  təbiblərinin  inamına  görə: 
arı sancan yerə dəmir pası çəkdikdə ağrı azalır, şiş tez sağalır. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
şiş  (xərçəng)  xəstəliyinə  tutulanda,  həmin  şişi  yerdonbalan 
cırnağı  (dırnağı)  ilə  bir  həftə  müddətində  hər  gün  üç  dəfə 
cızdıqda tez sağalar. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
mal-qaranın,  camışın,  qoyun-keçinin,  dəvənin,  atın  yelini 
(döşü, məməsi – MH.) gələndə ona sarı palçıq çəkilərsə, tez 
sağalar. 
Elat-tərəkəmə  maldar-çoban  müdriklərinin  ina-
mına  görə:  mal-qara,  qoyun-keçi,  camış,  at,  dəvə  köpəndə 
qulağını iti bıçaqla azacıq çərtib qan almaq məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
böyüyəndə dişlərin salamat qalması, tökülməməsi üçün, uşaq 
dişini  dəyişdikdən  sonra  hər  gün  yeməkdən  əvvəl  uşağın 
dişlərini soğan, sarımsaqla sürtmək məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
sətəlcəm olanı sarımsağı keçi piyi ilə qaynadıb, bədəni möh-
kəm ovxalamaq məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
göyöskürəyə,  qanlı  bəlğəmə  tutulan  xəstələrə  sarı  çiçəyi 
dəmləyib içmək məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
qan  təzyiqi  yuxarı  olan  xəstələrə  qaymaqçiçəyi  dəmləməsi 
içmək məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
iştahasızlıqdan, bərk soyuqdəymədən (qançırdan) əziyyət çə-
kən xəstələrə bir həftə hər gün  yeməkdən əvvəl, üç dəfə bir 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
73 
fincan (stəkan) zoğal əzintisinin şirəsini içmək məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
qanı  az  olan  xəstələrə  çuğunduru  maşından  keçirib  şəkər-
tozu  (pesok)  ilə  qarışdırıb,  şirəsini  üç  gün  ağzı  bağlı  qabda 
saxladıqdan sonra, hər gün  yeməkdən əvvəl üç dəfə bir fin-
can (bir ay müddətinə) içmək məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
bədəni,  ayağı,  qoltuq  altı  iy  verən  adamlara  bir  ay,  həftədə 
iki dəfə biyanı qaynadıb suyunda çimmək məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
baş  ağrısından  əziyyət  çəkən  xəstələrə  hər  üç  gündən  bir 
qaynadılmış  yarpız  suyu  ilə  bir  ay  müddətində  başı  yumaq 
məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
qan təzyiqi yuxarı olan adamlara  yaz aylarında ilanotu (yol-
pencəri) sıxmasını tünd sarımsaqlı qatıqla yemək, yay, payız, 
qış  aylarında  isə  onun  qurudulmuşunu  qaynadıb  yenə  də 
həlimi qarışıq tünd sarımsaqlı qatıqla içmək məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
yel  xəstəliyindən  əziyyət  çəkənlərə  bir  ay,  həftədə  bir  dəfə 
doy-dabanı  (xortum)  yarpağı  və  ya  asırqalı  dərib  bir  neçə 
saat açıq havada saxlayıb soldurduqdan sonra ağrıyan bədən 
üzvlərinin yerini sarımaqla, xəstənin altına, üstünə də həmin 
yarpağı  döşəmək  məsləhətdir.  Bu  üsulu  xəstə  tərləyincə  et-
mək lazımdır. 
Kataloq: arasdirmalar
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəLİ xuluflu – 120
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ
arasdirmalar -> Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi
arasdirmalar -> Amea-nın Nəsimi adına Dilçilik İnstitutunun nəşrləri (2010-2016) Kazımov Q
arasdirmalar -> Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu rza xəLİlov- 70 baki – 2015
arasdirmalar -> Created by Neevia Personal Converter trial version ялимярдан бяй топчубашов
arasdirmalar -> AZƏrbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu hacalı NӘCӘFOĞlu azәrbaycanda vә Türkiyәdә

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə