Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının



Yüklə 27,67 Kb.
tarix25.04.2023
ölçüsü27,67 Kb.
#102167
Səlimov Cavid-transmilli cinayət hüququ


Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyasının
Hüquq fakültəsinin IV kurs dinləyicisi

Səlimov Cavid Asəf oğlunun
Transmilli cinayət hüququ” fənnindən
Sərbəst işi

Dəniz quldurluğu: beynəlxalq və milli hüquqda tövsif və məsuliyyət problemləri”


BAKI – 2022

MÜNDƏRİCAT




GİRİŞ
Dəniz quldurluğu, yəni özgənin əmlakını ələ keçirmək məqsədi ilə zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə dəniz və çay gəmisinə edilən basqın - beş ildən on ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər:
bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə -əmlakı müsadirə olunmaqla və ya olunmamaqla səkkiz ildən on iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər:
təkrar törədildikdə;
mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
ehtiyatsızlıqdan şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Dəniz quldurluğu: beynəlxalq və milli hüquqda tövsif və məsuliyyət problemləri
Dəniz quldurluğundan ən azı XIII əsrdən başlayaraq istifadə edilməyə başlanmışdır. Bu məqsəd dənizdə həm adamların, həm də gəmilərin bilavasitə tətbiqi ilə həyata keçirilirdi. Dövlət hakimiyyəti isə müəyyən dənizçilərə kapyor şəhadətnaməsi - “cavab zərbəsi” vurmaq barədə rəsmi sənəd verirdi. Bu da dəniz quldurluğuna leqal fəaliyyət qiyafəsi geyindirirdi. Ölkələr bəzi vaxtlarda iqtisadi cəhətdən zəifləyən öz düşmənlərinə bu strategiyadan istifadə etməklə, onları məcbur edirdi ki, dəniz yollarında üzən gəmilərini himayə etmək üçün eskadralardan istifadə etsinlər. XVII və XVIII əsrlərdə dəniz quldurlarının gəmiləri başlıca dövlətlərin donanmalarının bir hissəsini təşkil edirdi. Əsir götürülən gəmilərdən alınan qənimətin mənfəəti kapitan, gəmi komandası, gəminin sahibi və kontrakt bağlayan ölkənin hökuməti arasında bölünürdü.
Dəniz quldurlarının yarısından çoxu Britaniya tacının himayəsi altında əməliyyat aparırdı, həm də İspaniya, Fransa, Niderland və bəzi Latın Amerikası ölkələri bu praktikadan istifadə edirdi. İngilis Frensis Dreyk nümunəvi dəniz qulduru olmaqla, bəlkə də, tarixdə dəniz quldurluğunun simvolu idi. O, hərtərəfli bir şəxsiyyət idi, müxtəlif vaxtlarda coğrafi tədqiqatla məşğul olmuş, Magellandan sonra dünya ətrafına səyahət etmiş, həmçinin, qul da olmuş, şöhrəti təriflənən bir adam, gur səslənən dənizçi, siyasətçi və ingilis hərbi-dəniz qüvvələrinin admiralı kimi tanınmışdı. O, Britaniya taxt-tacına əvəzsiz xidmət göstərmişdi. İspaniya onun başçılığı altındakı hücumlardan böyük ziyan görmüş, o, Kadis limanını yandırmışdı. İspanlar Dreyki dəhşətli dəniz qulduru kimi tanıyırdı, İngiltərədə isə bu adam qəhrəman hesab olunurdu, İspan Məğlubedilməz Armadasının darmadağın edilməsində də, xüsusi xidmətləri olmuşdu. Bundan əvvəl isə məhz kraliçanın icazəsi ilə ispan donanmasına, Kadis limanına ağır zərbə vurmasına görə İspaniya kralı II Filipp İngiltərə ilə müharibəni başlamağı xeyli ləngitmişdi. Kraliça I Elizabet daim ona xüsusi hörmətlə yanaşır, onun barəsində İspaniya diplomatlarının şikayətinə əhəmiyyət vermirdi. Kraliça onun Britaniya qarşısında xidmətlərinin yüksək qiymətləndirərək, onu cəngavərliklə mükafatlandırmışdı. Dəniz qulduru olan bu adam ser Frensis Dreyk adlanırdı.
Dəniz quldurlarına ən tutarlı cavabı ABŞ-ın üçüncü prezidenti Tomas Cefferson (1801-1809-cu illərdə bu vəzifədə olmuşdu) vermişdi. Dəniz quldurları Əlcəzair yaxınlığında Amerika gəmisini tutaraq, böyük məbləğdə pul tələb etmişdi. Cefferson buna cavab olaraq, Əlcəzair sahillərinə ABŞ hərbi donanmasını göndərmiş, dəniz quldurları darmadağın edilmişdi. Ondan sonra artıq amerikan gəmilərinə heç bir yerdə hücum edilmədi.
Müharibə kampaniyalarında əlavə qüvvə sayılan üçüncü partiyalar bəzi daha ağır və xoşa gəlməyən tapşırıqları yerinə yetirirlər. SSRİ-də alman nasistlərinin müdaxiləsinə qarşı Böyük Vətən müharibəsi başlayanda ilk partizan dəstələri artıq təşkil edilmişdi və sonralar onlar düşmənə ağır zərbələr vurdular
Partizanların ilk aktivliyi Serbiyada başlamışdı və bunu SSRİ hərbi qərargahı koordinasiya edirdi. Britaniya isə Yuqoslaviya partizanlarına silah və sursatla kömək edirdi. Məqsəd isə almanları çökdürmək və onları məcbur etmək idi ki, Balkanlara nəzarəti qoruyub saxlamaq üçün daha çox ehtiyatlarını və qoşunlarını ora cəlb etsin. Yuqoslaviyanın gələcək prezidenti İosip Broz Tito başlıca partizan qruplarından birinə rəhbərlik etmək üçün Moskvadan göndərilmişdi. Müttəfiqlər nasistlərin işğal etdiyi ərazilərdə əsl partizan müharibəsi aparırdılar. 1941-ci ilin dekabrın əvvəlində Hitler ordusu Moskvanın 27 kilometrliyində olanda, partizanlar Yuqoslaviya ərazisinin xeyli hissəsini alman işğalçılarından azad etmişdilər.
Partizanların döyüş taktikasında müxtəlif sxemlərdən, tələ qurmaqdan və yalandan istifadə olunurdu. Uinston Çörçillin dediyi kimi, “Müharibə dövründə həqiqət o qədər qiymətlidir ki, o, daim yalanlar cangüdəninə yaxınlaşacaqdır”. Qüdrətli dövlətlər tərəfindən çox vaxt vahid bir taktikadan istifadə olunur. Belə gizli hərəkətlər “saxta bayraq əməliyyatları” kimi tanınır. Bu termin hərbi praktikadan götürülmüşdür. Saxta bayraq əməliyyatı bir çox formalarda - terrorist hücumlarında, hərbi hücumlarda, diversiya və ya sabotaj hərəkətlərində ola bilər.
Tarixi nümunələr göstərir ki, saxta bayraq əməliyyatında onda iştirak edən kiçik azlıq üstünlük qazanır, ona görə də həmin azlıqlara qarşı sərt tədbirlər görülür, hər cür bəhanələrə əl atılır. İmperator Neron ölümündən 4 il əvvəl, 64-cü ildə Romada yanğın törətmişdi, ancaq günahı təqib etdiyi xristian icmasının üzərinə yaxmışdı və bundan onlara qarşı daha qəddar təqiblər görmək üçün istifadə etmişdi. Bu dalğada apostol Pavel 67-ci ildə Romada edam edilmişdi.
1979-1989-cu illərdə Sovet-Əfqan müharibəsində sovet qoşunları məğlubiyyətə düçar olub, ölkəni tərk etmək məcburiyyətində qalmışdı. Pakistanın köməyi ilə əfqan döyüşçülərindən və minlərlə ərəb könüllülərindən qorxulu döyüş birlikləri yaradılmışdı. ABŞ bu müharibəyə birbaşa girməsə də, əfqanlara ildə 600 milyon dollar məbləğində pul xərcləyirdi. Amerikanlar “Stinger” silahını əfqanlara verdikdən sonra rusların hava üstünlüyü yoxa çıxmış, çox sayda təyyarə və helikopterləri məhv edilmişdi. Birinci Dünya müharibəsində pulemyotun canlı qüvvəyə vurduğu zərbəni, indi əfqanların sərəncamında olan “Stinger” silahı isə rusların hərbi-hava qüvvələrinə yönəltmişdi.
Böyük filosof Volter deyirdi ki, əgər Allah olmasaydı, insanlar onu yaradardı. Dövlətlər də daxili problemlərlə üzləşdikdə, böhran vəziyyətinə düşdükdə daim hansısa xarici ölkənin, əsasən, qonşusunun timsalında özünə düşmən tapır və xalqın şüurunu həmin düşmənə qarşı yönəltməklə, daxili problemlərin bütünlüklə, ya qismən yaddan çıxarılmasına nail olur. Xarici düşmən daxildə qruplara bölünmüş, hakimiyyətdən narazı qalanları bir-birləri ilə barışdırır, onların arasında əvvəllər mövcud olmayan qəribə bir həmrəylik ruhu, atmosferi yaranır.
SSRİ rəhbərliyi daxili problemləri unutdurmaq üçün xarici təhlükə ehtimalını daim şişirdirdi və xalqın əksəriyyəti də bu təbliğata inanır, çətinliklərə izah olunmayan bir mərdliklə dözürdü. Ümumiyyətlə, düşməni yaratmağın başlıca səbəbi cəmiyyətin diqqətini daxili problemlərdən yayındırmaqdır. Əgər düşmən yoxdursa, o, hökmən icad edilməlidir. Hətta sülhsevər insanların çoxunu doğma millətini müdafiə etmək naminə müharibəni dəstəkləməyə döndərmək olur. Ermənistan bu qaydada əhalisinə qonşularına qarşı düşmənçilik və nifrət hissləri aşılayır, uşaqlarını da türklərə, azərbaycanlılara qarşı belə nifrət ruhunda tərbiyə edir. Ona görə də hakimiyyətə müxalif olan qüvvələr də onun təcavüzkar siyasətinə nəinki qarşı çıxmır, hətta ona gur dəstək verdiyini bildirir.
Vaşinqton Reyqanın SSRİ-nin şər imperiyası olması barədəki bədnam bəyanatının indi bir qədər şəklini dəyişdirmişdir və Avropa dövlətlərini Rusiyanın şər mənbəyi olduğuna inandırmağa çalışır ki, onlar hökmən antirusiya siyasəti aparsınlar. Polşa və Pribaltika respublikaları bu məsələdə özlərini ekstaza düşmüş şamanlar kimi aparır, Rusiyanı günahlandırmaq üçün İkinci Dünya müharibəsinin başlanması əhvalatını və nəticələrini təftiş edir, tarixi saxtalaşdırmağı özləri üçün fəaliyyət sahəsi sayırlar. Biabırçılıq o yerə çatmışdır ki, 2019-cu ilin sentyabrında Latviyada keçirilən tədbirdə SS (alman dilində CC kimi yazılır) qüvvələrində xidmət edən latışlar milli qəhrəman kimi xatırlanmışlar.


NƏTİCƏ
Düşmənçilik, şişirdilən qorxu militarizmin geniş vüsət almasına şərait yaradır. Səudiyyə Ərəbistanı İrandan qorxduğundan dünyanın silah idxalında ikinci yeri tutur. Birinci yeri isə Hindistan tutur, bu ölkənin əhalisi Səudiyyə Ərəbistanınkından 40 dəfə çoxdur. 10 milyondan az əhalisi olan Birləşmiş Ərəb Əmirlikləri isə ən iri silah satın alanlar arasında dördüncü yerdədir.

ƏDƏBİYYAT SİYAHISI
1. İbrahimov İbrahim. Transmilli cinayət törətmiş şəxslərin axtarışı. Bakı-2019
2. BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyası
Yüklə 27,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin