Kafedra: Kimya texnologiya, təkrar emal və ekologiya
Fənnin adı: Fizika
Mövzu: İşığın interferensiyası,difraksiyası.Dispersiya və polyarlaşma
Fakültə: Metallurgiya və Materialşünaslıq
İxtisas: Metallurgiya mühəndisliyi
Qrup: 452a2
Kurs: 1
Tələbə: Xıdırov Elvin Müəllim:Dos.Musayev Tahir
İşığın interferensiyası,difraksiyası.Dispersiya və polyarlaşma.
Görüşən işıq dalğalarının bir birini gücləndirməsi və zəiflətməsi hadisəsinə işığın interferensiyası deyirlər. Interferensiya baş verməsi üçün görüşən işıq dalğaları koherent olmalıdır. Koherent elə dalğalara deyirlər ki, onların periodları (tezlikləri) eyni və fazalar fərqi sabit olsun.
Təbiətdə iki koherent işıq mənbəyi tapmaq mümkün deyil. Rəqslər koherent olmadıqda fazalar fərqi zaman keçdikcə sabit olmur. Koherent mənbələr almaq üçün süni yolla bir mənbəni iki mənbəyə çevirmək olur, bu zaman mənbələr koherent olur və görüşərkən dalğalar interferensiya edir.
Koherent mənbələr almaq üçün müxtəlif üsullardan istifadə edirlər. Məsələn: 1. işıq mənbəyinin qarşısına, üzərindəki iki nöqtəvi deşık açılmış AB ekranı qoymaqla (Yunq üsulu); 2. Frenel güzgüləri; 3. Frenel biprizması və.s.
Bu üsulların hamısında birmənbədən (S) gələn işıq ekranın M nöqtəsinə elə salınır ki, fərz etmək olur işıq M nöqtəsinə iki “müxtəlif” mənbədən düşür ( və mövhumi mənbələrdən)
Fərz edək ki, eyni tezlikli iki işıq dalğası üst-üstə düşərək fəzanın hər hansı nöqtəsində eyni istiqamətli rəqslər yaradırlar.
Fəzanın bu nöqtəsində yaranan rəqslərin amplitudu belə olacaqdır:
Əgər fazalar fərqi olarsa bu dalğalar koherent adlanırlar.
Əvəzləyici rəqslərin intensivliyi fəzanın bu nöqtəsində ( olduğundan) olacaqdır.
Əgər olarsa, olur və intensivlik maksimal olur.
Əgər olarsa, olur və intensivlik minimal olur. Beləliklə iki koherent işıq dalğalarının üst-üstə düşdükdə fəzada intensivlik dəyişərkən bəzi yerlərdə intensivlik maksimumları, başqalarında isə intensivlik minimumları yaranır. Bu hadisəyə işığın interferensiyası deyirlər.