Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti


Mövzu : Standartlaşdırma üzrə işlәrin planlaşdırılması



Yüklə 283,36 Kb.
səhifə8/11
tarix07.01.2017
ölçüsü283,36 Kb.
#4942
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11

Mövzu : Standartlaşdırma üzrə işlәrin planlaşdırılması
Ədəbiyyat:
1. N.R.Məmmədov –Standartlaşdırmanın əsasları, Çaşoğlu., Bakı. 2003. -386 s.

2. A.R.Qafarov -Standartlaşdırmanın əsasları , Çaşoğlu., Bakı. 2004. -157s.

3. N.H.Fərzanə,V.Ə.Bayramov və b. –Standartlaşdırmanın əsasları, Təhsil – Bakı, 2007. -218 s.

4. P.A.Cəfərov, Ş.İ.Həsənov - Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi. Dərs vəsaiti., Gəncə, 2003. – 219 s.

5. Q.D.Krılova -Osnovı standartizaüii, sertifikaüii i metroloqii. –M: İzd. Standartov, =ÖNİTİ, 1988. -366 s.

Plan:

1. Standartlaşdırma üzrə işlərin planlaşdırılmasında məqsəd.

2. Planlaşdırmanın növləri.

3. Planlaşdırma üzrə işlərin ardıjıllığı.
Standartlaşdırma üzrә işlәrin planlaşdırılması dövlәt planlaşdırma sisteminin tәrkib hissәsidir vә o, elmii-tәdqiqat, tәçrübi-konstruktor vә eksperimental işlәrin aparılması planlarına uyğun olmalıdır. Standartlaşdırma işlərinin planlaşdırılması ölkәnin standartlaşdırma məsələlәlәri ilә mәşğul olan bütün tәşkilatların fәaliyyətini koordinasiya etmәk üçün, hәmçinin standartlaşdırmanın kompleksliliyini vә yüksәk sәmәrəliliyini hәyata keçirmәk üçün vacib iqtisadi amildir.

Standartlaşdırma üzrә perspektiv (10... 15 il) və illik planlar işlәyib hazırlayır vә tәsdiq edirlər. Planlara adətәn o obyektlәr daxil edilir ki, onların standartlaşdırılmasının mәqsәdәuyğunluğu tәdqiqatlar nәtiçәsindә müәy-
yənlәşdirilmişdir. Bu tәdqaqatlar adәtәn obyektlәrin işlәnib hazırlanması, istehsalı vә istismarı prosesindә aparılır. Burada hәmçinin maraqlı tәşkilatların tәkliflәri də nəzərə alınır. Standartlaşdırma üzrә perspektiv vә illik
planların işlәnmә qaydalarını
DÜİST 1,0 -85 müәyyәn edir.

Elmi-tәdqiqat vә tәcrübi-konsturktor işləri, həmçinin dövlәt vә sahә stan-dartlaşdırmasının perspektv və illik planlarının hәyata keçirilmәsi ilә әlaqәdar digər işlər nazirliklәr vә şirkətlər tәrәfindәn ölkәnin xalq təsərrufatının inkişaf planlarının müvafiq bölmәlərinə daxil edilmәlidir. Standartlaşdırma planları-nın işlənib hazırlanmasına metodiki rәhbәrliyi Azәrdövlətstandart həyata keçirir. Sahә. stahhrtlaşdırılması uzrә illik planların müәssisә standartlaşdırılması planlarının işlənməsinin təşkilini, qaydalarını vә müddәtlәrini standartlaş-dırılan mәhsul üzrə müvafiq nazirlik , şirkət, müəssisə və təşkilatlar müəyyən edirlər.

Dövlət vә sahə perspektiv standartlaşdırma planlarını, hәmçinin müәssisә standartlaşdırması üzrə işlərin planlarını ölkәnin xalq tәsәrrüfatının əsas inkişaf istiqamәtlәri әsasında işlәyib hazırlayırlar. Vaçib məhsul növləri üçün dövlәt standartlaşdırmasının perspektiv planları aşağıdakıları özündə birlәşdirir:

-sahәlərarası xarakterli .ümumtexniki vә təşkilatı- metodik standartların işlәnib hazırlanması üçün tapşırıqlar;

-vacib mәhsul növlәrinin standartlaşdırılması üzrə tapşırıqlar;

-maşınqayırma, çihazqayırma vә xalq tәsәrrüfatının dikәr sahәlәrinin məmulatlarının unifikasiyası və ümumi maşınqayırmada tәtbiq olunan aqreqatların, qovşaqların və detalların standartlaşdırılması üzrә tapşırıqlar

-xadq tәsәrrüfatının metroloci minatı üzrə tapşırıqlar;

Dövlәt standartlaşdırmasının perspektiv planları nazirliklәrin, şirkәtlә-rin və Elm vә texnika komitəsinin təklifləri әsasında Azәrdövlәtstandart tərәfindən hazırlanır. Bu planların işlәnmәsi zamanı hәmkarlar təşkilatlarının, elmi-texniki cәmiyyәtlәrin vә digәr ijtimai təşkilatların tәkliflәri nәzәrә alınr. Bu planlar Azərbayjan Respublikası Nazirlәr Kabinetinin qərarı ilə təsdiq edilir.

Sahә standartlaşdırmasının perspektiv planları Azərdövlәtstandartın razılığı ilә nazirlik tәrәfindәn təsdiq edilir.

Müəssisə standartlaşdırmasının perspektiv planları müvafiq nazirliyin müəssisəyə verdiyi standartlaşdırma planı əsasında işlәnib hazırlanır. Bu plan-lar müәssisә tәrәfindən təsdiq edilir.

Müəssisələr, elmi-tәdqiqat vә layihә-konstruktor tәşkilatları standart-laşdırma üzrә tapşırıqlara әsasәn illik dövlət standartlaşdırma planlarına tәk-liflər işlәyib hazırlayir vә onları standartlaşdırma üzrә baza tәşkilatlarına təq-

dim edirlәr. Bu baza tәşkilatları onlara tәhkim olunmuş mәhsul növlәri üzrә il-lik dövlәt standartlaşdırma planına ümumilәşmiş təkliflәr hazırlayır vә onları muvafiq nazirliyə tәqdim etmәk üçün standartlaşdırma üzrә baş təşkilata göndәrir. Baş tәşkilat olmadıqda dövlәt standartlaşdırma planının layihəsinə ümumilәşdirilmiş təklifləri nazirliyә baza tәşkilatları birbaşa tәqaim edirlәr.

Dövlәt standartlaşdırılması uzrә illik planlar Azərdövlətstandart tәrәfin-dən tәsdiq edilir. Bu planlarda aşağıdakılar nәzәrdә tutulur:

1.Yeni dövlәt standartlarının işlәnib hazırlanması, qüvvədə olan dövlәt standartlarının yenidәn baxılması, vaçib məhsul növlәrinin texniki sәviyyəsin- nin və əsas keyfiyyәt göstərijilərinin yüksәldilmәsi.

2. Maşınqayırma, cihazqayırma vә xalq tәsәrrüfatının digər sahəlәrinin məmulatlarının unifikasiya sәviyyәsinin yüksəldilmәsi üzrә tapşırıqlar, ümumi maşınqayırmada tәtbiq olunan aqreqatların, qovşaqların vә detalların stan-dartlaşdırılması.

3. Sәnaye mәhsullarının dövlәt attestasiyası.

4. Standartların vә texniki şәrtlәrin tәtbiqinә vә onların tәlәblәrinә riayәt olunmasına, ölçmә vasitәlәrinə dövlәt nәzarәti.

5. Xalq tәsәrrüfatının metroloci təminatı üzrә tapşırıqlar.

Azәrdövlәtstandart tәsdiq olunmuş standartlaşdırma planlarını müva-fiq qaydada nazirliklәrә, şirkәtlərә vә idarəlәrә köndәrir, onlar isә hәmin plan

ları vaxtında özlərinin tabeçiliyindә olan müәssisә vә tәşkilatların, standart-laşdırma üzrə baza vә baş tәşkilatların planlarına daxil edirlər.

Sahə standartlaşdırması üzrә planların layihələrinin verilmiş məhsul nö-vünün istehsalı üzrә aparıçi nazirliklər vә idarәlәr tәrtib edirlәr.

Dövlәt, sahә vә müәssisә standartlaşdırma planlarının yerinә yetirilmәsinə nәzarәti Azәrdövlәtstandart, nazprliklər vә idarәlәr, standartlaşdırma üzrә ba-za və baş təşkilatlar hәyata keçirirlәr. Azәrdövlәtstandart nazirliklər vә idarәlәr tәrәfindәn tәqdim edilmiş məlumatlara əsasən illik dövlət standartlaşdırma

planplarının yerinə yetirilməsi haqqtında Azәrbayçan Respublikası Nazirlər Kabinetinə məruzə edir. Sahə _vә müәssisә standartlaşdırma planlarının yerinә yetirilmәsi hattında tәqdim edilən məruzələrin dövriliyini vә qaydasını müvafiq olaraq nazirliklər (idarәlәr) vә müәssisə vә tәşkilatlar tə'yin edirlər.

Mühazirə 14.

Mövzu : Sahələrarası standartlaşdırma sistemləri.
Ədəbiyyat:
1. N.R.Məmmədov –Standartlaşdırmanın əsasları, Çaşoğlu., Bakı. 2003. -386 s.

2. A.R.Qafarov -Standartlaşdırmanın əsasları , Çaşoğlu., Bakı. 2004. -157s.

3. N.H.Fərzanə,V.Ə.Bayramov və b. –Standartlaşdırmanın əsasları, Təhsil – Bakı, 2007. -218 s.

4. P.A.Cəfərov, Ş.İ.Həsənov - Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi. Dərs vəsaiti., Gəncə, 2003. – 219 s.

5. Q.D.Krılova -Osnovı standartizaüii, sertifikaüii i metroloqii. –M: İzd. Standartov, =ÖNİTİ, 1988. -366 s.

Plan :

  1. Məhsul keyfiyyətini təmin edən standartlar.

  2. İdarəetmə və informasiya üzrə standartlar sistemi.

  3. Sosial sahənin standartlar sistemi.

Sahələrarası standartlaşdırma sistemlərinə bir çox milli və dövlətlərarası standartlar daxildir. Gələcək perspektivdə ümümtexniki sistemlər rolunu həyata keçirən sahələrarası standartlaşdırma sistemləri texniki nizamlamanın ümumtexniki sistemlərinə transformasiya olunaraq tərkibinə milli standartları və hətta texniki reqlamentləri daxil etməlidirlər.

Sahələrarası standartları şərti olaraq aşağıdakı üç istiqamətə bölmək olar:


  1. məhsul, işlər və xidmətlərin keyfiyyətini təmin edən standartlar;

  2. idarəetmə və informasiya standartları;

  3. sosial sahə standartları.

Yuxarıda ğöstərilən hər bir istiqamətdə təqdim olunan standartlar kompleksinin xarakteristikalarına nəzər yetirək.

Birinci istiqamətin standartlarını aşağıdakı qruplarda təsvir etmək olar:



  • istehsalın texniki hazırlanması standartları

  • istismar mərhələsində keyfiyyətini təmin edən standartlar;

  • keyfiyyət sistemləri üzrə standartlar;

  • məhsulun ayrı –ayrı xassələrinə tələblər təyin edən standartlar.

1. Maşınqayırma və cihazqayırma məmulatlarının istehsalının texniki hazırlığının əsasını konstruktor və texnoloji hazırlanma təıkil edir. Elmi- tədqiqat işləri ilə birgə konstruktor və texnoloji hazırlıq məmulatın yaradılması mərhələsi olaraq məhsulun keyfiyyətini formalaşdıran mərhələdir. Bu mərhələdə sifariıçi layihələndiricinin istehsal və istehlaka olan maraqlarının rasional uzlaşmasını təmin edir. Bu məsələnin ən vacibi yüksək texniki səviyyyə malik olan məmulatın yaradıl-

ması, eyni zamanda yeni texnikanın mənimsənilməsi və işlənməsi əmək həcminin azaldıllması və istehsalın çevikliyinin yüksəlməsidir. Hal- hazırda bizim respublikada qüvvədə olan sahələrarası standartlaşdırma sistemi işlənmişdir.

2. İstismar mərhələsində keyfiyyəti təmin edən standart sisteminə istismar sənədlərinin (İS) standartları daxildir (istismar üzrə rəhbərliklər, pasportlar, etiketlər) . Siravi alıcılar üçün onlar əmtəəni müşayət edən sənədlərdir. Bu istiqamətin əsası: QOST 2.6 01 standartı sayılır. Standartda mürəkkəb texniki məmulatların istismar sənədlərinin strukturuna və tərkibinə tələblər təyin olunur. O cümlədən, standart istismar sənədinin ,, təhlükəsizlik texnikası üzrə göstərici-lər,, bölməsini ayrıca göstərmək və bölmədə ayrı- ayrı istismar qaydalarının ,,qadağandır,, yadda saxlayan,, növ xəbərdaredici göstəricilər hesabına yerinə yetirilməsini istehlakçıların nəzərinə çatdırmağı istehalçılardan tələb edir.

İstehlakçının effektiv olaraq əmtəənin keyfiyyətinin idarə olunmasına qoşulması istismar şəraitinin savadlı yazılmasından aslıdır.

Məlumdur ki, istismar şəraitində məişət texnikasının 20%-nin vaxtından əvvəl dayanması istismar qaydalarının pozylması ilə ələqədardır. Göstərilən standart istehsalat təyinatlı məhsullara və həmçinin xalq tələbatı əmtələrə şamil olunur.

3. Keyfiyyət sisteminə tələblər ilk dəfə 1987-ci ildə standartlaşdırma üzrə beynəlxalq təşkilatın İSO 9000 seriyalı dörd standartında (İSO 9000- İSO 9004) müəyyən olunmuşdur. 1994-cü ildə dəyişiliklər edildikdən sonra standartların ikinci versiyası təsdiq olundu: İSO 9000:2000 ,,Keyfiyyyət menecmenti sistem-ləri,, əsas müddəalar və lüğət,, , İSO 9001:2000 ,,Keyfiyyət menecmenti sistemləri. Tələblər,, , İSO 9004:2000 ,,Keyfiyyət menecmenti sistemləri. Fəaliyyətin yaxşılaşdırılması üzrə tövsiyələr,, .

Təsdiq olynmağa İSO 19011 ,, Keyfiyyət menecmenti sistemlərinin və ətraf mühitin mühafizəsinin yoxlanması üzrə rəhbəredici göstəricilər,, hazırlanmışdır. Əsasını təşkil edən İSO 9001 və İSO 9004 standatları 3-cü versiyada özləri arasında tam harmasiya olunmuşdur. İSO 9004 standatının hər bölməsində İSO 9001 standatının müvafiq bölməsinin mətni göstərilmişdir. Belə uyğunlaşmaya baxmaya-raq standatların təminatları müxtəlifdir: İSO 9004 keyfiyyət menecmenti sistemlərinə tələbləri təyin edərək sertifikasiya məqsədləri üçün istifadə olunur; İSO 9004 Keyfiyyət menecmenti sistemidə təşkilatın bütövlükdə fəaliyyətini yaxşılaşdırmaq məqsədilə metodiki kömək göstərir.

İSO 9001 və İSO 9004 standatlarının digər standatlar sistemləri ilə uyğunlaşması planlaşdırılıb, o cümlədən İSO 14001 və İSO 14004 (ətraf mühitin idarə olunmasını reqlamentləşdirən standatlar).

İSO 9001 beynəlxalq standartın tələbləri buraxılan məhsulun və ya göstərilən xidmətin növündən, ölçülərindən aslı olmayaraq bütün təşkilat üçün ümumi sayılır. Əgər İSO 9001 standartının hansısa tələbləri təşkilatın və buraxılan məhsulun xüsusiyyətindən istifadə oluna bilməzsə, onları ixtisara salmaq olar. Nəzərə alınmalıdır ki, əgər ,,Məhsulun həyat tsikli prosesləri,, bölməsində göstərilən tələblər təşkilatın, istehlakçıların tələblərinə və müvafiq reqlamentlərə uyğun olan məhsulu istehsal etmək imkanlarına təsir etmirsə, bu bölməni ixtisar etmək olar.

İnformasiya və idarəetmə bir- biri ilə sıx bağlıdır və ona görə də vaxtında əldə olunan dolğun iinformasiya, idarəetmədə qərarın qəbul olunmasının vacib şərtidir. Bu istiqamətin standartlarının vacib vəzifəsi idarəetmə proseslərində və informasiya texnologiyalarında istifadə olunan sənədlərin uifikasiyasıdır.



Idarəetmə sənədlərinin standartları - İdarəetmə qərarlarının qeyd olunması hər bir idarəetmə aparatında mövcuddur - ən yüksək səviyyədə olan ali dövlət orqanlarından kiçik kommersiya təşkilatına qədər. Dövlətin təsərrüfatının və ictimai həyatının inkişafı ilə ağlı informasiya həcminin böyüməsi idarəetmə sənədlərinin sayının mütəmadi olaraq artmasına gətirib çıxarır. Sənədlərin yara-dılması və işlənməsinə getdikcə daha çox xərclər sərf olunur. Avropa firmalarının məlumatına görə başdansovma tərtib olunmuş işgüzar məktublar səbəbindən kompaniyalar hər həftə bir neçə milyard dollar zərər çəkirlər.

Idarəeymə sənədlərinin yaradılması ilə bağlı xərclərin azaldılması yollarından biri çoxlu miqdarda informasiyanın azaldılması, sənədləirn qurulma-sının ümumi modelinin yaradılması, vahid terminologiyanın istifadə olunması, mətnlərin tipləşdirilməsi hesabına onların standartlaşdırılması və unifikasiyasının aparılmasıdır.

Idarəeymə sənədlərinə təşkilatı sərəncam verən, xarici ticarət, hesabat- statistik, mühasibat- maliyyə, hesabat- pul və digər sənəd növlərini daxil etmək olar.

Təşkilati- sərəncam verən sənədlərə tələbləri QOST 6.38 standartı müəyyən edir. Bu standart aşağıdakı sənədləirn işlənməsini reqlamentləşdirir: əmrlər, sərəncamlar, aktlar, xidməti məktublar, anketlər, tədqiqatlar, qərarlar, qətnamələr, təlimatlar, stat cədvəli, göstəricilər, nizamnamələr. Xarici ticarət sənədləri milli və beynəlxalq standartlaşdırma obyektidir. Gələcəkdə Azərbaycan Respublikası Beynəlxalq ticarət təşkilatına daxil olarsa, o zaman ticarət üzrə milli standartların İSO standartları ilə harmonizasiyası olunması aktual məsələyə çevriləcək. Xarici ticarət əməliyyatlarının səmərəliliyinin artmasında, idarəetmə, ticarətdə və nəqliyyatda məlumatların elektron mübadiləsinin beynəlxalq sisteminin böyük rolu vardır (Elektronic Data interchangefor for Administration, Commerce and Transport- EDİFACT).

Xarici ticarət əlaqələrinin aparılması proseslərində böyük həcmdə məlumat-lar istifadə olunur və onları ötürmək, qəbul və qeyd etmək lazımdır. Xarici tica-rət müqavilələrinin və sənədləşdirilməsinin payına əmtəə dövriyyəsi xərclərinin 1,5 %-i düşür. Əlavə olaraq xarici ticarət informasiya axınının mürəkkəb struktu-ralarında və bu prosesdə böyük miqdarda təşkilatların iştirak edilməsində məlumatların doğruluğu və ötürmə operativliyi aşağı düşür. Ticatət prosedurala-rının xeyli səmərələşdirilməsi iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdə informasiya mübadiləsinin kağızsız texnologiyasına (məlumatların elektron ötürülməsi və işlənməsi) keçməklə mümkün oldu. EDİFACT standartları istifadə olunan rabitə vasitələrindən, EHM növündən, sistemlərin tətbiqindən (kommersiya, nəqqliyat, idarəetmə və s.) asılı olmayaraq məlumat mübadiləsinin universal dili sayılır.

Informasiya texnologiyalarının standartları - İnformasiya texnologiyası cəmiyyəti bütün lazım olan informasiya ilə təmin etmək imkanı yaradan vasitə və üsullar toplusu olur.

Müasir informasiya texnologiyası bir tərəfdən hesablama texnikası, informasiya və kommunikasiya sistemləri, digər tərəfdən informasiyanın işlənməsi, ötürülməsi, saxlanması və istifadə olunması vasitələrinin birliyidir. Hal-hazırda informasiya texnologiyalarının kompleks standartları formalaşma və içlənmə mərhələsindədirlər.

Informasiya texnologiyaları sahəsində İSO1BEK beynəlxalq təşkilatları tərəfindən işlənmiş kompleks proqram 8 istiqamətdə standartların işlənməsini nəzərdə tutur:


  • Açıq sistenlərin qarşılıqlı əlaqəsi;

  • Proqramlaşdırma dilləri və sistemləri;

  • Texniki vasitələr;

  • Məlumat elementləri və informasiyanın kodlaşdırılması;

  • Informasiya daşıyıcıları;

  • Informasiyanın qorunmasının metodları və vasitələri;

  • Mikroprosessor sistemləri;

  • Sənədlərin və əkslərin yazılması, aparılması və istifadə olunması üçün mik-roqrafiya və optik yaddaş.

Sosial sahənin standartlar sistemi təhlükəsizlik qaydalarını reqlamentləşdirir. Onları 3 qrupa bölmək olar:



  1. Fövqaladə vəziyyətlərdə təhlükəsizlik standartlar sistemi (kompleksi)

  2. ,,Əmək təhlükəsizliyi standartlar sistemi,, kompleksi;

  3. tədbirlərin qorunması üzrə standartlar kompleksi.

.. Fövqaladə vəziyyətlərdə təhlükəsizlik,, - standartlar kompleksinin hər bir dövlətdə yaradılması standartlaşdırma sahəsinin aktual məsələsinə çevrilmişdir. Texnogen və təbii qərarlar nəticələrinin aradan qaldırma təcrübəsi idarəetmə orqanlarının və əhalinin qəza vəziyyətlərində fəaliyyətə hazırlığının aşağı səviy-yədə olduğunu və bu məsələləri reqlamentləşdirən normativ sənədlərin olmaması və yaxud qeyri- mükəmməl olmalarını göstərdi. Məsələn, Çernobıl qəzasının nəticələrini aradan qaldırmaq üçün Belarusun büdcəsinin 20, Ukraynanın 12, Rusiyanın 1 %-i sərf olundu.

Müasir sənaye müəssisələri gələcəkdə mümkün olan qəza vəziyyətlərinin qarşısını almaq məqsədilə böyük maliyyə xərcləri sərf edirlər. Məsələn, bir sıra sənaye müəssisələrində bu göstərici ümumi kapital qoyuluşunun 20- 25%-ni təşkil edir.

Yuxarıda göstərilənlərlə ələqədar olaraq qəza vəziyyətlərində sənaye və sosial təyinatlı obyektlərin və əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə dövlət standartlar kompleksinin iılənməsi zərurəti yaranmışdır.

,Əmək təhlükəsizliyi standartlar sistemi,, -standartlar kompleksi öz obyekti kimi ,,insan –maşın –mühit,, sistemini nəzərə alaraq istehsalatda və məişətdə insanların sağlamlığının qorunmasını təmin etmək məqsədilə qəzalardan və bədbəxt hadisələrdən gözlənilməsi kimi məsul- vacib sosial funksiyanı yerinə yetirirlər.

Standartlar kompleksinə 350-dən çox standart daxildir və bu standartlar kompleksin əsasını QOST 12. 0.001 təşkil edir. Göstərilən standart sisteminin tə-yinatını, strukturunu, məzmunuu təyin edir, bina və qurğulara, işçilərin mühazirə vasitələrinə, istehsal proseslərinə, istehsalat avadanlığa təhlükəsizlik tələblərini müəyyən edir. Əmək təhlükəsizliyi standartları bir sıra məhsul növlərinin və xidmətlərin məcburi sertifikasiyasının normativ bazasının əsasını təşkil edir.

,,Təbiətin mühafizəsi və təbii sərvətlərin istifadəsinin yaxşılaşdırılması ,,standartlar kompleksinə ..30-dan çox standart daxildir.

Göstərilən standartlar kompleksi bütün istehsal sahələrini əhatə edəcək bir təbii resursların istismarı ilə digərlərinə zərər vurmaqla istifadə edilməsinin qarşısının alınmasına istiqamətləndirilib və təsərrüfatın bütün sahələrində fəaliyyət göstərən müəssisələrin ətraf mühitə mənfi təsir göstərməsinin qarşısını alır.

Təbii mühitin qorunmasına kompleks yanaşmanın təmin edilməsi məqsədilə QOST 17.0.0.01 ,,Təbiətin mühafizəsi və təbii sərvətlərin istifadəsinin yaxşılaşdırılması. Əsas müddəalar,, əsasverici standartı ilə sistemdəki aşağıdakı standartlar kompleksinin iılənməsi nəzərdə tutulur: ,,Təbiətin qorunması. Hidrosfer,,

,,Təiətin mühafizəsi. Atmosfer,, ,, Təiətin mühafizəsi. Flora,, ,, Təiətin mühafizəsi. Fauna,, və s. Hır bir standartlar kompleksi terminlər və təyinatları, kompleksin obyektlərinin təsnifatını və vəziyyətinin göstəricilərini müəyyən edir. ,,Təbiətin mühafizəsi fəaliyyətinin normativ təminatının geniş və zəngin olmasına görə Avropa dövlətləri arasında Almaniyanı xüsusi qeyd etmək olar. Almaniyanın qanunvericiliyində ətraf mühitin qorunması sahəsində 2000-dən çox akt qəbul olunmuıdur. Sosial sahənin standartlar kompleksi həddindən artıq dolmuş əmtəə bazarlarında sərt rəqabətin böyüməsi əmtəə ilə xidmət istehsalçılarının yeni- yeni rəqabət üstünlüklərinin axtarılması zərurətini təyin edir. Təşkilatın idarə olunması prosesində insan hüquqlarının gözlənilməsi və sosial loyallığı cəmiyyət qarşısında öz sosial – etik məsuliyyətini tətbiq etmək üçün geniş istifadə olundu. Müəssələr tərəfindən sosial –etik problemlərinə birmənalı yanaşılması üçün sosial –etik loyallıq meyyarları işlənib təyin olunması və normativ sənədlərin yaradılması zırurıti yaranmıışdır. ABŞ və İngiltərə firmalarının təşəbbüsü və bəzi beynəlxalq təşkilatların mütəxəssislərini cəlb etməklə maraqlı tərəflərin səyi nəticəsində konsensus əsasında SA 8000 (Sosial Accounta-bility 8000) standartı qəbul olunmuşdur. SA 8000 standartı insan hüquqlarının ümumdünya deklarassiyası, uşaq hüquqları üzrə BMT-nin konvensiyası və beynəlxalq əmək təşkilatların konvensiyalarına və tövsiyyələrinə əsaslanır.

SA 8000 standartın uyğunluğunu sertifikatlaşdıran təşkilatlar və müəssisələr –rəqibllər qarşısında tenderlərin aparılmasında, məhsulun potensial sifariıçilərinin axtarılmasında üstünlüklər əldə edirllər. Əksinə olaraq sosial və etik normalara riayət etməyən müəssisələr mütəxəssislərin diqqətinə ümid etməməlidirlər.

Mühazirə 15
Mövzu : Dövlətlər arası standartlaşdırma sistemi

Ədəbiyyat:
1. N.R.Məmmədov –Standartlaşdırmanın əsasları, Çaşoğlu., Bakı. 2003. -386 s.

2. A.R.Qafarov -Standartlaşdırmanın əsasları , Çaşoğlu., Bakı. 2004. -157s.

3. N.H.Fərzanə,V.Ə.Bayramov və b. –Standartlaşdırmanın əsasları, Təhsil – Bakı, 2007. -218 s.

4. P.A.Cəfərov, Ş.İ.Həsənov - Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi. Dərs vəsaiti., Gəncə, 2003. – 219 s.

5. Q.D.Krılova -Osnovı standartizaüii, sertifikaüii i metroloqii. –M: İzd. Standartov, =ÖNİTİ, 1988. -366 s.


Plan:


  1. MDB dövlətlərində standartlaşdırma sistemi.

  2. Standartlaşdırma üzrə dövlətlərarası texniki komitələr.

  3. Avropa və MDB dövlətləri ilə standartlaşdırma sistemi.

13 mart 1992-ci ildə keçmiş SSSR-yə daxil olan dövlətlərin nümayəndələri tərəfindən standartlaşdırma sahəsində uzlaşan siyasətin aparılması üzrə Razılaşma qəbul olunmuşdur. Göstərilən sənəd dövlətlərarası standartlaşdırma sisteminin əsasın qoymuşdur. Sənədə əsasən aşağıdakılar qəbul olunmuşdur:

- qüvvədə olan QOST- lar dövlətlərarası standartlar kimi tanınsın;

- keçmiş SSSR- nin etalon bazası birgə əmlak kimi tanınsın;

- metrologiya, standartlaşdırma və sertifikasiya sisteminin qarşılıqlı tanınması üçün ikitərəfli razılaşmaların əldə olunması zəruri sayılsın.

Dövlətlərarası səviyyədə standartlaşdırma, metrologiya və sertifikasiya üzrə Dövlətlərarası şura yaradılmışdır. Onun əsas funksiyalarına aşağıdakılar daxildir:

- standartlaşdırma sahəsində fəaliyyyətin prioritet istiqamətlərinin işlənməsi;

- dövlətlərarası standartların layihələrinin təsdiqlənməsi və standart kimi qəbul olunmasına təqdim olunması;

Şura tərəfindən qəbul olunmuş qərarlar Şuraya daxil olan bütün dövlətlər üçün məcburi sayılır, 1992-ci ilə qədər QOST abreviaturası keçmiş SSSR-nin dövlət standartı kimi qəbul olunmuşdur və MDB dövlətlərinin nümayəndələri yeni qəbul olunan dövlətlərarası standartlar üçün bu abreviaturanı saxlamaq qərarına gəlmişlər.

Dövlətlərarası standartlaşdırma sisteminin əsas işçi orqanı Belarusiyanın Minsk şəhərində yerləşən standartlaşdırma, metrologiya və sertifikasiya üzrə bürodur

Qəbul olunmuş ənənəyə görə Büronun iclasları ardıcıl olaraq Razılaşmada iştirak edən dövlətlərdə aparılır.

Dövlətlərarası standartlaşdırma sisteminin (DSS) fəaliyyəti nəticəsində SSSR-də mövcud olan normativ sənədlərin fondları və etalon bazası saxlanııııııl-mışdır. (25 min dövlət, 35 min texniki- iqtisadi informasiyanın təsnifçiləri, 140 fiziki kəmiyyət vahidlərinin metroloji etalonları). Hal- hazırda MDB dövlətlərinin milli sertifikasiya sistemlərinin qarşılıqlı tanınması prosesi tam başa çatmışdır.

Standartlaşdırma üzrə dövlətlərarası texniki komitələr DSS-nin işçi orqanları olaraq dövlətlərarası standartların iılənməsi və dövlətlərarası standartlaşdırma sahəsində digər konkrekt işlərin aparılması üçün yaradılmışdır. 200- dən artıq texniki komitələrin fəaliyyəti qəbul olunmuş illik plana uyğun olaraq QOST- ların iılənməsinə yönəlmiıdir. Dövlətlərarası standartlar və onlarda dəyiıiliklər DSS- nin qərarı ilə qəbul olunur. QOST-un layihəsi kimi razılaşmanın iştirakçəsə olan hər hansı bir dövlətin standartlaşdırma orqanı özünün qüvvədə olan milli standartlarını təklif edə bilər. MDB ərazis çərçivəsində DSS təşkilatının apardığı böyük işləri nəzərə alaraq standartlaşdırma üzrə beynəlxajq təşkilat (İSO) Dövlətlərarası standartlaşdırma sistemini standartlaşdırma üzrə beynəlxalq regional təıkilat kimi tanımışdır. DSS-in yeni adı standartlaşdırma, metrologiya və sertifikasiya üzrə Avrasiya şurası (SSAS) kimi qəbul olunmuıdur. Dövlətlərarası standartlaşdırma sisteminin fəliyyətində ən mürəkkəb problem uyğunluğun təsdiqlənməsinin regional sisteminin iılənməsi sayılır. Bu günə qədər hər bir dövlət milli sertifikasiya sisteminin uyğunluq nişanı və qəbul olunmuş qaydaları ilə fəaliyyət göstərir. Vahid qaydalara və uyğunluq nnişanlarına keşilməsi prosesi dövlətlərin səlahiyyətli nümayəndələrinin müssbət rəylərinə baxmayaraq mürəkkəb və göründüyü kimi uzunmüddətli olmamaqdır. Ukrayna dövlətinin xüsusi fikrinə görə regional sistemin yaradılmasını məqsədəuyğun saymaq olmaz.

SSAS-da MDB dövlətləri üçün beynəlxalq Avropa standartlarının birbaşa istifadə olunması haqqında məsələyə baxılmışdır və qeyd olunmuşdur ki, Avropa standartlarının MDB dövlətlərarası sdandatrtı kimi istifadə olunması üçün aşağıdakı qaydalara riayət olunmalıdır:




  • Sdandartın titul vərəqəsində MDB standartının hansı Avropa standartına uyğun olduğu göstərilməlidir;

  • Çıxış məlumatlaında göstərmək lazımdır ki, sənədin hər bir vasitə ilə təkrarlanması Standartlaşdırma üzrə Avropa komitəsinin (SAK) icasəsi ilə aparıla bilər;

  • Avronormalara zidd olan MDB dövlətlərinin bütün milli standartları dövriyyədən çıxarılmalıdır;

  • Avronormaların birbaşa istifadə olunmalı olan standartlarının nüsxələrini mütləq Standartlaşdırma üzrə Avropa komitəsinə göndərilməlidir;

  • Dövlətlərarası standartlaşdırma sistemi və Standartlaşdırma üzrə Avropa komitəsi təşkilatları arasındakı razılaçdırma çərçivəsində birbaşa istifadə olunması üçün Dövlətlərarası Şuraya standartlar təmənnasız verilir.

Dövlətlərarası standartlaşdırmanın aktual problrmi Dövlətlərarası standartların beynəlxalq standartlarla harmonizasiya olunmasıdır.

Standartların harmonizasiya prosesində İSO1BEK 21:1999 ,,Beynəlxalq standartların regional və ya milli standart kimi qəbul olunması,, sənədinin prinsipial müddəaları mütləq nəzərə alınmalıdır.

Beynəlxalq qaydalara uyğun olaraq dövlətlərarası standart beynəlxalq standartlarla eyniləşdirilmiş və ya modifikasiya olunmuş şəkildə qəbul oluna bilər. Eyniləşdirilmiş standart beynəlxalq standartdan məzmunu və tərkibinə görə fərqlənmir.

Dövlətlərarası standartın şəkildəyişməsi aşağıdakı istiqamətlərdə aparıla bilər:

- qeydlərin, çıxarışların, əlavələrin və biblioqrafiyanın istisna olması;

- ayrı- ayrı xarakteristikaların, göstəricilərin və s. dəyişdirilməsi;

- standartın strukturunun dəyişdirilməsi;

Dövlətlərarası standartlaşdırma sisteminin perspektiv məsələləri sırasında standartlaşdırma, sertifikasiya və metrologiya sahəsində İSO1BEK, SAK və digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın inkişaf edilməsi, DSS-i çərçivəsində

sınaq laboratoriyalarının akkreditasiyası üzrə Avro- Asiya regional təşkilatın yaradılması, standartlaşdırma, sertifikasiya və metrologiya üzrə gələcək mütəxəssislərə tədris olunan fənlərin unifikasiya probleminin həlli və s. məsələlər də vardır.

Mühazirə 16.
Mövzu : Standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatlarlar


Yüklə 283,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin