Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 25 aprel 2013-cü il tarixli



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə1/5
tarix06.02.2017
ölçüsü4,51 Mb.
#7842
  1   2   3   4   5

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 25 aprel 2013-cü il tarixli 

16 saylı qərarı ilə təsdiq edilmişdir 

 

 



 

 

 



 

 

AŞAĞI ƏTRAF VENALARININ 



XRONİK POZĞUNLUQLARININ  

DİAQNOSTİKA VƏ MÜALİCƏSİ ÜZRƏ    

KLİNİK PROTOKOL 

 

 



 

 

 



 

 

 

 

 

 

Bakı - 2013 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

54.102  


A 94 

 

 



 

 

 



 

 

 



 

A 94  Aşağı  ətraf venalarının xronik pozğunluqlarının diaqnostika 

və müalicəsi üzrə klinik protokol, 2013 – 52 səh. 

 

 



 

2

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

3

Klinik protokolun redaktoru: 

C. Məmmədov Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar 

Mərkəzinin direktoru, t.f.d. 

 

Klinik protokolun tərtibçilər heyəti: 

M. Kərimov Azərbaycan Tibb Universiteti, Ümumi 

cərrahiyyə kafedrasının  professoru, t.e.d. 

N. Abışov M. 

Topçubaşov adına Elmi Cərrahiyyə 

Mərkəzi, Damar cərrahiyyəsi şöbəsinin 

müdiri, professor, t.e.d. 

D. Məmmədov 

HB “Güven” klinikasının həkim-konsultantı, 

professor, t.e.d. 

A. Şəmsəddinski Səhiyyə Nazirliyi Angioloji və 

Mikrocərrahiyyə Mərkəzinin direktoru, t.f.d. 

G. Hüseynova 

İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Tibbi 

keyfiyyət standartları şöbəsinin sabiq müdiri 

 

Rəyçi: 

M. Nəsirov  

Azərbaycan Tibb Universiteti,  

Cərrahi xəstəliklər kafedrasının müdiri, 

professor, t.e.d. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

4

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 



Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri (elmi tədqiqatların tipləri) 

Ia 


Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 

Ib Sübutlar 

ən azı bir RKT-dən alınmışdır 

IIa 


Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış  tədqiqatdan 

alınmışdır 

IIb 


Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 



korrelyasion tədqiqatlar, ayrı-ayrı halların 

öyrənilməsi) alınmışdır 

IV 

Sübutlar ekspertlərin rəyinə  və ya klinik təcrübəyə 



əsaslanmışdır 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların etibarlılıq 

dərəcəsi 

RKT-lərin yüksək keyfiyyətli meta-analizi, sistematik 



icmalı  və ya nəticələri uyğun populyasiyaya şamil 

edilə bilən, sistematik səhv ehtimalı çox aşağı olan 

(++) irimiqyaslı RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ia. 

Kohort və ya klinik hal – nəzarət tipli tədqiqatların 



yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 

keyfiyyətli kohort və ya klinik hal – nəzarət tipli 

tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) kohort və ya 

klinik hal – nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya bilavasitə  şamil edilə 

bilməyən, sistematik səhv riski çox aşağı olan və ya 

yüksək olmayan (++ və ya +) RKT. 

Sübutların etibarlılıq dərəcəsi IIb. 

Klinik hallar seriyasının təsviri, yaxud 



Nəzarət edilməyən tədqiqat, yaxud 

Ekspertlərin rəyi. 

Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 

 

 



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

6

İxtisarların siyahısı: 



 

AATE   – ağciyər arteriyasının trombemboliyası 

BDV 

 böyük dərialtı vena 



DVT  

 dərin venaların trombozu 



FDV  

– flebotrop dərman vasitəsi 



FPK  

– fasiləli pnevmatik kompressiya 



HER   – hidroksietilrutozidlər 

XBT  

 Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış 



XVÇ   – xronik venoz çatışmazlığı 

İVUS    intravaskulyar ultrasəs sonoqrafiyası 

KDB   – kalsium dobezila 

KDV    kiçik dərialtı vena 

KEAP  – Klinik təsnifat, Etioloji təsnifat, Anatomik təsnifat,  

 Patofizioloji 

təsnifat (CEAP  Clinical classification, 

Etiologic classification, Anatomic classification, 

Pathophysiologic classification) 

KT  

– kompüter tomoqrafiyası 



QSİƏP    qeyri-steroid iltihab əleyhinə preparatlar 

MFF   – mikronizə edilmiş flavonoid fraksiyası 

MRT 

 maqnit rezonans tomoqrafiya 



PQ  

– prostoqlandinlər 



PTS  

– posttrombotik sindrom  



PVESD  – perforant venaların endoskopik subfassial disseksiyası 

RNT  

– randomizasiya olunmuş nəzarət tədqiqatları 



SMC    sinusoidal modullaşmış cərəyan 

TEKV   – tibbi elastik kompressiya vasitələri  

US  

 ultrasəs  



USDQ    ultrasəs doppleroqrafiyası  

TEKV   – tibbi elastik kompressiya vasitələri  

VX  

– varikoz xəstəliyi 



VXX   – venaların xronik xəstəlikləri  

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

7

 



Protokol ürək-damar cərrahları, ümumi cərrahlar, terapevtlər, ailə 

həkimləri üçün nəzərdə tutulub.  

 

Pasiyent qrupu: aşağı ətraf venalarının xəstəliyi olanlar. 

 

Protokol sübutlu təbabətə  əsaslanan müasir metodik tövsiyələrin 

verilməsi ilə aşağı ətraf venalarının xronik xəstəliklərinin  

 

diaqnostika və müalicə metodlarının təkmilləşdirilməsi; 



 

ağırlığından asılı olaraq səhiyyə xidmətlərinin müvafiq 



səviyyəsində müalicənin təmin edilməsi; 

 



fəsadların və ölüm hallarının azaldılması; 

 



aşağı  ətraf venalarının xronik xəstəlikləri olan şəxslərdə  həyat 

keyfiyyətinin yaxşılaşdırılması məqsədini daşıyır. 



ÜMUMİ MÜDDƏALAR 

Venaların xronik xəstəlikləri  (VXX)  – venoz sistemin bütün 

morfoloji və funksional pozulmalarıdır. VXX-nin əsas nozoloji 

formaları  aşağı  ətrafların varikoz xəstəliyi, aşağı  ətrafların 

posttrombotik sindromu (xəstəliyi), angiodisplaziyalar (flebo-

displaziyalar) hesab olunur. Böyüklərdə tez-tez rast gələn 

teleangiektaziyalar xəstəlik hesab edilmir. 



Varikoz xəstəliyi (VX) – səthi venaların birincili varikoz 

transformasiyası ilə xarakterizə olunan xəstəlikdir. 



Posttrombotik sindrom (PTS) (xəstəlik) – keçirilmiş tromboz 

nəticəsində  dərin venaların orqanik zədələnməsi ilə  şərtlənən 

xəstəlikdir. 

Angiodisplaziyalar – damar sistemi inkişafının anadangəlmə 

qüsurlarıdır. 



Xronik venoz çatışmazlıq (XVÇ) – venoz axının pozulmaları ilə 

şərtlənən, xarakter simptomlarla (ödem, dəridə dəyişikliklər və trofik 

xoralar) təzahür edən patoloji vəziyyətdir. 

Flebopatiya – venoz dövranda orqanik zədələnmə olmayan 

şəxslərdə XVÇ əlamətlərinin və ya subyektiv simptomların (ağrı, 

ağırlıq, yorğunluq və s.) əmələ gəlməsidir.   

Venaların xronik xəstəlikləri geniş yayılma dərəcəsinə görə 

böyük sosial iqtisadi əhəmiyyətə malik olan xəstəlikdir. Venoz 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

8

pozğunluqların retikulyar varikoz, teleangiektaziyalar kimi yüngül 



formaları  əhalinin 80-85%-də müşahidə olunur, varikoz venalar 

kişilərin 10-20%-də, qadınların 25-33%-də, topuq ödemi kişilərin 

7%-də, qadınların 16%-də rast gəlinir. Ekzema, piqmentasiya, 

lipodermatoskleroz və venoz xoralar kimi daha ağır xroniki venoz 

əlamətləri 5% təşkil edir. Aktiv venoz xoralar böyüklərin 0,05%-də 

rast gəlinir, 0,6-1,4%-də isə sağalmış xoralardır. Varikoz venalar 

ümumi populyasiyanın 20%-dən çoxunda aşkar olunur. Xronik 

venoz xəstəliklərinin yayılma dərəcəsi yaşdan asılı olaraq artır. 

XVÇ-nin meydana çıxması üçün ən ciddi risk faktoru dərin 

venaların keçirilmiş trombozudur (25%). 

XVÇ-nin inkişafı zamanı  ağrıların artması, fizioloji funksiyanın 

və  hərəkətliliyin azalması, depressiyalar və  təcrid olunmalar 

müşahidə olunur. Həyat keyfiyyəti venoz xəstəliyin təzahür dərəcəsi 

ilə əlaqədardır. 



Risk faktorları 

 



Ahıl və qoca yaş  

 



Dərin venaların keçirilmiş trombozu 

 



İrsiyyət 

 



Təkrar hamiləlik 

 



Qadın cinsi 

 



Artıq çəki 

 



Uzunmüddətli ayaq üstə dayanma (əmək şəraiti) 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

9

XBT-10 ÜZRƏ TƏSNİFAT 



 

I80  

Flebit və tromboflebit 

I80.0   Aşağı ətrafların səthi damarlarının flebit və tromboflebiti 

I80.1   Bud venasının flebit və tromboflebiti 

I80.2   Aşağı ətrafların digər dərin damarlarının flebit və 

tromboflebiti 

I80.3   Aşağı ətrafların dəqiqləşdirilməmiş flebit və tromboflebiti 



I82  

Digər venaların emboliya və trombozu 

I83  

Aşağı ətrafların varikoz genəlməsi  

I83.0   Aşağı ətraf venalarının xora ilə birgə təsadüf olunan varikoz 

genəlməsi 

I83.1   Aşağı ətraf venalarının iltihabi proseslə birgə rast gəlinən 

varikoz genəlməsi 

I83.2   Aşağı ətraf venalarının xora və iltihabi proseslə birgə rast 

gəlinən varikoz genəlməsi  

I83.9   Aşağı ətraf venalarının xora və iltihabi proses müşahidə 

olunmadan rast gəlinən varikoz genəlməsi 

I87.0   Postflebitik (posttrombotik) sindrom 

I87.2   Xronik periferik venoz çatışmazlıq 

 

Q27   Periferik damar sisteminin digər anadangəlmə  



 anomaliyaları 

Q27.8  Periferik damar sisteminin dəqiqləşdirilmiş anadangəlmə  

 anomaliyaları 

Q27.9  Periferik damar sisteminin dəqiqləşdirilməmiş anadangəlmə  

 anomaliyası 

Q28   Qan-damar sisteminin digər anadangəlmə anomaliyaları  

 (inkişaf qüsurları)  

Q28.8  Qan-damar sisteminin dəqiqləşdirilmiş digər anadangəlmə  

 anomaliyaları 

Q28.9  Qan-damar sisteminin dəqiqləşdirilməmiş anadangəlmə  

 anomaliyası   

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 10

VENALARIN XRONİK POZĞUNLUQLARININ TƏSNİFATI 

VƏ DİAQNOZUN QOYULMASI 

Dünyanın hər yerində praktik olaraq KEAP təsnifatından istifadə 

olunur (Amerikan Venous Forum, 1995). 

Telangiektaziyalar  – diametri 1,0 mm-ə  qədər olan genişlənmiş 

dəridaxili (intradermal) venulalar. 



Retikulyar venalar – diametri 1-3 mm-dək olan genişlənmiş, 

qıvrılmış subdermal venalar. Dərisi açıq rəngli insanlarda normada 

görünən venalar nəzərə alınmır (güclənmiş venoz şəkil). 

Varikoz venalar – ayaqüstü vəziyyətdə 3 mm və daha çox diametrli 

genişlənmiş  dərialtı venalar. Adətən düyünlü (kisəşəkilli), qıvrılmış 

görünüşə malik olurlar. 

Corona phlebectatica – topuq və  pəncə nahiyəsində kiçik dəriiçi 

venalar toplusundan əmələ gəlmiş sıx şəbəkə. 



Ödem – interstisial mayenin həcminin artması hesabına  ətrafların 

vizual və palpator müəyyən oluna bilən böyüməsi. 



Hiperpiqmentasiya – qəhvəyi çalar intensivliyinin müxtəlif 

dərəcələrinin  əmələ  gəlməsi ilə baldır dəri örtüyünün rənginin 

dəyişməsi. Adətən baldırın aşağı üçdə birində lokalizasiya olunur, 

amma baldırın digər seqmentlərinə və pəncəyə də yayıla bilər. 



Lipodermatoskleroz – dəri və  dərialtı toxumanın məhdudlaşmış 

bərkiməsi (fibrozu). 



Ekzema – ayağın dərisində suluqların, sulu və ya qabığı soyulan 

səpkilərin  əmələ  gəlməsinə  qədər proqressivləşən eritematoz 

dermatit. Daha çox varikoz venaların yaxınlığında lokalizasiya 

olunur, lakin aşağı ətrafda istənilən yerdə ola bilər. 



Ağ atrofiya – dəri örtüklərinin ağ (açıq) rəngli, bir qayda olaraq 

hiperpiqmentasiya zonasında yerləşmiş, dairəvi formalı kiçik 

sahələri. Xoraönü vəziyyət kimi qiymətləndirilir. 

Venoz trofik xora – XVÇ nəticəsində inkişaf edən dəri və dərində 

yerləşən toxumaların defekti. Daha çox baldırın aşağı üçdə birində 

medial səthdə əmələ gəlir.  

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 11

Klinik təsnifat 

(K) 

– pasiyentin klinik statusunun 

qiymətləndirilməsi: 

 

C0 – VXX-nin görünən və ya palpasiya olunan əlamətləri  



 yoxdur 

 



C1 – telangiektaziyalar və ya retikulyar venalar 

 



C2 – varikoz dəyişilmiş dərialtı venalar (diametri 3 mm və 

  daha 


çox) 

 



C3 – ödem 

 



C4 – dəri və dərialtı toxumaların trofik dəyişiklikləri 

 



hiperpiqmentasiya və/və ya venoz ekzema 

 



lipodermatoskleroz və/və ya dərinin ağ atrofiyası 

 



C5 – sağalmış venoz xora 

 



C6 – açıq venoz xora 

Əgər xəstəliyin obyektiv əlamətlərindən başqa subyektiv (ağrılar, 

ağırlıq, yorğunluq, göynəmə, yanğı hissləri,  əzələ  qıcolmaları) 

əlamətləri də  aşkar olunursa, klinik sinfin ifadəsinə S (simptomatik 

gediş) hərfi əlavə olunur. 

  

Etioloji təsnifat (E)  Xəstəliyin etiologiyasını  təsvir edərkən 

VXX-nin formaları haqda danışmaq məqsədəuyğundur: 

 



Ec – anadangəlmə xəstəlik 

 



Ep – birincili xəstəlik 

 



Es – ikincili xəstəlik 

 



En – etioloji amili təyin etmək mümkün olmur 

 

Anatomik təsnifat (A)  patoloji dəyişikliyin aşağı  ətrafların 

venoz sisteminin hansı hissəsində aşkar olunması göstərilir. 

 



As – səthi venalar 

 



Ap – perforant venalar 

 



Ad – dərin venalar 

 



An – venoz sistemdə dəyişikliklərin lokalizasiyasını müəyyən 

etmək mümkün olmur 

Zədələnmə bir (məsələn, Ad) və ya bir neçə sistemdə eyni 

zamanda (As, p, d) lokalizasiya oluna bilər. 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 12

Patofizioloji təsnifat (P)  Venoz hemodinamika pozulmalarının 

xarakterinin təsviri üçün nəzərdə tutulub. 

 

Pr – reflüks 



 

Po – oklüziya 



 

Pr,o – reflüks və oklüziya 



 

Pn – venoz sistemdə patofizioloji dəyişiklikləri 



 müəyyənləşdirmək mümkün olmur 

DİAQNOSTİK MÜAYİNƏLƏR SƏVİYYƏSİ (L) 

LI   


– klinik müayinələr +/– ultrasəs doppleroqrafiya 

LII  


– klinik müayinələr + ultrasəs angioskanerləmə +/– 

pletizmoqrafiya 

LIII   – klinik müayinələr + ultrasəs angioskanerləmə + 

fleboqrafiya və ya flebotonometriya və ya spiral kompüter 

tomoqrafiya və ya maqnit-rezonans tomoqrafiya. 

 

KEAP TƏSNİFATINA ƏSASƏN DİAQNOZ NÜMUNƏSİ 



Pasiyenti 21.09.2011 tarixdə həkimə müraciət etmişdir. Sol aşağı 

ətrafda varikoz dəyişilmiş venaların olmasından, günün ikinci 

yarısında baldırın distal şöbələrinin ödemi, baldır  əzələlərində 

ağrıdan və  ağırlıqdan  şikayət edir. Ultrasəs angioskanerləmə 

aparılmışdır:  

Dərin venalarda patoloji dəyişiklik yoxdur, budda böyük dərialtı 

venanın qapaq çatışmazlığı, budun orta üçdə birində perforant 

venaların yararsızlığı aşkar edilmişdir.  

XBT-10 təsnifatına görə diaqnozun qoyulması: 

I83.9 Aşağı ətraf venalarının xora və iltihabi proses müşahidə  

 

olunmadan rast gəlinən varikoz genəlməsi 



KEAP təsnifatına görə diaqnozun qoyulması: 

Əsas variant. Sol aşağı ətrafın venalarının xronik xəstəliyi: C3S, 

Ep, As,p, Pr; 21.09.2011; LII 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 13


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin