Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Universiteti



Yüklə 111,8 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü111,8 Kb.
#41591
  1   2   3   4   5
408 mikro



Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Universiteti

Kafedra: Maliyyə və iqtisadiyyat

Fakültə:Biznes iqtisadiyyat

Fənn: Mikroiqtisadiyyat-1

Mövzu:Elastikliyinə görə əmtəələrin təsnifatı

İxtisas:Menecment

Kurs: I

Qrup:204408

Müəllim: Xədicə Ələkbərova

Tələbə:Fərəməz Xalıqzadə



Plan

1.Elastiklik haqqında ümumi anlayış..

2.Tələbin qiymətə görə elastikliyi, onun növləri

3.Tələbin gəlirə görə elastikliyi.

4.Təklifin qiymətə görə elastikliyi.

5.Qısamüddətli və uzunmüddətli dövrlərdə tələb və təklif

Ədəbiyyat siyahısı

İqtisadi hesablamalann aparılması, xüsusilə istehsalçılar və istehlakçılar üçün mühüm olan müxtəlif proqnozlaşdırma proseslərində tez-tez nəinki tələb və təklif funksiyasının ümumi gümüşünü təyin etmək, eləcədə hər bir konkret halda onlann ölçüsünə müvafiq amillərin dəyişməsinin necə reaksiya verməsi, başqa sözlə, onun cavab dəyişməsi nə qədər əhəmiyyətli olmasını bilmək vacibdir.

Məlumdur ki, istənilən modelin qumimasmm məqsədi iqtisadi dəyişənlər arasında qarşılıqlı əlaqələrin təsviri, yəni hər hansı amilin dəyişməsinin digər iqtisadi dəyişənlərə təsirini aydınlaşdırmaq və onu əvvəlcədən görməkdir. Burada tədqiq olunan iqtisadi göstəricinin onu təyin edən amillərin dəyişməsinə nə qədər həsas olmasını müəyyən etmək mühüm əhəmiyyətə malikdir. Aydındır ki, bu məqsəd üçün həmişə mütləq dəyişmələri (artımları) müqayisə etmək kifayət deyildir. Qiymətin dəyişməsi ilə tələbin həcminin necə dəyişməsi sualına nə orta, nə də mütləq dəyişmə sürətləri cavab vermir.

Qeyd edək ki, tələb olunan Q əmtəələrin miqdarının kəmiyyəti öo'dan -dək dəyişdikdə Ag = öl -Qo mütləq dəyişmə (artım) adlanır. Birincisi, mütləq dəyişmə tamamilə işin mahiyyətinə aid olmayan səbəblərdən, məsələn, əmtənin həcmi və qiymətinin ölçü vahidinin seçilməsindən asılı ola bilər. İkincisi, artımlar müxtəlif əmtəələrə aid olduqda, ölçü vahidləri uyğun olmadığına görə belə nisbətləri müqayisə etmək olmaz. Üçüncüsü, daha əhəmiyyətlisi odur ki, müxtəlif əmtəələr və müxtəlif şəraitlərdə bu və digər mütləq dəyişmə tamamilə müxtəlif mahiyyətə malİk ola bilər.

Məsələn, qiymətin 100 manat artması kompyuter və atomsualtı qayıqları üçün müxtəlif əhəmiyyətə malikdir. Həmin dəyişmənin nə qədər əhəmiyyətli olması əmtəənin miqdan və ya qiymətin ilk kəmiyyətlərinin ölçüsündən asılıdır. Ona görədə kəmiyyətlərin müqayisəsində mütləq dəyişmələrdən nisbi dəyişmələrə, yəni Ag-dən keçmək zəruridir. Deməli, hər hansı kəmiyyə tin artım sürəti (faizlə dəyişməsi) həmin kəmiyyətin faizlə artımmm onun başlanğıc ölçüsünə nisbəti ilə ölçülür:

%AÖ = ^100 = (Ö, -Öo)/Ö-100%

Nisbi göstəriciyə keçilməsində: ölçü vahidi və miqyas öz əhəmiyyətini itirir; müxtəlif əmtəələrin müqayisə edilməsi nisbi dəyişmələrin ölçü vahidinin olmaması ilə təmin edilir; belə dəyişmələrin əhəmiyyəlilik dərəcəsini alınmış nisbi kəmiyyətlərin nisbətlərindən asılı olaraq təyin etmək mümkündür. Beləliklə, bir amilin o birinin davranışına görə həsashğmı nəinki yalnız mütləq, eləcədə onların hər ikisinin nisbi dəyişməsinə görə təyin etmək daha əlverişlidir.

Firmalar istehsal həcmi və qurluşunu planlaşdırdıqda onun məhsuluna tələbin nədən asılı olduğunu bilməsi mühüm əhəmiyyətə malikdir. Bütün hallarda yalnız dəyişmənin istiqamətini bilmək kifayət deyildir. Əsasən bu dəyişmənin kəmiyyətini müəyyən etmək zəruridir. Elastiklik anlayışı bazara adaptasiya prosesində tələb və təklifi təyin edən əsas amillərin istifadəsinin daha dərindən öyrənilməsinə imkan verir. Bir kəmiyyətin o birinin dəyişməsinə reaksiyasının ölçüsü elastiklik adlanır.

Elastiklik - tələb və təklifin müxtəlif amillərə həssaslıq dərəcəsidir. İlk növbədə tələbin elastikliyini nəzərdən keçirək. Məlumdurki, tələbə təsir edən başlıea amil əmtəənin qiyməti- dir. Tələbin qiymətə görə elastikliyi tələbin həcminə təsir edən digər amillərin dəyişmədiyi halda, əmtəənin qiymətinin bir faiz dəyişməsi ilə ona tələbin ölçünün faizlə dəyişməsini əks etdirir.

Qiymətə görə tələbin elastikliyi nə qədər yüksək olarsa, tələbin həemi o qədər qiymətin dəyişməsinə həsasdır və ya tələb o qədər elastikdir. Qiymət və ya miqdarın dəyişməsinin əhəmiyyətliliyinin ölçülməsində qiymət və ya miqdann faizlə dəyişməsi istifadə edildik- də, tələbin qiymətə görə elastikliyi tələb həcminin qiymətin dəyişməsinə həsaslılığmm nisbi göstəricisidir.




Yüklə 111,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin