Fənnin adı: MEŞƏ GENETİKA, SELEKSİYA VƏ TOXUMÇULUĞU
Mövzu 6.Qeyri-cinsi çoxalmanın sitoloji əsasları. Mitoz.
Mühazirəçi: Y.İ.Bağırova
Plan:
Mitoz - cinsiyyətsiz çoxalma.
Mitoz bölünmənin mərhələləri.
Mitoz - təbii seçmədə möhkəmlənmiş bir mexanizmdir.
Hüceyrə və onun struktur elementləri orqanizmlərin çoxalmasının maddi əsasını təşkil edir. Buna görə də həyatın mabədi təmin edilmiş olur.
Çoxalma – hər hansı növ bitkinin və heyvanın vacib yaşayış şəraitidir.
Orqanizmlər iki əsas çoxalma tipinə mənsubdur. Qeyri – çinsi və çinsi çoxalma.
Qeyri çinsi çoxalma zamanı bir valideyn fərdindən spor əmələ gətirmə və vegatativ yolla nəsil əmələ gətirməyi başa düşülür. Birinci halda yeni orqanizm bir hüceyrəlidən yaranma ilə - sporlarla inkişaf edir. Bu qayda ilə göbələklər, ayı döşəyi kimilər və s. çoxalırlar.
Vegatativ yolla çoxalma zamanı yeni bitkilər ata fərddən ayrılmış bədən hissəsindən, kökdən, gövdədən yaxud digər vegetativ orqandan əmələ gəlirlər. Çoxillik otlar – kökləri ilə, kartof – yumruları ilə, çiyələk bığcıqları ilə çoxalırlar. Bundan baçqa bəzi bitkilər qələmlər, gözcüklər və yarpaqlarlada çoxala bilirlərHüceyrə bölünmə yolu ilə çoxalır.
Təkamül prosesində əlamət və xassələrin nəslə ötürülməsində üç əsas mexanizm meydana gəlmişdir. I. Mitoz. II. Meyoz və III. Mayalanma Mitoz – yaxud hüceyrələrin qeyri müntəzəm bölünməsi (yunanca – mitoz- tel deməkdir). Bu fasiləsiz prossesdir, bunun nəticəsində əvvəlcə ikiləşmə, sonra isə yenidən əmələ gəlmiş iki hüceyrələr arasında, xromosomlarda olan irsi materialın bərabər bölüməsi baş verir. Onun bioloji əhəmiyyəti bundan ibarətdir. Nüvənin bölünməsi özlüyündə bütün hüceyrənin bölünməsi deməkdir. Bu prosses sitogenez adlanır. (yunanca - sitoz – hüceyrə deməkdir). Mitoz zamanı hüceyrə beş faza keçirir. İnterfaza – hazırlıq mərhələsidir; profaza, metafaza, anafaza və telofaza.
Dostları ilə paylaş: |