AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI SLAVYAN UNİVERSİTETİ
AZƏRBAYCANŞÜNASLIQ
TƏDRİS - MƏDƏNİYYƏT MƏRKƏZİ
SADİR MƏMMƏDOV
XOCALI SOYQIRIMI
BSU Beynəlxalq münasibətlər və
regionşünaslıq fakültəsi Elmi Şurasının
02 aprel 2010-cu il tarixli qərarı ilə çapa
tövsiyə olunmuşdur (protokol №36 )
BAKI – 2010
2
Tərtib edən:
hüquq elmləri namizədi, böyük elmi işçi
Sadir Surxay oğlu Məmmədov
Redaktor:
filologiya elmləri namizədi, dosent
Elşən Əlisa oğlu Şükürlü
Rəyçilər:
tarix elmləri namizədi, dosent
Şirinbəy Hacıəli oğlu Əliyev
fəlsəfə elmləri namizədi, dosent
Qalib Nəcmi oğlu Barxalov
S.Məmmədov. Xocalı soyqırımı. Bakı, “Kitab aləmi”, 2010. – 16 s.
“Xocalı soyqırımı” adlı bu kitabça gənclərimizin və xarici qonaqların bu
barədə məlumatlandırılması məqsədilə tərtib olunmuşdur. Bu məlumat kitabçası
Qarabağ döyüşlərində erməni təcavüzkarlarına qarşı vuruşmuş, ermənilərin
azərbaycanlılara qarşı törətdikləri faciələri gözləri ilə görmüş polkovnik Sadir
Məmmədov tərəfindən yazılmışdır. Dünya ictimaiyyətinə müraciətlə başlanan bu
nəşrdə 26 fevral 1992-ci ildə ərazisi 930 km
2
, 7000-dən artıq əhalisi olan
Xocalının erməni faşistləri tərəfindən yerlə yeksan edilməsindən, dinc əhalinin
vəhşicəsinə qətlə yetirilməsindən, istintaq komissiyasının tibbi ekspertizasının
rəylərindən bəhs olunur. Eyni zamanda kitabçada vəhşicəsinə qətlə yetirilmiş
insanların fotoşəkilləri də verilmişdir.
4702060000
M
АБ 003035
023-10
© Áàêû Ñëàâéàí Óíèâåðñèòåòè "Êèòàá àëÿìè" Íÿøðèééàò-Ïîëèãðàôèéà Ìÿðêÿçè — 2010
3
XOCALI SOYQIRIMINI UNUTMA !
Hörmətli oxucu!
Milliyyətindən, dilindən, dini mənsubiyyətindən və əqidəsin-
dən asılı olmayaraq Sizə müraciət edirəm !
Dünyada dəhşətli bir erməni xaosu dolaşmaqdadır. Dünyanın
müxtəlif ölkələrində səpələnmiş halda yaşayan erməni kütləsi
istənilən vaxt hər hansı millətə və xalqa qarşı terror və başqa
vasitələrlə soyqırımlar törədə bilirlər. Dünyaya ağalıq etmək
iddiasında olan ermənilər 200 ildən artıq bir zaman kəsiyində bu
xülya ilə yaşayaraq ayrı-ayrı dövrlər ərzində saysız-hesabsız ter-
rorlar və soyqırımlar törədərək məqsədlərinə nail olmağa çalış-
mışlar. Heç vaxt Cənubi Qafqazda dövləti və dövlətçiliyi olmayan,
qaraçı həyat tərzi keçirən ermənilər himayədarlar taparaq onların
sayəsində əvvəlcə Azərbaycan ərazisində məskunlaşmış, sonra isə
Rusiya imperiyasının köməyi ilə xalqımızı soyqırıma məruz qoya-
raq bizim dədə-baba torpaqlarımızda Ermənistan adlı respublika
yaratmışlar. Lakin bütün bunlara baxmayaraq onlar yenə də öz mən-
fur niyyətlərindən əl çəkməyib ardıcıl şəkildə Azərbaycana təcavüz
edib soyqırımlar törədərək torpaqlarımızı zəbt etmişlər.
Azərbaycanlılara qarşı ermənilərin törətdikləri terror və soyqırım-
ların biri də Azərbaycanın Xocalı şəhərində həyata keçirilmişdir.
İlk dəfə bu dəhşətli faciəyə düzgün siyasi-hüquqi qiymət
verən görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev
olmuşdur. Bu amil özünü onun xalqa müraciətində daha aydın
göstərir. Müraciətdə deyilir:
«Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
Bu gün mən xalqımızın tarixində kədərli və faciəli bir səhifə
olan Xocalı soyqırımı münasibətilə sizə müraciət edirəm. Bu qəddar
və amansız soyqırımı aktı insanlığın tarixinə ən dəhşətli kütləvi
terror hadisələrindən biri kimi daxil olmuşdur».
4
Həqiqətən də, tarixə nəzər salsaq görərik ki, Xocalı faciəsi iki
yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən
azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik
təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.
Bir sıra dövlətlərin hakim dairələri tərəfindən himayə olunan bu
mənfur siyasət Çar Rusiyası və Sovet hakimiyyəti dövründə ardıcıl
davam etdirilmiş, SSRİ-nin süqutundan sonra xalqımızın doğma
torpaqlarından qovulması, qaçqın və köçkünə çevrilməsi kütləvi
qırğınlarla müşayiət olunmuşdur. Təcavüzkar erməni millətçilərinin
və sərsəm «Böyük Ermənistan» ideoloqlarının etnik təmizləmə və
soyqırımı siyasətinin nəticələrini bütövlükdə iki milyondan artıq
azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra erməni separatçı-
larının Dağlıq Qarabağda başladıqları təcavüzkar siyasət yüzlərlə
kənd və qəsəbənin dağıdılması, on minlərlə günahsız insanın
qanının axıdılması, yüz minlərlə insanın öz evindən, elindən
didərgin salınması ilə nəticələnmişdir. Lakin Xocalı faciəsi bunların
ən dəhşətlisi olmuşdur.
Müqayisəli təhlillər və real faktlar onu deməyə əsas verir ki,
öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan
Xocalı soyqırımını törətməklə erməni şovinistləri və ideoloqları çox
iyrənc məqsədlər güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər
Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və
ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur
düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azər-
baycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar,
mənəvi zərbələr vurmuşdur. Lakin xocalılılar hətta amansız soy-
qırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet
hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruş-
muş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə
şərəfli səhifələr yazmışlar.
Bu gün Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı
soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri
vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və
5
dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiy-
yətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına
nail olmaq vəzifəsi durur.
Bu prosesdə 2009-cu ilin fevralında İslam Konfransı təşkila-
tının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş
əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə
başlamış “Xocalıya ədalət” kompaniyası ötən bir il ərzində uğurla
davam etmiş, bu aksiyaya dünyanın əksər ölkələrində könüllülər
qoşulmuşdur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətən-
daşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl bey-
nəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilat-
çılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə
insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlan-
maması üçün mühüm şərtdir.
Xocalı soyqırımının bəzi elementlərini məhkəmə araşdırmaları
komissiyasının protokollarına əsasən nəzərinizə çatdırmağa çalışaq.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX
yüzilliyin II yarısında Azərbaycan türklərinin tarixində ən böyük
faciələrdən biri – Xocalı qırğını baş verdi. Həmin gecə saat 23:00-
da ermənilər üç istiqamətdən Xocalıya hücum etdi. Bu hücumda
Ermənistan Respublikası Silahlı Qüvvələrinin tabeçiliyində olan
silahlı qruplar, muzdlu əsgərlər, özünü Artsax Xalq Ordusu
adlandıran Dağlıq Qarabağın erməni birləşmələri və 366-cı rus
hərbi alayı iştirak etmişdi. Bu hücumda Xankəndi tərəfindən öndə
olan 366-cı alayın hərbi texnikası, onların ardınca rus-erməni silahlı
dəstələri, Əsgəran istiqamətindən isə mindən çox silahlı quldurlar
daha çox fəallıq göstərirdilər. Əvvəlcə 366-cı alayın tanklarının
köməyilə piyada qüvvələri şəhərə doğru irəliləyərək artilleriya atəşi
ilə şəhərdə olan əsgər qərargahları və atəş mövqelərini məhv
etmişdilər. Şəhərin müdafiəçiləri səhərə qədər düşmənə qarşı
rəşadətlə döyüşmüşdülər. Onların bir neçəsi kamikadze şücaəti
göstərərək bədənlərinə partlayıcı qurğu bağlayaraq özlərini düşmən
texnikasına çırpmışdılar. Sonuncu müqavimət məntəqəsi səhər saat
7-də susdurulmuşdur. Atışma zamanı Xocalıda yüzlərlə adam
6
döyüşə-döyüşə həlak olmuşdu. Ağdama tərəf müxtəlif istiqamət-
lərdən hərəkət edən dinc əhali yolda erməni silahlı qüvvələri
tərəfindən atəşə tutularaq girov götürülmüş, dəhşətli işgəncələrə
məruz qalmışdır. Dinc sakinlərin qaça biləcəyi yolların qarşısında
gizlənmiş erməni əsgərləri gəlib keçənləri qətlə yetirmişdilər.
Ermənistan hərbi birləşmələri qətlə yetirdikləri insanların üzərində
xüsusi əməliyyat apararaq onların başlarının dərisini soymuş,
müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış,
hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa
basdırmış və ya yandırmışlar. Ermənilərin bu vəhşiliklərini əks
etdirən çoxsaylı sənədlərdən bir neçəsini verməklə kifayətlənirik.
Tibbi ekspertizanın rəyçisi F.Əfəndiyevin təqdim etdiyi
materiallar və faktlar istər-istəməz insanı dəhşətə gətirir. Eksper-
tizanın rəyində qeyd olunur ki, 1992-ci il fevral ayının 25-dən 26-na
keçən gecə Xocalı şəhərində erməni quldurları tərəfindən tarixdə
analoqu olmayan işgəncəli qətllər törədilmişdir. Daha sonra qətlə
yetirilən şəxslərin xəsarətinin təhlili adlı bölmədə bildirilir: Xocalı
hadisəsi zamanı bizim birliyin ekspertləri tərəfindən məhkəmə tibbi
müayinədən 181 meyid keçirilmişdir. Həmin meyidlərdən 130
nəfəri kişi, 51 nəfəri isə qadındır. Müayinə olunan meyidlərdən 13
nəfəri azyaşlı uşaq olmuşdur. Xəsarətlərin əmələgəlmə mexaniz-
minə görə bölünməsi aşağıdakı qaydada olmuşdur: a) qəlpə təsirin-
dən – 20 nəfər; b) güllə təsirindən – 151 nəfər; c) küt alət təsirindən
– 10 nəfər.
Xəsarətlər yerləşdiyi nahiyəyə görə aşağıdakı kimi olmuşdur:
a) baş nahiyəsi – 40; b) döş qəfəsi – 74; c) qarın nahiyəsi – 17; d)
ətrafları – 11.
Bununla yanaşı müayinə olunmuş meyidlərdən 3 nəfərində
ətrafların donması, 33 nəfərində işgəncə əlamətləri, yəni başın
dərisinin soyulması, qadınlarda döşlərin kəsilməsi, burun və qulaq
qığırdaqlarının kəsilməsi, qadınların cinsiyyət üzvlərinə odlu
silahdan atəş açılması əlamətləri aşkar edilmişdir. Eyni zamanda
göz almalarının çıxarılması, dişlərin sındırılması, kişilərin cinsiyyət
üzvlərinin kəsilməsi müşahidə olunmuşdur. Müayinə olunmuş 31
7
meyiddə isə konbinə olunmuş, yəni bədənin müxtəlif nahiyələrinin
güllə yarası və küt alətlə, kəsici-deşici alətlə yetirilmiş xəsarətlər
olmuşdur. Müayinə olunmuş meyidlərdən 13 nəfərində bədənin
bütün səthini əhatə edən yanıq kömürləşmə aşkar edilmişdir. Eyni
zamanda müayinə edilən meyidlərdən 10 nəfərində güllə yarası ilə
birlikdə onların üzərindən hərbi texnikanın keçməsi əlaməti
olmuşdur.
Bəşəri duyğulara malik olan insanlar! Sizə yaxşı bəllidir ki,
dünyaya gələn hər bir kəsin yaşamağa haqqı vardır. Lakin erməni
terrorçuları Allahın verdiyi bu haqqı onlardan almağa cəhd
göstərərək azərbaycanlılara qarşı terroru davam etdirir və Xocalı
şəhərinin minlərlə əhalisini vəhşicəsinə qətlə yetirdikləri kimi bu
gün də həmin bəşəriyyət əleyhinə cinayət əməllərini davam
etdirirlər. Həmin cinayətkar əməl sahibləri olan erməni kütləsi öz
yalanlarını elə təbliğ edirlər ki, xarici ölkə vətəndaşları real vəziy-
yətdən xəbərdar olmadıqlarından çox zaman erməni iftiralarına
inanmaq məcburiyyətində qalırlar. Bütün bunları nəzərə alaraq
hazırda Azərbaycan dövlətinin dəstəyi ilə xaricdə yaşayan soydaş-
larımız tərəfindən Xocalı faciəsi haqqında həqiqətlərin dünyaya
çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində
mühüm addımlar atılır, kitablar yazılır, jurnalist tədqiqatları aparılır.
Ayrı-ayrı ölkələrin parlamentlərində, beynəlxalq təşkilatlarda bu
faciə müzakirəyə çıxarılır, dünya ictimaiyyətinin diqqəti bu
məsələyə cəlb edilir və XX əsrin ən dəhşətli faciələrindən biri rəsmi
sənədlərlə, real faktlarla dünya ictimaiyyətinə təqdim edilir.
Bu kədərli gündə, yəni 26 fevral 1992-ci il tarixində 7000-dən
artıq əhalisi olan Xocalı şəhərinin xəritədən silinməsinə nail olan bu
quldur dəstəsinin anti-bəşəri əməllərinə gəlin göz yummayaq.
Əksinə, bütün dünya ictimaiyyəti ilə birlikdə bu cür soyqırım
əməllərinə görə erməni vandallarının beynəlxalq hüquqa əsasən
məhkəmə qarşısında cavab vermələrinə nail olmaqdan ötrü
səylərimizi birləşdirək. Əgər belə olmazsa, təbii olaraq genlərində
terror və soyqırım irsi xəstəliklərinin sinptomlarını daşıyan erməni
kütləsi həmin bəd əməllərini yenə də davam etdirəcəklər. Hörmətli
8
dünya ictimaiyyətinə üzümüzü tutub deyirik ki, belə bir həmrəylik
yaranmasa, bir gün erməni terrorunun növbəti hədəfi sizin
xalqlarınız ola bilər.
Bu gün 26 fevral 2010-cu il tarixdə soyqırım faciəsinin 18-ci
ildönümündə Xocalı şəhidlərinin (ölənlərin 613-nün,yəni tanınmaz
hala salınan meyitləri aşkar olunmuş, 1000-nəfərdən artıq adam
itkin və girov düşmüşdür ki, onlar da ölmüş hesab olunur) əziz
xatirəsini bir daha dərin hüznlə yad edir, onlara Allahdan rəhmət
diləyir, həlak olanların yaxınlarını, doğmalarını, bütün Azərbaycan
xalqını bir daha əmin edirik ki, haqq-ədalət yerini tapacaq, Xocalı
şəhidlərinin və qəhrəmanlarının uğrunda mübarizə apardığı ideya-
lar azad və müstəqil Azərbaycan Respublikasıda daim yaşayacaqdır.
9
Xocalıda baş verən erməni terrorunun qurbanları
10
Xocalıda kimyəvi silahların tətbiqinə məruz qalmış azərbaycanlılar
15
“ASALA” erməni terror təşkilatının törətdiyi cinayət
16
SADİR MƏMMƏDOV
XOCALI SOYQIRIMI
×àïà èìçàëàíûá: 16.06.10
Ôîðìàò: 60õ84 1/16, Ñèôàðèø 023. Òèðàæ 100.
Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéè
Áàêû Ñëàâéàí Óíèâåðñèòåòè
«Êèòàá àëÿìè» Íÿøðèééàò-Ïîëèãðàôèéà Ìÿðêÿçè
Öíâàí: Áàêû, Ñ.Ðöñòÿì 25.
Dostları ilə paylaş: |