AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti azərbaycanşÜnasliq



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
tarix07.09.2017
ölçüsü0,6 Mb.
#29188

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

 

BAKI  SLAVYAN  UNİVERSİTETİ 

 

AZƏRBAYCANŞÜNASLIQ  

TƏDRİS - MƏDƏNİYYƏT MƏRKƏZİ  

 

 

 

SADİR MƏMMƏDOV 

 

 

 

 

ERMƏNİLƏR TƏRƏFİNDƏN 

AZƏRBAYCANLILARA QARŞI

 

TÖRƏDİLMİŞ SOYQIRIM

 

 

 

 

 

BSU Beynəlxalq münasibətlər və  

regionşünaslıq fakültəsi Elmi  

Şurasının 02 aprel 2010-cu il tarixli  

qərarı ilə çapa tövsiyə olunmuşdur  

(protokol №36 ) 

 

 

 

 

 

BAKI-2010 

 

 

2



 

  

Tərtib edən: 

hüquq elmləri namizədi, böyük elmi işçi         

Sadir Surxay oğlu Məmmədov 

 

Redaktor:     

filologiya elmləri namizədi, dosent 

Elşən Əlisa oğlu Şükürlü 

 

Rəyçilər: 

tarix elmləri namizədi, dosent 



Şirinbəy Hacıəli oğlu Əliyev 

 

fəlsəfə elmləri namizədi, dosent 



Qalib Nəcmi oğlu Barxalov 

 

     



 

                          

 

  

     



 

 

 



S.Məmmədov. Mart  soyqırımı. Bakı, “Kitab aləmi”, 2010. – 16 s . 

 

«Ermənilər



ss

tərəfindən azərbaycanlılara qarşı törədilmiş  soyqırım» adlı bu 

kitabça gənclərin,  dünya ictimaiyyətinin və xarici qonaqların bu sahədə 

məlumatlandırılması məqsədilə tərtib olunmuşdur. Kitabçada ermənilərin zaman-

zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımlar rəsmi dövlət arxiv 

sənədlərinə, problemlə ilgili elmi mənbələrə istinadən oxucuların nəzərinə 

çatdırılır. 

 

 

 

 

 

4702060000 



 

АБ 003035 



 

022-10 


 

© Áàêû Ñëàâéàí Óíèâåðñèòåòè "Êèòàá àëÿìè" Íÿøðèééàò-Ïîëèãðàôèéà Ìÿðêÿçè — 2010 



 

 

3



 

ERMƏNİLƏR TƏRƏFİNDƏN AZƏRBAYCANLILARA 

QARŞI TÖRƏDİLMİŞ SOYQIRIM 

 

«Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzaların-

da, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azər-

baycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçiril-

mişdir. Bu ərazilərdə dinc əhali kütləvi   surətdə  qətlə yetirilmiş, 

kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv 

edilmişdir».   

Heydər Əliyev  

 

Tarixi hadisələrin düzgün işıqlandırılması problemi bu gün 

bəşəriyyəti düşündürən vacib məsələlərdəndir. Azərbaycan xalqının 

həyatında isə elə böyük tarixi faciələr var ki, onlar haqqında hələ də 

gənc nəslin, eləcə də dünya ictimaiyyətinin lazımi səviyyədə məlu-

matı yoxdur. Ziyalılarımız, alimlərimiz uzaq və yaxın keçmişimizdə 

baş verən hadisələri yazmaq, təfsilatı ilə  gələcək nəslə çatdırmaq 

üçün öz vətəndaşlıq borcunu yerinə yetirməlidirlər. Bu mənada 

ermənilərin  əsrlərdən bəri bəşəriyyət  əleyhinə törətdikləri cinayət-

ləri, xüsusilə azərbaycanlılara qarşı apardıqları soyqırım siyasətini 

araşdırıb beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq mühüm 

vəzifələrdəndir. 

Hər il 31 mart ölkəmizdə dövlət səviyyəsində  azərbaycanlıla-

rın soyqırımı günü kimi anılır. Bu təqvim son yüz ildə Azərbaycan 

tarixində  baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı  qanlı 

izlərini özündə  əks etdirir. Azərbaycanlıların kütləvi  şəkildə  qırıl-

masını, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixi-

nin ən qanlı səhifələrindən  biri hesab etmək olar. 1918-ci il martın 

31-də Bakı kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi 

qırğınlar, qətliamlar törətməklə  bəşər tarixində misli  görünməmiş 

vəhşiliklər törətmişlər.  

Bu soyqırımı  əsl hüquqi-siyasi qiymətini Azərbaycan dövlət 

müstəqilliyinə qovuşduqdan sonra almışdır. Mart hadisələrinin  80-ci 


 

 

4



ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər 

Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində verilən fərman erməni 

təcavüzkarlarının terror hərəkətlərinə verilən dolğun və  hərtərəfli 

hüquqi-siyasi qiymət olmuşdur. Bu fərman Azərbaycanın indiki və 

gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından, bir 

növ, proqram sənədidir.  Əsrlər boyu azərbaycanlılara qarşı 

aparılmış soyqırımı  və deportasiya siyasətini geniş  təhlil edən bu 

tarixi sənəddə martın 31-nin azərbaycanlıların Soyqırımı Günü kimi 

qeyd olunması  təsbitlənmişdir. Fərmanda deyilirdi: «Azərbaycan 

Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi 

keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı  əldə edilmişdir. 

Uzun illər  gizli saxlanılan, üzərinə qadağa qoyulmuş  həqiqətlər 

açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. 

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri 

öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış 

səhifələrindən biridir». 

Ötən illər  ərzində Azərbaycan dövləti bu tarixi gerçəklikləri, 

xalqın iki əsr boyu məruz qaldığı soyqırımı və etnik təmizləmənin 

dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində 

xeyli iş görmüşdür. Fərmanda ermənilərin Azərbaycana qarşı  

təcavüzünün tarixi köklərinə də toxunulmuş, mərhələlərlə törədilmiş 

soyqırımı  və terror siyasəti dolğun  əksini tapmışdır. Tarix boyu 

azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən rus-

erməni işbirliyinin nəticəsi olmuşdur.  Rusiya imperiyası  bu yolla 

Cənubi Qafqazda  möhkəmlənmək, ermənilər isə Rusiyanın hava-

darlığına arxalanaraq, tarixi Azərbaycan  torpaqlarını ələ keçirmək, 

bu torpaqlarda erməni dövləti qurmaq məqsədi güdmüşlər. 

XIX əsrin ikinci yarısından ermənilərin azərbaycanlılara qarşı  

soyqırımı  təşkilatlanmış  və planlı siyasət kimi aparılmışdır. Azər-

baycan, Türkiyə  və Gürcüstan ərazisində «Böyük Ermənistan» 

dövləti qurmağa niyyətlənən ermənilər «Daşnakstyun» (1880, Tif-

lis), «Erməni vətənpərvərləri ittifaqı» (1885, Nyu-York), «Qncaq» 

(1887, Cenevrə) kimi siyasi-terror təşkilatlarını  bu istiqamətə 

yönəltmişdirlər. Sözügedən təşkilatların fəaliyyət proqramında 



 

 

5



azərbaycanlılara qarşı ardıcıl terror və  qırğın aksiyaları  həyata 

keçirmək məramı  əsas yer tuturdu. 1905–1907-ci illərin Rusiya 

inqilabı bu təşkilatların fəaliyyəti üçün «geniş imkanlar» açdı. 

Qarışıqlıqdan istifadə edən ermənilər Bakı,  Şuşa, Zəngəzur 

qəzalarında, Qarabağda kütləvi qırğınlar törətmiş, 75 azərbaycanlı 

kəndini talan etmişlər. 

1905–1907-ci il inqilabından sonra azərbaycanlıların deporta-

siyası  və soyqırımı prosesi davam etdirilmişdir. Bunu Rusiya 

imperiyasının o vaxtkı  statistik məlumatları da təsdiqləyir.  1916-cı 

ildə  nəşr olunan məlumatlara  əsasən,  İrəvan quberniyasının  əhalisi 

1830–1914-cü illər  ərzində 40 dəfə artaraq 570 min nəfər təşkil 

etmişdir. Lakin bunun müqabilində bölgənin azərbaycanlı əhalisinin 

sayı cəmisi 4,6 dəfə artmışdır. Hətta bu qədər sıxışdırılma və depor-

tasiya müqabilində yenə 1916-cı ildə İrəvan əhalisinin təxminən 45 

faizi, yəni 247 min nəfəri azərbaycanlılardan ibarət olmuşdur. 

1914-cü ildə başlanan Birinci dünya müharibəsi və onun 

gedişində Rusiyada baş verən inqilablar (1917-ci il) ermənilərin  

«Böyük Ermənistan» iddiası üçün əlverişli şərait yaratmışdır.  1915-

ci ilin əvvəlində Türkiyənin şimal-şərq bölgələrinin  erməni əhalisi 

Osmanlı dövlətinə qarşı müharibəyə  və türklərə qarşı kütləvi 

qırğınlara başlamışdı. Bunun cavabında Osmanlı dövləti erməni 

əhalisinin o ərazilərdən kütləvi şəkildə köçürülməsi barədə əmr ver-

mişdi.  Türkiyə  ərazisindən erməni hərbi dəstələri ilə birlikdə  

İrəvan quberniyasına, Qarabağa və Zəngəzura çoxlu sayda  erməni 

əhalisi də köçüb gəlmişdi. (Bu barədə  rəsmi sənədlərə  əsaslanan 

dəqiq məlumatlar növbəti monoqrafiyada ətraflı  şəkildə  şərh 

olunacaq – S.M.) Rusiya ordusuna arxalanan ermənilər  əvvəlcə 

Naxçıvanda və  İrəvanda, ardınca isə Qarabağda, Azərbaycanın 

digər bölgələrində azərbaycanlılara  divan tutmuşlar. 

1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin 

Zaqafqaziya Komissarlığı  arasında  bağlanmış Ərzincan  barışığına 

uyğun olaraq Qafqaz  cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən 

erməni hərbi birləşmələri başıpozuqluq  şəraitindən istifadə edərək 

yerli müsəlman əhalisinə zülm etmişlər.  Nəticədə  hələ 1918-ci ilin 



 

 

6



martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi tama-

milə dağıdılmış və yandırılmışdı. Bu ərazidə yaşayan 135 min Azər-

baycan türkünün bir qismi ermənilər tərəfindən qətlə yetirilmiş, 

qalanları isə Osmanlı  ordusunun nəzarət  etdiyi ərazilərə qaçmağa 

məcbur olmuşlar.  

Bu qırğınlara 1917-ci il dekabrın 16-da RSFSR Xalq Komis-

sarları Soveti tərəfindən Qafqaz ilşəri üzrə fövqəladə komissar təyin 

edilmiş Stepan Şaumyan başçılıq edirdi. Belə bir vəziyyət S.Şaum-

yana cənubi Qafqazda sovetləşmə siyasətini həyata keçirmək üçün 

real imkanlar verirdi. Böyük qırğınlara başlamağa yalnız bəhanə 

lazım idi: nəhayət, müsəlman  əsgərlərin Lənkəranda olan könül-

lülərə  silah göndərmək istəməsi  Şaumyana bu bəhanəni verdi. O, 

Lənkərana silah göndərilməsinin qarşısını almaq əmrini verdi.  Baş-

lanan atışmalarda ölən və yaralananlar oldu.  Şaumyan bu hadisəni 

bəhanə edərək ruslarla erməniləri azərbaycanlılara qarşı misli 

görünməmiş  qırğınlar törətməyə sövq etdi.  

Martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri şəhəri 

gəmilərdən yaylım atəşinə tutdular. Bunun arxasınca silahlı daşnak-

lar azərbaycanlıların  evlərinə soxularaq amansız qətllər törətdilər. 

Martın 31-i və aprelin 1-də  qırğınlar xüsusilə kütləvi xarakter aldı.  

Üç gün ərzində Bakıda 30 min insan qətlə yetirildi. Şaumyanın 

erməni-bolşevik dəstələri Bakı  əhalisinin 400 milyon manatlıq 

əmlakını talan etmiş,  müsəlmanların bir çox ziyarətgahlarını  

dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa 

tutmuş, Bakının  ən möhtəşəm memarlıq incilərindən sayılan 

«İsmailiyyə»nin binasına od vurmuşdular. Martın 30-dan aprelin 2-

dək sürən  qırğınlarda  Şamaxı  qəzasının 53 müsəlman kəndində 

ermənilər tərəfindən 8027 azərbaycanlı (onlardan 2560-ı qadın, 

1277-si uşaq idi) qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd dar-

madağın edilmiş, 16 mindən çox insan həyatına son qoyulmuşdu. 

Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermə-

nilər Dağlıq Qarabağda 150 azərbaycanlı  kəndini tamamilə    dağıt-

mış, Şuşada  görünməmiş qırğınlar törətmişdirlər. 1918-ci ilin mart-

aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 100 



 

 

7



min azərbaycanlı  qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqla-

rından qovmuşdular. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı 

xüsusi qəddarlıqla öldürülmüşdü. Quba ərazisində 122,  Qarabağın 

dağlıq hissəsində 150,  Zəngəzurda 115, İrəvan quberniyasında 211, 

Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş, əhali üzərində heç 

nəyə  məhəl qoymadan qətliam həyata keçirilmişdi.  İrəvan azər-

baycanlılarının çoxsaylı  müraciətlərinin birində («Əməkçi» qəzeti 

№ 231, 2 noyabr 1919-cu il) bildirilir: «Biz  erməni təcavüzkar-

larına qarşı mübarizəyə  şüurlu surətdə getdik. Əgər azərbaycanlılar 

üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə 

bilərdi». 

Göründüyü kimi, azərbaycanlılara qarşı  aşkar  soyqırımı 

həyata keçirən ermənilər Bakı da daxil olmaqla, bütün Azərbaycanı 

özlərinin  ərazisinə çevirmək niyyətində idilər. Xalqımız uzun illər 

bu gerçək tarixdən  məlumatsız olmuş, saxta ideoloji ehkamlar və  

yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqa-

mətdə köklənmişdir. Dəhşətli genosidin qurbanı    olmuş minlərlə 

soydaşlarımızın uyuduğu qəbiristanlığın üstünü betonlayaraq üzə-

rində Kirovun heykəli ucaldılmış, ətrafda istirahət parkı salmışdılar. 

Bu mənada, ümummilli lider Heydər  Əliyevin 9 il bundan əvvəl 

imzaladığı  fərman 200 illik işğal və soyqırımı siyasətinə qarşı 

çıxarılan tarixi sənəd olmaqla yanaşı, xalqımızın öz milli-mənəvi 

dəyərlərinə, tarixi köklərinə, torpağına və vətənə bağlılığı baxımın-

dan da çox əhəmiyyətlidir. Tarixi şərait səbəbindən ötən iki əsr 

ərzində baş vermiş hadisələrə, xalqın  faciələrinə obyektiv  qiymət 

vermək mümkün olmamışdır. Bunun nəticəsində ermənilər ötən 

illər ərzində  özlərinin saxta iddialarını ictimailəşdirməyə, «erməni 

soyqırımı»  adlı avantüranı geosiyasi amilə çevirməyə cidd-cəhdlə 

çalışmışlar. Lakin tarixi faktlar onu göstərir ki, öz havadarlarına 

arxalanan ermənilər bu faktları dünya ictimaiyyətindən gizlətsələr 

də, tarix bu faktları çağdaş zəmanəmizə qədər qoruyub saxlamışdır. 

Bu mənada azərbaycanlılara qarşı törədilən soyqırım hadisələrindən 

bəzi məqamları oxucuların diqqətinə çatdırmağı zəruri hesab edirik. 


 

 

8



Odur ki arxiv sənədlərinə  əsaslanan bəzi mənbələrə istinadən bir 

neçə faktik hadisələrə nəzər yetirək.  

Müvafiq məxəzlərlə tanışlıq zamanı ermənilərin 

azərbaycanlılara qarşı törətdikləri qırğınlar barədə məlumatları oxu-

duqca, insanlıq  əleyhinə yönəlmiş vəhşi xislətli həmin əməl sahib-

lərinə qarşı    nifrət birə-min artır. Məsələn, Naxçıvanın  Əmovu 

kəndində törədilən dəhşətli faciələr bu mənfur kütlə  tərəfindən 

xüsusi qəddarlıqla həyata keçirilmiş soyqırım siyasəti idi. Andra-

nikin quldur dəstəsi Azərbaycanın müxtəlif bölgələrində soydaşla-

rımıza qarşı edilən vəhşilikləri Naxçıvanda da törətmişdir.  Əmovu 

kəndinin başına açılan  müsibətlərin  yalnız müəyyən qismini qələ-

mə alan G.Məmmədova yazır: «Daşnaklar kəndin altında nəhəng 

tonqal qaladılar. Qadınları, kişiləri sürüyüb tonqalın ətrafına gətirir-

dilər. Dəstələrə bölünmüş daşnaklar kəndin  ətrafında, dağlara üz 

tutan qadınları haqlayır, saçlarından tutaraq sürüyə-sürüyə tonqala 

gətirir,  gücləri çatmayanları elə oradaca baltalayır, doğrayırdılar...». 

Ürək ağrısıyla qeydə alınan digər bir məqamda isə deyilir: «Saqqallı 

əsgər yapoya (erməni cəlladına verilmiş  təxəllüsdür–H.H.) sözünü 

qurtarmağa aman vermədi. İti baltanı gəlinin sinəsindən  aşağı çəkdi 

və körpə isti ana bətnindən yumrulanıb yerə düşdü. Saqqallı süngü 

ilə uşağa diqqətlə baxdı, ucadan hırıldadı: 

– Mən düz tapmışam. Yapo, bu, əsgər olacaqdı, oğlan 

uşağıdır. 

Saqqallı əti çimçəşmədən yumurunu süngünün ucu ilə götürüb 

tonqala atdı...» 

 Yuxarıda göstərilən və bundan da dəhşətli hadisələr  

minlərlədir. Sual yarana bilər ki, erməniləri türklərin soyqırımına 

təhrik edən düşüncə  tərzi yaxın illərdənmi formalaşıb? Birmənalı 

şəkildə demək lazımdır ki, əlbəttə, yox! Ermənilərin soyqırım 

siyasəti  əsrlərdən bəri formalaşmış, onun ideya daşıyıcıları isə  

ardıcıl şəkildə  təbliğatlarını aparmış və onlar üçün əlverişli məqam  

yetişdikdə  həmin andaca soyqırım hadisələri törətmişlər. Bu ide-

yanın daşıyıcılarından və yeri gəldikdə onu real şəkildə  həyata  

keçirənlərdən biri əvvəldə qeyd olunduğu kimi məhz S.Şaumyan 



 

 

9



olmuşdur. Ümumilikdə götürdükdə, məskunlaşma dinamikası  haq-

qında tarixi ədəbiyyatlarda kifayət qədər elmi cəhətdən əsaslandırıl-

mış  məlumatlar olduğundan, bunun geniş  təhlilinə ehtiyac 

duyulmur. Lakin erməni-daşnak ideologiyasının uydurma fikirlərinə 

cavab olaraq,  təkcə onu göstərmək kifayətdir ki, Türkmənçay 

müqaviləsinə qədər bu şəhərlərdə ermənilər son dərəcə az olmuşlar 

və onları barmaqla saymaq olardı.  

Təbii olaraq, türklərin soyqırımını qarşılarına məqsəd kimi 

qoyan bu cür ideoloqların sayıqlamaları  həmin siyasətin həyata 

keçirilməsində çox zaman ermənilərə vasitə olmuşdur. Hesab edi-

rəm ki, rəsmi sənədlərə  əsasən bir məqamı da oxucuların nəzərinə 

çatdırmaq zəruridir. Məsələn,  əlverişli məqamlardan məharətlə 

istifadə edən erməni şovinistlərinin 1918-ci ilin mart qırğınlarından 

bəhs edən mənbələrin birində (H.Baykara, «Azərbaycan istiqlal 

mübarizəsi tarixi») yazılır: «Türklərin mağazaları talan edildi, evlər 

yandırıldı. Bu barədə  mənim üçün yazmaq olduqca  ağırdır. Türk 

qadınları saç-saça bağlanaraq çılpaq gəzdirildikdən sonra müxtəlif 

şəkildə təcavüzlər, öldürmələr və daha başqa cinayətlər... törədildi. 

Təcavüzlər bununla bitmədi. Erməni, rus könüllü dəstələri Şamaxı, 

Salyan, Kürdəmir, Quba və  Lənkərana da hücum etdilər, bu yer-

lərdə  də Bakıda olduğu kimi, qırğınlar, talanlar və tarixdə görün-

məyən cinayətlər törədildi». Bax həmin soyqırımın təşkilatçıları və 

onu real şəkildə  həyata keçirənlər hadisələr başlamazdan  əvvəl, 

martın 15-də tapşırıq almışdılar. Çünki 1918-ci il martın 15-də 

etdiyi çıxışında S.Şaumyan, guya, ölkədəki vəziyyətdən 

narahatlığını bildirərək demişdi: «Bakı Soveti vətəndaş 

müharibəsinin Zaqafqaziyada  başlıca  dayağı  və  mərkəzi 

olmalıdır». Çıxışdakı motivlər onu göstərirdi ki, artıq 

azərbaycanlıların soyqırımına başlamağın vaxtı çatıb. Buna 

ermənilər tam hazırlıq da görmüşdülər. Planlı  şəkildə yerinə 

yetirilən proses Bakıdan  əvvəl  Şamaxıda keçirilmişdir. Tarixi 

qaynaqlara və arxiv sənədlərinə  əsasən demək olar ki, Novruz 

bayramı  ərəfəsində  Şamaxı  əhalisinə  dəhşətli divan tutulmuşdur. 

1918-ci ilin ilk aylarından başlayaraq hazırlanan soyqırım planını 



 

 

10



yerinə yetirməyi S.Lalayana tapşırmışdılar. Erməni daşnaklarının 

yekdil fikri bu idi ki, Şamaxının müsəlman əhalisi tamamilə  məhv 

edilməlidir.  Şamaxı  şəhərində bu qanlı aksiyanı yerinə yetirən 

Lalayanın terrorçu quldur dəstəsi eyni vəziyyəti kəndlərdə  də 

davam etdirdi və şəhərin 58 kəndi  xarabazara çevrildi. Hadisələrlə 

bağlı 21 oktyabr 1918-ci il tarixli «Azərbaycan» qəzetində ürək 

ağrısıyla yazılırdı: «... Biz, Şamaxı  əksinqilabçılarının  başına nə 

gəldiyini bilmirik, amma onu bilirik ki, başda sosialist «Əmirov və 

Lalayev» olmaqla qırmızı sosialist dəstəsi Şamaxıdakı bütün müsəl-

man  əhalisini kəsib doğramış, kəndləri dağıtmışdılar. Lalayevin 

Şamaxı  müsəlmanlarına qarşı törətdiyi vəhşiliklər bu müddət ərzin-

də gördüklərimiz bütün dəhşətləri kölgədə qoydu». 

Gətirdiyimiz iqtibasdan görünür ki, Şamaxıya göndərilən 

erməni silahlı  dəstələri, guya, əksinqilabçıları  cəzalandırmağa gəl-

mişdilər. Lakin onlar, əslində, bu ad altında bütün müsəlman  əha-

lisinə divan tutmuşdular. Ermənilərin belə bir siyasət yeridərək 

soyqırım niyyətlərini reallaşdırdıqları barədə sonralar N.Nərimanov 

yazırdı: «Müsəlman bolşevik olsaydı belə, ona aman vermirdilər. 

Daşnaklar deyirdilər: «Biz heç bir bolşevik tanımırıq, təkcə elə 

müsəlman olmağın  kifayətdir.». Onlar kefləri istəyən adamı öldü-

rür, evləri dağıdır, xaraba qoyurdular... Bolşevizm bayrağı altında  

daşnaklar müsəlmanlara qarşı  hər cür vəhşiliyə yol verirdilər. 

Nəinki kişilərə, hətta hamilə qadınlara belə rəhm etmirdilər». 

Statistik rəqəmlər də  Şamaxı  qırğınlarının hansı  qəddarlıqla 

törədildiyini  əks etdirir. Şamaxı  kəndlərində azərbaycanlılara qarşı 

törədilən qırğınların göstəricilərinə bir daha diqqətimizi yönəldək. 

Cəyirlidə 75, Ərəbqədim kəndində 378, Cəmcəmlidə 26, Qara-

vəllidə 120, Kürdəmirdə 25, Ovçuluda 27, Bağırlıda 370, Təklədə 

922, Dilmanda 585, Sulutda 44, Nuranda 117, Sündüdə 250, 

Ağsuda 200, Bəklədə 316 nəfər və s. adını çəkmədiyimiz Şamaxı-

nın digər kəndlərində minlərlə günahsız insan vəhşicəsinə  qətlə 

yetirilmişdir. 

Tarixi sənədlərin araşdırılması göstərir ki, S.Lalayan Şama-

xıda törətdiyi qırğınlarla kifayətlənməmiş,  ətraf  ərazilərdə, o 



 

 

11



cümlədən Göyçay və Kürdəmir rayonlarında da soyqırım əməllərini 

davam  etdirmişdir. Kürdəmirdə aparılan istintaq sənədlərində gös-

tərilir ki,  Kürdəmiri yandıran və  əhalinin  əmlakını talan edib 

dağıdan ermənilər  Şamaxı qəzası tərəfindən  gəlmişlər. Ermənilər 

«Daşnakstyun» partiyasının  rəhbərliyi altında  bolşevizm bayrağı 

adı ilə milli siyasətlərini həyata keçirirdilər. Erməniləri Kürdəmirə  

Stepan Lalayan gətirmişdi. O, müsəlmanlara qarşı  törətdiyi 

yanğınların, qətllərin və talanların təşəbbüskarı və təşkilatçısıdır. 

Kürdəmirdə yaşayan Mövsüm bəy Sadıqbəyov istintaq zamanı 

ermənilərin vəhşilikləri barədə belə ifadə vermişdir: «Mən bir neçə 

ildir ki, Kürdəmirdə yaşayıram. Əslən Şamaxıdanam, Şamaxı hadi-

sələrindən üç həftə əvvəl mən bura köçmüşdüm. Hələ Kürdəmirdə 

yaşadığım  vaxt eşitmişdim ki, ermənilər Bakıdan çoxlu silah  

daşıyıb gətirmişlər. Müsəlmanlar öz etirazlarını bildirdikdə ermə-

nilər deyirdilər ki, biz özümüzü qorumaq məqsədilə silah toplayı-

rıq... 1918-ci il martın 15-də Meysəri kəndində ermənilərlə müsəl-

manlar arasında ilk toqquşma baş verdi. Ertəsi gün ermənilər və 

müsəlmanlar arasında sülh müqaviləsi bağlandı. Əhalidə belə arxa-

yınçılıq yarandı ki, artıq təhlükə sovuşmuşdur. Lakin  martın 18-də 

Mədrəsə kəndindən Şamaxıya  top atəşi açıldı. Tezliklə malakanlar 

da müsəlmanlara qarşı çıxış etdilər... Şəhər bütünlüklə dağıdılmışdı. 

Bütün bu qırğınların  başlıca təşkilatçısı  və  təşəbbüskarı Stepan 

Lalayan, Mixail Arzumanov, Qaraoğlanov olmuşlar». 

Son illərdə respublikamız bu sahədə fəaliyyətini gücləndirmiş

rəsmi sənədlərə əsasən ermənilərə qarşı ədalətli  effektiv  fəaliyyətə 

başlanmışdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli  

fərmanı bu işlərin vahid və sistemli surətdə aparılmasına imkan 

yaratmşdır. Bu sərəncam uzun illər gizli saxlanılan, üzərinə qada-

ğalar qoyulan həqiqətləri açmış, xalqımızın qan yaddaşını təzələmişdir. 

Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə  qal-

dırılması, erməni vandalizminin ifşası istiqamətindəki  əzmkar və 

qətiyyətli fəaliyyət bu gün Heydər  Əliyev siyasi kursunun layiqli 

davamçısı olan Azərbaycan Prezidenti İlham  Əliyev tərəfindən də 

qətiyyətlə davam etdirilir. Dövlət başçısının soyqırımı ilə bağlı 



 

 

12



xalqa miraciətində  vurğuladığı kimi: «Biz yalnız tarixi ədalətin və 

həqiqətin bərpa edilməsini, işğal və soyqırımı siyasətini 

yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını 

istəyirik.  Əminəm ki, Xalqımızın vətənpərvərliyi, milli birliyi və 

məqsədyönlü  fəaliyyəti ermənilərin azərbaycanlılara qarşı 

törətdikləri soyqırımların dünya ictimaiyyətinə çatdırılması 

prosesində önəmli rol oynayacaqdır”. 

Tövsiyə olunmuş müraciətin nəticəsidir ki, Heydər  Əliyev 

Fondu soyqırım ilə bağlı 100-dək materialın xaricdə sərgisini təşkil 

etmişdir. Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və 

işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı 

ingilis dilində  nəşr olunmuş kitab və bukletlər xaricdə yayım-

lanmışdır. 

Eyni zamanda, 2009-cu ilin fevralında  İslam Konfransı 

Təşkilatının Gənclər Fondunun mədəniyyətlərarası dialoq üzrə baş 

əlaqələndiricisi Leyla xanım  Əliyevanın təşəbbüsü ilə  fəaliyyətə 

başlamış “Xocalıya  ədalət” kampaniyası ötən bir il ərzində  uğurla 

davam etmiş, bu aksiyaya dünyanın  əksər ölkələrində könüllülər 

qoşulmuşdur.          

Göründüyü kimi, ermənilər tərəfindən azərbaycanlılara qarşı  

törədilən soyqırım  düşünülmüş plan əsasında mərhələlərlə  həyata 

keçirilmiş, xalqların dinc-yanaşı yaşamaq prinsipinə  daim sadiq 

qalan soydaşlarımız isə bu cür faciələrin heç vaxt baş  

verməyəcəyinə inanaraq bəşər tarixində görünməyən  fəlakətlərə 

düçar olmuşlar. Bu gün dünya ictimaiyyətinin hər bir üzvü, xüsusilə 

hər bir Azərbaycan vətəndaşı xalqımızın başına gətirilən bu 

faciələrdən xəbərdar olmalı  və tarixdən ibrət dərsi götürməyi 

bacarmalıdır. Bəşəriyyət əleyhinə cinayətlərdən sayılan ermənilərin 

azərbaycanlılara qarşı törətdikləri soyqırım hadisələrinə veriləcək 

qiymət isə bu problemi tarixi faktlara əsasən dünya ictimaiyyətinə 

çatdırmağımızdan, onun doğru-düzgün təbliğindən asılıdır. 

  

 



   

 

 

13



 

 

 



 

 

 



 

 

 



 

 

14



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

15



 

 

 



 

 

 



 

 


 

 

16



 

 

 



SADİR MƏMMƏDOV 

 

 

 

ERMƏNİLƏR TƏRƏFİNDƏN AZƏRBAYCANLILARA 

QARŞI  TÖRƏDİLMİŞ  SOYQIRIM 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

×àïà èìçàëàíûá: 16.06.10 



Ôîðìàò: 60õ84 1/16, Ñèôàðèø 022. Òèðàæ 100. 

 

 



Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéè 

Áàêû Ñëàâéàí Óíèâåðñèòåòè 

«Êèòàá àëÿìè» Íÿøðèééàò-Ïîëèãðàôèéà Ìÿðêÿçè 

Öíâàí: Áàêû, Ñ.Ðöñòÿì 25. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə