Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
kollegiyasının 20 fevral 2014-cü il tarixli
05 saylı qərarı ilə təsdiq edilmişdir
TƏHLÜKƏSİZ ABORTLAR ÜZRƏ
KLİNİK PROTOKOL
Bakı - 2014
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
57.1
T 38
T 38 Təhlükəsiz abortlar üzrə klinik protokol, 2014. – 40 səh.
2
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
3
Redaktor:
C.Məmmədov Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar
Mərkəzinin direktoru, t.f.d.
Tərtibçilər:
F.Əliyeva Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu,
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun
direktoru, dosent, t.f.d., RS/AP üzrə Milli
Koordinator, tərtibçilər qrupunun rəhbəri
L.Məmmədova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun
elmi katibi
G.Rzayeva Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun
Ambulator-diaqnostika şöbəsinin müdiri
O.Akçurina Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun
Ambulator-diaqnostika şöbəsinin mama-ginekoloqu
S.Sevdiməliyeva Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun
Ekstrakorporal mayalanma şöbəsinin müdiri
Ş.İsmayılova Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar
Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin
müdiri
Rəyçilər:
E.Əliyeva Azərbaycan Tibb Universitetinin I Mamalıq və
ginekologiya kafedrasının müdiri, professor, t.e.d.
H.Bağırova Azərbaycan Tibb Universitetinin II Mamalıq və
ginekologiya kafedrasının müdiri, professor, t.e.d.
L.Rzaquliyeva Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə
İnstitutunun Mamalıq və
ginekologiya kafedrasının müdiri, dosent, t.e.d.
Bu klinik protokol beynəlxalq ekspertlər - Gynuiti layihəsinin baş
məsləhətçisi Tamara Sereteli və Gynuiti layihəsinin baş elmi işçisi
Erika Çonqun iştirakı ilə işlənib hazırlanmışdır.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
4
Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri
Sübutların
etibarlılıq
dərəcəsi
Sübutların mənbələri
(elmi tədqiqatların tipləri)
Ia
Sübutlar meta-analiz, sistematik icmal və ya
randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT)
alınmışdır
Ib
Sübutlar ən azı bir RKT-dən alınmışdır
IIa
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət
edilən, randomizasiya olunmamış
tədqiqatdan
alınmışdır
IIb
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-
eksperimental tədqiqatdan alınmışdır
III
Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli,
korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi)
alınmışdır
IV
Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə
əsaslanmışdır
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
5
Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası
Tövsiyələrin
etibarlılıq
səviyyəsi
Tövsiyələrin əsaslandığı sübutların
etibarlılıq dərəcəsi
A
RKT-lərin yüksək keyfiyyətli meta-analizi,
sistematik icmalı və ya nəticələri uyğun
populyasiyaya şamil edilə bilən, sistematik səhv
ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT.
Sübutların etibarlılıq dərəcəsi Ia.
B
Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların
yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud
Sistematik səhv riski çox aşağı olan (++) yüksək
keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli
tədqiqat, yaxud
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) RKT.
Sübutların etibarlılıq dərəcəsi Ib və IIa.
C
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) kohort və
ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən,
randomizasiya olunmamış tədqiqat, yaxud
Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə
bilməyən, sistematik səhv riski çox aşağı olan və ya
yüksək olmayan (++ və ya +) RKT.
Sübutların etibarlılıq dərəcəsi IIb.
D
Klinik hallar seriyasının təsviri, yaxud
Nəzarət edilməyən tədqiqat, yaxud
Ekspertlərin rəyi.
Yüksək səviyyəli sübutların mövcud olmamasının
göstəricisidir.
Sübutların etibarlılıq dərəcəsi III və IV.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
6
İxtisarların siyahısı
AT arterial
təzyiq
BKİ
bədən kütləsi indeksi
β-XQ
β xorionik qonadotropin
CYYİ
cinsi yolla yoluxan infeksiyalar
HBV
hepatit B virusu
HCV
hepatit C virusu
XBT-10 Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış
İİV insanın immunçatışmazlığı virusu
KÇOİX kiçik
çanaq
orqanlarının iltihabi xəstəlikləri
KOK kombinə olunmuş oral kontraseptivlər
MA
medikamentoz abort
Rh rezus
faktor
RV Vasserman
reaksiyası
UDV
uşaqlıq daxili vasitə
USM
ultrasəs müayinəsi
ÜST Ümumdünya
Səhiyyə Təşkilatı
VA vakuum-aspirasiya
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
7
Protokol mama-ginekoloqlar və mamalar üçün nəzərdə tutulub.
Pasiyent qrupu: hamilə qadınlar.
Protokol sübutlu təbabətə əsaslanan müasir metodik tövsiyələrin
verilməsi ilə təhlükəsiz abort prinsiplərini tətbiq etmək məqsədini
daşıyır.
ÜMUMİ MÜDDƏALAR
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə abort – hamiləliyin
22-ci həftəsinə qədər və ya dölün çəkisi 500 qrama qədər olduğu
müddətdə hamiləliyin pozulmasıdır (özbaşına qovulma və ya
embrionun/dölün xaric edilməsi).
İxtisaslı tibb işçisi tərəfindən adekvat avadanlıqdan, sanitar-
gigiyenik standartlara riayət etməklə, düzgün metodikadan istifadə
etməklə icra olunan abort təhlükəsiz abort hesab olunur.
Demoqrafiya və Sağlamlıq Sorğusunun (2011) göstəricilərinə
əsasən Azərbaycanda qadınların 9,9% sorğudan əvvəlki üç il ərzində
ən azı bir dəfə abort ediblər. Bu qadınların 65,9% bir abort, 31,1%
iki-üç abort və 2,9% dörd və daha çox abort ediblər. 30-34 yaş arası
olan qadınlara düşən abortların orta sayı 2,4, 35-39 yaş arası olan
qadınlara düşən abortların orta sayı 2,8, 40-49 yaş arası olan
qadınlara düşən abortların orta sayı 2,9-dur. Dövlət Statistika
Komitəsinin məlumatına
görə illər üzrə abortların sayında artım qeyd
olunur ( Cədvəl 1).
Cədvəl 1. İllər üzrə abortların sayı
İllər Abortların sayı
2009 24562
2010 26801
2011 27790
2012 31000
Son 9 il ərzində abortların sayı 11 min artıb. Bu əməliyyat üçün
daha çox 25-29 yaşlar arasında qadınlar müraciət edirlər.
Hamiləliyin 9-cu həftəsinə qədər süni pozulması qadının istəyinə
görə, həmçinin tibbi və sosial göstərişlərə görə ambulator şəraitdə
icra olunur. Hamiləliyin 9-12-ci həftəsində qadının istəyinə görə,
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
8
həmçinin tibbi və sosial göstərişlərə görə stasionarda icra olunur.
Hamiləliyin 12-ci həftəsindən sonra abortun icra edilməsi haqda
qərarı konsilium verir.
Hamiləliyin süni pozulması metodunun seçimi (cərrahi və ya
medikamentoz) qadının arzusundan, metodun hamiləliyin müddəti
üçün uyğunluğundan, müvafiq avadanlığın və xüsusi hazırlıq keçmiş
personalın olmasından asılıdır.
Qadın hamiləliyini pozmaq məqsədilə müraciət etdiyi halda
onun:
hamiləliyi və hamiləliyin müddəti aşağıdakı metodlardan biri və
ya bir neçəsi ilə müəyyən olunur:
axırıncı aybaşının birinci gününə əsasən (C)
ultrasəs müayinəsi (USM) ilə (B)
β xorionik qonadotropinin (β-XQ) səviyyəsinin təyini ilə
sidik testi vasitəsi ilə (C)
ginekoloji müayinəyə əsasən
abortdan sonra mümkün fəsadların meydana çıxması üzrə risk
faktorlarının müəyyən edilməsi məqsədilə ümumi və somatik
status qiymətləndirilir
məsləhətvermə xidməti göstərilir
XBT-10 ÜZRƏ TƏSNİFAT
O03 Spontan
abort
[dördüncü işarələr verilən yuxarıdakı yarımrubrikaya bax]
Daxil edilib: düşük
O04 Tibbi
abort
[dördüncü işarələr verilən yuxarıdakı yarımrubrikaya bax]
Daxil edilib: hamiləliyin pozulması:
leqal
tibbi göstərişlə
Terapevtik abort
O05 Abortun
digər növləri
[dördüncü işarələr verilən yuxarıdakı yarımrubrikaya bax]
O06 Dəqiqləşdirilməmiş abort
[dördüncü işarələr verilən yuxarıdakı yarımrubrikaya bax]
Daxil edilib: ƏGO induksiya olunmuş abort
O07 Abort
cəhdinin uğursuzluğu
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
9
O07.0 Çanaq orqanlarının və cinsiyyət yollarının infeksiyası ilə
ağırlaşan uğursuz tibbi abort
O08.0 yarımrubrikasında təsnif olunan hallarla
O07.1 Uzunmüddətli və ya güclü qanaxma ilə ağırlaşan uğursuz
tibbi abort
O08.1 yarımrubrikasında təsnif olunan hallarla
O07.2 Emboliya ilə ağırlaşan uğursuz tibbi abort
O08.2 yarımrubrikasında təsnif olunan hallarla
O07.3 Digər və dəqiqləşdirilməmiş ağırlaşmalarla gedən
uğursuz tibbi abort
O08.3–O08.9 yarımrubrikalarında təsnif olunan hallarla
O07.4 Ağırlaşmasız uğursuz tibbi abort
ƏGO uğursuz tibbi abort
O07.5 Çanaq orqanlarının və cinsiyyət yollarının infeksiyası ilə
ağırlaşan digər və dəqiqləşdirilməmiş uğursuz abort
cəhdləri
O08.0 yarımrubrikalarında təsnif olunan hallarla
O07.6 Uzunmüddətli və ya güclü qanaxma ilə ağırlaşan digər və
dəqiqləşdirilməmiş uğursuz abort cəhdləri
O08.1 yarımrubrikalarında təsnif olunan hallarla
O07.7 Emboliya ilə ağırlaşan digər və dəqiqləşdirilməmiş
uğursuz abort cəhdləri
O08.2 yarımrubrikasında təsnif olunan hallarla
O07.8 Digər və dəqiqləşdirilməmiş ağırlaşmalarla gedən digər və
dəqiqləşdirilməmiş uğursuz abort cəhdləri
O08.3–O08.9 yarımrubrikalarında təsnif olunan hallarla
O07.9 Ağırlaşmasız digər və dəqiqləşdirilməmiş uğursuz abort
cəhdləri
ƏGO uğursuz abort cəhdi
KLİNİK TƏSNİFAT
Təhlükəsiz abortların iki növü mövcuddur:
Medikamentoz – hamiləliyin süni pozulması məqsədilə
farmakoloji vasitələrin istifadəsi (ÜST-2003)
Cərrahi – hamiləliyin süni pozulması məqsədilə transservikal
prosedurların tətbiqi (elektrik və əl ilə vakuum-aspirasiya)
Hamiləliyin müddətindən asılı olaraq erkən və gec abortlar ayırd
edilir (Əlavə 1):
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
10
hamiləliyin 12-ci həftəsinə qədər (I trimestrdə) aparıldıqda –
erkən abortlar
hamiləliyin 12-22 həftələri arasında (II trimestrdə) aparıldıqda –
gec abortlar
Abortun edilməsi üçün göstərişlər
Tibbi:
Ana tərəfindən:
ürəyin revmatik xəstəliyi və anadangəlmə ağır ürək qüsurları və
ürək çatışmazlığı
leykemiya
onkoloji bədxassəli xəstəliklər (xüsusilə kiçik çanaq nahiyəsində
kimyəvi terapiya kursuna ehtiyac olanda)
vərəmin aktiv forması
sifilis
İİV
ağır psixi xəstəliklər, şizofreniya
sinir sistemi xəstəlikləri (epilepsiya, katalepsiya və narkolepsiya)
hamiləliyin 16-cı həftəsinə qədər baş verən məxmərək (B)
endokrin sistemin ağır xəstəlikləri (diabet, prolaktinoma,
hiperparatrieoz və bir sıra başqa xəstəliklər)
həyati vacib orqanların ağır xəstəlikləri (qaraciyər, böyrək)
həyati vacib orqanın cərrahi yolla götürülməsindən sonrakı
vəziyyətlər (ağciyər və ya onun payları, böyrək və s.)
gözlərin ağır xəstəlikləri
orqanizmin fizioloji yetişməzliyi (16 yaş və daha erkən) və repro-
duktiv sistemin funksiyalarının enməsi zaman (45 yaş və daha çox)
Hamiləliyin erkən dövrlərində keçirilmiş kəskin infeksion
xəstəliklər hallarında onun pozulması haqda qərarı həkimlər
komissiyası fərdi qaydada qəbul edir.
Hazırkı siyahıda göstərilməyən, lakin hamiləliyin davam
etdirilməsində və doğuşda qadının sağlamlığına və həyatına ciddi
təhlükə yaradan xəstəliklər olduqda, hamiləliyin pozulması məsələsi
fərdi məsləhətlə qərarlaşdırılır.
bax: “Hamiləlik və infeksiyalar üzrə klinik protokol”. Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi, Bakı, 2012. - 72 səh.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
11
Döl tərəfindən:
inkişafdan qalmış hamiləlik
ağır bətndaxili inkişaf qüsurları
xromosom anomaliyaları
Sosial:
ərin 2-ci qrup əlil olması
hamiləlik dövründə ərin ölməsi
valideynlik hüququndan məhrum edilmə və ya məhdudlaşdırılma
barədə məhkəmə qərarının alınması
qadının və ya ərinin azadlıqdan məhrum edilmə yerlərində olması
nikahdan kənar hamiləlik
hamiləlik dövründə nikahın pozulması
hamiləliyin zorlamaya məruz qalma nəticəsində baş verməsi
çoxuşaqlılıq (5 və ya daha artıq uşaq)
ailədə əlil uşağın olması
qadının qaçqın və ya məcburi köçkün statusunda olması
müəyyənləşdirilmiş qərarlar arasında qadının və yaxud onun
ərinin işsiz hesab edilməsi
mənzilin olmaması, yataqxanada, şəxsi evdə, kirayədə yaşama
Qadına abortdan əvvəl məsləhətvermə
Abort üçün müraciət edən hər bir qadına onun razılığı ilə şəxsi
vəziyyətinə və mədəniyyət xüsusiyyətlərinə müvafiq olaraq diqqətlə
və xoşməramlı tərzdə məsləhətvermə aparılmalıdır (C). Könüllü
məsləhətvermə səmimi və məxfi şəraitdə aparılmalıdır (C).
Məlumatların məxfiliyinin təmin edilməsi üçün hamiləliyin
pozulması üzrə xidmət göstərən bütün tibb işçiləri ehtiyat tədbirləri
görməlidirlər (D). Məsləhətvermə zamanı qadına müxtəlif alternativ
variantlar barədə məlumat verilməlidir. Keyfiyyətli məsləhətvermə
özündə məlumatın çatdırılmasını və müzakirə edilməsini birləşdirir (C):
istənilən məlumat hörmətlə, anlaşılan tərzdə verilməli, xüsusi
terminlərdən mümkün qədər az istifadə edilməlidir
qadına aydın tərzdə, korrekt şəkildə işlənmiş, oxumaq üçün özü
ilə apara bilən məlumat materialları təqdim olunmalıdır ( Əlavə 2)
mümkün ağrısızlaşdırma metodları barədə məlumat verilməli, qadına
optimal ağrısızlaşdırma metodunu seçməkdə kömək edilməlidir (D)
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
12
hamiləliyi pozulan bütün qadınlara kontrasepsiya barədə
məlumat verilməlidir (D)
Hamiləliyin süni pozulmasının dövlət və ya özəl tibb
müəssisəsində aparılmasından asılı olmayaraq hamiləliyini pozmaq
qərarı verən hər bir qadın bu haqda məlumatlı razılığını imza-
lamalıdır. Qadın aşağıda göstərilənlər haqda məlumatlandırılmalıdır:
medikamentoz abortdan sonra 5%-dən az hallarda cərrahi
müdaxilə tələb oluna bilməsi (D)
abortun süd vəzisinin xərçəngi riskinin artması ilə əlaqəli
olmaması (А)
induksiya olunmuş abortun nə sonsuzluq, nə də sonrakı
hamiləliklərdə uşaqlıqdankənar hamiləlik (B), cift gəlişi kimi
fəsadların riskini artırmaması (С)
medikamentoz abort məqsədilə dərman preparatlarının qəbulu sxemi
abort gedişində baş verəcəklər (aybaşıyabənzər ağrılar, qanaxma) (С)
ağrı və ağrının intensivliyi müzakirə edilməli və ağrıkəsici
vasitələrin qəbulu təklif olunmalıdır (qeyri-steroid iltihab
əleyhinə preparatlar)
mümkün yanaşı təsirləri və fəsadları barədə (ağrı, qanaxma,
ürəkbulanma, diareya, qusma, natamam abort, inkişaf edən
hamiləlik və s.)
mizoprostol qəbulundan sonra iki saat ərzində hər saatda ikidən
artıq bez istifadəsinə ehtiyac olarsa, tibb müəssisəsinə dərhal
müraciət edilmə
lazımi məsləhətləri almaq üçün əlaqə telefon nömrəsi
10-14 gündən sonra təkrar gəlişin vacibliyi
kontrasepsiyadan, o cümlədən prezervativlərdən istifadənin
vacibliyinə xüsusi diqqət yetirilməlidir
Qadını maraqlandıran sualların verilməsi və onun öz emosiyaları
ilə bölüşməsi üçün kifayət qədər vaxt ayrılmalıdır.
Hamiləliyin 9-cu həftəsinə qədər mifepriston/mizoprostol
preparatları ilə medikamentoz abort sxemi tətbiq olunduqda bəzi
hallarda (2-3%) abort mifepriston qəbulundan sonra (mizoprostol
qəbul olunana qədər) baş verir. Bu halda da sxem üzrə mizoprostol
qəbul olunmalıdır. Digər hallarda (qadınların təxminən 90%-də)
mizoprostol qəbulundan 4-6 saat sonra tam abort baş verir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
Dostları ilə paylaş: |