Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə32/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
1   ...   28   29   30   31   32   33   34   35   ...   45

                                                

Yaxşıdır 

 

Ay ağalar, qulaq asın dərdimə, 



Hər sözün erkəyi, sağı yaxşıdır. 

Həştərxan dönsədə, İrəm bağına, 

Şamaxının toz - torpağı yaxşıdır. 

 

Bir nainsaf soldurubdu  gülümü, 



Yandırıban çölə töküb külümü, 

Gecə - gündüz gözləyirəm ölümü, 

Belə dostdan kəfən yağı yaxşıdır. 

 

"Dinmə" deyib bağlayıbdır dilimi, 



Sındırıbdır qələm tutan əlimi, 

Dal eyləyib əlif olan belimi, 

Belə gündən yesəm ağı yaxşıdır. 

 

Nayıb bu sözləri deyər acıdan, 



Bir kəsim yox gələ, qardaş-bacıdan, 

Vədə xilaf, bimürvəz Hacıdan. 

Mütrib Əli, ləvənd Tağı yaxşıdır. 

 

Bayatılar 



 

Əzizim  qarlı dağlar, 

Başı qubarlı dağlar, 

Bülbülə məkan idi 

Alıbdır sarı dağlar. 

 

Hər sözü bənd elədim. 



Quzu kimi mələdim 

Qanmazın dərdin çəkdim, 

Kökəldi, vərəmlədim. 

 

Mətləb fələk yazandı, 



Nə gəlsə, qəzadandır, 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



310

Aya, günə bənd oldum, 

Bilmədim, aldadandır. 

 

Gözəllərin tacıyam, 



Saf məhəbbət acıyam, 

Nə mal, nə zər istərəm, 

Vəfanın möhtacıyam 

 

Çobanam qoyuna mən, 



Dözərəm oyuna mən, 

Ölü olsam dirilləm. 

Girsəydim qoynuna mən. 

 

Gül çiçəklər solmasa, 



Bülbül batarmı yasa, 

İnsan  yüz il yaşardı, 

Dərdi-səri olmasa. 

 

Ağladan dərdi məni 



O, dərd əritdi məni, 

Bu həyat quzu kimi. 

Qovurub əritdi məni. 

 

Əzizim dəli qoyun, 



Ovşara gəli qoyun, 

Dərd məni bənd eləyib 

Adımı dəli qoyun. 

 

Naşısan, püxtələş sən, 



Qaynayıb aşa düş sən, 

Ayağına sürünnəm 

Sən məni başa düşsən. 

 

Ədəbiyyat 



 

1.  Abbasov. İ. "Müqəddimə, Azərbaycan aşıqları və el şairləri, (s. B. 1983) 

2. Azərbaycanın  aşıq və şair qadınları .( Tərtib edən, Ə. Cəfərzadə). Bakı,1991 

3. Azərbaycan aşıqları və el şairləri, I cild. Bakı, 1984 

4. Şirvanın el şairləri (top. tərtib  edən T.Qəni) Bakı, 2007 

 

                                                                                                            Ш.Хаквердиева 



Народная поэтесса  Найиб Ширвани 

Резюме 


 

В этой статье впервые говориться о жизни и творчестве, а также о перио-

де творчества провинциальной поэтессы Найиб Ширвани, о тематике ее сти-


 

Filologiya  məsələləri – №7, 2013

 

 



311

хотворений,  о  стилистических  особенностях.  Впервые  показываются    при-

меры творчества поэтессы, которые состоят из одной гошмы и девять баяты. 

 

 



SH.Hakverdieva 

Popular poetess Nayib Shirvani 

Summary 

 

This article first time be spoken about the life and work as well as the period 

of creativity provincial poetess Nayib Shirvani, about the subject her poems, also 

about the stylistic features. For the first time are shown examples of creativity 

poetess, which consist of one goshma and nine bayati. 

 

 



Rəyçi:             Elxan Məmmədli 

                  filologiya elmləri namizədi  



 

Filologiya  məsələləri – №7, 2013

 

 



312

                                                                           YAŞAR QASIMOV 

                                                            Filologiya elmləri üzrə fəlsəfə doktoru  

                                                       AMEA Nizami adına Ədəbiyyat İnstitutu 

yashargasimov@mail.ru        

                        

YENİ POETİK KONFLİKTİN RƏMZİ İFADƏSİ 

 

Açar sözlər: “Aslan öyrədən”, “Pələng arzusu”, rəmzi obraz, obrazın məna tutumu, 

“Erkin Vahidov, Fikrət Qoca, altmışıncılar.  



Ключевые слова: «Дрессировшик», «Мечта тигра», символический образ, 

семантика образа, Эркин Вахидов, Фикрат Годжа, шестидесятники 



Key words: “Trainer”, “The Dream of a tiger”, symbolic image, semantics of 

image, Erkin Vahidov, Fikrat Goja, the poets of the sixties.      

 

Hər bir dövr poeziyasının təkrarsızlığını  təyin edən mühüm xüsusiyyətlər 



mövcuddur. Bu özünəməxsus cəhətlər  əksərən lirik qəhrəman və  bədii ideal kimi 

mühüm estetik kateqoriyaların mahiyyətində əks edir. Təbii ki, hər bir qəhrəman və 

ideal isə özünü bədii konflikt və ifadə vasitələri kontekstində nümayiş etdirir. De-

məli, konkret bir dövr poeziyasının qayəvi-fəlsəfi əsasları və estetik pafosunu bədii 

konflikt və inikas üsulunun xarakterinə əsasən müəyyən etmək olar.  

60-cı illər şairlər nəslinin yaradıcılığına nəzər salarkən, yeni lirik qəhrəmanın 

mövcud reallığa orijinal münasibəti diqqəti cəlb edir. Xüsusən, onların lirikasında 

poetik konfliktin yeni estetiki məzmunu bu dövr poeziyası haqqında dərindən dü-

şünməyə vadar edir. Altmışıncıların ilk lirikası bu cəhətdən tədqiqatçı üçün geniş 

meydan və məkan verir. Xüsusən, E.Vahidov, A.Aripov və R.Pərfinin ilk lirikasın-

da özünəməxsus bir konfliktin uğurla bədii cəhətdən reallaşdığını görürük. Bu ta-

mamilə yeni məzmuna malik bir konflikt idi; lirik qəhrəman idealının daşıyıcısı 

olan insan və bu idealdan uzaq adamlar, başqa sözlə, lirik “mən”lə müəyyən bir dai-

rə, dəstə, müəyyən bir mühit arasındakı bədii ziddiyyət lirik təsvirin mərkəzində da-

yanır. Bu xüsusiyyət, söz sənətimizdə insanı anlamaq və ifadə etmək, həyat həqiqət-

lərinin bədii həqiqətlərə çevrilməsi prosesində irəli atılmış bir addım idi. Bədii 

təfəkkürün real zəminə  və  həyata, konkret insan münasibətlərinə yaxınlaşmasında 

ciddi bir dönüş kimi dəyərləndirilməlidir.  

İctimai gerçəkliyin dərindən təhlili poeziyanın insani münasibətlərin yeni və 

indiyə kimi naməlum olan cəhətlərini kəşf etməsinə yol açdı. Lirik qəhrəman həyata 

özünməxsus tərzdə yanaşdı və öz mühitindən, müasirləri həyatından yeni-yeni prob-

lemləri tapdı.  Şair təbiətən ictimai gerçəklikdəki öz bədii idealına uyğun olmayan 

hadisə və nəsnələri görməyə, göstərməyə can atır. O öz daxilində və ruhi aləmində 

yalnız söz adamlarına xas olan incə bir həssaslıqla ətrafdakı aləmin namütanisibliyi-

ni, dünyanın nizamsız və intizamsız düzümünü göstərməyə ehtiyac hiss edir. Həqiqi 

poeziya bu əsas vəzifəsini müxtəlif yollar və üsullar vasitəsilə, o cümlədən, öz qayə 

və idealının daşıyıcısı – rəmzi olan obrazlar, yəni ideal-obrazlar və ya rəmz-obraz-

ların həyat tərzini, taleyi və qismətini bədii  şəkildə canlandırmaqla yerinə yetirir. 

Xüsusi qeyd etməliyik ki, altmışıncıların yaradıcılığı  və ilk növbədə E.Vahidov, 

A.Aripov və R.Pərfinin  şeiriyyəti  ədəbiyyatda uzun müddət hökmranlıq etmiş 

konfliktsizlik “nəzəriyyəsi”nə müxalif  olan estetik hadisə, yəni bədii əks münasibət 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



313

kimi meydana çıxmışdı. Elə bu səbəbdən də yaradıcılıqlarnın lap əvvəlində həyat-

dakı  əkslikləri və ziddiyyətləri göstərmək onları daha çox maraqlandırırdı. Gənc 

şairlər gerçəklikdən aldqları və seçdikləri konkret, təsirli ziddiyyətləri ümumiləşmiş 

poetik təzadlara çevirir, bununla həyatın təbii və mürəkkəb obrazını yaratmağa nail 

olurdular. Bu tipli şeirlərdə müəlliflər bir-birinə  əks olan tərəflərin – müsbət və 

mənfi qütblərin daxili münasibətinə xüsusi vurğu verirdilər. Onları ümumiləşdiril-

miş adlarla adlandırmaq və rəmzləşdirmə vasitəsilə poetik məna dairəsini genişlən-

dirməyə nail olurdular. 

Özbək altmışıncılarının parlaq nümayəndəsi Erkin Vahidovun “Aslan öyrə-

dən”  şeiri ilə  də Fikrət Qocanın “Pələng arzusu” şeirlərini qısaca müqayisə etsək, 

fikrimiz aydınlaşar. Qeyd edək ki, pələng də, aslan da faciəvi rəmzlərdir. Onların 

taleyi faciəsində  əsas rol oynayıb. “Aslan öyrədən”  şeirində böyük qüdrət və güc 

sahibinin acınacaqlı vəziyyəti təsirli şəkildə əks etdirilib. Təlimçinin əlində tutduğu 

alovlu həlqədən aslan dəfələrlə keçir, öz sahibinin tələblərini yerinə yetirdiyinə görə 

tamaşaçılar onu alqışlayır. Amma aslan öz tragik taleyi ilə barışmaq istəmir. Onun 

ürəyindən qara qanlar axır. Müəllif öz qəhrəmanının daxili monoloqu vasitəsilə 

faciəvi taleyini bütün dəhşətləri ilə gözlərimiz önündə canlandırır:  

“ – Aciz adam! Bəsdir, başım üzrə qamçı oynatma!  

Köksümdəki yatan qürur hissin oyatma!  

Həddini aşma!  

Öz başını özün yeyərsən,  

Səni parça-parça etsəm, neylərsən!  

Baxsana, bu pəncələri köksünə vursam,  

Şöhrətpərəst ürəyini çəkib çıxarsam,  

Parıldayan bədənindən qanlar fışqırsa,  

Səni qurtara bilməz mənim əlimdən  

Sənə əl çalan nadan adamlar.  

İtil, get, alovlu halqanın içindən  

bir də tullanmaram,  

Zəhləmi tökmə, bəsdir, yalvarma,  

Bilirsənmi, mən kiməm, sən kimsən, ey biçarə!  

Mən ormanlar şahıyam,  

Əsir olmağıma baxma,  

Sən isə bir oyunbaz axmaq!  

Şöhrətdən məst, öz halını bilməyən bəsir!  

Namərd tale eyləmiş gör məni kimə əsir!”  

(1, 92-93) 

Bir vaxtlar heyvanlar dünyasının padşahı sayılan güc sahibi səhnədə 

oyunbazlıq etdiyinə görə sevilir.  Filosof şair aslanın dili ilə XX yüzilin iyrənc insan 

münasibətlərini, riyakarlıq və  mənəvi rəzalətlərini ifşa edir. Dünyanı  və insanlığı 

aslan  şücaətini və  mənliyini, aslan qürurunu və  əzəmətini xilas etməyə çağırır: 

“Halal gücə zaval vermiş, Hiyləyə qüdrət, Məni bu cür əsir edən Dünyaya lənət! Ey 

napak köksünü gərib, Özünü hamıya qalib göstərib,  Şir zatını bir oyunbaz əlinə 

verib, Mərd halına zövqlə gülən gədələr, Lənət sizə, Tamaşaçı nadan bəndələr.” (1, 

93).   


 

Filologiya  məsələləri – №7, 2013

 

 



314

       F.Qocanın “Pələng arzusu” şeirində də vəziyyət təxminən oxşardır. Amma 

“Pələng arzusu” şeirində tragizm daha kəskin və dərindir. Şeir belə başlanır: 

 

 “Təlimçi pələngi eylədi oyuncaq. 



İşarə eləsən uzanacaq, atılacaq, 

dal ayaqları üstə qalxıb oynayacaq...” 

                                                          (2, 196).  

Pələngin faciəsi elə bu tərcümeyi-haldan qaynaqlanır. Amma onların sonrakı 

taleyi fərqlidir. Çünki pələngin tərcümeyi-halı təlim meydançasında tamamlanmır: 

 

 “Pələng oldu oyuncaq.  



Qaytarıb atdı cəngəlliyə, yaşa deyə.  

Gövdədə pələnglərdən yekə,  

səsdə pələnglərdən heybətli, dişləri iti,  

pəncəsi nəhəng pələng.  

Meşənin şahı oldu.  

Pələnglərin pənahı oldu.  

Nərəsindən titrədi göy-yer  

heyvanlar nədi,  

yüz illik ağaclar titrədi tir-tir”.  

                                                                (2, 196).  

Göründüyü kimi, pələng taleyinin dinamikasında ciddi fərqlər mövcuddur. 

Pələng obrazının faciəsində ikinci bir qat meydana çıxır. Əgər onun tərcümeyi-halı 

başlandığı kimi də yekunlansaydı, onda biz aslanın qismətinə oxşayan bir tale ilə 

qarşılaşmış olardıq. Amma “Aslan öyrədən” şeirindəki rəmzi obrazdan fərqli olaraq  

“Pələng arzusu”nda obrazın taleyində güclü bir dönüş baş verir ki, bu da nəticədə 

surətin və ümumilikdə şeirin poetik-məntiqi vurğsunu dəyişir. Pələngin arzu etdiyi 

və təbii həyat tərzinə qayıdışı onu nəinki faciədən xilas etmir, əksinə, daha dəhşətli 

bir faciə ilə üz-üzə qoyur:  

 

“Amma ürəyini güvə kimi yedi bir qəm:  



nə ola təlimçini bir də görəm,  

işarə eləyə atılam, uzanam,  

dal ayaqlarım üstə qalxıb rəqs eləyəm”.  

                                                                (2, 196).  

F.Qocanın rəmzi obrazları bir tərəfdən dərin psixoloji-rəmzi ovqatı ilə, ikinci 

tərəfdən isə obrazın daxili dramatizmi ilə daha çox diqqəti cəlb edir. İndicə 

nəzərdən keçirdiyimiz pələng rəmzinin E.Vahidovun “Aslan öyrədən”  şeirindəki 

aslan obrazı ilə də müqayisəsi də bunu bir daha təsdiq edir. 

E.Vahidovun “Aslan öyrədən” və F.Qocanın “Pələng arzusu” şeirləri 60-70-ci 

illər özbək və Azərbaycan lirikasının klassik nümunələridir. Özbəkistan və 

Azərbaycan gerçəkliyinin mahiyyətindən doğulmuş bu tragik-simvolik obrazlar 

bədii cəhətdən bir-birindən xeyli fərqlənsə də, ictimai-fəlsəfi tutumuna və siqlətinə 

görə son dərəcə həmahəngdirlər. Milli qürur və ləyaqətin ayaqlar altında tapdandığı 

amansız zamanların övladları olan bu obrazlar öz bətnində bir çox sirləri və gizlin-

ləri hifz edib yaşatmaqdadırlar. Aydın olur ki, Özbəkistanın və Azərbaycanın xalq 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



315

şairləri təkcə öz dövrlərinin və mühitlərinin rəzil həqiqətlərini kəşf etməklə kifayət-

lənməmiş, həm də Şərqin ən qədim və məğrur rəmzi obrazlarından birinin yeni hə-

yatını  və taleyini bədiiləşdirməyə nail olmuşlar. Bu mənada E.Vahidov və 

F.Qocanın hər birinin öz milli söz sənətinə  cəsarətlə  gətirdiyi yeni obrazlar bədii 

orijinallığı ilə yanaşı, eyni zamanda, ədəbi-tarixi  əhəmiyyətə malikdir. F.Qocanın 

və E.Vahidovun “Pələng arzusu” və “Aslan öyrədən” şeirləri yaşadıqları və sakini 

olduqları özünəməxsus zamanın milli-bədii təfəkkürdəki silinməz izləri kimi real-

laşmışlar. Onların mənsub olduqları pleyadanın digər istedadlı nümayəndələrinin 

əsərləri və  şeirimizə  gətirdikləri rəmzi obrazlar da yuxarıda söylədiklərimizi qəti 

şəkildə təsdiq edir.         

Özbək  və Azərbaycan  altımışıncılarının  yaradıcılığının  müqayisəli  ədəbiy-

yatşünaslıq   müstəvisində   nəzərdən keçirilməsi, ümumən,  nəslin  poetik dünyası-

nı  və  simasını  aydın  surətdə   təsəvvür etməyə   imkan verir.  Xüsusən,  gənc şair-

lərin poetik rəmzlərinin  qarşılıqlı surətdə  araşdırılması  zamanın   bədii  təfəkkürdə  

inikasının  estetik  özünəməxsusluğunu  müşahidə  və  təyin etməyə  münbit şərait 

yaradır. 

Beləliklə, yuxarıdakı  təhlillərdən aşağıdakı mühüm nəticələrə  gələ bilərik; 

poeziyada rəmzi obrazlar heç vaxt təsadüfən yaranmır. Xüsusən, cəfakeş  və  ağır 

şəraitdə yaşayan xalqların bədii yaradıcılığında poetik rəmzlər ağlın və təfəkkürün 

mürəkkəb oyunları kimi doğulmur. Əksinə, həyat və cəmiyyət haqqında açıq söylə-

mək mümkün olmayan həqiqətləri ifadə etməyin yeganə çarəsi, bəlkə də son əlacın-

dan biri kimi, bədii sözün həqiqətə  sədaqət saxlaması prosesində sonuncu imkanı 

kimi reallaşır. Altmışıncıların cəsarətli poetik axtarışlarının nəticəsi olan özünəməx-

sus rəmzi obrazlar silsiləsi bizim nöqteyi-nəzərimizi parlaq şəkildə ifadə edir.   

 

Ədəbiyyat 



 

1.

 



Vohidov E. Saylanma. İkki cildlik. II cild. Toşkent, Adabiyot va sanat naşriyotı, 

1986. – 550 s. 

2.

 

Qoca F. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2004. – 248 s. 



 

Яшар Гасымов                          

Символическая выражения нового  поэтического конфликта 

Резюме 


 

В статье «Символическая выражения нового  поэтического конфликта» 

анализируется некоторые стихотворения двух представителей шестидесятни-

ков, народных поэтов Эркин Вахидова и Фикрат Годжа. В особенности дела-

ется акцент на своеобразию и созвучностью поэтического стилья с шестидеся-

тниками видных мастера слов. В плоскости сравнительного анализа стихотво-

рений «Дрессировшик» и «Мечта тигра» исследуется процесс создания эсте-

тического образа времени и действительности. 

 

 

 



 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



316

Yashar Gasimov 

Symbolical expression of the new poetic conflict 

Summary 


 

In the article “Symbolical expression of the new poetic conflict” is analysed 

the bright poem of two national poets Erkin Vahidov and Fikrat Goja. Especially, 

shown originality and harmony of poetic style of the poet with the generation of the 

60

th

  years’ poets. On the basis of comparative investigation of two poems “Trainer” 



and “The Dream of a tiger” is researched the process of making the aesthetic image 

of time and reality.  

                                                                 

Rəyçi:             Nizaməddin Şəmsizadə 

       filologiya elmləri doktoru,  professor                                           

        


 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



317

GÜLŞƏN AĞABƏY 

filologiya üzrə fəlsəfə doktoru, dosent  

Azərbaycan Müəllimlər İnstitutu Quba  

filialının kafedra müdiri 

gulshen _71@mail.ru  

 

CÜMHURiYYƏT DÖVRÜ POEZİYASINDA AZƏRBAYCANÇILIQ 



İDEALLARI 

 

Açar sözlər: poeziya, cümhuriyyət, azərbaycançılıq, istiqlal 

Key words: poetry, republic, Azerbaijaniery, independence 

Ключевые слова: поэзия, республика, азербайджанство, независимость 

 

 XX  əsrin  əvvəllərindən başlayaraq Azərbaycan poeziyasının keyfiyyət 

baxımından dəyişməsində  və inkişafında,  şübhəsiz, ictimai-siyasi proseslərin rolu 

böyük olmuşdur. Belə ki, regionda baş verən hadisələr Azərbaycan xalqının milli 

mücadilə verməsini şərtləndirdiyindən poeziya da axtarışlarını bu istiqamətə yönəlt-

miş, istiqlalçılıq və  vətənçilik motivləri yeni bir mərhələyə daxil olmuşdur. Azər-

baycanın milli müstəqilliyini qazanmasında ictimai, siyasi publisistika ilə yanaşı 

poeziyanın da rolunu qeyd etmək lazımdır. Çünki Cümhuriyyətin qurulması ərəfəsi 

və eləcə də Cümhuriyyət dönəmində hadisələrə çevik və adekvat cavab verən janr-

ların içərisində publisistika ilə yanaşı poeziya da olmuşdur.  Əsrin  əvvəllərindən 

başlayaraq poeziyanın mövzu və problematikasında türkçülük,turançılıq,  müasirlik, 

islamçılıq,vətənçilik idealları  və ideyaları  sıx-sıx görünməyə başlayır. Poeziyada 

mövzu və problematika yeniliyi onu forma və  məzmun baxımından yeniləşdirdiyi 

kimi milli idealların tərənnümünü də  şərtləndirən amilə çevrilir. Ə.Hüseynzadə, 

A.Şaiq, H.Cavid, M.Hadi,Ə.Müznib, A.Müniri, Ə.Cənnəti və başqa şairlərin yaradı-

cılığında vətən və millət hayqırışlarına, haqq-ədalət arayışlarına daha çox yer ve-

rilirdi. Azərbaycan romantiklərinin yaradıcılığında bu tendensiya sistemli bir şəkil 

alır və yeni bir mərhələyə daxil olur. Bu tendensiya içərisində azərbaycançılıq ideal-

ları isə  ən mühüm yerlərdən birini tutur. Azərbaycan obrazı  və azərbaycançılıq 

ideallarının poeziyada əksi daha çox Cümhuriyyətin adı ilə bağlı olur. Azərbaycan 

Cümhuriyyətinin qurulmasından sonra şeirdə  həm Azərbaycan obrazı yaradıldı, 

həm də azərbaycançılıq ideallarına geniş yer verilirdi. Başqa sözlə desək cümhuriy-

yətin qurulması ilə poeziyanın mövzusu bir qədər konkretləşir, poeziyaya yeni ob-

raz və yeni ideal gəlir. Bu hər  şeydən  əvvəl milli idealın yaranması  və formalaş-

masını  şərtləndirirdi. Ədəbiyyatşünas A.Bayramoğlunun yazdığı kimi: “...ölkə hə-

yatında gedən siyasi və mədəni-psixoloji təbəddülat, bir çox xalqlar kimi, azərbay-

canlıların da milli mənlik  şüur və psixologiyasının formalaşmasınıa  əhəmiyyətli 

dərəcədə təkan verdi. Tərəqqipərvər xadimlərimizin məqsədyönlü və ardıcıl fəaliy-

yət və çarpışmaları da bu işdə az rola oynamadı. Xalqın milli özünüdərk prosesi 

ictimai-siyasi və inqilabi dəyişikliklər dövründə daha da gücləndi” (2, 18).  

Əlbəttə, milli özünüdərkin siyasi tərəfi milli özünüidarənin yaranması idisə, 

poetik tərəfi milli düşüncəni, keçmişi, bu günün mübarizəsini təsvir etmək, milli 

ideyanı və azərbaycançılığı tərənnüm etməkdən ibarət idi. Bu cəhətdən milli ideya-

nının, azərbaycançılıq ideyasının tərənnümündə gənclər və yeni qüvvələr üstünlük 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



318

təşkil edirdi. Əhməd Cavad, Cəfər Cabbarlı, Umgülsüm, Əli Yusif, Əli Dai, Bəd-

rəddin Seyidzadə, Mürşüd Balaqardaş, Əmin Abid və başqa onlarla yeni yazan şair-

lərin  şeirlərinin baş mövzusu Azərbaycan, onun milli idealları, keçmişi, bu günü, 

milli vətənpərvərlik (Azərbaycan bayrağı, ordusu və s.) motivləri olur. Çox qısa bir 

vaxtda Azərbaycan sözü şeirlərin başlığına çıxır, mətndə Azərbaycan Cümhuriyyə-

tinə, onun atributlarına və ideallarına inam ifadə edilir,  milli ideyanın tərənnümünə 

müxtəlif şəkildə geninə-boluna rast gəlinir. Hətta Azərbaycan obrazı və idealları o 

zaman milli marş kimi səslənən, bu gün isə Dövlət himni olan “Azərbaycan” milli 

marşında ən yüksək şəkildə tərənnüm edilir: 

 

Azərbaycan, Azərbaycan! 



Ey qəhrəman övladın 

Şanlı vətəni! 

Səndən ötrü can verməyə 

Cümlə hazırız! 

Səndən ötrü qan tökməyə 

Cümlə qadiriz! 

Üçrəngli bayrağınla 

Məsud yaşa! 

 

Ə.Cavad Cümhuriyyətə qədərki yaradıcılığında və cümhuriyyət ərəfəsində də 



milli düşüncəyə, azərbaycançılığa nəinki böyük önəm vermiş, hətta poeziyada bu 

təmayülə başçılıq etmişdir. Onun Cümhuriyyətin təşkilati işlərində  də yaxından 

iştirakı, şeirlərində tərənnüm etməsi hələ sağlığında “milli şair”, “istiqlal şairi” ad-

landırılmasına gətirib çıxarmışdır. Ə.Cavad “Milli bayrağımıza”  şeirində isə  Tura-

na gedən yolda qarşısına çıxan bayrağa dərdini  ona söyləyir, onun kölgəsinin düşü-

düyü mübarək yeri belə öpməyə hazır olduğunu  poetik şəkildə ifadə edir: 

 

Türküstan elləri öpüb alnını, 



Söyləyir dərdini sana bayrağım! 

Üç rəngin əksini quzğun dənizdən 

Ərmağan yolla sən yara, bayrağım! (2, 163) 

 

   Ə.Cavadın “Röyasını görmüşdüm”, “Ey əskər”, “Bakı deyir ki, bir il əvvəl”, 



“O qıza”, “Qalx”, “Milli Şuraya”, “Marş” və s. şeirlərində röyasını gördüyü cüm-

huriyyətin ayrı-ayrı atributlarını tərənnüm edir, istiqlal və müstəqillik sevincini ifa-

də edir.    

Əbdülsəlimzadə    Məhəmməd Hadinin “Azərbaycan dövləti-nevadına”, “Əs-

kərlərimizə-könüllülərimizə”, Cəfər Cabbarzadənin “Azərbaycan bayrağına”, 

“Sevimli ölkəm”,  Əhməd Cavadın “Azərbaycan bayrağına”, “Milli bayrağımıza”, 

“Ey əskər”, Davudun “Azərbaycan ordusuna”, “Millətimə”, Əli Yusifin “Azərbay-

canlıya”, “Bayraq”, Məhəmməd Ümid Gəncəlinin “Azərbaycan”, “Vətən  şərqisi” 

və s. onlarla şeirlərinin ana xəttini Azərbaycan və azərbaycançılıq idealları  təşkil 

edirdi. Böyük əksəriyyəti dövlət qəzeti “Azərbaycan”da dərc olunan bu şeirlər 

oxucuda milli vətəndaşlıq qüruru formalaşdırır, azərbaycançılıq ideallarını  tərən-

nüm edirdi. “Məfkurəmiz yolunda nə lazımsa etməli, Məqsudə doğru əzmi-xüruşan-



 

Filologiya  məsələləri – №7, 2013

 

 



319

la getməli”- deyən M.Hadi xalqın azadlıq və müstəqillik ideyalarını reallaşdırmaq 

uğrunda səylərini poetik şəkildə  şeirlərində ifadə etməyə çalışırdı. M.Ü.Gəncəli 

“Azərbaycan, vətən  şərqisi”  şeirində Azərbaycan obrazı  təsvir edilir, gənclərin “ 

babalardan irs qalan qılıncı” belinə taxaraq millət, üçün vətən üçün əsgər getməsi 

təqdir olunur:  

                   Azərbaycan torpağıdır türk yurdunun ürəyi, 

                   Hifz etməli o ölkəni nasıl gözün bəbəyi. 

                   Tarixə bax, unutma sən ulu baba, dədəyi, 

                   Qan tökmüşlər bu vətənçün, həp çəkmişlər əməyi. 

                   Vətən üçün, millət üçün gənclər getdi əsgərə, 

                   Könüllü get sən də yazıl o mübarək səfərə (2, 207). 

 

    Əli Yusif isə Cümhuriyyətin qurucularından olan Nəsib bəy Yusifbəyliyə 



həsr etdiyi “Azərbaycanlıya”  şeirində  vətəndaşlara müraciət edərək taleyinə 

“vicdanları aydınladan” ulduzların doğmasına biganə qalmamağa çağırır və bu 

ulduzun əbədi sönməyəcəyini dilə gətirir və müstəqil yaşamaq yolunda addım hesab 

edir: 


                    Bundan sonra Azərbaycan ölkəsində 

                    Sənin dəxi bir müqəddəs vətənin var. 

                    Bayrağın var buludlardan yuca qalxar, 

                    İstiqlalın Şərqə işıq saçacaqdır, 

                    Sənin dəxi Milli Şuran olacaqdır. 

                    Şimdi sənin daşıdığın böyük adı 

                    Alqışlayır qafqasiyanın dağı, daşı, 

                    Xəzər suyu bayrağını salamladı 

                    Sevin azad Azərbaycan vətəndaşı  (2, 198). 

 

  Cümhuriyyət dönəmi poeziyasında azərbaycançılıq ideallarının yaşam 



simvoluna çevrilən faktorlardan biri milli bayrağımızdır. Dalğalanan milli bayraq, 

onun rəngləri poeziyada funksionallıq daşıyır. Digər atributların formalaşmadığı bir 

zamanda dalğalanan ürəngli bayraq ölkənin simvollarından birinə çevrilir. Əli Yusif  

“Bayraq” şeirində onu uca zirvələrdə görür, hər zaman parlamasını arzu edir, təbiətə 

müraciət edərək dərələri, dağları, çayları, bağları ona səcdə etməsini bildirir: 

 

Yaşa, ey şanlı firuzən bayraq, 



Doğdu sayəndə bu gün bir ölkə. 

Mavi, al, səbz ziyalar saçaraq 

Hər zaman üstümüzə sal kölgə. 

Səcdə et. ey geniş, azadə dəniz, 

Əyilin, ey başı almaz dağlar, 

Əyilin, səcdə edin, siz həpiniz. 

Dərələr, çaylar, əkinlər, bağlar, 

Yucalır göylərədək bayrağımız (2, 199). 

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



320

Gənc şair Əli Yusifin yaradıcılığında azərbaycançılıq və vətənçilik motivləri-

nin başlıca xətt olduğunu nəzərdə tutan ədəbiyyatşünas Nazif  Qəhrəmanlı yazır: 

“Əli Yusif “Azərbaycanlıya”, “Getmə”, “Bayraq”, “Qarabağ xainlərinə” və s. şeir-

lərində müstəqil olduğu üçün qürur hissi duyan və bu hissi böyük vətəndaşlıq pafo-

su  ilə tərənnüm edən şairin çılğın və heysiyyətli duyğularına rast gəlirik. Etiraf et-

mək lazımdır ki, XX əsrin əvvəlində Azərbaycan poeziyasında istiqlal təmayülünün 

beşiyi başında ilk duranlardan biri Əli Yusif olmuşdur” (9, 49). 

Ədəbiyyatşünas N.Qəhrəmanlının bu fikri tamamilə doğrudur, çünki istiqlal 

və azərbaycançılıq şeirləri tərənnüm ruhlu şeirlər idi. Hətta bu şeirlərdə bəzən sənət-

karlıq belə çatışmırdı, buna baxmayaraq bu şeirlər oxucular arasında sevilir, oxunur 

və geniş yayıldığı kimi, həm də ideoloji təbliğat rolu oynayırdı. Dövlət 

müstəqilliyinin, onun bir çox atributlarının canlı şahidi olan gənc şairlər isə şeirləri-

ndə istiqlalı, müstəqilliyi, bütövlükdə Azərbaycanı  tərənnüm edirək bu tarixi 

hadisəyə poetik münasibətlərini ifadə edirdilər.  C.Cabbarlı “Azərbaycan bayrağı-

na” şeirində ən ülvi hisslərini ifadə edir: 

 

                Buraxınız, seyr edəlim, düşünəlim, oxşayalım, 



                Şu sevgili, üç boyalı, üç mənalı bayrağı, 

                Mələklərin qanadını üzərinə kölgə salan? 

                Nə imiş bu? Aman allah! Od yurdunun yarpağı. 

                Kök yarpaqlar, ağ çiçəklər, yaşıl otlar topasımı? 

                Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır. 

                Fəqət bizim bayrağımız ucaları pək sevir. 

                Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanır (2, 133) 

 

C.Cabbarlı dalabadal yazdığı iki şeirində (“Azərbaycan bayrağına”, “Al bay-



raq”) milli bayrağı  vəsf edir, onun boyalarına mənalar verir, ədəbiyyatşünas 

Y.Qarayevin yazdığı kimi ” üç rəngli (göy yarpaqlar, al çiçəklər, yaşıl otlar) bayra-

ğın şeirlə açılımı idi” (10, 112). C.Cabbarlının istiqlal və azərbaycançılıq şeirlərinin 

təhlil edən Ə.Saraclı doğru qeyd edir ki, Cabbarlının bu şeirlərində “...məqsəd təkcə 

bayrağın tərənnümü deyildi, həm də Azərbaycanı, onun müstəqilliyini, istiqlalını 

göz bəbəyi kimi qorumaq, ona ürəkdən xidmət etmək  əzmi,  Ə.Hüseynzadə, 

M.Ə.Rəsulzadə kimi öndərlərin “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyala-

rını gerçəkləşdirmək arzusu, yeni həyatın yeni ruhlu ədəbiyyatını yaratmaq təşəb-

büsü idi”( 8, 183). 

   Cümhuriyyət dönəmində poeziyada azərbaycançılığı ifadə edən təmayüllər-

dən biri onun ordusuna, qəhrəman əsgərinə yazılmış şeirlər olur. Bu dövrdə yazıl-

mış  əskər marşı  və  nəğmələrində xalq, millət, vətən qarşısında hər bir vətəndaşın 

boynuna düşən borc hissinin müqəddəsliyi təsvir olunur, vətən və yurd sevgisi 

tərənnüm edilir, xalq üçün gənclərin göstərdiyi qəhrəmanlıq motivləri, xalqa bağlıq, 

milli qürur hissləri aşılanırdı. M.Hadinin “Əskərlərimizə-könüllülərimizə”, Məm-

məd Əmin Yurdaqulun “Ya qazi ol, ya şəhid”, Umgülsümün “Əskər anasına”, “Ey 

türk oğlu”, “Çəkil, dəf ol”, Ə.Cavadın “Ey əskər”, “Bismillah”, Davudun “Məqsədi-

miz”, “Bir əskərin xitabı”, “əsgər şərqisi”, Əli Kaminin “Atalara”, “marş”, İ.Həqqi 

bəyin “Vətən şərqisi”, “Marş”, “Könüllü marşı”, Feyzi bəyin “Marş”, Zülfüqar bə-


 

Filologiya  məsələləri – №7, 2013

 

 



321

yin “Əsgər nəğməsi”, Məhəmməd Ümid Gəncəlinin “Azərbaycan vətən şərqisi” və 

s. onlarla şeirlərində millətin və dövlətin namus bütövlüyünü qoruyan ordunun, 

əsgərlərin qəhrəmanlıq səhifələri tərənnüm edilir. Azərbaycan poeziyasının Cümhu-

riyyət dönəmində milli və ordu marşları o qədər qabarıq olmuşdur ki, 1919-cu ildə 

B.Səttaroğlunun tərtibi ilə “Ordu marşları” kitabı dərc edilmişdir. İkinci müstəqillik 

dönəmində filologiya üzrə fəlsəfə doktoru Sədaqət Məmmədova həmin kitabı kiril 

qrafikasında yenidən nəşr etdirmişdir (12).  

Əsgərə, orduya aid yazılan şeirlərdə düşmənə qarşı mətanətlə dayanaraq müstə-

qilliyini, torpağını qoruyan könüllülərimiz, döyüşə gedən gənclərimiz, oğlunu göz yaş-

ları ilə yola salan analar və onların yaşadıqları təsvir edilir. Bu şeirlərdə xalqımızın heç 

bir xalqa qarşı kin, nifrət bəsləmədiyi, heç bir millətin hüququna təcavüz etmədiyi, 

haqqımıza toxunmayanlara qarşı  məhəbbət bəslədiyini, lakin yurdumuza təcavüz 

edənlərə qarşı düşmən olmaları  təsvir edilir. Bu mövzuda yazılmış  şeirləri iki qismə 

bölmək olar: a) ordu marşları; b) əsgərlərin və valideynlərin keçirdiyi ən ülvi hisslərin 

tərənnümü. Davudun “Bir əsgərin xitabı”  şeirində  cəbhəyə, orduya yollanan əsgərin 

anasını arxayın etməsi üçün keçirdiyi hisslərini dilə gətirməsi təsvir edilir: 

 

Bən əsgər gedirəm, ana, neçün ağlarsan? 



Bir əsgərin ürəyini, ana, nüçün dağlarsan? 

Bən yurduma sınırlarda əldə silah növbətçiyəm, 

Namusuma, millətimə əldə silah gözətçiyəm. 

 

Doğmadınmı sən bizləri bu gün üçün, annəciyim, 



Axıtdığın göz yaşları bilməm neçün, annəciyim, 

Bən əsgərəm, etməliyəm yardım, kömək bu yurduma, 

Siz salamat qalın, annə, bən gedirəm orduma (5, 24). 

 

Davud başqa bir şeirində (“Atalara”) atalara xitab edərək “gənc oğlunu qadın 



kimi gizlətməməyi”, “türk adını  təhqir etməməyi”, millətə, xalqa “saf qanla”, 

“vicdanla” xidmət etməyə çağırır. “Əsgər şərqisi” şeirində isə şair orduya getməyi 

hamının fədakarlıq borcu hesab edir, igid oğlanların ortalığa çıxaraq yurdu 

yaşatmasını, ordunun ad qazanmasını  təsvir edir və dalğalanan üç rəgli bayrağın 

azad yaşamanı saxladığını bildirərək  qardaşlarını cəbhəyə səsləyir:  

 

Dalğalanır üç boyalı şu bayraq, 



Hürr yaşayır bərəkətli şu torpaq, 

Sağlam bir imanla silah alaraq, 

Haydı qardaş sınırlara qoşalım!(4, 32) 

 

Cümhuriyyət dönəmi Azərbaycan poeziyasında azərbaycançılıq, vətənçilk 



ideyalarını təsvir edən şairlərin sovet Azərbaycanında yaradıcılığının təkcə mövzu 

və problematikası  dəyişmədi, həm də onlar şeirlərində yaşatdıqları bu idealların 

bədəlini ödəməli oldular. M.Hadi bir məlumata görə Gəncə üsyanında milli ideallar 

uğrunda həlak oldu. Əli Yusif və Ə.Dai Solovki adalarına sürgün edildi. Ə.Cavad 

və Umgülsüm repressiya qurbanı oldular. C.Cabbarlı isə zorən sosrealizm cəbhəsinə 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



322

keçməsinə rəğmən yaradıcılığının çiçəklənən vaaxtında qəflətən vəfat etdi. Bir çox 

adı və imzası məşhur olmayan şairlərin də sonrakı yaradıcılığında azərbaycançılıq 

ideyalarının təsvirində müəyyən ara verildi. Yalnız 30-cu illərdə poeziyamızda 

yenidən Azərbaycan obrazı və azərbaycançılıq  görünməyə başladı. Buna səbəb hər 

şeydən əvvəl poeziyada artıq bu təmayül üzrə ənənənin yaranması idi. Yeni dövrdə 

bu ənənəni inkişaf etdirənlərin başında isə S.Vurğun gəlirdi.     

                                            

Ədəbiyyat 



Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə