Бакы – 2013 Тяртибчи вя редактор



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix02.12.2016
ölçüsü2,97 Kb.
1   2   3   4   5   6

31

HANSI ŞAİR
Ustad Şəhriyara 
Dedim yenə durum yazım,
Yenə də bir qəbir qazım. 
Hansı şair doğumundan yazmadı?
Hansı şair ölümündən yazmadı?
Hansı şair dərk edəndə dünyanı,
Fikir, xəyal dumanında azmadı? 
Hansı şair bu dünyanın halını,
Min mənaya, min mətləbə yozmadı?
Səhv elədi, düz elədi bilmirəm,
Hansı şair yazdığını pozmadı?
Hansı şair hər şeirini yazanda,
Öz əliylə öz qəbrini qazmadı? 
32

SƏNİ SEVMƏK
Səni sevmək – bir könül rahatlığı,
Hər günü bayrama çevirən sevinc,
Yağış deyəndə yağış, qar deyəndə qar.
Ömrü ölümsüzlük limanına aparan ruzigar...
Çiçəklərlə çiçək dilində danışmaq,
Tumurcuq-tumurcuq oyanmaq budaqlardan.
Hər gün bir səadət yolçuluğu başlayıb
Hər gün fateh kimi qayıtmaq uzaqlardan...
İncəlmək–iynə ulduzundan keçmiş kimi,
Dincəlmək–ölüm şərbəti içmiş kimi,
Yaşamaq! Anın ilə dönsün, illərin ana...
Səni sevmək! Allahla qohum olmaq.
... Və ya cənnəti bu dünyada görmək...
Mələklərin acığına...
Səni sevmək –
ürəyini bir bülbül yuvasına çevirmək 
ömür ağacında...
Kimsə bilməsin Səndən başqa!
33
Sabir Rüstəmxanlı

Sənin dodağından yem almayınca ac olmaq,
Havadan suyadək – Sənə möhtac olmaq!
Səni sevmək – ilk arzu, son niyyət,
Əbədiyyətdə ölümsüzlük və ölümdə əbədiyyət...
YALQIZ ADAM
Hava dumanlıdır, fikrim dumanlı,
Günün duman didən dişimi yoxdur?!
Bunca əl açanı varkən Allahın
Məndən başqasıynan işimi yoxdur?!
Əl-əldən ayrılır, ürək-ürəkdən,
Göz ağızda donur, baxışlar gözdə,
Çaylar geri axır–öz mənbəyinə!
Sular küsüb gedir dənizimizdən...
Bu boyda şəhərdə nə üzü gülən,
Nə kəlmə kəsən var, nə söz eşidən,
Ya mən vəhşilərin arasındayam,
Ya qaçıb gediblər məntək vəhşidən!
Dərdlərim püskürüb, kül çıxır dizə,
Yanıb vulkan kimi sönübdü dünya.
Yaşaya-yaşaya ölən mənəmsə,
Niyə yasxanaya dönübdü dünya.
Yaza yaz deyilməz otu bitməsə,
Boş ümid, boş ürək, yanğı, susuzluq...
Mən hara gedirəm azğın yollarda,
Mənzili yoxdursa, yol da yolsuzluq...
34

Bir artıq adamam bu yer üzündə, 
Bakı qumlarında izim də artıq.
Bircə anlayanım vardı dünyada
Onu itirəndə, sözüm də artıq...
Kimsənin yadına düşmək istəməm,
Kimsəsiz adadır hər yalqız adam.
Daha bu dünyada nə işin Sənin?! 
Əlvida, Şairim, artıq Əlvida!
SƏNƏ ŞEİR YAZIRAM... 
Sənə şeir yazıram dünyada təklənəndə, 
Əzab, kədər, ayrılıq qəlbimə yüklənəndə...
Sənə şeir yazıram – Sözüm bahar yağışı, 
Yusun ürəyimizi, qanımızda çağlasın. 
Şeirim nəfəsim kimi yandırsın yanağını, 
Qollarım misra-misra belini qucaqlasın... 
Üstümə yeriyəndə sevgisiz bir soyuqluq,
Dünya təkrar edəndə o köhnə vərdişləri
Sənə şeir yazıram–sözüm dönsün zirehə
Qıcananda dörd yandan cəhalətin dişləri...
Sənə şeir yazıram–körpü salsın yollara,
Səfərlər uzandıqca uzansın sətirlərim.
Həsrətim sözə dönsün, sənə dərd olmaqdansa
Qıfıllansın sehrli kəlmələrdə sirlərim...
Həm kədər salnaməsi, həm sevincin zirvəsi,
Gözümüzün yaşını sözlərim siləcəkdir.
Mənim alın yazımla Sənin də qədərini
Ən güclü baxıcıtək şeirim söyləyəcəkdir...
35

Sənə şeir yazıram–min ilin həsrətini
Ruhumuzun diliylə çatdıracaq bu günə.
Üstümdə qəm bayrağı...
Bu sevdalı başımı
Ya dizinə qoyarsan, ya edam kötüyünə...
Söz rəngində solmazdır qaşın, gözün, əllərin
Orda mərmər heykəlin yonulur yavaş-yavaş.
Mənim sözlə çəkdiyim surətini görsəydi
Əlindəki tişəni atardı heykəltəraş...
Şeir ruhun uçuşu, Allahın mərhəməti,
Həm Sənə üsyanımdır, həm də ki itaətim...
Sənə şeir yazıram–azalır ağrılarım,
Misralarım yol salır–qaçmaq üçün zülmdən.
Əcəl döysə qapını sonuncu tapşırıqla
Şeirim xilas yolunu göstərəcək ölümdən...
ÇƏTİNDİR
Bilirsən sənsizlik necə çətindir?
Yazmaq istəyirəm, sözümə sığmır.
Kişiyəm, ağlamaq ar gəlir mənə,
Di gəl göz yaşlarım gözümə sığmır!
Üzümə gülürdü dünən yer üzü,
Bu səhər baxışlar zəhərdir, zəhər.
Dünən tükənməyən xəzinə idim,
Soyuldu sonadək qəlbimdəkilər.
Əlim işə yatmır, otağım zindan,
Yollara çıxıram, yol üzüdönük.
36

Sənsiz bu dünyanın dənizi laldır,
Göyləri bulanıq, günəşi sönük...
Bəlkə, heç bitmədi bu ezamiyyət...
Bilirsən sənsizlik necə çətinmiş?
Sən demə, halalca yediyim çörək,
Udduğum hava da məhəbbətinmiş.
Dünya ki bu qədər haldan-haladır,
Yaşayım, qoruyum! Nə üçün, nəyi?
Sən dünən sevimli eşq mələyimdin,
Bu günsə güzəştsiz Ölüm Mələyi!..
SÖZÜN ACİZLİYİ
Bu günə bir söz yazım? 
Sözün imkanı azdı...
Bu okean sevgimin
yanında söz dayazdı.
İlboyu daşıdığım 
yükü götürə bilmir,
Min-min gizli duyğumu
dilə gətirə bilmir.
Rəngsizdi, ürəksizdi...
Biz vulkanıq, o sərin...
Şəklini çəkə bilmir ürək nəğmələrinin.
Allahın səxavəti, bu tutqu qasırğası...
Hansı söz hifz eyləyər, yaşadar hansı yazı?!
Söz yazıq necə desin başımızdan keçəni,
Öldürüb dirildərək, necə sevmişəm Səni.
O doyulmaz gözəllik, zülməti qovan səsin,
Min baharın ətrindən daha şirin nəfəsin!
37

Üzümün qırışını ütüləyən dodaqlar,
İçdikcə doymadığım can dərmanı bulaqlar.
Əllərinlə görüşə əlimin tələsməsi,
Saçını daraqlayan barmaqların əsməsi...
O istək yarışında zirvədə olmağımız,
Ədalətsiz taledən intiqam almağımız, 
Bir həsrət səhrasından keçib getmək əl-ələ...
Hansı sözə sığışıb, yatacaq hansı dilə?!
Hətta bütün dinlərin duası da, andı da,
Dilimizin yüz mini aşan lüğət fondu da
Sənin gözəlliyini çəkib yaşada bilməz,
Qəlbimin eşq yükünü tamam boşalda bilməz.
Adın dilim ucunda alışırsa hər səhər,
Bu tükənməz atəşə necə dözsün nəğmələr?!..
38

NƏ YAZARDI FÜZULİ?
Aşsaydı beş yüz ili heyrətli kəlməsitək,
bürünsəydi deyirəm, ən sehrli xalata,
Dövranların yaşıdı bir Bayat nəfəsitək
gəlib çıxsaydı bizim qatqarışıq həyata –
Nə yazardı Füzuli?
Necə yazardı görən?
İlahi eşqin adı yoxdu it dəftərində
Leyli şərab düşkünü... görsəydi Məcnun susur,
Həm də ki iş düzəlmir ah çəkməklə dərindən,
görsəydi yeddi cama yeddi milyard qan qusur –
Nə yazardı Füzuli?
Necə yazardı görən? 
Əkinlər heç, səhra da tutulmuş xana-xana;
Məcnun qaçmağa bir yer
bulmazdı, ölməsəydi...
Yersiz salama görə bassaydılar zindana
39
Vaqif Bəhmənli

rüşvətlə də canını qurtara bilməsəydi–
Nə yazardı Füzuli?
Necə yazardı görən?
Amerikan siqarına bir dərin qullab vurub
minsəydi təyyarəyə, ya “Mersedes” sürsəydi,
Fərqinə varmadan heç konyak, ya gülab vurub,
üstünə Alabaş yox,
“buldoq-muldoq” hürsəydi – 
Nə yazardı Füzuli?
Necə yazardı görən?
Sonuncu diləyini yerinə yetirir Qərb,
Kəsir Şərqin başını üzü qibləyə tərəf.
Tən hardadı, can harda –
görsəydi çürüyüb qəlb,  
kimsənin qolu qalxmır 
müqəddəs neyə tərəf – 
Nə yazardı Füzuli?
Necə yazardı görən?
Görsəydi hər ağızda hikmətinin dadı var,
Amma bununla belə 
ortalıqda şər gəzir.
Füzuli rayonunun özü yoxdu, adı var
görsəydi ki, adının üstündə kafir gəzir – 
Nə yazardı Füzuli?
Necə yazardı görən?
40

41
FƏRQ ETMƏZ
Vaqif Səmədoğlu üslubunda
Dalandan-dalana keçib
yorulmaq harda yaxşıdı – 
internetdə,
yoxsa küçədə?
Doğrudan yalana keçib
vurulmaq harda yaxşıdı – 
internetdə, yoxsa küçədə?
Harda yer tapıb durasan
canını salmayıb çətinə?
Harda şapalaq vurasan
namərd kəsin sifətinə – 
internetdə,
yoxsa küçədə?
Qara başım qalcaq darda
dalımca hər söz deyirlər.
Nə fərqi var atamı harda,
Anamı harda söyürlər – 
internetdə, 
yoxsa küçədə?
Qurbandı doğruya can, 
qardaş,
Satılmaz haqqın tək üzü!
Harda 
doğrayasan, 
qardaş,

dəli, vurağan öküzü? – 
internetdə, 
yoxsa küçədə?
Yapışma candan beşəlli:
Can piyada, vaxt atlıdı
Doğulmaq harda düşərli,
ölmək harda urvatlıdı – 
internetdə, 
yoxsa küçədə?
YEGER
Nə yaxşı yağışlı meşədə azdım – 
sənə ürcah oldum, qardaşım yeger.
Sizin tərəflərdə yağış əsasdı,
bizim tərəflərdə göz yaşı, yeger.
Sən yeger, mən şair... 
bəllidi açma
Yüz dəfə burulub eşilən 
sınır...
Sizin tərəflərdə kollar, ağaclar,
bizim tərəflərdə...
kişilər sınır!
Sərçə topasına “qoşa” atırlar,
Naqanlar şığıyır tuş ürəklərə.
Sizin tərəflərdə quşa atırlar,
bizim tərəflərdə –  
quş ürəklərə.
42

Yegeri, meşəni Allah saxlayır,
bizim sünbülləri yeyir danalar.
Sizin tərəflərdə maral ağlayır,
bizim tərəflərdə maral analar.
Dumanlı meşədə sirdi hər arşın...
Şəhər də meşədi, tüstülər saçı.
Sizin tərəflərdə qarışqa marşı,
Bizim tərəflərdə maşın tıxacı...
Baxıram, meşənin səbri daralıb
Yamacın döşünü daş basıb, yeger.
Sizin tərəflərdə quşlar qırılıb,
bizim tərəfləri quş basıb, yeger.
Uçarın-qaçarın, yaxşı bilirsən,
Sizin tərəflərdə arealı var,
Qapıbir qonşudu, desəm, gülərsən,
bizim tərəflərdə qoyun, canavar.
Şəhərdən meşəyə yol var, deyərdim,
Tala oğlum, yamac – qızım tərəflər.
Əgər danışsaydı kollar, deyərdim,
bizim tərəflərdi sizin tərəflər.
Acından ölürəm, yeger, 
nəyin var? – 
mənə hörmət elə, bilsin nəsillər.
Sizin tərəflərdə qonağa küknar,
bizim tərəflərdə... quzu kəsirlər!        
43

ADSIZ
Bəni-adəm bilmir səndə nə dad var – 
Baxıram, çörəksiz, ətsiz doyuram.
Korlanıb dünyada nə qədər ad var – 
mən sənin adını “adsız” qoyuram.
Qoca tənhalıqdan içim ürkünür – 
Cəhənnəm görməyib belə bürkünü...
Çəkirəm üstümə həsrət kürkünü,
Kasıb mənzilimi odsuz qoyuram.
Düşüb qədəminə qara qul kimi,
Sürünnəm bir gedər-gəlməz yol kimi,
Büküb qamətimi əyri nal kimi
Çapağan könlümü atsız qoyuram.
Sadiqlər dilinin əzbəri gözəl,
Qul necə desin ki gəl bəri, gözəl?
Qəmin bolluğundan gəbərib, gözəl,
Bağışla, məhləni itsiz qoyuram.
ANA İTİRMƏK QORXUSU
İçim bir məbəddi...
Anam içdədi.
Yatıram, 
qalxıram anama görə.
Ölməyə nə var ki?
Ölüm heç nədi – 
ölməyə qorxuram anama görə.
Anasız düz qəddim dönər kələfə,
bal ömrüm çevrilər acı soğana.
Mən ölsəm, öləcək ikinci dəfə,
qatil olacağam məni doğana.
44

SƏNİNLƏ BİR ŞƏHƏRDƏ...
Səninlə bir şəhərdə yaşamaq da bəs mənə,
niyə xoşbəxt demirlər, niyə, niyə bəs mənə?!
Demirlər, deməsinlər...
İnciməli nə var ki...
Çoxuna bu şəhər yad, küçələr elə dar ki...
Meylim yox, istəmirəm bir yana üz çevirəm,
sənə görə Bakını dəli kimi sevirəm.
Konsertə, teatra, parka, bulvara getsəm,
sanki səni görməyə gedirəm, hara getsəm.
Necə gözəlmiş səni bir görüb, bir də görmək,
gündüz həyatda görmək, gecə efirdə görmək.
Xoşdur səni düşünüb
doluxsunmaq və dolmaq,
ən kimsəsiz, ən qərib, ən kövrək adam olmaq.
45
Əjdər Ol

Sən məndən küsən günü 
mən də küsdüm özümdən,
bunu bilməyə nə var, kölgə düşmüş üzümdən.
Sən lazımlı adamsan, sənin başın qarışıq,
yada düşmür Əjdər Ol, yada düşmür barışıq.
Səninlə bir şəhərdə yaşamaq da bəs mənə,
ay insafsız, bir quru sözün yoxdur bəs mənə?!
SEVGİYƏ ÜZRMÜ VAR?         
Bəli, sevmişəm səni! 
Burda gülməli nə var?
Sən mənim bu sevgimi başımamı qaxırsan?
Yanılıb düşünmə ki, keçib getdi o bahar,
məni elə indi də yandırırsan, yaxırsan.
Sevgiyə üzrmü var? 
Necə deyim: “Bağışla!”
Sən nə hayda olmusan, mən nə hayda olmuşam.
Yüyürmüşəm küləklə, sallanmışam yağışla,
sən harda olmusansa, orda peyda olmuşam.
Necə deyim: Bağışla, həsrətini çəkmişəm,
sənə acıqlıyammı, mənə acıq verirsən?
Gecələr kirpik çalıb dan yerini sökmüşəm,
indi bu xırda işi mənə çoxmu görürsən? 
Səndən ilham almışam, necə geri qaytarım?
Arı qaytara bilməz güldən çəkdiyi balı.
Yarımçığam, yarımçıq!
46

Yarımdan qopan yarım,
qovma dəli başımdan beş-üç şirin xəyalı.
Sevgim günü bu gündə, su içir göz yaşımdan
Görmüsən, görəcəksən yenə sədaqətimi!
Aylar, illər keçsə də, ürəyimdən, başımdan
heç kəs çıxarda bilməz sonsuz məhəbbətimi.
BAĞIŞLAMA!
“Bağışla!” deməyə üzüm qalmayıb,
İcazə qurtarıb, izin qalmayıb,
Heç bir araçıya lüzum qalmayıb,
Haqlısan qəlbimi qır, bağışlama!
Məni yerdən yerə vur, bağışlama!
Səni görməyəydim bir belə solmuş,
Ürəyi boşalmış, gözləri dolmuş,
İndi işim daha Allaha qalmış,
Allah bağışlasa, sən bağışlama!
Lap bir Əzrayıla dön, bağışlama!
Boynubükük qalan məhəbbətim bu,
Özümdən hamıya şikayətim bu,
Məhkəmə qurulsun, cinayətim bu,
Hakim bağışlasa, sən bağışlama!
Hər kim bağışlasa, sən bağışlama!
Qəlbinin səsinə bir də qulaq as,
Ortaq xatirəmiz qalacaq miras,
Onlardan birini düşünüb bir az
kövrəlsən, bərk dayan, döz, bağışlama!
Ağızdan çıxdısa söz, bağışlama!
47

48
Sən axı neynirdin ruhu sıxanı, 
Yeri uçurdanı, göyü yıxanı,
Sənintək mələyə dönük çıxanı,
Mələklər yalvarsa, yox, bağışlama!
Qəlbində xal varsa, yox, bağışlama! 
Həyat gözdən düşdü, can oldu haram,
Xəyal qırıq-qırıq, iç param-param,
Mən də Əjdər Olu bağışlamaram,
sən də bağışlama, heç bağışlama!
Tez bağışlamasan, gec bağışlama!
ÜZÜNDƏN  ÖPÜN!
Ey fikrim, xəyalım, gedin yargilə,
Tapışın, buluşun, üzündən öpün!
Baxdığı güzgünün yanaqlarından,
Yatdığı balışın üzündən öpün!
Neyləyim, sevgilim tez tıncıxandır,
Ürək sındırandır, könül yıxandır,
Adamdan yüz dəfə acıq çıxandır.
Öyrəşin, alışın, üzündən öpün! 
Səsi Əjdər Olun sevgi marşıdır, 
Hayıf, sevgilisi ona qarşıdır,
Əgər görsəniz ki, hey üz turşudur
Güləcək, çalışın üzündən öpün!

YERİN MƏLUM!
Elə yaxşı yerdə idik, elə yaxşı...
Qızıl qaya, yaşıl gədik, elə yaxşı...
Hava yumşaq, sərin idi, yerin məlum!
Əsl sənin yerin idi, yerin məlum!
Danışmırdıq, səsimiz lap kallaşırdı,
Kəpənəklər saçımızdan sallaşırdı.
Hər tərəfdə gül topası – güllü yastıq,
Şəlalənin şır-şırına qulaq asdıq.
Yoxa çıxdı canımızın sızıltısı,
Nə xoş idi arıların vızıltısı.
Meh səsində zümzümələr, oxşamalar
Min rəng vardı, sadalasam, axşam olar.
Nənəmuçlar yuxudan tez ayılmışdı,
Qonağımız məst olmuşdu, bayılmışdı.
Dolaşmaqdan nə usandıq, nə də doyduq,
Bir daş üstə yanımızı yerə qoyduq.
Sakitlikdi, bir budağı əyən yoxdu,
“Gözün üstə qaşın var” da deyən yoxdu.
Hər bir işi xeyrə yozmaq anı idi,
Söz desəydim, o, sözümün canı idi.
Bərk acmışdıq, hərəyə bir qoğal düşdü,
Ehtiyatlı bələdçiyə “sağ ol” düşdü.
Quşlar bizə bir tamaşa boyun oldu,
Oynadılar, ilahi bir oyun oldu.
Çən yayıldı, çöl büründü ipək tülə, 
Elə səni arzuladım, elə... elə...
49

AZƏRBAYCAN BAYRAĞI
Şənini vəsf etməyə yetər, qüdrətim yetər, 
Ulduzunu, Ayını göydə mələklər ötər,
Hər rəngində «ya qazi, ya şəhid» bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, – 
Azərbaycan bayrağı !
Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı, –
Azərbaycan bayrağı !
Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna  bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı !
Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
50
Ramiz Qusarçaylı

Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin  yelpiklənən yarpağı, –
Azərbaycan bayrağı !
Sənsən Azadlıq eşqim, sənsən Hürr, deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı, –
Azərbaycan bayrağı !
Azərbaycan bayrağı !
BU ÇİÇƏK AXŞAMI, BU GÜL AXŞAMI
Gəzirəm şeirimin gül ləklərini,
Heyrətim könlümü qana çevirir.
Gül elə soyunur ləçəklərini,–
Arılar üzünü yana çevirir
Bu çiçək axşamı,
bu gül axşamı.
Qızılı tellərə yaşıl şeh düşür,
Ay quzey qarında bəyaz gül açır.
Çiçəklər zoğalın sarı gülüşü,
Göyəm ağacları gömgöy dil açır
Bu çiçək axşamı,
bu gül axşamı.
Üşüyür qum üstə yarpız çiçəyi,
Meh öpür lillənən dodaqlarından.
Quru qarağacların sarıköynəyi
Asılıb səsinin budaqlarından 
Bu çiçək axşamı,
bu gül axşamı.
Ələnir nur üstə nur narın-narın,
Bir tonqal göyərir al zərrələrdən.
51

Gözləri qamaşır qarışqaların, –
Qaldırır dən kimi Günəşi yerdən
Bu çiçək axşamı,
bu gül axşamı.
Bənövşə gözündə nazlı bir giley,
Sıxdım bir laləni,
gördüm qan çıxır.
Şairlik adında nə varsa hər şey
Süzülüb bu axşam canımdan çıxır ...
Bu çiçək axşamı,
bu gül axşamı.
Daddım bu axşamın şirinliyini,
Bu balı nə arı, nə şan gətirər.
Yaşıl su çiçəyim yaşıl şam kimi,
Mənə də bir yaşıl axşam gətirər
Bu çiçək axşamı,
bu gül axşamı ...
QURUDUB GÖNDƏRMƏ BƏNÖVŞƏLƏRİ
Əlimə alınca əlim qurudu,
Qurudub göndərmə bənövşələri.
Nəfəsim qurudu, dilim qurudu,
Qurudub göndərmə bənövşələri.
Çatmadım bu il də yaza bilirəm,
Darıxa bilirəm, susa bilirəm,
Özüm quruyanda dözə bilirəm –
Qurudub göndərmə bənövşələri.
Əl saxla, dər saxla, təzə-tər saxla,
Çıxart ürəyimi, üstə sər, saxla,
Mənə də ölməyə bir az yer saxla –
Qurudub göndərmə bənövşələri.
52

ХИЛАСКАРЫМ!
Бу шеир 2011-ъи ил октйабрын 5-дя Анка-
рада сяфярдя оларкян Рiхос отелиндя, эеъя йа -
рысы Йясяви Uниверситетинин блокнотуна йазылыб.
Ня онда, ня сонра бу шеирин цнванынын сигарет
олдуьуна там ямин дейилям. Амма сигарет бу
вя бундан сонракы 200-ц кечян шеирлярин йазыл-
масында мянля садиг йолдаш олдуьуна эюря
«Хиласкарым»ын цнваныны дяйишмядим.
Сян – дярдин гяними!
Сян – гцссянин ъяллады!
Сян – аьрыларын кейидиъиси! 
Сян эерчяк-йалан,
артан, чохалан
йцзя-миня вурулан
бяд хябярлярин говуъусу!
Валерианым!
Корвалолум!
Валидолум!
53
Rəşad Məcid

Сян – ян кядярли анымын сирдашы,
ян кефли щалымын йолдашы!
Сян олмасайдын 
ъаныма микробтяк 
дцшян,
ганыма ишляйян
бу фялакят вируслары,
бу фаъия,
бу юлцм епидемийалары
чохдан йайылмышды бейнимин щяр кцнъцня,
цряйимин дибиня!
Сян сахладын ону дамарларымын диварларында, 
бейнимин узаг кцнъцндя!
Гоймадын йайылмаьа!
Боьазымдакы гящярдян галхыб 
бейнимдя инсулта,
цряйимдя инфаркта кечмяйя гоймадын!
Сян ян бюйцк ращатлыьым! 
Она эюря йейирям ки,
дадына дад артыраъаг! 
Ичирям ки, сяни ширинляшдиряъяк!
Ян узун юпцшлярим
сянняндир!
Дырнагларым сыьаллайыр
телляринин уъуну...
Сяня эюря йерийир,
сяня эюря эязирям!
Сящяр тездян йанындайам – 
бир гуртум су иля, 
бир гашыг балла!
Ахшам сянинля баьланыр эюз гапагларым!
Хиласкарым!
54

Кимди сяни анлайан –
Бармагла сайылан азлар! 
Чюряйи дизинин цстя олан,
Ятяйиндян тутуб галхан, 
сонра сяни сюйян,
тапдалайан нахяляф дайазлар!
Ян чятин анларында
бармагларыны аралайыб –
бирин вер – дейянляр!
Цстцня йцйцрцр бяшяр! 
Сяни эюйдялянлярдян чыхарыб бомж кими
гапы аьзына атырлар,
тяййарялярдян, отеллярдян гачаг салырлар.
Сяни щава лиманларында бир кцнъя сыхдылар.
Сяни гатарларда 
ян кирли вагонларда гападылар!
Дюздцн дайандын! Сакит бахдын!
Цстцня йцйцрдц
ганунлар, йасалар!
Орда онун, бурда бунун бяйанаты!
Биздя дя Гяниря ханымын ганун лайищяси! 
Гапалы аланлар!
«Но смокинг»ляр,
«ичилмяз»ляр,
«чякмяк олмаз»лар!
Сян олмасайдын 
бяшяр ушаглыг чаьында галмышды щяля!
Сянсян дцнйанын ян бюйцк кяшфи 
вя ян бюйцк кяшфляринин ъыьыр ачаны!
Ян эюзял мусигинин, 
ян илащи сюзцн ганад веряни!
55

56
Щавааланларында
зийарятя эялянтяк
сыхышдырылдыьын
балаъа отаьа
тялясир
инсанларын аьы-гарасы,
гоъасы, ъаваны.
Дцн он адама аьыз ачдым
гапысында ичилямяз йазылан одамда
сяня бир табаг тапыланаъан!
Инъимя кцсмя!
Бу шеир дя мяним сяня
Тяшяккцрцм, сядагятим!
Тцтцнцм !
Никатиним!
Тцстцм!
Сигаретим!

ŞEİRİM,  KÖLƏ  OLMA...
Şeirim, kölə olma, şeirim qul olma,
Yoxsul yaşadım ki, sən yoxsul olma.
Sənə qurban getdi bu ömür, bu gün
O şah vüqarını yaşatmaq üçün.
Mənsiz kim çəkəcək sənin ağrını, 
Dumantək üstümə çök, mənim şeirim.
Mənim ürəyimi, yerin bağrını,
Göyün yaxasını sök, mənim şeirim.
Mən elə ac-susuz yaşaya billəm,
Ən ağır cəzanı daşıya billəm.
Sən sevgi acı ol, dərd acı olma,
İlhamın, istəyin   möhtacı olma!
Sənin  Nizamitək ulun, Allahın,
Sənin Füzulitək xudan var, şeirim.
Dastanın, nağılın, laylan, bayatın,
Bu günün, dünənin, köhnən, boyatın,
Tardakı, neydəki nəğmə həyatın
Sazın tellərində nidan var, şeirim.
Tanrıya bağlıdır arzun, istəyin,

Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə