Бакы – 2013 Тяртибчи вя редактор



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix02.12.2016
ölçüsü2,97 Kb.
1   2   3   4   5   6

89
Nisə Bəyim

Ay söyüd ağacı... ay göl  ağacı...
Sənin yarpaqların arxa toxunar...
Saçın daraqlanar çöl küləyində,
Könlündə bir yanıq  «Segah» oxunar... 
Saçının kölgəsi sulara düşər,
Yarpaqlar oxşayar dodaqlarını...
Həzin pıçıltısı yelə qarışıb,
Qurudar şeh düşmüş yanaqlarını...
Quşlar yuva qurar sıx budağında,
Səndən uçub-köçər leylək balası...
İncə yarpaqların layla söyləyər,
Gövdən sərçələrin beşik qalası...
Ay söyüd ağacı... ay el ağacı...
Sən vətən ağacı, yurd ağacısan...
Sən gəlmə deyilsən, sən yad deyilsən,
Doğma torpağımın  mərd ağacısan... 
Kökün şirə çəkir yerin tərkindən,   
Öpdüyün  bu torpaq qalam, səngərim...
Çöllərdə cərgəylə sıralanmısan,
Ay söyüd ağacım,
vətən əsgərim..!
KREDİT
Aya-günə  bir borcum var,
Hərdən məni qımıldadır...
Bu dünyanın alverində
Fələk də adam aldadır...
Düşüb çarxın fitnəsinə,
Mən də bir hesab açmışam,
Təməlinə bir daş qoyub,
Üstündə ömür  asmışam ...
90

Dəngələri yel sovurur,
Ortada külək oynayır,
Gedən gedib,qaçan qaçıb,
Əl üstə kələk oynayır...
Kəf gəlir gecə gündüzə,
Kal da dəymişi xarladır...
Saatı da zaman deyil,
Hansısa fərman fırladır... 
Gözlərinin düz içinə 
Qımışır haça ilanlar...
Nə başı var,nə ayağı,
Yıxılır puça qalanlar...
Mən ağılsız öz başıma  
Gedib bəla gətirmişəm,    
Axmaq kimi bir ömrü də   
Kreditə götürmüşəm...            
* * *
Şərt kəsdik...
Şərt kəsdik...
Ölüm ilə...
Şərtimiz – həyat oldu...
Aralıqda bölünən
Ömür çatbaçat oldu...
Hər gün bir az bozardı,
Qərib oldu, yad oldu...  
Hər gün bir az köhnəldi,
Bir az da boyat oldu...
İtirdik doğmalığın
Qan çəkən qoxusunu,
91

Unutduq sevgilərin
Uşaqlıq yuxusunu...
Bağlarımız  qırıldı, 
Uzaqlaşdıq anbaan...
Doğma düşmənlər kimi
Qoşa getdik – yanbayan...
Böyük iddiaları
Yanımızda  baş gördük...              
Dönəndə arxamızda,
Dost yerini  boş  gördük...
Tanıdıqca tükətdik,
Yaxdıq bir-birimizi... 
Arada quyu qazıb,   
Gömdük hər sirrimizi...
Gündüzlər uğur qovduq,
Gecələr yuxu qovduq...
Zamanı  qova-qova,     
Gəlib əcələ qonduq...
Ağlayıb ömrümüzün    
Yaşıyla günah yuduq
Sonda bir daşın altda
Ölümlə bir uyuduq...
92

93
* * *
Mən itirilmiş biriydim, 
sən məni o vaxt tapanda.
Bir az şairliyim vardı,
sən mənə vurulan anda.
Yox, mən də vuruldum sənə,
vuruldum... tükəndim, bitdim.
Olan-qalan ağlım uçan
quşlara qoşulub getdi.
Sən də qaytara bilmədin
uçub gedən baxtı mənə...
Sağ ol, yenə çox görmədin
itirdiyin vaxtı mənə.
...Sağ ol, yenə qayıtmadın, 
ağ olmadın üzümə sən.
Axı məndə nə tapdın ki,
gedəndə nə itirəsən...
Tərlan

* * *
İllərdir
gecənin qulağına pıçıldadığın sözlərin
ölü düşmüş rəngini
hər gün boyamaq istəyirəm
sükutun rəngiylə,
gündüzün döyünən ürəyinin ahəngiylə.
Mən öz səsimi çoxdan batırmışam,
sənin pıçıltıların yaşasın deyə...
* * *
Başımda bir hava var,
bu havada bir qadın
uçur üzü üfüqə.
Üzülür yerdən ayaq,
qırpıldıqca kirpiklər – 
kirpiklərimdən damır
onun ətri hər yerə.
Uçur üzü üfüqə,
ayağım yerə dəymir.
Bu qadının içində bir çarpayı açılıb – 
üstündə tüldən pərdə
çadırtək qurulubdu
başımın havasına,  
kimsə görməyir yerdən.
Başımda bir hava var,
bu havada bir qadın
məni dəvət eyləyir
üfüqdə sevişməyə.
94

* * *
Sən qorxduğun güzgüdə
Gözləri dolanım var.
Çiçəklər solan yerə
Solmayan salamım var.
Mənə xəbər daşıma
Alnının qırışından.
Min bahara yol gedir
Bir ömrün qışından.
Unutduğum eynəyi,
Demə sükut danlayır.
İndi məni daha çox
Baxışların anlayır.
Yox gileyim, güzarım
Yola çökmüş dumana.
Bir dağı qoşmaq olar
Bir sevdalı gümana.
95
İnqilab İsaq

Burda təbəssümündən
Kasıb düşməz sözlərim.
Dünyaya məndən ötrü
Bələdçidir gözlərin.
Sən qorxduğun güzgüdə
Gözləri dolanım var.
Çiçəklər solan yerə
Solmayan salamım var.
* * *
Suallar önündə susmaqdı peşəm,
Bilmir hansı yükü daşıyır adam.
Bir parça ömrü yavanlıq edib,
Küsülü-küsülü yaşayır adam.
Gecə də, gündüz də batıb qan-tərə,
Dərməz nəfəsini, dərməz bir hovur.
Kəndiri kəsilmiş nağıl yolunu,
İndi də yuxuda mələklər qovur.
Yüz dərdin biri də gəlməz çiyinə,
Çatmaz qulaqlara azançı səsi.
Yoruldun, şələmi harda düşürüm?
– Yerin də, göyün də yox icazəsi.
* * *
Baxışım qoşula bir təbəssümə,
Yol gedə dünyanın lap son ucuna.
Dilimdə kəlmələr tutar tapmaya,
Bu oddan, alovdan yana, uçuna.
96

Daşı ətəyindən tökməyə həsrət,
Bu inad ağlımı başıma qoya.
Biləm ki, dözümdə yanılmamışam,
Cəzamı sevdatək qarşıma qoya.
Taleyim üzümə gülə beləcə,
Sısqa dərdlərimi salmaya saya.
Yadımdan çıxara əlim iş-gücü,
Bu yoldan bir özgə yol tanımaya.
Demirəm əzabdan qurtulum necə,
Başıma min oyun, min bəla gələ.
Arının yuxulu sancdığı qönçə,
Həsrət sazağından vüsala gələ.
Uzanan bu sevda gecələrində
Unudam beləcə ölüm-itimi.
Amma ki İlahi əzablarımı
Kimsə pıçıldaya bir şeir kimi.
97

YADINDAN ÇIXIB
Əllərin üzündə qalar, İlahi,
Adam gözləriylə baxsan rəngimə. 
Nolar bu gözələ insaf verginən,
Bircə cavab versin mənim zəngimə.
Dəryada gəmiyəm uçub yelkənim,
Külək yellədikcə əsər kəndiri.
Asılı qalmışam dar ağacından,
Bircə “ALO” sözü kəsər kəndiri.
Dillənə qəlbinin kaş sarı simi,
Duyam istisini kövrək səsinin.
Nolardı barmağı kəpənək kimi,
Qonaydı  üstünə “YES” düyməsinin.
Bu başda həyəcan, o başda sükut,
Aya, ilə dönür hər keçən anım.
Çağırır, çağırır telefon susur,
Bir cavab verməyir qəlbi daş xanım.
98
Dayandur Sevgin

Sən bizi sevgidən yaratdın axı,
Ən ülvi sevgilər adından çıxıb.
Tanrım, bu gözələ hər şey vermisən,
Bircə ürək vermək yadından çıxıb.  
* * *
Şeytan əməlidi bu gözəlliyin,
Tanrı axıtmazdı belə qanları.
Qara kirpiklərin xilas eyləməz,
Dərya gözlərində boğulanları.
Kövrəlsən, gözündən bir damcı düşsə,
Silməyə hər cibdən bir yaylıq çıxar.
Sən tutub gedərsən vüsal yolunu,
Nədənsə qarşına ayrılıq çıxar.
Sonuncu nəğməsin oxuyan qu da,
Son dəfə ürəkdən dinmək istəyir.
Sənin göz yaşından sellənən suda,
Kimdi o bəxtəvər, çimmək istəyir.
MƏNİ SEVƏCƏKSƏN ÖLƏNDƏN
SONRA
Ölüm gətirəcək səadətini,
Ümidlə boylanma gələn sabaha.
Öləndə tapacam məhəbbətimi,
Ölünün qiyməti diridən baha.
Məni sevəcəksən öləndən sonra.
Gəncliyim həsrətin odunda yanıb,
Hicranın dadını çəkənlər bilər.
99

Gündüzlər başının üstə dolanıb,
Yuxuna gələcək ruhum gecələr.
Məni sevəcəksən öləndən sonra.
Tellərin siləcək alın tərini,
Doğmalar yad olub səndən qaçacaq,
İsladıb zil qara kirpiklərini,
Göz yaşın gözündə çiçək açacaq.
Məni sevəcəksən öləndən sonra.
İllər gətirəcək yaş üstə yaşı,
Bu sirri qəlbində saxlayacaqsan.
Həmdəmin olacaq bir məzar daşı,
Önündə diz çöküb ağlayacaqsan.
Məni sevəcəksən öləndən sonra
Yandırdın hicranın odunda məni,
Çıxmadıq sevginin sınaqlarından.
Başdaşım köksünə sıxacaq səni,
Öpəcək şeh düşmüş yanaqlarından.
Məni sevəcəksən öləndən sonra.
Hələ ki, ömr elə sən gülə-gülə,
Hələ yetişməyib sənə bəd xəbər.
Əzizim, taleyim yazılıb belə,
Mən diri bədbəxtəm, ölü bəxtəvər.
Məni sevəcəksən öləndən sonra.
100

QIZ QALASI
Qız Qalası,
derlər
Qala Ürək olmaz, 
Ürəyə qala derlər. 
Sən Bakının ürəyisən,
Qız Qalası, 
Bu dünyanın ən bakirə qalasısan,
Qız Qalası!
Qoy sənə bir qarğış edim,
alxış olsun –
görüm, səni ömrün boyu qız qalasan,
Qız Qalası. 
O yanda da Oğlan Qala oğlan qalsın, 
Aranızda həsrət olsun,
ancaq sərhəd olmasın.
Demirəm ki, dərd olmasın,
dərd olsa da
101
Əkbər Qoşalı

dərdinizi söyləməyə həmdərd olsun.
Zaman oldu  
Ərk Qalası həmdərd oldu,
həm dərd oldu...
Sən yenə də söyləyərsən,
anan Xəzər 
dinlər sənin dərd-sərini.
Oğlan Qala, zalım, dinməz,
Dillənsə də dağa deyər, 
daşa deyər dərdlərini.
Vay o gündən dərd ola da, 
ərk olmaya,
Dərd o gündü ƏRK olmaya.
Qız Qalası.
Qız Qalası,
Dərd deməkdən bəz düşübdü dilimə, bəz.
Mən gedirəm BƏZZə doğru
İşdi-şayət arar olsan
tonqal qala,
ƏLİNCƏyə əl eylə,
Öz atəş diliylə, 
cüt tonqalıyla,
ƏLİNCƏ arayar bizi
Ölüncə gəllik, 
ölüncə
Qız Qalası...
102

ALTAYLARDAN QOPAN ATLAR
Altaylardan qopan atlar,
Getdiyi göy yoluydu.
Altaylarda doğan Aylar,
Biz çıxanda doluydu.
Altaylardan qopan atı
Daha kimsə minmədi,
Altaylardan qopan atlar,
Ağ köpüklü dənizlərə
Çatmayınca dinmədi.
Biz çıxanda Ay doluydu…
Biz getdikcə Ay Yolu
Ayağımız üzəngidə əyildi,
Yay-oxumuz qırılanda
Ay göylərdə bir yay kimi gərildi.
Biz çıxanda Ay doluydu,
Çıxdıq oldu Aypara.
Ay Altayda dolunaydı,
Avropada Aypara.
Altaylardan qopan atı,
Bir də, bir də minərmi olam?!
Altaylardan qopan atın
köpüklü dənizədək
Dinmədiyini görərmi olam?!
Altaylardan qopan atlar
Avropanı nə vaxt adlar?!
103

104
BİLMİRƏM
Mən ona hər gün aşiqəm,
O mənə – bilə bilmirəm.
Xəyalıyla dərdləşirəm,
Özünə–dinə bilmirəm.
“Can” deyirəm, canım olmur,
Sevirəm, sultanım olmur.
Olmur, bə, ay canım, olmur,
Könlümdən silə bilmirəm.
Desin, Əkbər, bu nə haldı?! 
Ağ üzə qara sevdadı…
Unutdum, doğmanı-yadı,
Dil əzbərim olan adı…
Gələrmi dinə? – bilmirəm…            

KLASSİKA MƏŞQLƏRİNDƏN – XX
Gözlərindən öpərəm, dodaqlarından sənin, 
Şirin sözlər asaram qulaqlarından sənin,
Saçını oğurlayıb daraqlarından sənin,
Saxlayaram cibimdə, gizli-gizli qoxlaram,
Yandıraram gecələr, gəlirsənmi yoxlaram...
Əllərindən tutaram, biləyindən öpərəm,
Saçlarının gül qoxan küləyindən öpərəm,
Məni müqəddəs bilən ürəyindən öpərəm,
Öpərəm ki, biləsən mən müqəddəs deyiləm,
Nə var məndən qaçmağa, mən ki qəfəs deyiləm...
Qırmızı kəmturş  şərab  badələrə süzülər
Zarafatlar uzanar, ürəyimiz üzülər...
Barmaqlarım tələsər, düymələrin çözülər,
İçimə bir od düşər, titrəyər ayaqlarım,
Süd yolunda dincələr qurumuş dodaqlarım...
Ürəyimin parası, gözümün bir tikəsi,
Məni yaman qorxudur dinməmək təhlükəsi.
105
Qismət

Mən özündənrazının, eqoistin yekəsi,
Sən zəriflik tanrısı, qadının ötəsisən
Bütün xoş şeylər kimi səndəmi bitəsisən?!
SENDVİÇ
Yadıma gəlir,
babam ölən kimi
dayım  babamın qara Volqasını
dəyər-dəyməzinə satmışdı.
İndi həmin Volqa Yasamal məzarlığında
ucaboy bir məzar daşıdı.
Kişinin ili çıxmamış mən aşiq olmuşdum
qonşunun qızına.
Mustafa Sübhi küçəsində
dayanıb onu gözləməkdən
bütün söyüşləri əzbərləmişdim.
İndi də yadımdadılar...
«Turbo» saqqızları vardı,
«Seqa» kompyuterləri,
İbrahimin mahnıları...
Roberto Bacio çoxdan
penalı çölə vurmuşdu,
Maradona  narkoman olmuşdu,
Tayson qulaq dişləmişdi...
Aralıqda şayiə gəzirdi:
dünya dağılacaq !
Mənsə fikirləşirdim:
dünya dağılsa da,
qonşunun qızına sözümü deməliyəm...
Bank reklamlarında pul görürdüm,
arada yuxu da.
106

Mədəmə hansı sualı versəm,
ciblərim tez dillənərdi:dönər!
Qapımıza qoyulan qəbzlərdən öyrənmişdim
ciblərimin sözünə baxmağı.
Bir iyul axşamı
Axundov bağında
o qız rəfiqələriylə danışırdı.
Gözlərimə tapşırmışdım gözlərini əzbərləsinlər,
qulaqlarıma əmr eləmişdim sözlərini.
Görürdüm, eşidirdim,
gülürdü, danışırdı, deyirdi:
«Zəhləm gedir dönərdən, çuşkalıqdı,
amma sendviç başqa məsələ...»
O iyul axşamında
içimdəki ümid ayağa durub
qoca bir çarəsizliyə yer verdi,
bütün krossvordlarını həll elədim ürəyimin.
Düz bir həftə sonra
guya, təsadüfən rastlaşdıq.
Topal cümlələr qurdum, əlil ifadələr...
Birtəhər anlatdım dərdimi.
Dedim, bəlkə, axşamüstü görüşək,
deyəcəklərim var, sendviç də yeyərik...
Gülümsədi. «Bağışla», – dedi,
«indicə sendviç yeyib gəlmişəm,
R. dəvət eləmişdi...»
İndi nə vaxt sendviç alası olsam,
satıcı qızlar soruşur: acılı ketçup?
«Olsun» – deyirəm,
«mən sendviçlər yemişəm ki,
içində gülümsəmək olub,
acılı ketçup nədir ki?!»
Heç biri başa düşmür.
107

* * *
Səndən yaxşı düşmən çıxar,
məndən yaxşı dost.
Sən küsməyi xoşlayırsan,
mən–barışmağı. 
Sən keşişə oxşayırsan,
mən günahkara.
Sən susmağı xoşlayırsan,
mən–danışmağı.
Bu oyun necə bitsin ki,
bu qaydalarla,
Sən vurmağı xoşlayırsan,
mən–vuruşmağı.
* * *
Yenə Bakıya  qar yağır,
Yenə soyuqdu, dostum.
108
Səhər

Sənsiz belə havaların
Ləzzəti yoxdu, dostum.
İndi bir çay dəmləyəsən,
Gələm, oturub içək.
Bu həyatın sağlığına
Yenə hər şeydən keçək.
Yenə qapını mən döyüm,
Yenə qapını sən aç.
Mən marketdən konfet alım,
Sən evdən mürəbbə aç.
Sərxoş olmaq istəyirəm,
Bir tünd çay dəmlə, dostum.
Sənə bir söz deyəcəyəm,
Lap təzə dəmli, dostum.
Gecikirəm, telefon aç,
Gör bir harda qalmışam.
Mən danışım, sən qulaq as,
Yenə yaman dolmuşam.
Bu tindənmi dönməliydim,
Bu yol gedirmi sizə?
Bilirəm şəhərdə yoxsan,
Axtarram evinizi.
Neylim, Bakıya qar yağır,
Yaman soyuqdu, dostum.
Sənin kimi çay dəmləyən
Bir dostum yoxdu, dostum.
109

* * * 
Ayaq üstdə qırxım çıxdı,
Ölümə də gecikdim.
Nə yaman yatıb qalmışam,
İlimə də gecikdim.
Sizi yoldanmı eylədim,
Bilirdim işiniz var.
Dəfnimə gələ bilmədim,
Bağışlayın, adamlar.
Durun gedin evinizə,
Yolboyu söyün məni.
Ölsək, ağlanmalıyıq biz,
Yaşasaq–söyülməli.
110

ADAM
Gülü-çiçəyi tapdayıb,
Namaza tələsən adam...
Düşünüb cavab tapmadım – 
Sən niyə beləsən, adam?
Getmək həvəsi bol ola,
Nə sağ ola, nə sol ola.
Tanrı göndərən yol ola,
Düşəsən, gələsən adam.
Qıvrılıb qında yatırmı,
Doğulmağa can atırmı,
Rəbbim, gümanın çatırmı?
Mən səndən diləsəm adam?!
Yollar çox, azmaq asandı,
Altını qazmaq asandı,
Bu şeiri yazmaq asandı,
Kimə göndərəsən, adam?
111
Sərvaz Hüseynoğlu

QARACA ÇOBANA MƏKTUB
Hər gün tövbə edib yenidən pozan,
Nə ki pisliklər var – yaxşıya yozan.
Bir küskün aşiqəm, bir dəli ozan,
Bu bəxtlə, bu yurdla, bu Vətənlə mən.
Ələyi ələnib ələkdə gedən,
Ahı bülənd olub fələkdə gedən,
Ağzında ləzzəti bələkdə gedən
Çocuğam, neyləyim bu sitəmlə mən?
Yurdun ağrıları sinəmdə qat-qat,
Məni dustaq edib bari-ehtiyat.
Daşam, sapandının gözünə qoy at – 
Səni xatırlatsın bu həmlə mənə.
SƏNSƏN
“Gözlərim yollara çəkdi şəklini”,
Gələn də sən idin, gedən də sən, sən...
Ruhumda taxt qurub, “hardasan?” – deyə
Mənə giley-güzar edən də sənsən.
Əl telə pərdədi, tel ələ pərdə,
Salmısan Kərəmin düşdüyü dərdə,
Di məni qoy ölüm öldüyüm yerdə – 
Sağ yer qalıbdısa bədəndə–sənsən.
Bizi nə gözləyir yolun sonunda?
Cavab axtarmaram bil ki, yolunda...
Dəniz şəklindəsən, hava donunda – 
Ayıra bilmirəm nə biçimdəsən.
Var olsun bu gözəl növrağın barı,
Dərədə dumanı, zirvədə qarı...
Yön alıb gedirəm Tanrıya sarı – 
Atdığım mübarək qədəm də sənsən.
112

QOXLA MƏNİ
Mən bir gözəl mələk olum,
Yuxularda yoxla məni...
Kirpiklərin yorulanda,
Ürəyində saxla məni.
Aç qolların uzanınca,
Hicran yaşanarmı bunca?
Sarıl boynuma doyunca,
Dərin-dərin qoxla məni.
Ayrılıq məni dağlayar,
Gözlərim yosun bağlayar,
Anam yox, məni ağlaya,
Nə olar, gəl, ağla məni...
Qov, dağılsın qara bulud,
Ağlamağı unut, unut...
Yum gözünü, bir arzu tut,
Ürəyinə bağla məni...
113
Həyat Şəmi

ADINI SƏN QOY
Ozan çalsın havamızı,
adını sən qoy...
uçurduğun yuvamızın,
adını sən qoy...
Hər gün bir az darıxmağın,
durub özümdən çıxmağın,
gözdən ürəyə axmağın...
adını sən qoy.
Baxır hey arxanca gözüm,
gözümdə  mirvari düzüm,
doğulmayan körpəmizin,
adını sən qoy.
Bu qədərmiş... bitdi oyun,
boğazımda sevgim düyün...
ürəyinə öz sevdiyin
qadını sən qoy,
adını sən qoy...
114

ЙУНУS  ЯМРЯЙЯ
Чапдылар атды суфиляр,
Аты ганадды суфиляр,
Мягама чатды суфиляр,
Гатарындан галан бизик.
Ярляр эцлц цзяр ийи,
Сюз сапына дцзяр ийи.
Сюздц зикрин цзярlийи, 
Сюздян юмцр алан бизик.
Суфиляр сяня йцрцйцр,
Сюзцн йоллары бцрцйцр.
Боз изляри йел кцрцйцр,
Кюнцл мцлкц талан бизик.
Бу бал, бу пятяк дцнйада,
Бу эюзял-эюйчяк дцнйада,
Йунусум, бишякк, дцнйада
ял гойнунда галан бизик.
115
Rəşid  Faxralı

Дцйцн дцшцб сящяр, Йунус,
Дярдя дцзцб гящяр, Йунус,
Ямря оламмаз щяр Йунус,
Эерчяк сянсян, йалан бизик.
ГЯРИБЛИК АЬРЫСЫ
Гцрбятин щяр эцнц бир иля дюнцр,
Ярийир, галмыр ки, эюзцнцн йаьы.
Бир удум щавады,бир ичим суду,
Беш аддым торпагды,беш аршын безди
Qярибин Вятяндян сон умаъаьы.
Дцшярли эцн эязир эцнляр ичиндя,
Дцшярли дцнляри долашыг дцшцр.
Ширин истяйинин кюлэялийиндя
Эеъяси-эцндцзц гарышыг дцшцр.
Йоллар да узаныр…
Узанан йоллар
Нечя даьдан кечир, дярядян кечир.
Ялими титряйир?
Гярибин ову
Hямишя сцrцшцб бярядян кечир…
Вятяндян узаьа дцшянляр, еля
Юзцндян узаьа дцшдцйц цчцн
Юмрцнц йелляря вериб эедирляр.
Гяриблик аьрысы удуб да бир эцн
Sонунъу цнвана гяриб эедирляр…
Дюрд чийин…
Дюрд ъцт ял…
Дюрд-беш аддым йол,
116

Бу неъя дяфнди?
Беля, биртящяр…
Бу да сон…
Гярибин сон эцнц…
Бир дя
Гондарма бир щцзн, гондарма гящяр…
Ня мещляр учунур,ня Эцн эюрцнцр,
Гярибин мязары газылан йердя…
ГЯЛБИНЯ  ХАЛ ДЦШЦР АТА
ЙУРДУНУН
Ялляри гойнунда галан гярибин,
Ачылан дан цзц цзцня бахмыр.
Юмрцнцн сыьаллы йухуларыны
Dаьыдан кцлякляр сюзцня бахмыр.
Гялбиня хал дцшцр ата йурдунун.
Ишыг эялян тяряф, ишыглы тяряф
Шющрят боьчасына йыьыр рущуну.
Шейтанын кяляйи ишыьа дюнцр,
Шейтан вясвясяси сыхыр рущуну.
Гялбиня хал дцшцр ата йурдунун.
Кюйняк сонулайан оьула эюря,
Юмрцня дар эялир юмцр кюйняйи.
Гылыьа тутаммыр ютян илляри,
Эюйняйир, баьрынын башы эюйняйир.
Гялбиня хал дцшцр ата йурдунун.
Сону эюрцнмяйян ахына эюря,
Фяляйин тярс дюнян чархына эюря,
Кирайя щаггынын нырхына эюря
Qялбиня хал дцшцр ата йурдунун.
117

118
* * *
Səni bu qədər sevdiyimi bilməzdim:
adın çəkiləndə köksüm dağa dönüncə,
gözlərim dolub, boğazımı qəhər sarınca, 
titrəyə-titrəyə adını pıçıldayıb,
adının hər hərfini öpüb-öpüb,
gözlərimin üstünə qoyunca,
sevdim Səni doyunca,
yandı canım...
Ah, nə cansan, Sən nə can?!
Adına canım qurban,
Azərbaycan...
* * *
Qapı zənginə yüyürmək,
telefon səsinə uçunmaq,
həyəcanla yol gözləməkdir yaşamaq...
Əllərində ölmək,
dizlərində uyumaq,
Elnaz Eyvazlı

gözlərində ərimək,
kölgəndə yeriməkdir sevmək...
Hamını sənə bənzətmək,
qoxunu duymaq,
duyub dəli olmaq,
susamaq səsinə,
üşümək nəfəsinə,
saatlarla susmaq,
hər səhər yuxularını qan qusmaqdır ölmək...
Sən qatilə bənzəmirdin...
119

AXŞAMIN XEYİR, GECƏ
Axşamın xeyir, gecə, gir içəri dərdləşək,
Ulduzları götür gəl, şam əvəzi yandıraq. 
İstəsən bir çay içək, qırmızı şərab da var, 
Söz qoşaq, nəğmə deyək, sükutu utandıraq.
Günəşdən çəkinmirsə Ayı da çağır gəlsin,
Qızımın yuxusuna yelləncək olsun bir az.
Gecə, xəyallardayam, gözlərimi ovxala,
Baxışlarım üşüyür–hava soyuq, çöl ayaz.
Sobanın kənarına qurumaqçün atılmış,
Oğlumun əlcəyi də mənim qədər tək deyil.
Gecə, niyə dinmirsən, gəlmək fikrin yoxdusa,
Qapını açıq qoyma, yaxşı yol, gecən xeyir!
120
Elxan Yurdoğlu
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə