Bu patologiyalar arasında meqakolon xüsusi və özünəməxsus yer tutur. Meqakolon yoğun bağırsaq



Yüklə 51,38 Kb.
Pdf görüntüsü
tarix28.04.2017
ölçüsü51,38 Kb.
#16261

70

  

KONSİLİUM



 

 03/2010


konsilium

Bu patologiyalar arasında meqakolon xüsusi və 

özünəməxsus yer tutur. Meqakolon yoğun bağırsaq 

divarının hipertrofiyası və möhtəviyyatın evakuasiyasının 

pozulması fonunda onun anatomik ölçülərinin böyüməsi 

halıdır. Meqakolon haqqında ilk məlumatlar XVII əsrə aid 

olsa da xəstəliyin etiopatogenezi uzun müddət naməlum 

qalmışdır. Bu istiqamətdə ilk inqilabi sıçrayış 1886-cı ildə 

pediatr-alim Hirşprunq tərəfindən, Hirşprunq xəstəliyinin 

açılması olmuşdur. O dövrdə tibb ictimaiyyətində yanlış 

olaraq belə bir fikir formalaşmışdır ki, güya meqakolonun 

yeganə səbəbi Hirşprunq xəstəliyidir. Meqakolon zamanı 

müşahidə olunan bütün simptomlar məhz yoğun bağırsağın 

genəlməsi ilə əlaqələndirilmiş və yoğun bağırsağın 

qiqantizmi ilə gedən bütün patoloji hallar  “Anadangəlmə 

idiopatik meqakolon” adlandırılmışdır. Meqakolon təlimi 



Meqakolon

 və onun 

müasir müalicə prinsipləri

Müasir elmi-tədqiqat məlumatlarına görə qəbizlik artıq 

“əsrin xəstəliyi”, ”sivilizasiyanın bəlası” kimi dəyərləndirilir. 

Dünyada milyonlarla insan qəbizlikdən əziyyət çəkir. 

Statistikaya görə hər il ABŞ-da 2,5 milyon insan həkimə 

bu problem ilə müraciət edir və işlətmə dərmanlarına 

təxminən 400 mln. dollar xərclənir. Digər ölkələrdə də 

iqtisadi vəziyyət və qidalanma spesifikasından asılı olaraq 

əhalinin 10-60%-i qəbizlikdən əziyyət çəkir. Qəbizlik 

kişilərlə müqayisədə qadınlarda 3 dəfə artıq müşahidə 

olunur (xüsusilə 60 yaşdan yuxarı və hamilələrdə). 

Köhnə ədəbiyyatlarda tamamilə unikal müşahidələrə 

rast gəlmək olar: misal üçün 368 gün ərzində stulun 

olmaması (D.Geib, J.Jones,1902) və ya defekasiya aktının 

ayda 1 dəfə olması (W.Heberdon,1806).

Xaləddİn Musayev,

tibb elmləri namizədi, M.Topçubaşov adına Elmi Cərrahiyyə 

Mərkəzinin koloproktologiya şöbəsinin müdiri

Son təSnifatlara görə qəbizlik 

5 əSaS qrupa bölünür:

1

 



Psixi pozulma, düz və cənbər bağırsağın, o 

cümlədən anusun anomaliyası ilə müşahidə 

olunmayan qəbizliklər. Bunlara düzgün 

qidalanmayan və qeyri-sağlam həyat tərzi keçirən 

xəstələrdə, hamilə qadınlarda, yaşlı insanlarda rast 

gələn qəbizliklər, eləcə də ləngimiş bağırsaq tranziti 

ilə müşahidə olunan idiopatik qəbizliklər, eyni 

zamanda “Qıcıqlanmış bağırsaq sindromu” aiddir.

2

 

Anusun və yoğun bağırsağın struktur 



dəyişiklikləri ilə müşahidə olunan qəbizliklər. 

Bu qrupa anal nevralgiya (adətən travma və 

uğursuz əməliyyatdan sonra), müxtəlif etiologiyalı 

anus stenozu, yoğun bağırsağın strikturaları, 

aqanqlioz (Hirşprunq xəstəliyi, Çaqas xəstəliyi), 

yoğun bağırsağın psevdoobstruksiyası (Oqilvi 

sindromu), idiopatik meqakolon və meqarektum 

diaqnozlu xəstələr aiddir.

3

 

Bağırsaqdan kənar anomaliyalar və 



xəstəliklər fonunda yaranan qəbizliklər. Bu 

qrupa  endokrin xəstəliklər (hipotireoz), nevroloji 

pozulmalar (onurğa sütununun zədələnmələri, 

sistemli skleroz və s.) aiddir.

4

 

Psixoloji səbəblər-depressiya, nevrogen 



anoreksiya.

5

 



Müəyyən dərman preparatlarının qəbulu 

fonunda yaranan qəbizliklər. 



03/2010

 

KONSİLİUM



  

71

 

konsilium



haqqında müasir konsepsiyalar 

xəstəliyin əsasən uşaqlar üzərində 

öyrənilməsinə əsaslanmışdır. 

S.V.Doletski, Y.F.İsakov, T.A.Bairov, 

A.İ.Lenyuşkin, T. Ehrenpres., 

O.Svenson kimi alimlərin işləri 

sayəsində uşaqlarda rast gəlinən 

müxtəlif tipli meqakolonların 

diaqnostikası və müalicəsi kifayət 

qədər geniş öyrənilmişdir. Bununla 

belə yaşlılarda meqakolon problemi 

uzun müddət diqqətdən kənarda 

qalmışdır və nəticədə bu gün 

patologiya nəzəri aspektdə kifayət 

qədər öyrənilməmişdir. 

Lakin zaman keçdikcə 

meqakolonun digər formaları, eləcə 

də bu patologiyanın yaşlılarda da 

rast gəlməsi haqqında məlumatlar 

toplanmağa başlandı. Meqakolonla 

müşayiət olunan onlarca patologiya 

aşkar olundu və meqakolonun müxtəlif  

təsnifatları verildi. Fikrimizcə yaşlılarda 

meqakolona gətirib çıxaran səbəblərin 

daha yığcam təsnifatı aşağıdakı kimi 

olmalıdır:



1. anadangəlmə səbəblər:

a)  Yoğun bağırsağın vegetativ sinir 

sisteminin inkişaf anomaliyası - 

Hirşprunq xəstəliyi.

b)  Anorektal qüsurlar (anal 

kanalın və düz başırsağın 

müxtəlif atreziya və stenozları).

2. qazanılma səbəblər:

a) Psixogen amillər;

b) Endokrin pozulmalar;

c)  Mərkəzi sinir sisteminin 

xəstəlikləri;

d) Toksiki amillərin təsiri;

e)  Mexaniki səbəblər (travma, 

əməliyyat, yanıqdan sonrakı 

strikturalar);

f)  Çanaq dibinin sallanması 

ilə əlaqəli meydana gələn 

meqakolon. 



3. naməlum səbəbli meqakolon 

- idiopatik meqakolon.

 

Qeyd olunan formaların 



içərisində Hirşprunq xəstəliyi 

təxminən 46,6%, mexaniki səbəbli 

meqakolonlar 13,4% təşkil edir. 

Xəstələrin 3,6%-də meqakolon 

endokrin və sinir pozulmaları 

nəticəsində baş verir, 36,7% xəstələrdə 

isə meqakolonun səbəbini tapmaq 

olmur və belə hal idiopatik meqakolon 

kimi dəyərləndirilir. Meqakolonların 

differensiasiya olunmasının müalicə 

taktikasının seçilməsində müstəsna 

əhəmiyyəti vardır. 

Qeyd olunduğu kimi meqakolonun 

böyüklərdə, eləcə də uşaqlarda ən 

çox yayılan formalardan biri, yoğun 

bağırsağın veqetativ sinir sisteminin 

anadangəlmə inkişaf anomaliyası 

səbəbli yaranan Hirşprunq xəstəliyidir. 

Tibbi ədəbiyyatlarda xəstəliyin yeni 

doğulmuşlarda 1/5000 nisbətində 

rast gəlməsi haqqında məlumat vardır. 

Lakin qeyd olunduğuna görə bu nisbət 

getdikcə artmaqdadır və hal-hazırda bir 

neçə dəfə çox rast gəlinir. Belə xəstələrin 

böyük bir qismi uşaq cərrahları yanında 

adekvat müalicə almış olurlar. Lakin 

bununla belə xəstəliyin bəzi formaları 

vardır ki, nisbətən böyük yaşlara qədər 

gəlib çıxırlar. 

Hirşprunq xəstəliyinin aparıcı 

simptomu qəbizlik, köp, qarında 

ağırlıq və ağrıdır. Qəbizlik adətən 

uşağın doğum günündən başlayaraq 

qeyd olunur və çox davamlı olur. 

Defekasiya aktı günlər, həftələr və 

bəzən aylarla qeyd olunmur. Bütün 

xəstələr qəbizliklə yanaşı qarında 

köpün olmasından şikayətlənirlər. 

Köp müxtəlif səviyyədə, qarında zəif 

dartılma hissindən tutmuş hərəkətə və 

tənəffüsə mane olan şişkinliyə qədər 

ola bilər. Hətta təmizləyici imalələrdən 

sonra belə qarında köp əlamətləri tam 

keçmir. Bu sonuncu əlamət Hirşprunq 

xəstəliyinin səciyyəvi əlamətlərindən 

hesab olunur. Qarında ağrı hissi adətən 

daimi olmayıb, defekasiya aktının uzun 

müddət gecikdiyi və köpün olduğu 

hallarda meydana çıxır. Defekasiyadan 

sonra ağrı hissi keçib gedir. Qarında, 

xüsusilə onun aşağı nahiyələrində 

daimi ağrıların, yoğun bağırsaqda nəcis 

daşlarının olması və bunun nəticəsində 

xronik xoraların meydana gəlməsini 

göstərir. Bəzi hallarda xəstələrdə 

diareya halına bənzər duru nəcis ifrazı 

qeyd olunur və belə hal bir neçə gün 

çəkə bilir. Bu müddət ərzində xəstələr 

zəifləyir və hətta kollaptoid vəziyyətə 

qədər üzülə bilirlər. Bu, necə deyərlər 

“paradoksal ishal” yoğun bağırsağın 

funksiyasının ağır pozulmasını göstərir. 

Uşaqlarda rast gəlinən bu 

ümumi simtomlarla (meteorizm, 

ağrı, qəbizlik) yanaşı Hirşprunq 

xəstəliyi zamanı böyüklərdə halsızlıq, 

iştahanın itməsi, əmək qabiliyyətinin 

aşağı düşməsi, ürəkbulanma, qusma 

kimi əlamətlər meydana çıxır ki, 

bunlar da ikincili səciyyə daşımaqla 

uzunmüddətli qəbizliyin, xronik “nəcis 

intoksikasiyasının” nəticəsidir. Xəstədə 

xarici baxış zamanı səciyyəvi əlamətlər 

nəzərə çarpır. Qarnı böyümüş, qabırğa 

kənarları çevrilmiş formada, döş 

qəfəsi isə bəzən deformasiya olunmuş 

formada olur. Qarın “qurbağa” qarnını 

xatırladır. Palpasiyada nəcis daşları 

aşkar oluna bilər. Bəzən həkimin 

barmaq izləri qarının ön divarında, 

koprolitin üzərində qalmış olur. Bu 

Gyrusy simptomu adlanır. Böyüklərdə 

uşaqlardan fərqli olaraq hipotrofiya 

nadir hallarda müşahidə olunur. 

Ümumiyyətlə, bütün meqakolonların 

diaqnostikasında böyük rol düz 

bağırsağın barmaq müayinəsinə və 

rektomanoskopiyaya verilir. Həm 

uşaqlarda, həm də böyüklərdə 

Hirşprunq xəstəliyinin yalnız cərrahi 

yolla müalicə olunması hamı tərəfindən 

qəbul edilmişdir. Cərrahi əməliyyatın 

Hirşprunq xəstəliyində əsas məqsədi 

aqanqlionar zona və dekompensator 

genişlənmiş çənbər bağırsağın adekvat 

rezeksiyasıdır. Bununla belə yoğun 

bağırsağın funksional şöbələrini 

saxlamaq vacibdir. 

Meqakolonun digər yayılmış 

formalarından  biri də psixogen 

qəbizlik fonunda yaranır. Bu zaman 

yaranan meqakolon defekasiya aktının 

qeyri – müntəzəm olması, defekasiya 

aktının məcburi boğulması səbəbindən 

meydana gəlir. Qeyd olunan hal 

çox zaman ipoxondrik və depressiv 

vəziyyətlə birgə müşahidə olunur. Bu 

xəstələrin bir qismində bu hallar adətən 

uşaq yaşlarından başlayır. Belə uşaqlar 

bəzi obyektiv və subyektiv səbəblər 

üzündən, çox vaxt utancaqlıqdan 

defekasiya aktını boğub saxlayırlar. 

Bu vəziyyət xronik hal alaraq nəticədə 

düz bağırsağın həddindən çox 

genəlməsinə, defekasiya refleksinin 

itməsinə səbəb olur ki, bu da düz 

bağırsağın atoniyasına gətirib çıxarır. 

Bəzən onun köndələn ölçüsü 12-15 



72

  

KONSİLİUM



 

 03/2010


konsilium

sm-ə çata bilir. Psixogen qəbizlikdən 

əziyyət çəkənlərin əsas şikayətləri 

stulun və defekasiyaya çağırış hissinin 

olmamasıdır. Xəstənin ümumi 

vəziyyəti adətən qənaətbəxş olur və 

xarici baxışda patologiya tapılmır. 

Psixogen qəbizliyin müalicəsinin əsas 

mahiyyəti xəstədə defekasiyaya düzgün 

refleksin yaradılmasıdır. Adətən günün 

eyni vaxtında imalələr aparılmalıdır. 

Əgər əməliyyat olunursa düz bağırsağın 

hətta kiçik bir hissəsinin saxlanılması 

rektoanal refleksin qalmasına 

kifayət edir. Bu isə yoğun bağırsağın 

funksiyasının tam bərpasına imkan 

yaradır.

Endokrin pozulmalar meqakolonun 

əmələ gəlməsinə səbəb ola bilər ki, 

bu zaman xəstələrin əsas şikayətləri 

davamlı qəbizlikdən olur. Çox 

zaman endokrin pozulmanın digər 

əlamətləri çox sönük olduğundan 

bunların üzə çıxarılması çox ciddi 

müayinələrdən sonra mümkün olur. 

Belə endokrin pozulmalar adətən 

anadangəlmə hipotireoz, hipofizar 

çatışmazlıq fonunda olur ki, bunlar 

da adətən hamiləlik zamanı keçirilmiş 

toksikozlardan sonra yaranır. Bəzi sinir 

sisteminin xəstəlikləri, misal üçün 

dağınıq ensefalomielit, damar mənşəli 

beyincik ataksiyası da yoğun bağırsağın 

genəlməsinə səbəb olur.

Mexaniki səbəblərin əmələ 

gətirdiyi meqakolon zamanı səbəbi 

tapmaq çox da çətin olmur. Bəzən 

anal nahiyyənin vizual müayinəsi, 

düz bağırsağın barmaq müayinəsi 

və rektoromanoskopiya ilk dəfədən 

düzgün diaqnoz qoymağa imkan verir. 

Çox hallarda obstruktiv meqakolonun 

səbəbi anal dəliyin və düz bağırsağın 

distal hissəsinin çapıq deformasiyası 

və daralması olur. Belə vəziyyət adətən 

rektoanal nahiyənin anadangəlmə 

qüsurları və digər münasibətlərlə 

aparılmış cərrahi əməliyyatlardan 

sonra inkişaf edir. Yoğun bağırsağın 

əməliyyatlarından sonra anastomozun 

daralması anastomozdan proksimal 

hissədə genəlməyə-meqakolona 

səbəb olur. Bu qrup xəstələrin 

fərqləndirici xüsusiyyətləri onlarda 

sərbəst defekasiyanın olmaması 

ilə yanaşı qazı və nəcisi saxlaya 

bilməməsidir. Sonuncu qeyd olunan 

hal anal sfinkterin çapıq deformasiyaya 

uğraması səbəbindən yığıla 

bilməməsidir. Əgər mexaniki maneəni 

aradan qaldırmaq mümkün olursa 

obstruktiv meqakolonu müalicə etmək 

asandır. 

İdiopatik meqakolonun 

aparıcı simptomu davamlı, xronik 

qəbizlikdir. Qəbizliklə birlikdə ağrı və 

köp simptomları da xəstələri narahat 

edən səbəblər qrupundandır. İdiopatik 

meqakolon zamanı meteorizm 

Hirşprunq xəstəliyində olduğu kimi 

qabarıq olmur və daimi səciyyə 

daşımır. Bu xəstələrdə adətən klinikada 

yaxşılaşma və pisləşmə dövrləri 

bir - birini əvəz edir. Bir müddətdən 

sonra xəstələr ürəkbulanma, qusma, 

baş ağrıları, zəiflik, arıqlama, əmək 

qabiliyyətinin aşağı düşməsindən 

şikayətlənirlər. Beləliklə, xəstəlik 

subkompensasiya dövründə olan 

Hirşprunq xəstəliyini imitasiya edir. 

İdiopatik meqakolonun diaqnozu 

yalnız meqakolonu törədən səbəblər 

tapılmadığı hallarda qoyula bilər. 

Bütün hallarda müalicənin 

konservativ tədbirlər kompleksindən 

başlanması məqsədəuyğundur. 

Konservativ tədbirlərlə yoğun 

bağırsağın divarının və qarın 

presi əzələlərinin tonusunun 

artırılması, xəstənin orqanizminin 

möhkəmləndirilməsi, bağırsağın 

mikrob mənzərəsinin yüksəldilməsi 

aiddir. Belə xəstələrə tərkibində 

çoxlu sellüloza və kəpək olan 

qidalar, eləcə də çox miqdarda maye 

təyin olunur. Eyni zamanda həzm 

prosesini yaxşılaşdıran, yumşaq 

təsirli işlədici preparatların təyini də 

məqsədəuyğundur. Praktikamızda 

bu məqsədlə İtaliya istehsalı olan 

bitki tərkibli “Stimulax” preparatı 

tətbiq olunmuşdur. Tərkibində olan 

komponentlər bağırsağın davamlı 

(sabit) spazmlarını inhibə etmələri  

və  propulsiv yığılmaları artırmaları 

nəticəsində işlədici təsir göstərirlər.

Eyni zamanda  həzmin bütün 

mərhələlərini tənzimləyərək  həzmi 

yaxşılaşdırır, köp, ağırlıq hissini aradan 

qaldırırlar. 

Ümumiyyətlə, çoxsaylı 

müşahidələrimiz bir daha onu 

sübut edir ki, hər bir xəstəyə 

müalicə kursunun fərdi seçilməsi 

məqsədəuyğundur. İdiopatik 

meqakolon zamanı cərrahi müalicə 

yalnız konservativ tədbirlərin effekt 

vermədiyi, bağırsaq keçməməzliyinin 

getdikcə artdığı hallarda tədbiq 

olunmalıdır.



Praktikamızda bu məqsədlə İtaliya istehsalı 

olan bitki tərkibli “Stimulax” preparatı tətbiq 

olunmuşdur. Tərkibində olan komponentlər 

bağırsağın davamlı (sabit) spazmlarını inhibə 

etmələri  və  propulsiv yığılmaları artırmaları 

nəticəsində işlədici təsir göstərirlər. Eyni zamanda  

həzmin bütün mərhələlərini tənzimləyərək  həzmi 

yaxşılaşdırır, köp, ağırlıq hissini aradan qaldırırlar. 

Yüklə 51,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin