Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Astma tutması zamanı sürətli təsirə malik inhalyasion β2 аqonistlər effekt vermirsə, hansı preparatlar istifadə olunmalıdır?



Yüklə 1,49 Mb.
səhifə2/25
tarix10.12.2016
ölçüsü1,49 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   25

66) Astma tutması zamanı sürətli təsirə malik inhalyasion β2 аqonistlər effekt vermirsə, hansı preparatlar istifadə olunmalıdır?
A) İnhlyasion kortikosteroidlər

B) Аntibiotiklər

C) İnhalyasion xolinolitiklər

D) Peroral kortikosteroidlər

E) Uzunmüddətli təsirə malik β2 аqonistlər
Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
67) Ağciyər ödeminə hansı aid deyil?
A) Qeyri - kardiogen ağciyər ödemi

B) Ağciyərlərin kardiogen ödemi

C) Fibrozlaşan alveolit

D) Nevrogen ağciyər ödemi

E) Kəskin respirator distress - sindrom
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
68) Ağciyər ödeminin müalicəsində ən effektiv diuretik hansıdır?
A) Hipotiazid

B) Veroşpiron

C) Mannitol

D) Amilorid

E) Furosemid
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
69) İdiopatik ağciyər fibrozunun müalicəsində istifadə edilən dərmanlar hansılardır?
A) Kortikosteroidlər + sitostatiklər

B) Diuretiklər + antibiotiklər

C) Antibiotiklər + immunostimulyatorlar

D) Diuretiklər + antifunqal preparatlar

E) Vitaminlər + immunokorrektorlar
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
70) Ağciyərlərin interstisial xəstəliklərində antioksidant terapiya məqsədilə nə istifadə olunur?
A) Nikotinamid

B) Kokarboksilaza

C) N - asetilsistein

D) Askorbin turşusu

E) Sadalananların hamısı
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
71) Bronxial astmanın müalicəsində oksigen nə vaxt təyin edilir?
A) Hər boğulma tutması zamanı

B) Oksigen saturasiyası 90% yuxarı olanda

C) Oksigen saturasiyası 90% aşağı olduqda

D) Daimi


E) Xəstəliyin hər kəskinləşməsi zamanı
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
72) Əl barmaqlarının “nağara çubuqları”na bənzər deformasiyası hansı xəstəliklər zamanı rast gəlinir?
A) Sadalananların hamısı zamanı

B) Bronxoektaziya xəstəliyi zamanı

C) İdiopatik ağciyər fibrozu zamanı

D) Emfizema zamanı

E) Qeyri-spesifik interstisial pnevmoniya zamanı
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
73) Qeyri - spesifik interstisial pnevmoniyaların əsas rentgenoloji əlaməti hansıdır?
A) Atelektazların olması

B) Ağciyər şəklinin güclənməsi

C) Bronxoektazların olması

D) “Buzlu şüşə” simptomu

E) Durğunluq iltihab əlamətlərinin olması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
74) Qırmızı qurdeşənəyi zamanı adətən hansı tip ağciyər zədələnməsi müşahidə olunmur?
A) Obliterəedici bronxiolit

B) Ağciyər arteriyası şaxələrinin tromboemboliyası

C) Xroniki interstisial pnevmonit

D) İdiopatik fibrozlaşan alveolit

E) Plevrit
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
75) Sarkoidoz zamanı hansı orqanlar zədələnə bilər?
A) Ağciyərlər

B) Gözlər

C) Dəri

D) Bütün orqan və sistemlər



E) Qaraciyər
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
76) Sarkoidoz xəstəliyinin sinonimi hansıdır?
A) Qudpasçer sindromu

B) Benye-Bek-Şaumann sindromu

C) Bexçet xəstəliyi

D) Xodjkin limfoması

E) Xammen-Riç sindromu
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
77) Sarkoidoz hansı qrup xəstəliklərə aiddir?
A) İnterstisial xəstəliklərə

B) İnfeksion xəstəliklərə

C) Qranulomatoz xəstəliklərə

D) Onkoloji xəstəliklərə

E) Birləşdirici toxumanın sistem xəstəliklərinə
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
78) Sarkoidoz xəstəliyinin I - ci mərhələsi hansı dəyişikliklərlə xarakterizə olunur?
A) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi, ağciyər parenximası zədəsiz

B) Ağciyər parenximasının patologiyası, döş qəfəsi daxili limfa düyünləri böyüməyib

C) Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında dəyişikliklər aşkarlanmır

D) Geri dönməyən ağciyər fibrozu

E) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi ilə ağciyər parenximasının patoloji dəyişiklikləri
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
79) Sarkoidoz xəstəliyinin II - ci mərhələsi hansı dəyişikliklərlə xarakterizə olunur?
A) Geri dönməyən ağciyər fibrozu

B) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi ilə ağciyər parenximasının patoloji dəyişiklikləri

C) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi, ağciyər parenximası zədəsiz

D) Ağciyər parenximasının patologiyası, döş qəfəsi daxili limfa düyünlər böyüməyib

E) Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında dəyişikliklər aşkarlanmır
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
80) Sarkoidoz xəstəliyinin III - cü mərhələsi hansı dəyişikliklərlə xarakterizə olunur?
A) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi ilə ağciyər parenximasının patoloji dəyişiklikləri

B) Ağciyər parenximasının patologiyası, döş qəfəsi daxili limfa düyünlər böyüməyib

C) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi, ağciyər parenximası zədəsiz

D) Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında dəyişikliklər aşkarlanmır

E) Geri dönməyən ağciyər fibrozu
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
81) Sarkoidoz xəstəliyinin IV - cü mərhələsi hansı dəyişikliklərlə xarakterizə olunur?
A) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi, ağciyər parenximası zədəsiz

B) Geri dönməyən ağciyər fibrozu

C) Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında dəyişikliklər aşkarlanmır

D) Ağciyər parenximasının patologiyası, döş qəfəsi daxili limfa düyünlər böyüməyib

E) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi ilə ağciyər parenximasının patoloji dəyişiklikləri
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
82) Sarkoidozun yüngül formalarında hansı dərman preparatının istifadəsi tövsiyyə olunur?
A) Vitamin E

B) Xloroxin

C) Azatioprin

D) Metotreksat

E) Prednizolon
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
83) Sarkoidozun müalicəsində nə zaman kortikosteroidlərin istifadəsi tövsiyyə olunur?
A) Yalnız ağciyər zədələnməsi mövcud olduqda

B) Xəstəliyin profilaktikası üçün

C) Yalnız limfa düyünlərinin böyüməsi zamanı

D) Yalnız ağciyərdən kənar zədələnmələrin müalicəsində

E) Xəstəliyin proqressivləşməsində və ağciyərdən kənar zədələnmələrin yaranması zamanı
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
84) Sarkoidozun müalicəsində kortikosteroidlər optimal olaraq hansı müddət ərzində təyin edilməlidir?
A) 2 - 4 aya qədər

B) daimi


C) 1 - 2 aya qədər

D) 2 həftə - 1 aya qədər

E) 6 - 9 aya qədər
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
85) Əgər sakoidozlu xəstə hər hansı bir vacib səbəbdən kortikosteroid qəbul edə bilmirsə hansı müalicə üsullarını və/və ya dərmanları istifadə etmək olar?
A) Sadalananların hamısı

B) Siklosporin A

C) Azatioprin

D) Vitamin E

E) Plazmaferez
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
86) Ağciyərlərin hansı nadir xəstəliyində orqan və toxumalarda Langerhans hüceyrələrinin proliferasiyası müşahidə olunur?
A) Lupus pnevmoniti

B) Ağciyər proteinozu

C) Histiositoz X

D) Ağciyərlərin limfangioleyomiomatozu

E) Vegener qranulyomatozu
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
87) Histiositoz X xəstəliyi ağciyərdən başqa nəyi daha çox zədələyir?
A) Əzələləri

B) Sümükləri

C) Ürək-qan-damar sistemini

D) Mədə - bağırsaq sistemi orqanlarını

E) Dəri və selikli qişaları
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
88) Qudpasçer sindromunu nə xarakterizə edir?
A) Ağ ciyər ödemi və hepato-splenomeqaliya

B) Ağciyər fibrozu və qlomerulonefrit

C) Ağciyər hemosiderozu və qlomerulonefrit

D) Ağciyər hemosiderozu və splenit

E) Ağciyər hemosiderozu və pielonefrit
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
89) Qudpasçer sindromunun əsas kliniki simptomu nədir?
A) Döş qəfəsində güclü ağrı

B) Qanhayxırma

C) Təngnəfəslik

D) İshal


E) İrinli bəlğəmlə öskürək
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
90) Qudpasçer sindromunun müalicəsi hansı preparatlarla aparılır?
A) Hemostatiklər və dəmir preparatları

B) Kortikosteroidlər və immunodepressantlar

C) Simptomatik müalicə

D) Antibiotiklər və vitaminlər

E) Kimyəvi və radioterapiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
91) Qudpasçer sindromunun proqnozu necədir?
A) Orta yaşam müddəti 5 - 10 ildir

B) Tam sağalan xəstəlikdir

C) Orta yaşam müddəti 2 - 13 aydır

D) Xəstəliyə proqnoz vermək mümkün deyil

E) Uzunmüddətli remissiya əldə etmək olur
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
92) Aşağıdakılardan hansı ağciyər eozinofiliyalarının nozoloji növünə aid deyil?
A) Çerc - Stross sindromu

B) Kəskin eozinofil pnevmoniya

C) Lyoffler sindromu

D) Hipereozinofil sindrom

E) Culian - Barr sindromu
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
93) Sadə ağciyər eozinofiliyanın (Lyoffler sindromunun) yaranması nə ilə əlaqəli deyil??
A) Bitki və qida allergenlərinə sensibilizasiya ilə

B) Helmintozlarla

C) Viruslarla

D) Dərman vasitələri ilə

E) Mikozlarla
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
94) Ağciyərlərin limfangioleyomiomatozu adətən rast gəlinir:
A) 65 yaşdan yuxarı şəxslərdə

B) 15 yaşadək qızlarda

C) 15 yaşadək oğlanlarda

D) Kişilərdə

E) Qadınlarda
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
95) Ağciyərlərin limfangioleyomiomatozunun nə ilə müalicəsi effektlidir?
A) Kortikosteroidlərlə

B) İmmunosupresantlarla

C) Estrogenlərlə

D) Ağciyərlərin limfangioleyomiomatozunun effektli müalicə üsulu hal hazırda yoxdur

E) Şüa terapiyası ilə
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
96) Ağciyər proteinozunun effektiv müalicəsinə nə daxildir?
A) Fizioterapiya

B) Plazmoferez

C) İmmunosupresantlar

D) Kortikosteroidlər

E) Bronxoalveolyar lavaj
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
97) Ağciyər proteinozunun etiologiyası :
A) Mikozlar

B) Etiologiyası məlum deyil

C) Viruslar

D) Bakteriyalar

E) İmmunosupressiv vəziyyətlər
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
98) Hansı dərman tənəffüs orqanlarını ciddi zədələmir?
A) İnterferon

B) Azatioprin

C) Prednizolon

D) Amiodaron

E) Streptomisin
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
99) Ağciyərlərin dərman zədələnməsinin variantına aşağıdadkılardan hansı aid deyil?
A) Ağciyər ödemi

B) Ağciyərlərin interstisial xəstəliyi

C) Ağciyər vaskulopatiyaları

D) Eozinofil infiltratlar

E) Bronxoektazlar
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
100) Bronxial astmalı xəstələrdə yanaşı hipertoniya varsa, hansı preparatlardan istifadə etmək olmaz?
A) β - blokatorlar

B) AÇF (angiotenzin çevirici fermentin) inhibitorları

C) Ca kanallarının blokatorları

D) Diuretiklər

E) Spazmolitiklər
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
101) Aspirin triadası hansı xəstəliklə əlaqəlidir?
A) Bronxial astma

B) Sarkoidoz

C) Mukovissidoz

D) Ağciyərərin xroniki obstruktiv xəstəliyi

E) Bronxoektaziya xəstəliyi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
102) Hansı dərman vasitələri öskürək səbəbi ola bilərlər?
A) Ca kanallarının blokatorları

B) Diuretiklər

C) Metilksantinlər

D) AÇF (angiotenzin çevirici fermentin) inhibitorları

E) Antihistamin preparatları
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
103) Dərman mənşəli ağır interstisial pnevmoniti və kəskin respirator distress - sindromu ən əsas yaradan preparat hansıdır?
A) Aspirin

B) Metotreksat

C) Azatioprin

D) Amiodaron

E) Penisillin
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
104) Plevral maye hansı xəstəliklər zamanı transudat xarakterli olur?
A) Vərəm zamanı

B) Ağciyər arteriyasının tromboemboliyası zamanı

C) Parazitar infeksiyalarda

D) Plevranın şişləri zamanı

E) Durğunluq ürək çatışmazlığı zamanı
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
105) Plevral maye hansı xəstəliklər zamanı ekssudat xarakterli olur?
A) Qara ciyər sirrozu

B) Metastatik plevrit (bədxassəli)

C) Peritoneal dializ

D) Miksedema

E) Nefrotik sindrom
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
106) Plevral ekssudatın xüsusiyyəti deyil?
A) Plevral mayedə və plazmada zülal konsentrasiyasının nisbəti 0,5 - dən yuxarı olması

B) Plevral mayedə zülalın miqdarı 30q/l – dən az olması

C) Rivalt sınağının müsbət olması

D) Plevral mayedə zülalın miqdarı 30q/l - dən çox olması

E) Plevral mayedə və plazmada LDQ konsentrasiyasının nisbəti 0,6 - dən yuxarı olması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
107) Ekssudativ plevritlərdə torakosentez zamanı bir dəfəyə maksimal nə qədər maye xaric etmək tövsiyə olunur?
A) 1000 ml

B) 1500 ml

C) 500 ml

D) 3000 ml

E) 2000 ml
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
108) Empiyema nədir?
A) Adgeziv plevrit

B) İrinli plevrit

C) Parapnevmonik plevrit

D) Transudativ plevrit

E) Hidrotoraks
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
109) Ekssudativ plevritlərdə torakosentez nəyə əsasən aparılmalıdır?
A) Rentgen lateral pozisiyada mayenin dərinliyi 10 mm - dən artıq olduqda

B) Rentgen lateral pozisiyada mayenin dərinliyi 10 mm - dən az olduqda

C) Plevral mayenin səviyyəsi bilinmədikdə

D) Auskultativ plevranın sürtünmə küyü eşidildikdə

E) Rentgenoloji maye 7 - ci qabırğa səviyyəsinə kimi olduqda
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
110) Ekssudativ plevritlərdə rentgenoloji maye səviyyəsi nə zaman üfuqi olur?
A) Adi ekssudativ plevritdə

B) Hemotoraksda

C) Kisələşmiş plevritlərdə

D) Hidro(pio)pnevmotoraksda

E) Xilotoraksda
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
111) Empiyemada plevral ekssudatın xarakterinə aşağıdakılardan hansı aid deyil?
A) Seroz - fibrinoz

B) Fibrinoz

C) Seroz - irinli

D) Seroz


E) İrinli
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
112) Empiyema törədicilərin xarakterinə aid deyil?

A) Spesifikdir

B) Qeyri - spesifikdir

C) Aseptikdir

D) Aerobdur

E) Anaerobdur


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
113) Empiyemanın cərrahi müalicəsinə göstəriş deyil?
A) Total empiyema

B) Ağciyərin əhəmiyyətli kollapsı

C) Bronxoplevral fistullada qalıq boşluğun empiyeması

D) 2 aylıq effektsiz müalicə

E) Kəskin empiyema
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
114) Hansı mənşəli ekssudativ plevritdə maye “şokolad sousuna” bənzəyir?
A) Pnevmoniyada

B) Amöbiozda

C) Vərəmdə

D) Paraqonimozda

E) Exinokokkozda
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
115) Gərgin pnevmotoraks nə zaman yaranır?
A) Qapalı pnevmotoraksda

B) Açıq pnevmotoraksda

C) Hemopnevmotoraksda

D) Piopnevmotoraksda

E) Klapanlı pnevmotoraksda
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
116) Spontan pnevmotoraksda zədələnmiş tərəfdə auskultasiyada nə eşidilir?
A) Quru xırıltılar

B) Plevranın sürtünmə küyü

C) Sərt tənəffüs

D) Krepitasiyalar

E) Tənəffüs küyləri eşidilmir
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
117) İnterstisial pnevmoniyaların əsas auskultativ əlaməti nədir?
A) Vezikulyar tənəffüs

B) Yaş xırıltılar

C) Bronxial tənəffüs

D) Quru xırıltılar

E) Krepitasiyalar
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
118) Hemotoraks daha çox nəyin nəticəsi olur?
A) Ağ ciyər arteriyasının tromboemboliyası

B) Plevranın infeksion xəstəlikləri

C) Travma

D) Metastazlar

E) Krupoz pnevmoniya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
119) Xilotoraksda ekssudatın xarakteri necə olur?
A) Limfa

B) Seroz - hemorragik maye

C) İrin

D) Qan


E) Seroz maye
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
120) Xilotoraks hansı xəstəlikdə yaranmır?
A) Filyarioz

B) Kəskin pnevmoniya

C) Vərəm mənşəli limfangit

D) Ağciyər limfangiomatozu

E) Qeyri - spesifik mediastinit
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
121) Xilotoraks hansı vəziyyətlərdə yaranmır?
A) Ezofaqoskopiya

B) Boyunun radikal limfodisseksiyası

C) Travma

D) Torakal cərrahi müdaxilələr

E) Fəqərəarası protruziyalar
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
122) Fibrotoraks nədir?
A) Qanlı plevrit

B) Travmatik plevrit

C) Plevra boşluğunda fibrinli ekssudat

D) Plevra üzərində fibroz qatın yaranması

E) İrinli plevrit
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
123) Plevranın bədxassəli mezoteliomasının yaranmasında təxminən 90% hallarda nə səbəb olur?
A) Berillium

B) Mis


C) Asbest

D) Duru parafin

E) Nikel
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
124) Metastatik plevrit hansı xəstəlik zamanı müşahidə olunmur?
A) Süd vəzi xərçəngi

B) Sidik - ifrazat orqanlarının şişləri

C) Kazeoz pnevmoniya

D) Ağciyər xərçəngi

E) Mədə - bağırsaq orqanlarının şişləri
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
125) Obsrtuktiv yuxu apnoe səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Aşağı tənəffüs yollarının oklüziyası

B) Tənəffüs əzələlərinə sinir impulslarının çatdırılmasının dayanması

C) Orta tənəffüs yollarının oklüziyası

D) Ağız - qırtlaq səviyyəsində yuxarı tənəffüs yollarının oklüziyası

E) Traxeya və iri bronxların oklüziyası
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
126) Yuxu apnoe sindromu hansı xəstəliklərdə və ya patoloji hallarda müşahidə adətən müşahidə edilmir?
A) Faringeal limfoid toxumanın hiperplaziyaları

B) Ağciyərlərin xroniki obstruktiv xəstəliyi

C) Arterial hipertenziyada

D) Ağciyər kistasında

E) Qırtlağın şiş və kistalarında
Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
127) Tənəffüs çatızmazlığının təsnifatı nəyə əsaslanımır?
A) Anatomik prinsipə

B) İnkişaf sürətinə

C) Ağırlıq dərəcəsinə

D) Yaş və cinsiyyətə

E) Patogenezə
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
128) Hiperkapnik (ventilyasion) tənəffüs çatışmazlığı əsasən hansı patologiyada müşahidə olunur?
A) Ağciyərlərin xroniki obstruktiv xəstəliyi

B) Kəskin respirator distress - sindrom

C) Ağciyər ödemi

D) İdiopatik ağciyər fibrozu

E) Pnevmoniya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
129) Tənəffüs çatışmazlığının ağırlıq dərəcəsinə görə təsnifatı nəyə əsaslanır?
A) Qazometriya göstəricilərinə

B) 1 dəqiqədə tənəffüs sayına

C) Yaranma müddətinə

D) Kliniki simptomlara

E) Spirometriya göstəricilərinə
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
130) Hansı ağciyər zədələnmələrində Kəskin respirator distress-sindrom yaratmır?
A) Diffuz ağciyər infeksiyası

B) ACXOX ( ağciyərlərin xroniki obstruktiv xəstəliyi)

C) Ağır torakal travma

D) Toksik qazların inqalyasiyası

E) Suda boğulma
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
131) Hansı ağciyərdən kənar vəziyyətlər Kəskin respirator distress - sindrom yaranmasında rol oynamır?
A) Kəskin xolesistit

B) Kəskin pankreatit

C) Ağır sepsis

D) Massiv hemotransfuziya

E) Hipovolemik şok
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
132) Sağlam, yaşayan donordan ağciyər payını adətən hansı xəstəliyi olan insana transplantasiya edirlər?
A) Limfangioleyomiomatoz

B) Mukovissidoz

C) Sarkoidoz

D) Histiositoz X

E) Bronxoalveolyar xərçəng
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
133) Atrovent preparatı hansı qrup dərmanlara aiddir?
A) Uzunmüddətli təsirə malik β2 - aqonistlərə

B) İnhalyasion qlükokortikosteroidlərə

C) Kromonlara

D) Qısamüddətli təsirə malik β2 - aqonistlərə

E) Antixolinergik preparatlara
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
134) Antileykotriyen preparatlarına hansı aiddir?
A) Telfast

B) Aminofillin

C) Loratadin

D) Ketotifen

E) Motelukast
Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə