DAŞ yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix08.12.2016
ölçüsü0,61 Mb.
1   2   3   4   5   6
DAŞ YUXULAR 
18
olmur olmasın. Mәsәlә burasında idi ki, Nuvarişin anası 
xeyir-duasız әr evindә peyda olan gәlini heç cur bağışlaya 
bilmirdi. Ay yarımdan sonra qaynana ilә davadan sonra 
qız  şey-şüyünü yığışdırıb evdәn çıxdı, bir dә heç zaman 
geri qayıtmadı. Onda cavan vaxtlarıydı, tamaşalarda 
epizodik rollara çıxırdı, o zaman teatırın qocaman bir 
işçisinin "mәnzil 
şәraitini yaxşılaşdırdılar", onun 
Montindәki rütubәtli yarızirzәmi otağını Nuvarişә verdilәr. 
O, bu mәnzildә ciyәri xәrçәngә tutulması  sәbәbindәn 
rәhmәtә gedәn ikinci arvadı ilә  cәmi doqquz ay yaşadı. 
Üçüncü arvadı Cülyetta teatrın tanınmış aktyorlarından 
birinin qarımış  qızı idi, ona әrә gәlәndә bәlkә dә 36 yaşı 
olardı. Beş il uşaqları olmadı. Sonra oğlan doğuldu. Bir 
dәfә, hәlә heç uşaq üçaylıq da deyilmiş , başı daşlı ana 
körpәni  әmizdirәrkәn bunu tәrs yuxu basır, sәhәr 
oyananda görür ki, uşaq iki döşünün arasında boğulub 
ölüb. Dәhşәtli burasıydı ki, anaya görә qucağında boğulan 
tifil guya heç ölmәyib, diridi, amma kirimir, ağlayır, elә 
hey süd istәyir... Bundan sonra ana yemәkdәn kәsildi, 
yuxu gözündәn qaçaq düşdü. Uşaqdan sonra on gün 
qalmadi. Arıqlayıb çöpә döndü, şam kimi әriyib, kölgә kimi 
çәkilib getdi, elә bil heç bu dünyada o adda adam yox 
imiş. 
İndi, on ildәn çoxdu ki, şәhәrin mәrkәzindә Nuvarişin 
iki gözlü mәnzili vardı. Bu fevrala qәdәr, tәk qalmağına 
baxmayaraq irәliki vaxtla müqayisәdә dinc, hәtta hәdsiz 
dәrәcәdә xoşbәxt vә düzgün hәyat yaşayırdı. Fәlәyin işinә 
bax ki, Nuvariş Qarabağlı öz mәnzilinә gecәlәr, hәm dә 
getmәyә başqa bir yeri olmadığına görә dönürdü. Halal-
hünbәt mәnzilindә o, bir dәqiqә  dә olsun dinclik tapmır, 

DAŞ YUXULAR 
19
yuxunun, istrahәtin nә olduğun bilmirdi. Sәbәb dә bu idi 
ki, vәzifә baxımından  әhәmiyyәtsiz, amma gәlir 
baxımından çox mötәbәr vәzifә tutan bir nәfәr - 
Baksavetin yekәqarın, uzundraz әmәkdaşı günlәrin birindә 
teatrın qocaman işçisi, qarderobçu Qreta Sәrkisovna 
Minasovanın mәnzilini  әlә keçirmiş, axırıncı, onuncu 
mәrtәbәdә Nuvarişә qonşu olmuş  vә bu yaşayış sahәsini 
әsl әyyaş yuvasına çevirmişdi. Divarın o üzündәki mәnzilin 
kәhilti vә nırıltısı bütün gün әsib-sәngimәk bilmirdi. Qoca 
tәcrübәli sürtük qәhbәlәrin çığırtıları köhnә sәnәtә yenicә 
qәdәm basan xırda qızların hәqiqi vә ya yalançı kef 
iniltilәri ağılı başdan çıxarır, artisti gündüz rahatlığın, 
gecәlәr yuxunun uzunә  hәsrәt qoyurdu. Deyilәnә görә 
hәmin uzundıraz heyvәrә şuşalıdır. Bakıya sonradan tәşrif 
buyurub. Baksovetde işә duzәlib. Nuvarişgilin evinin 
qonşuluğundakı koperativ binada dördotaqlı  mәnzil alıb. 
Bu adamın bәdәn quruluşu kvadrat şәkilindәdir. Nataraz 
kürәyinin enini hәr hansı bir ölçü stanrdartına 
uyğunlaşdırmaq, sadәcә mümkün deyil. Onun göyümtül, 
qara rәngli qalın saçları, bununla bahәm, qara vә qalın 
qaşları, әhәmiyyәtli dәrәcәdә uzun bığı, büsbütün boş vә 
heç nә ifadә etmәyәn krokadil gözünә  bәnzәr donuq 
gözlәri vardı. Hәtta onun adı  vә familyası da Nuvariş 
Qarabağlının qulaqlarında zalımlıq vә allahsızlıq rәmzi kimi 
sәslәnirdi:  Şahqacar  Әrmağanov. Adam ona bu adı 
verәnin yerinә xәcalәt çәkir. 
Sәhәr açılar-açılmaz, hәlә heç hava tam işıqlanmamış 
hәyәtdә sәs-küy qalxmış vә dәrhal çox güman ki, camaat 
eşitsin deyә, xәbәr yayılmışdı ki, guya hansısa bir ermәni 
qadın özünü eyvandan atıb. Qreta Sәrkisovnanın 

DAŞ YUXULAR 
20
parçalanmış vücudu hәlә böyük qan gölmәçәsindә 
üzәrkәn  şәhәrә daha bir şaiyyә  çıxdı ki, guya özünü 
eyvandan atan ermәni qadın ölüm qabağı tövbә mәktubu 
yazıb qoyub. "Mәn ermәnilәrin törәtdiklәri bütün bu 
cinayyәtlәrә görә özümә nifrәt edirәm. Mәn öz xalqıma 
nifrәt edirәm, ona gorә  dә bundan sonra bu dunyada 
yaşamaq istәmirәm. Qarabağ Azәrbaycanındır. Yaşasın 
Azәrbaycan". 
Nuvariş onda da, elә indi dә  zәrrә  qәdәr  şübhә 
etmirdi ki, bu intihar başqa bir kәsin yox, hәmin o şuşalı 
heyvәrәnin "әl işidir". Tamamilә mümkündür ki, Şahqacar 
Әrmağanov  şәxsәn özü, şәxsәn öz әli ilә Qreta 
Sәrkisovnanı eyvandan tullayıb aşağı.  İndiki zaman belә 
zamandır.  İstәsәn eyvandan gündә yüz ermәni tullaya 
bilәrsәn. Fәrq etmәz, lap müsәlman at, bir kimsә gözün 
üstә qaşın var demәyәcәk. Arxasi-kömәyi olmayan hәr 
hansı bır insanı bir göz qırpımında yer üzündәn silmәk heç 
nәdi. Bәlkә bu duruma görә artist şuşalı heyvәrәdәn hәr 
gün bir az da artıq qorxub üşәnmәyә başlayırdı. Nә qanun 
var, nә mәhkәmә, bir günlü-günәvәrli göyçәk gündә onu, 
Nuvarişi eyvandan tula kimi tullayarlar aşağı, adını da 
qoyarlar intihar, özünәqәsd! Kimdi onun әmәlini 
araşdıran, kim sübut edәcәk ki, Baksavetin soyuqqanlı, 
allahsız, insafsız mәmuru әmәlli başlı quldurdur?.. 
Yaşanan gәrginlik, laqeydlik vә zalımlıqdan aldığı 
zәrbәlәr hәlә ki, onun ürәyini üzüb bitirmәmişdi, amma 
bununla belә artistin emosianal vә  zәrif tәbiәti sarsılmış, 
içi nifrәt vә ikrahla dolmuşdu. Axı gündә neçә  dәfә 
milisioneri, sahә müvәkkilini dәng elәmәk olar adam 
balasısan, vicdanın olsun bu bardeli yığışdır, yoxsa bir 

DAŞ YUXULAR 
21
azdan bütün şәhәr dönüb olacaq qәhbәxana. Bununla 
әlaqәdar aktyor dәfәlәrlә milis rәisinin dә  qәbuluna 
getmişdi, raykoma, Mәrkәzi Komitәyә, hәtda Baksovetә 
mәktublar yazıb yollamışdı.  İşin ağır qaya kimi yerindәn 
tәrpәnmәdiyini görәndә isә  әmin olmuşdu ki, ya bu 
ölkәdә hakimiyyәt yoxdur, ya da hakimiyyәtdәkilәrin 
hamısı ucdantutma Şahqacar  Әrmağanov kimi cәlladdır. 
Son zamanlar Qreta Sәrkisovnanın mәnzilindә nә Pәsgah 
açıldığını teatrda da qabağına çıxan hәr kәsә danışırdı. 
Yalnız Saday Sadıqlıya bu biabırçılıq barәdә bir kәlmә dә 
demәmişdi. Düşünmüşdü ki, öz dünyasında yaşayan, öz 
göyüzündә qanad çalan bir adama bütün bunlaru açıb-
ağartmaq günahdı. Elә bu sәbәbdәn dә Nuvariş Qarabağlı 
dahiliyinә varlığı  qәdәr inandığı bir insanı bütün bu 
çirkablara bulaşdırmaq istәmәmişdi.  İşә bax, yayın 
cırcıramasında, alәmin od tutub yandığı günlәrdә belә 
artist qapı-pәncәrәni bәrk-bәrk bağlayır, sәhәrin haçan 
açılacağının intizarlarını çәkә-çәkә Allah bilir necә milçәyi 
qanına qәltan elәyir. Bax elә hәmin mәşәqqәtli gecәlәrin 
birindә  qәrara gәldi ki, nә  tәhәr olur olsun pistolet әldә 
etmәlidir. Bu istәyini yerinә yetirmәk üçün neçә-neçә 
tanış milisonerә, voyankomat işçisinә ağız açdı. Onsuz da 
vid-fasonu gülmәli idi, onun pistolet tapmaq arzusu tәbii 
ki, üz tutduğu tanışlarında gülüşdәn başqa ayrı bir 
hissiyyat yaratmadı. Elә ki, artist silah әldә edә bilmәdi, 
haçansa öz halal evindә bir gecә rahat yatmağın 
mümkünlüyünә inamını büsbütün itirdi. Hәmin vaxtlar 
artistin çalışdığı teatrda üç pyesi birdәn sәhnәlәşdirilәn 
mәhşur yazıçı ona vәziyyәtdәn çıxmağın  әn sadә yolunu 
göstәrdi ( cәmi iki gün irәli). Yazıçının dediyinә görә bu 

DAŞ YUXULAR 
22
saat Xalq Cәbhәsinin üzvü olan hәr kәsin bir, yaxud iki 
pistoleti var. Hәmin cәbhәçi uşaqların  әli ilә  nәinki 
tapança, yaxut "Koloşnikov", hәtta gerçәkli plomyot almaq 
olar. Yenә bax elә o nüfuzlu yazıçının dediyinә görә 
Nuvariş Qarabağlı kimi bir artistin Xalq Cәbhәsinin 
qәrәrgahına gedib, Böyük Bәyin qulağına bir-iki söz 
pıçıldaması mәsәlәni çox asanlıqla yoluna qoya bilәr. 
Bәyi çoxdan, hәm dә lap yaxından tanıyırdı. Yalan 
olmasın yüz dәfә Bakının çayxanalarında, Bulvarda, 
Malakan bağında, Azneft meydanında çay içmişdilәr vә 
cibindә pulunun azlığına, çoxluğuna baxmayaraq hәmişә 
can atmışdı ki, caypulunu şәxsәn özü ödәsin. 
Budur, bu gün günorta artist evdәn çıxıb birbaşa Xalq 
Cәbhәsinin qәrәrgahına gәldi. Bәy hәlә yox idi. Artist 
demәk olar, bir saat әrzindә  qәrәrgahın qarşısında bitib 
onun yolunu gözlәdi. Sonra gördü acıb, yaxınıqdakı "Araz" 
kafesinә girdi vә iki pors sosiska, yüz qram araqla günün 
ilk yemәyini yedi. Kafedәn çıxan kimi ora - hәmәn o 
lәnәtә  gәlmiş fontanın bir addımlığında yerlәşәn Xalq 
Cәbhәsinin qәrargahına tәrәf getdi vә sizә dә mәlum olan 
mәnfur tarixçәnin iştirakçısına çevrildi. 
İndi xәstәxana koridorundakı yeganә oturacaqda 
әylәşәn Nuvariş Qarabağlı Böyük Bәylә hәlә ki, baş tutası 
görüş barәdә irәlicәdәn düşünür vә o görüşü 
tәsәvvüründә belә canlandırırdı: 
- Xoş gördük bәy! Sәni gördüyümә görә xoşbәxtәm. 
Әn  әsası  Bәy dә ( artistin tәsәvvürünә görә) qәdim 
çayxana dostunu böyük ehtiram vә nәzakәtlә dindirir: 
- İşlәr necәdir, әzizim? Tәeatrda nә yenilik var? Kimin 
pyesini qoyurlar? Bax elә  uşaqlardan sizi xәbәr aldım. 

DAŞ YUXULAR 
23
Niyә o gәlmir, niyә onu görmürәm? Maraqlanın görün 
sәhnәmizin ustad sәnәtkari haralardadır, bәlkә bir ehtiyacı 
var... 
Artist "ehtiyac" kәlmәsini eşidәn kimi pistolet 
mәsәlәsini ortaya atdı. O, hәlә istәyirdi ki, Böyük Bәyә 
qonşu mәnzildәki pozğunxananın aktiv fәaliyyәti barәdә 
dә  mәlumat versin, amma Bәy bütün böyük adamlara 
mәxsus dәqiq hissiyyatla köhnә dostunu Xalq Cәbhәsinin 
qәrәrgahına çәkib gәtirәn әsas mәtlәbi anladı vә onu artıq 
digәr xırda-mırda tәlaşlardan xilas etmәyә tәlәsdi: 
- Bu xırda mәsәlәdir, bәy! - Böyük Bәy bu arada 
yüngülcә saqqalına sığal çәkdi. 
Sonra ucadan vә ilhamla bәyan elәdi; - Bizim 
borcumuz xalqa gәrәk olan oğulları qorumaqdır. - Vә 
bundan sonra o telefonun dәstәyini qaldırıb kimәsә 
göstәriş verdi: - Artistә bir dәnә  tәzә pistolet gәtirin. 
Mәnim dostumdur. Böyuk artistimizdir. Hә, indi çәtin 
vaxtdır, tәhlükәli dövrandır. Biz hәr cәhәtdәn sadiq 
adamlarımızı qorumalıyıq. 
Böyük Bәy ( artistin xәyalına  әsasәn) mәhz bu 
kәlmәlәri izhar elәdi vә Nuvaşirin üzünә  nәzakәtlә 
gülümsәyib, sakitcә demisinә tәnbәki basdı: 
- Patronu çox götür, - deyә sözünü tamamladı. 
Nuvaşir Qarabağlı lap yaxınlarda şәxsәn Böyük Bәyin 
sayәsindә pistplet әldә edәcәyinә qәti әmin oldu vә dәrin 
bir qüssә icindә il yarım qabaq o gözәl çayxanalarda 
üzbәsurat oturub qabırğa söhbәti elәmәlәrini yada saldı. 
Vә birdәn 1979-cu ilin may ayını xatırladı, onda bütün 
Azәrbaycanın birincisi qәflәtәn teatra tәşrif buyurmuş  vә 
elә  hәmәn o gözlәnilmәzliklә  dә ona şәhәrin mәrkәzindә 

DAŞ YUXULAR 
24
mәnzil vermişdi. Hәlә 60-cı illәrin sonuydu, onda әmәllicә 
mıxlamışdı, düppәdüz olmuşdu vә  aşa-aşa, kef havasına 
avtobus dayanacağına doğru gedirdi. Zevin küçәsinin 
tinindә camaatın Xozeyin adlandırdığı  hәmәn o şәxsә 
ürcah oldu. Bu o zaman idi ki, Nuvariş Qarabağlı atasıyla 
birgә yaşayırdı, teatrda yenicә epizodik rollara çıxmağa 
başlamışdı. İşә bax, (hәqiqәtәn dә yer üzü möcüzәlәrdәn 
xali deyil) heç demә o vaxtkı Xozeyin Nuvarişin cuppulu 
rolunu görüb, nәinki görüb, hәtta yadında saxlayıb. 
Hәmәn o axsam deyesen Xozeyin dә hardansa yeyib-
içmәkdәn qayıdırmış  vә keyfi yaxşıymış (onun böyründә 
iki qüvvәli adam, cangüdәnlәr varmış). 
- Bu sәnsәn, әә, artist, gәl bura görüm, qardaş, - o 
deyib, - deyәsәn sәn dә babatsan. Harda vurmusan bu 
qәdәr? - o, böyründәki adamlardan birinә yüngülcә göz 
elәyib. Mәn dә vurmuşam, amma görürsәn, ayaq üstә 
dura bilirәm, daha yeddi yana әsmirәm. 
Tәbii, o anda Nuvariş respublikanın birinci şәxsi ilә 
tanış deyildi, әgәr ki, Birinci ona әl uzadıb: - "Gәl tanış 
olaq" demәsәydi, o , heç zaman bilmәyәcәkdi ki, hәmәn o 
kef havalı axşamda Zevin küçәsinin tinindә  tәmasa 
bağladığı şәxs kim imiş. 
- Tanış olaq. - O, adını söylәdi - Sәni isә  mәn 
tanıyıram, artistsәn. Teatrda yaxşı rollar oynayırsan. Hә, 
de görüm hara gedirsәn? 
Nuvariş dili topuq çala-çala güclә deyә bildi: 
- Xı...xı...Xırdalana. Avtobusa minmәyә gedirәm. 
Uzunsifәt adam bir müddәt artisti ayaqdan-başa 
süzdü. 

DAŞ YUXULAR 
25
- Yaxşı, di yeri, - o, qorxuya düşmüş adama bir növ 
әmr elәdi: - Gecdir, tәrpәn, bir dә belә nallama. 
 
"Sәn yenә  dә  Xırdalanda yaşayırsan?" - sonralar 
onun Birincinin dilindәn eşitdiyi bu sözlәr qulaqlarında o 
qәdәr diri, o qәdәr canlı sәslәndi ki, indi sanki bu sözlәri 
xәstәxananın dilsiz vә kar divarları da eşitdi. 
- İndi mәn Montin qәsәbәsindә yaşayıram, yerdәn bir 
mәrtәbә  aşağıda – artist köhnә tanışıyla cәsarәtlә 
zarafatlaşdı. 
- Sabahdan şәhәrin mәrkәzindә, yerdәn on mәrtәbә 
yuxarıda yaşayacaqsan - 
Birinci zarafata zarafatla cavab verdi. 
Hәmәn axşam Axundovun "Müsyö Jordan" 
tamaşasının yekununda teatrın bütün yaradıcı kollektivi 
direktor Mopassan Mirәlәmovun kabinetinә  yığılmışdı. 
Nuvariş tamaşada dәrviş  Mәstәli  şah rolunu oynayırdı  vә 
Allahın böyüklüyündәn oyun Birincinin xoşuna gәlmişdi. O, 
dedi "Sәn "Ölülәr"dә  Şeyx  Әhmәdi dә yaxşı oynamısan. 
İki dәfә televizorda baxmışam. Belә rolların sayını çoxalt". 
Ehtimal ki, o gün teatr toplaşıb, Xozeyin әvvәlcәdәn 
bir neçә  işçiyә, o cümlәdәn xoşbәxtlәr sırasında Qreta 
Minasova olmaq şәrti ilә  mәnzil bölmәyә  qәrar verib. 
"Burda bir yaşlı әmәkdaş da olmalıdı Minasova. O, qadın 
yenә çalışırmı teatrda?" - formal olaraq Xozeyin 
direktordan soruşdu.  Әslindә  әla bilir ki, Qreta Minasova 
heç zaman heç yerә getmәyib, elә burada, teatrdadır. 
Nәyә çağırıldığını kәsdirә bilmәyәn, direktorun kabinetinә 
meyit sifәtindә girәn Qreta Sәrkisova oradan 
xoşbәxtcәsinә, sevincdәn göz yaşları axıda-axıda çıxır vә 

DAŞ YUXULAR 
26
hey tәkrarlayır "Sağ ol, oğlum, çox sağ ol" o vaxt Qreta 
Sәrkisovanın sifәtini bürüyәn cizgilәr indi dә artistin 
gözünün qәnşәrindәdir. Bәlkә  dә o zaman müşahidә 
elәdiyindәn daha canlı, daha aydın görür o sifәti. 
Vә bir dә Saday Sadıqlının acıqlı üzü gәlir gözünün 
qanbağına, qızarmış gözlәr, kin, qәzәb dolu baxışlar. 
Nәdәnsә elә ilk vaxtlardan Birinci ilә onunku 
alınmadı. Bütün hallarda, Nuvarişin qәnaәtinә görә tәqsiri 
Xozeyindә deyil, Saday Sadıqlının dikbaşlığında, tәrsliyindә 
axtarmaq gәrәkdir. 
"Hamam suyuyla dost tutur. Hәrәyә bir әnam verir, 
başa düşmür ki, insanın varı lәyaqәtdir. Xalqın içini dilәnçi 
qutusuna döndәrib ki, hamı dilini soxsun dinmәz yerinә." 
Saday Sadıqlı bu sayaq ağır ittihamları  hәtta direktorun 
kabinetindә dә dilә gәtirir, çәkinmir heç nәdәn. 
"Bәs sәnin nәyә ehtiyacın var, cәnab Sadıqlı?" O vaxt 
şәxsәn Birinci mәğlub vә inamsız sәslә Sadaya üz tutanda 
o, heç özünü toparlaya bilmirdi, hәtta elә bil sәsi dә bir 
qәdәr titrәyirdi. "Cәnab" kәlmәsindә isә açıq-aşkar 
ironiya, bәlkә  dә lap kin vardı.  Әlbәttә, Saday Sadıqlının 
dünyagörüşü Birinciyә  bәlliydi. "Mәnim heç nәyә 
ehtiyacım yoxdu" - Saday Sadıqlı ucadan vә  tәkәbbürlü 
cavab verdi. Birinci gәlәn dәqiqә hamı ayağa qalxmışdı, o 
isә yerindәn qımıldanmadı heç. Toplantı başa çatanada bir 
kimsәdәn qorxub çәkinmәdәn: "İşi-gücü qurtaranda 
camaatla mәzәlәnmәyә gәlir. Adamın haqqıdı, onnan belә 
dövlәtin mәnzilini elә minnәtlә verir, deyirsәn bәs 
dәdәsinin malını verir." Sәhәri gün teatrda yana-yana 
danışırdılar ki, әgәr Xozeyin tәşrif buyuranda Saday 
Sadıqlı özünü adam balası kimi aparsaydı  şәhәrin elә bir 

DAŞ YUXULAR 
27
yerindә mәnzil alardı ki, elә yerdә yaşamaq heç nazirlәrә 
qismәt olmur. 
İndi belә yerdә dil insanın başına bәladır demә, 
görüm necә demirsәn. 
Oturacağın bir qırağında yumurulanıb yumağa dönәn 
Nuvariş Qarabağlını yuxu aparmışdı, bәlkә dә o, hәyatının 
әn dәhşәtli yuxusunu görürdü. 
Bozumtul, qәribә yer görürdü. Sümüklәrini rütubәt 
gәmirirdi. Yer üzündә nә torpaq, nә ağac vardı, heç kim, 
heç nә yox idi, qara qan gölmәçәsindәn savayı heç zad 
görünmürdü yer üzündә. Yumurtadan çıxan, çanağı 
bәrkimәmiş tısbağa balasına bәnzәr Qreta Sәrkisovna elә 
bil suya sarı dartınırdı, әvәzindә qara qan dolu gölmәçәyә 
qәrq olurdu. Onun soyulub cıbrığı  çıxarılmış ölü, eyni 
zamanda, dipdiri bәdәni elә ikrah doğuran vә qorxulu idi 
ki, dünya binnәt olandan hәlә heç bir bәni-adәm gözü 
belә iyrәnc mәxluq görmәmişdi. 
Yuxusundakı bu yer Nuvarişin indi yaşadığı binanın 
asfalt döşәnmiş hәyәti deyildi, bu yer Xırdalandakı hәyәtin 
torpağına oxşayırdı. Vә körpә, qığırdaq çanağı, hәlә 
üstәlik daha bir qat dәrisi soyulan, su yerinә qan 
gölmәçәsinә sarı dartınan Qreta Sәrkisovna sanki ayrı bir 
yerә yox, ölümә sürünürdü. Ölüm isә asanlıqla әlә keçmir, 
sanki kimsә onu oğurlayıb, qәsdәn haradasa gizlәyib. Vә 
ona qovuşmaq mümkün deyil, heç bir vәchlә mümkün 
deyil. Hәrdәn o, qana bulaşmış başını qaldırır, donquldanır 
"Sağ ol, oğlum, çox sağ ol" - deyir vә tәzәdәn dözülmәz 
ağrı  vә  әzabla ölümә doğru sürünür... Birdәn Nuvariş 
anladı ki, Qreta Sәrkinovna ona tәrәf sürünür. Sanki bu 
dünyanın  әn  әbәdi nemәtinә - ölümә qovuşmaq ixtiyarı 

DAŞ YUXULAR 
28
Nuvarişin ovcundadır. Vә Qreta Sәrkisovna ölüm fürsәtini 
onun ovcundan qapmaq istәyir ki, canı bu namәrd 
dünyanın zülm-zillәtindәn biryolluq qurtarsın. Qreta 
Sәrkisovna qan içindә sürünә-sürünә yaxınlaşdıqca, 
Nuvarişi dәhşәt vә qorxu daha şiddәtlә bürüyürdü. 
Nuvariş bütün gücü ilә ölmәk istәyәn vә bәlkә dә әslindә 
ölmәk istәmәyәn bu qarıdan qaçıb uzaqlaşmaq, canını 
qurtarmaq istәyirdi. Artist qarının meyitindәn xilas olmağa 
çalışsa da, ayağını yerә basa bilmirdi, elә bil bütün bәdәni 
qaldırmaq mümkün olmayan çirkabla dolmuşdu. 
Artist elә o dәhşәt içindә dә gözlәrini açdı - sevindi - 
Allaha  şükür ki, buradadır, soyuq, rütubәtli koridorda. 
İşıqları da yandırmışdılar. Koridorun o biri başında 
әmәliyyat otağının qapısı taybatay açılmışdı. 
Nuvariş Qarabağlı o dәhşәtli yuxudan qurtular-
qurtulmaz, kabinetinә dönәn Doktor Fәrzani dәrhal başa 
düşdü ki, o çox pis haldadır, dilini tәrpәdib söz demәyә dә 
taqәti yoxdur. 
Fәrzani  әmәliyyatdan indicә  çıxmışdı,  әlüzyuyanın 
qәnşәrindә üzü divara durub әlini sabunlayırdı. 
- Keç içәri,  әylәş, Mübariz müәllim - o, dedi: - 
Narahat olma, hәr şey qaydasındadır. Dostun palatadadır. 
Yatır özüyçün. Canı möhkәmdir. Dәmir kimidir. 
Özaramızdı, qәtiyyәn alkaşa oxşamır. 
Artist bu vәziyyәtindә heç fәrqinә dә varmadı doktor 
onun adına Nuvariş yox, Mübariz söylәdi. 
- Necә, doktor? Necә  yәni yatır? Hüşü üstünә  gәlib 
ki? 
- Hәlә yox, - Doktor әlini silә-silә, sakitcә dedi - 
Tәlәsmә, hәr şeyin vaxtı var. 

DAŞ YUXULAR 
29
Bu gecә olmasa da, sabah sәhәr dәqiq özünә 
gәlәcәk. Palatasına yaxşı tibb bacısı göndәrdim. 
Sәhәrәcәn keşiyini çәkәcәk. - Hәkim mәhrәbanı mismara 
keçirib, yerindә әylәşdi. - Deyәsәn möhkәm yuxulamısan, 
yaxşı yaddaşı olana oxşayırsan. Nәdir, yuxunu 
qarışdırmısan? 
- Yuxu görürdüm, doktor, siz hardan bildiniz? 
Ömrümdә heylә  dәhşәt görmәmişәm. - Artist susdu vә 
qәfil hönkürmәyә, göz yaşları içindә, hәkimә yalvarmağa 
başladı - Siz Allah, doktor, mәnә bir az spirt verin, çox 
yox, onca qram. Allah haqqı boğuluram. Başım cırılır, elә 
bil beynimin içindә siçan-siçovul qaçır. 
- Yox, dostum, belә yaramaz, - artistin halına qәlbәn 
yanan hәkim nәzakәtlә dedi. Vә stolun üstünә bir köhnә 
qәzet sәrdi. Kabinetin qapısını bağladı. Soyuducudan 
şüşәsi tәrlәmiş balaca qrafin çıxardı. İçindә göz yaşı kimi 
şәffaf maye olan qabı stolun üstünә qoydu. Qәzetin 
üstündәcә kolbasa doğradı. İki dәnә xiyar şorabası qoydu, 
duzlu şor qoydu, sac lavaşı qoydu vә lap axırda artdanıb 
yuyulmuş keşniş  dәstәsi qoydu... İki armudu çay 
stәkanına zoğal arağı süzdü. Artistin gözlәri parıldadı. 
- Siz çox yaxşı adamsınız, doktor. Sizi gördüyüm 
andan bunu başa düşdüm. 
Artist әlini stәkana sarı uzatdı, amma onu götürmәdi, 
çünki hәlә  hәkim dә öz stәkanını götürmәmişdi. Hәkim 
әlüzyuyan sәmtә baxdı. Artist bu sayaq baxmaqla onun nә 
demәk istәdiyini başa düşdü, qalxdı,  әlini sabunlayıb 
yudu, qayıdıb oturdu. 
- İçәk? - Hәkim gülümsәyәrәk dedi vә arağı içdi. Bir 
әlcә lavaş götürdü, şora batırıb ağzına apardı. 

DAŞ YUXULAR 
30
- Sizin sağlığınıza, doktor. - Nuvariş ayaq üstә içdi, 
üz-gözünü qırışdırıb, әylәşdi. 
- Kalbasa götür. Doyunca ye. - Hәkim qonağa tәklif 
elәdi. Amma özü kolbasaya әl vurmadı.  İki qanad kişnişi 
ağzına qoyub asta-asta çeynәmәyә başladı. - O, ailәlidir? 
- Ailәlidir, doktor, qәşәng arvadı var, Azadә xanım. 
Kefin istәyәn diş  hәkimi, hәm dә insan adamdır. Mәşhur 
psixiatır Abasәliyevin qızıdır. Bәlkә dә tanıyırsınız? 
Doktor Fәrzani әmәlli-başlı heyrәtlәndi. 
- Abasәliyevi kim tanımır ki? - dedi - Durur o? 
- Yaşayır, doktor. Sağlığına heç pis dә yaşamır. - 
Araqdan sonra halı özünә  gәlәn Nuvariş  hәvәslә cavab 
verdi. - Maşallah, buz baltası kimidir. Bir il olar bağda qalır 
- Mәrdәkanda. Deyir ki, axmaq-uxmaqdan nә qәdәr aralı 
olsam yaxşıdır. Hәr tәrәf elәlәri ilә doludur. 
- Demәli, dostumuz doktor Abasәliyevin kürәkәnidir? 
- O, tәkrar soruşdu vә stәkanlara araq tökdü. 
Nuvariş Qarabağlını heyrәtlәndirәn o idi ki, doktor 
arağı süzәndә daha bayaqdan bәri olduğu kimi "dostun" 
yox, "dostumuz" söylәdi. 
- Hә, hә, kürәkәnidir. Hәm qohum, hәm dә yaxın 
dostdurlar. Pәrәstiş elәyirlәr bir-birinә. Otuz ildir bir 
yerdәdilәr. Doktor Abasәliyevin ayrı kimi var axı? Arvadı 
rәhmәtә gedib, qalan tәk qızıdır. Saday Sadıqlını  oğul 
gözündә görür. 
- Belә-belә  işlәr - Doktor öz alәmindә  nәsә düşünә-
düşünә dillәndi - Deyirsәn onlar hәm dә yerlidirlәr, elәmi? 
Doktor Abasәliyev mәn bilәn Naxçıvandan olmalıdır... Hә, 
vur görәk. - O, stәkanı başına çәkib, üstündәn şor- lavaş 
yedi. 

DAŞ YUXULAR 
31
- Düzdü, naxçıvanlıdılar - Nuvariş tәsdiqlәdi, bir dilim 
kolbasa götürüb araq stәkanını boşaltdı. - Bir 
kәnddәndilәr,  Әylisdәn. Kәndlәrinin dәlisidirlәr. Harda 
oldular, ancaq Әylisdәn danışırlar. Deyirlәr nә zamansa 
orada çoxlu ermәni yaşayırmış. Belә  çıxır bizim 
müsәlmanlarla aralarından su keçmirmiş. Doktor 
Abasәliyev o ermәnilәri çox tәriflәyir. Onlar kimi mәdәni, 
vicdanlı, zәhmәtkeş insanlar dünyanın heç harasında ola 
bilmәz, deyir. Mәn onların belә söhbәtlәrini çox 
eşitmişәm. Kürәkәn-qaynata  Әylisdәn danışanda adam 
hәmәn dәqiqә istәyir durub getsin ora, hәmişәlik ölüb 
qalsın Әylisdә. 
 
Doktor Fәrzani düşüncәdәn ayrılmadan artisti 
dinlәyirdi. 
- Demәli belә, doktor Abasәliyev indi Mәrdәkandadır, 
- o daha çox özü-özünә deyirdi, cәrrah, sonra bir qәdәr 
düşündü soruşdu: - Tәk yaşayır orda? 
- Әlbәttә tәk, kimi var ki? Tәkcә Azadә xanım tez-tez 
baş  çәkir ona. Hәr bazar sәhәr tezdәn yanına gedir. 
Gecәni qalır, o biri gün birbaşa işә qayıdır. Düz deyirsiniz, 
yaşlı adamın bağda tәk yaşaması  çәtin mәsәlәdi. Bu da 
var ki, boş vaxtı elә çox deyil darıxsın. Şәhәrdәki evindә 
otuz min kitabı var idi. Yazıq Azadә xanım il uzunu 
kitabları Bakıdan Mәrdәkana daşıyıb. Abasәliyev oturub 
bağda, oxuyur o kitabları. Deyirlәr özü dә yazmağa 
başlayıb. 
- Onların uşaqları yoxdur bәs? 
- Yox, doktor. Bir tәrәfdәn baxanda Saday Sadıqlı 
kimi adamın övladının olmaması  işin xeyrinәdir. Sözün 

DAŞ YUXULAR 
32
düzü, o bu dünyanın adamı deyil. Xәyalı buludlardadır. 
Xasiyyәti dә  uşaq kimidir. Uşaq olanda kәnddә kimsә 
onun gözünün qabağında bir tulkünü güllәlәyib, hәlә, 
indiyәcәn o tülkünün halina yanır. Azından otuz dәfә bunu 
danışıb. Gözünün yaşı qurumur. Bax belә adamdır. 
- Deyirsәn, hәm dә yaxşı aktyordu, hә? 
Söhbәt bu yerә çatanda Nuvariş Qarabağlı kükrәyib 
daşdı: 
- Allaha and olsun, doktor, o dahidir! O Abbas Mirzә, 
Ülvi Rәcәb qüdrәtdә  sәnәtkardır. Savadı alim savadıdır. 
Elә bir kitab qalmayıb oxumasın, amma xaraktercә 
düzgünlüyünün quludur, şeytan kimi. Bildiyini dәdәsinә dә 
vermәz. O, hәlә neçә il bundan qabaq Xalq artisti adını 
almalı idi. İndiyәcәn әmәkdar qalıb. 79-cu ildә onu, әlavә 
üç artisti "Xalq"a tәqdim etmişdilәr. Hәmәn әrәfәdә hamı 
ona gözaydınlığı verirdi. Sәhәri gün qazet tәltif olunanların 
adını çap elәdi, o birilәr vardı, bu yox. Sәn demә  hәmin 
axşam gedib kimnәnsә oturub möhkәm vurub, dilinә 
yiyәlik elәmәyib. Guya deyib: mәnә lazım deyil sizin 
Xozeyinin sola-sağa sәpәlәdiyi ad, mәnә adı xalq verib. 
Artist bir xeyli cibini eşәlәdi, sonra nә düşündusә elә 
cibindәcә qutudan bir әdәd siqaret çıxartdı, yalvarişlı 
gözlәrlә Fәrzaniyә baxdı. 
- Üzürlü sayın siz Allah, siqaretdәn ötrü ciyәrim yanır. 
Dolktor stolun siyirmәsindәn balaca şüşә külqabı 
çıxarıb artıstın qarşısında stola qoydu. 
- Ürәyin nә  qәdәr istәyir çәk. Mәn iyirmi yaşımdan 
başlayıb qırx il sәrasәr çәkdim. Beş il olar tәrgitmişәm. - 
O, yenә qrafindәn araq süzdü. - Hә, deyilәn sağlığa içәk 
vә daha bәsdi. Әladı, tәmiz şeydi, heç vaxt ziyan elәmir. 

DAŞ YUXULAR 
33
Bir qazaxlı tanışım var. Adı da qәribәdir, Avtandil. Maşını 
nә  tәhәr aşırmışdısa, bütün qabırğaları  әzilmişdi. Onu 
kefin istәyәn tәmir elәdim, kapitalnı. Odu-budu nә zaman 
gәlir, iki letir gәtirir. - Doktor pәncәrәni açdı, stәkanı 
qaldıdı  vә zoğal arağını bir dәfәyә hortuldatdı. - Demәli 
deyirsәn hakimiyyәt paylayan mükafat mәnә lazım deyil, 
söylәyir. Görәsәn gecә vaxtı Xozeyinә kim danos verib? 
- Hә, aydın görünür ki, onu satıblar, doktor. Üç 
nәfәrin arasından mәhz onun adının pozulmasının ayrı nә 
sәbәbi ola bilәr? - Artist siqareti yariya qәdәr çәkib, 
külqabında söndürdü. - Nәdәnsә Sovet hökumәti onu lap 
evvәldәn qaralamışdı. İnanın, dözә bilmirdi. Deyәsәn 68-ci 
ildә olub, teatrın bir tamaşasını dövlәt mükafatına 
veriblәr, beş namizәd aldı, Saday Sadıqlı yenә dә qıraqda 
qaldı. Özü dә baş rolu bu bәdbәxt oynayırdı. O zaman da 
dilinin bәlasına düşmüşdü. Mәrkәzi Komitәnin üzvlәrindәn 
birinә söylәmişdi ki, cibinizdәki partbilet deyil, pistoletdi, 
siz tapançanızla xalqı qorxuda saxlayırsız ki, özünüz 
qorxusuz vә tәhlükәsiz yaşayasınız! 
Nuvariş  hәlә ona mәxsus olan üçüncü qәdәhi ( 
armudu stәkanı) boşaltmamışdı, amma bununla belә elә 
yüngül, elә xoşbәxt idi, istәyirdi qol açıb oynasın. Bir 
tәrәfdәn içdiyi araq öz işini görürdü, o biri tәrәfdәn dә 
belә bir böyük cәrrahla, Fәrzani ilә üzbәsurat oturub, 
söhbәt elәyirdi. Gün әrzindә onu dara çәkәn  әzablar, bir 
az әvvәl gördüyü dәhşәtli yuxu da yaddan çıxmışdı. Hәtta 
o it oğlu  Şahqacar  Әrmağanovdan da bayaqkı  qәdәr 
qorxusu yoxdu. Doktor Fәrzani artist qonağının halının 
düzәlmәsindәn, özünә gәlib gümrahlaşmasından razı idi. 
- Hә di iç - doktor dostyana әmr elәdi. 

DAŞ YUXULAR 
34
- Demәli partbilet - pistolet. Yaxşı deyib, sәrrast 
deyib.  Әgәr birini qorxutmaq istәmirsә partbilet 
qardaşımızın nәyinә gәrәkdir? 
Nuvariş arağı içdi vә bu dәfә  qәrara gәldi ki, arağın 
üstündәn şor-lavaş yesin. 
- Hә, pistolet, doktor. O, bәzәn elә  hәrәkәt elәyir 
desәm inanmazsınız. Bir dәfә sünnәt toyuna çağırıblar, 
Nardarana, sirf tәsadüfәn salamat buraxıblar onu. Axı 
sünnәt mәclisinin qaydası var, әgәr sәnә söz veriblәrsә 
durub danışmalısan. O mәclislәrin mәxsusi söhbәtlәri olur. 
Lazımdır ki, sünnәtin nә  qәdәr savab iş olduğundan, 
gigena vә sağlamlıq mәsәlәsindә  әvәzsiz rolundan, 
müqәddәs imamlarımızdan, Peyğәnәrin hәdislәrindәn 
söhbәt açasan. Axı sünnәt bütün müsәlmanlar üçün 
müqәddәs vacibatdır, dahiyanә müdriklikdir. Mәclisin 
qaynayan vaxtı, necә bir hörmәtli qonaq qismindә sözü 
verirlәr Saday Sadıqlıya. Bu da başlayır sünnәti  әlә 
salmağa. Sonra tamam sarsaqlayır, bu dәfә  dә 
әstafurullah, Peyğәnbәrә sataşır. Nә  tәhәr olur, deyir, 
Peyğәnbәr Allahdan ağıllıdır?  Әvvәlәn insanı Allah öz 
mübarәk әli ilә yaradıb, o biri yandan mәgәr Allah kordur, 
insanın bәdәnindә  nәyinsә artıq olduğunu görmәyә? 
Burdan belә  nәticә hasil olur ki, Allah nә yaradıbsa düz 
yaradıb. Heç ola bilmәz ki, o haqlı olaraq, üzü, gözü, 
qulağı düppәdüz yerinә qoya, durub sarsaq bir әzanı 
yaradanda mәktәbli uşaq kimi sәhv buraxa. Bizim 
peyğәnbәrә kim ixtiyar verib ki, Allah görәn işin qüsurunu 
aradan qaldırsın. 
Axı Nardaranlılar ömür-billah belә  şey görmәyiblәr. 
Burda elә bir mәrәkә qopur ki, sünnәt-münnәt yaddan 

DAŞ YUXULAR 
35
çıxır. Ara qarışıb, mәzhәb itir. Kәnd ağsaqqalları Sadayın 
sifәtinә o nalayiq söz qalmır, demәsinlәr. Hәttda adәtә 
görә  mәclisdә  iştirak hüququ olmayan arvadlar elә 
hasardanca qışqırıb "Allah cәzanı versin" - deyirlәr. 
Elә ki sünnәt bitir Nardaran cavanları bunu tinә çәkib 
o ki var әzişdirirlәr. Bәdbәxti elә hala salırlar ki, üç ay 
sәhnәyә  çıxa bilmir. Deyilәnә görә  hәtta bütün Qafqaz 
müsәlmanlarının  Şeyxi Allah Şükür Paşazadә  şәxsәn 
xәstәxanaya, onun yanına tәşrif buyurur ki, Saday 
camaatın qabağına çıxıb cәmi nardaranlılardan üzr istәsin. 
Çünki tәhqir olunan nardaranlılar onu bir anın içindә o 
dünyalıq edәrlәr. 
Artist bu ağlamalı-gülmәli  әhvalatı tam bir coşğuyla, 
hәm dә bir az bәzәyib danışdı  vә birdәn susub hәkimә 
göz qoydu, gördü ki, onun sifәti tamam dәyişib, qorxdu, 
işlәri korlamayıb görәsәn? Artistә elә gәldi ki, danışdıqları 
doktorun kefinә soğan doğrayıb. Ona görә  dә, 
tәlәsmәdәn, ehtiyatla әlavә etdi: - Nә bilim, bәlkә 
bunların hamısı boşboğazların çәnә söhbәtidir. Bәlkә 
mәndәn dә betәr axmağın zarafatıdır vә o susdu, bәrk 
dilxor oldu, görünür Sadayın dindar nardaranlılarla ölüm 
tәhlükәli zarafatı insanların inamını  tәhqir demәkdir, elә 
doktor Fәrzaninin dә. Amma Fәrid Fәrzani qatı müsәlman 
deyildi. Oruc tutmurdu, namaz qılmırdı. Moskvada yaşasa 
da çalışırdı ki, imkan daxilindә öz dininin vә Peyğәnbәrinin 
qoyduğu qaydaları gözlәsin.  Әsilindә  Fәrid Fәrzaninin 
Moskvadan, Bakıya qәfil dönmәsinin  әsas sәbәblәrindәn 
biri dә dininә olan inamı az vә ya çox dәrәcәdә qoruyub 
saxlamaqla bağlıdır.  Әgәr cәmi-cümlәtani üç il әvvәl 
Moskvada indi huşsuz halda palatda yatan hansısa bir 

DAŞ YUXULAR 
36
artistin Peyğәnbәr barәdә dediklәrindәn agah olsaydı, 
Allah bilir nә hala düşәrdi. Amma bu üç il әrzindә Bakıda 
gördüklәri onun dini görüşlәrini, vәtәnә, peyğәnbәrinә 
olan münasibәtini әmәlli-başlı dәyişmişdi. 
Doktor Fәrzaninin dünyagörüşündәki dәyişikliyin 
әsası vardır. Bu әsas ondan ibarәt idi ki, şәhәrin 
müsәlman  әhalisi ermәnilәrә qarşı misli görünmәmiş 
qәddarlıq törәtmişdilәr, halbuki o, ermәnilәrin haçansa, 
kimә qarşısa belә  qәddarcasına davrandıqlarını  nә 
görmüş, nә dә eşitmişdi. 
-  Şeyx dә Naxçıvanlıdır? - Doktor dalğın halda 
soruşdu, açıq görünürdü iztirab çәkir, pәrtdir. Sual artisti 
heyrәtlәndirdi. 
- Yox, hardan Naxçıvanlı olub? Şeyx Lәnkәranlıdır, 
talışdır, yaxşı adama oxşayır. - Artist bir qәdәr susdu, 
fikirini bitirmәk üçün söz axtardı... - Soruşmaq ayıb 
olmasın, doktor, siz özünüz haralısınız? Soyadınızdan İran 
bilinir. 
- Elәdi,  İranlıyam - Doktor dәrindәn nәfәs dәrdi: - 
Atam nә vaxtsa ağılsızlıq elәyib, mәni bura gәtirib. Mәnim 
ağılsızlığımın yanında onunku heç nәdi, Moskvadan durub 
gәlmişәm. Orda on beş il Sklisof xәstәxanasında cәrrah 
işlәmişәm. - Sonuncu kәlmәlәri doktor mәxsusi iftixarla 
dedi vә yenә stәkanlara araq süzüb әlavә elәdi: - Gәl içәk 
bizim allahsızın sağlığına, arzu edәk ki, bir dә  vәhşilәrin 
girinә keçmәsin, - vә ilk dәfә doktor stakanıstakana 
toqquşdurdu. Artist ürәyindә  cәrraha qarşı daha güclü 
ehtiram hissi keçdirdi vә bu ehtiramı duyduğuna görә 
uşaq kimi sevindi. 

DAŞ YUXULAR 
37
- Hә, doktor, içәk, arzu elәyәk ki, o bir dә heç vaxt 
vәhşilәrin taptağı altına düşmәsin, yaxası zalım yerazların 
әlinә keçmәsin. Amma, doktor, işin bu yerә çatacağını 
arvadı çoxdan bilirdi. Bilirdi ki, nә vaxtsa әrinin başına bu 
müsibәt gәlәcәk. Çalışırdı  әri ayağını evdәn bayıra 
qoymasın. O da çıxmırdı. Dünәn axşam ikicә saatlığa 
teatra gedib. Mәn özüm direktorun kabinetindәn zәng 
vurub zor-bәla boynuna qoydum gәlsin. Gәmәk istәmirdi. 
Çünki teatrdan iyrәnib. Hәtta maaşını almağa gәlmir. Bir 
Allah bilir nәyә görә evdәn çıxıb. 
- Çәk, rahat çәk. - Doktor Fәrzanı siqaret çәkmәkdәn 
yana cibini eşәlәyәn artisti zülümdәn xilax etmәk qәrarına 
gәldi. O, yarımaralı  pәcәrәnın qabağına gәlıb onu geniş 
açdı. Titrәyәn sәslә: - İnanmıram ki, bu adam indәn sonra 
bu  şәhәrdә duruş  gәtirsin, - dedi vә  dәrin düşüncәlәrә 
daldı. 
Artist düz başa düşmüşdü. Hәqiqәtәn dә doktor 
Fәrzaninin halı  dәyişdi. Ona görә yox ki, onu qәfil 
yorğunluq yaxaladı, yaxud artistin söylәdiklәrindәn 
rәncidә oldu. İş bundaydı ki, artistin nağıl elәdiyi sünnәt 
әhvalatındakı  dәhşәtli sualı bir zamanlar arvadı ondan 
soruşmuşdu: "Bәlkә Allah sәnin peyğәnbәrindәn 
ağılsızdır?" Bu sual Fәrid Fәrzaninin hәyatını yerlә yeksan 
elәmişdi. Hәmin mәsәlәyә görә Moskvada, dünyanın orta 
göbәyindә qurduğu gözәl ailәsi dağılmışdı. Mәhz o 
tәhqiramiz, sağalmaz yara vuran kәlmәlәr sözün tam 
mәnasında bu yad şәhәrdә  tәnha, bәdbәxt vәziyyәtdә, 
ailәsiz qalmağına sәbәb olmuşdu. Bәxtin nә zamansa 
adamın üzünә gülmәsi olur: rusla evlәnib, uzun illәr 
Moskvada heç bir mәnәvi sıxıntı çәkmәyib. Yeganә qızının 

DAŞ YUXULAR 
38
xoşbәxt atası - Fәrid Fәrzqani, Allahın hökmünә bax ki, 
oğlu doğulandan sonra heç nәyin üstündә daxili 
müvazinәti itirib. Körpә oğlunun sünnәt mәsәlәsi ata üçün 
böyük problemә çevrilib. Oğlu yekәldikcә problem dә 
yekәlib. İş o yerә çatıb ki, o әvvәlki illәrdәn fәrqli olaraq 
qatış-qutuş yuxular görmәyә başlayıb. 
Bir sabah oğlu on iki yaşına çatanda Fәrid Fәrzani 
arvadına qәti fikirini dedi: "Bu, qanundu, Peyğәnbәrin 
buyuruğudu. Mәnim onu pozmağa ixtiyarım yoxdu". 
"Mәgәr sizin peyğәnbәr Allahdan ağıllıdır?" - sevimli 
arvadından bu cavabı  eşidәndә hirsindәn başını divara 
çırpmaq hәddinә çatdı. 
Bax elә hәmin günün sәhәri arvadı işә, qızı mәktәbә 
gedәndәn sonra oğlundan iltimas elәdi ki, Peyğәnbәr 
tәrәfindәn müsәlmanın Allah qarşısında ilk borcu kimi 
qeyd edilәn sünnәt ayinini yerinә yetirmәk üçün atasına 
razılıq versin. Kimin ağlına gәlәr ki, belә bir tәcrübәli 
cәrrahın elәdiyi sadә  әmәliyyat sonda fәsadla 
nәticәlәnәcәk? Ancaq ya qorxudan, ya tamam ayrı 
sәbәbdәn axşama yaxın oğlunun qızdırması  qırxa qalxdı. 
İşdәn qayıdan, oğlunu bu halda görәn ana taqәtdәn 
düşdü, dili batdı. O, әrinә bir kәlmә demәdәn, uşağın 
qızdırmasını salmaq üçün heç bir cәhd göstәrmәdәn 
hamamxanaya girib qapını arxadan kilitlәdi vә uzun 
müddәt bağlı qapı arxasından gәlәn hönkürtü vә hıçqıraq 
sәsi kәsilmәk bilmәdi. 
Heç demә, rus qadınlarının mәhәbbәti asanlıqla 
nifrәtә dönә bilirmiş. Baxmayaraq ki, yaralı  oğlan sәhәr 
tezdәn yataqdan qalxıb evin içindә heç nә olmamış kimi 
rahatca gәzişmәyә başladı, bununla belә arvadı 

DAŞ YUXULAR 
39
Fәrzanidәn ömürlük aralandı. O, tezliklә  mәhkәmәyә 
gedib boşandı,  şәhәrin mәrkәzindәki üçotaqlını müxtәlif 
rayonlarda iki dәnә ikiotaqlıya çevirdi. Bir neçә il ailәsiz 
qalan Fәrid Fәrzani 1986-cı ildә  mәnzilini bakılı rusla 
dәyişib Bakıya köçdü vә elә ilk gündәncә bağışlanılmaz 
sәhvә yol verdiyini anladı.  İndi Fәrzaninin oğlu 20 
yaşındadır. O, atasının yadında nә az, nә çox, elәcә on iki 
yaşında qalıb. Oğlunun günahsız, çaşqın gözlәrini uzun 
müddәt unuda bilmәdi, ürәyini göynәtdi. Әn dәhşәtlisi dә 
bu idi ki, әvvәldәn axıra çınqırını  çıxarmayan oğlan 
әmәliyyat bitәn anda atasına elә nifrәtlә baxdı ki, o cürә 
baxmağı unutmaq mümkünsüz idi. O baxmaq ayrı bir 
baxmaq idi vә  Fәrzaniyә deyirdi ki, sәnin bu hәrәkәtin 
ömür billah bağışlanmayacaq. Doktor günahının nә 
olduğun çox-çox sonralar anladı. Anladı ki, o yaşda uşağın 
düşüncәsinә görә heç bir fәrqi yox idi ki, onun şeyinin 
ucundan bir tikә pülük kәsilib, yoxsa әl barmaqlarından 
biri, Moskva kimi bir şәhәrdә böyüyüb on iki yaşa çatan 
oğlan atanın hansı haqla doğma balasına qarşı belә 
vәhşilik elәdiyini sadәcә ağlına yerlәşdirә bilmirdi. O sәhәr 
doktor canı-qanı  qәdәr istәdiyi  әziz vә sevimli oğlunun 
gözlәrindәn oxudu ki, o bu uşaq üçün tamamilә yaddır. O, 
bu yadlığın, oğlunun gözündә әbәdi yurd salan nifrәtin nә 
zamansa  әriyib itәcәyinә inamında,  әlbәttә, yanılırdı. Bu 
nifrәtin qarşısında duruş gәrirmәk, onu aradan qaldırmaq 
atanın gücündә deyildi, oğul tәrәfdәn isә iynәnin ucu 
qәdәr bağışlama cәhdi yox idi. Doktor Fәrzaninin Bakıda 
yaşadığı müddәt әrzindә qızı iki dәfә yanına gәlmişdi. İndi 
dә heç olmasa hәftәdә bir yol telefon açırdı, sәhhәtiylә 
maraqlanır, necә yaşadığını soruşurdu. 

DAŞ YUXULAR 
40
Hә, oğlu doktor Fәrzaninin zәif yeriydi. Artistin 
söhbәti, çox güman onun ürәyinin o zәif tellәrinin 
tәrpәtmiş, yarasının qaysağını qoparmış, köhnә  dәrdini 
tәzәlәmişdi. O xasiyyәtinә yad olan sirli bәdbinliyә 
qapılmışdı vә indi dә görünür bütün bu üzüntülәrdәn xilas 
olmağa can atırdı. 
- Hә, o anadangәlmә Don Kixotdur! - Fәrzani süni bir 
fәrәhlә dedi. - Don Kixot - bax bu rol onun boyuna biçilib. 
Qoy sağalıb yataqdan qalxsın bunu ona deyecәyәm. Necә 
bilirsәn, xәtrinә deymәz, 
Artist heyrәt içindә doktora baxdı, çünki "Don 
Kixot"un Saday Sadıqlının әn sevimli әsәri olduğunu bilirdi. 
- Deyәrsiniz, niyә  dә yox - hәyacanlanmış artist 
siqaret çıxarmaq üçün yenidәn 
әlin cibinә dürtdü. - O, "Don Kixot"u yüz dәfә 
oxuyub. Servantes sevdiyi yazıçıdır. Bizimkilәrdәn  әn çox 
Mirzә  Fәtәli Axundova dәyәr verir. Hәyatda isә  pәrәstiş 
elәdiyi qayınatasıdı, doktor Abasәliyev, bir dә hәmkәndlisi 
ermәni qızı Haykanuş, onun barәsindә  hәmişә 
mәhәbbәtlә danışır. - Nuvariş Qarabağlı bütün bunları 
birnәfәsә üyüdüb tökәndәn sonra әlini cibindәn çıxarıb, 
bir anlıq doktora baxdı. 
Doktor Fәrzani "Don Kixot"u iki dәfә oxumuşdu, 
Mirzә Fәtәli Axundov barәdә nәlәrisә bilirdi, amma ermәni 
Haykanuşu,  şübhәsiz, yerli-dibli tanımırdı. Doktor 
Abasәliyevlә isә lap yaxın tanış idi. Onunla Moskvada, 
Lelinqradda, Praqada, Varşavada... keçirilәn tibb 
simpoziumlarında dәfәlәrlә görüşmüşdü. 
- Doktor Abasәliyevin qızı harda işlәyir? 

DAŞ YUXULAR 
41
-  Әvvәllәr Leçkomissiyada idi. Tәzәlikcә Neftçilәr 
prospektindә diş klinikası açılıb, Azadә xanım orada işlәyir. 
- Artist saata baxdı, - İndi işdә olmaz, çox güman artıq 
evdәdir. 
- Axı sәn deyirdin belә günlәrdә Mәrdәkana, atasının 
yanına gedir. 
- Hә, gedir... - birdәn artistin fikiri aydınlaşdı. - Deyәn 
bu gün bazardı, hә, doktor? Mәndә bayaqdan çәk-çevir 
elәyirәm Azadә xanımı tapıb bütün bunların hamısını ona 
danışım. Bu әla oldu, doktor. Qoy Azadә xanım heç nәdәn 
şübhәlәnmәsin. Allah qoysa sabah huşu üstünә  gәlәr, 
Azadә xanım da әrini görәndә halı pis olmaz. Onlar biri-
birilәrini möhkәm sevirlәr. Uşağın da әvәzinә bir-birinә 
mehr salıblar. - Danışa-danışa gözünün qrağıynan stola 
nәzәr saldı. - İcazә verirsiniz buranı yığışdırım? 
- Narahat olma, sәnlik deyil. - Doktor yarımçıq qrafini 
soyuducuya qoydu. 
Sәndә Azadә xanımın nömrәsi var? 
- İşininki yoxdur, ev telefonunu bilirәm. 
- Yaz ver mәnә. Yәqin doktor Abasәliyevin bağında 
da telefon var. 
- Var, amma mәn onun nömrәsini bilmirәm. 
Doktor Fәrzani әlini artistә uzatdı. 
- Di get, gecәni necә lazımdır, dincәl. Mәnim hәlә 
innәn belә xeyli işim var. 
- Doktor! - Nuvariş Qarabağlı dillәndi vә elә  qәmli 
baxdı, sanki Fәrzani onun sonra nә deyәcәyini sözsüz dә 
anlamağa borcluydu. 
- Palataya gedә bilmәrik, - bildirdi. - Mәnası yoxdur. 
Sәn nayran olma. Hәr  şey qaydasındadır.  Әla otaq 

DAŞ YUXULAR 
42
ayırmışam, görәndә bәyәnәcәksәn. Televizoru, telefonu - 
palata deyil, xan sarayıdır. - Doktor artistin indicә verdiyi 
telefon nömrәsi yazılmış kağıza baxdı. - Ailәsi ilә  әlaqә 
saxlayaram, - әlavә elәdi. - Sәn heç nәdәn narahat olma. 
1989-cu ilin soyuq dekabr gecәsi idi. Nuvariş 
Qarabağlını evә getmәyin dәhşәtli qorxusu bürümüşdü. 
Bu qorxu içindәki kömәksizlik vә çıxılmazlıq duyğusundan 
qaynaqlanırdı. Kaş yenidәn bir az әvvәl ayrıldığı 
xәstәxanaya qayıtmaq iqtidarında olaydı, yalvarıb-
yaxaraydı, çox yox, tәk bircә gecәliyinә  xәstәxana 
çarpayısında,  әn  şәraitsiz palatada daldalana bilәydi. 
Xәstәxanadan aralanandan dәrhal sonra o, tәnhalığı az 
qala fiziki ağrı  qәdәr hiss elәyir, doktor Fәrzani ilә birgә 
keçirdiyi gecә, daha әlinin heç zaman çatmayacağı 
unudulmaz tәәssüratların tәsiri altında yanıb yaxılırdı. 
Doktor Fәrzani Saday Sadıqlının yanında qalmağı 
әmәliyyat zamanı ona assistentlik elәyәn yetmiş yaşlı 
çoxillik iş  tәcrübәsinә malik Münәvvәr xanıma hәvalә 
elәmişdi. Uzun ömrünün әlli ildәn çoxunu әhalinin can 
sağlığına hәsr edәn Münәvvәr xanımı burada Mira xanımı 
kimi tanıyırdılar. Birinci Mira xanım deyirdi. O ki qaldı 
Fәrzaniyә - öz işinin ustası olan tәcrübәli tibb bacısını 
konkret mәqamdakı ovqatına münasib tәrzdә çağırırdı. 
Mәsәlәn,  әhvalının adi vaxtında ona elәcә Münәvvәr, 
yaxud sestra deyirdi. Kefinin kök vaxtında isә travmatoloji 
cәrrahiyyә bölümünün әvәzsiz  әmәkdaşı onun üçün 
Minaşa idi. Bu sayaq müraciәt Münәvvәr xanımı hәr dәfә 
xoşbәxt elәyirdi. 
Hәr әmәliyyatdan sonra kabinetinә qayıdıb iki qәdәh 
araq içmәk doktor Fәrzaninin dәyişmәz adәti idi. 

DAŞ YUXULAR 
43
Әmәliyyat var, yoxdur bunun fәrqinә varmadan cәrrah 
axşamüstlәri öz kabinetinә  çәkilir, müәyyәn müddәt 
xәstәxana hәyatından tam tәcrid olurdu. Sizә  dә  mәlum 
olan bu günü saymasaq hәmişә tәk içirdi. Elә buna görә 
dә tibb bacısı  bәrk narahat olmuşdu: bir tәrәfdәn ona 
görә ki, doktor hәr günkü normanı  aşa bilәr, digәr 
tәrәfdәn dә qısqanırdı, axı bu neçә il әrzindә cәrrah mәhz 
bu kabinetdә sevincini dә, kәdәrini dә onunla bölüşürdü, 
bir yerdә dәrdlәşirdilәr. 
Onu  әn çox qorxuya salan mәsәlәlәrdәn biri dә bu 
idi: doktor Fәrzani xәstәni nomenklatura üçün nәzәrdә 
tutulan palatada yerlәşdirmişdi. Belә bir hal yalnız baş 
hәkimin qәrarı ilә ola bilәrdi: bәlkә dә heç lazımi göstәriş, 
razılıq olmayıb. 
- Bu da mәn, Minaşa! - Әyni ağ xalatlı doktor Fәrzani 
palataya girib qocaman tibb bacısını salamladı. Bu sayaq 
salamlama hәmişә olduğu kimi Münәvvәr xanımın ürәyinә 
sarı yağ kimi yayıldı. Görünür, Moskvadan Maşa zәng 
çalıb, - belә düşünmәyә qadının haqqı vardı, axı çox vәdә 
qızının zәngindәn sonra doktor Fәrzaninin çiçәyi çırtlayır, 
kefi kökәlirdi. 
- Hә, bizim artistimizin hәlә  dә bu işıqlı dünyaya 
qayıtmaq fikri yoxdur? - 
Doktor xәstәnin nәbzini yoxlayıb soruşdu. - Onun 
ürәyi, Minaşa, ürәyi... bәdәnindә sağ-islahat qalmayıb, di 
gәl ürәyi saat kimi işlәyir. 
- Eh, Fәrid Qasanoviç, siz bilirsiniz, mәn onun necә 
vaxtlarını görmüşәm?! - 
- Tibb bacısı  hәyәcan vә  qәm içindә dillәndi. - Vaxt 
var idi onu sәhnәdә görmәk üçün camaat dәstә-dәstә 

DAŞ YUXULAR 
44
axışırdı. Siz Aydını oynayanda görsәydiniz. O qәdәr 
qәşәng oynayırdı, hәtta kişilәr dözmәyib ağlayırdılar. - 
Doluxsunmuş tibb bacısı göz yaşlarını zorla saxlayırdı. - 
Görürsünüz, sifәti nur saçır, elә-belә  işıq deyil, çәkdiyi 
әzabların odudu, üzünә  çıxıb. Oturmuşam yanında, 
baxmaq istәyirәm üzünә, baxa bilmirәm. 
- Hә, möhkәm kişidi, - doktor razılaşdı, xәstәnin 
yatağından aralandı, bir müddәt pәncәrәnin qabağında 
dayandı. Sonra qayıdıb Münәvvәr xanımın böyründәki 
kresloda әylәşdi. 
- Ancaq, doktor, - tibb bacısı asta sәslә dedi, - gәrәk 
siz baş  hәkimә heç olmasa nәzakәt xatirinә  tәzә  xәstәni 
bu palataya yerlәşdirmәyinizi deyәydiniz. 
- Dedim bu barәdә - doktor hәvәssiz cavab verdi, 
kreslodan qalxdı, yenә pәncәrәyә yaxınlaşdı. 
Elә bil tibb bacısının üstündәn dağ götürüldü. O, 
ayağa qalxıb qapıya tәrәf tәlәsdi. 
- Mәn getdim kabinetinizi yığışdırmağa - dedi, 
qapıdan çıxarkәn bir dә palataya sarı boylandı, - sizә çayı 
bura gәtirim? 
- Gәtir. Amma baş hәkimdәn icazә almağı unutma. 
Tibb bacısı gedәndәn sonra doktor tәkrarәn 
pәncәrәnin qarşısına  keçdi.  Bu  adәt - gecәlәr pәncәrә 
önündә dayanıb bomboş küçәyә baxmaq şakәri son 
macallarda peyda olmuşdu. Qәribәdir, gör neçә aydır, 
Bakı küçәlәrindә  nәinki gecә, hәtta gündüzlәr dә  tәk, 
yaxud qoşa gedәn adamlar gözә  dәymir.  İndi adamlar 
sürü olublar, kütlә olublar. Ağzına gәlәni danışmaq 
hakimiyyәti, qışqırmaq, mәdh etmәk ixtiyarı kütlәyә 
mәxsusdur.  Әn qәribәsi dә bu idi ki, bu qışqıran, mәdh 

DAŞ YUXULAR 
45
elәyәn adamların dilindәn qopan sözün sayı yarımvәhşi 
insanların ov mәrasimlәrindә  işlәtdiklәri sözün sayından 
çox deyildi. 
Azadlıq! 
İstefa! 
Qarabağ! 
Son vaxtlar bu adamlar bәsit lüğәt tәrkibini daha üç 
kәlmә ilә zәnginlәşdirmişdilәr. 
Ermәnisәn! 
Ölmәlisәn! 
Vәssalam! 
- Vәssalam! Vәssalam! - Doktor Fәrzani öz-özünә 
danışıb pәncәrәdәn aralandı. 
Vә bu vaxt o, bir damla göz yaşının işıldaq iz sala-
sala xәstәnin saralmış sifәtindәn boğazına tәrәf 
süzüldüyünü gördü. 
 
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə