Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci il tarixli 746



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə1/23
tarix04.12.2019
ölçüsü9,32 Mb.
#29800
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   23
29800

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN  DÖVLƏT  İQTİSAD  UNİVERSİTETİ
E K O L O G İ Y A
Dərs vəsaiti
Azərbaycan  Respublikası  təhsil 
nazirinin  03.05.  2012-ci il tarixli  746 
nömrəli  əmri  ilə  dərs  vəsaiti  kimi 
təsdiq edilmişdir.
_____ - m
u -  
_ _
Azerbaycan  Respublikası Prezidentinin 
işle r  idarəsi
PREZİDENT KİTABXANASI
В А К I -  2012

Tərtib
edənlər:
1.  f.prof. 
Hüseynov 
T .B . 
m övzu -   1
2.  dos. 
Mehdiyeva 
V .Z .  giriş, 
m övzu -   15
3.  i.e.d. 
Ələkbərov A.Ə. 
m ö v z u -   10
4 . 
dos. 
Xəlilov 
İ.B . 
mövzu  -   2
5.  c.e.n.,  b/m. 
Zeynalova K.Z. 
m övzu -   2
6.  dos. 
İbrahimov 
Y.N.  m ö v z u - 1 2
7.  dos. 
Novruzova 
F.M .  m övzu  -   3
8.  dos. 
Ağayev 
V .Q . 
m övzu -   13
9.  dos. 
Abdullayeva 
Z .M .  m övzu -  6
10.  dos. 
Süleymanov 
T .Q .  m övzu -   7
11.  dos. 
Manafov Ş.M. 
mövzu -  4
12.  c.e.n.,b/m . 
Eminov 
F.B .  m övzu  -   11
13.  c.e.n.b/m .
Abdullayev Ə.H. 
mövzu  -  9
14.  c.e.n.,  b /m .H əsən ov R .Ş.  m övzu -  5
15.  c.e.n.,  b /m .Ə sgərova M .A .  m övzu -   8
16. 
b/m. 
Əliyeva F.B. 
mövzu  -   14
Elmi
redaktor:
c.e.n.,  dos. 
Mehdiyeva V.Z.
Rəyçilər:
i.e.d.,  prof. 
Fərzəliyev  M.M. 
i.e.d.,  prof. 
Əhmədov  M.A.
Ekologiya.  Dərs vəsaiti. Bakı: “İqtisad Universiteti” 
Nəşriyyatı, 2012. - 392 səh.
Dərs  vəsaitində  ekologiya  və  ətraf  mühitin  mühafizəsi  problemləri, 
ətraf  mühitin  iqtisadiyyatı  və  ətraf  mühitə  vurulan  ziyanın  hesablanması 
yollan  verilmişdir.
Dərs  vəsaiti  ali  məktəblərin  bakalavr  pilləsinin  tələbələri  üçün  yazılmış­
dır.  Dərs  vəsaitindən  ətraf mühitin  mühafizəsi  və  ekoloji  problemlərlə  məş­
ğul olan  mütəxəssislər də  istifadə edə  bilərlər.
©
 
Müəlliflər kollektivi
  -  
2012 
'Ö İqtisad Universiteti
  -  
2012
2
M  Ü  N  D  Ə R İ   C  A T
G iriş............................................................................................... 
4
M övzu   1.  Ekologiya  fənninin  predmeti,  tədqiqat obyekti  və  vəzi­
fələri.  Ekoloji  faktorlar və  qanunauyğunluqlar.............. 
6
M övzu  2.  Biosfer,  ekosistemlər,  onlarda  maddələrin  dövr  etməsi
və ekoloji təhlükəsizlik........................................................  
31
M övzu  3.  Atmosferi  çirkləndirən  mənbələr,  onlann  ətraf mühitə
zərərli təsiri  və mühafizə tədbirləri.................................... 
75
M övzu  4.  Hidrosferi  çirkləndirən  mənbələr,  onlann  ətraf  mühitə
zərərli təsiri  və  mühafizə tədbirləri.................................... 
103
M övzu  5.  Litosferi  çirkləndirən  mənbələr,  onlann  ətraf  mühitə
zərərli  təsiri  və  mühafizə tədbirləri.................................. 
141
M övzu  6.  Əhali artımı,  urbanizasiya,  ərzaq və  sağlamlıq
problemləri................................................................................ 
174
M övzu  7.  Ətraf  mühitin  çirklənməsindən  yaranan  iqtisadi  zə­
rərin  hesablanması................................................................. 
197
M övzu  8. Təbii  ehtiyatlar,  onlardan  istifadənin ekoloji
aspektləri..................................................................................  
209
M övzu  9.  Maddi  istehsal  sahələrinin ekoloji  problemləri  və
onların həlli  istiqamətləri...................................................... 
241
M övzu  10.  Ekoloji  pasportlaşdırma v ə ekspertiza............................ 
277
M övzu  11. Ətraf  mühitin  monitorinqi və ekoloji  sığorta.............. 
294
M övzu  12.  Ekoloji  risk  və  ondan  mühafizə  tədbirlərinin  maliy­
yələşdirilməsi........................................................................ 
304
M övzu   13.  Yeni  sivilzasiya dövrünün  ekoloji  problemləri.
Kosmosun  mənimsənilməsinin ekoloji  aspektləri........  
323
M övzu  14.  Azərbaycanın  mövcud  ekoloji  problemləri  və  onlann
həlli  istiqamətləri................................................................. 
348
M övzu  15.  Ekoloji  problemlərin  həlli  sahəsində  beynəlxalq
təcrübə  və əməkdaşlıq......................................................... 
370
İstifadə  olunan  ədəbiyyat....................................................................... 
389
3

G İ R İ Ş
Müasir dövrdə  cəmiyyətin və təbiətin qarşılıqlı  əlaqələrinin 
inkişafında  çoxsaylı  ekoloji  problemlərin  həlli  üçün  əsas  baza 
bütövlükdə, iqtisadiyyatın tarazlı inkişafı, onun ekolojiləşdirilməsi 
və  səmərəli  idarə  olunmasıdır.  Ekoloji  tarazlığı,  onun  mürəkkəb 
və  bir-birilə  bağlı  mexanizmlərini  bilmədən,  yəni  ekoloji  biliyə 
dərindən  yiyələnmədən təbiətdən,  onun ehtiyatlarından  səmərəli 
istifadə  etmək,  təbii  mühiti  həyat  üçün  yararlı  halda  saxlamağı 
proqnozlaşdırmaq  mümkün  deyildir.  Bu mənada,  ekologiya  el­
minə tələbat və maraq  daima artır.
Hazırda elmi-texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar və 
təbii  ehtiyatların  mühafizəsi  məsələlərinin  həlli  müasir  ekolo­
giyada  xüsusi  sahələrin  inkişaf etməsinə  səbəb  olmuşdur:  tor­
pağın  ekologiyası,  bitkilərin  ekologiyası,  coğrafi  ekologiya,  su­
ların, dənizlərin, atmosferin, hidrosferin ekologiyası, kənd təsərrü­
fatının, sənayenin, nəqliyyatın, şəhərlərin ekologiyası, geokimyəvi 
ekologiya, sosial ekologiya, kosmik ekologiya  və s.
Orqanizmlərin həyat fəaliyyətinə, onun işgüzarlıq qabiliyyə­
tinə və  sağlamlığına ətraf mühitin  ayrı-ayn  sahələri və orada baş 
verən hadisələr  daimi  mənfi təsir göstərir. Bunun baş verməməsi 
üçün  təbiətin inkişaf qanunlarını, onun cəmiyyətlə  qarşılıqlı mü­
nasibət formalarını, təbii sistemə yol verilə bilən təsir dərəcələrini 
əsaslı  surətdə  öyrənib  bilmək  ən  vacib  məsələlərdən  biridir. 
Ekologiya  ətraf mühitin  və  təbiətdən  istifadənin  elmi  əsasıdır. 
Ətraf mühitin mühafizəsi təbiətə zərərli təsir göstərən hər hansı bir 
vasitə  və  ya  vəsaitin  aradan  qaldırılması  üçün  kompleks  təd­
birlərin  işlənib  hazırlanması  ilə məşğul  olur.  Bu  kompleksə qa­
nunvericilik, təşkilatçılıq,  sanitar-gigiyenik və mühəndis -  texniki 
tədbirlər daxildir.
Təbiət üçün təhlükəli  olan müxtəlif maddələrin  ətraf mü­
hitə  atılması  ekoloji 
tarazlığın  pozulmasına  gətirib  çıxarır. 
Hətta  təbiətdən  səmərəsiz  istifadə  ekoloji  böhranlara  səbəb 
olur,  külli  miqdarda  dövlət  və ya  xüsusi  vəsaitlərin  artıq  xərc­
4
lənməsi  ilə  nəticələnir.  Təbiətdən  səmərəli  istifadə  və  ekoloji 
problemlərin  həlli  iqtisadi  kateqoriya  kimi  təbii  ehityatlardan 
və ətraf mühitdən istifadə  sahəsində  iqtisadi münasibətlər sis­
temini  sanki əks etdirir.  Bu  proseslərin cəmi  ekoloji -  iqtisadi 
potensialın optimal səviyyədə dəstəklənməsinə yönəlməlidir.
Hazırlanmış  dərs  vəsaiti  ADİU-nun  bakalavr  pilləsi  üzrə 
təhsil  alan  tələbələri  üçün  nəzərdə  tutulmuşdur.  “Ekologiya” 
fənnini  dərindən  mənimsəyən  tələbələr  gələcək  iqtisadi  fəa­
liyyət sahələrində ekoloji  norma və qaydaları  əsas tutmaqla ət­
raf mühitin mühafizəsi, təbiətdən səmərəli, kompleks və təkrar 
istifadə  məsələlərinə xüsusi diqqət edəcəklər.
5

MÖVZU  1. EKOLOGİYA FƏNNİNİN PREDMETİ, 
TƏDQİQAT OBYEKTİ VƏ VƏZİFƏLƏRİ. EKOLOJİ 
FAKTORLAR VƏ QANUNAUYĞUNLUQLAR
İnsanlar  özləri  üçün  gərəkli  olan  havanı,  suyu,  ərzaq 
məhsullarının  xammallarını,  digər  maddi  nemətləri,  sənaye 
üçün  xammalları  təbiət  hesabına  əldə  edirlər.  Təbii  sərvət­
lərdən  çox yüzilliklərdir ki, kortəbii,  səmərəsiz istifadə olun­
ması  nəticəsində  təbii  mühit  dünya  miqyasında  əsaslı 
dəyişikliyə məruz qalmışdır. Yer kürəsinin quru sahəsinin 97 
mln  kv  km  ərazisi  antropogen  təsirə  məruz  qalmışdır.  52 
mln  kv  km  ərazi  isə  hələlik  öz  təbii  halını  saxlamaqdadır. 
Belə  hal  müasir  elmi-texniki  tərəqqinin  (ETT)  sürətli  inki­
şafı  təsirindən  get-gedə  gərginləşməkdədir.  Belə  ki,  dünya 
əhalisinin  hər  il  80  mln  nəfərdən  çox  artımı,  onun  gündəlik 
tələbatının yüksəlməsi,  təbii  sərvətlərin  istifadəsinin  durma­
dan  çoxalması,  energetika,  sənaye,  kənd  təsərrüfatı  və  nəq­
liyyat  kompleksində  yeni  texnologiyaların  tətbiqi,  istehsalın 
genişlənməsi,  dünya  ərazisi  təbii  örtüyünün  getdikcə  daha 
çox  antropogen  dəyişikliklərə  uğraması,  təsərrüfat  əlaqələ­
rinin  beynəlxalq  miqyasda  genişlənməsi  və  daha  da  mürək­
kəbləşməsi  və  sair  digər  amillər  göründüyü  kimi  ətraf mü­
hitlə canlıların qarşılıqlı əlaqəsinin güclənməsinə və insanları 
əhatə  edən  mühitə  antropogen  təzyiqin  artmasına  səbəb 
olmaqdadır.
Ekoloji tarazlığı,  onun mürəkkəb və bir-birinə sıx bağlı 
mexanizmlərini,  təbiətin-ətraf  mühitin  insanların  təzyiqinə 
hissiyyatını,  təbii  sistemlərə  yol  verilə  biləcək  yükü  bil­
mədən,  yəni  ekoloji  biliyə  dərindən  yiyələnmədən  təbiətdən, 
onun  yeraltı,  yerüstü  ehtiyatlarından  rentabclli,  səmərəli  is­
tifadə etmək,  gələcək  nəslə onlardan ehtiyat  saxlamaq,  eləcə 
də  təbii  mühiti  gələcək  üçün  yararlı  halda  qoruyub 
saxlamağı  proqnozlaşdırmaq  indiki  inkişaf  baxımından  bir 
o qədər də asan görünməməlidir.
6
Bəşəriyyət,  yarandığı  gündən  müasir dövr  də daxil  ol­
maqla  onu  əhatə edən  təbii  mühitdən  öz xeyri  üçün  istifadə 
etmək  məqsədilə  ona  hər  cür  müdaxilə  etməkdən  çəkinmə­
mişdir.  Ekoloji amillər nəzərə alınmaqla yeni  texnika və tex­
nologiyanın kompleks qiymətləndirilməsi elmi-texniki tərəq­
qi qarşısında qoyulan tələbləri əvvəlcədən müəyyən edə bilir.
Deyilənlər  baxımından  ekologiya  elminə  tələbat,  eləcə 
də  maraq  günü-gündən  artmaqdadır.  Ona  görə  də,  müasir 
dövrdə  ekologiya  elmi  bütün  dövlət  və  müəssisə  rəhbər­
lərinin,  alimlərin,  mütəxəssislərin,  sənət  adamlarının,  tələbə 
və digər gənclərin diqqət mərkəzinə çevrilmişdir.
Ekologiya sahəsində gərginlik o yerə çatmışdır ki, məs­
kun  sahələrinin,  bütövlükdə  biosferin  mühafizəsi  üzrə  təcili 
tədbirlər  görmək  haqqında düşünülməyə  başlanılmışdır.  Bu 
mürəkkəb  məsələnin  həlli  qlobal  xarakter  almaqdadır.  Bu 
əsasdan  da  ekoloji  problemlər  dünyada  mövcud  olan  45 
problemdən ən əsasına çevrilmişdir.
«Ekologiya”  termini  mənşəyinə  görə  iki  yunan  sözün­
dən əmələ gələrək  oykos -ev, yaşayış məskəni, loqos isə elm, 
təlim mənasını verməkdədir.  Lakin ekologiya yunan mənşəli 
olsa  da  onu  ilk  dəfə  1869-cu  ildə  elmə daxil  edən  və tərifini 
verən  tanınmış  alman  zooloqu  Ernst  Hekkel  olmuşdur. 
E.Hekkclə  görə  ekologiya  canlı  orqanizmlərin  onları  əhatə 
edən  aləmə  münasibətini  müəyyən  edən  müstəqil  bir  elm 
sahəsidir.  Digər  tərəfdən,  o  qeyd  edir  ki,  ekologiya  canlı 
aləmin mövcud  olmaq,  yaşamaq şərtlərini müəyyən edən  bir 
amildir.  Göstərilən  tərifdən də bəzən ekologiyanı canlı orqa­
nizmlərin  məskun  sahələri  ilə  əlaqələrini  öyrənən,  tədqiq 
edən  bir elm  sahəsi  kimi də  təqdim edirlər.  Bu fikir  onda öz 
doğruluğunu  tapır  ki,  məskun  sahələrini  canlı  orqanizmlər­
dən  ayrı  öyrənmək  mümkün  sayılmaz.  Dünyanın  tanınmış 
alim  və  tədqiqatçıları  E.Hekkelin  bu  fikirlərini  yüksək 
dəyərləndirmişlər.
7

Ümumiyyətlə, ekologiya elminə müxtəlif alim və tədqi­
qatçılar məzmunca eyni, formaca müxtəlif anlamlar verirlər. 
Bəzən  onu  canlı  orqanizmlər  arasında  və  onlarm  olduğu 
mühitlə  qarşılıqlı  əlaqə  haqqında  sintetik  bioloji  elm  kimi 
başa  düşənlər  də  tapılır.  Digərləri  isə  tərifin  «uzunmüddətli 
işlədilməsi»  üçün  ekologiyam  ətraf  mühitin  biologiyası 
adlandırırlar. Tanınmış Rusiya ekoloqu A.S.Danilevski belə 
anlatma  verir  ki,  ekologiya  ekoloji  sistemin  strukturu  və 
funksiyası  haqqında  elm  sahəsidir.  Bəzən  də  ekologiyanın 
sözlərinin  hərfi  tərcüməsinə  əsaslanaraq  onun  yaşayış  yeri, 
yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər.
Ekologiya  elmi  bəzən  də  insanların  ətraf  mühitlə 
qarşılıqlı əlaqələri prosesində xalq təsərrüfatının müxtəlif sa­
hələrində, o cümlədən sənayedə,  kənd təsərrüfatında, nəqliy­
yatda,  təbiətin  mühafizəsinin  təşkilində  yaranan  qlobal 
problemləri  proqnozlaşdırır  və  onların  həlli  yollarını  öy­
rənir.
Yerin  mövcud  olduğu  4,5  mlrd,  il  müddətində  təbiət 
hadisələrinin  təsirinin  mövcudluğu  ilə  müqayisədə  antropogen 
təsirlər əvvəllər az, axırıncı 40 min il ərzində isə son dərəcə art­
mışdır.  Bu  təsirlər  elmi  texniki  tərəqqinin  nailiyyətlərinin  tət­
biqindən  daha  da qüvvətlənmişdir.  Axırıncı  50  ildə  isə  demək 
olar  ki,  kuliminasiya həddinə  çatmışdır.  Bu  əsasdan  da,  ekolo­
giyanı bəşər taleyinin açarı adlandırmaq olar.
Müasir ekologiyanın  quruluşunda bioekologiya,  bəzək 
ekologiyası,  insan  ekologiyası,  sosial  ekologiya,  tətbiqi 
ekologiya ekoloji məsələlərin öyrənilməsi baxımından xüsusi 
əhəmiyyət  kəsb  edirlər.  Belə  ki,  bioekologiya  bitki  və  hey­
vanların  biomüxtəliflik  tərkibini,  adaptasiya  imkanlarını, 
mühit,  iqlim şəraitini,  habelə onların şoranlığa,  qələviyə da­
vamlılığım  tədqiq  edirsə,  sosial  ekologiya  cəmiyyətin  yaşa­
dığı coğrafi mühitini, sosial və mədəni əlaqəsini öyrənməklə 
insanların  sosial  varlığının  ətraf  mühitlə  qarşılıqlı  dialek- 
tikasını  tədqiq  etməklə  məşğul  olur.  Sənaye  ekologiyası  isə
8
deyilənlərdən  fərqli yanaşmalarla xarakterizə olunur ki,  bu­
rada  da  onun  ətraf mühitə  təsirinə  baxılır,  eləcə  də  mənfi 
təsirlərin aradan qaldırılması yollan və  tədbirləri araşdırılır. 
Bir  sözlə,  canlı  təbiətin  mühafizəsi,  ondan  səmərəli  istifadə 
olunması,  bioloji  ehtiyatların  təkrar  istehsala  qoşulmasına, 
genişləndirilməsinə  həsr  olunmuş  ekologiya  canlı  aləmin 
mövcudluğu şəraitini,  onları əhatə edən  təbii mühitlə qarşı­
lıqlı  əlaqə və münasibətlərini öyrənən,  tədqiq edən müstəqil 
bir  elm  sahəsinə  çevrilmişdir.  Beləliklə  ekologiya  insanla 
təbiətin  qarşılıqlı  əlaqəsini  tədqiq  etməklə  antropogen 
fəaliyyət nəticəsində onu əhatə edən  təbii mühitdə baş verən 
gedişatı öyrənir.
Qərb  alimləri  ekologiya elmi  ilə  ətraf mühit  haqqında 
olan elmə bir-birindən fərqli yanaşırlar.  Onlar göstərirlər ki, 
ekologiya canlı aləmə təsir edən təbii mühitin abiotik, biotik 
və  antropogen  amillərini  öyrənir.  Eləcə  də  kənd  təsərrüfa­
tında  torpağın  xüsusiyyətlərini,  flora  və  fauna  genefon- 
dunun mühafizəsində növ müxtəlifliyini qoruyub saxlamağı, 
habelə,  xalq təsərrüfatının müxtəlif sahələrinin ətraf mühitlə 
qarşılıqlı münasibət və əlaqələrini tədqiq edir.
Ekologiya  elmi  sürətlə  inkişaf edərək  onun  qazandığı 
uğurlar müasir dövrün bir sıra aktual məsələlərinin həlli yol­
larının  fundamentini  təşkil  edir.  Bu  əsasdan  da  bir  çox 
tədqiqatçılar  və  alimlər  ekologiyanı  gələcəyin  aparıcı  elm 
sahələrindən biri hesab edirlər.
Yuxanda  göstərilənlərin  nəticəsi  olaraq  ekologiyanın 
ətraf mühitin  və  təbiətdən  istifadənin  elmi  əsasını  təşkil  et­
diyi bir elm sahəsi olduğu qənaətinə gəlməyə imkan yaranır.
Hər  bir  elmin  predmeti  olduğu  kimi  ekologiyanın  da 
predmeti  vardır.  Onun  predmetini  canlı  orqanizmlərlə  təbii 
mühit  arasında  mövcud  əlaqələrin  birliyi  və  ya  quruluşu 
təşkil  edir.  Onun  əsas  tədqiqat  obyekti  aparıcı  sahələrdən 
sayılan  ekoloji  sistem  hesab  edilir.  Ekologiyanın  predemeti 
daxilində  enerji  və  üzvi  maddələrin  transformasiya  prosesi
9

gedən və bir-biri ilə qarşılıqlı əlaqədə olan canlı aləmin məc­
musu durur.
Ekologiyanın  əsas  vəzifəsi  ekosistemdə  enerji  və  ma­
teriyanın  qarşılıqlı  təsirini  açmaqdan  ibarətdir.  Müasir 
ekologiyanın  diqqət  mərkəzində  ekosistem  konsepsiyasının 
yaddan  çıxarılmaması  da  dayanır.  Ayrı-ayrı  fərdlər,  popul- 
yasiyalar,  növlər,  qruplaşmalar  və  onların  ətraf  təbii  mü­
hitdə qarşılıqlı əlaqələri də ekologiyanın  tədqiqat obyektləri 
hesab olunsalar da, onlar müstəqil  bir elm sahəsi kimi bota­
nika,  zoologiya,  sistematika,  genetika,  biocoğrafiya  və  s. 
elmlər tərəfindən tədqiq edilirlər.
Müasir dövrdə ekologiya qarşısında ekoloji sistemlərin 
dayanıqlığı  üzrə  ümumi  nəzəriyyənin  işlənməsi;  mühitə 
alışmanm  -adaptasiyanın  öyrənilməsi;  habelə  bioloji  müx­
təlifliyin və  onun mühafizə mexanizminin  tədqiqi,  biosferdə 
baş  verən  proseslərin  öyrənilməsi;  antropogen  təsirlə  ətraf 
təbii  mühitdə  baş  verən  xeyirsiz  dəyişiklərin  proqnozlaşdı­
rılması və onların qiymətləndirilməsi; ətraf təbii mühitin daha 
da keyfıyyətləndirilməsi;  tükənən və tükənməyən  təbii sərvət­
lərdən səmərəli  istifadə olunması;  ekoloji  qeyri-səmərəli mü­
hitlərdə  təhlükəsizliyin  təmini;  mühəndis,  iqtisadi,  təşkilati, 
hüquqi,  eləcə  də  sosial  məsələlərin  həllinin  optimallaş- 
dırılması;  populyasiyaların  saylarının  tənzimlənməsi;  təbii 
və  antropogen  senozların  möhkəmliyi;  ekoloji  indikasiya 
məsələlərinin  araşdırılması  kimi  nəzəri  və  təcrübi  məsələlər 
durmaqdadır.
Ekologiyanın  məşğul  olduğu  strateji  məsələlərə  isə 
təbiət  və  cəmiyyət  arasında  mövcud  olan  nəzəri  qarşılıqlı 
fəaliyyətin daha da inkişaf etdirilməsi daxildir.
Biologiya  ilə məşğul  olan  tədqiqatçılar  və  alimlər  eko­
logiyanın  mənimsənilməsini  -   öyrənilməsini  daha  da  asan­
laşdırmaq  üçün  onu  tədqiqat  istiqamətinə  görə,  mühitə 
görə,  takseonomiyaya  görə,  canlı  orqanizmlərin  yaşayış 
yerinə  görə,  elmlərlə  əlaqələrinə  görə,  iqtisadiyyat,  texnika,
10
səhiyyə,  mədəniyyət  və  incəsənət  sahələrinə  görə,  qlobal 
ekoloji problemlərə görə bölmə və  qruplara ayırmışlar.  Belə 
ki,  onun əsas bölmələrindən  biri  ümumi ekologiya hesab  edilir 
ki, o da ekosistemin biotik və abiotik komponentlərinin qar­
şılıqlı  təsirlərinin qanunauyğunluqlarını  və prinsiplərini  təd­
qiq  edir.  Bu  fənnin  nəzəri  əsaslarını  biotik  birliklər,  qida 
zənciri,  maddələr  dövranı  və  ekosistemdə  enerji,  populya- 
siya ekologiyası konsepsiyası təşkil edir.
Müasir dövrdə ekologiyanın əsas məqsədi  və vəzifələri 
insanlar  tərəfindən  yaradılmış  ekoloji sistemin  təbii mühitlə 
qarşılıqlı  əlaqələrini  və  münasibətlərini  aşkar  etməkdən 
ibarətdir.
Hazırda  elmi-texniki  tərəqqinin  davamlı  inkişafı  ilə 
əlaqədar  təbii  ehtiyatların  mühafizəsi  məsələlərinin  optimal 
həlli müasir ekologiyaya olan maraq dairəsini qanuni bioloji 
çərçivədən  çıxararaq  bir  sıra  elm  sahələrinin  əmələ  gəlmə­
sinə  və  digər  elmlərlə  sintezinə  səbəb  olmuşdur.  Nəticədə 
bitgi  ekologiyası,  torpaq ekologiyası,  ekoloji coğrafiya,  hey­
vanların  ekologiyası,  mikroorqanizmlərin  ekologiyası,  su­
ların  və dənizlərin  ekologiyası,  atmosfer  ekologiyası,  hidro­
sfer ekologiyası,  kənd təsərrüfatı ekologiyası, sənaye  ekolo­
giyası,  nəqliyyat  ekologiyası,  şəhərlərin  ekologiyası,  geo­
kimyəvi ekologiya, mədəniyyət ekologiyası, arxitektura eko­
logiyası,  mühəndis  ekologiyası,  sosial ekologiya,  insan  eko­
logiyası,  kosmos  ekologiyası  və  sair  elm  sahələri  forma­
laşmışdır.  Son  30-40  il  ərzində  ekologiya  yalnız  təkcə  bio­
logiya  elmləri  sistemində  deyil,  həm  də  bütün  təbiət,  sosial, 
iqtisad  elmləri  arasında çox tanınmış  -  populyar tətbiqi elm 
sahəsinə  çevrilmişdir.  Göstərilənlər  ümumi  ekologiyanın 
müstəqil  sahələri  olub  nəzəri  və tətbiqi  ekologiya  sahələrinə 
ayrılırlar.  Deyilənlər  baxımından,  ekologiya  elmi  təbiət 
elmləri  sayılan  geologiya,  fizika,  kimya,  riyaziyyat,  torpaq­
şünaslıq  elmləri  ilə  sıx  əlaqə  saxlayır.  Ekologiyanın  coğ­
rafiya  elmi  ilə  əlaqəsi  daha  qabarıqdır.  Buradan  aydın  olur
11

ki,  elə  bir  ikinci  elm  sahəsi  yoxdur  ki,  o  da  ekologiya  elmi 
kimi  onunla  belə  sıx  təmasda,  sintezdə  iştirak  etmiş  olsun. 
Bu  xüsusiyyət,  ekologiyam  digər  elm  sahələrindən  fərqlən­
dirən  cəhətlərdən  ən  başlıcasıdır.  Bu  əsasdan  da  ekologiya 
elmi canlı orqanizmlər arasında  və onların yerləşdiyi coğrafi 
mühitlə qarşılıqlı əlaqə  haqqında mövcud  olan  müstəqil  bir 
elm sahəsinə çevrilmişdir.
Qeyd  etmək  lazımdır  ki,  ümumiyyətlə  ekologiya  el­
minin  ayrı-ayrı  sahələrinin  yaranma  tarixi  müxtəlifliyi  ilə 
seçilirlər.
Yaddan çıxarmaq  lazım  deyil ki,  tədris prosesində eko­
logiyanı  antekologiya,  populyasiya  ekologiyası,  ekosistetm 
ekologiyası  və  biosfer  haqqında  təlim  bölmələrinə  də  ayı­
rırlar.
Ekologiyanın  özünəməxsus  tədqiqat  obyekti  vardır. 
Həmin obyekt getdikcə genişlənir,  tədqiqat mərkəzi kimi in­
san  ekologiyasının  problemlərini  ön  plana  çəkir.  İnsan 
ekologiyasının əsas məqsədi onun əhatəsində olan ətraf təbii 
mühitin  saxlanılması,  onun  keyfiyyətinin  daha  da  yaxşılaş­
dırılması  və  qorunması  üsullarını  tədqiq  edib  öyrənməkdən 
ibarətdir.
Müasir mərhələdə ekologiyanın  təkamül,  riyazi,  insan, 
heyvanlar,  bitgi,  kosmos,  səhiyyə  və  sair  sahələri  daha 
sürətlə  inkişaf  edir.  Burada,  xüsusilə  kosmos  ekologiyası 
kosmonavtların  uzunmüddətli  uçuşu  zamanı  mütləq  nəzərə 
almır.  Belə  ki,  kosmos  ekologiyası  kosmik  aparat  daxilində 
insanların əmək fəaliyyətinə dayaq  olmaq  üçün  kiçik qapalı 
sistem ekoloji şəraitini tədqiq edir.
Müasir  dövrdə  biosfer  ehtiyatlarından,  bizi  yaşadan 
planetimizin  bütün  təbii  sərvətlərindən,  kosmik  fəzadan  sə­
mərəli,  rentabelli  istifadə  olunması  və  onların  bərpası  pro­
blemləri  müharibə,  sülh,  ərzaq  çatışmazlığı  və  sair  pro­
blemlərin  həll  olunmasından  heç  də  az  əhəmiyyət  kəsb
12
etmir.  Buna  görə  də ekologiya  elmi  bir  növ  elmlərin «şahı» 
sayılmalıdır.
Elmi-texniki  tərəqqinin  nailiyyətlərinin  tətbiqi  sayə­
sində  ətraf mühitdən  istifadə  gündən-günə  artaraq  təbiətdə 
mənfi, müsbət təsirlərin izləri qalmaqdadır. Əhalinin yaşayış 
tərzinin  yüksəlməsi  müşahidə  edilir,  canlı  aləmin  müxtəlif 
xəstəliklərə  tutulmasının  qarşısı  alınır,  insanların  ömrü 
uzanır,  uşaq  ölümlərinin  sayı  azalır  və  sair  kimi  müsbət 
halların  sayı  çoxalır.  Bir  sözlə  ETT-nin  inkişafı  ekologi­
yanın  insan həyatının hərtərəfli öyrənilməsində mühüm əhə­
miyyət kəsb etməsinə səbəb olur.  Ekologiya elmi öz xüsusiy­
yətlərinə  görə  bütün  sahələrdə  təbii  ehtiyatların  qorunub 
saxlanılmasında,  insanların sağlamlığının  ətraf mühitlə qar­
şılıqlı  əlaqəsinin  möhkəmləndirilməsində  əsas  mənbəyə 
çevrilir.  Təbii  ekosistemdə  maddələrin  və  enerjinin  əmələ 
gəlməsini  yaxşılaşdırmaq  məqsədilə  biosferdə  yeyinti  məh­
sullarının  keyfiyyətinin  və  miqdarının  artırılması  istiqa­
mətində  müxtəlif  tədbirlərin  işlənib  hazırlanması  ən  vacib 
məsələlərdəndir.  Ekologiyanın  təcrübi  əhəmiyyətindən  bir 
daha  söhbət  açarkən  onun  sayəsində  kənd  təsərrüfatında, 
eləcə  də  təbii sərvətlərdə olan  ziyanvericilərə qarşı mübarizə 
sistemini  daha  da  təkmilləşdirməklə  bioloji,  aqrotexniki  və 
kimyəvi  üsullardan  istifadə  etməklə  biosenozda  müəyyən 
növlərin miqdarı artırılır.
Təbii  bitginin və heyvanat aləminin artırılmasında eko­
logiyanın  müvafiq  təcrübi  tədbirlərinin  hazırlanması  böyük 
əhəmiyyət  kəsb  edir.  Balıqçılıq  və  ovçuluq  təsərrüfatında 
ekoloji  qanunauyğunluqlardan  düzgün  istifadə  öz  müsbət 
nəticələrini verməkdədir.
Kənd  təsərrüfatının  ətraf mühitlə  qarşılıqlı  əlaqəsinin 
öyrənilməsində,  təbii  və  mədəni  landşaftın  müasir  üslubda 
qurulmasında ekologiya bir elm kimi aparıcı rol oynayır.
Ekologiya  daxili  su  hövzələrinin  bioloji  və  hidrokim- 
yəvi  rejiminin  pozulması  nəticəsində  əmələ  gələn  və  gələ-
13

çəkdə insanlar üçün pis  nəticə verə bilən bir çox məsələlərin 
araşdırılmasında  həlledici  rol  oynayır.  Bununla  yanaşı göy- 
yaşıl  planktonlarm  inkişafında  suyun  keyfiyyətinin  pisləş­
məsini  və  qiymətli  balıq  növlərinin  məhv  olmasını müəyyən 
edir.
Ekologiyanın,  təbiətin qorunmasında,  nəsli kəsilməkdə 
olan  flora  və  faunanın  bərpasında,  ətraf  mühitin  çirklən­
mələrdən,  təbii  fəlakətlərdən  müdafiəsində,  biosferdə  ok­
sigen  balansının  tənzimlənməsi  və  saxlanılmasında,  meşə­
lərin,  milli  parkların,  qoruqların,  yasaqlıqların  yaradılma­
sında,  landşaftın planlaşdırılması  sahəsində  həyata  keçirilən 
təcrübələrin,  təbii  ekoloji  tarazlığın  qorunub  saxlanılma­
sında əhəmiyyətləri ölçüyə gəlməzdir.
Ekologiya elminin  son  tətbiqi  nəticələri müasir  və gə­
ləcək  nəsilləri  sağlam  təbii  mühitlə  təmin  etmək  üçün  elmi 
əsaslar  hazırlamaq,  təbii  ehtiyatların  mühafizəsi  və  tullan- 
tısız  texnologiyaların  ekoloji  əsaslarını  müəyyən  etmək,  op­
timal və etibarlı  fəaliyyət göstərən  antropogen  ekosistemlər, 
rəsmi  və  qeyri-rəsmi  səviyyələrdə  ekoloji  təhsilə  və  əhalinin 
bütün  təbəqələri  arasında  ekoloji  mədəniyyətə  yiyələnmək 
və s. məsələləri özündə birləşdirir.
Ekologiya  termininin  meydana  gəlməsinin  tarixi 
kökləri  çox  qədim  dövrlərə gedib  çıxır.  Canlı  orqanizmlərin 
həyatı,  onların  xarici  mühitdən,  yəni  əhatə  olunan  üzvi  və 
qeyri-üzvi  aləmdən  asılı  olması,  fauna  və  flora  aləminin  ya­
yılması  xarakteri  haqqında  məlumatlara  hələ  eramızdan 
əvvəlki  dövrlərdə  rast  gəlinmişdir.  Müxtəlif tarixi  dövrlərdə 
qədim  Roma  və  Yunanıstanda  ekoloji  baxışlar  təbiətşünas 
filosofların əsərlərində öz əksini daha geniş tapmışdır.
Eramızdan  əvvəl  384-322-ci  illərdə  Aristotelin,  e.ə  79- 
23-cü  illərdə  Böyük  Plineyin,  eləcə  də  1627-1691-ci  illərdə 
Boykonun  əsərlərində  ətraf  mühitin  orqanizmlərin  həya­
tında  əhəmiyyəti,  eləcə  də  onların  yaşayış  məskənlərində 
məskunlaşmaları  məsələlərinə  toxunulmuşdur.  Aristotel  öz
14
əsərlərində  ona  məlum  olan  500-dən  artıq  heyvan  növünü 
şərh  edərək  onların davranışları haqqında dövrü kifayətlən- 
dirən  məlumatlar  vermişdir.  O  da  maraqlıdır  ki,  «botani­
kanın  atası»  sayılan,  eyni  zamanda  Aristotelin  şagirdi  olan 
T.Ereziyski  müxtəlif  şəraitdə  bitkilərin  forma  və  xüsusiy­
yətlərinin  torpaq  və  iqlimdən  asılılığı  haqqında  məlumat 
vermişdir.
Ekologiyanın  bütöv bir sistem kimi  təşəkkül  tapması və 
onun  inkişaf  tarixi  XIX  əsrin  sonu  -   XX  əsrin  əvvəllərinə 
təsadüf  edir.  1913-cü  ildə  Ç.Edamsm  «Heyvanların  ekolo­
giyasının  öyrnəilməsinə  dair»  əsəri  nəşr  olunmuş,  1914-cü 
ildə  indi də  fəaliyyətdə  olan  Britaniya  Ekoloji  Cəmiyyətinin 
ilk  toplantısı  baş  vermiş,  1916-cı  ildə  Amerika  Ekoloji  Cə­
miyyəti  yaradılmış,  920-ci  ildən  Amerika  qitəsində  «Eko­
logiya»  adlı  elmi  jurnal  işıq  üzü  görmüşdür.  O,  müasir 
dövrdə də çox çəkili jurnal hesab edilir.
Ayrı-ayrı  tədqiqatların,  alimlərin  ekologiya  sahəsində 
görmüş olduqları işlərin kəmiyyət, keyfiyyət göstəricilərinin, 
xüsusi  çəkilərinin  müxtəlifliyi  əsasən  3  mərhələdə  həyata 
keçirilmişdir.  Bunlar  XIX  əsrin 60-cı  illərinə qədərki dövrü, 
XIX  əsrin  60-cı  illərindən  başlayaraq XX  əsrin  50-ci  illərinə 
qədərki  dövrü  və  habelə  XX  əsrin  50-ci  illərindən 
başlamaqla  müasir  dövrü  əhatə  edir.  Həmin  mərhələlərin 
qısa  şərhini vermək məqsədyönlü sayılır.
Məlumdur ki, ekologiyanın bir elm kimi yaranması,  tə­
şəkkülü,  inkişafı  tarixin  xronoloji  ardıcıllığı  nəzərə  alın­
maqla  birinci  mərhələyə  aid  edilir.  Burada  canlı  orqanizm­
lərin  məskunlaşdığı  təbii  mühitlə qarşılıqlı  əlaqəsi  haqqında 
məlumatlar  toplanmışdır.  XVII-XVIII  əsrlərdə  ekoloji  mə­
lumatlar  ayrı-ayrı  canlılara  həsr  olunmaqla  onların  bioloji 
aləminin  şərhinə  həsr  edilmişdir.  Hələ  1734-cü  ildə 
A.Rcomyurun,  eləcə  də  1744-cü  ildə  L.Tramblenin  əsərləri 
ayrı-ayrı  həşəratlardan  bəhs  edirdi.  Müxtəlif dövrlərdə  ayrı- 
ayrı  filosoflar,  o  cümlədən  K.Linneyin,  Y.Barfonun,
15

P.Pallasın,  İ.Lipeyxinin  əsərlərində  rast  gəlinən  qiymətli 
ekoloji  məlumatlar  botanika  və  zoologiyanın  tərkibində 
özünə yer tapmışdır.
XIX  əsrin  əvvəllərində  ilk  dəfə  olaraq  alman  təbiət­
şünası  Aleksandr  Humbolt  Mərkəzi  və  Cənubi  Amerikada 
apardığı  çoxillik  müşahidələr  nəticəsində  hündürlüyə,  tem­
peratur  dəyişməsinə,  quraqlığa  əsaslanaraq 
bitkilərin 
təsnifatını vermişdir.
Bu mərhələnin xüsusiyyətlərindən biri də odur ki, J.La- 
mark,  eləcə  də  T.Maltus  ilk  dəfə  olaraq  canlıların  təbiətə 
vurduqları ziyan haqqında bəşəriyyəti məlumatlandırmışlar. 
İlk  təkamül  nəzəriyyəsinin  banisi  sayılan  Jan  Batist  Lamark 
orqanizmlərin  uyğunlaşma  dəyişkənliyinin,  eləcə  də  fauna 
və  flora  dəyişkənliyinin  ən  mühüm  səbəbini  xarici  mühitin 
təsiri ilə izah edir.
Ekologiya  haqqında  bu  dövrdə  rus  alimlərinin  işləri 
xüsusi  qeyd  olunmalıdır.  Belə  ki,  A.Middendorfun, 
S.Kraşennikovun  əsərləri  diqqətəlayiqdir.  Onlar  iqlim,  bitgi 
örtüyü  və  heyvanat  aləminin  Rusiyanın  geniş  ərazilərinin 
müxtəlif yerlərində qarşılıqlı əlaqəli dəyişməni göstərmişlər.
Fransız  alimi  L.Byuffonun,  isveçli  təbiətşünas  alim­
lərin,  alman  alimi Q.Vegerin əsərlərində ekoloji  yanaşmanın 
elementlərinə  rast  gəlmək  mümkündür.  Belə  ki,  L.Byuffona 
görə  bir  növün  digərinə  çevrilməsinin  əsas  səbəbi  havanın 
temperaturu,  qəbul  edilən  qidanın  keyfiyyəti,  habelə  əhil- 
ləşdirmə hesab edilir.
XIX  əsrin  əvvəllərində  biocoğrafıyanın  meydana  gəl­
məsi  ekoloji  təfəkkürün  sonrakı  inkişafının  məhsulu  sayılır. 
Daha doğrusu  1807-ci ildə A.Humboltun əsərində bitgi coğ­
rafiyası  sahəsində  yeni  ekoloji  istiqaməti  açmışdır.  Əsərdə 
qeyd  olunur  ki,  landşaftın  fizionomiyasını  bitgi  örtüyünün 
xarici  görünüşü  müəyyənləşdirir.  Eləcə  də  zonal  və  şaquli 
qurşaqlarda  bitkilərin  müxtəlif  taksonomik  qruplarına 
bənzər  «fizionomik»  formalar,  yəni,  eyni  görünüş  yaranır,
16
habelə  həmin formaların  paylanması  və nisbəti  ilə  təbii mü­
hitin  xüsusiyyətləri  haqda  mühakimə  irəli  sürmək  müm­
kündür.
1826-cı  ildə  danimarkalı  T.Faberin  əsərində  şimalda 
məskunlaşan  quşların  bioloji  xüsusiyyətləri,  1833-cü  ildə 
alman  alimi,  zooloq  Q.Qlogerin  əsərində  iqlimin  təsiri  ilə 
quşların  dəyişməsi,  1848-ci  ildə  K.Berqmanın  əsərində  bəzi 
heyvanların kəmiyyət-keyfiyyət,  eləcə  də fizioloji dəyişmələ­
rinin  qanunauyğunluqları,  1855-ci  ildə  A.Dekandolun  əsə­
rində  ətraf mühitin  bitkilərə  təsiri  verilmiş  və  onların  faunaya 
nisbətən yüksək ekoloji nəcibliyinə diqqət yetirilmişdir.
1895-ci  ildə  danimarkalı  alim,  botanik  İ.Varmanqan 
tərəfindən  bitkilərin  ekologiyası  və  ya  ekoloji  coğrafiya  ya­
zılmış,  alman  alimi  A.Simpera  isə  həmin  əsəri  1898-ci  ildə 
nəşr etdirmişdir.
1798-ci  ildə  T.Maltus  populyasiyanın  eksponent  tənli- 
yini  təsvir  etmiş  və  onun  əsasında  demoqrafik  konsepsi­
yasını yaratmışdır.
Fransız  həkimi  V.Edvardsın  (1824)  «Fiziki  faktorların 
həyata  təsiri»  kitabı  ekoloji  və  müqayisəli  fiziologiyanın 
başlanğıcını qoymuş oldu.  L.  Libix (1840) isə məşhur «Mini­
mum  qanunmmu  yaratmışdır  ki,  o  da  müasir  ekologiyada 
hələ öz əhəmiyyətini itirməmişdir.
İkinci  mərhələ:  XIX əsrin 60-cı,  XX əsrin  50-ci illərinə 
qədərki  dövrü  əhatə  edərək  ekologiyanın  müstəqil  bir  elm 
sahəsi  kimi  formalaşdığından  xəbər  verir.  Belə  ki,  ilk  dəfə 
1856-cı  ildə  ekologiya  terminini  elmə  Q.D.Toqo  daxil  et­
mişdir.  Lakin  naməlum  səbəblərdən  onu  müstəqil  bir  elm 
sahəsi kimi tam açıqlamamışdır.
Bu  mərhələdə  ekologiya  elminin  formalaşmasında  rus 
alimlərinin  rolu  danılmazdır.  Bunlardan  K.Rulyeni  (1814- 
1858-ci  illər),  V.N.Şukaçovu,  N.Severtsovu  (1827-1885-ci 
illər),  V.V.  Dokuçayevi  (1846-1903-cü  illər),  Ç.Darvini 
(1859-cu  il)  göstərmək  olar.  Onlar  öz  əsərlərində  bir  neçə
Azerbaycan Re$0lıb!lltMi Prezidentinin 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin