Dərslik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Tətbiqi kulturologiya"



Yüklə 270,31 Kb.
Pdf görüntüsü
səhifə20/23
tarix05.05.2017
ölçüsü270,31 Kb.
növüDərslik
1   ...   15   16   17   18   19   20   21   22   23

 
ORTA ASİYA XALQLARI 
 
E.ə. I minilliyin ortalarında Orta Asiyada əkinçi və köçəri sak və massaget tayfaları yaşayırdı. Bu 
tayfalar haqqında fars və yunan mənbələri məlumat verir. Yunan tarixçisi Herodot massagetlərin Xəzər 
dənizi və Sırdərya çayı arasında, sakların isə Amudəryadan şərqdə Pamir və Tyan-Şan dağlarına qədər olan 
ərazidə yaşadıqlarını qeyd edirdi. Onlar əsasən köçəri həyat keçirirdilər. Sak və massagetlərin həyat tərzi 
iskitlərin (skiflərin) həyat tərzinə yaxın idi. Onların bir hissəsi oturaq həyat tərzi keçirirdi. Bu xalqlarda 
dəmir alətlərin və suvarma sisteminin yaranması ilə sinifli cəmiyyət meydana gəldi. Artıq e.ə. VI-IV əsrlərdə 
Orta Asiyada Xarəzm, Baktriya, Margiana (Səmərqənd), Soqd, Parfiya və s. kimi dövlətlər yarandı. Bu 
dövrdə Orta Asiya İran (Əhəməni) dövlətinin hücumuna məruz qaldı. E.ə. 512-ci ildə I Dara Aral dənizinin 
şimalında sakları məğlub etdi. Əhali işğalçılara qarşı müqavimət göstərirdi. Şirak adlı bir sak İran ordusunu 
susuz səhraya aparmış, özü və İran ordusu məhv olmuşdu. 
Makedoniyalı İsgəndər İranı məğlub edəndən sonra Orta Asiyaya hücum etdi. E.ə. 330-327-ci illərdə 
burada müharibə apardı. Soqd hökmdarı Spitamen kiçik dəstələrlə  İsgəndərin qoşununa hücum edib ona 
tələfat verirdi. Spitamen tutuldu, boynu vuruldu, başı İsgəndəriyyəyə göndərildi. Soqd əyanı Oksiart alınmaz 
qalaya çəkildi. Lakin İsgəndərin 300 döyüşçüsü divarı  aşıb qalaya daxil oldular. Oksiart məğlub oldu. 
İsgəndər onu Soqda satrap təyin etdi, onun gözəl qızı Roksana ilə evləndi. 
İsgəndərin ölümündən sonra Orta Asiya Selevkilər dövlətinə daxil oldu. E.ə. III əsrin ortalarında Baktriya və 
Parfiya Selevkilərdən ayrıldı. Yeni Yunan-Baktriya çarlığı yarandı. Buraya Baktriya, Soqd, Fərqanə və başqa 
ərazilər daxil oldu. Orta Asiya xalqlarının azadlıq mübarizəsi və köçərilərin hücumu nəticəsində e.ə. 140-
130-cu illərdə Yunan-Baktriya çarlığı dağıldı. 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
164
 
  
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
165
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
166
 
İSKİTLƏR (SKİFLƏR) 
 
Yunan tarixçisi Herodotun məlumatına görə, iskitlər (skiflər) Dunay çayının dənizə töküldüyü yerdən 
Don çayına qədər bütün Şimali Qara dəniz sahillərində yaşayırdılar. Şimali Qara dəniz sahillərində və şimali 
Qafqazda yaşayan xalqları yunanlar iskit (skif), Orta Asiya və  Cənubi Qafqaz, Yaxın  Şərqdə yaşayanları 
farslar saklar, assurlar aşquz, işquz adlandırmışlar. Skiflər e.ə. VII əsrdə kimmerləri məğlub edib Dunay 
çayından Don çayına qədər ərazidə, yəni Qara dənizin şimalında məskunlaşmış və eramızın III əsrinə kimi 
burada yaşamışlar. Skiflər Dərbənd keçidi vasitəsilə Azərbaycana və Yaxın Şərqə yayılmışlar. Onlar Kür və 
Araz çayları arasında skif çarlığı yaratmış, burada böyük siyasi qüvvəyə çevrilmişlər. Midiyalıları da öz 
hakimiyyətləri altına almışlar. Lakin 593-cü ildə Midiya hökmdarı Kiaksar onların ağalığına son qoydu. 
Onların bir hissəsi Şimali Qafqaza çəkildi, bir hissəsi isə yerli əhali ilə qaynayıb qarışdı. 
E.ə. 512-ci ildə İran şahı I Dara Qara dənizin şimal sahillərində yaşayan iskitlərin (skiflərin) üzərinə 
hücum etdi. Onlar I Daranı aldadıb tələyə saldılar və onu məğlub etdilər. Bu qələbədən sonra iskitlərin 
(skiflərin) siyasi birliyi möhkəmləndi. 
E.ə. IV əsrin ortalarında Dunay çayından Don çayına qədər ərazidə hökmdar Ateyin başçılığı altında 
İskit (skif) çarlığı yarandı. Atey dövlətin  ərazisini qərbə doğru genişləndirməyə başladı, nəticədə 
Makedoniya hökmdarı II Filipplə üz-üzə gəldi. E.ə. 339-cu ildə baş vermiş döyüşdə skiflər məğlub oldular, 
90 yaşlı Atey öldürüldü. Makedoniyalı  İsgəndərin Frakiyadakı canişini Zopirion e.ə. 331-ci ildə Skif 
dövlətinə soxuldu, lakin skiflər onu məğlub etdilər. E.ə. II əsrdə sarmatlar skiflərə qalib gəldilər. Onlar 
Krıma sıxışdırıldılar. III əsrdə Ostqotlar Skif dövlətinin varlığına son qoydular. 
Skiflərin  əsas məşğuliyyəti  əkinçilik, maldarlıq, sənətkarlıq və ticarət olmuşdur.  Əkinçi skiflər taxıl 
əkməklə  bərabər sarımsaq, sodan və s. becərirdilər. Onlar istehsal etdikləri taxılın bir hissəsini yunanlara 
satırdılar. Köçəri skiflər qoyun, keçi, donuz, qaramal, at və s. bəsləyirdilər. Evləri arabalarda yerləşirdi, 
qadın və  uşaqlar arabalarda yaşayırdılar. Skif kurqan qəbirləri zənginliyi ilə adamı heyran edir. Arxeoloji 
qazıntılar zamanı Küloba, Soloxa, Çertomlıq və s. kurqanlardan çoxlu döyüş ləvazimatı, mis, gümüş, qızıl 
qablar, zərgərlik məmulatı  və s. tapılmışdır. Böyük kurqanlarda çar, onun arvadları, xidmətçiləri dəfn 
olunmuş, oraya çoxlu döyüş ləvazimatı, qiymətli əşyalar qoyulmuşdur. Skiflər böyük ərazidə yayılmalarına 
baxmayaraq onların dəfn adətləri, dini inamları  və  mədəniyyətləri ümumi cəhətlərə malik idi. Onlarda 
çoxallahlılıq yayılmışdı. Onlar özlərinə məxsus incəsənət nümunələri yaratmışlar. Skif kurqanlarından çoxlu 
incəsənət nümunələri tapılmışdır. “Skif-Sibir” incəsənət nümunələri hesab edilən “heyvani üslubda” 
hazırlanmış fiqurları, rəsmləri, daşdan yonulmuş insan heykəlləri bu baxımdan daha çox maraqlıdır. Qara 
dəniz sahillərində yaşayan skiflərin mədəniyyətlərində yunanların təsiri duyulur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
167
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
168
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
169
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
170
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
171
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
172
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
173
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
174
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
175
 
QƏDİM YUNAN MƏDƏNİYYƏTİ 
 
Avropada  ən qədim dövlət. Yunanıstan Balkan yarımadasının cənubunda yerləşir. Dağlıq ölkədir. 
Daşlı-kəsəkli yamaclarda kolluqlar və seyrək ot bitirdi. Dağlar arasında münbit torpaqlı kiçik düzənliklər 
yerləşirdi. Yunanıstanda dəmir, mis, gümüş, mərmər yataqları var idi. Onun şərq sahili Egey dənizi ilə 
əhatələnir, girintili-çıxıntılıdır, liman üçün əlverişlidir. Burada qış  qısa olur. Yayda çayların suyu quruyur 
Yunanlar yola saldıqları adamlara deyirdilər: “Yaxşı yol, sərin su”. Yunanıstan təbii surətdə üç hissəyə 
bölünürdü. Cənubi Yunanıstan və ya Peloponnes yalnız dar bir bərzəx vasitəsilə Orta Yunanıstanla birləşir. 
Orta Yunanıstanı və Şimali Yunanıstanı bir-birindən sıra dağlar ayIrır, ancaq sahildə dağlarla dəniz arasında 
dar Fermopil keçidi vardır. Egey dənizində çoxlu adalar var. Onların ən böyüyü Krit adasıdır. 
E.ə. XIX əsrdə arxeoloqlar Krit adasında e.ə. III-II minilliklərə aid daş ev, yoxsul komaları, saray 
qalıqları anbarlar, tuncdan silah, qızıldan bəzək əşyaları və s. aşkar etdilər. Kirtlilərin öz yazıları var idi Onu 
hələlik heç kəs oxuya bilməmişdir. Onlar Misir, Finikiya vasitəsilə Babil ilə ticarət aparırdılar. Beləliklə, e.ə. 
III-II minilliklərdə Avropada ilk sinfi cəmiyyət və dövlət yarandı. Kritdən  şimalda kiçik adada vulkan 
püskürmüş, Krit mədəniyyəti məhv olmuşdu. Buraya gələn yunanlar Kriti asanlıqla tuta bildilər. 
Krit mədəniyyəti ilə bağlı  mədəniyyət e.ə. II minillikdə Peloponnesdə Miken şəhərində yarandı. 
Mikenlilər kritlilərin yazısını öz dillərinə uyğunlaşdırdılar. Miken şəhərində axey tayfaları məskunlaşmışdı. 
Miken Akropolu (yunanca “yuxarı  şəhər) düzənliyin ortasındakı hündür təpədə yerləşirdi. Burada saray 
qalıqları, sərdabələr, ölünün üzünə qoyulan qızıl maska, bəzək əşyaları, silah və s. aşkar edilmişdir Beləliklə, 
e.ə. II minillikdə Yunanıstanın daha münbit vilayətlərində quldarlıq quruluşu təşəkkül tapdı  və dövlət 
yarandı. E.ə. XII əsrdə şimaldan gələn dori tayfaları Yunanıstanı tutub özlərindən əvvəlki mədəniyyətə sön 
qoydular. Dorilərin mədəniyyəti Miken mədəniyyətindən aşağı idi. Dorilər Yunanıstanı tutub özlərindən 
əvvəlki mədəniyyəti məhv etdilər. Hətta bir neçə əsr daşdan binalar tikilmədi, təsərrüfat tənəzzül etdi, yazı 
unuduldu, sənət  əşyaları kobudlaşdı, yaranmış kiçik dövlətlər məhv edildi. Axeylər Anadoluya köçdülər, 
burada yüksək mədəniyyət mərkəzləri yaratdılar. Dorilər Yunanıstana özləri ilə dəmir gətirdilər.  
Yunan  əfsanələri. Homer. Qədim Yunanıstanda ölkənin keçmişindən bəhs edən çoxlu əsatirlər və 
nəğmələr yaranmışdır. Bu əfsanələrin bir hissəsi dövrümüzə  qədər gəlib çatmışdır.  Şair-müğənnilər lirada 
nəhənglər, allahlar, qəhrəmanlar haqqında mahnılar oxuyurdular. Bu mahnı və əfsanələrdə uydurmalar olsa 
da, onlar yunanların məşğuliyyəti adətləri, əmək alətləri, hansı ölkələrdə olmaları, hansı allahlara inanmaları 
haqqında məlumat verir. Alimlər əfsanələrdən tarixi mənbə kimi istifadə edirlər. Yunanlar “Dedal və İkar”, 
“Tesey”, “Arqonavtlar”, “Herakl”, “Prometey”, “Demetra və Persefona” və b. əfsanələr yaratmışlar. Bu 
əfsanələrin hər biri yunanların keçmişi, tarixi, insanları və onların qəhrəmanları haqqında iftixar hissi tərbiyə 
edirdi. Bu əfsanələr müasir dövrdə də maraqla oxunur. 
Troya müharibəsi e.ə. 1200-cü ildə yunanlarla troyalılar arasında Anadolunun Egey dənizi sahillərində 
olan Troyada olmuşdur. Yunanlar Troya müharibəsi haqqında çoxlu əfsanələr,  əsərlər yaratmışlar. Bunlar 
arasında “İlliada” nə “Odisseya” poemaları xüsusi yer tutur. Rəvayətə görə bu poemaları kor şair Homer 
yazmışdı. Cuman edilir ki, poemalar e.ə. VIII əsrdə tərtib edilib, e.ə. VI əsrdə isə qələmə alınıb. Poemada 
yunanların adət ənənələri, etiqadları, həyat tərzi haqqında geniş məlumat verilir. Bu poemaların əhəmiyyəti 
tarix üçün o qədər böyükdür ki, e.ə. XI-IX əsrlər Homer dövrü adlanır Yunanıstanın erkən qədim tarixini 
öyrənmək üçün Homerin poemaları etibarlı mənbə sayılır. Arxeoloji qazıntılar nəticəsində Homerin “İlliada” 
və “Odisseya” poemalarında təsvir olunmuş hadisələrin tarixən, olduğu sübut edilmişdir. 
Yunanlar Troya şəhərini  İlion adlandırırdılar. “İlliada” poemasının adı da buradan götürülmüşdür. 
Poema Troyanı mühasirəyə almış yunanların 10 ilik savaşdan usanmasından bəhs edir. Sıravi döyüşçü Tersit 
əsilzadələri suçlayır. Odissey onu susmağa məcbur edir. Yunanlar arasında Axilles, troyalılar arasında çar 
Priamın oğlu Hektor yaxşı döyüşçü sayılırdı. Onların təkbətək döyüşündə Axilles zəfər çalıb Hektoru 
öldürür. Döyüşdə Axillesin dostu Patrokl həlak olur, onun dəfn mərasimi təsvir olunur. Axillesin anası ilahə 
Fetida onu körpəlikdə dabanından tutub yeraltı Stiks çayının “sehrli” sularında çimizdirirmiş, nəticədə 
dabanından savayı bütün bədəni guya dişbatmaz olur. Parisin atdığı ox Axillesin dabanına sancılır. 
Yunanıstanın  ən məşhur qəhrəmanı  həlak olur. “Zəif yer” anlamını bildirən “Axillesin dabanı” ifadəsi 
buradan əmələ gəlmişdir. Hiyləgər Odissey Troyanı tutmaq üçün taxtadan nəhəng at düzəltdirir və içərisində 
yunan döyüşçülərini yerləşdirir. Troyalılar atı çəkib şəhərə aparırlar. Döyüşçülər gecə atdan çıxıb darvazaları 
açırlar, şəhərə soxulan yunanlar troyalıları  məğlub edirlər. “Troya atı” ifadəsi buradan meydana gəlmişdir. 
Bu isə, hədiyyənin qəbul edən üçün təhlükəli olması deməkdir. 
“Odisseya” poemasında Troyanın alınmasından sonra yunanların Odisseyin başçılığı altında vətənə 
dönmələri və yolda onların başına gələn hadisələr, Odisseyin öz doğma şəhəri İtakaya gəlməsi təsvir olunur. 
Odissey İtakaya gəlib evində ağalıq edən əsilzadələri qırır və əvvəlki hakimiyyətini bərpa edir. Hər iki əsər 
dahi ədəbi əsər olmaqla yanaşı zəngin tarixi mənbədir. 
Homer dövründə (e.ə. XI IX əsrlər) yunanlar maldarlıq,  əkinçilik, sənətkarlıq və ticarətlə  məşğul 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
176
olurdular. Onlar e.ə. IX əsrlə dəmir emal etməyə başladılar. Bu da əmək məhsuldarlığının artmasına səbəb 
oldu. Yunanıstanda torpaq bütün tayfaya məxsus idi. Hər bir ailənin torpağı, mal-qarası var idi. Adlı-sanlı 
adamlar torpağın yaxşısını özlərinə götürürdülər. Onlar əvvəllər torpağı özləri becərirdilər, sonradan 
günəmuzdçuları  işlətdilər, daha sonra qullardan istifadə etdilər. Beləliklə, e.ə. XI-IX əsrlərdə ibtidai icma 
quruluşundan quldarlıq quruluşuna tədricən keçid başlandı. 
Dünyanın başqa xalqları kimi yunanlar da təbiət hadisələrinin səbəbini bilmir, ondan qorxurdular. 
Onlara görə  təbiəti allahlar nə ilahələr idarə edirdilər. Rəvayətə görə baş allah Zevs, Poseydon və Aid 
dünyanı öz aralarında bölüşdürmüşdülər. Zevs yer və göyün, Poseydon dənizin, Aid isə yeraltı padşahlığın 
allahı olmuşdu. Zevsin iradəsi ilə şimşək çaxıb yağış yağırdı. Dəniz allahı Poseydon üçbaşlı əsası ilə dənizdə 
fırtına qoparır, gəmiləri batırırdı. Yeraltı padşahlığın allahı Aidin ayağı altında üçbaşlı köpək oturub, yerin 
altına gedənləri geriyə  işıqlı dünyaya buraxmırdı. Nur və incəsənət allahı Apollon qızıl arabası ilə  səfərə 
çıxandı gün başlanırdı. Aid münbitlik ilahəsi Demetranın qızı Pesefonanı  oğurlayır və anasının yanına 
buraxmır. Demetra kədərlənir, hər şey solur, təbiət təravətini itirir. Zevs Aiddən xahiş edir ki, Persefonanı bir 
neçə aylığa anasının yanına buraxsın. Qız anasının yanına gələndə yaz gəlir, yeraltı dünyaya gedəndə anası 
kədərləndiyinə görə qış gəlir. “Demetra və Persefona” əfsanəsi də buradan yaranmışdı. 
Yunanlar meşə allahlarını satirlər adlandırırdılar. Onlar keçi ayaqlı  və qulaqlı adamlar kimi təsvir 
olunurdular. Bulaq ilahələri olan nimfalar gənc qız kimi təsvir olunurdular. Yunanlarda əkinçilik, maldarlıq, 
ovçuluq, sənətkarlıq və b. sahələr yarandıqca onları himayə edən allahlar da yaradılırdı.  Şərabçılıq allahı 
Dionis idi. Onun şərəfinə yazda üzümlüklərdə  iş başlayanda, payızda  şərab hazır olanda bayramlar təşkil 
edilirdi. Hefest dəmirçilik allahı idi. Yunanlar belə hesab edirdilər ki, vulkanlar onun dəmirçixanasının çıxış 
yollarıdır. Ticarət meydana gələndən sonra onu himayə edən Hesrmes meydana çıxdı. 
Yunanlar belə güman edirdilər ki, allahlar yüksək dağ olan Olimpdə yaşayırdılar. Onları Olimp 
allahları adlandırırdılar. Allahların həyatı adlı-sanlı adamların həyatına bənzəyirdi. Allahlar alovun sirrini 
insanlardan gizlədirdilər. Lakin cəsur titan Prometey odu oğurlayıb insanlara verir. Zevsin əmri ilə Hefest 
onu Qafqaz dağına zəncirləyir. Zevsin göndərdiyi qartal hər gün onun ciyərlərinin bir hissəsini qoparır. Hər 
səhər ciyər bərpa olunur. Prometey bu işgəncəyə dözür, lakin Zevsə boyun əymir. “Prometey” əfsanəsi də 
buradan yaranmışdı. 
Afinada quldarlıq quruluşu. Orta Yunanıstanın cənub-şərqində Attika adlı böyük yarımada yerləşir. 
Burada geniş düzənliyin ortasında sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdır. Təpənin 
zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi. Afinalılar əsasən zeytun nə üzüm becərir, 
şərab və zeytun yağı  və  şərab saxlamaq və daşımaq üçün amfora adlanan küp qayırırdılar. Akropolun 
yaxınlığında bazar meydanı - aqora yerləşirdi. Burada dulusçuluq, toxuculuq və kənd təsərrüfatı məhsulları 
satılırdı. Attika yarımadasının cənubunda gümüş mədənləri var idi. Afinada gümüş sikkə kəsilməyə başladı. 
Afinada  əvvəllər varlılar torpaqlarını özləri becərirdilər. Sonra onlar günəmuzdçulardan, daha sonra 
isə qullardan istifadə etməyə başladılar. Afinada köləliyin əsas mənbələri dəniz quldurluğu, müharibədə əsir 
götürmək, borca görə adamları qul etmək, qul qadınlardan doğulan uşaqları qul etmək idi. Qullar bazarda 
satılır, onları əsasən mədənlərdə, sənətkar emalatxanalarında, kənd təsərrüfatı işlərində, ev işlərində xidmətçi 
kimi işlədirdilər. 
Afinada adlı-sanlı adamlar torpağın yaxşısını  ələ keçirdilər. E.ə. VIII əsrdə onlar Afinanın bütün 
əhalisini özlərinə tabe etdilər. Adlı-sanlı yunanlar mövcud üsul idarəni aristokratiya, yəni “yaxşıların 
hakimiyyəti” adlandırırdılar. 
E.ə. VII əsrdə Afinada sənət və ticarət gur inkişaf etməyə başlayır. Evpatritlər (aristokratlar) düzən 
yerlərdə  məhsuldar torpaqları  ələ keçirib geomorları (icmanın sıravi üzvlərini) dağətəyi daşlıq torpaqlara 
sıxışdırırdılar. Evpatritlərin bir hissəsi artıq emalatxanalar açıb istehsalla məşğul olurdu, bir hissəsi ticarətə 
girişmişdi. Aristokratların bu təbəqəsinin maraqları demosun varlı təbəqəsinin maraqları ilə üst-üstə düşürdü. 
E.ə. 640-cı ildə Afinada olduqca məşhur olan, Olimpiya oyunlarının qalibi Kilon demosla aristokratlar 
arasında ziddiyətlərin gərginləşməsindən istifadə etdi. O, Zevsin şərəfinə keçirilən bayramda özünə tərəfdar 
toplayıb Akpopolu tutdu. Lakin demos hələ aktiv fəaliyyətə hazır deyildi. Arxont Meqaklın qoşunu 
Akpopolu mühasirəyə alıb üsyançıları  təslim olmağa məcbur etdi. Kilon qaçmağa müvəffəq oldu, onun 
tərəfdarları isə öldürüldülər. 
 Bir  müddətdən sonra aristokratlar demosun varlı  təbəqəsinin təzyiqi altında güzəştə gedib külliyyat 
şəklində yazılı qeydiyyatına razılıq verdilər. Həm aristokratlar, həm də demos üçün ümumi olan qanunların 
qəbulu mütərəqqi hadisə idi. e.ə. 621-ci ildə arxont-fesmofet Drakont tərəfindən sərt qanunlar toplusu tərtib 
edilmişdi. Buna “Drakont qanunları” deyirdilər. Bu qanuna görə hətta bir salxım üzüm dərənə ölüm cəzası 
verilirdi. 
Afinada kənlilər aristokratlardan borc və ya faizlə pul alırdılar. Aristokratlar verdiyi borcu kəndlinin 
tarlasının kənarında borc daşına yazırdılar. Buraya borcun miqdarı, faizi, verildiyi və qaytarıldığı müddət 
qeyd edilirdi. E.ə. VII əsrdə demək olar, bütün kəndlilər borca düşdülər. 
Afinada kəndlilər, sənətkarlar, günəmuzdçular, dənizçilər demos, yəni xalq adlanırdılar. E.ə. VII əsrdə 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
177
demosun bir hissəsi varlanmışdı. Onlar yenə də aristokratların hakimiyyəti altında idilər. Beləliklə, e.ə. VIII-
VII əsrlərdə Afinada quldarlıq quruluşu və dövlət təşəkkül tapırdı. 
Sparta quldarlıq dövləti. Yunanıstanın cənubunda Peloponnes yarımadasının cənub-şərqində 
Lakonika, cənub-qərbində isə Messeniya vilayəti yerləşirdi. Bu ərazinin torpağı çox münbit idi. E.ə. II 
minillikdə dorilər hücum edib Lakonikanı tutdular, Sparta şəhərinin  əsasını qoydular. Doriləri spartalılar 
adlandırırdılar. Spartalılar messeniyalıları tabe etmək uzun müddət müharibələr aparmışdılar. E.ə. VII əsrdə 
spartalılar messeniyalılara qalib gəldilər. Messeniyalılar dağlara çəkildilər. Üç gün danam edən vuruşmadan 
sonra spartalılar müharibəni dayandırdılar və onlara ölkədən çıxıb getməyə icazə verdilər Spartalılar yerli 
əhalinin  əksəriyyətini qula çevirdilər. Qulları ilotlar adlandırırdılar. Azad adamlar kimi qalmış perieklər 
spartalılara vergi verirdilər. Spartalılar xalq yığıncaqlarında ahıl adamlardan ağsaqqallar  şurası seçirdilər. 
Dövləti 60 yaşına çatmış 28 ağsaqqal və 30 yaşı tamam olmuş 2 çarın daxil olduğu gerusiya idarə edirdi. 
Spartalılar ancaq hərbi işlə məşğul idilər Qanun onların başqa işlə məşğul olmasına icazə vermirdi. Döyüş 
vaxtı onlar bir cərgəyə düzülüb nizələrini qabağa uzadır, irəli yeriyirdilər. Sanki divar hərəkət edirdi. Belə 
düzülüş falanqa adlanırdı. 
Spartalılar uşaq yaşlarından sərt tərbiyə alırdılar. Yeni doğulmuş körpənin taleyini gerusiya müəyyən 
edirdi. Zəif və xəstə görünən uşaqlar məhv edilirdi, sağlam uşaq 7 yaşına qədər ailəsində tərbiyə alır, sonra 
hərbi məktəbdə  təlim keçirdi. E. IV əsrdə Sparta Peloponnes ittifaqına daxil oldu. 30 il davam edən 
Peloponnes müharibəsində (e.ə. 431-404) qalib gəlmiş, bütün Yunanıstana hakim olmuşdu. E.ə. 146-cı ildə 
Romadan asılı vəziyyətə düşdü. 
Yunan koloniyalari. Yunan şəhərlərində  sənətkarlıq və ticarət inkişaf edirdi Tacirlər sənətkarlıq 
məmulatlarını Aralıq dənizi və ona bitişik olan dənizlərin sahillərində satırdılar. Kiçik Asiyadakı Milet 
şəhərində yun parça, Korinf şəhərində  ən yaxşı silah, Afinada əla dulusçuluq məhsulu istehsal olunurdu. 
Yunanlar keyfiyyətli şərab və zeytun hazırlayır və xaricə göndərirdilər. 
Yunanıstanda demosun artması ilə aristokratlarla demos arasında mübarizə gücləndi. Aristokratlar 
qalib gəldikdə demos, demos qalib gəldikdə aristokratlar ölkədən qovulurdu. Qovulmuş aristokrat demişdi: 
“Mən öz dəbdəbəli evimi qaçqın gəmisinə dəyişdim”. Yunanıstanın ticarət şəhərləri Aralıq dənizi və Qara 
dəniz sahillərində daimi koloniyalarını yaratdılar. Hər bir şəhər öz koloniyalarına hərbi və ticarət 
gəmilərindən ibarət donanma göndərirdi. Köçüb gələnlər Yunanıstanın müxtəlif vilayətlərindən idilər, onlar 
kolonistlər adlanırdılar. Koloniyalara tacirlər, sənətkarlar, doğma yerlərini tərk edən, adamlar gəlirdilər. Qara 
dəniz sahillərində Pantikapey, Olviya, Xersones, Feodosiya, Fasis, Sinop və başqa yunan şəhər-dövlətləri 
yarandı. Onlar yerli əhali ilə alver edir, bəzən onları qula çevirir, qulların bir hissəsini Yunanıstana 
göndərirdilər. Beləliklə, e.ə. VIII-VI əsrlərdə Qafqazdan tutmuş  İspaniyaya qədər dəniz sahillərində çoxlu 
yunan koloniyaları əmələ cəldi. Bu koloniyalar yunan şəhərləri ilə əlaqə yaradır və əlaqə saxladıqları həmin 
şəhərləri ana şəhər adlandırırdılar. 
Koloniyalarla ticarət Yunanıstanda sənətkarlıq və ticarətin inkişafına təkan verdi. E.ə. VIII-VI əsrlərdə 
Yunanıstanın bütün şəhərlərində  və koloniyalarında  şəhər quldarlıq dövlətləri yarandı, Hər bir şəhər-
dövlətinin qoşunu, hökuməti, xəzinəsi, pulu var idi. Onların bəzisini demos, bəzisini isə aristokratlar idarə 
edirdilər. 
Qədim yunanlar yad ölkələrdə  məskunlaşsalar da, özlərini vahid xalq hesab edirdilər. Onlar özlərini 
ellinlər, vətənlərini Ellada adlandırırdılar. Harada yaşadıqlarından asılı olmayaraq, ellinləri ümumi dil, adət-
ənənələr, qədim əfsanələr, din və vahid yazı birləşdirirdi. 
Qədim yunanlar özlərinə  qədər  şərqdə yaranmış elmlə tanış olur, təbiət üzərində müşahidələr 
aparırdılar. Bir çox ölkələrə səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII əsrdə Milet 
şəhəri nə Egey dənizinin  şərqində yerləşən  İoniya vilayətinin  şəhərləri elmin mərkəzi idi. İoniya alimləri 
təbiət hadisələri üzərində müşahidələr aparır, onları izah etməyə, onların səbəblərini aşkar etməyə 
çalışırdılar. İoniya alimləri dünyanın mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər təbiətin 
başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri odda görürdülər. 
E.ə. V əsrdə yunan elminin mərkəzi Afina oldu. Burada İoniya alimlərinin işini Demokrit (e.ə. 460-
370) davam etdirdi. O, belə bir fikir söyləmişdir ki, bütün dünya ən xırda zərrəciklərdən-atomlardan 
ibarətdir. Demokrit insanlarda ruhun ölməzliyini inkar edirdi. Dinin yaranmasını insanların təbiətin qorxunc 
hadisələri qarşısında aciz qalmaları  və qorxusu ilə izah edirdi. Demokrit materialist olduğuna görə onu 
cəzalandırmaq istəyirdilər. 
Demokritin ardıcılı Hippokrat (e.ə. 460-377) olmuşdur. Onun fikrincə  həkim xəstənin bədənindən 
xəstəliyi qovmamalı, bədənin xəstəliyə qarşı müqavimətini artırmalıdır. Onun tibb elminin inkişafında böyük 
xidməti olmuşdur. Həkimin mənəvi davranışı normaları olan “Hippokrat andı” onun adı ilə bağlıdır. 
Aristotel (e.ə. 384-322) qeyri adi biliyə malik alim idi. İsgəndərin müəllimi olmuşdur.  Şərqdə 
Aristotelə Ərəstun deyirdilər. O, bütün bilikləri ayrı-ayrı sahələrə böldü, elmlərə ad verdi. Botanika yunanca 
“bitki”, fizika - təbiət, politika - dovlət sözlərindən götürülmüşdür. E.ə. IV əsrdə Aristotel qabaqcıl alimlərlə 
birlikdə belə hesab edirdi ki, Yer kürə şəklindədir, dünyanın mərkəzində yerləşir, Günəş və ulduzlar isə onun 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
178
ətrafında fırlanır. 
E.ə. V əsrdə Yunanıstanda tarix elminin əsası qoyulmuşdur. həmin dövrdə yunan tarixçisi Herodot 
(e.ə. təqribən 490-425) “Tarix” əsərini yazmış, Plateya savaşına qədər olan dövr haqqında məlumat verir O, 
bir çox ölkələri gəzmiş,  əsərində müxtəlif xalqların tarixi, adət-ənənəsi, mədəniyyəti, rəvayətləri və s. 
haqqında məlumat toplamışdı. “Tarix” əsərində  İran-yunan müharibəsində  iştirak edən bütün xalqlar 
haqqında tarixi, etnoqrafik materiallar şərh olunmuşdur. Midiya əfsanələrini ilk dəfə Herodot yazıya 
köçürmüşdü. Kitabda Azərbaycan ərazisində yaşayan xalqlar barədə maraqlı faktlar var. Siseron onu “tarixin 
atası” adlandırmışdı. 
Yunanlar e.ə. II minillikdə unutduqları öz yazılarına bir daha qayıtmadılar. Onlar Homer dövrünün 
sonlarında finikiyalıların əlifbasına saitlər əlavə edib 24 hərfdən ibarət yunan əlifbasını tərtib etdilər. Onlar 
papirus, gil lövhə, üstünə mum çəkilmiş taxta parçası üzərində metaldan düzəldilmiş ucu şiş çubuqla 
yazırdılar. 
Yunan uşaqları 7 yaşından məktəbə gedirdilər. Sənətkar və kəndli uşaqları ibtidai məktəbdə, dövlətli 
uşaqları 18 yaşınadək gimnaziyada oxuyurdular. Onlar Homerin, Hesiodun və başqa yazıçıların  əsərlərini 
əzbər bilirdilər. Şagirdlər məktəbdə şəkil çəkmək, rəqs etmək, oxumaq və lirada çalmağı öyrənirdilər. Qızlar 
və qullar oxumurdular. 
E.ə. VI əsrin sonu-V əsrdə Afinada açıq havada tamaşa göstərmək üçün ilk teatrlar tikildi. Yunan sözü 
olan “teatr” “tamaşa yeri” deməkdir. Xorun çıxış etdiyi yerə “orxestra”, aktyorların oynadığı yerə “skena” 
deyirdilər. Qədim Yunanıstanda şərab allahı Dionisin şərəfinə təşkil edilmiş bayramlar, bu haqda əfsanələrin 
nümayiş etdirilməsi nəticəsində qədim yunan teatrının əsası qoyuldu. 
Yunanıstanda  əfsanələr  əsasında tragediyalar adlanan pyeslər yarandı. Tragediya “keçi mahnısı” 
deməkdir. Tragediyada qəhrəmanlar arasında gərgin mübarizə gedir, sonra isə  qəhrəmanlar öz ideyaları 
uğrunda həlak olurlar. Afinada tragediyanın banisi “Zəncirlənmiş Prometey” tragediyasının müəllifi Esxil 
olmuşdur. E.ə. V əsrdə yaşamış Sofokl “Antiqona” faciəsinin müəllifidir. 
Yunanıstanda komediyalar şən, məzəli və gülməli səhnəciklərdən ibarət olurdu. Komediya sözü “şən 
sakinlər mahnısı” deməkdir. Komediyalar adamları düşünməyə  məcbur edirdi. Aristofan (e.ə. 445-385) 
məşhur komediyalar müəllifi idi. O, “Quşlar”, “Buludlar”, “Atlılar”, “Barışıq”, “Qadınlar xalq yığıncağında” 
komediyalarının müəllifidir “Atlılar” komediyasında o, Afina demosunun başçısı Kleonu, “Buludlar” 
komediyasında isə Sokratı lağa qoyur. Onu “komediyanın atası” adlandırırdılar. 
E.ə. VI əsrdə təmsil ustadı Ezop yaşayıb yaratmışdır. Rəvayətə görə o, sərsəm çolaq qul kimi təsvir 
edilir. Guya böhtanın qurbanı olmuş, günahsız edam edilmişdir. Antik dövrdən məlum olan təmsillərin az 
qala hamısını Ezopun adına çıxırlar. Fedr, Babri, Lafonten, Krılov və b. yaradıcılıqlarında onun 
mövzularından istifadə etmişlər.  
E.ə. VI-V əsrlərdə Yunanıstanda memarlıq, heykəltəraşlıq, və rəssamlıq inkişaf edib özünün yüksək 
səviyyəsinə çatmışdı. Ölkədə çoxlu ictimai binalar tikilmişdi. Talvarlar-portiklər bir və bir neçə  cərgə 
sütunlar üzərində tikilirdi. Yunanlar bu portiklərin kölgəsində istirahət edirdilər. E.ə. VI-V əsrlərdə 
Yunanıstanda iki növ sütun var idi. Dori sütunları sanki daş döşəmədən çıxan və yuxarıda adi sal daşla 
tamamlanan möhtəşəm sütunlar idi. Bəzəkli məbəd tikintisində sütunların yuxarısında  əyri qoç buynuzuna 
bənzər qıvrım naxışlar olurdu. Afinada ən məşhur məbəd Akropol idi. Akropol mərmər sütunlardan ibarət 
portiklərlə  əhatə olunmuşdu. Akropolun girəcəyində Fidi Afinanın heykəlini qoymuşdu. Burada Afinanın 
şərəfinə Parfenon məbədi tikilmişdi. Parfenonun qarşısında qurbanlar kəsilirdi. heykəllərlə  bəzədilən 
məbədlərdə xəzinə saxlanılırdı. 
Yunanlar heykəlləri ağacdan, tuncdan və mərmərdən canlı və cazibədar düzəldirdilər. Heykəltəraşlar 
insan bədəninin hərəkətini də təsvir etməyi bacarırdılar. Heykəltəraş Miron e.ə. V əsrdə “Diskatan” heykəlini 
belə yaratmışdı. Allahların, qəhrəmanların və başqalarının heykəllərini yaradan Praksitel dahi yunan 
heykəltəraşı idi. 
Qədim Yunanıstanda vaza rəssamlığı  və gil heykəllər geniş yayılmışdı. Rəssamlar vazalar üzərinlə 
yunanların həyatını, qəhrəmanları, Homerin əsərlərindən səhnələri təsvir edirdilər. E.ə. V əsrdə ellin 
incəsənəti özünün yüksək mərhələsinə çatmışdı.  İncəsənətin  əsas mərkəzi Afina şəhəri idi. Fidi Afinada 
Akropolu inşa etmişdi. 
Olimpiya oyunları. Peloponnes vadisindəki Olimpdə keçirilirdi. Yunanlar əsas idman növləri üzrə 4 
ildən bir keçirilən Olimpiya oyunlarında yarışırdılar. 4 at qoşulmuş arabada yarış daha təhlükəli idi. 12 dəfə 
dövrə vurmaq lazım gəlirdi. Hakimlər qalib idmançıları zeytun ağacının budaqlarından düzəldilmiş çələnglə 
mükafatlandırırdılar. Olimpiya oyunlarında ancaq varlılar iştirak edə bilirdilər, çünki yoxsulların bu yarışa 
hazırlaşmaq imkanları olmurdu. Spartalı qadınlar istisna olmaqla qadınlar yarışlarda iştirak etmirdilər. 
Olimpiya oyunlarına on minlərlə adam gəlirdi. Buraya koloniyalardan da tamaşaçılar və  iştirakçılar 
gəlirdilər. Olimpiya oyunları keçirilən dövrdə Yunanıstanda müharibələr dayandırılırdı. 
Olimpiya yunanlar üçün müqəddəs yer idi. Onun mərkəzində Zevs məbədi, bu məbəddə Zevsin 
nəhəng heykəli yerləşirdi. Bu heykəl dünyanın 7 möcüzəsindən biri sayılırdı. İlk Olimpiya oyunları e.ə. 776-

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
179
cı ildə keçirilmişdi. Yunanların il hesabı həmin ildən başlanırdı. 1896-cı ildə Fransanın ictimai xadimi baron 
Pyer de Kubertenin (1863-1937) təşəbbüsü ilə Olimpiya oyunlarının keçirilməsi bərpa edildi. İndi hər dörd 
ildən bir Olimpiya oyunları keçirilir. Oyunların harada keçirilməsindən asılı olmayaraq onun məşəli 
Olimpiyada günəşdən yandırılmış alovla yandırılır. 
Yunan mədəniyyətinin müasir dövrümüz üçün misilsiz əhəmiyyəti var. Yunan əlifbası bir çox əlifbalar 
üçün  əsas olmuş, onlar elmin inkişafında nailiyyətlər qazanmış, onların  əsərləri müasir dövrdə  əksər 
xalqların dillərinə  tərcümə edilmiş, onların yaratdıqları heykəllər və tikililər sonrakı dövr üçün nümunə 
olmuşdur. 
Quldarlıq demokratiyası azad yunanların elm və incəsənətlə məşğul olmasına şərait yaratdı və bu da 
dünyada elmin və incəsənətin tərəqqisinə  təkan verdi. Yunanlar ellin mədəniyyətini yaratmaqla başqa 
xalqların da elm və mədəniyyətini mənimsəyirdilər.  
Qədim Yunanıstan  ərazisində  ən qədim sivilizasiya Krit-Miken adı ilə tanınır. Onun mərkəzi Krit 
adası və yunan materikindəki Miken şəhəri olmuşdur. Krit mədəniyyətinin (yaxud da Minos mədəniyyətinin) 
yaranması Kritin əfsanəvi hökmdarı Minosun adı ilə bağlıdır və e.ə. III-I minilliklərə təsadüf edir. Yüksəliş 
və  tənəzzül dövrü keçirən Krit mədəniyyəti təqribən e.ə. 1200-cü ilə  qədər davam etmişdir. Kritdə bütün 
həyat saraylar adlanan binalar ətrafında cərəyan etmişdir. Arxeoloji qazıntılar nəticəsində Knosda (adanın 
mərkəzi hissəsində) Krit saraylarından birincisi, Minos sarayı tapılmışdır. Bu saraydan Minotavr - insan 
bədənli və öküz başlı canlı haqqında yunan mifində  təsvir olunan labirint başlanır.  Əslində Krit sarayları 
doğrudan da labirintə bənzəyir. Bütün bunlara baxmayaraq saraylar vahid arxitektura ansamblı kimi qəbul 
olunur. Diqqəti çəkən budur ki, divarlarda olan rəsmlər olduqca zəngindir. Freskalarda heyvanlar, güllər, 
saray sakinlərinin həyatından səhnələr,  əsas Minoy kultlarından biri olan allah-öküz kultuna aid olan 
«öküzlərlə oyunlar» rəsmi diqqəti daha çox çəkir. Allah-öküz kultları öküz obrazında təbiətin dağıdıcı 
qüvvələri öz təcəssümünü tapmışdır. Təbiətin  əbədi təzələnməsi, analıq, qadınlıq simvolu - Böyük ilahə 
Minoy allahlar panteonunda mərkəzi fiqurdur. Kritin həyatında din böyük rol oynamışdır. Kritdə 
hakimiyyətinin xüsusi forması-teokratiya yaranmışdı. Bu idarə formasında dini və dünyəvi rəhbərlik bir 
nəfərin əlində olmuşdur. Çar sarayı universal funksiyanı yerinə yetirərək eyni zamanda həm dini, həm siyasi-
inzibati, həm də təsərrüfat mərkəzi rolu kimi fəaliyyət göstərmişdir. 
Minoy mədəniyyətinin çiçəklənməsi e.ə. XVI əsr və XV əsrin birinci yarısına təsadüf edir. XV əsrin 
ortalarında bu mədəniyyət Fera (indiki Santorin) adasında püskürən vulkan, eləcə  də döyüşkən axey 
yunanların adaya soxulması  nəticəsində tamamilə dağıdılmışdır. Bundan sonra Krit mədəniyyəti  əvvəlki 
şöhrətini bərpa edə bilməmişdir. Sivilizasiyanın mərkəzi materik Yunanıstana keçmişdir. Hələ e.ə. 1700-cü 
ildə burada Miken (yaxud Axey) mədəniyyəti formalaşmağa başlamışdı.  Əvvəllər bu mədəniyyət Krit 
sivilizasiyasının güclü təsiri altında olmuşdur. Onlardan bir sıra allahların adları, su kəməri, kanalizasiya, 
geyim fasonları, freska təsvirləri və s. mənimsənilmişdi. Lakin bütün bunlara baxmayaraq, Miken 
sivilizasiyasında da spesifik, yalnız onlara məxsus cəhətlər inkişaf etdirilmişdir. «Şaxta qəbirləri» bu 
mədəniyyətin  ən qədim abidələrindəndir. Qəbirlərdə ölülərin sümükləri ilə yanaşı  bəzək  şeyləri, qablar, 
paltarlar, silahlar, qızıl maskalar və s. də tapılmışdır. Burada da mədəniyyət mərkəzləri saraylarda 
cəmlənmişdi. Onlar Miken, Korinf, Pilos, Afina və s. şəhərlərdə olmuşdur. Krit saraylarından fərqli olaraq 
Miken-Axey sarayları möhkəmləndirilmiş saraylar idi. Onların möhtəşəm divarlarını sonrakı dövrlərdə görən 
yunanlar onları təkgöz nəhəng sikloplarla əlaqələndirərək siklopik adlandırmışlar. Burada saray divarlarında 
külli sayda döyüş  səhnələri təsvir olunmuşdu. Axeylər e.ə. XV əsrdə Kriti tutaraq onlardan yazını 
mənimsədilər. E.ə. XIII əsrdə şimali Balkan barbarları (onların içərisində dori yunan qəbilələri mühüm yer 
tuturdu) Yunanıstanı başdan-başa işğal etdi. Axeylərdən dəmir silahlarına görə üstünlüyə malik olan dorilər 
Krit-Miken mədəniyyətinə son qoydular, e.ə. XII-XI əsrlərdə Yunanıstanda dəmir əsrinin başlanğıcına təkan 
verdilər. 
Yunan tarixinin sonrakı dövrünü adətən Homer dövrü adlandırırlar. Homerin e.ə. VIII əsrdə yaratdığı 
«İlliada» və «Odisseya» kimi gözəl poemaları həmin dövr haqqında mühüm informasiya mənbəyidir. Lakin 
bu əsərlərdə daha qədim dövrlərin haqqında da məlumat əldə etmək mümkündür. Homerin qəhrəmanları - 
çarlar, əyanlar çox vaxt Krit-Miken saraylarına bənzəməyən ağac evlərdə yaşayırdılar. 
Homer dövründən bizə az abidə gəlib çatmışdır. Əsas tikinti materialları - ağac və bişməmiş kərpicdir. 
Monumental heykəltəraşlıqda da ağacdan istifadə edilmişdir. Həndəsi ornamentlə yazılmış vazalar, bişmiş 
gildən və bürüncdən hazırlanmış heykəlciklər parlaq incəsənət abidələridir. 
Homer dövrü mədəniyyəti yunan cəmiyyətinin arxaik və klassik dövrünün ilkin şərtlərini yaratmışdır. 
Yunan mədəniyyətinin və tarixinin arxaik dövrü e.ə. VIII-VI əsrləri  əhatə edir. Bu dövr böyük 
müstəmləkəçilik dövrüdür. Yunanlar Qara dəniz, Aralıq dənizi və  Mərmərə  dənizi sahillərini öz təsir 
dairəsinə alırlar. Bu dövrdə yunanlar başqa xalqlardan çox şey öyrənmişlər. Lidiyalılardan pul kəsməyi 
öyrənmiş, finikiyalılardan  əlifbanı götürmüş, sonralar onu təkmilləşdirmişlər. Yunanlarda elmin, xüsusilə 
astronomiya və həndəsənin inkişafı Misir və Babilistanın təsiri altında olmuşdur. Yunan incəsənətinə Misir 
və Yaxın Şərq memarlıq və heykəltəraşlığı böyük təsir göstərmişdir. Arxaik dövrdə ibtidai icma cəmiyyəti 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
180
dağılmış, antik polis "şəhər-dövlətləri" yaranmışdır. Vətəndaş icması-şəhərətrafı kənd təsərrüfatı ərazisi ona 
aiddir. Bu dövrdə ən böyük polislər Afina, Sparta, Korinf, Arqos, Fivada yaranmışdı. Bütün yunan dünyası 
Ellada adlanırdı. Qədim Şərq dinləri kimi Yunanıstanda da politeizm-çoxallahlılıq hökm sürürdü. Yunanlara 
görə əvvəllər əbədi, hüdudsuz, qaranlıq, xaos mövcud idi. Dünyanın həyat mənbəyi onda idi. Hər şey-bütün 
dünya və ölməz allahlar xaosdan yarandı. Yer ilahəsi Geya da xaosdan yaranmışdır. Həyat mənbəyi olan 
xaosdan qüdrətli, hər şeyi canlandıran məhəbbət - Eros yüksəlmişdir. Hüdudsuz xaos əbədi qaranlıq - Erebi 
və qaranlıq gecə - Nyuktu doğurmuşdur. Gecə və qaranlıqdan isə əbədi İşıq-Efir və şən işıqlı Gün - Gemera 
yaranmışdır. Qüdrətli, bərəkətli torpaq (Yer), hüdudsuz, mavi səma - Uran yaranmış  və  səma Yer üzünü 
örtmüşdür. Geyadan yeraltı dünya Tərtər, səma (Uran) doğulmuşdur. Allahların ikinci nəsli Geya və Uranın 
uşaqları-titanlar olmuşdur. Uşaqlarının onun əlindən hakimiyyəti alacaqlarından qorxan Uran titanları yerin 
altında saxlamışdır. Lakin titanlar azad ola bilmiş, atalarmı devirmiş, onlardan biri Kron dünya üzərində 
ağalıq etməyə başlamışdır. Onun özünü də kiçik oğlu Zevs devirmişdir. Onun qardaşı Poseydon dəniz allahı, 
Aid - yeraltı dünyanın allahı, işıq və poeziya allahı Apollon (onu doqquz muza-incəsənət və elmin hamisi 
müşayiət edir), Afrodita - gözəllik allahı, od və  dəmirçilik allahı Hefest, Ares müharibə allahı, Afina-
müdriklik allahı, Demetr - əkinçilik hamisi, Afina-toxuculuq hamisi, üzümçülük hamisi - Dionisi, ticarət 
hamisi Hermes və s. idi. 776 - cı ildən başlayaraq hər dörd ildən bir Zevsin şərəfinə Olimpiya oyunları 
keçirilirdi. Antik dövrün ilk fəlsəfi sistemi - naturfəlsəfə  həmin dövrdə yaranmışdır. Həmin sistemin 
filosoflarından Fales suyu bütün şeylərin əsası, Anaksimandr - apeyronu ilk materiya, Anaksimen - havanı 
ilkin əsas kimi götürürdü. Pifaqor (e.ə. VI əsr) dünyanın ilkin səbəbi kimi sayı, rəqəmi götürürdü. Bu dövrdə 
Heraklit kimi filosof da yaşayıb yaratmışdır. Məşhur Hesiod (e.ə. VIII-VII əsr) «Teoqoniya», «Əməklər və 
illər» əsərlərini yaratmışdır. Bu dövr ədəbiyyatında epos tədricən öz yerini lirik poeziyaya verir. İnsana, onun 
daxili aləminə diqqət müasiri olduqları həyat hadisələrin xarakterinin təhlili Arxiloxun (e.ə. VII əsrin ikinci 
yarısı), Solonun (e.ə. 635-559), Alkeyin (VII əsrin sonu - VI əsrin birinci yarısı), Anakreontun (570-478) və 
s. yaradıcılığında öz əksini tapmışdır. Safonun (e.ə. V11-VI) poeziyası indi də gözəlliyini saxlamaqdadır. 
VIII-VII əsrlərdə Yunan tarixşünaslığı yaranır. Loqoqraflar ilk dəfə olaraq mifoloji süjetlərin real əsaslarını 
aşkar etməyə  cəhd edirdilər. Yunan xoru və teatrı yaranır. Dramatik tamaşalardan, xordan iştirakçı 
şəxslərdən birinin ayrılması - aktyorun seçilməsi əlamətdar bir hadisə idi. 
Arxaik dövrdə incəsənət inandırıcı forma axtarışları  həm cismani, həm də ruhən gözəl olan estetik 
idealın-polis vətəndaşının təcəssümü mühüm yer tutmuşdur. Özünəməxsus arxaik yunan mədəniyyəti klassik 
mədəniyyətin çiçəklənməsi üçün təməl rolunu oynamışlar. Bu da öz növbəsində dünya sivilizasiyasının 
inkişafında böyük əhəmiyyətə malik olmuşdur. 
Yunan-İran müharibələri dövrü (500-449) ilə antik polisin - arxaik dövrün formalaşması başa çatır və 
klassik dövr başlanır. Yunanların qələbəsi, klassik quldarlığın tam formalaşması, polis demokratiyasının 
inkişafı Yunanıstanın iqtisadi, siyasi yüksəlişini  şərtləndirmiş, mədəniyyətin çiçəklənmə  mərhələsinə daxil 
olmağına kömək etmişdir. Bu dövrdə, xüsusilə Periklin idarəçiliyi dövründə Yunan mədəniyyətinin mərkəzi 
Afina hesab olunurdu. İlk dəfə bölünməz hissəciklər-atomlar nəzəriyyəsini elmə Demokrit (e.ə. V əsr) 
gətirmişdi. O, belə hesab edirdi ki, dünyada atomlardan və boşluqdan başqa heç nə yoxdur. Əgər Demokrit 
idrakın obyektiv xarakterini etiraf edirdisə, sofistlərə görə  nə  qədər həqiqət vardısa, o qədər də insanlar 
vardır. Sofistlərin ən görkəmli nümayəndəsi Sokrata (469-399) görə mütləq həqiqət vardır, lakin bu yalnız 
allaha məxsusdur. 
E.ə.  ədəbiyyatda  əsas janr faciə olmuşdur. Klassik yunan faciəsinin yaradıcısı Esxilin (525-456) 
«Zəncirlənmiş Prometey» faciəsi çox məşhur olmuşdur. «Oresteya» trilogiyası da bu qəbildəndir.  İkinci 
böyük faciə ustası Sofokl (497-406) olmuşdur.  Ən məşhur faciəsi  əfsanəvi hökmdar Edip haqqındadır. 
Psixoloji dramın yaradıcısı Evripid (480-406) «Medeya» və «Fedra» əsərlərini yazmışdır. Bu dövrün ən 
böyük komediya ustası Aristofan (445-385) «Dünya», «Atlılar», «Lisistrat» kimi əsərlərində komediyaya 
siyasi ruh və gündəlik düşüncə  tərzi gətirmişdir. E.ə. V əsrdə tarixşünaslıq surətlə inkişaf edir. «Tarixin 
atası» Herodot (484-470) məşhur «Tarix» əsərini yazmışdır.  Əsas süjet Yunan-İran müharibələri olsa da 
dünyanın digər xalqları haqqında da xeyli məlumatı həmin əsərdə tapmaq mümkündür. İkinci böyük tarixçi 
Fukidid (460-400) «Pelopennes tarixi» adlı əsərində ilk dəfə olaraq elmi-tənqidi metoddan istifadə etmişdir. 
E.ə. V əsrdə güclü, enerjili, ləyaqətli, səmimi ruha malik insanın düzgün təsviri yunan incəsənətinin 
əsas vəzifəsinə çevrilir. Bu insan Yunan-İran müharibəsinin qalibi, polisin azad vətəndaşı olmalıdır. Bu 
dövrdə realist heykəltəraşlıq inkişaf etmişdir. Fidi həmin dövrün ən qüdrətli heykəltəraşı olmuşdur. 
«Döyüşçü Afina», «Afina Parfenos», Olimpdəki məbəd üçün «Zevs» və s. onun əsərləri sırasında mühüm 
yer tutur. Heykəltəraş Miron «Diskobol», heykəltəraş Poliklet qızıl və fil sümüyündən hazırladığı Heranın 
heykəli, Dorifor «Nizə atan», «Yaralı amazonka» və s. əsərləri ilə çox şöhrət qazanmışdır. Təsviri sənətdə 
Poliqnot və Apollodor maraqlı  əsərləri ilə diqqəti cəlb edir. Məbəd tikintisi çiçəklənmə dövrünü yaşayır. 
Olimpdə Zevsin məbədi, Afinada baş məbəd Parfenon diqqətəlayiqdir. Sonralar məşhur Afina Akropolu öz 
əzəməti ilə seçilməyə başlanmışdır. Çiçəklənmə dövründən sonra böhran, tənəzzül dövrü gəlir. Əslində e.ə. 
IV əsr Yunan tarixində polisin böhranı tarixidir. Bu böhranın ilkin əlamətləri hələ Afina ilə Sparta arasında 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
181
gedən Pelopennes müharibələri (431-404) dövründə meydana çıxmışdır. Yunan polisinin böhranı 
qanunauyğun bir hal idi. Əmtəə-pul münasibətlərinin inkişafı torpaq üzərində xüsusi mülkiyyətin 
yaranmasına, antik mülkiyyət forması  şəhərlərin iqtisadi bazasının ləğvinə  gətirib çıxardı. Bu dövrdə 
Makedoniya II Filippin və onun oğlu  İsgəndərin dövründə güclənməyə başladı. Kinik fəlsəfi məktəbi - 
Antisfen (e.ə. 450-360) Sinodlu Biogen (e. 414-323) inkişaf edirdi. Kinliklərə görə insan cəhdinin son 
məqsədi xeyirxahlıqdır. Böhran dövründə iki dahi filosof Platon (e.ə. 427-348) və Aristotel (e.ə. 384-322) 
yaşayıb yaratmışlar. Platon Sokratın  şagirdi idi və onun ölümündən sonra Afinada xüsusi məktəbini-
Akademiyanı yaratmışdı. Dünyanı idealist mövqedən izah edən Platon cəmiyyəti üç təbəqəyə bölürdü: 
1. hakimlər-filosoflar; 
2. hərbçilər; 
3. kəndlilər, sənətkarlar, tacirlər. 
Platonun  şagirdi Aristotel müəllimi öldükdən sonra öz məktəbini - Likeyi yaratmışdır. O, siyasət, 
biologiya, fizika, mexanika, botanika, riyaziyyat və s. dair əsərlər yazmışdır. Aristotelin təlimində forma və 
materiyanın qarşılıqlı münasibəti  əsas məsələsidir. Forma başlanğıcıdır. O, formasız, ölü materiyaya 
müəyyənlik verir. Bu dövrdə natiqlik sənəti inkişaf etmişdir. Onların başında Demosfen (e.ə. 384-322) 
dururdu. IV əsrin ən görkəmli tarixçilərindən biri Ksenofont (e.ə. 430-354) olmuşdur. «Anabasis», «Yunan 
tarixi» əsərləri ilə hələ sağlığında böyük şöhrət qazanmışdı. Bu dövrdə teatr, heykəltəraşlıq da yüksək inkişaf 
etmişdir. 
Makedoniyalı  İsgəndərin (356-323) Şərqə yürüşü ellinizm mədəniyyətinin inkişafına imkan 
yaratmışdır. Bu dövrdə Arximed (e.ə. 287-212), Evklid (e.ə. III əsr), Eratosfen (e.ə. 276-194), Samoslu 
Aristarx (e.ə. IV-III əsr, Yerin öz oxu ətrafında fırlandığını göstərmişdir), İsgəndəriyyəli Hipparx (e.ə. 180-
125) və Heron (e.ə. I əsr) böyük elmi kəşflər etmişlər. Bu dövrdə bir sıra  şəhərlərdə  məşhur kitabxanalar 
yaranırdı. Onlardan ən məşhuru İsgəndəriyyə və Perqam kitabxanaları idi. Realist məişət komediyası ustası 
Menandr (e.ə. 343-291), eposu diriltməyə  cəhd edən Rodoslu Apolloni (e.ə. 295-215), poema, himn, lirik 
şeirlər müəllifi Kallimax (e.ə. 310-240), idilliyanın banisi Feokrit (e.ə. IV-III əsrlər), tarixçi Polibi (e.ə. 200-
120), filosof Epikur (e.ə. 341-270), Zenon (e.ə. 336-264) və b. böyük şöhrət qazanmışdır. Eklektizm, bir sıra 
cərəyanların birləşdirilməsi, etik istiqamət, sinkretizm, stoisizm və s. geniş yayılmışdır. Həmin dövr 
mədəniyyətin sintezi kimi tarixdə əvəzsiz rol oynamışdır. 
Ellin mədəniyyətinin  şərq mədəniyyəti ilə yaxinlaşmasi.  İsgəndər öləndən sonra onun imperiyası 
parçalandı Makedoniyada Antiqonlar padşahlığı, Misir Ptolemeyləri çarlığı, Suriya Selevkilər çarlığı yarandı 
Yunanlar və makedoniyalılar şərqə axışmağa başladılar. Şərqin köhnə şəhərləri böyüdü. Nil çay deltasında 
e.ə. III əsrdə salınmış  İsgəndəriyyə Misirin paytaxtı, dünyanın  ən zəngin  şəhəri oldu. Nil çayını  Qırmızı 
dənizlə birləşdirən kanal çəkilmişdi Buradan başlanan karvan yolu İran körfəzinə, oradan da Hindistana 
gedirdi. İsgəndəriyyəyə Misirdən taxıl və papirus, Nubiyadan qızıl və fil sümüyü, Avropadan və Asiyadan 
müxtəlif mallar gətirilirdi Şəhərin qarşısındakı Faros adasında 140 m hündürlüyündə mayak tikilmişdi. Bu 
dünyanın yeddi möcüzəsindən biri idi. İsgəndəriyyədə dəbdəbəli padşah sarayları, gimnaziyalar, rəsədxana, 
kitabxana və s. var idi. Burada Musey, yəni muzaların ibadətgahı yerləşirdi. E.ə. III əsrin  əvvəllərində 
yaradılmış musey antik dünyanın  əsas elm mərkəzlərindən biri idi. Burada görkəmli alimlər (Arximed, 
Evklid və b.), filosoflar, şairlər işləyib yaratmışdılar. Burada olan kitabxananın fondunda 700 min kitab var 
idi. Alimlər demək olar ki, elmin bütün sahələrində çalışırdılar. E.ə. 47-ci ildə  İsgəndəriyyə kitabxanası 
yanmış, sonra bərpa edilmişdi. Eramızın 391-ci ilində fanatik xristianlar kitabxananı dağıtmış, VII-VIII 
əsrlərdə ərəblər kitabxananı tamamilə məhv etmişdilər. 
Elmi əsərlər əsasən dana və quzu dərisindən düzəldilmiş perqament üzərində yazılırdı. Bu dəri Kiçik 
Asiyadakı Perqam şəhərində hazırlanırdı və şəhərin adı ilə adlanırdı. 
Beləliklə, e.ə. III-II əsrlərdə Aralıq dənizi sahillərində elm ən yüksək inkişaf səviyyəsinə çatmışdı. E.ə. 
III  əsrdə  İsgəndəriyyədə  məşhur alim, İsgəndəriyyə  məktəbinin ilk riyaziyyatçısı Evklid (e.ə. III əsr) 
çalışırdı. Evklid alqoritmi, Evklid fəzası, Evklid həndəsəsi onun adı ilə bağlıdır. Arximed (e.ə. 287-212) 
Siciliyadan buraya işləməyə gəlmişdi. “Mənə dayaq nöqtəsi verin, yeri tərpədim”, “evrika” kəlamları onun 
adı ilə bağlıdır. Arximed qanununu o kəşf etmişdir. Sirakuz şəhərinin müdafiəsi zamanı II Pun 
müharibəsində öldürülmüşdür. 
Sadə dori üslubu dəbdəbəli padşah saraylarını memarlıq cəhətdən təmin etmirdi. E.ə. III-II əsrlərdə 
yaraşıqlı Korinf sütunları geniş yayıldı İncəsənətdə insanın daxili aləmini açmaq, onu canlı göstərmək cəhdi 
əsas yer tuturdu. Şərq incəsənət mərkəzlərindən biri Perqam şəhəri idi. Burada Olimp allahlarının Nəhənglər 
üzərində qələbəsini təsvir edən 140 m uzunluğunda, 2 m hündürlüyündə relyef yaradılmışdı. Burada insan 
surətləri çox canlı təsvir olunmuşdur. 
Beləliklə, e.ə. III-II əsrlərdə yunan mədəniyyəti ilə şərq mədəniyyətinin qovuşması nəticəsində “ellin 
mədəniyyətin” yarandı. Bu mədəniyyətdə yunan və  şərq mədəniyyətlərin ən gözəl xüsusiyyətləri öz əksini 
tapmışdır.  
Qədim Yunanıstanın görkəmli mədəniyyət xadimləri 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
182
E.ə. 525-456 
Dramaturq Esxil 
 500-431  Heykəltəraş Fidi 
 484-425  “Tarixin 
atası” Herodot 
 497-406  Dramaturq 
Sofokl 
 480-406  Dramaturq 
Evripid 
 460-395  Tarixçi 
Fukidid 
 430-355  Tarixçi 
Ksenofont 
 471-399  Filosof-idealist 
Sokrat 
 460-370  Filosof-idealist 
Demokrit 
 450-388  Dramaturq 
Aristofan 
 436-337  Natiq, yazıçı-publisist İsokrat 
 
427-347 
Filosof-idealist Platon (Əflatun) 
 
384-322 
Filosof Aristotel (Ərəstun) 
 341-270  Filosof-materialist 
Epikur 
 384-322  Natiq Demosfen 
 390-315  Natiq Esxin 
 370-334  Heykəltəraş Praksitel 
 342-292  Dramaturq 
Menandr 
 III 
əsrin 
ortaları 
Riyaziyyatçı Evklid 
 282-212  Riyaziyyatçı, fizik Arximed 
 III 
əsr Fizik 
Straton 
 
310-230 
Samoslu astronom Aristarx 
 275-208  Coğrafiyaşünas, astronom, riyaziyyatçı 
Erastofen 
 
Təqr. 300 
Təbib Herofil 
 200-120  Tarixçi 
Polibi 
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
183
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
184
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
185

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
186
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
187
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
188
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
189
 
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
190
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
191
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
192
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
193
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
194
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
195
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
196
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
197
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
198
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
199
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
200
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
201
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
202
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
203
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
204
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
205
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
206
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
207
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
208
 
 
 
 
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə