QƏDİM ROMANIN GÖRKƏMLİ MƏDƏNİYYƏT XADİMLƏRİ
E.ə.
253-184
Dramaturq Tit Maksi Plavt
190-159
Dramaturq Publi Terensi Afra
239-169
Şair, tarixçi Enni
234-149
Tarixçi, yazar, aqronom Mark Porsi Katon
180-100
Şair Qay Lusili
116-27
Ensiklopedist alim Terensi Varron
106-23
Hüquqşünas, natiq, yazar Mark Tulli Siseron
87-54
Şair Qay Valeri Katul
98-54
Filosof, şair Tit Lukresi Kar
86-35
Tarixçi, yazar Qay Salyusti Krips
70-19
Şair Publi Vegili Maron
65-8
Şair Kvint Horasi Flakk
E.ə. 59- b.e.
17
Tarixçi Tit Livi
E.ə. 65-b.e. 25 Coğrafiyaşünas Strabon
E.ə. 43-b.e.17
Şair Publi Ovidi Nazon
B.e. 23-79
Ensiklopedist alim Böyük Plini Sekund
37-90
Tarixçi İosif Flavi
39-65
Şair Anney Lukan
42-102
Şair Mark Valeri Marsial
46-126
Tarixçi, yazar Plutarx
54-120
Tarixçi Korneli Tasit
?-70
Tarixçi Appian
62-114
Yazar Kiçik Plini
70-160
Tarixçi Qay Svetoni Trankvil
90-160
Astronom Klavdi Ptolemey
120-180
Satirik şair Lukian
125-180
Yazar Apuley
129-200
Təbib Qalen
155-235
Tarixçi Dion Kassi
263-340
Xristian tarixçisi Yevsevi
314-393
Natiq Libani
330-400
Tarixçi Ammian Marselin
354-430
Xristian yazarı Avqustin
Xristianliğin meydana gəlməsi. Qədim Romada məzlumların üsyanı amansızlıqla yatırılırdı. Qullar,
kəndlilər “dəmir legionları” məğlubedilməz, imperiyanı isə sarsılmaz hesab edirdilər. Onlar köhnə allahlara
inanmır, azadlıq gətirəcək, zülmkarları cəzalandıracaq allahı səbirsizliklə gözləyirdilər. I əsrdə Fələstində
Romanın ağalığına və yerli yəhudi əyanlarına qarşı olan üsyan amansızlıqla yatırıldı. Nəticədə insanlarda
“rəhmdil allah” ümidi meydana gəldi. Belə bir şəraitdə Fələstində İsa haqqında əfsanə yarandı. Deyilənə
görə İsa eramızın birinci ili ərəfəsində Fələstində Nəsirə qəsəbəsində anadan olmuşdur. Anası yəhudi qızı
Məryəm idi. Xristianlar onun atasının allah olduğuna inanırlar. İsa otuz yaşına çatanda yeni bir din yaradır.
Yunanlar onu İisus Xristos adlandırırdılar. Bu dinə inananlara xristian, dini xristianlıq adlandırdılar.
Sağlığında ona iman gətirmiş 12 nəfər şagirdi İsanı daim müşayiət edirdi. Onlara “apostol” (övliya)
deyirdilər. Xristianların dini kitabı “İncildə” deyilir ki, allah İsanı insanları yer üzündə zülmdən xilas etmək
üçün göndəribmiş, lakin yəhudilər romalılara İsanın yeni bir din yaratdığını və yeni bir dövlət yaradacağını
xəbər verirlər. Romalılar İsanı çarmıxa çəkib edam etmişdilər. İsa üç gündən sonra dirilib göylərə
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
215
çəkilmişdir. Bütün əzablara dözmüş İsa vəd edir ki, yer üzünə qayıdacaq, insanları əməlinə görə mühakimə
edəcək. Yer üzündə əzab-əziyyətə dözən, İsanı allah kimi qəbul edən axirətdə mükafatlandırılacaq, cənnətdə
əbədi xoşbəxt olacaq. Onu inkar edən cəhənnəmdə əbədi əzab-əziyyətə məhkum olacaq. İsa haqqındakı bu
rəvayət ölən və dirilən allahlar haqqında olan əfsanəyə bənzəyir. Beləliklə, I əsrin sonu və II əsrdə İsa
haqqında əfsanələr yazıldı və bunların hamısı yoxsulların səbirsizliklə gözlədikləri xoş xəbərlər idi. Əvvəlcə
qullar və yoxsullar İsa haqqında əfsanəyə inanıb xristian oldular. Xristianlıq bütün Roma imperiyasına
yayıldı, xristianlar icmalarda birləşib gizli fəaliyyət göstərirdilər. Onlar qədim dini bayramlardan bir çox
ayinlər mənimsəyib öz dini bayramlarını qeyd edirdilər. Günün uzanmağa başladığı 25 dekabr İsanın anadan
olduğu gün kimi qeyd edir. İsanın dirildiyi günü yazda təbiətin oyandığı bir vaxtda bayram edirlər.
Xristianlar allahın yeri altı günə yaratması, insanı palçıqdan düzəldib ona ruh verməsi haqqındakı əfsanəni də
qəbul etmişlər. Xristianlar gizli zirzəmilərdə və köhnə daş karxanalarında yığıncaqlar keçirir, ibadət
edirdilər.
Roma imperiyasının dağılması ilə elm və maarif tənəzzül etdi. Üsyanlar, qiyamlar, barbarların
hücumları insanlarda sabaha ümidsizlik yaratmışdı. Əhalinin həyatı və var-yoxu təhlükə altında qalmışdı.
Belə bir şəraitdə xristian dini varlılar üçün əlverişli idi. Xristianlıq xalqı səbirli və itaətkar olmağa çağırırdı.
Varlılar da xristian dinini qəbul etdilər. İcma rəhbərləri, keşişlər yepiskoplar
varlılardan seçilirdi. Yüzlərlə dini icmalar yepiskoplar tərəfindən idarə olunurdu. İcmaları birləşdirən və
yepiskoplar tərəfindən idarə olunan təşkilata kilsə deyilirdi. Kilsə həm də xristianların ibadət etdiyi bina idi.
Xristianlığı qəbul etmiş ilk Roma imperatoru Konstantin olmuşdur. Onun anası xristian idi. Konstantin Milan
fərmanı ilə 313-cü ildə xristianlığa rəsmən icazə verdi. Bu dövrdən başlayaraq xristianlar dini yığıncaqlarını
açıq keçirir, məbədlər tikməyə başlayırlar. Varlılar kilsəyə maliyyə yardımı göstərirlər. Kilsə imperatora tabe
idi. İmperatorlar hakimiyyətlərini möhkəmləndirmək üçün xristian dininə arxalanırdılar. İmperatorlar və
xristian din xadimləri dünyanın və insanın yaradılması, İsa haqqında əfsanələrə zidd məlumatları məhv
etməyə başladılar. Qədim dünyanın ən gözəl incəsənət əsərlərini, binaları, əsərləri məhv edirdilər. Kitablar
yandırılır, məbədlər dağıdılırdı. İsgəndəriyyə kitabxanası məhv edildi, alim qadın İpatiya öldürüldü.
Xristianlar Misirdə Osiris məbədini dağıtdılar, Olimpiya oyunlarının keçirilməsini qadağan etdilər. Afinada
Parfenon və Romada Panteon məbədində xristian ibadətləri keçirilirdi. IV əsrin sonunda Roma
imperiyasında xristian dinindən başqa bütün dinlər qadağan olundu.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
216
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
217
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
218
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
219
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
220
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
221
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
222
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
223
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
224
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
225
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
226
XÜLASƏ
Qədim dünya mədəniyyəti və incəsənəti tarixinin tədqiqi müasir sivilizasiyalar və mədəniyyətlərin
keçdiyi inkişaf yollarının öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Odur ki, qədim dünya
mədəniyyəti və incəsənətinin kulturologiya elminin tədqiq obyekti kimi ön plana çəkilməsi dövrün zəruri
tələbi kimi əsas prioritetə çevrilir. Paleolit dövründən başlayaraq Qədim Şərqdə ilk insan sivilizasiyalarının
yaranması və inkişafı, Qərbdə antik mədəniyyətin və incəsənətin çiçəklənməsi dövrlərinin tədqiqi və təsviri,
ilk insan icmalarında yaranmış ibtidai inanclardan başlayaraq Qədim Şərqdə və Qədim Qərbdə formalaşmış
mürəkkəb fəlsəfi cərəyanların təsnifatı, müxtəlif xalqların dini təsəvvürləri ilə bağlı olan mifologiyaların
öyrənilməsi bu dərsliyin əsasını təşkil edir.
Qədim dünya mədəniyyəti və incəsənətinin sonrakı dövrlərin, o cümlədən müasir dövrün mədəniyyəti
və incəsənətinə təsiri olduqca böyükdür. Yüksək İntibah incəsənətinin Leonardo da Vinçi (1452-1519),
Mikelancelo Buonarotti (1475-1564), Rafael Santi (1483-1520) və s. kimi sənətkarları antik sənət
nümunələrindən ilhamlanmış və bəşəriyyəti valeh edən şah əsərlərini yaratmışlar. Uyğun təzahürə şərq
ölkələrində, məsələn, Təbriz Miniatür məktəbi ustadlarının yaradıcılığında da təsadüf etmək olar. Müasir
Çin, yapon, Tailand, hind sənətkarları min illərlə yaşı olan milli mədəniyyət və incəsənət nümunələrindən
uğurla bəhrələnir, qədim adət-ənənələrin gələcək nəsillərə ötürməyin əhəmiyyətini gözəl dərk edirlər.
Dərslikdə bəşəriyyətin minilliklər ərzində yaratdığı, qoruyub saxladığı, zənginləşdirdiyi, bir-birinə
verdiyi və gələcək nəsillərə çatdırdığı mənəvi sərvətlərin və dəyərlərin öyrənilməsi və mənimsənilməsi
problemləri müqayisəli kulturologiya baxımından araşdırılır, milli adət və ənənələrin, dini xüsusiyyətlərin,
beynəlxalq mədəni əlaqələrin, qədim dövrün mədəniyyət və incəsənət abidələrinin tədqiqinə geniş yer verilir.
Dərsliyin müxtəlif qədim sivilizasiyalar və mədəniyyətlərə aid 400-dən çox tarixi-mədəni abidənin
fotoşəkilləri ilə zənginləşdirilməsi, illüstrasiyalardan hər birinə annotasiya verilməsi onun elmi dəyərini
artırır, tədris prosesinə zəruri əyanilik gətirir.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
227
ЗАКЛЮЧЕНИЕ
При изучении этапов развития современных культур и цивилизаций исследование древней
истории мировой культуры имеет исключительное значение, следовательно, изучение культуры
древнего мира в качестве объекта исследования культурологи становится основным приоритетом
современной науки.
Исследование процессов зарождения древней культуры начиная с эпохи палеолита до этапов
становления и развития на Древнем Востоке зрелых цивилизаций включительно, классификация
религиозных представлений разных народов, начиная с культов, возникших в первобытных общинах,
до сложных философских течений, сформировавшихся на Древнем Востоке и Западе, изучение
связанных с верованиями мифологических построений составляет основу настоящего учебника.
Древняя культура оказала огромное влияние на культуру последующих исторических этапов.
Гениальные художники эпохи Высокого Возрождения Леонардо да Винчи (1452-1519),
Микеланджело Буонаротти (1475-1564), Рафаель Санти (1483-1520), черпавшие вдохновение из
шедевров античного искусства, создали свои шедевры, предмет гордости всего человечества. С
аналогичным явлением сталкиваемся в работах мастеров Тебризской школы миниатюрной
живописи. Современные китайские, японские, таиландские, индийские художники, вдохновленные
созданными тысячелетия назад образцами традиционного искусства, прекрасно осознают
необходимость сохранения и развития древних национальных искусств.
В контексте сравнительной культурологи в учебнике рассматриваются проблемы изучения и
освоения духовных богатств и ценностей, созданных, обогащенных и переданных человечеством
будущим поколениям, изучаются национальные традиции и обычаи, международные культурные
сношения, памятники древней культуры и искусства.
В учебник включены более 400 аннотированных фотоиллюстраций памятников древней
культуры и искусства, что значительно повышает научную ценность издания и привносит в процесс
обучения необходимую наглядность.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
228
S U M M A R Y
Research of the history of the ancient world culture and art is of special importance from the
standpoint of studying of modern civilizations
,
ways of development. That’s why being the object of the
research of cult urology science, putting in the forefront the ancient world culture and art has become a main
priority as an important demand of the time.
The base of the textbook includes studying of creation and development of the first human
civilizations in the ancient East beginning from the pal eolith epoch; investigation and depiction of the
flourishing epochs of the ancient culture and art in the West; classification of the complex philosophical
tendencies formed in the ancient East and ancient West beginning from the primary believes created in the
first human communities; myths related with religious ideas of different peoples.
Influence of the next epoch’s culture and art on the modern epoch culture and art is great enough.
Masters of the Renaissance art like Leonardo, Michelangelo, Rafael and others were inspired by examples of
the ancient art and created masterpieces which charmed the mankind. Similar fact is met in the Eastern
countries, for example in the creative work of masters of Tabriz miniature school. Modern China, Japan,
Thailand and Indian masters successfully derive benefit from examples of the thousand-year culture and art
and realize importance of handing down ancient customs and traditions to future generations.
In the textbook the problem of studying and mastering of moral values created, kept, enriched and
handed down by the mankind during thousand-years is researched from the point of comparative cult
urological view. The wide place is given to the research of the ancient epoch monuments of culture and art,
national customs and traditions, religious features and international cultural relations. The textbook is
enriched with photos of more than 400 historical-cultural monuments which belong to different ancient
civilizations and cultures. Annotation given to each illustration raises scientific importance of the textbook.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
229
“QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ”
fənni üzrə
PROQRAM
II kursun III-IV semestrləri üzrə
(Cəmi 120 saat: 60 saat mühazirə, 60 saat seminar )
Mövzular
Mühazir Semina
FƏNNİN PREDMETİ VƏ ONUN ƏSAS 2
saat
2
İBTİDAİ DÖVRÜN MƏDƏNİYYƏTİ
4 saat
4
QƏDİM MİSİR MƏDƏNİYYƏTİ
4 saat
4
HET MƏDƏNİYYƏTİ 2
saat
2
FƏLƏSTİN
2 saat
2 saat
MESOPOTAMİYA MƏDƏNİYYƏTİ
4 saat
4 saat
QƏDİM FİNİKİYA
2 saat
2 saat
QƏDİM ASSURİYA MƏDƏNİYYƏTİ
4 saat
4 saat
QƏDİM URARTU DÖVLƏTİ 2
saat
2
QƏDİM MİDİYA DÖVLƏTİ 2
saat
2
QƏDİM MANNA DÖVLƏTİ 2
saat
2
QƏDİM İRAN MƏDƏNİYYƏTİ
4 saat
4
QƏDİM AZƏRBAYCAN MƏDƏNİYYƏTİ
6 saat
6 saat
QƏDİM HİNDİSTAN MƏDƏNİYYƏTİ 4
saat
4
QƏDİM ÇİN MƏDƏNİYYƏTİ
4 saat
4
ORTA ASİYA XALQLARI
2 saat
2
İSKİTLƏR (SKİFLƏR)
2 saat
2
QƏDİM YUNAN MƏDƏNİYYƏTİ
4 saat
4
QƏDİM ROMA MƏDƏNİYYƏTİ
4 saat
4
CƏMİ: 60
saat 60
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
230
ƏDƏBİYYAT
Ağasıoğlu F. 2500 il öncə Qarabağda toxunmuş Bərdə (saqa-oğuz) xalısı.
Allahverdiyev S. və b. Ümumi tarix. B., 1997.
Apdin Əlizadə. Estetik mədəniyyətdə varislik. Təknur, Bakı, 2005.
Azərbaycanın tarixi abidələri. MEA,. Bakı, 1958.
Bakı, Qafqaz universiteti nəşri, 2002.
Cəfərzadə İ. Qobustan. Qayaüstü rəsmlər. B., 1999.
Əfəndiyev R. Azərbaycanın bədii sənətkarlığı dünya muzeylərində. B., 1980.
Əfəndiyev T. Azərbaycan Mədəniyyəti və İncəsənəti. İran, 2003.
Ələkbərli Ə. Qərbi Azərbaycan abidələri. Ağrıdağ, Bakı, 2006.
Əmirxanov S. Hüseynov İ. Dünya muzeyləri və tarixi mədəniyyət abidələri. “Mars-print” NPF, 2008.
Haqverdiyev T. Ş. Abidələr tarixin sirdaşıdır. Bakı, 1982.
Hüseynov İ. Tətbiqi kulturologiya. Mars-Print, Bakı, 2004.
Hüseynov İlqar, Əmirxanov S. Kulturologiya və onun əsas istiqamətləri. Bakı, ADMİU, 1996.
Hüseynov İlqar. Adət və ənənələr mənəvi-əxlaqi dəyərlər kimi. Nərgiz, Bakı, 2000.
Hüseynov İlqar. Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti, Bakı, Mars-Print, 2002.
Hüseynov İlqar. Kulturologiya və onun əsas istiqamətləri, ADMİU, Bakı, 1996.
Kulturologiya (dərslik) Bakı, Mars-Print, 2003.
Qədim Şərq ədəbiyyatı. İ.Vəliyev, N.Səfərov, E.Ağaoğlu. Bakı. 1999.
Mahmudov F.R. Əlikömək təpəsinin boyalı qabları və onların bəzi cənub paralelləri. - "Qədim və orta əsr
Şərqi və Aralıq dənizi hövzəsi" məcmuəsi. В., 1985.
Manafova M. Mədəniyyət tarixi və nəzəriyyəsi. B., 2006
Məmmədova F. Azərbaycanda ibtidai icma quruluşu. B., 2007.
Məmmədova İ. Zərgərlik sənəti ilə tanışlıq. B., 2006.
Mirzəyev M.N. Kassilərin hakimiyyəti dövründə Babilin Misirlə əlaqələri haqqında. - "Qədim və orta əsr
Şərqi Aralıq dənizi hövzəsi". Məcmuəsi. В., 1989.
Nağıyev Cəlil. Qədim Şərq ədəbiyyatı. Bakı, 2004.
Sultanlı Ə. Antik ədəbiyyatı tarixi. B., 1958.
Şükürov A. Kulturologiya. Adiloğlu, Bakı, 2003.
Tağıyev Ə., Əliyev Q. Kulturologiya, Bakı, Təbib, 1997.
Vəliyev S. Qədimdən-qədim Azərbaycan. Bakı, 1995.
Yeni mədəni-maarif jurnalı, 2008, № 4-10.
Yusifov Y. Qədim Şərq tarixi. B., 2005
Yusifov Y.B. Qədim Azərbaycan tarixinin tarixşünaslığı. I Aratta dövlətinin tarixşünaslığı. - Tarix və onun
problemləri. 1997, №1, s 236-245, № 2, s. 118-130.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
231
ЛИТЕРАТУРА
Абрамова 3. А. Изображение человека в палеолитическом искусстве Евразии. М. - Л., 1966.
Авдиев В.И. История Древнего Востока М., 1948, 1953, 1970.
Алиев И. История Мидии. Б., 1960.
Алпатов М. А. Художественные проблемы искусства Древней Греции. М., 1987.
Альберти Л. Б. Десять книг о зодчестве. В 10 тт. М., 1937. Т. 1-2.
Аммиан Марцеллин. История. Киев. 1906.
Ардзинба В.Г. Ритуалы и мифы древней Анатолии. М., 1982.
Арриан. Поход Александра. М., 1963.
Афанасьев В.К. Гильгамеш и Енкиду. М., 1979.
Бархин Г. Б. Архитектура театра. М., 1947.
Белицкий М. Забытый мир шумеров. М., 1980.
Белов
Г.
Д. Пракситель. Л., 1973.
Берлев. О.Д. Общественные отношения в Египте эпохи Среднего Царства. М., 1978.
Бернхарт К.Х. Древний Ливан. М., 1982.
Бикерман Э. Хронология древнего мира. М., 1975.
Блаватская Т. В. Ахейская Греция во втором тысячелетии до н. э. М., 1966.
Блаватская Т. В. Греческое общество второго тысячелетия до новой эры и его культура. М., 1976.
Блаватский В. Д. Античная археология Северного Причерноморья. М., 1961.
Блаватский В. Д. Искусство Северного Причерноморья античной эпохи. М., 1947.
Блаватский В. Д. История античной расписной керамики. М., 1953.
Богословский Е.С. "Слуги" фараонов, богов и частных лиц. М., 1990.
Бойс М. Зороастрийцы. Верования и обычаи. М., 1987.
Бокшанин А.Г. Древняя Греция и древний Рим. М., 1952.
Бонгард-Левин Г.М. Индия эпохи Маурьев. М., 1973.
Бонгард-Левин Г.М., Ильин Г.Ф. Индия в древности. М., 1985.
Бретаницкий Л.С., Веймарн Б.В. Искусство Азербайджана. М., 1976.
Быков В. Е. Античные принципы композиции театрального здания. Вопросы теории
архитектурной композиции. 1958. № 4.
Валъдгауэр О. Ф. Лисипп. Берлин, 1923.
Вальдгауэр О. Ф. Мирон. Берлин, 1928.
Васильев Л.С. История религий Востока. М., 1988.
Васильев Л.С. Проблемы генезиса китайского государства М., 1983.
Веллард Дж. Вавилон. Расцвет и гибель города чудес. М., 2003.
Вигасин А.А., Самозванцев А.М. Артхашастра: проблемы социальной структуры и права. М., 1984.
Витрувий. Десять книг об архитектуре: В 10 тт. Т. 1. М., 1936.
Всеобщая история архитектуры: В 5 тт. Т. 2. М., 1973.
Вулли Л. Забытое царство. М., 1986.
Вулли Л. Ур халдеев. М., 1962.
Гамкрелидзе Т.В., Иванов В.В. Индоевропейский язык и индоевропейцы. т. I-II. Тбилиси, 1984.
Ганина О.Д. и др. Музей исторических драгоценностей УССР. К., 1984.
Гафуров Б.Г. Таджики. Древнейшая, древняя и средневековая история. М., 1972.
Герни О.Р. Хетты. М., 1987.
Геродот. История. М.-Л., 1972.
Гиоргадзе Г.Г. Очерки по социально-экономической истории Хеттского государства. Тбилиси, 1973.
Горбунова К. С, Передольская А. А. Мастера греческих расписных ваз. Л., 1961.
Грановский Э.А. Иран и иранцы до Ахеменидов. М., 1998.
Грант Майке. История древнего Израиля. М., 1998.
Дандамаев М.А. Политическая история Ахеменидской державы. М., 1985.
Дандамаев М.А. Рабство в Вавилонии VIII-IV вв. до н.э. М., 1974.
Дандамаев М.А., Луконин В.Г. Культура и экономика древнего Ирана. М., 1980.
Джафаров Г.Ф. Связи Азербайджана со странами Передней Азии в эпоху поздней бронзы и раннего
железа. Б., 1956.
Диодор. Историческая библиотека. М.-Л. 1962.
Добльхофер Э. Знаки и чудеса. М., 1963.
Древние цивилизации. Под.ред. Г.М.Болгард-Левина, М., 1989.
Дьяков Н. и др. История древнего мира. М., 1962.
Дьяконов И.М. Ассиро-вавилонские источники по истории Урарту. - Вестник древней истории
(ВДИ), 1951, № 2-3.
Дьяконов И.М. Люди города Ура. М.,1990.
Дьяконов И.М. Общественный и государственный строй древнего Двуречья. Шумер. М., 1959.
|