ELİN ŞİruyəSİ, SÖZÜn sərrafi



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə1/20
tarix14.04.2017
ölçüsü2,9 Kb.
#13987
  1   2   3   4   5   6   7   8   9   ...   20

 

  
 
 
 
  
 
 
 
 
  
 
 
ELİN ŞİRUYƏSİ, 
SÖZÜN SƏRRAFI 
 
 
  
  
  
  
 
  
  
 
 
  
Bakı – 2016 

 

 
Toplayıb tərtib edəni və redaktoru: 
Araz YAQUBOĞLU 
 
 
 
 
 
 
 
 
 
Elin Şiruyəsi, sözün sərrafı. 
Bakı, “SkyG”, 2016, 400 səh. 
 
 
Geniş  yaradıcılıq  yolu  keçmiş,  görkəmli  söz 
ustadı  Sərraf  Şiruyənin  yaradıcılığı  haqqında  zaman-
zaman  ədəbi  tənqidçilər,  şairlər,  yazıçılar,  elm  adam-
ları mətbuatda öz fikirlərini bildirmiş, rəy və mülahi-
zələrini irəli sürmüşlər.  
Bu  kitabda  toplanan  məqalə  və  şeirlər  şairin 
çoxşaxəli yaradıcılığını, yenilməz şəxsiyyətini gələcək 
nəsillərə tanıtmaqda xüsusi bir töhfə olacaqdır. 
 
 
  
 
ISBN 978-9952-440-08-05 
 © “A.Yaquboğlu”, 2016 

 

SƏRRAF ŞİRUYƏ 
 
Hacıyev Şiruyə Həsən оğlu 1942-ci il sentyabrın 11-də 
Göyçə mahalının Basarkeçər rayоnunun Daşkənd kəndində 
şair  Həsən  Xəyallının  ailəsində  anadan  olmuşdur.  Kiçik 
yaşlarından atasından ərəb və fars dillərində yazıb-oxumağı 
öyrənən Şiruyə elə ilk məktəb yaşlarından şeirə böyük ma-
raq göstərmiş, erkən yaradıcılığa başlamışdır. 
1950-1958-ci  illərdə  doğma  Daşkənd  kənd  orta 
məktəbində  təhsil  almış,  1960-cı  ildə  isə  Bərdə  rayonunun 
Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir. 
1962-ci  ildə  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun 
riyaziyyat fakültəsinə daxil olmuşdur. 
1963-1964-cü  illərdə  Baltik  dənizində  yerləşən  Saare-
ma adasının Kingisep şəhərində hərbi xidmət keçmişdir. 
1968-ci ildə institutu bitirmişdir. Həmin ildən Bərdə ra-
yonunun  Yeni  Daşkənd  kənd  orta  məktəbində  müəllim, 
1972-ci  ildən  1980-ci  ilə  kimi  Yeni  Daşkənd  kənd  orta 
məktəbində  direktor  müavini  və  Bərdə  rayonu  “Bilik”  cə-
miyyətində mühazirəçi işləmişdir. 
1993-1997-ci  illərdə  Yevlax  dini  mədrəsəsini  bitirmiş-
dir.  
Sərraf Şiruyə 1992-ci ildən 1996-cı ilə kimi döyüş böl-
gələrində  hərbi  jurnalist  kimi  fəaliyyət  göstərmişdir.  İgid 
döyüşçülərimizin qəhrəmanlığından bəhs edən və vətənpər-
vərlik mövzusunda 15-ə yaxın poemanın müəllifidir. 
Erkən  yaşlarından  yaradıcılığa  başlayan  Sərraf  Şiru-
yənin  1962-ci  ildə  “Qəzet  nəyimə  gərək”  tənqidi  şeiri 
“Gənc  müəllim”  qəzetində  dərc  olunmuş,  yazdığı  şeirlər 
pərəstişkarlarının dillər əzbəri olmuşdur. 
Sərraf  Şiruyə  uzun  müddət  böyrək  çatışmazlığından 
əziyyət çəkmişdir. 2015-ci il dekabrın 8-də gecə saatlarında 

 

yaşadığı  Bərdə  rayonunun  Yeni  Daşkənd  kəndində  vəfat 
etmiş, Yeni Daşkənd qəbiristanlığında dəfn olunmuşdur. 
Azərbaycan Yazıçılar Birliyinin (23.06.2005) və Azər-
baycan Jurnalistlər Birliyinin (20.10.2005) üzvü, “Qızıl Qə-
ləm”  (11.09.2006),  “Məmməd  Araz”  (07.04.2005)  və 
“H.B.Zərdabi” (20.10.2005) mükafatları laureatı idi. 
15  noyabr  2007-ci  ildə  Qarabağ  Müharibəsi  Əlilləri, 
Veteranları  və  Şəhid  Ailələri  İctimai  Birliyinin  vətən-
pərvərlik  mövzusunda  yazılmış  şeirlərinə  və  poemalarına 
görə Fəxri Fərmanı ilə təltif edilmişdir. 
 
Kitabları: 
 
1. “Ağlama, bülbül, ağlama”, Gəncə, 1994, səh.372, 10000 
nüs. 
2. “Ölümdən sonrakı ömür”, Gəncə, 1997, səh.172, 1000 
nüs. 
3. “Bu ocağın odu sönməz”, Gəncə, 1998, səh.76, 200 nüs. 
4. “Cəsurlar”, Bakı, “Gənclik”, 2000, səh.100, 500 nüs. 
5. “İgid ölər, adı qalar”, Gəncə, 2002, səh.304, 500 nüs.  
6. “Ayrılığın sonu varmış”, Bakı, “Nurlan”, 2006, səh.192, 
200 nüs. 
7. “Könlüm Göyçəni istər”, Bakı, “Nurlan”, 2006, səh.192, 
1000 nüs. 
8. “Tərtərin yaralı cəngavərləri”, Bakı, “Hüquq ədəbiyyatı”, 
2006, səh.288, 400 nüs. 
9. “Mən haqqa sığınmışam”, Bakı, “Nurlan”, 2007, 
səh.200, 500 nüs. 
10. “Hər görüş bir xatirədir”, Bakı, “Nurlan”, 2007, 
səh.248, 500 nüs. 
11. “Göyçədən gələn səslər”, Bakı, “Nurlan”, 2008, 
səh.184, 200 nüs. 

 

12. Seçilmiş əsərləri, I cild (Təcnislər), Bakı, “Nurlan”, 
2008, səh.180, 500 nüs. 
13. Seçilmiş əsərləri, II cild (Poemalar), Bakı, “Nurlan”, 
2008, səh.384, 500 nüs. 
14. Seçilmiş əsərləri, III cild (Poemalar), Bakı, “Nurlan”, 
2008, səh.320, 500 nüs. 
15. Seçilmiş əsərləri, IV cild (Qoşmalar), Bakı, “Nurlan”, 
2009, səh.304, 500 nüs.  
 16. Seçilmiş əsərləri, V cild (Qoşmalar), Bakı, “Nurlan”, 
2009, səh.230, 500 nüs.  
17. Seçilmiş əsərləri, VI cild (Gəraylılar), Bakı, “Nurlan”, 
2010, səh.200, 500 nüs.  
18. “Ayrılıq belə düşdü”, Bakı, “Qismət”, 2014, (224+48) 
səh., 300 tiraj. 
19. “Susma ürək” Bakı, "SkyG", 2015, 272 səh., 500 tiraj. 
ISBN 978-9952-440-08-05 

 

Zəlimxan YAQUB, 
Xalq şairi 
  
Mahal açmasa da, zaman açacaq, 
Eldən günahını danmağa dəyməz. 
 
Bu misralar Şiruyə Həsənoğlunundur. 
Ulu  Göyçə  mühitində  dünyaya  göz  açan,  şair  Məm-
mədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı mühitindən qidala-
nan Şiruyə Həsənoğlu mətbuata çox gec gəlsə də, öz rənga-
rəng,  axıcı,  hikmətli  şeirləri  ilə  oxucu  kütləsinin  qəlbinə 
çox  erkən  yol  tapa  bilmişdir.  Uzun  illərdən  bəri  şeirləri 
aşıqların,  xanəndələrin,  şeir  pərəstişkarlarının  ürəklərindən 
dodaqlarına qanadlanmaqdadı. 
Şeirin bütün növlərində qələmini müvəffəqiyyətlə sına-
yan Şiruyə Həsənoğlu böyük Aşıq Alı, Aşıq Ələsgər, Xəstə 
Qasımdan sonra, demək olar ki, ən güclü təcnis ustadı kimi 
tanınmışdır: 
 
Aman təbib, üzdən vurma neştəri, 
Yaram dəyib, dərinnən yar, yaxşı yar. 
 
və ya: 
 
El-oba yolunda, vətən yolunda, 
Neçə qoç igidlər naqana düşdü. 
Hünər meydanından qaçdı qorxaqlar, 
Qeyrət nə vicdana, nə qana düşdü. 
 
Eləcə də cığalı təcnislərindən: 
 
 

 

Bir qarğış eylərəm, bir ah çəkərəm, 
Od tuta vəfasız yar sinə yana. 
Mən aşıq, sinə yana, 
Yananda sinə yana. 
Mərdlərin qabağında, 
Namərdlər sinə, yana. 
Çox dedim eşqimdə yanama məni, 
Yazığam, yanasan, yar, sinə yana. 
 
Bununla  belə,  ustad  Aşıq  Alı  yaradıcılığından  başqa 
qeyri bir aşıq və şair yaradıcılığında təsadüf edilməyən gə-
raylı təcnis Şiruyə yaradıcılığında hikmətli ifadələrnən özü-
nəməxsus şəkildə xüsusi yer tutur: 
 
Eşqimi dedim canana, 
Çəkmə məni ala – dedi. 
Qaşlarına qara – dedim, 
Bir gün olar ala – dedi. 
 
Qeyri bir gəraylı təcnisində: 
 
Qaşlar qələm, gözlər ala, 
Bənzəmirmi o yar aya, 
Həsrətinə dözəmmərəm, 
Ürəyimi oyar, aya. 
 
Məhz bu baxımdan şeirsevərlər Şiruyəyə “Təcnis Şiru-
yə” adını çox dəqiq veriblər. 
Şiruyə Həsənoğlunun yaradıcılığında xüsusilə cinas ba-
yatılar, bayatılardakı aydın və hikmətli söz düzümü, habelə 
cinasların  ustalıqla  ayrı-ayrı  mənalarda  işlənməsi  oxucunu 
heyran qoyur: 
 

 

Sərraf deyər, qarqalar, 
Quzey yerdə qar qalar. 
Bir tərlan ömrü olmaz, 
Yüz yaşasa qarğalar. 
 
və ya: 
 
Sərrafam, yar dodağı, 
Şəkərdi yar dodağı. 
Neştəri at bir yana, 
Dodaqla yar dodağı. 
 
Eləcə də: 
 
Sərrafam, sinə bağı, 
Gəzmişəm sinə bağı. 
Əlimlə açılaydı, 
Sinənin sinə bağı. 
 
Aşiq-məşuq sevgisini ön plana çəkərək qafiyəli bayatı-
larında da Şiruyə oxucu qəlbini riqqətə gətirir: 
 
Yanaq, yanaq, ağ yanaq, 
Çəkdin mənə dağ, yanaq. 
Torpaq olum, söykənsin, 
Qoy üzümə sağ yanaq. 
 
Bayatı  kimi  formaca  kiçik  bir  janrda  böyük  mənaları 
əks  etdirən  şair,  həm  də  şəriət  qayda-qanunlarını  gözləyə-
rək,  insan  məzara  qoyulanda  sağ  yanağı  üstə  qoyulduğu 
üçün, sağ yanağı istədiyini bildirir. 
Şiruyə  Həsənoğlunun  istər  gəraylıları,  istər  qoşmaları 
məzmun  və  mahiyyətcə,  həyat  həqiqətlərini,  ümumbəşəri 
prosesləri ehtiva edən və oxucunu düşündürməyə səsləyən, 
bir-birindən qiymətli sənət əsərləridi. 
 

 

Gözəlin qənimi gözdü, 
Gözəli gözdən qoruyun. 
Əzrayılı yaman sözdü, 
Qananı sözdən qoruyun. 
 
Və ya qeyri bir gəraylısında: 
 
Duyğusuza bir lal daşam, 
Əhli-hala dost, sirdaşam. 
Şiruyəyəm, vətəndaşam, 
Vətən yükü belimdədi. 
 
Eləcə də: 
 
Gecə-gündüz hey fırlanır, 
Bu dünya öz oxundadı. 
Biz əcəldən uzaqdayıq, 
Əcəl bizə yaxındadı. 
 
 –  bu  kimi  nümunələr  Şiruyənin  dünyaya  baxışının  geniş-
liyini, sonsuzluğunu bir daha sübut edir. Şiruyə Həsənoğlu-
nun  istər  qoşmaları,  istər  divaniləri  bu  baxımdan  çox  qiy-
mətlidir.  Bu  cürə  əsərlərində  vətənpərvərlik,  vətəndaşlıq 
borcu,  insanlıq  sevgisi,  xeyirxahlıq,  el-obaya  bağlılıq  nə 
dərəcədə alqışlanırsa, biganəlik, mənəmlik, qeyri insani xü-
susiyyətlər,  yersiz  şöhrət,  sərvət  hərisliyi,  eşqə,  məhəbbətə 
vəfasızlıq  o  dərəcədə  pislənir,  çılpaqlığı  ilə  olduğu  kimi 
tənqid atəşinə tutulur: 
 
 
Xalq üçün, el üçün yaşayan kəsi,  
Cahan xar etsə də, zaman xar etməz. 
Vətən qayğısına qalmayan kəsi, 
Nə tale, nə iqbal bəxtiyar etməz. 

 
10 
 
Eləcə  də  Şiruyə  Həsənoğlunun  qeyri  şeir  formalarında 
–  qəzəllərində  də  vətən  istəyi,  elə, obaya  bağlılıq,  saf  mə-
həbbət, düz əhdi-peyman alqışlanır: 
 
Eşq ilə dolu könül çıraqlı bir xanimandır, 
Eşqsiz bir ürəyə susuz dəyirman – dedilər. 
 
və ya: 
 
Vətən eşqi də gərək hər eşqindən olsun uca, 
Vətəni sevməyən kəs olacaq peşman – dedilər. 
 
Şiruyənin “Vətən sənə oğul dedi”, “Od oğlu od içində”, 
“Loğman dağı” poemalarında və “Aşıq Nəcəf və Gülüstan” 
dastanında  igid  Koroğlumuzun,  Nəbimizin,  neçə-neçə  ər-
lərimizin  hünər  yolunu  davam  elətdirən  şəhid,  Milli  qəh-
rəman Vəzir və onun silahdaşlarının, Ziyafətlə birlikdə dö-
yüş  yoldaşlarının  qəhrəmanlıqları  nə  dərəcədə  alqışlanırsa, 
Keçəl  Həmzənin  yolunu  davam  etdirən  alçaqlar,  satqınlar 
da o dərəcədə nifrət atəşinə tutulur. 
“Aşıq Nəcəf və Gülüstan” dastanı ilə müəllif əsrin əv-
vəlindəki  yağıların,  bugünkü  düşmənlərimizin  nə  qədər 
uzun illərdən bəri qaniçən, rəzil olduqlarını göstərir. 
Ümumiyyətlə,  el  yolunda  yazıb-yaradan  Şiruyə  Həsə-
noğlunun  “Ağlama,  bülbül,  ağlama”  kitabının  oxucular 
üçün məzmun və mahiyyətcə  yeni bir töhfə olacağına şüb-
həm yoxdur. 
“Ağlama, bülbül, ağlama”, 
“Gəncə” nəşriyyatı, 1994-cü il 

 
11 
Qara NAMAZOV, 
Filologiya elmləri doktoru, professor 
 
SÖZÜN SƏRRAFI 
 
Ulu  Göyçənin  saz-söz  məktəbindən  pərvazlanıb,  Dədə 
Ələsgər,  Növrəs  İman,  Həsən  Xəyallı  ocağından  od  alıb, 
çınqı-çınqı qorlanan ustad şair Sərraf Şiruyənin seçmə poe-
ziyası on cilddə nəşr olunur. İndi oxuduğum dördüncü cild-
dir. Bu cilddə ustadın əsasən lirik qoşmaları cəmləşib. Və-
rəqləyib  səhifə-səhifə  oxuduqca  hər  misrada,  hər  beytdə, 
hər bənddə yeni sözə, yeni fikrə, yeni ifadəyə, yeni düşüncə 
tərzinə rast gəlirsən. Düşünürsən, bir kənddə yaşayıb, sadə-
cə  kənd  müəllimi  işləyən,  qalan  vaxtlarını  sözə-şeirə  həsr 
edən  bu  balaca  boylu,  xoş  simalı,  saf  baxışlı  insanın  sinə-
sindən bir söz bulağı çağlayır. Bu bulağın öz dadı-tamı var, 
həm  də  çox  dərin  qatlardan  süzülüb  gəlir.  Bu  dərin  qatın 
mənbəyi ulu Göyçənin həyat və məişətində qədimdən yuva 
salan  odu-ocağı  sönməz  məşəl  kimi  alışıb  yanan  hənirti-
sindən  qopub  gəlir.  Bu  ocaq  Aşıq  Heydər,  Ozan  İbrahim, 
Miskin Abdal, Ağ Aşıq, Ustad Alı, Göyçəni söz karvanı ilə 
dünyaya yayan Dədə Ələsgər, Məmmədhüseyn qüdrətindən 
cilalanan,  Həsən  Xəyallıdan  pərvazlanan  bir  ocağın  odun-
dan  doğulmuşdur.  Şeirləri  vərəqlədikcə  düşünürsən  adi  bir 
ucqar  kənddə  ömür  sürən  şairin  bu  qədər  sözü,  rədifi,  qa-
fiyəni,  cığalı  qafiyəni,  qoşa  qafiyəni,  bədii  deyimləri,  mə-
cəzları, metaforaları, idiomatik ifadələri və s. haradan tapır 
və  tapdıqlarını  necə  bir-birinə  cilalayır?  Oxuduqca  bəlli 
olur  ki,  Sərraf  Şiruyə  oturub  əli  çənəsində  söz  səyahətinə 
çıxmır.  Söz  də,  qafiyə  də,  heca  da  ilham  quşu  olub  gəlib 
şairin  çiyinlərinə  qonur.  Şairə  ancaq  müqəddəs  bir  ruhun 

 
12 
göndərdiyi ərməğan kimi qəbul edib qələmin ixtiyarına ver-
mək qalır.  
Bəllidir  ki,  xalis  söz-şeir  iki  yöndə  yaranır;  Ya  ağlın, 
təfəkkürün,  beyinin  tələbindən  yoğrulub  gələn  söz,  və  bir 
də  görüb  eşitdiyin  –  eşidib  təsirləndiyin  vaqiədən  doğan 
söz. Birincidə ağlın, təfəkkürün tələbi, ikincidə hissin, qəl-
bin  tələbi.  Birincidə  söz  ağlın  təfəkkür  süzgəcindən  keçir, 
nəsihətamiz didaktik
 
bədii estetik, töhfələr yaranır. İkincidə 
içindən  gələn  vaqiənin  özündən  doğan  hissin  tələbindən 
pərvazlanan  – gözəlləmələr, gözəllərin vəsfi, təbiətin ecas-
kar gözəllikləri bu qəbil şeirin mayasıdır. Deməli, biri təhlil 
edir, o biri vəsf edir: 
  
Eldən aralansa təklənər, itər, 
İgid arxalansa elə, güclənər. 
Ümman parçalansa, ada deyərlər, 
Sısqa qarışarsa selə, güclənər. 
 
Təkliyin hünəri xəyaldı, qardaş, 
El, mahal birliyi vüsaldı, qardaş. 
“Tək əldən səs çıxmaz” – misaldı, qardaş, 
Əl kömək durarsa, ələ, güclənər. 
 
Şiruyə, qalmayıb dünya heç kəsə
Yaradıb qurmağa insan tələsə. 
Sözünü sözə qoş, səsini səsə, 
Dil kömək durarsa dilə, güclənər. 
 
Mən ən adi misal çəkdim, bax, budur həyatın, cəmiyyə-
tin  poetik  təhlili.  Şairin  eli,  mahalı  birliyə  çağırışı,  birlik 
məqamı! 

 
13 
Sərraf  Şiruyə  xalqın  yaddaşına  hopmuş  elə  şairlərdən-
dir ki, əsrlər keçsə də onun adı, əsərləri heç zaman saz-söz 
sevərlərin  ürəyindən  silinən  deyil.  Hələ  sovet  hökumətinin 
qılıncının  dalının,  qabağının  kəshakəs  vaxtında  Şiruyənin 
şeirləri  elin,  obanın  dilinin  əzbəriydi.  O  şeirləri  ki,  sovet 
hökumətinin  qayda-qanunlarını  tənqid  edir,  astar  üzünü 
açıb ortaya qoyurdu. 
 
Zaman düzü boğazından asıbdı, 
Yalvarıram, düz danışma, ay bala. 
Yalan hakim, əyri vəzir, vəkildi, 
Həqiqətdən söz danışma, ay bala. 
 
Şər atını çoxdu minib səyridən, 
Bəd dilindi, günah görmə qeyridən. 
Bir saz götür, dastan söylə əyridən, 
Dərin danış, üz danışma, ay bala. 
 
 – bu kimi şeirlərinin qaladığı ocağın “tüstüsünə” kor olub, 
Şiruyə  uzun  illər  balaca  bir  kitaba  həsrət  qaldı.  Ancaq  əsl 
həqiqət budur ki, Şiruyənin heç bir kitabı çap olunmasa da, 
rəsmi  mükafat,  titul  almasa  da  o  dövrün  çox  ordenli  şair-
lərindən populyar idi. Necə ki, bu gün də populyardı. Hansı 
poeziya  məclisinə,  el  şənliyinə  getsək  orada  Sərraf  Şiru-
yənin  şeirləri  xanəndələr,  aşıqlar  tərəfindən  ifa  olunur, 
məclisləri rövnəqləndirir. 
Şiruyənin şeirləri canlı xalq  yaradıcılığından  mayalan-
dığı üçün, ibrətamiz ifadələrlə çox asan şəkildə yaddaşlara 
köçür, zərbi-məsələ çevrilir: 
 
Çay var kükrəsə də, suyu içilməz, 
Sısqa var, damlası baldan seçilməz. 

 
14 
Elə günah var ki, ondan keçilməz, 
Qan var bağışlanır, üzə çəkilmir. 
 
Gəl, dünya qəmindən, Şiruyə, əl çək, 
Dünya başdan-başa hikmətdi, gerçək. 
Kömür də qaradı, ancaq sürmətək, 
Nə qaşa, nə də ki, gözə çəkilmir. 
 
Sərraf  Şiruyə  təbiət  şairidir.  O,  doğulduğu  yurddan 
köçkün  düşsə  də,  heç  vaxt  Göyçənin  dağlarını  –  Keyti  da-
ğını, Çalmalı dağını, Ağ Manqalı, onların al-yaşıl geyinmiş 
çəmənliklərini,  buz  kimi  bulaqlarını,  səfalı  oylaqlarını, 
Göyçənin qucağında Göy kimi saf Göyçə gölünü unuda bil-
mir, Vətən həsrəti ilə yaşayır, Göyçə arzusu ilə nəfəs alır: 
  
Qismət ola qucaqlaşaq, öpüşək, 
Ay istəklim, sazlı, sözlü Göyçəm hey… 
Buzlamışam, həsrətimə nur çilə 
Uca dağlı, geniş düzlü, Göyçəm hey… 
 
İtirməynən, izim qalıb daşında, 
Evciyim var qayaların qaşında. 
Aç süfrəni bulaqların başında 
Gen süfrəli, çörək-duzlu, Göyçəm hey… 
 
Şiruyəyəm, düşdü yaman ün sənə, 
Xəyal oldu ötən ömür-gün sənə. 
Qismət olsun qurban gəlim mən sənə, 
Ulu adlı, ulu izli, Göyçəm hey… 
 
Ömrü boyu şairin arzuladığı, xəyalı ilə yaşadığı budur. 
Elə  şairə  bu  arzuları  dedirdən  də  bu  saf,  müqəddəs  duy-

 
15 
ğulardır. Deyirik, insan təbiətin övladıdır. İnsan gen gündə 
də,  dar  gündə  də  təbiətə  sığınır.  İnsan  təbiətin  bu  ecaskar 
hüsnündən  doymur,  əli  qələm  tutanda  üzünü  dağlara  tutur. 
Dağlar maqnit kimi insanı özünə çəkir, qoynuna çağırır, in-
sanı  ağuşuna  alır.  İnsan  dağların  bu  əzəmətindən,  bu  vü-
qarından  riqqətə  gəlir.  İnsan  da  dağ  kimi  vüqarlı  olmaq, 
dağ kimi əzəmətli olmaq, dağ kimi səxavətli olmaq istəyir. 
Məhs  bunlara  görə  dağlar  şairlərin  əzəl  obrazıdır.  Dağın 
ucalığına,  əzəmətinə,  vüqarına  vurğun  oluruq,  ancaq  dağın 
tilsimli  dünyası  bizə  məchul  görünür.  Biz  bu  məchullu 
dünyaya, sirlər aləminə əlçatmaz bir röya kimi baxırıq.  
Sərraf Şiruyə məhəbbət şairidir. Əslində poeziyada mə-
həbbətdən  doğur.  Şeirin  əzəl  mayası  məhəbbətdir.  Məhəb-
bətin  sahili  yoxdur.  Məhəbbətin  əzəmətini  duyan  əsl  insan 
üçün  o  tükənməz  qida,  insan  varlığına  hakim  kəsilən  sirli-
sehrli  bir  aləmdir.  Bu  duyğuları  ancaq  sevən,  sevməyi 
bacaran,  onun  şirinini-acısını  özü  üçün  şərbət  bilən  könül 
gərəkdir. Budur şairi yaşadan arzular: 
 
Sən yoxsan, günəşim, havam, suyum yox
Sən varsan, dünyam var, kainatım var... 
 
*** 
Gözəlim, gözəllik çoxdu həyatda, 
Ən böyük gözəllik bəxtdi həyatda, 
Sən yoxsan, Şiruyə yoxdu həyatda
Sən varsan, sevincim, səadətim var. 
 
Əlbəttə, bunları uzatmaq da olardı. Dəryadan bir damla 
götür, tamı bəllidir... 
Klassik poeziyaya xas olan ənənəvi bir ideya bu gündə 
dövrə  uyğun  olaraq  davam  edir;  xeyir-şər,  yaxşı-yaman, 

 
16 
oğru-doğru,  mərd-namərd,  əyri-düz,  qeyrətli-qeyrətsiz,  na-
muslu-namussuz  və  s.  insanların  varlığına  işləmiş  antonim 
təzadlar Şiruyənin poeziyasına da xasdır. Belə təzadlar şai-
rin bədii tutumunu daha da qüvvətləndirir. 
Sərraf Şiruyənin şeirlərində vətəndaşlıq, istiqlal pafosu 
da  güclüdür.  Əksər  şeirlərində  bir  tərəfdən  itirilmiş  yurd 
həsrəti,  kövrəklik,  inciklik  lakin  bununla  belə  ümid,  inam 
hissləri də qüvvətlidir: 
 
Zirvəli dağları verib baş-başa, 
Bir dastan yaraşır burda hər daşa. 
Bir ömür az olar edə tamaşa, 
Aşrımlı, gədikli, yallı Göyçəyə. 
 
Guşimə səs gəldi – gəl çırağı ol, 
Yanar ocağı ol, bağça-bağı ol, 
Gümansız xəyallar, get qonağı ol, 
Çiçəkli, zənburlu, ballı Göyçəyə. 
 
Yeri  gəlmişkən  qeyd  edim  ki,  şeirin  bazarında  çox  az 
oxucu  tapılır.  Təkcə  sosial  iqlim  deyil,  həm  də  bütün  sə-
nətlərdə  bir  pərakəndəlik  hökm  sürür,  hamı  yazır,  yazan 
oxuyandan  qat-qat  çoxdur.  Belə  bir  mühitdə  özünü  təsdiq 
etmək, sevdirə bilmək o qədər də asan deyil. Əlbəttə, Şiru-
yə  kimi  qələm  sahibləri  xalq  şeiri  ənənələrini  inadkarlıqla 
davam etdirməsi, elə xalqın özü tərəfindən də qorunub  ya-
şayacaqdır.  Çünki,  sərraf  nə  mövzu  axtarır,  nə  də  qafiyə, 
mövzu  da,  qafiyə  də,  söz  də  özü  diktə  olunur.  Şiruyə  də 
sərraf qələmi ilə onları sənət xalçasına toxuyur. Toxu, əzi-
zim, toxu, bu toxuduğun qalacaq. 
“Bizim söz” qəzeti,  
№2, 15 iyun 2009-cu il 

 
17 

Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin